İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Vəhhabiliyin siyasi tarixi

    Vəhhabiliyin siyasi tarixi
    2012-03-19, 3:32 PM
    MƏKKƏ ƏMİRİNİN VƏHHABİLƏRLƏ APARDİĞİ MÜBARİZƏ (1205-1220-Cİ H.Q)
    Məhəmməd ibn Əbdül-Vəhhab XII hicri əsrinin əvvəllərində özünün vəhhabi məsləkini Ərəbistanın Nəcd diyarında təsis etdikdən sonra Diriyyənin hakimi və oranın qəbilə rəisi Məhəmməd İbn Səud ilə bir əhd-peyman bağladı. Bu müqavilə əsasında Məhəmməd ibn Əbdül-Vəhhab razılaşdı ki, vəhhabiliyi Ali-Səudun dini əsası qərar versin və bu yolda onların bütün təcavüzlərinə dini don geyindirsin. Bunun əvəzində də Məhəmməd İbn Səud vəhhabiyyəti himayə etməsini bildirsin.
    İki Məhəmməd arasında yaranan siyasi-dini ittihadın ardınca Ali-Səudun hücumları dini pərdə altında başlandı. "Məhəmməd İbn Səud işin əvvəllərində öz hakimiyyəti dairəsində olan ərazilərin sərhədlərindəki nahiyələrə hücum etdi. Vəhhabi məzhəbinin yayılmasını əldə əsas tutaraq çöl ərəblərini hədəf qərar tutdu.”(Həmin mənbə, səh.72 ) Sonra strateji əhəmiyyətə malik olan Riyaz şəhərinə hücum etdi, Ali-Səudla Riyazın əmiri arasında uzun müddətli çarpışmalar nəticə vermədiyi zaman tərəflər arasında sülh müqaviləsi bağlandı və vəhhabiyyətin təbliğ olunması üçün mübəlliğlərin Riyaza göndərilməsinə şərait yarandı (1735-ci il). Sonrakı il Riyazın əmiri Ehsa və Nəcranın əmirləri ilə təşkil etdiyi ittifaqda vəhhabiliyin təbliği ilə müxalifətə başladı. Digər tərəfdən Süleyman ibn Əbdül-Vəhhab da Nəcdin şəhərləri olan Hərimələdə vəhhabiyyətin əleyhinə müəyyən tədbirlər gördü.
    Məhəmməd İbn Səudun oğlu Əbdül-Əziz Hərimələdəki qiyamı yatırtmaqla Riyaz əmirlərinin üçlük təşkil edən ittihadiyyəsini sarsıdaraq Nəcranın əmiri ilə əsirlər mübadiləsi etdi və Riyaz və Ehsanın ordularını məğlub etdi.
    Vəhhabi qoşunları artmağa başlayan zaman bütün Nəcd diyarını işğal etmək fikri onların beynində dolaşırdı. Qeyd olunmalıdır ki, Hicaz və Məkkə şəriflərinin vəhhabiyyətin Nəcddə genişləndirilməsi və yayılması ilə əlaqədar vəziyyətini nəzərdən qaçırmaq olmaz. Möhsin Əl-Əminin "Kəşfül-irtiyab” kitabında yazdığına görə vəhhabi alimləri 1165-ci h.q ilində şərif Məsudun hökmranlığı dövründə, eləcə də 1195-ci h.q ilində şərif Əhmədin hökmranlığı dövründə Məkkə alimlərinin israrı ilə vəhhabilərlə elmi mübahisələr aparmağa məcbur oldular. Onların əqidələrinin batil olması sübuta yetdi və onlar həcc ziyarətinə getmə haqqından məhrum olundular.
    Vəhhabilərin Nəcd diyarındakı əraziləri işğal etməsi Məkkə şəriflərini də qorxutmuş və onları vadar etmişdi ki, həmin nahiyələrdə baş verən xoşagəlməz hadisələri türk sultanına çatdırsınlar. Mühəqqiqlərin inancına görə, birinci dəfə vəhhabiyyətin və İbn Səudun xəbəri rəsmi şəkildə Osmanlı sarayına 1747-ci ildə çatmışdı. Bu xəbərin Ali-Baba çatması osmanlılarda vəhhabiyyətin inkişafının qarşısını alma fikirlərini canlandırdı. Amma 65 il çəkdi ki, osmanlılar vəhhabilərin əleyhinə hərbi tədbirlər keçirmiş olsun.
    1765-ci ildə Məhəmməd İbn Səudun Diriyyədə ölümündən sonra oğlu Əbdül-Əziz onun canişini oldu. O, atasının həyatı dövründə ətraf məntəqələrə yeridilən orduya sərkərdəlik edirdi. O, öz qüdrətini möhkəmləndirmək üçün atasının dövründəki hücumları genişləndirdi, Nəcdin bir çox yerlərini işğal etmək, Ehsa və Qətifi ələ keçirməklə vəhhabiliyi Fars körfəzi sərhədlərinə qədər genişləndirə bildi.
    Cənab Fəqihi vəhhabilərin Hicaz və Məkkə şərifləri ilə rabitələri barəsində belə yazır: "Vəhhabilər şərif Məsudun vəfatına qədər həcc əməllərindən mərhum idilər. Şərif Məsuddan sonra onun qardaşı şərif Müsaid ibn Səid Məkkənin əmiri oldu və vəhhabilər həccə getmək icazəsi almaq məqsədi ilə bir nəfəri onun yanına göndərdilər. Lakin o icazə verməkdən imtina etdi. (1186-cı h.q ilinə qədər bu minvalla davam etdi. Şərif Sərur əmisi Şərif Əhmədin yerində Məkkənin hakimliyini öhdəsinə alan vaxta qədər vəhhabilər həcc əməllərini yerinə yetirməkdən mərhum idilər.) Şərif Sərur vəhhabilərə Allah evini ziyarət etmək icazəsini bu şərtlə verdi ki, cizyə versinlər. Lakin onlar cizyə verməkdən imtina etdilər. Bu haqq 1202-ci h.q. ilinə qədər onlar üçün qalırdı. Lakin bu ildə Şərif Sərurun canişini Şərif Qalib həmin haqqı onlardan aldı və vəhhabilərin rəhbərləri Əbdül-Əziz ilə müharibəyə hazırlaşdı.
    Vəhhabilərin Ərəbistan yarımadasına hücum etməsi və onların nüfuzları müqabilində bəzi qəbilələr tərəfindən müəyyən müqavimət və müxalifətlərin olmasına şahidik. Amma müxalif əmirlər arasında ittihadın və həmrəyliyin olmaması, vəhhabilərin hərbi cəhətdən üstün olmaları bütün ittihadiyyələri sarsıtmışdı. Belə ki, vəhhabilərlə müxalifət edən çoxlu qəbilələrin itaət etməyə başlamaları Əbdül-Əziz Səudinin hakimiyyət dairəsini Cəbəli-Şəmmərdən Fars körfəzi sahillərinə qədər genişləndirmişdi, Nəcd və onun ətraf məntəqələrindən malik olduğu iqtidarla yanaşı şərif Qaliblə Hicazda müharibə etməyə tam hazırlaşmışdı.
    Bəzi mühəqqiqlər ingilislərin ifa etdiyi rol və onların vəhhabiləri Şərif Qalibin əleyhinə müharibiyə təşviq etməsi ilə əlaqədar məkrli planlarını bəyan etmişdilər. Cənab Xalisi bu barədə belə yazır: "Onların (ingilislərin) müqabilində ciddi müqavimət göstərən və onlarla sazişə yol verməyən əmirlərdən biri – əmir Məsud ibn Səid ibn Zeyd, onun oğlu Əhməd və nəvəsi Qalib idi. Onların hamısı "Məkkənin şərifi” adı ilə tanınırdı. Sonuncusu ingilislərin istəkləri müqabilində təslim olmadı. Bu iş nəticəsində vəhhabilər ingilislərin təhriki ilə şərif Qaliblə təqribən əlli dəfə müharibə aparmışdılar.”("Böyük İslam Enskilopediyası”, 2-ci cild, səh.25 )
    Buna əsasən, bir tərəfdən vəhhabilərin təcavüzkarlıq və işğalçılıq siyasətləri, digər tərəfdən də istismarçı İngilis dövlətinin məkrli planları onların zahirdə yeni ayinlərini təbliğ etmək və Hicaz əhalisinin vəhhabiyyətə yönəlməsi üçün bir amil olmuşdu. Lakin onlar batində özlərinin siyasi və iqtisadi hədəflərinə çatmaq üçün Hicaza qoşun yeridirdilər.
    Vəhhabilərin Hicaza hücumlarının ardınca Məkkənin əmiri şərif Qalib onlarla müharibəyə hazırlaşdı ki, onları geri qova bilsin. Şafeilərin müftisi Əhməd Zeyni Dehlan vəhhabilərin Məkkənin əmirləri ilə apardığı müharibə barəsində belə yazır: "Şərif Qalib 1205-1220-ci h.q. illərində vəhhabilərlə əllidən artıq müharibə aparmışdı. Tərəflər arasındakı çarpışmaların ilk mərhələsi də doqquz il davam etdi və onların arasında on beş mühüm müharibə baş verdi, lakin işə birdəfəlik xitam verilmədi.”
