İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Müslim ibn Əqilin həyatı

    Müslim ibn Əqilin həyatı
    2012-05-11, 7:32 AM
    ŞƏHİD TƏRBİYƏ EDƏN AİLƏ
    Qeyd etdik ki, Əqilin övladlarından doqquzu Hüseynin (ə) ilahi hərəkatının qurbanı oldular və Müslim bu simaların ən parlağıdır. Bu ailə Quran yolunda şəhadəti qəbul etməklə böyük bir iftixar qazanmışdır. Müslimin övladları da şəhid atalarının ilahi yolunu davam etdirərək Kərbəla səhnəsinə çıxırlar və Peyğəmbər ailəsinə vəfadarlıqlarını sübuta yetirirlər. Bu vəfadarlıq hər bir həqiqi möminin vəzifəsi idi.
    Aşura gecəsi bu vəfa, məsuliyyət və ixlasın canlı şahididir. Bu heyrətamiz və əzəmətli gecədə Hüseyn ibn Əli (ə) öz Əhli-beyti, dostları və köməkçiləri ilə sabahkı qanlı gün haqqında danışır, səhabələrinin vəfadarlığını qiymətləndirir, onların Əhli-beytə münasibətdə yaxşılıqlarını dəyərləndirir və Allahdan onlar üçün böyük mükafat diləyir. Bu həmin gecədir ki, imam (ə) öz yaxınlarının çiynindən beyət yükünü götürür və bildirir ki, getmək istəyənlər azaddırlar. Üzünü əmisi oğlanlarına, Əqilin övladlarına tutaraq buyurur: "Siz şəhid vermisiniz, Müslimin şəhadəti sizə bəs edər. İcazə verirəm ki, siz də gedəsiz.” Amma Əqil övladları belə cavab verirlər: "Əgər biz öz böyüyümüzü, ağamızı, əmimiz oğlunu tənha buraxıb, onun yolunda ox atmasaq, qılınc çalmasaq, nizə vurmasaq, xalqa nə cavab verərik? Yox, and olsun Allaha, biz getməyəcəyik. Canımız, malımız, ailəmizi sənə fəda edir, sənin yanında qalıb döyüşürük ki, səninlə birlikdə behiştə daxil olaq. Səndən sonra həyat çox acıdır!”("Tarixe-Təbəri”, c. 6, s. 238.)
    Beləcə, Əqilin övladları imam Hüseynin (ə) yanında qalıb, haqqın müdafiəsində durdular. Kərbəla hadisəsində Müslim ibn Əqilin övladlarından da ikisi şəhadətə yetişdi. Onun övladlarının başqa ikisi düşmənə əsir düşdü, onları Kufəyə aparıb, İbn Ziyada təhvil verdilər. Onlar bir ilə yaxın zindanda yatdıqdan sonra qaçmağa müvəffəq oldular. Amma, nəhayət, şəhadətə yetirildilər.
    Deyilənlər Müslimin ailəsi ilə yığcam məlumat idi. Onun ata-babaları və övladları, bu ailənin şəhadət sorağında olması, Əhli-beytə vəfadarlığı, imamət və vilayəti müdafiə etmələri, Əmirəl-möminin (ə) şəhadətə yetdikdən sonra batillə mübarizələri haqqında qısaca danışıldı. Həzrətin (ə) şəhadətindən sonrakı dönəmdə haqq cəbhəsinin xalis köməkçilərə, fədakar mücahidlərə ehtiyacı vardı. Müslim ibn Əqilin səylərinin ümdə hissəsi Hüseyn ibn Əlinin (ə) imamət dövründə Kufədə bu inqilab üçün şərait hazırlamaqdan ibarət olmuşdur. Məhz bu istiqamətdə söhbətimizi davam etdirəcəyik.
