İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Peyğəmbərlərin həyatı

    Peyğəmbərlərin həyatı
    2012-03-23, 8:25 AM
    YƏQUBUN NİGARANLIĞI
    Karvan hazır olanda Yəqubun oğlanları xudahafizləşmək üçün atalarının yanına gəldilər. Ataları onlara dedi:
    -Oğlanlarım! Misir torpaqlarına girdikdə hamınız bir qapıdan daxil olmayın, müxtəlif qapılardan girin. Qorxuram ki, sizə paxıllıq edələr. Amma, bu sözün mənası o deyil ki, mən Allah-təalanın istəyi qarşısında hansısa hadisəni sizdən uzaqlaşdıra biləm.
    Yəqub qorxurdu ki, oğlanlarına paxıllıq edərlər. O, hiss edirdi ki, onlar üçün bir hadisə baş verəcək və aralarında ayrılıq düşəcəkdir. Ona görə də onları paxıllıq ziyanlarından uzaqlaşdırmaq istədi.
    Amma, Allahın iradə etdiyi bu idi. Ona görə də Yəqub dedi:
    -Qüdrət Alllaha məxsusdur. Mən ona təvəkkül edirəm və bütün təvəkkül edənlər ona etimad və təvəkkül etməlidirlər.
    Beləliklə karvan hərəkətə gəldi. Onlar Misrə doğru uzanan səhraları qət edirdilər.
    Günlər ötdü və on iki gündən sonra karvan Misrin yaxınlığına çatdı. Orada qardaşlar iki-iki ayrılaraq Misrə daxil oldular. Onlar on bir nəfər idilər. Bəs onların yalqız qalanı kim idi?
    Benyamin həmişə yalqız idi və Misrə tək daxil oldu. Elə ona görə də çox qəmgin və kədərli idi. Buğda almaq üçün Misrin Əzizinin yanına getdikdə də iki-iki getdilər və nəhayət Benyamin Əzizizin yanına çatdı. Həyəcanlı anlar idi. İyirmi ildən sonra Yusifin gözü qardaşı Benyaminə sataşdı. O, qardaşından ayrılan zaman Benyamin kiçik bir uşaq idi. İndi isə cavanlıq yaşına çatmışdır.
    Yusif fikirləşirdi ki, görəsən qardaşı nəyə görə kədərlidir? Odur ki, Benyaminə dedi:
    -Üzündə görünən bu qəm-qüssə nədəndir? Məgər bir hadisəmi baş vermişdir?
    Benyamin dedi:
    -Xeyr, ey Əziz! Mən qardaşım Yusifi xatırladım. Əgər o sağ olsaydı mən də onunla gələrdim və tənha qalmazdım.
    Yusif soruşdu:
    -Yusifin başına nə gəlmişdir?
    -O qardaşlarımla birgə səhraya getdi və daha qayıtmadı. Bu hadisə iyirmi il bundan qabaq baş vermişdir. Onlar dedilər ki, Yusifi canavar parçalayıb. O gündən sonra mən onun qana bulaşmış paltarından başqa heç bir şey görməmişəm. Atam onların sözünə inanmadı. O, buna görə hələ də Yusif üçün ağlayır. Eh, ey Yusif! Nə qədər pak və səfalı idin!
    Yusif dedi:
    -Benyamin, nigaran olma! Mən də sənin qardaşınam. Gəl birgə nahar edək.
    Yusif padşahlıq taxtında oturdu. Benyamini də yanında əyləşdirdi və onun qəm-qüssələrini ürəyindən çıxarmaq üçün söhbətə başladı.
    HƏQİQƏT
    Benyaminin Əzizə xüsusi məhəbbəti vardı. Amma, bu bağlılığın səbəbini anlamırdı. Ondan səfa və mehribanlıq görürdü. Yusif Benyaminə dedi:
    -Əgər bu gün qardaşını görsən, onu tanıyarsanmı?
    -Bəlkə. Çünki, üzü hələ yadımdan çıxmayıb.