    "Tarixçeyi nəqd və bərrəsiye əmal və əqaidi vəhhabiha” kitabının müəllifi 1205-1206-cı h.q illərində baş verən müharibələr barəsində belə yazır: "Şərif 1205-ci h.q ilində altı yüz cəngavər və qardaşı Əbdül-Əzizlə, eləcə də bir neçə tayfa ilə birlikdə vəhhabilərlə mübarizəyə getdi. O, Əriqud-dəsəm adlı yerə qədər irəlilədi və Nəcd kəndlərindən bir neçəsini öz ixtiyarına keçirtdi. Həmçinin Ənizə, Bəsam qəsəbələrini mühasirə etdi və sonra qayıdaraq 1206-cı ildə qardaşı Əbdül-Əzizin sərkərdəliyi ilə yenidən bir qoşun təşkil etdi. Məqsədi də Əbdül-Əziz Məhəmməd ibn Səudun dininə yönələn qəbilələrlə mübarizə aparmaq idi. Bu müharibədə Türbət, Rinə və Bişəyə qədər irəlilərdi və bütün qəbilələri özünə itaətə vadar etdikdən sonra Məkkəyə qayıtdı.”
    Müharibələrin ilk iki ilində şərif Qalib müəyyən qədər müvəffəqiyyətlər əldə edə bildi. Lakin (hərbi qüvvələrə kəskin ehtiyac duyulduğundan) həmin məntəqələrdə daimi qüvvələr yerləşdirmədiyinə görə qayıtmağa məcbur oldu və həmin məsələ, yəni hicazlıların sürətlə qayıtması da vəhhabilərin yenidən həmin məntəqələrə hakim kəsilməsinə səbəb olurdu.
    Doktor Əmini şərif Qalibin həmin vaxt apardığı mübarizələr barəsində belə yazır: "1208-ci hicri qəməri ilində Osman Müzayiqinin sərkərdəliyi ilə bir ordu vəhhabilərlə müharibəyə göndərildi. İbn Qeyhan "Əqilan” adlı bir yerdə qarşıya çıxdı və Osman Müzayiqi ilə şiddətli müharibə apardı. Bu müharibə Osmanın qələbəsi ilə sona çatdı və o, İbn Qeyhanın bütün dəvələrini müsadirə etdi. Lakin İbn Qeyhan yenidən hücuma keçib Osmanı məğlubiyyətə uğratdı. Amma öz dəvələrini geri ala bilmədi. 1209-cu ildə şərif Qalib digər bir qoşunla və Əbdül-Müinin rəhbərliyi ilə vəhhabilərin təəssübkeş adamlarından olan Hadi ibn Qirmələ ilə müharibəyə hazırlaşdı. Əbdül-Müin onu təhdid etdiyinə görə Hadi qaçdı. Bundan sonra İbn Səudun tabeçilərindən olan İbn Qətnanın ardınca gedib onu öz sarayında mühasirə etdi və sonra tutub şərif Qalibin yanına göndərdi. İbn Qətnan şərifdən onu əfv etməsini istədi. Şərif də onu bağışlayıb azad etdi. Lakin öz şəhərinə çatan kimi düşmənə çevrilərək tüğyançılığa başladı. Əbdül-Müin bir nəfəri onu qətlə yetirməyə məmur etdi. O, İbn Səudun tabelərinin yığıldığı yerə getdi. Onlardan bir neçəsini öldürdü və sonra Məkkəyə qayıtdı. 1210-cu hicri qəməri ilində də şərif Qalib Seyyid Nasirin rəhbərliyi ilə bir qoşun hazırlayıb döyüşə göndərdi. Seyyid Nasir vəhhabilərlə apardığı müharibədə onlardan bir neçəsini öldürdü və sağ-salamat qayıtdı. Yenidən Seyyid Fəhid ibn Əbdüllahın rəhbərliyi ilə bir qoşun hazırlayaraq vəhhabilərlə müharibəyə göndərdi, daha sonra Fəraşəyə tərəf hərəkət etdi və İbn Qeyhanın rəhbərliyi ilə qəhtanilərdən bir qrupu ilə qarşılaşdı və onlarla müharibə aparıb bir neçəsini öldürdü, mal-dövlətlərini müsadirə etdi. Sonra Qəhtan şeyxlərindən olan İbn Şəzirlə qarşılaşdı. Daha sonra bir neçə nəfəri Türbətdə saxladı və özü qayıtdı. Bundan sonra Seyyid Nasirin sərkərdəliyi ilə böyük bir qoşun hazırladı. Onlar Şəmasa qədər irəliləyib gözlənilmədən vəhhabilərlə qarşılaşdılar. Tərəflər arasında qanlı müharibə baş verdi, çoxları öldürüldü və Seyyid Nasir Məkkəyə qayıtdı. 1211-ci ildə Seyyid Fəhidin sərkərdəliyi ilə böyük bir qoşun təşkil etdi və qoşunun bir bölməsini Firməyə göndərdi. Onların da bir neçəsi öldürüldü. Sonra vəhhabi ayinini qəbul etmiş olan Bəni-Hərb qəbiləsinə qəfil hücum etdilər, Rovğun-niama tərəf hərəkət etdilər. Burada Həcilaninin sərkərdəliyi ilə böyük bir iğtişaşçı qrupla qarşılaşdılar. Onların arasında şiddətli müharibə baş verdi və tərəflərdən çoxu öldürüldü. Sonra Bəqərə adlı bir məntəqədə Hadi ibn Qərmələ ilə müharibə apardı. Onlardan bir neçəsini öldürüb əsir tutdu. Qərmələnin dəvəsini və atını qənimət alıb Məkkəyə qayıtdı. Sonra şərif Qalibin onun üçün hazırladığı ordunun köməyi ilə Rinəni öz ixtiyarına keçirtdi. 1212-ci hicri qəməri ilində yenidən Seyyid Fəhidin sərkərdəliyi ilə bir ordunu Hərbdəki vəhhabiləri məğlub etmək üçün Əriqüd-dəsəmə göndərdi. Bu dəfə də çoxlu qənimətlərlə qayıtdılar. Daha sonra Seyyid Mübarəkin sərkərdəliyi ilə bir qoşun hazırlandı. Hərb vəhhabilərinin bir qrupu Əl-elm adlı məntəqədə hücuma məruz qaldılar, Seyyid Mübarək onların mal-heyvanlarını qənimət aldı. Yol əsnasında qırx beş nəfər vəhhabi ilə rastlaşıb onları qətlə yetirdilər. Geri qayıtmaq istədikdə Şərif Qalib onların qayıtmaması əmrini verib onlara kömək etmək üçün Seyyid Sədin başçılığı ilə bir qoşun göndərdi. (Şərif Qalib də Fəran məntəqəsində onlara qoşuldu və "Qəhtan”, "İbn Qərmələ”, eləcə də "Rinə” qəbilələrinə hücum etdilər.) Şərifin qoşunu Rinəyə qayıdıb orada da döyüşdülər və xurma ağaclarını kəsib məhv etdilər.”(Məhəmməd Baqir Xalisi, "Vəhhabiyyət əz didqahi əhli-təsənnün”, səh.8 )
    Birinci mərhələdə (1205-1213-cü h.q illər) Şərif Qaliblə vəhhabilərin arasındakı müharibələrdə əksər hallarda qələbə şərif Qalibə nəsib olurdu. Vəhhabilər bu mərhələdə Hicazın bəzi qəbilələrinə hakim kəsilə bildilər. Səbəbi də onlara qəbilə üsul-idarəsinin hakim olması idi ki, qəbilə rəisinə itaət etmək zəruri və əhəmiyyətli bir məsələ idi. Buna görə də qəbilə rəisinin vasitəsi ilə hər növ dəyişiklik bütün qəbilə üzvlərinin qəbul etməsi demək idi. Vəhhabilər də özlərinin xüsusi hədəflərinə görə qəbilə rəislərini təhdid etməklə, yaxud şirnikləndirməklə özlərinə tərəf çəkirdilər.
