İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Qədir-Xum

    Qədir-Xum
    2012-07-18, 9:19 AM
    2. ƏLLAMƏ ŞEYX ƏHMƏD ƏMİN ƏNTAKİ
    O, Seyid Şərəfüddin Amilinin "əl-Müraciat" kitabını oxuduqdan və orada qeyd olunanlar haqqında tədqiqat apardıqdan sonra məzhəbini dəyişərək şiə olan Şeyx Məhəmməd Əminin qardaşıdır. O da "Fi təriqi ilət-təşəyyo" (Şiəliyə doğru getdiyim yol) adlı kitabının ön sözündə yazır: "Mənim şiə olmağımın (başlıca) səbəbi Peyğəmbərdən (s) nəql olunan, bütün İslam məzhəblərinin yekdilliklə qəbul etdiyi hədisdir. Hədisdə deyilir: Mənim Əhli-beytim Nuhun (ə) gəmisinə bənzəyir. Hansı ki, ona tapınan nicat tapdı. Ondan üz çevirən isə qərq oldu". Düşündüm ki, Əhli-beytə (ə) tabe olub, dini hökmlərimi onlardan əxz edərəmsə, nicat taparam. Onlardan üz çevirib dini hökmlərimi başqalarından əxz edərəmsə, yolunu azmışlardan olaram".

    Digər hissəsində yazır: "Cəfəri məzhəbinə tapınmaqla qəlbim, daxili aləmim aramlaşdı. Fikrimcə, əslində Peyğəmbərin (s) əhli-beytinə (Allahın salamı onlara olsun!) mənsub olan bu məzhəbi, Əhli-beytin (ə) vilayətini qəbul etməklə Allah-tәalanın əzabından nicat tapacağam. Çünki, nicat yalnız onların vilayətindədir".


