İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1993
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • User
  • Aliakber313
  • Salman-m
  • Taha
  • gunay
  • Dark
  • Emilaliyev
  • Zuzu
  • Kamran
  • Seref
  • Main » Files » Tarix » Tarixi və dini bəhslər (şübhələrə cavab)

    Tarixi və dini bəhslər (şübhələrə cavab)
    2011-09-10, 3:37 PM
    QƏBRİN ÜSTÜNÜN DÜZƏLMƏSİ BARƏSİNDƏ VƏHHABİLƏRİN NƏZƏRİ
    Əvvəlcədən qeyd etdiyimiz kimi vəhhabilərin ilk hücumlarına məruz qalan ən çox şiələr olmuşdur. İlk dəfə Mədinəyə hücum çəkən vəhhabilər məsum İmamların (əleyhimussəlam) və Peyğəmbərin (səlləllahu əleyhi və alih) qəbrinin günbəzini dağıdırlar. Onların əqidəsinə görə qəbrin üstü yerlə bərabər olmalıdır. Heç bir başqa müsəlman məzhəbinin qəbul etmədiyi bu əqidə o vaxtdan İslam alimlərinin geniş etirazına səbəb olur. Mədinədə "Bəqi” qəbristanlığında dəfn olunmuş məsum İmamların (əleyhimussəlam) qəbirlərinin üstü müsəlmanlar tərəfindən geniş şəkildə örtülmüş və ziyarətgaha çevrilmişdi. 53-cü səhifədə verilmiş şəkillərdə Mədinədə "Bəqi” qəbristanlığında olan İmamların məqbərələrinin vəhhabilərin hücumundan qabaqkı və sonrakı görünüşüdür. Gördüyünüz kimi vəhhabi dəstələri Ali Səud qoşunu ilə Mədinəyə hücum etdikdən sonra bu günbəzləri yerlə-yeksan etmiş və içində olan bütün qiymətli əşyaları da qarət etmişlər.
    İndi də qəbirlərin təmir edilməsi barəsində şiə alimlərinin nəzərlərinə diqqət edək:
    1. Qurani-Məciddə heç vaxt bu məsələ inkar olunmayıb. Əksinə, bəzi ayələr nişan verir ki, İmamların və Peyğəmbərlərin qəbirlərinin üstünü təmir etmək və uca tutub ehtiram göstərmək İslam dininin xeyrinədir.
    Qurani-Kərim "Həcc” surəsinin 37-ci ayəsində buyurur:
    Hər kəs İlahi nişanəyə təzim etsə və hörmət göstərsə, bu iş qəlblərin təqvalı olmasının əlamətidir.
    Ayədə "nişanə”dən məqsəd təfsirçilərin nəzərinə görə "Allahın dininin nişanələri”dir. Bəs, Allah yanında ən uca məqamlara malik olan Peyğəmbər (səlləllahu əleyhi və alih) və İmamlar yer üzündə Allah dininin qurucuları və yayıcılarıdırlar. Məgər bundan böyük "din nişanəsi” ola bilərmi? Bəs, belə bir nəticəyə çatırıq ki, bu iş nəinki qəbihdir, əksinə, Allahın razılığına səbəb olan bir işdir.
    2. Qurani-Məcid "Bəqərə” surəsinin 158-ci ayəsində buyurur:
    Həqiqətən, Səfa və Mərva (dağları) İlahi nişanələrdəndir.
    Bütün bunları dinin nişanələri kimi yozub yuxarıdakı birinci ayədəki məzmunla tutuşdursaq, belə nəticə almaq olar ki, Səfa və Mərva dağları, Minada ilk dəfə qurban kəsmək dinin nişanələridir. Bəs bunlara ehtiram göstərmək və belə işləri əziz tutmaq Allah yanında qəbul olmuş və bəyənilmiş işdir.
    3. Nəticədə necə ola bilər ki, məxluqatın əşrəfi sayılan Peyğəmbəri (səlləllahu əleyhi və alih) və məsum İmamları (əleyhimussəlam) dinin nişanələrindən saymayaq, onların qəbirlərinin ziyarətinə getməyək və qəbirlərini təmir etməyək?! Məgər bu məntiqlə uyğun gəlirmi?! Hansı şəxs deyə bilər ki, Allah taala onları dinin nişanələrindən hesab etmir?!