    KƏRBƏLA İNQİLABININ SƏFİRİ
    Bilirik ki, Müslim ibn Əqil Kərbəla inqilabının öncülü, imamın (ə) Kufəyə göndərdiyi səfir idi. Kufə və Kərbəla hadisələrindəki bağlılıqla tanış olmaq üçün qısaca da olsa, Müslim ibn Əqilin Kufə əhlindən imama beyət, itaət əhdi almaq üçün bu şəhərə göndərilməsi haqqında danışmalıyıq. Müaviyə iyirmi illik istibdad hakimiyyətindən sonra öldü. Ondan sonra iş başına oğlu Yezid gəldi və hədə-qorxu, zor yolu ilə vəziyyətə nəzarət etməyə başladı. O, imam Hüseyni özünə beyətə, yəni hakimiyyətinin rəsmi tanınmasına dəvət etdi. Seyyidüş-şühəda imam Hüseyn (ə) bu təklifi qəbul etməyib, məxfi şəkildə bir qrup yaxını ilə Mədinədən çıxdı və Məkkədə Allah evinə sığındı. O bu münasib fürsətdən istifadə edərək xalqı oyatmaq istədi.
    Hicri altmışıncı il idi. İmam (ə) dörd ay Məkkədə qalmaqla xalqla görüşüb danışdı, onlara Yezidə beyət olunmamasının zəruriliyini açıqladı. İmam Hüseynin (ə) inqilaba qalxması Kufə əhlini xüsusi ilə sevindirdi. Kufə əhli ələvilərin dörd illik hakimiyyətini unutmamışdı. Bu şəhərdə Əhli-beytə vəfalı tanınmış şəxsiyyətlər vardı. Buna görə də Kufə və Bəsrənin tanınmış şiələri imama minlərcə məktublar yazdılar. Kufəlilər Həzrətin yanına Əbu-Əbdillah Cədəlinin başçılığı ilə nümayəndə heyəti də göndərdilər.
    İmama ünvanlanmış məktublardakı imzalar arasında Şəbəs ibn Rəbi, Süleyman ibn Surəd, Museyyib ibn Nəcbə kimi böyük şəxsiyyətlərin də imzaları var idi. Onlar imamdan xahiş edirdilər ki, xalqı özünə beyətə dəvət etsin və Kufəyə gəlib, Yezidi xilafətdən uzaqlaşdırsın.(Şeyx Abbas Qummi, "Nəfsul-məhmum”, s. 36.)
    İmam (ə) Kufə əhlinin israrını və dəvətlərini cavabsız qoymamaq qərarına gəldi. Kufənin vəziyyətini dəqiq öyrənmək, xalqın məhəbbətini dəqiq qiymətləndirmək, başlanğıc hazırlıqları görmək, inqilabi qüvvələri nizamlamaq zəruri işlər idi. Kimsə əvvəlcədən Kufəyə gedib, bu işləri yerinə yetirməli və şəhərin vəziyyətini dəqiq şəkildə imama bildirməli idi.
    Həzrət Hüseyn ibn Əli (ə) bu iş üçün Müslim ibn Əqili hamıdan münasib saydı. Onun həm siyasi agahlığı, həm təqvası vardı, həm də imamın yaxın qohumu idi. İmam Kufədən gələn nümayəndələrə buyurdu: "Mən qardaşım və əmim oğlu Müslimi sizinlə Kufəyə göndərirəm. Əgər xalq ona beyət etsə, Kufəyə gələrəm...” İmamın Müslimi "qardaş”, "mötəbər şəxs” adlandırması onun ləyaqətindən danışır. İmam (ə) Müslimi çağırıb buyurdu: "Kufəyə gedirsən. Xalqın qəlbinin dili ilə eyni olduğunu görsən, əmin olasan ki, bu namədə yazdıqları kimi müttəfiqdirlər və onların vasitəsi ilə ayağa qalxmaq olar, bu barədə mənə yazırsan.” İmam (ə) Müslimə tapşırdı ki, pəhrizkar və təqvalı ol, mehriban rəftar et, öz fəaliyyətlərini məxfi saxla, xalq yekdil olsa, onların arasında ixtilaf olmasa, mənə xəbər ver.”(Şeyx Müfid, "İrşad” c. 2, s. 391.)