    3. DOKTOR MƏHƏMMƏD TİCANİ SƏMAVİ
    O, Tunisdə dünyaya göz açmışdır. Uşaqlıq illərini doğma vətənində keçirdikdən sonra müxtəlif elm adamlarından, görkəmli alimlərdən faydalanmaq məqsədi ilə ərəb ölkələrinə səfər etdi. Misirdə "əl-Əzhər" universitetinin müəllim və tələbə kollektivi ona orada qalmasını və "əl-Əzhər" universitetində tədrislə məşğul olmasını təklif etdilər. Lakin o, bu təklifi qəbul etməyib İraqa doğru yollanaraq öz səfərini davam etdirir. Burada çox saylı şiə alimləri ilə diskussiyalar, fikir mübadilələri aparır və nəticədə şiə məzhəbini qəbul edir. O, hal-hazırda beynәlxaq arenada şiə məzhəbinin təbliğatçısı kimi tanınır və bu məzhəbin müdafiəsi üçün bir neçə kitab da yazmışdır.
    O, "Necə hidayət oldum" kitabının bir hissəsində yazır: "Şiələr tutduqları yolda möhkəm, səbirli və haqqa tapınandırlar... Mən, bütün elm adamlarının şiə alimləri ilə diskussiyaya girməsini, mübahisəli məsələləri müzakirə etməsini zəruri hesab edirəm. Tam əminəm ki, bu diskussiyadan yalnız onların məzhəbini – Şiə məzhəbini qəbul edərək, könül gözləri açılaraq çıxacaqlar. Bəli, mən öz sabiq məzhəbimi əvəz edəcək məzhəbi tanıdım və məni bu məzhəbə hidayət edən Allaha sonsuz minnətdarlığımı bildirirəm. Təbii ki, onun hidayət və lütfü olmasaydı mən bu məzhəbə doğru hidayət olmazdım.
    Həmd və səna məni "Naciyə" (nicat tapan) məzhəbə doğru hidayət edən Tanrıya məxsusdur. Bu, uzun müddət böyük məhrumiyyətlərə, əziyyətlərə qatlanaraq ardınca gəzdiyim məzhəbdir. Mənim hәzrәt Əlinin (ə) və Əhli-beytin (ə) vilayətinə tapınan insanların heç bir zaman qırılmayacaq ipdən yapışdıqlarına zərrə qədər də şübhəm yoxdur. Bu mövzuda çox saylı hədislər mövcuddur. Hansı ki, müsəlmanlar bu hədisləri yekdilliklə qəbul edirlər. Bundan başqa ağıl da təkbaşına haqq sorağında olanların bələdçisidir. Bəli, Allaha şükür olsun ki, haqqı tapdım. Möminlərin ağası hәzrәt Əliyə (ə) etiqad bəsləməkdə Allahın elçisi Məhəmmədə (s) iqtida etdim. Bundan başqa behişt cavanlarının iki ağası, bu ümmətin içində iki dəstə gül olan İmam Əbu Məhəmməd Həsən (ə) və İmam Əbu Əbdullah Hüseyn (ə), peyğəmbərliyin təcəssümü həzrət Mustafanın (s) ürək parası olan, imamlar anası, risalət qaynağı, Tanrının onun qəzəbi ilə qəzəbləndiyi, örnək qadın həzrət Fatiməni (ə) tanımaqda Peyğəmbərə (s) tapındım.
    İmam Malikin yerinə, bütün imamların müəllimi, təlimatçısı olan İmam Cəfər Sadiqi (ə) və İmam Hüseynin (ə) nəslindən olan digər doqquz məsum imamı seçdim".
    O, "Elm şəhərinin qapısı" hədisini qeyd etdikdən sonra yazır: "Nə üçün dini və dünyəvi məsələlərdə Əliyə (ə) təqlid etmirsiniz? Əgər onun Peyğəmbər (s) elminin qapısı olduğunu qəbul edirsinizsə, nə üçün Peyğəmbər (s) elminin qapısını birmənalı şəkildə qəbul etmir, Əbu Hənifəyə, Malikə, Şafeiyə, Əhməd ibn Hənbələ və İbn Teymiyyəyə təqlid edirsiniz? Hansı ki, sizin təqlid etdikləriniz heç bir zaman elmdə, əməldə, fəzilət və şərəfdə Əliyə (ə) çata bilməzlər.
    Sözünün bu yerində üzünü Əhli-sünnə məzhəbi mənsublarına tutaraq deyir: "Ey mənim yaxınlarım! Sizi, müzakirə masası arxasına əyləşməyə, haqqı araşdırmağa, təəssübdən əl çəkməyə dəvət edirəm. Biz, Bəni-Üməyyə və Abbasilərin qurbanlarıyıq. Biz, qara tarixin qurbanlarıyıq. Biz, ata-babalarımızın bizim üçün miras qoyub getdiyi dar, qapalı düşüncə tərzinin qurbanlarıyıq. Onun Şiə məzhəbini müdafiə məqsədi ilə qələmə aldığı əsərlərə aşağıdakıları misal göstərmək olar:

    "Necə hidayət oldum", "Doğrularla birgə", "Bilənlərdən soruşun", "Şiələr əsl Peyğəmbər (s) yolunu gedənlərdirlər", "Allahdan qorxun!" və s.


    4. MÜASİR YAZIÇI SAİB ƏBDÜL-HƏMİD
    O, iraqlıdır. İrana gələrək uzun müddət tədqiqat apardıqdan sonra Allahın lütfü ilə məzhəbini dəyişərək Şiə məzhəbini qəbul etdi. O, kitabının bir hissəsində yazır: Mən, etiraf edirəm ki, Allahın mərhəməti üzərimdə olmasaydı, yəqin ki, nəfsim inad edərək məni yerə vuracaqdı. Aldanmağa az qalmışdım. Hətta bir dəfə başıma gəldi. Lakin Allah mənə kömək etdi və ağlım başıma gəldi. Gəmiyə minərək nicat tapdım və büllur kimi saf sudan içməyə başladım. İndi səninlə həmin güllərin bahar fəslində üzərimə saldıqları kölgəlikdən danışıram.
    Dostlarım mənim bu vəziyyətimdən xəbərdar olub məni tənha qoydular. Onlar məndən üz döndərərək mənə zülm etdilər. Bir gün onların ən biliklisi olan bir dostum mənə dedi: "Sən nə etdiyini bilirsən?” Dedim: "Bəli, Məhəmməd Baqirin (ə), Zeynül-Abidinin (ə), behişt cavanlarının ağasının (ə), möminlərin ağasının (ə), dünya qadınlarının xanımı və Allahın son şərafətli elçisinin (ə) övladı olan İmam Cəfər Sadiqin (ə) məzhəbini qəbul etmişəm".
    - Nə üçün bizi tərk etdin? Bilirsən ki, camaat bizim haqqımızda nələr deyirlər?
    - Mən onlara yalnız Peyğəmbərin (s) sözünü deyərəm.
    - Nə deyərsən?
    - Deyərəm ki, Peyğəmbər (s) buyurmuşdur:
    "Mən sizin aranızda bəzi şeyləri qoyub gedirəm. Hansı, ki, siz məndən sonra onlara tapınaraq yolunuzu azmazsınız. Onlar Allahın kitabı və itrətim - əhli-beytimdirlər”. Digər bir kəlamında isə Əhli-beyt (ə) haqqında buyurur: "Mənim Əhl-beytim nicat gəmisidir. Onlara tapınan bir kəs nicat tapar”.

