İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild)

    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild)
    2012-03-16, 6:36 AM
    VƏHHABİLƏRİN NƏZƏR NÖQTƏLƏRİNİN TƏNQİDİ
    1. Vəhhabilərin iddia etdikləri yekdil rəyin mövcudluğu fikri yanlışdır. Bunun tam əksinə olaraq, sözügedən əməlin tam icazəli olduğu haqqında yekdil rəy mövcuddur. Vəhhabilik meydana gəlməzdən öncə bütün müsəlmanlar, hansı zümrəyə mənsub olduqlarından asılı olmayaraq, bu şəkildə əməl etmişlər. Tarix boyu müsəlmanların həyatında öz əksini tapmış bu yaşam tərzi özü bir növ yekdil rəy hesab olunur və bunun bilavasitə şəriətlə bağlı olduğunu üzə çıxarır.
    Sənani özü müsəlmanların bu şəkildə davrandıqlarını etiraf edir. O, bir suala cavab verərkən deyir: "Bu, müsəlman dünyasının şərqini və qərbini bürümüş bir məsələdir. Belə ki, müsəlman ölkələrində məzar, ziyarətgah, türbə olmayan hər hansı bir məkan yoxdur. Bu, o qədər ümumi hal almışdır ki, məscidlərdə belə məzar və ziyarətgahlar mövcuddur. Bütün bunlara nəzər saldıqda, bu işin haram olduğu və İslam alimlərinin buna qarşı çıxdıqları heç bir aqil tərəfindən qəbul edilməz. Əgər bu haqda insaflı qərarın necə olduğunu bilmək istəyirsənsə, nəzərə almalısan ki, haqqın üzə çıxmasının yolu bu və ya digər tezisin nəsildən-nəslə keçməsi və yekdilliklə qəbul edilməsi deyil. Hər hansı bir müddəanın sübutu üçün tutarlı dəlillər lazımdır. Adi kütlənin həyata keçirdiyi əməllər, yalnız özlərindən öncə yaşamış sələflərini təqlid etmək yolu ilə reallaşır və buna qarşı çıxan olmur. Hətta özünü elm adamı adlandıranlar, qazılar, müftilər, (tədrislə məşğul olan) pedaqoqlar, dövlət işlərində çalışanlar belə, avam insanların hörmət bəslədikləri adət-ənənələrə ehtiramla yanaşırlar. Əlbəttə, qeyd etmək lazımdır ki, hər hansı bir əməlin geniş yayılması və elm adamlarının bunu sükutla qarşılaması həmin əməlin icazəli olduğuna sübut ola bilməz”.
    Sənani bu sözləri ilə məlum əməlin (qəbirlərin təmirinin) müsəlmanlar arasında ümumi şәkildә adi hal aldığını etiraf edir. Onun etirafına görə bu əməl müsəlmanların bütün təbəqələrinin, o cümlədən elm adamları və fəzilət sahiblərinin, qazı və müftilərin, arif və övliyaların, əmir və hakimlərin arasında geniş yayılmışdır. Heç bir zümrə bu haldan istisna deyil. Belə olan halda hansı məsələnin bu qədər adi hal aldığını iddia etmək olar? Onun tutarlı dəlillər lazım olduğunu iddia etdiyinə gəlincə, bildiririk ki, bu və ya digər müddəanın nəsildən-nəslə keçməsi özü kəskin sübutdur. Belə ki, bundan tutarlı sübut olduğunu təsəvvür belə etmək mümkün deyil.
    2. Hər hansı bir hədisin "səhih” olduğu, mənasının aydınlığı, onu sıradan çıxaracaq digər hədisin mövcud olmadığını qəbul edirlərsə, bu heç də sözügedən hədisin hamı tərəfindən belə qarşılanması demək deyil. Çünki yalnız onların qəbul etdiyi hədisə əsaslanıb yekdil rəyin mövcudluğunu iddia etmək olmaz.
    3. Mədinə alimlərinə mənsub olan cavablarda biri-digərini inkar edən tərəflər mövcuddur. Çünki onlar bir tərəfdən bir çox alimlərin qəbirlərin dağıdılmasının vacibliyi haqqında fətva verdiklərini, digər tərəfdən isə bu qadağanın mövcudluğunu göstərən hədisin "səhih” olduğunun yekdilliklə qəbul olunduğunu bildirirlər. Belə olan surətdə sual olunur, əgər hədisin "səhih” olduğu yekdilliklə qəbul olunursa, nə üçün bütün alimlər deyil, yalnız bir çox alimlər bu növ fətva vermişlər?