    Bütün bunlardan belə nəticə alırıq:
    1. Allaha yaxın adamlar xüsusən, dini yaymaq yolunda can verən şəxslər Allah dininin nişanələrindəndir.
    2. Belə şəxslərə hörmət və ehtiram saxlamağın ən yaxşı yollarından biri də onların qəbirlərini təmir edib nişanələrini qoruyub saxlamaqdır.
    Onu da qeyd edək ki, bu qanun bütün dini məktəblərdə icra olunur. Millətlər öz böyük şəxsiyyətlərinin adlarını qorumaqdan ötrü onların qəbirlərinə ehtiram göstərir və onları təmir edirlər.
    4. Qurani-Kərim İslamdan qabaqkı zamanda yaşamış "Əshabi Kəhf”də olan şəxslər barəsində buyurur:
    Onların qəbirlərinin üstündə bina düzəltdik("Kəhf” surəsi, 21-ci ayə.).
    Həmin surədə bu əhvalatla əlaqədar başqa dəstə buyurur:
    Bu işdə qalib gəlmiş başqa dəstə dedilər: Onların qəbirlərini məscid qərar verəcəyik (yəni orada məscid tikəcəyik)("Kəhf” surəsi, 21-ci ayə.) .
    ŞƏRƏFLİ MƏKANLARDA QURBANLIQ
    Vəhhabilərin şiələrə tutduqları iradlardan biri də budur ki, şiələr Peyğəmbərin (səlləllahu əleyhi və alih) və İmamların qəbirlərinin yanında qurban kəsirlər. Vəhhabilərin əqidəsinə görə bu əməl haram və Allaha şirk sayılır.
    Cavab:
    Məsələ budur ki, məhrumiyyət və giriftarçılıqda olan bəzi müsəlmanlar öz müşküllərinin həllindən ötrü Allah yanında yüksək məqamı və mənziləti olan məsumların və övliyaların qəbirlərinə nəzir atırlar və ya bu məkanlarda qurbanlıq kəsirlər. Bu bölmədə məsələni tək-tək araşdırsaq daha önümlü olar.
    1. Şiə əqidəsində fəqih və müctehidlərin fətvasına görə nəzir və ya qurbanlıq yalnız "qürbətən iləllah” olmalıdır. Yəni nəzir etmək və qurban kəsməklə hacətinə çatmaq istəyən ilk növbədə niyyətində "qürbətən iləllah” (Allaha yaxın olmaq niyyəti) tutmalıdır. Nəzir etməyin yolu belədir:
    Əgər mənim filan hacətim düzəlsə, Allahdan ötrü mənim boynumda filan nəzir (və ya qurbanlaq) olsun.
    2. Şiələr bəzən öz nəzirlərini paylamaq və ya qurbanlıq kəsməkdən ötrü İmamların və İmamzadələrin qəbirlərinin yanına gedirlər. Bəzən nəzirlərini onların zərihlərinin (qəbirlərinin) üstünə atırlar. Lakin bu heç də nəyisə Allaha şərik qoşmaq demək deyil. Əksinə, bu nəzirlərin həmin yerdən daha tez fəqirlərin əlinə çatması əsas hədəfdir. Şiə əqidəsində hər hansı nəzir və ya qurbanlıq əgər "qürbətən iləllah” olmasa, şəri nəzir hesab olunmur. Maraqlanmaq istəyənlər şəriət kitablarına müraciət edə bilərlər. Bəs əsl və ümdə məsələ niyyətdir. O da "qürbətən iləllah” (yəni fəqət Allaha yaxın olmaq və ondan kömək istəmək). Lakin bu nəzirin hara atılması və qurbanlığın harda kəsilməsi məsələyə heç bir xələl gətirmir.
    3. Belə nəzirlərin oxşarı bütün müsəlmanların hər il icra etdiyi həcc əməllərində özünü daha çox biruzə verir. Hər bir hacı qurbanlıq kəsdikdə "qürbətən iləllah” niyyətini edir.
    4. Şiələrin belə qurbanlığı şərəfli məkanda kəsməsindən məqsəd "Allaha yaxın olmaq” və kəsdiyi qurbanlığın savabını həmin qəbir sahibinə bağışlamaqdır. Heç bir müsəlman alimi inkar edə bilməz ki, hər hansı xeyir işin savabını dünyadan getmiş şəxsə bağışlanması qəbih bir iş olsun. Əksinə, bu iş ən yaxşı xeyirxah işlərdən sayılır.
