İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild)

    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild)
    2012-03-16, 7:54 AM
    QƏSTƏLANİNİN ETİRAFI
    Qəstəlani deyir: "Ağır bir xəstəliyə yoluxmuşdum. Belə ki, həkimlər müalicəsini tapmaqda çətinlik çəkirdilər. Artıq iki il idi ki, məlum xəstəliklə əlbəyaxa idim. Cəmadiül-əvvəl ayının 28-ci gecəsi (hicri 893-cu ildə) Məkkə şəhərində (Allah bu şəhərin şərafətini, hörmət-izzətini daim artırsın) Peyğəmbərdən (s) şəfa diləyərək yenidən sağlamlığıma qovuşmağı istədim.
    Yuxuda bir kişini gördüm. Əlində bir kağız var idi. Kağıza yazılmışdı: "Bu Əhməd Qəstəlaninin xəstəliyinin dərmanıdır... Yuxudan oyandım. And olsun Allaha, xəstəlikdən heç bir əsər-əlamət qalmamışdı. Mən, artıq, Peyğəmbərin (s) əli ilə şəfa tapmışdım”("Əl-Qədir”, c. 5, səh. 155; "Furqanul-Quran”, səh. 133. ).
    PEYĞƏMBƏRİN (S) MƏZARINA SIĞINANLAR (TARİXİ NÜMUNƏLƏR)
    Səmhudi kitabının son fəslində Peyğəmbərin (s) məzarından yardım diləyərək diləyinə yetənlər haqqında geniş söhbət açmışdır. O, bu tarixi nümunələri Hafiz ibn Süleyman ibn Musa ibn Salimin("Əl-Məvahibul-lədunniyyə”, c. 3, səh. 405. ) (vəfat-634)(Səmhudi bu kitabın müəllifinin Məhəmməd ibn Nِ`man olduğunu gِstərir. اox güman ki, eyni adlı kitab iki ayrı-ayrı yazıçıya aiddir. Hələbi bu kitabı Süleyman ibn Musa ibn Salimə, eyni adlı digər bir kitabı isə Məhəmməd ibn Musaya aid etmi؛dir ("Kə؛füz-zünun”, c. 2, səh. 1706). ) "Misbahuz-zəlam fil-müstəğisin bixeyril-ənam” əsərindən nəql etmişdir. Bir neçə nümunəyə nəzər salaq:
    1. Əl-Münkədirin başına gələnlər;
    Məhəmməd ibn əl-Münkədir deyir: "Bir kişi atama səksən dinar əmanət vermiş, "Lazım olduqda xərclə!” demiş, özü isə cihada yollanmışdı. Bir müddət keçdikdən sonra bahalıq yarandığı üçün atam pulu xərcləmişdi. Bu zaman pul sahibi gəlib pulunu istədi. Atam sabah gəlməsini xahiş etdi, özü isə gecə Məscidə getdi. Bəzən Peyğəmbərin (s) məzarına, bəzən də minbərinə sığınırdı. Sübhə az qalırdı. Atam hələ də Peyğəmbərin (s) məzarına sarılıb yardım diləyirdi. Ala-qaranlıqda bir nəfər gəlib dedi: "Ey Əba Məhəmməd! Bunu al!” Atam əlini uzadıb onu aldı və içində səksən dinar olan pul kisəsi olduğunu gördü. Sübh açıldıqda borc sahibi pulun dalınca gəldi və atam həmin pulu ona verdi”(İbn İmad deyir: "Əbu ər-Rəbi əl-Kəlai Süleyman ibn Musa ibn Salim gِrkəmli "hafiz”, etibarlı rəvayətçi və Əndəlosun gِrkəmli yazıçılarından olmu؛dur. O, hicri 565-ci ildə dünyaya gəlmi؛ və İbn Zərqunun tələbələrindən olmu؛dur”. İbn Abbar deyir: "O, hədis elminə dərindən yiyələnmi؛di və rəvayətçiləri ayırmaqda bِyük məharətə malik idi. Belə ki, rəvayətçilərin doğum və vəfat tarixlərini tam dəqiqliyi ilə bilirdi. Ya؛adığı dِvrdə və ِzündən sonra onun qədər bilikli adam olmamı؛dır. O, gِzəl və dəqiq xəttat olmu؛dur ("ھəzəratuz-zəhəb”, c. 5, səh. 164). Zəhəbi deyir: "O, Əndəlosda dini rəhbər, əllamə və hafiz