    Saib Əbdül-Həmid Əhli-beyti (ə) və Şiə məzhəbini müdafiə məqsədi ilə bir çox kitablar yazmışdır. Bu kimi kitablara aşağıdakıları misal göstərmək olar: "Mənhəcu fil-intimam əl-məzhəbi”, "İbn Teymiyyə, həyatuhu, əqaiduhu”, "Tarixül-İslam əs-səqafi vəs-siyasi”.


    5. USTAD SALEH ƏL-VİRDANİ
    Saleh əl-Virdani də davamlı mütaliə və araşdırmalar nəticəsində Şiə məzhəbinin haqq olduğunu başa düşmüş və Əhli-sünnə məzhəbini tərk edərək Şiə məzhəbinə tapınmışdır. O, heç bir qorxu hissi keçirmədən aşkar şəkildə şiə olduğunu etiraf və Misir xalqını bu məzhəbə qoşulmağa dəvət etdi.

    O, "əl-Xudə`, rihləti minəs-sünnəti iləş-Şiə” kitabında yazır: "Əhli-sünnə məzhəbinə mənsub olduğum müddətdə insanları, mənim məzhəbimin ardıcıllarını rasionalizimə dəvət edir və ağıla üstünlük verilməsi prinsipini önə çəkirdim. Lakin öz xalqımın arasında nüfuz qazana bilmədim. Belə ki, hər tərəfdən özümə qarşı ittihamlar, haqqımda şayiələr eşitdim. Mən çox yaxşı bilirəm ki, ağıla lazımi yer verilməsi sabiq nəslin fikir və düşüncələrinə qərq olmaq deməkdir. Nəticədə insan həqiqəti aydınlaşdıracağı mümkün olmayan şəxsiyyətə malik olacaq. Аğıl vә tәdbir yоlunu sеçmәk, ağıla verilən üstünlük mənim Şiəliyə və Əhli-beytə (ə) təmayülümün və bu məzhəbi seçməyimin başlıca səbəbidir”[Həmin mənbə, c. 3, səh. 127. ].


    6. USTAD MÖTƏSİM SEYİD ƏHMƏD SUDANİ
    O, tarix və hədis elmlərində tədqiqatlar apararaq Şiə məzhəbinin haqq olduğunu anladı və öz məzhəbindən uzaqlaşaraq Şiə məzhəbini qəbul etdi. O, kitabını "Binuri Fatimə ihtədəytu" (Fatimənin nuru ilə hidayət oldum) adlandırmasının səbəbini belə açıqlayır: "Hər bir insan öz daxilində onu haqqa doğru hidayət edən bir nurun mövcudluğunu hiss edir. Lakin nəfsin meyli, istəkləri və gümana, hissə qapılmaq o nurun üstünü örtür. Elə buna görə də insanın xəbərdarlığa ehtiyacı var. Fatimə (ə) yuxarıda söhbət açdığım nurun əsası, özülüdür. Mən bu nuru daim öz daxilimdə hiss edirəm...”["Əl-Mütəhəvvilun", c. 3, səh. 86-87. ].
    O, səhabələrin ədaləti nəzəriyyəsi haqqında yazır: "Səhabələrin ədalət nəzəriyyəsi Əhli-sünnə məzhəbinin Əhli-beytin (ə) məsumluğu qarşısında quraşdırdığı nəzəriyyədir. Bu iki nəzəriyyə arasında böyük və aydın bir fərq vardır. Əhli-beytin məsumluğu Quranın irəli sürdüyü bir həqiqətdir. Hansı ki, Peyğəmbər (s) də təkidlə bunun üzərində dayanmış və real həyatda da öz əksini tapmışdır. Lakin səhabənin ədaləti nəzəriyyəsi Qurana qarşıdır. Hansı ki, Peyğəmbər (s) də açıqca buna qarşı çıxmış və onun əksini buyurmuşdur. Bu səhabələrin özünün Peyğəmbər (s) dönəmində və ondan sonra ortaya atdıqları bidətlərin təkrarlanmasıdır”[Cumhuriye-İslami" qəzeti, 6771-ci sayı ].

