İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Əmmar Yasirin həyatı

    Əmmar Yasirin həyatı
    2012-07-18, 12:36 PM

    ƏLƏVI HÖKUMƏTI DÖVRÜNDƏ
    Osmanın qətli və Əmirəl-mömininin xilafətə çatması ilə İslam tarixində yeni və parlaq bir dövr başladı. Həzrət Əli (ə) iyirmi beş il müsəlmanların vəhdətini qorumaq xatirinə xanənişin olub, hakimiyyətdən kənarda qaldı. Sonradan xalqın təkidləri ilə yenidən siyasət səhnəsinə qayıtdı və müsəlmanlar ona beyət etdilər. Sədaqətli səhabələrin, Peyğəmbərin (s) pak tərəfdarlarının meydana dönməsi üçün şərait yarandı. Onlar yenidən var gücləri ilə cihad və təbliğə məşğul ola bilərdilər.
    Əllamə Təbatəbainin "İslamda şiə” kitabındakı təhlillərə əsasən, Əmmar və onun həmkarları Həzrət Əlinin (ə) iş başına gəlməsini İslamın dirçəlişi, küfrün məğlubiyyəti kimi qəbul edən insanlar idilər. Bu insanlar ciddi səy ilə ayağa qalxıb, İslamı dirçəltmək və böyük şiə inqilabını hifz etmək üçün çalışırdılar. Şiələrin Həzrət Əliyə (ə) beyət günündəki sözləri deyilənlərə sübutdur.
    Artıq Əmmar Yasir pirani bir kişidir. O öz ömrünün ötən illərində acılı-şirinli hadisələrə şahid olmuşdu. Əmmar mübarizə, vəfadarlıq, müqavimət və haqq yolda möhkəmlik nümunəsidir.
    Əmmar Ələvi hakimiyyəti dövründə Qurana meydan açılmasından xoşhaldır. Qohumbazlıq, beytülmalın qarəti və bu kimi İslama yaraşmayan işlərin aradan qalxması onu sevindirir. Əgər Əli ibn Əbu-Talib kimi bir şəxs hakim olmuşsa, yaşının ötməsinə baxmayaraq, 90 yaşlı bu insan da İslama və müsəlmanlara xidmət edə biləcək.
    Əlinin hökuməti haqq və ədalət hökumətidir. Təbii ki, zalımlar, dünyagirlər ona qarşı çıxasıdırlar. Həzrət Əlinin (ə) iş başına gəlməsi ilə Əmmar Mədinə asayişinə məsul olur. Məxfi məmurlar münafiqlərin, dünyapərəstlərin, Bəni-Üməyyə hizbinin təxribatları haqqında məlumatlar gətirirlər. Əmmar bu məlumatlarla tanış olub, zəruri bildiyi məsələlər haqqında Həzrət Əliyə (ə) məlumat verir. Şamda müxalif qüvvələrin asta-asta baş qaldırdığı məlum olur. Bəsrədən olan bir qrup xəyanətkar Osmanın qətlini bəhanə edərək, Həzrət Əli (ə) ilə beyətlərini pozub, qiyam hazırlayırlar. Bu xəyanətkarların başında Təlhə və Zübeyr dayanır. Onlar Ayişəni qabağa salaraq, peyğəmbərin arvadının nüfuzundan öz mənfur niyyətlərini həyata keçirmək üçün istifadə edirlər. Nəhayət, Cəməl döyüşünə yol açılır.