idi. Gِzəl Quran oxuyardı. Bِyük ədib və hədis؛ünas idi. Əbu Abdullah ibn Abbardan nəql olunduğuna gِrə, o, mahir hədis؛ünas olmu؛dur. Müxtəlif elmi sahələrdə dəyərli əsərlər qələmə almı؛dır. Bu kitablara nümunə üçün "Misbahuz-zəlam” əsərinin adını çəkmək olar. Mən bu kitabdan dəfələrlə istifadə etmi؛ və qeydlər aparmı؛am. Hafiz ibn Müsdi deyir: "Mən ؛ərafət və fəzilətdə onun qədər yüksəkdə duran insan gِrməmi؛əm. O, nəqli (ənənəvi) və əqli (rasional) elmlərdə, ؛er və nəsr kimi ədəbi janrlarda, quran؛ünaslıqda, təcvid elmində (ərəb dili fonetikası, Quranın ِzünəməxsus orfoepiya qaydalarına uyğun ؛əkildə oxunulmasını ِyrənən bilik sahəsi) bِyük məharətə malik idi... O, hafizlərin sonuncusu idi ("Siyəru əlamin-nübəla”, c. 23, səh, 134; "ən-Nücumuz-zahirə”, c. 6, səh. 297). "Misbahuz-zəlam” ("Siyəru əlamin-nübnəla” kitabını izah edən ؛ərhçi bu kitabı gِrməmi؛dir. اünki orada ؛əfa, yardım diləmək haqqında ətraflı sِhbət açılmı؛dır. ھərhçi bu əsərə həssaslıqla yana؛mı؛ və vəhhabi təfəkkürünə uyğun olmayan müddəaları rədd etmi؛dir. Necə ki, Kərxi, həzrət Nəfisə, Əbu Əvanə və s.-lərinin tərcümeyi-hallarında bir çox məsələlərə həmin ؛əkildə yana؛mı؛dır. اox güman ki, ؛ərhçinin "Misbahuz-zəlam” kitabının məzmunundan xəbəri olmamı؛dır. Əgər belə bir kitabın mِvcudluğundan xəbərdar olsaydı, yəqin ki, nə kitab, nə də onun müəllifi məlum "təqva sahibinin” hücumlarından amanda qalmazdı. Allaha ؛ükürlər olsun ki, sِzügedən kitab haqqında heç bir məlumatı olmamı؛dır. Əks təqdirdə kitab müəllifini bu qədər mədh etməzdi. O, məlum kitabın müəllifi haqqında deyir: "O, gِrkəmli alim və hədis؛ünas olmu؛dur. İslam ؛əhərlərini müdafiəyə qalxan ilk müdafiəçilərdən olmu؛ və sonunda bu yolda ؛əhid olmu؛dur ("Siyəru əlamin-nübəla”, c. 23, səh. 134).).
    2. Təbərani üçün yemək hazırlanması;
    İmam Əbu Bəkr ibn Müqri(Vəafaul-vəfa”, c. 4, səh. 1380. )deyir: "Mən, Təbərani və Əbu əş-Şeyx Peyğəmbərin (s) hərəminə (məqbərəsinə) gəldik. Hərəmdə olduğumuz zaman aclıq bizə güc gəldi. Artıq gecə idi. Peyğəmbərin (s) məzarı önünə gəlib: "Ey Allahın elçisi, biz acıq!” – dedim və geri qayıtdım. Əbül-Qasim mənə dedi: "Buradaca əyləş! Ya ruzi gələcək, ya da ölüm. Üçümüz də fikirli-fikirli oturmuşduq. Bu an bir seyid məscidin qapısını döydü. Biz qapını açdıq. Onu, əllərində yemək dolu zənbil olan iki gənc müşayiət edirdi. Onlarla birlikdə süfrə arxasında əyləşib yemək yedik. Bizə elə gəlirdi ki, yeməyin qalanını aparacaqlar. Amma təsəvvürümüzün əksinə olaraq yeməyin qalanını da bizə verdilər. Yemək yeyib qurtardıqdan sonra seyid dedi: "Siz Peyğəmbərə (s) aclıqdan şikayət etmişdinizmi? Yatmışdım. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə sizin üçün yemək gətirməmi tapşırdı”(O, ِz bilik, təqva, nitq qabiliyyəti ilə mə؛hur olmu؛dur. Onun vəfat tarixi hicri 324-cü il gِstərilmi؛dir ("Siyəru əlamin-nübəla”, c. 15, səh. 273; "Təbəqatu؛-؛afiiyyə”, c. 3, səh. 57). ).
