İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1867
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Allah___dogru
  • Alishka1111
  • narmin93
  • Messenat
  • Riza
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Main » Files » Tarix » Meysəm Təmmarın həyatı

    Meysəm Təmmarın həyatı
    2012-04-12, 5:52 AM
    MEYSƏM, HƏQİQƏT AYNASI VƏ MÜQAVİMƏT NÜMUNƏSİ
    İmam Əlinin (ə) məktəbi insanlar üçün tərbiyə məktəbidir. Təkamül və kamal istedadı olan kəs Əmirəlmömininin uca şəxsiyyəti nurunda cana gəlir, dirilirdi. Bu insan mənəvi cəhətdən çiçəklənir və insaniyyət meracına ucalırdı. Nə çox imamın (ə) vilayət və hidayət çeşməsində ruhunu paka çıxaranlar! Onlar batinlərini zinətləndirdilər, özlərini Allaha fəda etdilər. Bütün bunlar onların düşüncəsinin dərinliyindən, əzəmətli imanlarından, haqtələbliklərindən, allahpərəstliklərindən və ixlaslarından danışır.
    Söhbətimiz Meysəm Təmmar haqqındadır. Mənəvi dəyər, doğru yol, cihad, səbr və yəqin axtarışında olanların yaxşı tınıdığı bu ilahi insan haqqında danışacağıq! Meysəm Həzrət Əliyə (ə) onun ədalətinə, dininə, fəzilətlərinə görə aşiq idi. Bu eşqi doğuran həzrətin (ə) kamillik mücəssəməsi olması, "Qurane-natiq”, danışan Quran kimi tanınması, eynən dinin özü olmasıdır. Meysəmin Əlini (ə) sevməsi əslində haqqı sevməsidir. Onun qəlbindəki haqq sevgisi iman və əqidəsindən, bəsirət və agahlığından qaynaqlanır.
    Meysəmin bariz çöhrəsinin tanınması bizi həqiqi dinin siması ilə daha yaxından tanış edir. Haqqın danışan dili, Əmirəl-mömininin (ə) vəfalı dostu olan bu şəxsin bioqrafiyası bizi Quran və İslam məktəbinin tərbiyəvi dəyərlərinə yaxınlaşdırır. Əli (ə) məktəbinin bu şagirdinin həyatı və iftixarlı şəhadəti bizim üçün başdan-başa ibrətdir. Bu bəhrəli həyat elm və ilham mənbəyi, yetərli bir nümunədir.
    Bu Əli (ə) şiəsi, haqq davamçısı, fəzilət yolunun şəhidi olan insanın cazibəli şəxsiyyəti o qədər parlaqdır ki, neçə əsrlərdir ədalət və azadlıq aşiqlərini ilhamlandırır. Azadlıq, şərafət, həqiqət aşiqləri arasında Meysəmi tanımayanlar azdır.
    Kufənin adi zəhmət adamlarından olan Meysəm uca iman, əzəmətli ruha malik idi. Bu iman və ruh, misilsiz fədakarlıq və dözüm ona əbədilik verdi, Meysəm müsəlmanlar üçün nümunəyə çevrildi. O öz adı ilə İslam tarixinin səhifələrini bəzədi. Meysəm müqəddəs İslam ayinləri üçün iftixarlı bir sənəddir. Bəşəriyyətə belə bir insanın təqdim olunması İslam məktəbinin fəxridir.
    Bir sözlə, Meysəmi tanımaq lazımdır. Bu tanışlığın davamında həqiqətə ardıcıllıq və itaət dayanır. Bu kiçik müqəddimədən sonra onunla tanışlığın sorağına gedək. Meysəm bizi çağırır. Onun yatmışları oyadan fəryadlı səsi tarixin qulağında dalğalanmaqdadır.
    MEYSƏM TƏMMAR
    Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər.
    Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli (ə) onu həmin qadından alıb, azad etdi.(Şərhe-ibn Əbdül-Hədid, c. 2, s. 291)Meysəm həzrət Peyğəmbərin səhabələrindən sayılır. Onun həyatının əvvəlləri və ilkin islamdakı bioqrafiyası haqqında yetərincə məlumat yoxdur. O, Kufədə xurma satdığı üçün ona "təmmar”, yəni "xurmasatan” ləqəbi verilmişdi. Meysəmin özünün fədakar və pak müsəlman olması ilə yanaşı, onun ailəsi də şiə böyüklərindən sayılırdı. Onun altı oğlu vardı. Oğlanları və çoxsaylı nəvələri də öz ata-babaları kimi Əhli-beyt yoluna sədaqətli idilər. Bir çox ravilərin hədislərində adı çəkilən bu insanlar imamların (ə) vilayət və rəhbərliyinə etiqadlı idilər. Şiə imamları da Meysəmə və onun övladlarına öz məhəbbətini izhar etmişlər. Meysəmin oğlanlarının adı İmran, Şüeyb, Saleh, Məhəmməd, Həmzə və Əli idi.