    Yusif qardaşını sevindirmək üçün dedi:
    -Benyamin, yaxşı qulaq as! Bu qardaşların sənin qardaşın Yusifə həsəd aparıb, paxıllığını çəkdilər. Onu səhraya aparıb, quyuya atdılar. Yusif indi də diridir. O özü səbir edib, dözdü. Allah-təala səbir edənlərin mükafatını unutmur. Sənin həqiqi qardaşın mənəm. Allah mənə minnət qoyub (yaxşılıq edib), Misrin Əzizi etmişdir.
    Benyamin üçün bu sözləri eşitmək dözülməz idi. Gözlərini ovdu. Elə bil yuxuda idi, birdən oyandı və özünü qardaşının qucağına atdı. Onu qucaqlayıb, ağladı. Yusif də ağlamağa başladı və qardaşına dedi:
    -Bu məsələni qardaşlarına xəbər vermə. Mən, sənin Misirdə qalmağın üçün bir iş görəcəyəm. Bu haqda bir plan fikirləşmişəm. Sən bundan ötrü narahat olma.
    PLAN
    Qardaşlar Benyaminin ardınca gəldilər. Onlar Əzizə dedilər:
    -Atamız bizə sifariş edib ki, ondan muğayat olaq. O, bunun üçün bizdən xüsusi əhd-peyman almışdır.
    Yusif öz xidmətçilərinə tapşırdı ki, karvanı hazırlayıb, onların qablarını buğda ilə doldursunlar. İşlərin gedişatına şəxsən nəzarət etmək üçün özü də ora getdi.
    Fəhlələr işlə məşğul idilər. Qardaşlar da öz dəvələrini yoxlayırdılar. Yusif qardaşı Benyaminin dəvəsinə yaxınlaşıb, bahalı bir gümüş qabı onun yükünün arasına qoydu və üstünü buğda ilə örtdü.
    Yusif bir planı icra etmək və onun vasitəsi ilə Benyamini Misirdə saxlamaq istəyirdi.
    Karvan Misri tərk edib, Fələstin torpaqlarına getmək üçün hərəkətə başladı. Lakin, qardaşlar uzaqdan kiminsə onları çağırdığını eşitdilər:
    -Dayanın! Siz oğrusunuz.
    Qardaşların hamısı pərişan oldular, lakin, Benyamindən başqa. Çünki, o macəranın nə olduğunu bilirdi. Qardaşlar misirli məmurun yanına gəlib, ona dedilər:
    -Nə itirmisiniz?
    Məmur dedi:
    -Padşahın su içdiyi camı itirmişik. Onu kim tapsa bir dəvə məhsul verəcəyik. Qardaşlar and içdilər ki, bir şey oğurlamayıblar. Onlar dedilər:
    -Allaha and olsun ki, özünüz də bildiyiniz kimi biz fəsad və pis işlər üçün bu ölkəyə gəlməmişik. Biz bura ailəmizə buğda almaq üçün gəlmişik.
    Məmur dedi:
    -Biz sizin yüklərinizi yoxlayacağıq. Əgər yalan demiş olsanız oğrunun cəzası nə olsun?
    -Cəzası budur ki, kimdən oğurluq edibsə onun əsiri olur.
    -Çox yaxşı. Biz sizin bütün qablarınızı axtaracağıq.
    Yusif də gəldi və şəxsən karvan yüklərinin yoxlanılmasına başladı. O, öncə başqa qardaşlarının yüklərini yoxladı və sonra isə Benyaminin qabına çatdı. Əlini buğda qabına apardı və camı oradan çıxartdı. Bütün qardaşlar mat-məəttəl qalmışdılar. Amma, Benyamin qəm-qüssə içində durub, sakitcə baxırdı. Yusif dedi:
    -İndi fikriniz nədir?
    Qardaşlar qəzəb və naharatlıqla Benyaminə baxaraq dedilər:
    -Ola bilər. Əvvəllər onun bir qardaşı da vardı. O da oğurluq etmişdi.
    Yusif narahat oldu: Axı niyə qardaşları hələ də onun və qardaşının paxıllığını çəkirlər və onları sevmirlər?
    Üzünü onlara tutub, dedi:
    -Siz məqam və dərəcə etibarı ilə ən səviyyəsiz insanlarsınız və Allah dediklərinizdən xəbərdardır.
    Böyük qardaş irəli gəldi və Əzizə yalvararaq dedi:
    -Onun qoca və yaşlı atası vardır. Onu salamat qaytarmaq üçün bizdən əhd-peyman almışdır. Onun əvəzinə bizim hansımızı istəyirsən qul kimi qəbul et.