    3. Acın əlində çörəyin yarısı;
    İbn Cəllad deyir: "Tam yoxsul vəziyyətdə Mədinəyə daxil oldum. Peyğəmbərin (s) məzarı önünə gəlib dedim: "Ey Allahın elçisi! Mən sənin qonağınam. Elə bu an yuxu məni apardı. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə bütöv bir çörək verdi. Yarısını yedim. Yuxudan oyandıqda qalan yarısı da əlimdə idi”(Vəfaul-vəfa”, c. 4, səh. 1380. ).
    4. Bərəkətli dirhəmlər;
    Məhəmməd ibn Əbu Zurə Sufi deyir: "Atam və Əbu Abdullah ibn Hüneyf ilə birgə Məkkəyə getdim. Məkkədə pulumuz qurtardı. Artıq Mədinəyə çatdıqda çox acmışdıq. O zamanlar mən həddi-büluğa yetməmiş uşaq idim. Atamın yanına gəlib ac olduğumu bildirdim. Atam üzünü Peyğəmbərin (s) məzarına tutub: "Ey Allahın elçisi! Mən bu gecə sənin qonağınam”, - dedi və oturub gözləməyə başladı. Bir neçə an keçməmiş, qəflətən başını qaldırdı, nə isə deyib güldü. Ondan nə baş verdiyini soruşdum. O, dedi: "Peyğəmbəri (s) gördüm. Ovcuma bir neçə dirhəm qoydu”. Atam bunu deyib əlini açdı. Əlində bir neçə dirhəm var idi. Həmin dirhəmlər o qədər bərəkətli idi ki, hələ Şiraza döndükdən sonra belə onu xərclədik”(Həmin qaynaq).
    5. Ac üçün bir kasa süd;
    Şeyx Əbu Abdullah Məhəmməd ibn Əbu əl-Əman deyir: "Mədinədə olduğum zaman həzrət Fatimənin (s) mehrabının arxasında dayanmışdım. Müksir əl-Qasim də həmin mehrabın arxasında dayanmışdı. Birdən özünə gəldi. Peyğəmbərin (s) məzarına doğru getdi və gülərək geri döndü. Şəmsəddin Səvab (məzarın xuddamı) ondan: "Nə üçün belə gülürsən?” – deyə soruşduqda dedi: "Mən olduqca yoxsul vəziyyətdəydim. Evimdən çıxıb həzrət Fatimənin (s) evinə gəldim və Peyğəmbərdən (s) yardım diləyərək dedim: "Mən acam!” Sonra yuxuya getdim. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə bir kasa süd verdi. Onu içib doydum”(Həmin qaynaq, səh. 1381. ).
    6. Təzə xurma;
    Əbu İshaq İbrahim ibn Səid deyir: "Peyğəmbər (s) şəhərində məskunlaşmışdım. Mənimlə birgə üç imkansız şəxs var idi. Olduqca yoxsul idilər. Mən Peyğəmbərin (s) məzarına doğru gedərək dedim: "Ey Allahın elçisi! Biz əliboşuq, heç bir şeyimiz yoxdur. Üç müdd xurma bizim üçün kifayətdir”(Həmin qaynaq, səh. 1383. ).
    7. Bozbaş arzusu;
    Əbu Məhəmməd Əbdül-İslam ibn Əbdür-Rəhman əl-Hüseyni deyir: "Peyğəmbər (s) şəhərində üç gün qaldım. Bu üç gün müddətində bir tikə olsun yemək yemədim. Peyğəmbərin (s) minbərinə doğru gedib, iki rəkət namaz qıldıqdan sonra dedim: "Ey cəddim! Mən acam və səndən bozbaş umuram”. Bu an məni yuxu apardı. Azca mürgülәmişdim ki, bir kişi məni oyatdı. Əlində taxta bir kasa var idi. İçinə çörək doğranmışdı. Yağlı, ətli, növbənöv ədviyyə qatılmış və göyərti doğranmış bozbaş idi. Məlum şəxs: "Al, ye!” – deyə əlindəki kasanı mənə uzatdı. Mən: "Bu yemək haradandır?” – deyə soruşdum. Məlum şəxs dedi: "Üç gün idi ki, övladlarım belə bir yemək arzusunda idilər. Üçüncü gün bir xeyirli iş gördüm. Bunun nəticəsində Allahın rəhməti üzümə güldü və belə bir yemək nəsib oldu. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə buyurdu: "Sənin qardaşlarından biri məndən bu yeməkdən umur. Apar ona da yemək ver”(Həmin qaynaq).