    1212-ci h.q ilinin axırında Məkkənin əmiri ilə vəhhabilərin arasında şiddətli çarpışma baş verdi ki, bunun da nəticəsi şərif Qalibin məğlubiyyətə uğrayaraq Məkkəyə qayıtması oldu. Sonra 1313-cü h.q ilinin cəmadiyus-sani ayında tərəflər arasında sülh müqaviləsi bağlandı. Bunun nəticəsində də "hər iki tərəfin sərhədləri, əlləri altında olan qəbilələr müəyyən olundu. Bu müqavilədə həm də münaqişənin tərk edilməsi barədə öhdəçilik verildi və qərara alındı ki, vəhhabilər də həccə gedə bilsinlər, hamısının təhlükəsizliyi təmin olunsun."(Əmin Məhəmməd Hadi. "Məkkənin tarixi”, Axundinin tərcüməsi, səh.78-79, 177 )
    "Məkkə tarixi”nin müəllifi bu sülh müqaviləsinin sonrakı bəndləri haqqında belə yazır: "...Onların alimlərindən sayılan Həməd ibn Nasir həmin ildə bir dəstə adamla birlikdə həccə gəldilər. Vəhhabilərin başçısı isə həccə gəlmədi. Səbəbi də bu idi ki, o zaman Bağdadın hakimi Süleyman Paşa kəndxuda Əlibəyin başçılığı ilə onunla müharibə etmək üçün bir ordu göndərib onları mühasirəyə almışdı. Lakin vəhhabilərin hiylələri nəticəsində qoşun dağıldı və başçıları da fərar etdi. Hicri qəməri tarixi ilə 1214-cü ildə Səud ibn Əbdül-Əziz həcc mərasimini yerinə yetirmək üçün çoxlu camaatla birlikdə Məkkəyə gəldi. O, açıq havada qurulmuş bir xeymədə şərif Qaliblə görüşdü. Hicri qəməri tarixinin 1215-ci ilində İbn Səud yenə də iyirmi mindən çox bir qoşunla birlikdə Məkkəyə yola düşdü. Məkkəyə çatmamışdan öncə Məhəmməd ibn Nasirin vasitəsilə şərif Qalibə otuz beş at və on dəvə hədiyyə göndərdi. Şərif Qalib hədiyyələri qəbul edib əvəzində onun üçün başqa hədiyyələr göndərdi. O, Səud gəlməmişdən qabaq onların əhd-peymanlara vəfalı olmayacaqlarından qorxub lazımi tədbirlər tökdü. Təsadüfən, Səud da öz qoşunu ilə birlikdə Məkkəyə daxil olub "Ərəfat” səhrasında düşərgə saldı. Zil-hiccə ayının 12-də Səud və Şərifin tərəfdarları arasında ixtilaf düşdü. Nəticədə hər iki tərəf silaha əl atdılar. Lakin Şərif Qalib öz tərəfdarlarını bu işdən çəkindirdi. Nəhayət, Səud hacılarla birlikdə gün batmamışdan öncə Minadan geri qayıtdı...”
    Vəhhabilər Şərif Qaliblə sülh müqaviləsi bağladıqdan sonra sakit qalmadılar, öz məqsədlərini həyata keçirmək məqsədilə qəbilələr arasında ixtilaf yaratmaq üçün müxtəlif hiylələrə əl atdılar. "Xülasətül-kəlam” kitabının müəllifi bu barədə belə yazır: "Səud sülh müqaviləsi bağladıqdan sonra yorulmaq bilmədən hiylələrə əl atır, ərəblərin Şeyx Məhayil və Şeyx Bariq kimi başçıları və böyük şəxsiyyətləri ilə gizli şəkildə məktublaşırdı. Bu iki ərəb şeyxi ərəb qəbilələrinin əqidələrini batil hesab edirdilər. İş o yerə çatdı ki, sülh müqaviləsi pozuldu, Hicazda yaşayan bütün qəbilələr vəhhabi məzhəbinə üz gətirdilər...”
    Vəhhabilərin əhd-peymanlara əməl etməyib Hicazda yaşayan qəbilələri vəhhabi etmələri, başqa sözlə xaincəsinə işlətdikləri hiylələri nəticəsində Şərif Qaliblə onlar arsında olan sülh müqaviləsi pozuldu, aralarında yenidən ixtilaf yarandı və müharibə başladı. Xüsusilə, "Üseyr”, "Təhamə” və "Bəni-Hərb” qəbilələrinin Səudun tərəfdarları sırasına daxil olaraq Şərif Qalibə çoxlu əzab-əziyyət vermələri onların arasında yenidən ixtilafın büruz etməsinə və müharibənin başlanmasına səbəb oldu. Bir neçə il ərzində onların arasında on üç müharibə baş verdi və Taif məntəqəsinin işğal edilməsi ilə nəticələndi.
    Hicazda yaşayan qəbilələrin vəhhabi məzhəbinə üz gətirmələrinin səbəbi vəhhabilərin siyasətləri, təhdidləri, xüsusilə qəbilə başçılarını maddi köməklər etməklə qane etmək idi. Digər tərəfdən isə qəbilə başçıları Şərif Qalibin nəzarəti altından çıxıb azad və sərbəst olmaqları üçün səy göstərirdilər. Vəhhabilərin onlara verdikləri vədələri də onların bu məzhəbi qəbul etməklərinə səbəb oldu. Çünki hər kəs onların mənafeyini təmin etsəydi, ona meyl göstərirdilər. Xüsusilə, pul, məqam və qüdrətdən söz açıldıqda, öz keçmiş əhd-peymanlarını yaddan çıxarıb onları pozurdular.
    Ümumiyyətlə, vəhhabilər tərəfindən sülh müqaviləsi pozulduqdan sonra Şərif Qalib vəhhabi məzhəbinə üz gətirən qəbilələrə əzab-əziyyət vermək üçün öz vəzirini Qənfəzəyə göndərdi. O da onları öz hakimiyyəti altına ala bildi. Bundan əlavə, Şərif Qalib Hüllə məntəqəsinin əhalisinin vəhhabi olmaqlarından xəbərdar olduqda, başda Seyyid Nasir ibn Süleyman olmaqla bir qoşunu oraya göndərdi və orada yaşayan vəhhabiləri məğlub etdilər. Şərif Qalib Hülləni qoruyub saxlamaq üçün Seyyid Mündili məmur etdi. Vəhhabilər isə Həşrin başçılığı ilə Hülləyə hücum etdilər, əvvəlcə məğlubiyyətlə üzləşdilər. Lakin hiyləyə əl atmaqla, eləcə də Hüllə əhalisinə xəyanət etməklə şəhərə hakim oldular. Şərif Qalib, Seyyid Səd Qəttadinin başçılığı ilə bir qoşunu vəhhabi məzhəbini qəbul etmələri barədə xəbər çatan Yəmən sahilindəki ərəblərə tərəf göndərdi və onlar da oraya qalib gəldilər. Sonra həmin zamanlar – hicri qəməri tarixi ilə 1216-cı ildə vəhhabilər İraqa tərəf gəlib öz ideyalarını orada yaymağa başladılar.
    Məkkə padşahının vəhhabilərlə apardığı mübarizənin davamında, vəhhabilərin Hicaz vilayətinə hücum çəkmələri diqqəti cəlb edən məsələlərdən biridir. "Vəhhabilər tarixi” kitabının müəllifi bu barədə belə yazmışdır: "Həmin ildə – hicri qəmərinin 1216-cı ilində belə xəbər çatdı ki, iki hissədən təşkil olunan böyük bir vəhhabi ordusu hərəkət edərək gəlir. Bir dəstə Seyyid Səd Qəttadinin qoşunu ilə döyüşməyə başladı. Amma döyüşə bilmədiklərini gördükdə, onunla müharibəni saxladılar. İkinci dəstə isə Qənfəzəyə hücum etdi, Əbu Bəkr ibn Osman (Qənfəzə məntəqəsinin hakimi) onları şiddətlə məğlub etdi. 1217-ci h.q ilinin əvvəllərində Məd ibn Şarr və Şeyx Məhayil on iki min nəfərdən ibarət bir qoşunla Qənfəzəyə tərəf hərəkət etdib oranın hakimi ilə mübarizə apardılar. Lakin ağır məğlubiyyətə uğradılar. Səud Yəmən məntəqəsini öz hakimiyyəti altında gördükdə, Salim ibn Şəkbanı Zəhranda yaşayan qəbilələrə hakim təyin etdi. O, bu qəbilələr arasında ixtilaf yaradıb vəhhabi olan ərəbləri onlar üçün rəis seçirdi. Bu hadisədən xəbərdar olan Şərif Qalib Əbdül-Əziz İbn Səuda bir məktub yazaraq onların əhd-peymanlara sadiq qalmalarını tələb etdi. Onların hər biri də yazdıqları cavab məktublarında bu işə görə üzr istəyib deyirdilər: "Bunlar yalan şayiələrdir və bəziləri fitnə-fəsad törədib sülh müqaviləsini pozmaq üçün belə yalan xəbərlər yayırlar.”(Həmin mənbə, səh.179 )
    Sonra şərif Qalib öz tərəfindən Zəhrana bir nümayəndə göndərdi ki, orada baş verən hadisələri ona çatdırsın. Xəbərin düzgün olmasını bildikdən sonra öz bacısı əri olan Osman ibn Əbdür-Rəhman Müzayiqini Əbdül-Möhsin, Müqəttənin şeyxi İbn Həmədi və başqalarını sülh müqaviləsini yenidən tənzim etmək üçün Diriyyəyə göndərdi.