    İmam (ə) Kufə əhlinə xitabla yazdığı namə və bildirişdə aydınlaşdırırdı ki, xalqın vəzifəsi nədir. İmamın naməsinin mətni belə idi: "Rəhman və Rəhim Allahın adı ilə. Hüseyn ibn Əlidən mömin və müsəlman camaata. Ey Səid və Hani, sizin namələrinizlə mənim yanıma gəldilər. Onlar göndərilənlərin sonuncuları idilər. Sizin nəzərdə tutduğunuz məqsəd və hədəflərin hamısını anladım. Əsas sözünüz budur ki, imam və rəhbəriniz yoxdur və mən tələsim. Düşünürsünüz ki, Allah sizi mənim vasitəmlə hidayət edə və bir araya gətirə. Mən qardaşım, əmim oğlu, ailəmin etimadlı şəxsi Müslim ibn Əqili sizin yanınıza göndərirəm. Ona tapşırıq vermişəm ki, sizin halınızı, işinizi, nəzərinizi mənə bildirsin. Əgər mənə məlum olsa ki, sizin böyüklərinizin, ağıl və düşüncə sahiblərinizin rəyi qasidlərinizin dediyi kimidir, məktublarda yazılanlarla uyğundur, Allahın istəyi ilə, tezliklə sizə doğru hərəkət edəcəyəm.
    And olsun canıma, rəhbər və imam yalnız o şəxsdir ki, Allahın kitabına əsasən hökm və əməl etsin, ədalətli olsun, haqqa təslimliklə özünü başdan-başa Allahın fərmanlarına, bağlı qərar versin. Vəssəlam.”(Şeyx Müfid, "İrşad” s. 204.)
    Müslimin ezam olunması, bu məktubun Kufəyə göndərilməsi bütün namə və dəvətlərin cavabı idi. İmamın məktubunun mahiyyəti bir neçə əsas üzərində qurulmuşdu: 1. Müslimin qardaş, əmioğlu, etibarlı nümayəndə kimi tam şəkildə təsdiqi; 2. Kufədə xalqın vəhdətinə, birliyinə münasibətdə Müslimin məsuliyyət dairəsi; 3. Höccətin tamamlanması ünvanı ilə təkrar dəvətlərə cavab; 4. Xalqın Müslimə itaətə və onun himayəsinə dəvəti.
    Müslim iki bələdçi ilə Məkkədən Kufəyə hərəkətə başladı. Bir neçə gün ardıcıl yol getdilər. həmin iki bələdçi yolda susuzluqdan həlak oldu. Müslim Qeys ibn Müsəhhər Seydavəri, Əmmarə ibn Əbdüllah Ərhəmi ilə yolun üzücü məşəqqətlərini adlayıb, iyirmi gündən sonra özünü Kufəyə çatdırdı. Beləcə, otuz günlük yol iyirmi günə qət olundu.
    Artıq Müslim hadisələrlə, macəralarla dolu, müxtəlif cərəyanların tüğyan etdiyi şəhərlə üzbəüz dayanmışdı. Şəhərin zahiri aramlığı dənizin tufandan qabaqkı aramlığının eyni idi. Müslim Kufəyə daxil oldu və Həzrət Əlinin (ə) xalis şiələrindən və Əhli-beyt (ə) aşiqlərindən olan Muxtar Səqəfinin evinə getdi.(Şeyx Müfid, "İrşad” c. 2, s. 205.)
    MÜSLİM KUFƏDƏ
    Gecənin xeyməsini yarır sübhün qılıncı,
    Gecə ətəyin yığıb, baxır ona qıyğacı.
    Kufənin küçələrin dolanır təzə xəbər,
    İnqilab soraqlayır Müslim adlı bir əsgər.
    Bu inqilab ədalət, sədaqət inqilabı,
    Müslimə üz tutmada kim görmüşsə əzabı.
    Gözlər dolmuş bu yola məhəbbət yaşlarıyla,
    Beyət edir şiələr imama ilqarıyla.
    Elçinin əllərinə uzanır min-min əllər,
    Qürubadək açıqlar beyətini könüllər.
    Haqsevərlər cəm olmuş elçinin başı üstə,
    Düşünclər, xəyallar yarı görmək həvəsdə.
    Şiələr dəstə-dəstə Muxtarın evinə gəlir və Müslimlə görüşüb, ona beyət edirdilər. Müslim də öz növbəsində bütün möminlər və müsəlmanlar üçün imamın naməsini oxuyurdu.