    O, kitabın digər hissəsində yazır: "Mən öz daxilimdə elə bir şey hiss edirəm ki, onu vəsf etmək iqtidarında deyiləm. Lakin hiss etdiklərimi sözlərlə belə ifadə edə bilərəm. Mən Əhli-beytin (ə) vilayətinə tapındığım üçün hər gün Allaha daha çox yaxınlaşdığımı hiss edirəm. Onların kəlamları, buyurduqları haqda fikirləşdikdə din haqqında biliyim, elmim daha da dərinləşir, çoxalır. Mənim qənaətimə görə əgər Şiə məzhəbi olmasaydı həqiqi İsalmdan xəbər-ətər qalmazdı. Mən Əhli-beytin (ə) buyurduqlarına əməl etdikdə, o tapşırıqları öz davranışıma tətbiq etdikdə, imanın ləzzətini, yəqinin həzzini duyuram. Əhli-beyt (ə) yolu ilə günümüzə qədər gəlib çatan və heç bir məzhəbdə tapılmayan dua və münacatları oxuduqda münacatın, Pərvərdigarımla raz-niyazın həzzini duyuram”[Yenə orada.  ].


    7. MƏŞHUR VƏKİL DƏMİRDAŞ MİSİRLİ

    O, Misirin görkəmli və məşhur şəxsiyyətlərindəndir. Uzun illərdir vəkil kimi fəaliyyət göstərir. Bir fiqhi məsələ üzərində müqayisəli tədqiqat apararkən Şiə alimlərinin əsaslarının digər məzhəblərə nisbətdə daha güclü və yetərli olduğunu görür. Həmin məsələ onun ürəyində Şiəlik qığılcımlarını işıqlandırır. Belə ki, maraqlı bir hadisə onun müqəddəratını tamamilə dəyişir və o, Şiə olmaq iftixarına nail olur. Ərəbistana gələn iranlı hacılar özləri ilə birgə təqribən iyirmi bağlamadan çox etiqadi kitab gətirirmişlər. Bütün kitablar dövlət məmurları tərəfindən müsadirə olunur. Şah dönəmində İranın Ərəbistandakı səlahiyyətli səfiri bu məsələni Ərəbistan kralı ilə müzakirə edir. Kral öz növbəsində Ərəbistan daxili işlər nazirinə məsələyə ciddi baxılmasını tapşırır. Daxili işlər naziri bütün kitablara baxış keçirilməsini və təhlükəsiz olduğu təqdirdə sahibinə qaytarılması haqqında əmr verir. Bu hadisələrin baş verdiyi zaman Dəmirdaş Hicazdaymış. Ondan, saxlanılan kitablara baxış keçirməsini və sonda öz qanuni fikrini açıqlamasını xahiş edirlər. O, bu kitabları oxuyarkən Şiə məzhəbinin haqq olduğunu anlayır və həmin vaxtdan başlayaraq Əhli-beyt (ə) yoluna qədəm qoyur["Əl-Mütəhəvvilun", c. 1, səh. 709. ].