    Diriyyədə vəhhabilərin hiylə və yalanları yenidən başlandı. Bu dəfə onlar Osman Müzayiqiyə söz verib dedilər ki, sənin Məkkəyə hakim olmağına yardım edəcəyik. Bununla da, Osman Müzayiqi vəhhabiliyi qəbul etdi, Məkkənin padşahı şərif Qalibə xəyanət edərək Məkkədə, Mədinədə və Taifdə vəhhabiliyi yaymaq üçün vəhhabilərlə həmkarlıq etməyə başladı. Bunun əvəzində, Əbdül-Əziz Səudi Taifin hakimliyini ona tapşırıb həmin şəhərdə yaşayan bütün qəbilə başçılarına məktub yazdı və Müzayiqinin hakim olmasını xəbər verdi. Möhsin Əl-Əmin, Osman Müzayiqinin Taifə hakim olması və bu işdə vəhhabilərin rolu barəsində belə yazır: "Osman Müzayiqi Diriyyədən çıxdıqdan sonra Taifə bir günlük yol qədər olan Übeyla adlı bir məntəqədə öz yoldaşlarından ayrılıb oradakı qalada sakin oldu. Həmin məntəqənin qəbilə başçılarına məktub yazdı və onlar da ona tabe olacaqlarını elan etdilər. Eyni zamanda Şərif Qalibin qardaşı və Taifdəki nümayəndəsi Şərif Əbdül-Müinə də bir məktub yazıb onu vəhhabi məzhəbinə dəvət etdi. "Tənhə”, "Nəfə” və "Əsəmə” qəbilələri də ona qoşuldular. O, bu qəbilələrə arxalanıb "Ovf” və "Ərəc” qəbilələri ilə döyüşdü və onları öz hakimiyyəti altına aldı. Bu zaman şərif Qalib üç mindən ibarət bir qoşunu Taifə göndərdi. Osman Müzayiqi də sakin olduğu qaladan – Übeyladan çıxıb Taifə tərəf hərəkət etdi. Taifin hakimi Şərif Əbdül-Müin də Taifdən hərəkət edib Ərəcə çatdıqda onunla Müzayiqi arasında döyüş başlandı. Bu, Müzayiqinin məğlubiyyətinə səbəb olmadı və o, Übeyladakı qalaya pənah apardı. Şərif Qalib və şərif Əbdül-Müinin qalanı ələ keçirmək üçün göstərdikləri səylər heç bir nəticə vermədi. Sonra Müzayiqi qaladan çıxıb Taifi mühasirəyə aldı. Bişənin hakimi Salim ibn Şəkban böyük bir qoşunla ona kömək etdi. Həmin gecə Şərif Qalibin ətrafına toplaşan ərəblər pərakəndə oldu. Böyük şəxsiyyətlərdən bəziləri Məkkəyə qayıtdılar. Sonra Şərif Qalib, Müzayiqinin və ibn Şəkbanın Məkkəni ələ keçirmək üçün hərəkət etmələrindən xəbərdar oldu.
    Buna görə də o, öz ətrafındakı ərəblərə pul verib Taifdə qalmalarını və oranı qoruyub saxlamalarını tələb etdi, özü isə Məkkəyə qayıtdı. Lakin Taifdə olanların arasında ixtilaf və pərakəndəlik yarandı. Dəxil ibn Hüveyb müxalifət edərək vəhhabilərə qoşuldu və Şərif Qalibin Məkkəyə hərəkət etməsini onlara xəbər vedi. Vəhhabilər Taifə doğru hərəkət etdilər. Onlardan Əbdüllah adlı bir şəxs qabağa düşüb Taifə daxil oldu, şəhər camaatının təhlükəsizliyini təmin etmək üçün bir miqdar pul xərcləyib onlar üçün aman istədi. Əbdüllah vəhhabilərdən aman almaq üçün İbrahimin evindən çıxdı. Taif əhalisindən bir nəfər minarədən ona tərəf bir ox atıb onu öldürdü. Vəhhabilər bu hadisədən xəbərdar olduqda, şəhərə hücum etdilər. Şəhərin ətrafında şəhəri qoruyub saxlayan və onların qarşısını alacaq bir kəs olmadığından asanlıqla şəhərə daxil olub hamını, hətta uşaqları belə qətlə yetirdilər. Anaların qucaqlarındakı südəmər körpələrin başlarını kəsdilər. Şəhərdən çıxıb qaçanları təqib edib çoxlarını öldürdülər.”(Həmin mənbə, səh. 20-21. )
    Vəhhabilərin Taifdə insaniyyətlə zidd olan vəhşicəsinə törətdikləri bu faciə bir çox tarixi mənbələrdə qeyd edilmişdir. Cəmil Sədaqi Zəhavi bu barədə belə yazır: "...Vəhhabilərin Taifi fəth etdikləri zaman törətdikləri çirkin əməllərdən biri xalqı kütləvi şəkildə qırmaq, uşaqlara və qocalara rəhmsizlik etməkdən ibarət idi. Onlar südəmər körpələrin başlarını öz analarının qucağında kəsir, Quran öyrənməklə məşğul olan dəstəni qətlə yetirirdilər. Yaşayış evlərində heç bir kəs qalmadığı üçün məscidlərə və dükanlara hücum gətirib orada olan hər bir kəsi, hətta namaz qılan, rüku və səcdə halında olanları belə öldürdülər. Onların arasında olan şərif müshəfləri, "Səhihi Buxari”, "Səhihi Müslüm”, fiqh və hədis barəsində yazılmış digər kitabları küçə-bazarlarda ayaq altına atdılar. Bu hadisə hicri qəməri tarixi ilə 1217-ci ildə baş vermişdi.”(Həmin mənbə, səh. 22-23-24. )
    Taif vəhhabilərin vasitəsilə işğal olunduqdan sonra Osman Müzayiqi ora hakim təyin edildi. Hadisəni Səuda yazılı şəkildə xəbər verdikdə çox xoşhal oldu. O, bu zaman Diriyyə ilə yeddi günlük yol fasiləsində yerləşən Dehna adlı məntəqədə sakin idi və İraqla müharibə etmək üçün hazırlıq görürdü.
    Diqqəti cəlb edən məsələlərdən biri də qəbilələrin və qəbilə başçılarının pul və maddi şeylər vasitəsilə aldanıb öz əqidələrindən dönmələri idi. Hətta Şərif Qalib də Taifdən çıxmamışdan və Məkkəyə tərəf hərəkət etməmişdən öncə bəzi qəbilə başçılarını bu üsulla (bir miqdar pul verməklə) şəhəri qoruyub saxlamağı tövsiyə etmişdi.
    Başqa bir məsələ də budur ki, qəbilə başçılarının bu xüsusiyyətlərini başa düşən vəhhabilər Şərif Qalibin əksinə olaraq öz məqsədlərinə nail olmaq üçün onları pul və məqamla aldadırdılar. Vəhhabi səudilərin hiylə ilə irəli apardıqları siyasətləri nəticəsində Osman Müzayiqini ələ alaraq böyük müvəffəqiyyətlər əldə edə bildilər.
    Taifin nüfuzlu şəxsləri xəyanət etdikdən, eləcə də şəhər əhalisi arasında ixtilaf və ayrılıq yarandıqdan sonra vəhhabilər oraya hücum edib camaatı öldürür, mal-dövlətlərini qarət edir, evlərini yandırır, müxtəlif növ vəhşiliyə əl atır və insaniyyətə zidd olan faciələr törədirdilər. Onların bu hərəkətlərinin səbəbi bəlkə də, bir tərəfdən öz qüdrətlərini göstərib digər qəbilələrin və tayfaların vəhhabilərlə mübarizə fikirlərini unutdurmaqları, digər tərəfdən də, belə hərəkətlərlə öz səslərini Məkkə və Mədinə şəhərlərinə çatdırmaq ola bilərdi ki, sonradan başqaları vəhhabilər müqabilində ciddi müqavimət göstərməsinlər.
    Vəhhabilər Taifi ələ keçirdikdən sonra Hicaz vilayətini, o cümlədən Məkkə, Mədinə və Cəddə şəhərlərini ələ keçirmək üçün hərəkət etdilər. Elə bu zaman şərif Qalib vəhhabilərin əleyhinə qiyam etmək üçün çoxlu məktublar yazmaqla və elçilər göndərməklə yüksək vəzifəli şəxslərdən yardım istəmişdi. Lakin həmin vaxta qədər Sultan Osman bu məsələyə ciddi yanaşmamışdı. Çünki onun başı daxili ixtilaflar və çəkişmələrlə qarışmışdı. Vəhhabilərlə mübarizə aparmaq barəsində Misirin hakimi Məhəmmədəli Paşaya tapşırdığı göstərişlər hələ də icra olunmurdu.
    Vəhhabilər Məkkəni ələ keçirmək fikrində idilər. Lakin bu zaman həcc mərasimi gəlib çatmışdı və Şamdan, Misirdən və digər məntəqələrdən çoxlu zəvvar gəlib Məkkədə bir yerə toplaşmışdı. Buna əsasən, vəhhabilər zahirdə Məkkə zəvvarlarının qətlə yetirilməsinin qarşısını almaq, batində isə bu zəvvarların sayının çox olmasından qorxu hissi keçirdiklərindən hələ heç bir iş görmək istəmədilər ki, ordu tədarükü görsünlər.