    8. Bir acın arzusu.
    Abdullah ibn Həsən Dəmyati deyir: "Şeyx Saleh Əbdül-Qadir Dəmyat limanında mənim üçün başına gələn bir əhvalatı danışdı:
    "Mədinəyə daxil oldum. Peyğəmbərə (s) salam verib aclıqdan şikayətləndim. Buğdadan hazırlanmış yemək, ət və xurma istədim. Sonra iki rəkət namaz qılıb sübhədək ibadətlə məşğul oldum. Azacıq yuxuladıqda xoşxasiyyət bir gənc məni çağırdı. Onun ardınca getdim. Kabab dolu qabı qarşıma qoydu. Süfrədə növbənöv xurmalar, (xurma ağacının gövdəsindən hazırlanmış) çörək var idi(Həmin qaynaq. Qeyd: Mədinə alimi Səmhudi ھafei "Vəfaul-vəfa bi-əxabari daril-Mustafa” əsərində bütün hallarda Peyğəmbərdən (s) ؛əfaət və yardım diləməyin peyğəmbərlərin (ə), müsəlman və əməlisaleh insanların tutduğu yol olduğunu təsdiq etdikdən sonra Hakimdən nəql edir: "ضmər ibn Xəttab deyir: "Peyğəmbər (s) buyurmu؛dur: "Həzrət Adəm (ə) xəta etdikdə dedi: "İlahi! Məhəmmədin ehtiramı üçün xətamı əfv et!” Allah-təala buyurdu: "Ey Adəm! Sən Məhəmmədi necə tanıyırsan? Halbuki mən hələ onu yaratmamı؛am”. Adəm dedi: "Sən məni yaradıb ِz ruhundan üfürdün. Mən ilk dəfə ba؛ımı qaldırdıqda Ər؛ə "La İlahə illəllah, Məhəmmədür-rəsulullah” sِzlərinin yazıldığını gِrdüm və bildim ki, sən ِz adının yanında yalnız yaratdıqlarının ən sevimlisinin adını gətirirsən”. Allah buyurdu: "Ey Adəm! Düz deyirsən. Məhəmməd ən sevimli məxluqdur. Məhəmmədin ehtiramından sِhbət açdığın üçün səni bağı؛layıram. Əgər Məhəmməd olmasaydı, səni yaratmazdım”. Səmhudi, Sübkidən nəql edir: "İnsan ِz əməllərinə təvəssül edə bilərsə (Qar hədisi, "Səhihi-Buxari”, c. 4, səh. 173; "Nurus-səqəleyn”, c. 3), demək, Peyğəmbərə (s) də təvəssül edə bilər” ("Kə؛fül-irtiyab”, səh. 246-247). ). Süfrəyə düzülən yeməklərdən doyunca yedim. Sonra məlum gənc bir bağlama ət, xurma və çörək yığaraq dedi: "Sübh namazını qılıb yatmışdım. Yuxuda Peyğəmbəri (s) gördüm. Mənə bu işi görməyimi tapşırdı. Hətta sənin yerini də göstərib yemək verməli olduğum adamın sən olduğunu buyurdu”(Ehtimal ki, məqsəd, hazırda Suriyada xurma, un və badamdan hazırlanan ؛irin çِrəkdir. ).
    Qeyd: "Misbahuz-zəlam” kitabının müəllifi bütün bunları qeyd etdikdən sonra yazır: "Baş vermiş bu növ hadisələrin bir çoxunda Peyğəmbərin (s) yardım diləyən ehtiyaclı müsəlmanların imdadına yetmələrini tapşırdığı insanlar o həzrətin (s) şərafətli övladlarındandır. Xüsusilə verməli olduqları şey də qida ilə bağlıdır. Çünki bu növ böyük insanların əxlaqi xüsusiyyətlərindən biri də budur. Yəni ilk öncə qonağa şəxsən özləri xidmət göstərir, sonra isə onların ailəsinə mənsub olanlar. Elə buna görə də o həzrətin (s) bu davranışı onun əxlaqi xüsusiyyətlərindən doğur("Vəafaul-vəfa”, c. 4, səh. 1383.).