    Yusif dedi:
    -Allaha pənah aparıram. Biz qabımız tapılan adamın əvəzinə başqa birisini saxlamarıq. Əgər belə etsək zülm etmiş olarıq.
    Qardaşlar məyus olub, bir-birləri ilə məşvərət etməyə başladılar: Nə etsinlər? Atalarının yanına necə qayıtsınlar? İndi nə edək? Axı atamız bizdən peyman almışdı. Nə edək? Həqiqəti ona söyləyəkmi? Hə, ona deyək ki, Benyamin oğurluq etdi. Padşahın qabını oğurladığına görə onu qul götürdülər...
    Böyük qardaş dedi:
    -Benyaminsiz atamızın yanına necə qayıdaq? O bizdən əhd-peyman almışdı ki, onu salamat qaytaraq. Əvvəllər Yusifin başına nə gətirdiyimizi unutmusunuzmu? Atamızın qocalığına rəhm etmədik... Yox! Yox! Mən heç vaxt atamın yanına qayıtmayacağam. Atam mənə qayıtmaq icazəsi verənə qədər Misirdə qalacağam. Sizsə qayıdın və atamıza deyin ki, atacan, oğlun oğurluq etdi. Biz də qeyb elmi bilmirdik. Bilmirdik ki, Benyamin oğurluq edəcəkdir.
    Qardaşlar sükut etdilər. Onlar on bir nəfər idilər. Əziz Benyamini saxladı. Böyük qardaş da Misirdə qaldı. Əhdini sındırdığı üçün o, atası ilə üzbəüz gəlmək istəmirdi.
    Qardaşların doqquzu Fələstinə qayıtdılar. Onlar atalarını baş verən hadisədən xəbərdar etmək üçün ora getdilər.
    Yəqub onların həsəd olunmalarından qorxurdu. Ona görə də onlara tapşırmışdı ki, dağınıq halda Misrə daxil olsunlar. O istəyirdi ki, onlar şəhərə dağınıq halda girsinlər və birgə qayıtsınlar. İndi isə onların doquzu qayıtmış və özləri ilə kədərli bir xəbər gətirmişdilər.
    Qardaşlar Yəqubun yanına gəlib, ona dedilər:
    -Atacan! Oğlun oğurluq etdi. Biz də yalnız bildiyimiz işlərə şəhadət verə bildik.
    Yəqub sükut etdi. Qardaşlar hiss etdilər ki, ataları onların sözünə inanmır. Ona görə dedilər:
    -Əgər bizə inanmırsansa karvanlardan və Misirdə bizimlə birgə olanlardan soruş. Biz doğru deyirik.
    Yəqub öz əsasının köməyi ayağa qalxdı və dedi:
    -Sizin nəfsiniz məsələni nəzərinizdə belə cilvələndirmişdir. Mən küfr etməyib, yaxşı səbir edəcəyəm. Yenə də səbir edib, dözəcəyəm, bəlkə Allah onların hamısını mənə qaytardı.
    Yəqub baş verən hadisədən çox nigaran idi. Yusifi xatırladı; iyirmi il bundan əvvəl itmiş Yusifi. Yəqub bildi ki, baş verənlər Yusifin macərası ilə əlaqədardır. Ona görə dedi:
    -Yusifin ayrılığına əfsus!
    Qardaşlar dedilər:
    -Sən hələ Yusifidən əl çəkmirsən? Ona ağlayıb, fikir çəkməklə canını əldən verəcəksən.
    Yəqub dedi:
    -Mən qəm və kədərimi Allaha deyirəm. Allahın vasitəsilə sizin xəbəriniz olmayan bəzi şeylər bilirəm.
    O, bir az sükut etdi və sonra övladlarına dedi:
    -Ey övladlarım! Gedin Yusifi və onun qardaşını axtarın. Məyus olmayın. Çünki, yalnız kafirlər məyus və ümidsiz olarlar.