    Məkkə şəhərinin məşhur alimləri Nəcd alimlərinin məktublarını alıb vəhhabilərin Taif şəhərində bir çox ağır cinayət törətmələrindən xəbərdar oldular. Məhz bundan sonra vəhhabilərin kafir olmalarına dair hökm verdilər. Bunun ardınca Məkkə əmirinə onlarla mübarizə aparıb cinayətlərinin qarşısını almağı və bu işdə yubanmamağı, həmçinin ona kömək edib bu müqəddəs cihadda onunla birgə olmağı bütün müsəlmanlara vacib bildilər və elan etdilər ki, hər kəs hər hansı bir üzrü olmadan bu işdən imtina etsə günahkar, hər kəs də onlarla döyüşsə mücahiddir (Allah yolunda vuruşan şəxslərdəndir) və hər kəs onların əli ilə öldürülsə şəhiddir. Amma vəhhabilərin Taifdə vəhşicəsinə törətdikləri cənayətlər və təhdidlər Məkkə əhalisi və həcc zəvvarları arasına təfriqə salıb, vəhhabi səudilərin tədriclə Məkkəyə daxil olmalarına zəmin yaratdı. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha” adlı kitabın müəllifi Taifin vəhhabilər tərəfindən işğal olunmasından sonra Məkkənin necə işğal edilməsi barəsində belə yazır: "...Səud Taifi işğal etdikdən sonra sürətlə Hicaza doğru hərəkət edib yolda İbn Şəkban və onun tərəfdarları ilə görüşdü. Məkkənin yaxınlığındakı Üyeynə adlı kəndə çatdıqda, Məkkə əhalisi və Allah evinin zəvvarları onların gəlişindən xəbərdar olub son dərəcə qorxub vəhşətə düşdülər. Həmin ilin hacıları arasında Sultan İbn İmam Müsqit, Nəqib Məliki, Şam və Misr zəvvarlarının başçısı Əbdüllah Paşa və Osmanbəy Quci, eləcə də onlarla birlikdə gələn bir çox zair ordu hazırladılar. Təsadüfən Səud həmin il həcc mərasiminə gəlməmişdi. Həcc mərasimi sona çatdıqdan sonra Şərif tərəfindən bir şəxs nida edib camaatı cihada səslədi. Cəddənin valisi Paşa öz qoşunu ilə birlikdə hərəkət edib iki gün ərzində Səudu geri çəkilməyə məcbur etdi. Şərifin Kəbə zəvvarlarının başçılarını vəhhabilərlə döyüşə təşviq etməsi ilə əlaqədar səyləri heç bir nəticə vermədi. Onların Səuda yazdıqları birinci məktubun cavabında onun təhdidləri ilə üzləşdilər. Allah evinin zəvvarlarının başçıları ilə Şərif arasında yaranan ixtilaflar nəticəsində Səuda ikinci bir məktub göndərildi. Onun cavabında Səud onları təhdid etməkdən əlavə həm də əmr vermişdi ki, Allah evinin zəvvarları üç gün ərzində Məkkəni tərk etsinlər. Səudun bu təhdidli əmrindən sonra zəvvarlar Məkkədən hərəkət etməyə başladılar. Məkkənin böyükləri və ağsaqqalları bir yerə toplaşıb Şam zəvvarlarının başçısının yanına gəldilər və onların Məkkədə bir gün də qalmalarını xahiş etdilər. Lakin o, bu təklifi qəbul etmədi. Şam zəvvarlarının karvanı 1218-ci hicri qəməri ili Məhərrəm ayının 5-də, sabahı da Misir hacıları öz başçıları ilə birlikdə Məkkədən çıxdılar. Şərif Paşa da yalqız qaldığı üçün Cəddəyə tərəf hərəkət etmək məcburiyyətində qaldı.”("Vəhhabilər”, Cəmil Sədaqi Zəhavi səh. 301-302. )
    Şərif Qalib bir tərəfdən Məkkə əhalisi arasında ixtilaf və təfriqənin yaranmasını, digər tərəfdən də Şam, Misir və Cəddə zəvvarlarının Məkkədən çıxmasını gördükdə, özündə vəhhabilərlə mübarizə aparmaq qüdrəti olmadığını hiss edib Cəddəyə qaçdı. Tədqiqatçılardan bəziləri də açıq şəkildə bu məsələni qeyd edərək demişlər: "Şərif Qalib qüdrət və qüvvəsinin az olmasına və digər İslam hacılarının onu himayə etməməsinə görə məcburiyyət qarşısında qalıb Məkkəni tərk etdi və Cəddəyə qaçdı.”(Əl-əmin, Möhsün. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 25-26. ) Amma bunların hamısını nəzərə alsaq da Şərif Qalib Məkkəni tərk etməməli idi. Çünki onun özü camaatın vəhhabilərin əleyhinə qiyam etməsi üçün ittihad mehvəri ola bilərdi.
    Məkkədə siyasi ixtilafın yaranmasına və nəticədə camaatın vəhhabilərə qarşı müqavimət göstərə bilmədiklərinə görə Şərif Əbdül-muin Səudla məktublaşıb Məkkə əhalisi üçün aman istədi. Bununla yanaşı, vəhhabilərə itaət etməyi bildirdi və onlardan Məkkənin hakimliyini istədi. Səud da Məkkə xalqına aman verib Əbdül-muini oraya hakim təyin etdi ki, münasib bir vaxtda Məkkə əhalisi ilə də ciddi rəftar etsin. Möhsin Əl-Əmin vəhhabilərin Məkkəyə daxil olması barəsində belə yazır: "Məhərrəm ayının 8-də Səud ehram paltarı geyinmiş halda Məkkəyə daxil oldu, təvaf və səy etdi, təqribən yüz dəvə qurbanlıq kəsdi və Mühəssəbdə, Şərifin bostanında düşərgə saldı. (Tarixdə yazılır ki, vəhhabilərin qoşunu ilə birlikdə Məkkəyə gələn Əbdül-əziz Səud idi. O, 1218-ci hicri qəməri tarixinin Məhərrəm ayının 10-da hacıların qayıtmasından iki gün sonra Məkkəyə çatdı.) Beləliklə, Əbdül-əziz Məhəmməd İbn Səud çox rahatlıq və asanlıqla Məkkəyə daxil oldu və camaat bir yerə toplaşıb onunla beyət etdilər. O, bir az söhbət etdikdən sonra qəbirlərin, məqbərələrin və s.-nin dağıdılaraq yerlə yeksan edilməsinə dair hökm verdi.”("Müəssiseyi mütaliatiye tarixi xavəri-miyanə”, "Süruş” nəşriyyatı, Tehran, 1-ci çap, 1369-cu il, 1-ci cild, səh.18. ) Vəhhabilər Məkkəyə daxil olduqdan sonra dərhal qəbirləri və məqbərələri uçurtmağa başladılar və onları yerlə yeksan etdilər.
    Cənab Fəqihi öz kitabının bir hissəsində vəhhabilərin Məkkə şəhərinə daxil olmaları və onların bu şəhərdə törətdikləri əməllər barəsində belə yazır: "Nəhayət, vəhhabilər Məkkəyə daxil olub, orada on dörd gün qaldılar və bu müddət ərzində camaatı tövbə etdirir, öz gümanlarına əsasən onların İslamını təzələyir və öz əqidələrinə əsasən şirk sayılan təvəssül, qəbirləri ziyarət etmək kimi məsələləri qadağan edirdilər. Elə bu zaman qəbirləri və məqbərələri uçurtmağa başladılar. Əlbəttə, "Müəlla” qəbiristanlığındakı məqbərələri uçurtduqdan sonra Peyğəmbər (s), Əbu Bəkr və Həzrət Əlinin (ə) doğulduqları yerin üzərindəki məqbərəni də uçurtdular. Eləcə də Xədicənin (ə) məqbərəsini, Zəm-zəm quyusunun üzərində olan tikilini və Kəbədən uca olan bütün tikililəri uçurub dağıtdılar. Vəhhabilər məqbərələri uçurtduqları zaman musiqi çalır, şer və mahnı oxuyur, qəbirlər üzərində tikilən binalara nalayiq sözlər deməkdə həddini aşırdılar. Nəhayət, üç gündən sonra bütün məqbərələri uçurdub dağıtdılar. İbn Bişr deyir ki, onlar bu işi gördükləri zaman yeganə Allaha yaxınlaşırdılar. Axırda da onların hamısını yerlə yeksan etdilər.”(Əl-əmin, Möhsün. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 17. )
    Diqqəti cəlb edən məsələ budur ki, vəhhabilərin nəzərində Allah-taala tərəfindən qəbul edilən yeganə firqə onların firqəsidir və sair İslam firqələri məqbul sayılmır. Onların Allah yanında heç bir dəyər və qiyməti yoxdur. Buna əsasən onlar özlərinin batil əqidələrini, azdırıcı hərəkətlərini, təxribatçılıq və töhmətlə yanaşı olan əməllərini digər İslam firqələrinə, xüsusilə şiələrə nisbət verirdilər. Cənab Nurəddin Çahardehi vəhhabilərin ümumi əqidələri barəsinə belə qeyd etmişdir: "Vəhhabilərin əqidələrinə əsasən bütün İslam firqələri – şiə və sünnülər müşrik və kafir olub bütpərəstlər zümrəsindəndirlər. Onlar Peyğəmbərin (s) və imamların (ə) qəbirlərini ehtiramla yad etməyi bidət və bir növ bütpərəstlik hesab edirdilər.”(Fəqihi, Həmin mənbə, səh. 307-308.) Kaş, dini mühəqqiqlər, elm və bəsirət sahibləri bu barədə tədqiq edəydilər. Görəsən, vəhhabi, yoxsa sair İslam firqələrinin hansı biri haqlıdır?! Halbuki, tarix göstərir ki, hər bir günahdan təmiz, pak-pakizə, məsum olan Əhli-beytin (ə) həqiqi ardıcılları, başqa sözlə, imamiyyə şiələri həqiqi İslamın və Məhəmmədin (s) həqiqi dininin ən gözəl ardıcıllarıdır. Əlbəttə, İranda İslam inqilabının qələbə çalması və Həzrət Məhəmmədin (s) gətirdiyi həqiqi İslam dininin hakim olması sayəsində artıq bu barədə heç bir şəkk-şübhə qalmır.