    4. Məlum hədis həm sənəd, həm də sözügedən qadağanı ifadə etmə baxımından yetərsizdir. Müslimin "Səhih” əsərində qeyd etdiyinə görə hədis aşağıdakı sənədlə nəql edilmişdir. Hədisi Yəhya ibn Yəhya, Əbu Bəkr ibn Əbu Şeybə və Züheyr ibn Hərb hər üçü Vəkidən nəql etmişlər. Vəki isə Süfyan Suridən, Süfyan, Həbib ibn Əbu Sabitdən, Həbib, Vail ibn Əbu Vaildən, o da Əbu əl-Həyyac Əsədidən nəql etmişdir. Hədisdə deyilir: "Əli (ə) buyurmuşdur: "Bil ki, sənə Peyğəmbərin (s) mənə tapşırdığı bir şeyi tapşırıram. Gördüyün hər bir şəkili məhv et, rastına çıxan hər bir qəbri yerlə yeksan et” 
    Sənəddə mövcud olan iradlar:
    Sözügedən hədisin sənəd silsiləsində "rical” alimlərinin zəif hesab etdikləri şəxslər var. İlk şəxs Vəki ibn əl-Cərrah ər-Rəvasidir.
    1. Abdullah ibn Əhməd ibn Hənbəl deyir: "Atamdan eşitdiyimə görə İbn Mehdinin rəvayətçi adlarını oxşar adlarla dəyişməsi Vəkiə nisbətdə daha çoxdur. Lakin Vəkinin (hədisin nəql olunmasında) yol verdiyi xətalar İbn Mehdiyə nisbətdə daha çoxdur”.
    2. O, başqa bir yerdə deyir: "Atamdan eşitdiyimə görə Vəki beş yüz hədisin nəqlində xətaya yol vermişdir” .
    3. İbn əl-Mədyəni deyir: "Vəki ərəb dilini yaxşı bilmirdi. Öz sözləri ilə hədis dedikdə bu təəccüb dоğururdu. O, həmişə deyirdi: "حدثنا الشعبى عن عائشه” Şəbi mənə Ayişədən nəql etdi” .
    4. Məhəmməd ibn Nəsr deyir: "Vəki hədis nəql etdiyi zaman hamısını əzbər deyirdi. Ona görə də hədisin sözlərini dəyişirdi. Beləcə hədisin özünü deyil, yalnız mənasını özü ərəb dilini yaxşı bilmədiyi bir halda öz sözləri ilə ifadə edirdi” . Nəim ibn Himadın nəql etdiyi bir əhvalatda deyilir: "Biz şam yemək məqsədi ilə Vəkinin yanına yığılmışdıq. Vəki dedi: "Hansı yeməyə üstünlük veririsiniz? Sizin üçün nə gətirim? Arpa suyu (pivə) necədir? Cavan bəyənənindən istəyirsiniz, yoxsa qoca bəyənәnindən?” Mən dedim: "Sən bu haqda danışmağa necə özünə icazə verirsən? Halbuki, günah haqqında danışmaq belə günah hesab edilir?” Vəki dedi: "Bu, mənim üçün fərat suyundan da halaldır”. Əhməddən nəql edildiyinə görə, Vəki öz sələflərinin ardınca nalayiq sözlər danışar, şərab içər və yanlış fətvalar verərdi.
    Hədisin sənəd silsiləsində özünə yer alan rəvayətçilərdən biri də Süfyan Suridir.
    1. Zəhəbi onun haqqında deyir: "O, hiylə ilə, "rical” alimlərinin zəif hesab etdikləri rəvayətləri etibarlı rəvayətlər kimi qələmə verirdi” .
    2. İbn əl-Mübarək deyir: "Süfyan Suri hədis nəql edirdi. Mən yaxına gəldim və onun hәdis nəqlində yanlışlıqlara yol verdiyinin şahidi oldum. O, məni görüb tutduğu işə görə xəcalət çəkdi və vəziyyətdən çıxmaq üçün dedi: "Biz səndən hədis nəql edirik” .
    3. Əbu Bəkr ibn Əbu Şeybə deyir: "Yəhya deyirdi: "Süfyan Suri zəif rəvayətçiləri mənim üçün etibarlı rəvayətçilər kimi qələmə vermək istəyirdi, lakin məni aldada bilmədi” .