    MƏN YUSİFƏM
    Aldıqları buğda qurtardı. Yəqubun evinə qəm-qüssə çökdü. O, üç övladını əldən vermişdi: Yusif, Benyamin və Misirdə qalmış böyük oğlu. Ona görə Yəqub onlara tapşırdı ki, ərzaq məhsulu əldə etmək üçün gedərkən Yusifi və qardaşını da axtarsınlar.
    Qardaşlar Misrə yollandılar. Bu səfərdə azca gümüşdən başqa heç bir şeyləri yox idi. Amma, qardaşları Benyamini gətirmək üçün getdilər.
    Misrə çatdıqda keçən səfərdəki hadisəyə görə heç kəs onları qəbul etmədi. Buna görə də Benyamini saxlayan Əzizin yanına gəldilər. Onun yanına getdilər ki, yalvarıb, ondan azca gümüş əvəzində onlara buğda verməsini istəsinlər və bəlkə bu pak qəlbli Əziz Benyamini də azad edə.
    Qardaşlar Misrin Əzizinin yanına gedib, ona dedilər:
    -Ey Əziz! Bizi və bütün ailəmizi narahatlıq bürüyüb. Yemək məhsulu almaq üçün özümüzlə azca mal gətirmişik. Bizim bütün qabımızı doldur, bizə ehsan et və bağışla. Allah bağışlayanlara mükafat verər.
    Burda təəccüblü bir hadisə qardaşların diqqətini özünə cəlb etdi. Benyamin Əzizin yanında oturmuşdu. Əyninə bahalı kətandan paltar geyinmişdi. O həyəcanlı anlarda Yusif mehribanlıqla onlara dedi:
    -Siz cahil olduğunuz zaman Yusif və onun qardaşına nə etdiyinizi bildinizmi?
    Əslində Yusif özünün və atasının, əsil səbəbkarı qardaşları olan dərd və ağrılarını unutdu; uzun müddətli çətinlik və bəlaları. O, onlara demək istədi ki, yalnız sizin cəhalət və nadanlıqlarınız məni bu məqama çatdırmışdır. Allah-təala məni seçdi. Mənə minnət qoydu, səbir və imanımın mükafatını əta etdi.
    O anda qardaşlar böyük bir həqiqətdən xəbərdar oldular. Ətrafını mühafizəçi və əsgərlər əhatə edən və Misirdə birinci sözü deyən bu Əziz, Yusifdir: qardaşları Yusif; əleyhinə plan cızdıqları Yusif; onların fəsadlarının qarşısında ehsan edib, yaxşılıq göstərən, onların qablarını buğda ilə doldurub, gümüş və mallarını da geri qaytaran pak təbiətli Yusif.
    Qardaşlar təəccüblə qışqırdılar:
    -Sən doğrudanmı Yusifsən?
    Yusif Allahın dərgahına təzim edərək gözündən yaş axıtdı və cavab verdi:
    -Bəli. Mən Yusifəm və bu mənim qardaşımdır. Həqiqətən Allah bizə minnət qoydu. Həqiqətən kim təqvalı olub, səbir etsə Allah yaxşı iş görənlərin mükafatını zay etməz.
    Qardaşlar iyirmi il itkinlikdən sonra həqiqəti tapdılar və qardaşları Yusifə dedilər:
    -And olsun Allaha ki, o səni bizdən üstün bilmişdir və biz səhv etmişik.
    Yusif onlara təbəssüm etdi. Çünki, onlar onun qardaşları idilər. Şeytan həsəd etdikləri zaman onları azdırmışdı. İndi onlar doğru yola qayıtmışdılar:
    -Bu gün sizin üçün məzəmmət və danlaq yoxdur. Allah sizi bağışlayar. O, mehribanların ən mehribanıdır.
    Ağıllı cavan olan və onların bütün pisliklərinə göz yuman Yusif atasının əzab-əziyyətərinə son qoymaq istədi. İyirmi il əvvəl qardaşları onun köynəyini çıxarıb, yalançı qana bulaşdırmış və onu atalarının yanına aparıb demişdilər ki, atacan, Yusifi canavar yedi. Yusif bu yalanları onların yaddaşından məhv edib, silmək istədi. Ona görə də öz kətan köynəyini çıxarıb, onlara dedi:
    -Bu köynəyimi aparın atamın üzünə sürtün. Onun gözləri açılacaqdır. Bütün ailənizi mənim yanıma gətirin.