    Bu görüşlərdən birində Abbas ibn Şəbib Şakiri qalxıb, Allaha həmd oxuduqdan sonra Müslimə xitabla dedi: "Mən xalq haqqında bir söz demirəm, bilmirəm onların qəlblərində nə var və səni onlar sarıdan arxayın etmirəm. Mən özüm, öz hazırlığım haqqında danışmaq istəyirəm. And olsun Allaha, əgər çağırsanız, səsinizə səs verərəm, düşmənlərinizlə vuruşaram, sizin yolunuzda qılınc çalaram və şəhadətimlə Allahın görüşünə gedərəm. Bu işdə yalnız Allahdan əvəz istəyirəm.”
    Onun ardınca başqa bir şücaətli, özü qoca, qəlbi cavan bir şəxs, Həbib İbn Məzahir qalxdı və dedi: "Ey Abbas, Allahın rəhməti olsun sənə! Qəlbində olanı qısa və açıq şəkildə dedin. And olsun bir olan Allaha, mənim də əqidəm və mövqeyim səninlə eynidir.”("Tarixe-Təbəri”, c. 6, 199.) Başqaları da qalxıb öz vəfadarlıqlarını və hazırlıqlarını bildirdilər.
    Əllər əl üstünə qoyulan zaman
    Hüseyn elçisiylə bağlandı peyman.
    Müslimə beyət edən Hüseyn (ə) tərəfdarlarının sayı günbəgün artırdı. Bir neçə gün ərzində artıq minlərlə insan Müslimə beyət etmişdi. Hüseyn (ə) yolunda bütün fədakarlıqlara hazır olan, canını ovcunda tutmuş beyətçiləri nəzərə alaraq, Müslim ibn Əqil qiyam üçün münasib şərait olduğunu imama xəbər verdi. O, imamı Kufəyə dəvət etdiyi namədə belə yazırdı: "Məktublarda yazılanlar həqiqət imiş, namə göndərənlərin də sözləri doğrudur. Kufə əhli Allah yolunda cihada hazırdır. Artıq on səkkiz min kufəli mənə beyət etmiş və sənin yolunda döyüşməyə hazırlıqlarını bildirmişlər. Bacardıqca tez Kufəyə doğru hərəkət et!”
    Müslimin öz şəhadətindən iyirmi yeddi gün əvvəl imama yazdığı məktub Abbas ibn Şəbib Şakiri vasitəsi ilə imama göndərildi. O bu məktubla yanaşı kufəlilərin başqa bir məktubunu da imama aparırdı. Bu məktubda bildirilirdi ki, yüz min qılınc imama yardım üçün hazırdır və istəyirlər ki, imam Kufəyə tələssin(Müqərrəm, "Məqtəlul-Hüseyn”, s. 168.)
    Üzük qaşı kimi qucanmış bu şəxs
    Ümid edənlərə gətirir nəfəs.
    Müslim, o heybətli imam elçisi
    Məzlum aşiqlərin axır sevinci.
    Gecə söhbət gedir böyük savaşdan,
    Zillət ləkəsindən aman, ay aman.
    Uca həqiqətdir söhbətin canı,
    Bu yolda canından keçməyən hanı?!
    Əfsus ki, bu çıraq qəfildən sönür,
    Qan deyən mücahid heykələ dönür.