    Həzrət Əli (ə) düşmənlə mübarizə üçün Kufəni mərkəz seçmək istəyir. Kufə əhalisini hazırlamaq üçün bir qrup adam göndərir. Haşimi Mirqal məktub yazaraq Əbu-Musanın müxalifəti barədə həzrətə məlumat verir. Həzrət (ə) imam Həsənlə (ə) Əmmarı oraya göndərir. İmam Həsən (ə) çıxış edir, Əmmar da öz sözlərini deyir. Bununla belə Əbu-Musa öz müxalifçiliyini davam etdirir. O, xalqı Cəməl döyüşünə səfərbərlikdən çəkindirir. O gah Peyğəmbərdən hədis gətirir, gah Ayişənin naməsini oxuyur. Nəhayət, Həzrət Əli (ə) Malik Əşdəri çağırıb buyurur: "Əbu-Musanın işdən uzaqlaşdırılmasına sən imkan vermədin. İndi bax gör nə edir!” Malik əzr etdi: "Mən özüm onu islah edərəm.” Malik Əştər yola düşüb Kufəyə getdi. O, Əbu-Musanı Kufədən çıxarıb, əzəmətli bir qoşunu düşmənlə döyüşə səfərbər etdi.
    İşdən kənarlaşdırılmasından narahat olan Əbu Musa Peyğəmbərin (s) adından yalanlar uyduraraq, belə bir təbliğat apardı ki, guya fitnə yaranıb və kənarda dayanmaq lazımdır. Əbu Musa özü həzrət Əliyə (ə) arxa çevirməklə yanaşı, xalqı müharibədən çəkindirmək, cihaddan yayındırmaq, imamın (ə) tərəfdarları arasında süstlük yaratmaq istəyirdi.
    Nəhayət, imam Həsən (ə) və Əmmar Yasir yeddi min nəfər hüdudunda döyüşçü yığmağa müvəffəq oldular. Onların səfərbərlik sahəsindəki müvəffəqiyyəti Əlini (ə) xoşhal etdi və həzrət ciddi döyüş qərarına gəldi.


    CƏMƏL DÖYÜŞÜNDƏ ƏMMARIN ROLU

    Həzrət Əlinin (ə) Mədinə və Kufədən yığılmış əzəmətli qoşunu Bəsrəyə yaxınlaşırdı. Həzrət Əlinin (ə) Bəsrəyə varid olmasını gözəl şəkildə təsvir edən Məsudi bunu həzrət Peyğəmbərin (s) Məkənin fəthi zamanı bu şəhərə varid olmasına bənzətmişdir. Mücahidlər min nəfərlik dəstələrlə, tam silahlanmış halda Əbu-Əyyub Ənsari və Xəzimə ibn Sabit kimi səhabələrin komandanlığı altında idilər. Bu dəstələrdən birinə Əmmar Yasir komandanlıq edirdi. Nəql edirlər ki, Əmmar qara əmmamə qoyub, onun bir ucunu öndən sallamış və ağ paltarla yüyrək bir ata süvar olmuşdu. O aram və vüqarla hərəkət edir, belində qılınc, çiynində kaman, Quran qiraət edirdi. Əmmarın əlindəki ağ bayrağın altında alnında səcdə yeri olan min süvari cəmlənmişdi.
    Bu dəstələrdən biri də Həzrət Əlinin (ə) ətrafında idi. Onun bir tərəfində Həsən (ə), digər tərəfində Hüseyn (ə) qarşısında çiynində bayraq tutmuş digər oğlu Məhəmməd Hənəfiyyə hərəkətdə idi. Arxasınca Cəfər ibn Əbu-Talibin oğlu Əbdüllah gəlirdi. Əqilin övladları və Bəni-Haşim cavanları həzrəti üzük qaşı kimi əhatəyə almışdılar. Onların aralarında Bədr döyüşünün bəzi döyüşçüləri, mühacirlər və ənsarlar da görünürdü.
    Əlinin (ə) qoşunu Bəsrə kənarına çatıb, orada düşərgə saldı. Həzrət Əli (ə) qardaş qanının axıdılmasının qarşısını almaq üçün, höccətin tamamlanması məqsədi ilə qadis göndərib, qarşı tərəfə beyəti xatırlatdı. Amma bütün bunların heç bir əsəri olmadı. Cəməl fitnəkarları həzrətlə (ə) döyüşdə israrlı idilər.