    Bütün qardaşlar Yusifin köynəyini götürüb iylədilər və ağladılar; şövq və peşimançılıq ağlamağı; Şövq ona görə ki, qardaşları Misrin birinci şəxsi olmuşdu, peşimançılıq isə iyirmi il bundan əvvəl etdikləri işə görə. Ona görə də Misrin Əzizinin əzəmət və cəlalı qarşısında, o pak insanın qarşısında təzim edib, tələsik sarayı tərk etdilər. Onlar atalarının yanına tez çatıb, onun qəmli qəlbini şad etmək üçün tələsirdilər.
    Beləliklə, karvan hərəkətə gəldi və sürətlə səhraları qət etdi. Bu karvanın buğda yükü yox idi. Onlar Yusifin köynəyini şadlıq və böyük sevinclə ərməğan aparırdılar.
    QƏM-QÜSSƏNİN SONU
    Yəqub hər gün evdən çıxır və karvanların yoluna gedib, oğlanlarının qayıtmasını gözləyirdi. Günlərin birində günbatan çağı Yəqub ürəkoxşayan bir ətir duydu. Bu, Yusifin ətrinə oxşayırdı. O, Misrə getməyən bəzi övladlarına dedi:
    -Əgər məni nadan hesab edib, ağılsızlıqda günahlandırmasanız, deyərəm ki, mən Yusifin ətrini duyuram.
    Oğlanları ona dedilər:
    -Allaha and olsun ki, sən əvvəlki azğınlığındasan.
    Onlar atalarına dedilər:
    -Sən həmişə öz qabaqkı azğınlığında yaşayırsan. Sən Yusif və onun qardaşını bizdən çox sevirsən.
    Bu an gördülər ki, bir insan dəvə ilə sürətlə onlara tərəf gəlir və uzaqdan əlindəki köynəyi tərpədir. Çox keçmədi ki, hər şey aydın oldu. Qardaşların biri qabağa düşərək Yusifin tapılması xəbərini atasına müjdə vermək istəyirdi. Bəli, Yusifi canavar yeməmiş və iyirmi illik zaman fasiləsində də dünyadan köçməmişdi.
    Muştuluq verən şəxs Yusifin köynəyini Yəqubun üzünə sürtdü. Qəribə bir hadisə baş verdi. Yəqubun gözləri açıldı. Onun qaranlıq və qəmli dünyası gözəlləşdi. Ona görə də gözlərindən sevinc yaşları axdı və övladlarına dedi:
    -Sizə demədimmi ki, mən Allahdan bəzi şeylər bilirəm, lakin, sizin ondan xəbəriniz yoxdur?!
    Oğlanları xəcalət və qüssədən başlarını aşağı saldılar:
    -Ey ata! Bizim günahlarımızın bağışlanması üçün dua et. Həqiqətən biz səhv etdik.
    Allahın lütfü ilə gözləri açılan ataları dedi:
    -Tezliklə sizin üçün Allahdan bağışlanmaq istəyəcəyəm. Həqiqətən o, bağışlayan və mehribandır.
    Yəqub duasını gecəyə qədər təxirə salmaq, duasının qəbul olunmasını və oğlanlarının etdikləri işə görə bağışlanmalarını istəyirdi.
    Yəqub hiss etdi ki, cavanlığını yenidən tapmışdır. Şadlıq və sevinc onun ürəyini və gözlərini işıqlandırmışdı. Bu müjdəni Yusifin anasına çatdırdı. Hamı sevindi. Yəqub tapşırdı ki, hamı Misrə yola düşmək üçün hazırlaşsın. Onlar ədalətli, pak təbiətli və doğru danışan hakimin, yəni Yusifin yanında yaşasınlar.
    YUSİFİN YUXUSUNUN TƏBİRİ
    İyirmi il qabaq maraqlı bir yuxu görmüşdü. O, yuxuda görmüşdü ki, günəş, ay və on bir ulduz onun əzəmət və cəlalı qarşısında səcdə edirlər. O zaman yuxuya təəccüb etmişdi. Ondan sonra isə məlum hadisələr baş verdi. Yusif ailəsindən və qardaşlarından ayrı düşdü.