    Təbərani, İbn əl-Müqri, İbn əl-Münkədir və başqalarının bu etiraflarından sonra İbn Teymiyyənin Peyğəmbərə (s) təvəssül etmək, o həzrətdən (s) yardım diləmək şirkdir deyə, iddia etməsi yersiz deyilmi? "Misbahuz-zəlam” əsərinin müəllifi müşrikdirmi? Yaxud öz əsərində kafirlik və müşrikliklə bağlı məsələlərimi toplamışdır? İbn Teymiyyə və tərəfdarları Süleyman ibn Salimin müşrik olduğunu önə çəkə bilərlərmi? Bir halda ki, İbn İmad onun haqqında deyir: "O, Mahir və etibarlı hədisşünasdır”. Abbar deyir: "O, dövrünün ən savadlı və mahir hədisşünası idi”. İbn Müsdi deyir: "O, dini rəhbər, nəqli və əqli bilik sahələrinin mahir bilicisi idi”. Zəhəbi deyir: "O, dini rəhbər, əllamə və mahir hədisşünas idi”.
    Bütün bu dəllilərdən sonra İbn Teymiyyənin mənasız sözləri hansı dəyərə malikdir?
    SƏMHUDİNİN ETİRAFI
    Səmhudi də Peyğəmbərin (s) məzarına təvəssül edən fəqih və hədisşünasların başına gələnləri "Misbahuz-zəlam” kitabında nəql etdikdən sonra deyir: "Bu mövzuda baş verən tarixi hadisələr çoxdur. Öz baışma gələn belə bir hadisəni diqqətinizə çatdırıram. Peyğəmbər (s) məscidində idim. Misirli hacılar ziyarətə gəlmişdilər. Kitablarımı qoyduğum boş otağın açarı əlimdə idi. Bu an Misir alimlərindən biri yanımdan keçdi. Mən onu tanıdım və salam verdim. O da məni tanıdı və birlikdə Peyğəmbərin (s) məzarı önünə getməyimizi rica etdi. Onunla birgə Peyğəmbərin (s) məzarı önünə getdim. Açarı axtarmağa başladım. Lakin onu tapa bilmədim. Vaxt daralırdı və açara ehtiyac var idi. Açarın itməsi mənə baha başa gəlirdi. Peyğəmbərin (s) qəbrinə doğru gedib dedim: "Ey Mənim mövlam! Ey Allahın elçisi! Otağın açarı itib. Mənim ona çox ehtyacım var. Onu səndən istəyirəm”.
    Bu sözləri deyib geri qayıtdım. Otağın yaxınlığında bir nəfər dayanmışdı. Onu tanıdığımı güman edib ona tərəf getdim. Azyaşlı bir gənc idi. Otağın açarı onun əlində idi. Mən: "Açarı haradan tapmısan?” – deyə soruşdum. Onu məzarın qarşısından tapdığını söylədi. Bu hadisə ilə bağlı bir çox məsələlər də var ki, sözü uzatmamaq üçün qeyd etmirəm”(Həmin qaynaq, səh. 1385. ).
    MUHİBBUDDİN TƏBƏRİNİN DİLƏYİ
    Təqiyəddin Fasi deyir: "Əbu Abdullah öz qeydlərində yazır: "İmam Muhibuddin Təbəri deyir: "Bir qrup ziyarətçi ilə birgə Peyğəmbərin (s) məzarını ziyarət etmək məqsədi ilə Mədinəyə doğru yola çıxdıq. Yolda Peyğəmbər (s) haqqında bir qəsidə yazdım və Mədinəyə daxil olarkən həmin qəsidəni oxudum. Oxuyub qurtardıqdan sonra dedim: "Ey Allahın elçisi! Bu qəsidənin qarşılığında verəcəyin hədiyyə xalq arasında mənə verilmiş Muhyiddin ləqəbinin üzərimdən götürülməsi olsun. Çünki bu ləqəbdən xoşum gəlmir”. Bu diləyimdən sonra hamı məni Muhibbuddin çağırmağa başladı. Sanki, Muhyiddin ləqəbi öncədən yox imiş”(Həmin qaynaq, səh. 1385. ).
    Muhibuddin hədisşünas, müfti və hörmətli bir şəxs olmuşdur(Əl-Əqdüs-səmin”, c. 3, səh. 68. ).
    Category: Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) | Added by: Islam_Kitabxanasi
    Views: 664 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024