İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Mister Hemferin xatirələri

    Mister Hemferin xatirələri
    2012-06-07, 6:00 PM
    YEDDİNCİ FƏSİL
    Birinci sirrin ləzzətini bildikdən sonra ikinci sirri də öyrənməyə can atırdım. Nəhayət bir gün katib söz verdiyi ikinci sirri açıqladı. İkinci sirr bir əsr ərzində İslamı məhv edib unutdurmaq məqsədilə, nazirlikdə bu iş üzrə çalışan yüksək rütbəli məmurlar tərəfindən hazırlanmış 14 maddən ibrət 50 səhifəlik bir plan idi. Bu plan çox gizli saxlanılırdı.
    Həmin planın xülasəsi aşağıdakılardan ibarətdir:
    Buxara, Tacikstan, Ermənistan, Xorasan və Osmanlı imperatorluğunun Rusiya ilə həmsərhəd olan ərazisini işğal etmək üçün Rusiya çarı ilə əməkdaşlıq haqqında razılıq əldə etmək.
    İslam aləmini həm daxil, həm də xaricdən dağıtmaq üçün Fransa və Rusiya dövlətləri ilə birgə əməkdaşlıq haqqında razılıq əldə etmək.
    Osmanlı və İran hökumətləri arasında fitnə-fəsad və ixtilaflar salaraq, hər iki tərəfdə millətçilik cərəyanını gücləndirmək. Ayrı-ayrılıqda bir-birinə yaxın olan bütün müsəlman xalqları və qəbilələri arasında düşmənçilik toxumu səpmək. Çoxdan unudulmuş din və məzhəbləri canlandıraraq, onları müsəlmanlarla qarşı-qarşıya qoymaq.
    İslam ölkələrindən torpaq ərazilərini qopararaq qeyri-müsəlmanların ixtiyarına vermək. Məsələn, Mədinəni yəhudilərə, İsgəndəriyyəni xristianlara, Kermanşahı Əlini ilahiləşdirən nisurilərə, Mosulu yezdilərə, İran körfəzini hindulara, Trabzonu dəruzilərə, Qarsı ələvilərə, Məsqəti xaricilərə və (Qarabağı ermənilərə. Red.). Bunları pul, silah və gərəkli bilgilərlə məlumatlandırmaq lazımdır ki, İslamın vücudunda bir tikana çevrilsinlər. İslam dini məhv olub aradan gedincəyə qədər, onların ərazilərini genişləndirmək lazımdır.
    Müsəlman Osmanlı və İran dövlətlərini kiçik dövlətlərə bölərək, onları da Hindistanın indiki halına gətirmək.
    İslam adı altında təhrif edilmiş din və məzhəblər icad etmək; həmin məzhəblərin hər birini ölkələrin mühiti və əhalisinin xüsusiyyətlərinə uyğun olaraq, planlı şəkildə qurmaq. Şiələrin yaşadıqları ölkələrdə aşağıdakı din və məzhəbləri yaratmaq:
    Kərbəlada Həzrət Hüseyni ilahiləşdirən məzhəb;
    İsfahanda Cəfəri Sadiqi ilahilişdirən məzhəb;
    Xorasanda imam Rizanı ilahiləşdirən məzhəb;
    Samirədə Mehdini ilahiləşdirən məzhəb;
    Sünnilərin də dörd məzhəbini bir-birindən ayıraraq, dörd din halına gətirmək. Nəcəfdə də yeni bir İslam firqəsi qurub, aralarında qanlı çəkişmələr təşkil etmək. Bu dörd məzhəbin kitablarını təhrif etməklə, həmin məzhəblərin ardıcıllarının yalnız özlərini müsəlman, başqalarını isə kafir bilmələrinə şərait yaratmaq.
    Zina, ləvat (homoseksualizm), şərab və qumar vasitəsi ilə müsəlmanların arasında fitnə-fəsad toxumları səpmək üçün bu ölkələrdə yaşayan qeyri-müsəlmanlardan istifadə etmək.