    Kufə valisi, Müaviyə tərəfindən təyin olunmuş və Yezid tərəfindən dəstəklənən Neman ibn Bəşir idi. Neman ibn Bəşir Kufə əhlindəki çaxnaşmalar, Müslimin gəlişi və ona beyət haqqında eşidən kimi xalqa hədə-qorxulu bir müraciət etdi və onları Müslim ibn Əqildən uzaqlaşmağa çağırdı. Amma Hüseynə (ə) könül vermiş Kufə inqilabçıları Müslimə beyətdən əl çəkmədilər və Neman ibn Bəşirin hədə-qorxulu söhbətlərinə məhəl qoymadılar. Bəni-Üməyyənin Əbdüllah ibn Müslim Rəbiyə Həzrəmi adlı başqa bir tərəfdarı müxaliflərlə ciddi rəftar olunmasını tələb edirdi. Onun nəzərincə, müxaliflərlə zəif bir mövqedən danışılması Müslimin hərəkətlərinin qarşısını ala bilməz. Müslimin Kufədəki hərəkətləri haqqında Şama, Yezidə məlumatlar göndərildi. Yuxarıda adı çəkilən Əbdüllah bir namədə Yezidə yazdı: "Müslim ibn Əqil Kufəyə gəlmiş və şiələr Hüseynin xeyrinə ona beyət etmişlər. Əgər Kufəyə ehtiyacın varsa, güclü bir şəxsi bu qiyamı yatırmaq və fərmanını icra etmək üçün Kufəyə göndər. Çünki Neman ibn Bəşir ya zəifdir, ya da özünü zəif göstərir.”
    Yezid öz hakimiyyətini qorumaq üçün Kufəyə Bəsrə hakimi çirkin və amansız şəxs olan Übeydullah ibn Ziyadı göndərdi. Eləcə də ibn Ziyad Kufə valisi təyin edildi. İbn Ziyada tapşırıldı ki, Kufəyə gedib, Müslimi həbs edib sürgünə göndərsin, ya da öldürsün.("Nəfsul-məhmum”, s. 39.)
    Bu hərəkatı yatırmaq üçün böyük səlahiyyətlərə malik olan İbn Ziyad qiyafəsini dəyişib, üzünə niqab salaraq, gecə vaxtı məxfi şəkildə Kufəyə daxil oldu. O, şəhərin hakimiyyətini bir növ çevriliş şəklində ələ aldı. İbn Ziyad Kufəyə gəlməmiş Bəsrədə çıxış edib, mümkün çaxnaşmaların qarşısını almaq üçün xalqı hədələdi və qardaşı Osmanı yerində qoyub, Kufəyə yola düşdü.(İbn Əsir, "Kamil”, c. 4, s. 23.)
    Müslimlə beyət etmiş və Hüseyn ibn Əlinin gəlişi intizarında olanlar ibn Ziyadın Kufəyə daxil olması ilə tərəddüdə düşdülər. İbn Ziyad səhəri gün sübh məscidə cəmiyyət namazına gedən xalqa xitabla dedi: "Əmirəl-möminin Yezid məni şəhərin, bu ərazinin, sizin, beytül-malın hakimi təyin etmişdir. Mənə göstəriş verilmişdir ki, məzlumlar və məhrumlarla mehriban davaranıb, onlara mərhəmət göstərim və itaət edənlərə yaxşılığımı əsirgəməyim. Eləcə də, tapşırılıb ki, müxaliflərlə və itaət göstərməyənlərlə ciddi, qılınc və qamçı ilə danışım. Ona görə də hər kəs özü üçün qorxmalıdır. Dediklərimin gerçəkliyi əməl zamanı aydın olacaq. Həmin haşimi şəxsə də (Müslim ibn Əqil) çatdırın ki, mənim qəzəbimdən qorxsun.”(Şeyx Müfid, "İrşad”, s. 45.)
    Bu çıxışdan sonra bir çox hadisələrin məcrası dəyişdi. İbn Ziyad qəbilələrin və məhəllələrin başçılarını yanına dəvət etdi, onlarla çox sərt danışdı. Onlardan tələb etdi ki, Yezidlə müxalif olanların adlarını ona bildirsinlər. Əks-təqdirdə qanları, malları, canları hədərə gedəsidir.(Müqərrəm, "Məntəlul-Huseyn”, s. 172.)
    Titrəməkdə olan əməvi sütunları yenidən cana gəldi. Hədə-qorxular, hiylələr və təbliğatlar öz işini gördü. Şəhərə təyin olunmuş yeni vali bütün gücünü işə salıb, casuslar, xəbərçilər vasitəsi ilə elə bir vəziyyət yaratdı ki, cəmiyyətə qorxu hakim oldu. O öz həbsləri, sərt rəftarları ilə vəziyyətə nəzarət etməyə başladı və şərait dəyişdi.
    Category: Müslim ibn Əqilin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 941 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024