    4. Yəhya ibn Muin deyir: "Əbu İshaqın hədislərini Süfyandan güclü bilən yoxdur və o, hiylə işlədərək hədisləri dəyişirdi”.
    Məlum hədisin sənəd silsiləsində nəzərə çarpan digər rəvayətçi isə Həbib ibn Əbu Sabitdir 
    1. İbn Həbban deyir: "O, hədislərin mənasını dəyişirdi” .
    2. Əqili deyir: "O, Ətadan (heç bir zaman heç kəs tərəfindən) əməl edilməyən hədislər nəql edirdi” .
    3. O, deyir: "İbn Оvn onu nöqsanlı hesab etmişdir”.
    4. Qəttan deyir: "O, Ətadan hədis olmayan digər sözlər də nəql edirdi. Hansı ki, o sözlərə tabe olan və ya onu qeyd edən yoxdur”.
    5. İbn Xüzeymə deyir: "Həbib ibn Əbu Sabit hədisi dəyişdirirdi” .
    Hədisin sənəd silsiləsində mövcud olan rəvayətçilərdən biri də Əbu Vaildir. O, Əliyə (ə) kin bəsləyirdi. Belə olan halda ona necə etimad göstərmək olar. Halbuki, Peyğəmbər (s) buyurmuşdur: "Ey Əli! Sənə qarşı dost olanlar yalnız möminlər, düşmən olanlar isə yalnız münafiqlərdir” .
    HƏDİSİN DİGƏR QÜSURLARI
    1. Məlum hədis (şazz)  оlduqcа nаdir bir hәdisdir. Çünki bu hədis yalnız Əbu əl-Həyyac tərəfindən nəql edilmişdir. Süyuti "Şərhi-Nisai” əsərində deyir: "Hədis kitablarında Əbu əl-Həyyacın yalnız həmin bir hədisi nəql edilmişdir”.
    2. Məlum hədisin onların müddəasına heç bir aidiyyatı yoxdur. Çünki hədisdə qəbirlərin üstünün hamarlanmasından söhbət gedir. Yəni qəbirlərin üstünün alçaq-hündür olmasına qadağa qoyulur. "لا قبراٌ مشرفاٌ” ibarəsi hündürlük mənasını ifadə edir. Əlbəttə, çıxıntı, nahamarlıq özü də bir növ hündürlükdür. "شرف” (şürüf) sözü (Firuzabadinin də qeyd etdiyi kimi) dəvənin hürgücünə deyilir . Deməli, "شرف” (şürüf) anlayışı mütləq şəkildə hər bir hündürlüyə aid edilə bilər. İstər bu hündürlüklər dəvənin donqarı kimi, balığın beli kimi, istərsə də sarayların alçaq-hündür nöqtələri kimi olsun. Lakin hədisdə özünə yer alan "سويته” (sәvvәytuhu) (barəbərləşdirmək) sözü "شرف” (şürüf) sözündə məqsədin məhz dəvə hürgücü şəklində nahamarlıq olduğunu göstərir. "سويته” (sәvvәytuhu) sözündə məqsəd isə bərabərləşdirmək, alçaq-hündürlükləri hamarlamaqdır. Başqa sözlə desək, hədisin hansı mənanı ifadə etdiyi haqqında üç ehtimal mövcuddur:
    1. Qəbirlər üzərində ucaldılan tikintilərin dağıdılması ehtimalı;
    2. Qəbirlərin yerlə yeksan etmək ehtimalı;
    3. Qəbir üzərində (donqar şəkilli) olan alçaq-hündürlüyü bərabərləşdirmə ehtimalı.
    İlk ehtimal yanlışdır. Çünki müsəlmanların həyat tərzi, səhabə və qeyrilərinin əməlləri bunun əksini göstərir. Bu nümunələri sonra diqqətinizə çatdıracağıq. İkinci ehtimal da yanlışdır. Çünki qəbirlərin yerdən bir qarış hündür olması qəti sübuta yetirilmiş sünnədir. Belə olan halda yalnız üçüncü ehtimal, yəni sadəcə olaraq qəbrin üzərinin alçaq-hündürlüyünü aradan qaldırmaq, bərabərləşdirmək ehtimalının düzgün olduğu önə çıxır. (Nəvəvi, Qəstəlani və s.) bir çox Əhli-sünnə alimləri də sözügedən hədisi bu şəkildə şərh etmişlər .