    Xülasə desək, Peyğəmbər (səlləllahu əleyhi və alih), İmamlar (əleyhimussəlam) və hər hansı uca məqamlı (Allah yanında) şəxsin əvəzindən bu cür nəzir və qurbanlıqların verilməsinin şirkə heç bir oxşarlığı yoxdur.
    Bütün bunlardan əlavə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz zamanında müsəlmanlar çoxlu nəzir-niyaz və qurbanlıqlar boyun alaraq onlara əməl etmişlər. Peyğəmbər (səlləllahu əleyhi və alih) bu işin "qürbətən iləllah” olduğunu bildikdən sonra onları təsdiq etmişdir.
    ALLAHA PEYĞƏMBƏRİN VƏ İMAMLARIN MƏQAMINA AND VERMƏK
    Vəhhabilərin müsəlmanlara qarşı küfr nisbət vermələrinin səbəblərindən biri də müsəlmanların dua vaxtı Allaha Peyğəmbərin (səlləllahu əleyhi və alih) və İmamların (əleyhimussəlam) məqamlarına and vermələridir.
    Cavab:
    1. Əvvəlcədən dedik ki, Allah yanında məqam və isməti olan Peyğəmbərə (səlləllahu əleyhi və alih) və İmama, hətta alimlərə və əməlisaleh insanlara xüsusi hörmət göstərmək nəinki pis cəhət ola bilməz, hətta Allah yanında ən xoşa gələn işlərdən biridir.
    Qurani-Məcid "Ali-İmran” surəsinin 17-ci ayəsində buyurur:
    Onlar səbr edənlər, doğru danışanlar, itaət edənlər, infaq edənlər, tövbə edənlər və sübh edənlərdirlər.
    Allah taala bu ayədə mömin şəxsləri belə tərifləyir. İndi gecənin bir aləmində hər kəs dua edərkən Allaha yalvarsa ki, İlahi, Səni and verirəm, "Səhərlər günahlarının bağışlanmasından ötrü tövbə edənlərin haqqına” mənim günahlarımdan keç! Görəsən, bu əməl Allah yanında şirk sayılırmı? Məgər bizim fikir və məqsədimiz Allahdan başqasına pənah aparmaq olur və ya Allaha yalvarırıq?
    2. Allah taala Qurani-Məciddə dəfələrlə müxtəlif şeylərə, o cümlədən aya, günəşə və sair mövcudatlara and içib, hətta "Şəms” surəsində isə ardıcıl olaraq 11 dəfə and zikr olunub. Əgər bu iş haramdırsa, bəs, onda nəyə görə Quranda qeyd olunub?
    3. Qurani-Məcid "Saffat” surəsinin 35-36-cı ayələrində günahkar müşrikləri belə tanıtdırır.
    Onlar o kəslərdir ki, hər zaman onlara deyilsə ki, Allahdan başqa tanrı yoxdur, təkəbbür edərlər və deyərlər: Məgər biz öz tanrımızı (bütləri) divanə bir şairin sözü ilə tərk edəcəyik?
    Ayənin məzmununa əsasən, müşrik o kəsdir ki, Allahın yeganəliyini qəbul etməsin və yalançı tanrılarından əl çəkməyərək təkəbbür göstərsinlər. Görəsən, gecənin bir aləmində Allahla münacat edərkən yalnız Allahdan kömək diləyib Ona təvəkkül edən və Allah taalanı Peyğəmbərin (səlləllahu əleyhi və alih) və məsum İmamların haqqına and verdirib öz günahlarından keçməsini istəyən bir müsəlman yuxarıdakı ayədəki müşriklərlə bir sayılırmı? Vəhhabilərin nəzərinə görə bəli!!!
    Belə olan surətdə, yer üzündə heç kəs müsəlman olmaz. Çünki biz müşrik sözünü ürəyimiz istədiyi kimi hər kəsə olsa, nisbət verə bilərik. Məsələn, belə də demək olar ki, müsəlman namaz qılanda Kəbəyə tərəf baxır və Kəbə də daşdan ibarət bir evdir. Bəs bu iş şirk sayılmalıdır! Xeyr! Vəhhabilik çadrası altında müsəlmanların sırasını dağıtmaq istəyənlərin planları baş tuta bilməz!