    İslam ölkələrində fasiq liderlər, zalım rəhbərlər yetişdirmək, onları hakimiyyət başına gətirərək, şəriət qanunlarını dəyişdirmək. Onları nazirliyin əmrlərinə tabe etdirməklə, müsəlmanlara və İslam ölkələrinə istədiyimiz qanunu qəbul etdirə bilərik. Müsəlman ölkələrindəki hökumət adamlarını mümkün qədər qeyri-müsəlman xalqların nümayəndələrindən seçmək. Bunun üçün bəzi casuslarımızı zahirdə müsəlman şəkilinə salmaq lazımdır.
    Mümkün qədər ərəb dilinin öyrənilməsinə mane olmaq. Bunun əvəzində digər müsəlman xalqların dillərini yaymaq. Ərəb ölkələrində isə əcnəbi dilləri yayaraq, ərəb dilinin müxtəlif ləhcələrini bərpa etmək. Quran və hədis dili olan klassik ərəb dilini aradan aparmaq.
    Dövlət adamlarının ətrafında casuslarımızı yerləşdirərək, onları müsəlman dövlət xadimlərinin ən etibarlı və sadiq şəxsləri siyahısına daxil etmək. Bunun ən rahat yolu kölə ticarətidir. Kölə olaraq göndərdiyimiz casusları müsəlman dövlət adamlarının yaxınlarına, onların uşaqlarına və xanımlarına satmaq. Satdığımız bu kölələr tədricən onlara yaxınlaşacaqlar. Onların uşaqlarına dayəlik edərək, tərbiyəçi rolunu oynayacaq və bu yolla müsəlman dövlət xadimlərinin mənzillərinə nüfuz edəcəklər.
    Missionerlərin fəaliyyətini genişləndirib, onları həkim, mühəndis, ticarətçi və s. adlarla müsəlmanların arasına salmaq. İslam ölkələrində gizli şəkildə məktəb, xəstəxana, kitabxana və xeyriyyə cəmiyyətləri adı altında təbliğat mərkəzləri yaratmaq; bu üsulla xristian kitablarını yaymaq. Kilsə və monastırlarda rahib və rahibə adı altında casuslarımızı yerləşdirmək. Onların xristian hərəkatlarına və müsəlmanların kütləvi xristianlaşdırılmasına rəhbərlik etmələrini təmin etmək. Müsəlmanların əqidəvi və fikri cərəyanlarını öyrənib araşdırmaq üçün onları lazım olan vəsaitlərlə təchiz etmək. İslam tarixini pozub təhrif etmək, dini elmləri aradan aparmaq. Professor, tədqiqatçı və elm adamları adı altında böyük bir xristian ordusu yaratmaq.
    Gənclərin və yeniyetmələrin başlarını qarışıdırıb, İslam haqqında şübhə və tərəddüd yaratmaq. Məktəb, kitabxana və idman klublarında yetişdirdiyimiz təlimatçılar vasitəsilə onların əxlaqını dəyişdirmək. Yəhudi, xristian və qeyri-müsəlman gəncləri məxfi təşkilatlarda qeydiyyata almaq, öz məqsədlərimizdə onlardan istifadə etmək.
    Müsəlmanları daxili müharibə və çəkişmələrə yönəltməklə, dövlətin gücünü zəiflətmək, fəal adamlarını məhv etmək.
    Gəlir mənbələrini və əkin sahələrini dağıtmaq, su bəndlərini uçurmaq; ölkəni iqtisadi böhran vəziyyətinə gətirmək. Bu işlər görülərsə, insanlar namaz qılmaqdan və işləməkdən uzaqlaşaraq tənbəlliyə düçar olacaqlar. Onlar üçün əyləncə yerləri açmaq, bu yerlərdə spirtli içkilər və narkotik maddələr yaymaq.
    * * *
    Yuxarıda sadaladığımız bu maddələr çox geniş bir şəkildə, xəritə və şəkillərlə izah edilmişdi. Katib tərtib olunmuş planın bir nüsxəsini mənə verdi.
    Londonda daha bir ay qaldıqdan sonra Məhəmməd Nəcdi ilə görüşmək üçün İraqa getmək barədə tapşırıq aldım. Səfərə çıxan zaman katib mənə belə dedi: ”Məhəmmədlə ehtiyatla davran. İndiyə qədər casuslarımızın göndərdiyi məlumatlardan başa düşdüymüzə görə, o, planlarımızı yerinə yetirmək üçün münasib bir şəxsdir. Onunla açıq-aşkar danış; İsfahanda casuslarımız onunla açıq söhbət etmiş, o da bəzi şərtlərlə istəklərimizi qəbul etmişidir. Şərtləri budur ki, fikir və düşüncələrini açıqlayana qədər özünü dövlət adamlarından qorumaq üçün kifayət qədər pul və silahla təmin edilsin. Öz ölkəsində kiçik bir bəylik qurmaq istəyir. Nazirlik də bu şərtləri qəbul etmişdir”.