    1. Nəvəvi deyir: "Qəbir yerdən çox hündür və hürgüc şəklində olmamalıdır. Bunun tam əksinə olaraq yerdən yalnız bir qarış hündür, üstü düz və hamar olmalıdır .
    2. Qəstəlani qəbrin üstünün hamarlaşdırılmasının "sünnə” olduğunu bildirmiş və bunun sırf "rafizilər”  də belə edirlər deyə, tərk edilməsi düzgün deyil.
    Qəbirlərin üstünün hamarlaşdırılması ilə Əbu əl-Həyyacın nəql etdiyi hədis arasında heç bir uyğunsuzluq yoxdur. Hədisdə qəbirlərin yerlə yeksan edilməsi məsələsi qarşıya qoyulmur. Bunun tam əksinə olaraq qəbrin üstünün alçaq-hündür olmaması, hamarlaşdırılması göstərilir. Bu məzmunda müxtəlif hədislərin müqayisəsi də bunu göstərir.
    SƏHABƏ VƏ DİGƏR MÜSƏLMANLARIN HƏYAT TƏRZİ
    1. Bir çox peyğəmbərlərin məzarı "Beytül-müqəddəs” ətrafında yerləşir. Misal üçün, həzrət Davudun (ə) məzarı "Qüds”də, həzrət İbrahimin (ə), İshaqın (ə), Yəqub (ə) və Yusifin (ə) məzarı (hansı ki, Musa (ə) onları Misirdən Beytül-müqəddəsə köçürtdü) "əl-Xəlil” şəhərində yerləşir. Onların üzərində tikililər ucaldılmışdır. Hələ İslamdan öncə onların üzərində böyük daşlar var idi. Müsəlmanların fəthi zamanı da həmin vəziyyətdə idi .
    İbn Teymiyyə özü belə bunu etiraf edərək deyir: "Həzrət İbrahim Xəlilin (ə) məzarı üzərindəki tikili müsəlmanların fəth etdiyi dövrdə, hələ səhabələr həyatda ikən mövcud idi. Lakin tikilinin qapısı hicri 400-cü ilə qədər bağlı idi. Şübhəsiz ki, Ömər Beytül-müqəddəsi fəth etdikdə həmin tikilini görmüş, amma onun uçurulması haqqında əmr verməmişdir .
    Büleyhidinin iddia etdiyinə görə qəbirlər üzərində sərdabələrin tikilməsi V əsrdən başlayaraq ənənə halını almışdır. Halbuki, tarixə nəzər saldıqda bu iddianın tam əksinin şahidi oluruq. Çünki qəbirlər üzərində ucaldılan bir çox tikililərin tarixi V əsrdən öncəyə təsadüf edir. Hətta belə tikililərin bir çoxu I və II əsrə aiddir . Bir neçə tarixi nümunəyə nəzər salaq:
    1. Peyğəmbərin (s) məzarı yerləşən tikili;
    2. Həzrət Həmzənin məzarı üzərində inşa edilən məscid ;
    3. Peyğəmbərin (s) oğlu İbrahimin Məhəmməd ibn Zeyd ibn Əlinin (ə) evində yerləşən məzarı;
    4. Səd ibn Məazın İbn Əfləhin evində yerləşən məzarı; Bu məzarın üzərində Ömər ibn Əbdül-Əzizin dövründə qübbə inşa edilmişdir.
    5. VI əsrdə Übeydullah ibn Məhəmməd ibn Ömər ibn Əlinin (ə) məzarı üzərində inşa edilən tikili ;
    6. Hicri 386-cı ildə Zübeyrin məzarı üzərində inşa edilən tikili;
    7. Əbu Əbdullah Xəlil əl-Bahilinin məzarı; Zəhəbi deyir: "O, hicri 275-ci ildə dünyasını dəyişdi. Bazar tətil edilərək bağlandı. Kütlə onun dəfn mərasiminə axışdı. Onu tabuta qoyaraq Bəsrəyə apardılar. Dəfn olunduğu məzar üzərində qübbə ucaltdılar” .
    6. Əmir əl-möminin Əli ibn Əbu Talibin (ə) məzarı üzərində hicri 372-ci ildə ucaldılmış tikili; Zəhəbi deyir: "Sultan Əzd əd-Dövlət əqidəsinə sadiq şiələrdən idi. O, Nəcəfdə İmam Əlinin (ə) məzarını aşkar edib üzərində (böyük bir) ziyarətgah tikdi” .
    Category: Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 628 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024