    Vəhhabilərin Məkkə şəhərində gördükləri vəhşiliklər və yaramaz işlər, törətdikləri çirkin əməllərin biri də bu idi: "Onlar Məscidül-həramda bəzi namazların yerinə yetirilməsinin qarşısını alır və göstəriş verirdilər ki, sübh namazını Şafei, zöhr namazını Maliki, əsr namazını Hənbəli, axşam namazını Hənəfi məzhəbinə uyğun və işa namazını isə hər kəs necə istəsə qılsın. Eləcə də cümə namazını müfti (Məkkənin müftisi) qılsın... Vəhhabilər camaatın siqaret çəkməsini qadağan etdilər və onları məcbur etdilər ki, başqalarından kömək diləməsinlər, qəbirlərin üzərində məqbərə tikməsinlər, qəbirləri öpməsinlər, eləcə də onların (vəhhabilərin) şirk hesab etdikləri işləri yerinə yetirməsinlər... (Səud) Məkkə alimlərinə göstəriş verdi ki, Məhəmməd ibn Əbdül-Vəhhabın kitablarını və onun əqidələrini "Kəşfüş-şübəhat” adlı risalədən öyrənsinlər. Onlar da bununla müxalifət etməyə cürət edə bilmirdilər.”("Vəhhabiyyət və onun kökləri”, Nurəddin Çahardehi, "Fəthi” nəşriyyatı, 1363-cü il, Tehran, 1-ci çap, səh. 147.)
    Səud 1218-ci hicri qəməri ilində Cəddəni ələ keçirmək üçün Məkkədən hərəkət etdi. Cəddənin vəhhabilərin vasitəsilə səkkiz günlük mühasirəyə alınması onlar üçün məğlubiyyətdən başqa bir nəticə vermədi. Çünki Səuda Diriyyədən və Nəcddən çatan bəzi xəbərlər Nəcddə əmin-amanlığın aradan getməsindən, ixtilafın yaranmasından və əcəmlərin Diriyyəyə hücum etməsindən xəbər verirdi. Buna görə də məcbur oldu ki, Məkkəyə qayıtmadan birbaşa Diriyyəyə doğru hərəkət etsin.
    Vəhhabilərin əmirinin Hicazdan çıxdığı və Şərif Qalib üçün füsət yarandığı bir vaxtda, o, özünü sürətlə Məkkəyə çatdırıb vəhhabiləri həmin şəhərdən qovdu. Sonra Taif və onun ətrafında Müzayiqi (vəhhabilərin yeni rəisi) ilə döyüşdü. Həmçinin Sultan Osmaninin yanına məktublar və qasidlər göndərdi. Vəhhabilərlə mübarizə etmək üçün ondan kömək istədi. Babi-Ali də türk əsgərlərindən bir neçəsini muzdur kimi onun üçün göndərdi.
    Belə nəzərə gəlir ki, Səud Cəddəni mühasirə etməyi tərk etdiyi və Hicazdan xaric olduğu zaman orada özünün vəhhabi hakimlərinə əmr etmişdi ki, Cəddəni işğal etmək üçün səy göstərsinlər. Vəhhabi əmirinin göstərişi nəticəsində Bişənin hakimi İbn Şəkban və Taifin hakimi Osman Müzayiqi 1219-cu hicri qəməri ilinin Məhərrəm ayında yenidən Cəddəni mühasirəyə aldılar. Vəhhabilərin tarixini yazan təhqiqatçılardan biri bu barədə belə yazmışdır:
    "...İbn Şəkban və Müzayiqi 1219-cu ilin Məhərrəm ayında on iki min nəfər cəngavərlə birlikdə Cəddəni mühasirəyə almaq üçün hərəkət etdilər. Şərif Qalib Məkkənin ətrafını möhkəmləndirdi. Çünki, o bilirdi ki, onlar Cəddəni ələ keçirə bilməyəcəklər. O, əmr verdi ki, camaatın hamısı hərəkət etsinlər. Camaat da hamılıqla silahlanıb Zahirə gəldilər və orada yeddi gün qaldılar. Lakin Cəddə şəhərini mühasirədə saxlayan vəhhabilər üç gün qaldılar. Onlar gündə bir dəfə şəhərə hücum edirdilər, amma şəhərin topxanası onları pərakəndə vəziyyətə salır, onlar da məcburyyət qarşısında qalıb yenidən öz çadırlarına qayıdırdılar. Onlardan o qədər adam ölmüşdü ki, arxlar və çalalar onların cəsədləri ilə dolmuşdu. Belə ki, 10-20 nəfəri bir yerdə dəfn edirdilər. Onlar vəziyyəti belə gördükdə qaçmağa başladılar...”(Əl-əmin, Möhsün. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 29-30. )
    Vəhhabilər bu dəfə də Cəddənin mühasirəsində məğlubiyyətə uğradıqları üçün geri çəkilmək məcburiyyətdə qalıb öz düşərgələrinə qayıtdılar. Bundan sonra, Şərif Qalib Hicazın müxtəlif məntəqələrinə hərbi qüvvə göndərməyə başladı. Bu barədə gəlib çatan bəzi xəbərlər vəhhabilərin əmin-amanlığı, nizam-intizamı bir-birinə vurmaqda göstərdikləri fəaliyyətlərini bildirir. Onların əksər hərəkətləri karvanlara hücum edib onların mal-dövlətlərini qarət etməkdən, yollarda əmin-amanlığı pozmaqdan, Hicazda yaşayan qeyri-vəhhabilərə zərbə vurmaq üçün gözlənilməz siyasətdən bəhrələnməkdən, bir sözlə, onların arasında qorxu və vəhşət hissi yaratmaqdan ibarət idi.