    4. Çoxlu rəvayətlərdə nəql olunur ki, Peyğəmbərlər və İmamlar Allaha layiqli məqamlara and verərək dua etmişlər. Məsələn, Həzrəti Əli (əleyhissəlam) gecə namazından sonra bu duanı oxuyarmış: ”İlahi, mən Səni and verirəm, o kəsin haqqına ki, yalnız Sənə pənah gətirib Sənə tövbə edir və Sənin qüdrətinə pənah gətirir və Sənin pənahında qərar tutub və Sənin dinindən yapışıb və Səndən başqa heç kəsə ürək bağlamayıb...(Səhifeyi Ələviyyə”, səh. 370.)”
    5. Peyğəmbər (səlləllahu əleyhi və alih) kor bir kişiyə belə bir duanı öyrədir: "İlahi, Səndən istəyim var və Sənə üz gətirmişəm! Səni and verirəm, rəhmət qərar verdiyin Peyğəmbərin Mühəmmədə!...”(Sünəni İbni Macə”, 1-ci cild, səh. 441.)
    6. Əbu Səid Xidri adlı birisi Peyğəmbərdən (səlləllahu əleyhi və alih) belə bir dua öyrənir: "İlahi, Səni and verirəm, Səndən hacət istəyənlərin haqqına...("Səhihi İbni Macə”, 1-ci cild, səh. 262.)”
    Vəhhabilərin əsassız iddia və əqidələrindən biri də budur ki, Allahdan başqasına and içmək haramdır!
    Cavab:
    1. Allah taala təkcə "Şəms” surəsində doqquz məxluqa (Günəş, Günəşin nuruna, gündüzə, gecəyə, göyə, yerə, insanın nəfsinə) and içir.
    2. "Naziat” surəsində 1-3 ayələrdə;
    3. "Mürsəlat” surəsində 1-3 ayələrdə;
    4. "Büruc”, "Tariq”, "Qələm”, "Əsr” və "Bələd” surələrində məxluqa and içilir.
    5. "Tin” surəsində Allah buyurur: "And olsun, əncirə və zeytunə! And olsun, Tur-Sina dağına, and olsun, bu əmin şəhərə (Məkkəyə)...”
    6. "Züha” surəsi, 1-2-ci ayələr;
    7. "Fəcr” surəsi, 1-4-cü ayələr;
    8. "Hicr” surəsinin 72-ci ayəsində buyurur:
    Ey Peyğəmbər! Sənin canına and olsun ki, onlar öz şəhvət sərxoşluqlarında sərgərdandırlar.
    9. Peyğəmbər (səlləllahu əleyhi və alih) özü Allahdan başqasına and içib. "Səhihi Müslim” (Zəkat kitabı, 3-cü cüz, səh. 94) yazır: Birisi Peyğəmbərdən (səlləllahu əleyhi və alih) soruşur ki, ya rəsuləllah, hansı sədəqə daha fəzilətlidir? Həzrət cavabında buyurur: "And olsun, atanın canına! Bil, o sədəqə daha əzəmətlidir ki, sağlam olasan, pula ehtiyacın ola, fəqirlikdən qorxasan, gələcəyinin fikrində olasan və eyni halda sədəqə verəsən”.
    Bütün bunlar nişan verir ki, lazım olduqda əhali arasında məxluqa and içmək heç də Allaha qarşı şirk sayılmır. Əlbəttə, onu da qeyd edək ki, şiə məzhəbinə görə and içmək məsələsinə heç də təkid olunmur, hətta doğru işdə də Allaha and içmək məkruh sayılır. Bununla belə, yalnız qəzavət və məhkəmələrdə xüsusi şəraitdə Allaha and içməyin heç bir eybi yoxdur.
    ŞƏFAƏT
    Vəhhabilərin əqidələrindən biri də budur ki, onlar şəfaət məsələsini düzgün təfsir etmirlər. Onların nəzərincə şəfaət yalnız Axirətdə ola bilər. Amma bu dünyada heç kəs Peyğəmbərin (səlləllahu əleyhi və alih) və övliyaların şəfaətinə göz dikməli deyillər. Hər kəs belə şəfaəti dünyada istəsə, Allaha şərik qoşur və kafir sayılır!