    Həzrət Əlinin (ə) əmri ilə onun ətrafındakılardan Müslim adlı biri əlinə Quran götürüb, imamın buyuruqlarını düşmənə çatdırmaq üçün yola düşdü. Düşmən Müslimə hücum edib, onun iki qolunu vurdu, nəhayət, Müslim şəhadətə yetdi.
    Artıq növbə qılınca çatdı! Artıq deyiləsi sözlər deyilmiş, höccət tamamlanmışdı. Düşmən ağıl və düşüncəni bir kənara qoyub, fitnə alovunu qızışdırırdı. Yeganə çarə düşmənlə vuruş idi.
    Həzrətin (ə) göstərişi ilə cərgələr düzülməyə başladı. Əmmar Yasir sonuncu dəfə qabağa çıxaraq, düşmənə moizə etdi, onlara xitabən dedi: "Ey insanlar! Siz Peyğəmbərə (s) münasibətdə insaflı hərəkət etmədiniz. Öz arvadlarınızı evinizdə saxlayıb, Peyğəmbərin arvadını bayıra çıxardınız, döyüş meydanında qılıncların, nizələrin, oxların altında saxladınız!...”
    Əmmar bir az da qabağa getdi və Ayişənin kəcavəsi ilə üzbəüz dayandı. O öz sözləri ilə Ayişəni bu fitnə-fəsaddan çəkindirməyə çalışdı. Bu vaxt düşmən oxları yağış tək Əmmarın üstünə yağmağa başladı. Əmmar oxlardan yayınıb, Həzrət Əmirin (ə) yanına qayıtdı və dedi: "Ey Əmirəl-möminin! İndi nəyi gözləyirsən? Savaş ocağı qızışmışdır, əllər qılıncların qəbzəsinə getmişdir, oxlar kamana qoyulmuşdur.”
    Əmirəl-möminin (ə) hücuma başlamazdan əvvəl öz döyüşçülərinə tövsiyyələr verərək, onları İslamda döyüş qaydaları, insanlıq hədləri, zəiflərə və yaralılara diqqət, müdafiəsiz insanların himayəsi məsələləri ilə tanış etdi. Həzrət (ə) bir nəfər də göndərib, Ayişənin qoşununa elan etdi ki, ey Qureyş cavanları, olsun ki, siz üzə düşüb dayanmısınız, gəlin Malik Əştər və Əbdüllah ibn Cündəblə üz-üzə gəlməyin.[Şeyx Müfid, "Əl-Cəməl”, s. 342 ]
    Döyüş başladı. Haqq və Allah aşiqləri Əli (ə) ilə çiyin-çiyinə qəhrəmanlıq dastanı yaratdılar. Mücahidlərin qılıncları fitnəkar qövmün başının üzərindən ley kimi şığıyırdı. Düşmən qoşununun böyük hissəsi Ayişənin kəcavəsi ətrafında toplanmışdı. Həzrətin (ə) əmri ilə Əmmar Yasir, Malik Əştər və Müəmmər ibn Əbdüllah adlı digər bir cavan düşmən qoşununun arasında Ayişənin dəvəsini axtarmağa başladılar. Həmlə zamanı Ayişənin dəvəsi bir nərə çəkib yerə yıxıldı və onun ətrafındakılar qaçmağa üz tutdular. Ayişənin qardaşı Məhəmməd ibn Əbu-Bəkr bacısını götürüb döyüş səhnəsindən uzaqlaşdırdı. Düşmən üzərində qəti qələbə çalındı. Həzrət Əlinin göstərişi ilə Peyğəmbərin arvadı bir qədər istirahətdən sonra hörmətlə Mədinəyə yola salındı.
    Cəməl döyüşündə Əmmar böyük şücaətlər göstərdi və savaşın Həzrət Əlinin (ə) xeyirinə nəticələnməsində mühüm rol oynadı.
    Category: Əmmar Yasirin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 1020 | Downloads: 0 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024