    Bu xəbəri eşitcək çox sevindim. O zaman katibdən - bu barədə nə etməliyəm? – deyə soruşdum. O, Məhəmməd Nəcdini hərəkətə gətirmək üçün nazirliyin xüsusi plan hazırladığını dedi. Həmin plana aşağıdakılar daxil idi:
    Bütün müsəlmanları təqib edib öldürmək, mallarını əllərindən almaq, namuslarına təcavüz etmək, kişilərini kölə, qadınlarını kəniz edib bazarlarda satmaq; bu işin halal olduğunu söyləmək.
    Kəbənin büt olduğunu söyləmək və dağıdılması üçün zəmin yaratmaq. Həcc ziyarətlərini aradan aparmaq üçün, məkkəliləri zəvarların mallarını əllərinlən almağa və onları öldürməyə təşviq etmək.
    Müsəlmanları xəlifəyə itaət etməkdən çəkindirmək, onları xəlifəyə qarşı üsyan etməyə sövq etdirmək. Bu iş üçün ordu hazırlamaq. Hicazlılarlaa müharibə etməyi və onların sayının azaldılmasının vacib olduğu fikirini yaymaq.
    Məkkə, Mədinə və digər İslam məmləkətlərində mövcud olan türbə və müqəddəs sayılan yerlərin büt olduğunu söyləyərək, onların dağıdılmasını vacib elan etmək. Tədricən bu iş Məhəmməd peyğəmbər, xəlifələr və məzhəb rəhbərlərinin məzarlarına da şamil olmalıdır.
    İslam ölkələrində mümkün qədər zülm, cinayət və hərc-mərclik üçün şərait yaratmaq .
    hədislərdə olduğu kimi, Qurana da əlavələr edib onu yüksək tirajlarla nəşr etmək.
    Katib bu altı maddəli planı mənə təqdim etdikdən sonra belə dedi: ”Bizim vəzifəmiz İslamı məhv etmək üçün toxum səpməkdir. Bu işi gələcək nəsillərimiz davam etdirəcəklər. İngilis hökuməti səbr etməyə və addım-addım irəliləməyə adət etmişdir. İslam dinini qurub yaradan Məhəmməd peyğəmbər sadəcə bir insan deyildimi? Məhəmməd Nəcdi də bizim inqilabımızı gerçəkləşdirəcək”.
    Bir neçə gün sonra nazir və katibdən izn alıb ailəm və dostlarımla vidalaşaraq Bəsrəyə tərəf yola düşdüm. Evdən çıxarkən oğlum mənə - ata cəld ol - dedi. Bu sözləri eşitdikdə gözlərim yaşardı. Kövrəlib ağladığımı yoldaşım da başa düşdü.
    Yorğun bir vəziyyətdə, gecə ikən Bəsrəyə yetişdim. Əbdürrizanın evinə getdim. O, məni görcək çox sevindi; gecəni onun evində qaldım. Mənə Məhəmmədin məktubunu verdi. Oxuyanda məlum oldu ki, o, öz vətəninə getmiş, ünvanını da yazmışdı. Mən də Ərəbistanın Nəcd vilayətinə yola düşdüm. Uzun sürən səfərdən sonra gəlib oraya çatdım, soraqlaşaraq evini tapdım. O, çox zəifləmişdi; sonradan evləndiyini bildim.