    Cavab:
    Bütün müsəlmanlar Quranın aşkar bəyanına əsasən mötəqiddirlər ki, Allah istədiyi ləyaqətli şəxsə şəfaət məqamını verəcək. Bu şəfaətin Qiyamətdə olmasında heç bir ixtilafi nəzər yoxdur. Görəsən, bu dünyada Peyğəmbərin (səlləllahu əleyhi və alih) elə bir məqamı var ki, Allaha dua etsin, Allah da hər hansı bir günahkarın günahından keçsin?
    Ayələrin və rəvayətlərin təsdiqinə əsasən, bu iş heç də qəbih deyil. Allah bu məqamı həm bu dünyada, həm də Axirətdə Peyğəmbərə (səlləllahu əleyhi və alih) vermişdir. İndi də bəzi nümunələrə diqqət etməklə vəhhabilərin iddialarının yanlış olmasını görərik:
    1. Allah taala "Nisa” surəsinin 64-cü ayəsində buyurur:
    ...Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.
    Ayədə hər şey aydın zikr olunub. Görəsən, vəhhabilər Quranı açıb oxumurlar və bu ayəyə rast gəlməyirlər? Hər bir aqil şəxsə ayədən məlum olur ki, Peyğəmbər (səlləllahu əleyhi və alih) dünyada olan halda da Allahın izni ilə günahkarlara şəfaət verə bilər və Allahdan onlar üçün bağışlanmaq diləyə bilər. Bu işdə heç bir şirk yoxdur. Onu da qeyd edək ki, Peyğəmbərin (səlləllahu əleyhi və alih) dünyadan köçməsi səbəb olmaz ki, müsəlmanlar bu dünyada ondan şəfaət istəməsinlər. Çünki İslamda ölüm heç olmaq və aradan getmək deyildir!
    2. Qurani-Məcid Həzrəti Yəqub Peyğəmbərin (əleyhissəlam) əhvalatını zikr edərkən övladlarının günahkar olduğunu bildikdən sonra onların atalarından şəfaət istəmələrini belə bəyan edir:
    Ey ata! Allahdan bizim günahlarımıza görə bağışlanmamızı istə! Həqiqətən, biz səhv yolda olmuşuq(«Yusif” surəsi, 97-ci ayə.).
    Yəqub (əleyhissəlam) onların cavabında buyurur:
    Tezliklə Allaha sizin bağışlanmağınızdan ötrü dua edəcəyəm! ("Yusif” surəsi, 98-ci ayə.)
    Ayə aşkarcasına nişan verir ki, Həzrəti Yəqubun (əleyhissəlam) övladları atalarının şəfaəti əsasında bağışlanılırlar və bu iş heç də Axirətdə olmur, əksinə, dünyada olarkən baş verir.
    3. Qurani-Məcid "Mühəmməd” surəsinin 19-cu ayəsində Peyğəmbərinə (səlləllahu əleyhi və alih) göstəriş verərək buyurur:
    Ey Peyğəmbər! özünün günahının və möminlərin bağışlanmasından ötrü Allah dərgahından bağışlanmaq tələb et!
    4. "Tövbə” surəsinin 103-cü ayəsində buyurur:
    Onlar barəsində (zəkat ödəyənlər) dua et və bağışlanmalarını dilə ki, sənin dua etməyin onların rahatlıqlarına səbəb olur.
    5. "Nisa” surəsinin 85-ci ayəsində buyurur:
    Hər kəs başqası üçün yaxşı şəfaət etsə, ondan bəhrələnəcək.
    6. Rəvayətlərdə də dünyada Peyğəmbərdən (səlləllahu əleyhi və alih) şəfaət istəmək haləti qeyd olunmuşdur. İbni Əbbas nəql edir ki, Həzrəti Əli (əleyhissəlam) Peyğəmbəri (səlləllahu əleyhi və alih) qüsl və kəfən edərkən onun üzünü açıb belə buyurdu: Atam, anam sənə qurban, həyat və ölümü paklıqla keçirtdin... Bizi də Allah yanında yada sal!
    Bütün bunlar və onlarla başqa dəlillər isbat edir ki, vəhhabilərin bu fikri də İslam dininə zərbə vura bilməz. İslamda hər şey açıq-aydın araşdırılmış Peyğəmbər (səlləllahu əleyhi və alih) və İmamlar (əleyhimussəlam) lazım olan şeyləri müsəlmanlara çatdırmışlar. Əslində belə fikirlər müsəlmanların birliyini dağıtmaqdan başqa bir şeyə qulluq etmir.
    Category: Tarixi və dini bəhslər (şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 731 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2022