    Bəhsimizin bu hissəsində Möhsin Əl-Əmininin Şərif Qalibin vəhhabilərlə üzləşməkdə gördüyü bəzi hərbi tədbirləri barəsindəki nəzərini qeyd edirik: "...Şərif böyük şəxsiyyətlərin birinin sərkərdəliyi ilə quru yoldan Hüseyn Ağanın başçılıq etdiyi yüz türk süvarisini və dəniz yolu ilə türklərdən ibarət olan başqa bir ordunu Reyhanın vəziri Müfərrəh Ağa Ətiqin başçılığı ilə yemək-içmək və döyüş sursatı ilə dolu olan on böyük gəmini Leysə doğru göndərdi. Bu qoşun Leysə çatdıqda müharibə etmədən və qan tökmədən şəhər əhalisi təslim oldular. Bundan sonra quru qoşunları gəlib çatdı. Üç gündən sonra dörd min vəhhabi onlara hücum etdi. Onların arasında ağır döyüş başlandı və vəhhabilərin məğlubiyyəti ilə sona yetdi və onlardan çoxu öldürüldü. Quru qoşunun başçısı Şərif Həsən də qətlə yetirildi. Türklər öldürülmüş vəhhabilərin başlarını bir yerə yığıb Şərif Qalib üçün göndərdilər. O da bu başları Məkkənin kənarında ağaclardan asdı. Camaat da tamaşa etmək üçün oraya getdilər. Sonra Şərif Qalib başqa bir ordu hazırlayıb Leysə göndərdi. Amma onlar orada bir kəs də belə tapa bilmədilər. Sonra aralarında iki yüz əlli türk süvarisi olan digər bir qoşunu oraya göndərdi və onlara əmr verdi ki, sərhəd qoşunları kimi Mədrədə qalsınlar. Onlar orada üç ay qaldılar. Bu zaman türklər məntəqənin ab-havası ilə uyğunlaşmayıb xəstələndilər və buna görə də onların əksəriyyəti Məkkəyə qayıtdılar. Orada qırx nəfərdən artıq qalan olmadı... (Bundan əlavə) xəbər çatdı ki, vəhhabilərdən iyirmi süvari Müğəmməsə gəlmiş və oranı qarət etmişlər. Çöl ərəbləri də fürsətdən istifadə edib Məkkənin ətrafını qarət etmişlər. Şərif on dörd süvari və iyirmi ox atandan ibarət kiçik bir qoşunu Müğəmməsə göndərdi. Lakin orada heç bir kəsi tapa bilmədilər. Suləyə tərəf hərəkət etdikləri zaman beş yüz nəfərdən ibarət bir qoşun gördülər. Onların arasında müharibə başlandı. Şərifin göndərdiyi qoşunun sayı az olsa da, vəhhabilərə qalib gəlib onların çoxunu qətlə yetirdilər və onları məğlubiyyətə uğratdılar. Mal-dövlətlərini qənimət götürdülər. Ölmüş vəhabbilərin başlarını nizələrə taxıb Məkkəyə qayıtdılar...”(Həmin mənbə, səh. 33)
    Möhsin Əl-Əmin bəzi yerlərdə qoşunun sayını qeyd etməmişdir, buna baxmayaraq, söhbətlərindən belə aydın olur ki, vəhhabilər Hicazın ətraf məntəqələrində fəaliyyət göstərərək məntəqəyə hakim olan əmin-amanlığı pozurdular. Bu zamanlar da Şərif Qalibin ordusu onların bu fəaliyyətlərinin qarşısını almaq üçün onlarla silah ilə davranırdılar.
    Vəhhabilər daha sonra Hicazın qərbində yerləşən Yənbu şəhərini ələ keçirmək üçün çalışırdılar. Çünki bu şəhər strateji baxımdan yüksək əhmiyyətə malik idi. Əgər onu ələ keçirə bilsəydilər Şərif Qalibə təzyiq göstərə bilərdilər. Yənbu şəhərini mühüm əhəmiyyətli göstərən məsələlərdən biri də Məkkə əmirinin və ordusunun insan qüvvələri və hərbi təchizatı idi. Baxmayaraq ki, Babi-Ali tərəfindən vəhhabilərlə mübarizə aparmaq üçün heç bir əsaslı kömək olunmurdu. Lakin Sultan Osmaninin Şərif Qalibə etdiyi məhdud köməkləri də çox vaxtlar Yənbu nahiyəsindən təmin olunurdu. (Yənbu iki hissədən ibarət idi: Quru ərazilər və Qırmızı dəniz sahilləri). Buna əsasən, vəhhabilər Yənbunu işğal etməklə bəlkə də Məkkə əmirinin bu hərbi qoşun və ordunun təmin olunma mənbəsinin bağlaya bilərdilər. Ümumiyyətlə, onu xarici köməklərdən naümid etmək istəyirdilər ki, onu öz ixtiyarlarına almağa şərait yaransın. Qeyd etmək lazımdır ki, Misirin valisi Məhəmməd Əlipaşanın sonradan (Sultan Osmaninin hiyləsi ilə) vəhhabilərlə mübarizə aparmaq istədiyi zaman vəhhabilərin işğalı altından çıxartdığı ilk məntəqə Yənbu nahiyəsi idi.
    1219-cu hicri qəməri ilində vəhhabilərin vasitəsilə Yənbunun necə işğal edilməsi barəsində bunu demək lazımdır ki, Şeyx Hərb və onun qəbiləsi vəhhabiliyi qəbul etdikdən sonra Şeyx Cüheynə ilə birlikdə Yənbunu mühasirə etdilər. Daxildə vəhhabiliyi qəbul edən, zahirdə isə bunu aşkar etməyən İbrahim Rəvayəti Yənbunun hakimi vəzir Məhəmməd Hicrinin yanına göndərdilər. "İbrahim onu qorxutdu və aldatdı. İşlərin gedişini onun üçün çox çətin qələmə verdi. Onun müharibə fəndlərindən heç bir məlumatı olmadığı üçün aman istədi. Halbuki, əgər o, bu işləri görməsəydi də vəhhabilərin gücü ona çatmazdı. Nəhayət, vəhhabilər Yənbuya daxil olub oranın əhalisini qətlə yetirdilər.”(Həmin mənbə, səh. 33-35) Oranın hakimi Məhəmməd Mücri şəhərdən qaçıb Məkkəyə doğru hərəkət etdi. Lakin orada xəyanətlə ittihamlanaraq Şərif Qalibin vasitəsilə dar ağacından asıldı.
    Zahirən vəhhabiliyin Nəcd və Hicaz qəbilələrinin rəislərinin vasitəsilə qəbul edilməsinin dəlillərindən biri də istismarçı yönlü mənafelərdir. Çünki özünün qonşu məntəqələrə (ehtimal verilir ki, onların arasında keçmişdən ixtilaflar və çəkişmələr mövcud imiş) hücum etməsini bu məsləki qəbul etməklə izah edir və vəhhabiliyi yaymaq bəhanəsilə öz məqsədlərini həyata keçirirdilər. Bu məsələ (Nəcd və Hicazda) vəhhabi olan müxtəlif qəbilələrin bir çox rəisləri və əmirləri barəsində düzgündür; Məhəmməd İbn Səuddan tutmuş, Yənbu şəhərəni işğal edən Şeyx Hərb və Şeyx Cüheynə kimi digər şəxslər də bunun nümunələrindəndir.
    Şərif Qalib Yənbu şəhərini vəhhabilərin işğalı altından çıxarmaq məqsədilə şəxsən özü Cəddəyə doğru yollandı və "əsgərlər və müharibə avdanlığı ilə təchiz olunmuş on gəmi hazırladı. Həmin ordunun yarısı öz qoşunu, yarısı isə türklərdən ibarət idi.”(Həmin mənbə, səh. 35) Türklər vəhhabilərlə rəsmi şəkildə üzləşmədilər. Lakin Hicazdan onlara göndərilən yardımlar nəticəsində Məhəmməd Əlipaşa Şərif Qalibə yardım etmək məqsədilə Hicaza tərəf yalnız bir ordu göndərdi. Bundan əlavə, Şərifin Cəddə şəhərində yaşadığı müddətdə İbrahim Rəvayətinin xəyanətinin üstü açıldı və Yənbu hakiminin taleyinə düçar oldu.
    Beləliklə, Şərif Qalibin ordusu üç gün müharibə etdikdən sonra Yənbunu vəhhabilərin işğalı altından çıxrtmağa və onların böyük bir qismini qətlə yetirməyə müvəffəq oldular.
    Yənbuda çoxlu müvəffəqiyyətlər əldə edən Şərif Qalib on gün müddətində Müzayiqini Taifdə mühasirədə saxladı, sonra heç bir nəticə əldə etmədən Məkkəyə qayıtdı. Bu zaman Leys və Sədiyyədə vəhhabilərlə döyüşməyə başladılar. Hər iki tərəf çoxlu tələfat verdilər. Həmçinin İbn Şəkban (Bişənin hakimi) və Müzayiqi (Taifin hakimi) sakit qalmayıb Məkkənin ətraf nahiyələrində camaatı öldürür və oranın əmniyyətini pozurdular. Bu işlə əlaqədar 1219-cu hicri qəməri ilində camaatın bir dəstəsi bu fitnə və çəkişmələr nəticəsində Kəbənin ziyarətinə gedə bilmədilər.”(Həmin mənbə, səh. 35)
    Hicazın ətraf nahiyələrində məntəqəyə hakim olan əmin-amanlığı pozan vəhhabilər Şərif Qalibin nəzarəti altında olan Məkkə ilə sair şəhərlər arasında yaranan daxili ixtilaflar əmin-amanlığın olmaması nəticəsində hacıların Məkkəyə ziyarətə gəlmədikləri üçün Şərif Qalibin qarşılaşdığı iqtisadi böhranlar, Məkkənin vəhhabilərin vasitəsilə hər tərəfdən mühasirə edilməsi, Şərif Qalibə Babi-Ali və Şam hacılarının əmiri və hakimi İbrahim Paşa tərəfindən əsaslı köməklər olunmaması və s. kimi digər amillər nəticəsində Məkkənin əmiri daxildən yavaş-yavaş süstlük və zəifliyə düçar oldu və onun vəhhabilərlə sülh bağlamasına zəminə yaratdı.