    8. ƏLLAMƏ DOKTOR MƏHƏMMƏDHƏSƏN ŞƏHATƏ
    O, "əl-Əhzər” universitetinin sabiq müəllimidir. Davamlı araşdırmalar nəticəsində Şiə məzhəbinin haqq olduğunu anlamışdır. O, İrana səfər edərkən "Əhvaz” əhalisi ilə görüş zamanı deyir: "İmam Hüseynə (ə) olan eşqim, malik olduğum bütün nüfuz və karyeramdan əl çəkməyimə səbəb oldu”.
    Sözlərinin digər bir hissəsində deyir:

    "Əgər məndən İmam Hüseyni (ə) şərqdə, yoxsa qərbdə axtarmaq lazım olduğunu soruşsalar, mən: "İmam Hüseyni (ə) mənim qəlbimin ənginliklərində axtarın” - deyə cavab verərəm. Allah-tәala mənə İmam Hüseyni (ə) tanımağı nəsib etmişdir... 50 ildir ki, Əliyə (ə) bağlanmışam və uzun illərdir ki, Əlinin (ə) vilayəti ətrafında təvaf etdiyimi görürəm”.["Əl-Mütəhəvvilun", c. 1, səh. 462. ]


    9. FƏLƏSTİNLİ ALİM ŞEYX MƏHƏMMƏD ƏBDÜL-AL
    O, uzun müddət tədqiqat apardıqdan sonra Şiə məzhəbinin haqq olduğunu anlamış və Əhli-beytə (ə) iqtida etmişdir. O, müsahibələrindən birində deyir: "...Mütaliə etdiyim ən mühüm kitablardan biri "əl-Müraciat" kitabıdır. Bu kitab mənim imanımı artırmadı, yalnız məlumatımı artırdı. Məni Əhli-beytin (ə) vilayətinə doğru hidayət edən yeganə hadisə aşağıdakı hadisə olmuşdur. Bir gün qohumlarımdan birinin mağazasının qarşısındakı səkidə əyləşmişdim. Görkəmcə kiçik bir mağaza idi. Mağaza sahibi nəvələrindən birinə onu bir neçə dəqiqəlik əvəz etməsini tapşırdı. Özü isə "Əsr namazı"nı qılmağa getdi. Müşahidə etdiyim bu hadisə məni düşünməyə vadar etdi və mən fikrə daldım. Necə ola bilər ki, adi bir insan namaz qılmaq üçün belə kiçik mağazasını başsız qoymadığı və onu əvəz etmək üçün, əmlakını qorumaq məqsədi ilə kimi isə təyin etdiyi bir halda Peyğəmbər (s) böyük bir ümməti başsız, heç bir canişin təyin etmədən qoyub gedir? And olsun Allaha, bu həqiqət deyildir!

    Ondan: "Livanda qürbətdə yaşadığınız bir halda yalqızlıq, qorxu hiss etmirsinizmi?"- deyə soruşduqda dedi: "Mənim tənhalığıma səbəb olacaq şeylər və onun acı nəticələrinin olduqca çox və sarsıdıcı olmasına baxmayaraq, mənə heç bir təsir göstərə bilməmişdir və mən heç bir zaman tənhalığımı hiss etməmişəm. Çünki qəlbimdə Əlinin (ə) kəlamına yer vermişəm. O, həzrət buyurmuşdur:


    لا تستوحشوا من الحق لقلة امله

    Heç bir zaman haqq yoldan tərəfdarlarının az olduğu üçün qorxmayın"[Əhzab, 21.].

    Onun digər müsahibələrində söylədiklərindən:
    "İnsanlar öz-özlərinə Əhli-beytin (ə) dininə gələcəklər. Çünki bu fitrətə müvafiqdir. Amma nə etməli, bu din hökumətlərin çəkmələri altında qalaraq tapdanır".
    "Kəbənin ətrafına toplanaraq təvaf edən hər bir şəxs, bilərəkdən və ya bilməyərəkdən, "Zərurət" (Cəbr), "Azadlıq" (İxtiyar) və ya "əl-Əmru bəynəl-əmrəyn" əqidəsində olmasından asılı olmayaraq, əslində vilayət ətrafında təvaf edir. Çünki Kəbə təzahürdür, orada döğulan insan isə gövhər (substansiya). Təzahürün ətrafında fırlanan, təvaf edən şəxs, əslində gövhərin ətrafında təvaf edir.
    O, "Vilayətin sübuta ehtiyacı varmı?" sualına cavab olaraq deyir: "Bizim etiqadımıza görə hər bir şeyin sübuta ehtiyacı var. Lakin "vilayət" tezisinin sübuta, dəlilə ehtiyacı yoxdur və dəlil özü ona möhtacdır".
    Category: Qədir-Xum | Added by: Islam_Kitabxanasi
    Views: 1198 | Downloads: 0 | Rating: 2.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024