    Biz aramızda belə razılığa gəldik ki, guya mən onun köləsiyəm. Məni iş dalınca başqa şəhərə göndəribmiş. İki il onun yanında qaldım. Dəvətini elan etmək üçün bir proqram hazırladıq. Nəhayət, h.q-1143, m-1730-cu ildə onun əzmini gücləndirdim. O da özünə bir az tərəfdar topladıqdan sonra daha yaxın adamlarına öz ayininin dəvətini aşkarladı. Sonradan günbəgün fəaliyyətini genişləndirdi. Onu düşmənlərdən qorumaq üçün ətrafına mühafizlər qoydum. Onlara istədikləri qədər pul verirdim. Düşmənlərin təcavüz və hücumları genişləndikcə, mühafizlərin sayını artırırdım. Onları mənəvi cəhətdən də dəstəkləyirdim. Dəvəti yayıldıqca müxaliflərin sayı da çoxalırdı. O, hücumlardan sarsılıb dəvətini saxlamaq istədi. Lakin mən onu tək buraxmadım. Əzmini qüvvətləndirmək məqsədilə ona belə dedim: ”Ey Məhəmməd, Peyğəmbər səndən də çox əziyyət görmüşdü. Bilirsən ki, bu bir şərəfli yoldur. Biz daima düşmənin hücumuna məruz qala bilərik”. Onun müxalifləri arasına pulla satın aldığım casusları yeritdim. Düşmənlər bir zərər yetirmək istəyəndə, mən dərhal xəbər tutub onları zərərsizləşdirirdim.
    Bir neçə il sonra MNN-in məntəqə əmiri Məhəmməd ibn Səudu da bizim cərgəyə qoşmağa nail oldu. Bu məlumatı çatdırmaq üçün yanıma MNN-nin əməkdaşlarından biri göndərilmişdi. Vəzifəm bu iki Məhəmmədin arasında məhəbbət və həmkarlıq əlaqələri yaratmaq idi. Qərar bu idi ki, müsəlmanların etimadını qazanmaq üçün dini işlərdə Məhəmməd Nəcdidən, siyasi işlərdə isə Məhəmməd ibn Səuddan istifadə olunsun. Tarix sübut etmişdir ki, dinə istinad edən dövlətlər daha uzun ömürlü və heybətli olurlar. Vəhhabi məzhəbini təsis edib, Dəriyyəni onun mərkəzi elan etdik. MNN yenicə yaranmaqda olan Vəhhabi firqəsini və onun təsiri altında olan yerli hökuməti gizlicə dəstəkləyirdi. Yeni hökumət ərəb dilini və səhra döyüşlərini mükəmməl bilən on bir ingilis zabitini kölə adı ilə satın aldı. İcra olunacaq planları onlarla birlikdə hazırlayırdıq. Xüsusi bir əmr olmadığı zaman, qarşıya çıxan məsələlərdə özümüz qərar çıxarırdıq.
    Bir dəfə düşmənələrin Məhəmməd Nəcdini öldürmək niyyətindən xəbər tutdum. Elə o an onların hazırladığı planın əksinə bir plan hazırladım. Bu işin üstü açıldı. Camaat onların Məhəmmədi öldürmək istəklərindən xəbərdar olduqda, düşmənlərə nifrət etdilər. Bununla da bu işin qarşısı alındı. Qazdıqları quyuya özləri düşdülər. Məhəmməd planın altı maddəsinin hər birinə əməl edəcəyinə söz vermişdisə də, indi bu bəndlərin yalnız bir hissəsini yerinə yetirə bilərəm -dedi. O, bu sözündə haqlı idi. Çünki, o zaman bütün bəndləri həyata keçirmək qeyri-mümkün idi. O, Kəbənin dağıdılması və Quranın təhrif olunmuş şəkildə nəşr olunmasına etiraz etdi. Ən çox Məkkə əmirləri və İstambul hökumətindən qorxurdu. Mənə bu barədə - bu iki niyyəti açıqlasan, böyük bir ordunun hücumuna məruz qalarıq - dedi. Ancaq doğru deyirdi. Bu iki maddənin icrası üçün hələ münasib zəmin yaranmamışdı.
    Hamımız yerli tayfalardan olan qızlarla evləndik. Müsəlman qadınların ərlərinə bağlılığı çox xoşumuza gəlirdi. Bunun sayəsində tayfalarla olan əlaqələrimiz daha da artdı. İndiki vəziyyət çox yaxşı idi. Əhatəmiz günü-gündən genişlənirdi. Təsadüfi bir hadisə baş verməsə, yetişməkdə olan meyvəni dərib yeyəcəyimizə şübhə yox idi.
    Category: Mister Hemferin xatirələri | Added by: Islam_Kitabxanasi
    Views: 812 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024