    İndi o macəradan iyirmi il keçmişdi. O, Misrin hakimi olmuşdu. Ata-anasının səhra və biyabandan bu gözəl, xeyir və bərəkətli torpağa gəlişini gözləyirdi. Yusif tapşırdı ki, ata, ana və qardaşlarını qarşılamaq üçün səhrada böyük bir çadır düzəltdilər. Əsgərlər karvanların gəlişinə nəzarət edir və Misrin Əzizinin çöldə yaşayan ailəsinin Fələstindən gəlişini gözləyirdilər.
    Bir gün sübh vaxtı əsgərlər bir karvan müşahidə etdilər. O, Yəqubun həyat yoldaşının və oğlanlarının karvanı idi. Bir atlı Misrə çaparaq Yusifin ata-ana və qardaşlarının gəlişini ona xəbər verdi.
    GÜNƏŞ, AY VƏ ULDUZLAR
    Yəqub çox hörmətlə qarşılanıb, ailəsi ilə birgə böyük çadıra daxil oldu. Onlar Misrin Əzizini gözləyirdilər. Yəqub iyirmi illik ayrılıqdan, əziyyət və ağlamaqdan sonra səbirsizliklə övladı Yusifin görüşünü gözləyirdi.
    Yusif iti qaçışlı atların çəkdiyi xüsusi faytonla gəlirdi. Atlar yolu böyük sürətlə qət edirdilər. Elə bil onlar da Yusifin ata-anasının görüşünə olan şövqünü dərk edirdilər.
    Yusif çatdı. Çadıra daxil oldu. O, iftixar və ucalıq paltarı geyinmişdi. Üzündən nur saçırdı. Hamısı Misrin Əzizinin hörməti üçün ayağa qalxdılar. Sonra isə onun əzəmət və cəlalı qarşısında baş əydilər. Yusif o anda iyirmi il əvvəl gördüyü yuxunu xatırladı. O vaxt günəş, ay və on bir ulduzun ona səcdə etdiklərini görmüşdü. Yusif ata-anasını qucaqladı. Əllərini tutdu. Özünün padşahlıq taxtında əyləşdirdi. O, atasına dedi:
    -Atacan! Bu, qabaqca gördüyüm yuxunun təbiridir. Allahım onu həyata keçirtdi. O mənə yaxşılıq etdi və məni zindandan çıxartdı. Sizi o biyabandan bura gətirdi. Şeytan mənimlə qardaşlarımın arasında fəsad yaratdı. Amma, Allahım istədiyi bəndəsinə qarşı lütf sahibidir. Çünki, o, elmli və hikmətlidir.
    Yusif əllərini göyə qaldırdı və verdiyi nemətlər üçün Allaha şükr etdi:
    -İlahi! Öz hakimiyyətinin böyük hissəsini mənə bağışladın. Məni yuxu təbiri elmi ilə tanış etdin. Ey göylərin və yerin yaradanı! Sən dünya və axirətdə mənim ağam və rəbbimsən. Məni müsəlman öldür və salehlərə qovuşdur.
    Ey Yusif! Ey mömin cavan! Sən nə qədər pak fitrətlisən!
    Yusif bütün iyirmi illik dərd və ağrılarını unutdu. Qardaşlarını mehribancasına qarşılayıb dedi:
    -Şeytan mənimlə sizin aranıza nifaq və ayrılıq salmışdı.
    Biz burada Yusifin pak vücudunda və mehriban qəlbində nə qədər böyük əzəmətin yatdığına şahid oluruq.
    Beləliklə Yəqub və onun övladları xeyir və bərəkətli torpaq olan Misirdə, ədalətli sultanın hakimiyyəti sayəsində yaşadılar. Yusif Misri o zamanın ən ağır iqtisadi böhranından xilas etmiş və onu ucaltmışdı.
    Yəqub orada yaşadı. Nəvələri artdı. Sonralar onlar Bəni-İsrail (Yəqubun oğlanları) adı ilə məşhur oldular.
    Yusifin harada dəfn olunduğunu, cəsədinin necə Fələstinə köçürüldüyünü gələcəkdə oxuyacağıq. Musa peyğəmbərin əhvalatında Nil çayının yarılması mövzusunu mütaliə edəndə bu mövzu ilə tanış olacağıq.
    Category: Peyğəmbərlərin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 693 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024