    Həmin vaxtlar Məkkənin ətrafında yaşayan ərəblərin çoxu vəhhabilərlə beyət etmişdilər. Səud da öz hakimlərinə – Üseyrin hakimi Əbdül-Vəhhab Əbu Nöqtəyə, Bişənin hakimi Salim ibn Şəkbana və Taifin hakimi Osman Müzayiqiyə göstəriş verdi ki, Məkkəni kəskin mühasirəyə alıb şəhərə gələn yemək ehtiyatlarının qarşısını alsınlar. 1219-cu hicri qəməri ilinin Zil-həccə ayının axırlarında başlanan və 1220-ci ilin Zil-qədə ayına qədər davam edən bu hadisə nəticəsində fəqirlik və bahalıq şəhər əhalisinə üz gətirdi. Belə ki, "camaat şiddətli aclıq nəticəsində köhnə dəriləri, dəvənin turşumuş və iylənmiş südlərini bişirdikdən sonra yeyirdilər. Hətta pişik, it və hər bir heyvanın ətini yeyir, qan içirdilər... Camaatın çoxu aclıqdan ölürdü.”(Həmin mənbə, səh. 36.)
    Məkkənin mühasirəsindəki və camaatın çətinliklərinin artmasındakı ibrətamiz və əhəmiyyətli məsələ Məkkə böyükləri və sərvətlilərinin vəhhabiliyə üz gətirmələridir. Bu da göstərir ki, yüksək təbəqədən olan insanlar, böyük şəxsiyyətlər, əşraf-əyanlar və sərvətlilər müəyyən bir çətinliklə üzləşsələr düşmənin xeyrinə qalxan və mübarizə səhnəsindən qaçan ilkin şəxslər olurlar. Vəhhabilər Şərif Qalib üçün müxtəlif çətinliklər yaratdıqdan sonra şəhəri mühasirədən çıxarmağa qadir olmadıqlarını gördülər. Bu zaman öz tərəfindən onun yanına bir nümayəndə göndərib sülh istədilər. "Hineynədən olan Əbdürrəhman ibn Nami adlı bir vəhhabi alimi Şərif Qalibin yanına gəlib onunla sülh bağlamaq barəsində söhbət etməyə başladı. Belə bir şərt də qoydu ki, Şərif onların Allah evini ziyarət etməyə və sonra öz məntəqələrinə qayıtmalarına icazə versin. Əlbəttə, camaatın hamısı vəhhabilərin hökuməti altında, Məkkə şəhəri isə Şərifin hakimiyyəti altında olsun. Həmçinin, Hineynəni qaytarmağı, maddi və cani zərərlərin öhdəsindən gəlməyi öz üzərinə götürdü. Bir sözlə məsləhət gördükləri hər bir şeyin zərərini ödəməyi qəbul etdi, Məkkə əhalisi ilə mülayim və mehribancasına davranmağı söz verdi.”(Həmin mənbə, səh. 42. ) Sonra Səudu bu hadisədən xəbərdar edib onun cavabını gözlədilər. Vəhhabilər şəhərə daxil olub Məhərrəm ayının on birinə qədər orada qaldıqdan sonra çıxıb getdilər. Şərif Qalib (1220-ci hicri qəməri ilində) Məkkəni, Cəddəni, Yənbunu və onların ətraf nahiyələrini sahmana salmaq üçün bir fürsət tapdı. Həmin ildə Səudun tərəfindən (Diriyyədən) bir neçə qasid Şərifin yanına gəlib Məhəmməd ibn Əbdül-Vəhhabın əqidələrinin bərqərar edilməsi ilə əlaqədar məktubları ona verdilər. Bu, vəhhabilərin Məkkəyə nüfuz etmələrinin başlanğıcı idi.
    Sultan Osmani tərəfindən heç bir yardım almayan Məkkə əmiri son dərəcə zəifləmişdi. Vəhhabilərlə zahirdə xoş davranırdı. Lakin daxildə Osmanlı dövləti ilə daim əlaqədə idi. Məktub yazır, onları Məkkə və digər şəhərləri vəhhabilərin əllərindən çıxartmaq üçün bir ordu göndərməyə təşviq edirdi. Digər tərəfdən də Sultan Osmanlı sultanı Misirin hakimi Məhəmməd Əlipaşanın yanına qasidlər göndərməklə onu Ərəbistan yarımadasında vəhhabilərin işini tamamlamağa əmr edirdi. Bəlkə də Misirin hakimi Əlipaşanın vəhhabilərin əleyhinə gec qalxmağın əsas dəlili bu ola bilər ki, o, Şərif Qalibin hərbi qüvvəsinin kifayət qədər zəifləməsini gözləyirdi ki, Misir qüvvələrinin daxil olduğu zaman onlara qarşı tamamilə hərbi üstünlükləri olsun.
    Cənab Fəqihi vəhhabilərin Mədinə şəhərində gördükləri fəaliyyətləri barəsində belə yazmışdır: "...Vəhhabilər 1220-ci hicri qəməri ilində Mədinəni ələ keçirtdilər. Mədinəni ələ keçirtməklə Səud Peyğəmbərin (s) hərəmində mövcud olan bütün qiymətli əşyaları öz ixtiyarına keçirtdi. Bu zaman Məkkə və Mədinənin Osmanlılar tərəfindən olan qazisini Mədinədən qovdu. Sonra qəbirlər üzərində tikilən məqbərələri və binaları uçurtmağa başladı.”(Həmin mənbə, səh. 42. )
    Vəhhabilər Məkkənin qaziliyini Şeyx Əbdül-həfizə, Mədinənin qaziliyini isə bu şəhərin bəzi alimlərinə tapşırdılar. Onlar camaata Peyğəmbərin (s) qəbrini ziyarət etməyi qadağan edirdilər. "Tarixi-Məkkə” kitabında vəhhabilərin 1221-ci hicri qəməri ilində Mədinəyə hücumlarının elan edilməsi ilə yanaşı belə göstərilir: "(Vəhhabilər) 1221-ci hicri qəməri ilində Mədineyi-Münəvvərəyə hücum edib şəhərə daxil oldular və orada olan məqbərələri, o cümlədən "Bəqi” qəbiristanlığında yerləşən imamların məqbərələrini uçurtdular...”(Həmin mənbə, Fəqihi, səh. 310 )
    Beləliklə, həcc karvanlarının həcc mərasiminə gəlişi kəsildi və Məkkə-Mədinə vəhhabilərin hakimiyyəti altında olduğuna görə hacılar bir neçə il həccə gedə bilmədilər. Belə ki, "1221-ci hicri qəməri ilində Şam hacılarının və 1222-ci ildə Misr hacılarının karvanının həccə gəlişi kəsildi. İraqda həcc proqramı dörd il, Şamda üç il və Misrdə də iki il dayandırıldı.”("Bəqi” qəbiristanlığı Mədinənin şərqində, Sovr darvazasının birləşdiyi bir yerdə yerləşən böyük bir qəbiristanlıqdır. Onun divarı üç zər` hündürlüyündə olub daşdan və əhəngdən tikilmişdi. Dörd qapısı vardı. Orada imamlardan dördü – İmam Həsən (ə), İmam Səccad (ə), İmam Məhəmməd Baqir (ə) və İmam Cə`fər Sadiq (ə) dəfn olunmuşdur. Həmçinin bu qəbiristanlıqda Peyğəmbərin (s) əmisi Abbas və qızı Fatimeyi-Zəhra (s) da dəfn olunmuşdur. (Fəqihi, Həmin mənbə, səh. 410-411.) )
    Vəhhabilərin Şərif Qaliblə sülh etməsi nəticəsində yavaş-yavaş Hicazın hamısı vəhhabilərin ixtiyarına keçdi. Onlar öz məslək və ayinlərini güclü şəkildə təbliğ etməyə başladılar və öz müxalifləri ilə də şiddətlə davranırdılar.
    Vəhhabilərin Hicaza qələbə çalmalarından bir neçə il sonra misirlilər tərəfindən onların əleyhinə hərbi hərəkat başlandı. Bu, Sultan Osmaninin və Misir hakimi Əlipaşanın vəhhabilərlə etdikləri ciddi rəftarlarının başlanğıcı idi. "Nizami Ali Səud” kitabının müəllifi bu barədə belə yazmışdır:
    "...Bu zaman bəzi məsələlərdən və xarici müharibələrdən çıxan Osmanlı imperiyası da əks hücumlara başladı. Misirin hakimi Məhəmməd Əlipaşa bu hərəkatın rəhbəri oldu. Misir qüvvələri Tosun oğlu Məhəmməd Əlinin başçılığı ilə 1191-ci hicri şəmsi ilində (1812-ci miladi ilində) Mədinəni, sonrakı ildə isə Məkkəni aldılar. 1193-cü hicri şəmsi (1814-cü miladi) ilində Səudun kürsüsündə əyləşən Əbdüllah məcburiyyət qarşısında qalıb çəkişmələri tərk etmək barəsindəki müqaviləni imzaladı...”(Əl-əmin Möhsün. "Tarixçe və nəqd və bərrəsiye əqaid və amali vəhhabiha”, tərcümə Seyyid İbrahim Seyid Ələvi, səh. 5-184.)
    Category: Vəhhabiliyin siyasi tarixi | Added by: Islam_Kitabxanasi
    Views: 643 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024