    Şüeyb imam Sadiqin (ə), Saleh imam Baqirin (ə) və İmam Sadiqin (ə) səhabələrindən idi. İmam Baqir Salehə belə buyurmuşdur: "Mən sizi və sizin atalarınızı çox sevirəm.”(Nəfsul-məhmum, s. 59) İmran isə həm imam Səccadın (ə), həm imam Baqirin (ə), həm də İmam Sadiqin (ə) səhabələrindən olmuşdur. Bütün bu deyilənlər Meysəm ailəsinin imamların yanında hörmət və ehtiramından danışır. Meysəmin və onun ailəsinin imamlara (ə) bağlılığı, məhəbbəti və itaəti göz qabağındadır.
    MEYSƏMİN HƏZRƏT ƏLİ (Ə) İLƏ TANIŞLIĞI
    Həzrət Əli (ə) Meysəm haqqında əsasən həzrət Peyğəmbərdən (s) eşitmişdi. Meysəm də elə əvvəldən Əhli-beyt (ə) aşiqi idi. Amma həzrət Əlinin (ə) Meysəmlə ilkin görüşü onun xilafəti dövründə baş vermişdir. Elə həmin görüşdən sonra da həzrət (ə) Meysəmi azad etmək qərarına gəlmişdir. Nəhayət, həzrətin (ə) qərarı ilə Meysəm qulamlıqdan azad olunmuşdur.
    Həzrət Əli (ə) Meysəmlə ilk görüşündə ondan soruşur: "Adın nədir? Meysəm cavab verir: "Salim.” Həzrət buyurur: "Peyğəmbərdən (s) eşitmişəm ki, atan sənin adını Meysəm qoymuşdur. Həmin adına qayıt və Kunyən Əbu Salim olsun.” Meysəm dedi: "Allah, onun rəsulu və Əmirəl-möminin haqqı deyirlər.”(İrşad, c. 1, s. 323)
    Meysəmin Həzrət Əli (ə) ilə tanışlığı onun üçün böyük bir səadət idi. Bu görüşdən sonra Meysəm Əli məktəbinə qədəm qoydu və qəlb pəncərələrini ələvi maarifinə açdı. O öz təşnə ruhunu həzrətin bilikləri ilə sirab etdi. Həzrət Əli (ə) də Meysəmin ruhi istedadını, agahlığını görüb, onu bir çox sirlərlə tanış etdi. Bəli, Meysəm müqərrəb mələklərin və peyğəmbərlərin elmlərindən xəbərdar idi("Səfinətül-bihar”, c. 2. s. 524)
    Meysəm Həzrət Əlidən (ə) Quran təfsirini öyrəndi. O Əmirəl-möminindən (ə) öyrəndiyi məlumatlar əsasında bir kitab tərtib etdi. Bu kitabı sonradan oğlu nəql etmişdir. Ona görə də Meysəm şiə müəlliflərindən biri hesab olunur. Həzrət (ə) onu öz sirləri, gələcəkdə baş verəcək hadisələrlə tanış etmişdi. Meysəm bu məlumatlardan bir qismini xalqa bildirmişdi. İnsanların aqibətindən, gələcəkdə baş verəcək hadisələrdən danışan bu elm "elme-əcəl” və ya "elme-mənaya və bəlaya” adlanır. Məsum imamlar (ə) bu bilikləri yalnız hazırlığı, istedadı, tutumu olan, sirr saxlamağı bacaran insanlara etibar etmişlər. Meysəmin bilikləri o qədər fövqəladə olmuşdur ki, hətta bəzi nadanlar onu yalançı da hesab etmişlər.
    Bir gün Əbu-Bəsir İmam Sadiqə (ə) ərz edir: "Nə üçün mənə elm öyrətmək istəmirsiniz?!” İmam (ə) buyurur: "Hansı elmi?” Əbu-Bəsir deyir: "Əmirəl-möminin (ə) Meysəmə öyrətdiyi elmi deyirəm.” İmam buyurur: " Sən ki, Meysəm deyilsən. Məndən eşitdiyin bir mətləbi kimsəyə demədiyin hal olubmu?” Əbu-Bəsir ərz etdi: "Xeyr, ey Peyğəmbər (s) övladı!” İmam buyurdu: "Demək, həmin elmləri sirr olaraq saxlaya bilməzsən!”
    ƏLİNİN (Ə) VƏ DİGƏR İMAMLARIN MEYSƏMƏ MÜNASİBƏTİ
    İmamların Meysəmə münasibətini onların Meysəm haqqındakı buyuruqlarından və onunla rəftarlarından öyrənmək olar. Həzrət Əli (ə) və Meysəm arasındakı səmimi münasibət onların bağlılığının möhkəmliyindən danışır. Həzrət (ə) hətta Meysəmin xurma dükanına gedər, bu dükanda onunla söhbət edər və ona dini maarif öyrədərdi.
    Hətta bir dəfə Həzrət Əli (ə) Meysəmi iş dalınca göndərib, özü dükanda onun yerində oturur. Bir müştəri xurma almaq istəyir. Həzrət (ə) buyurur: "Pulunu ver, xurmanı apar.” Bir qədər sonra Meysəm qayıdır və Həzrət Əliyə (ə) xurma müqabilində verilmiş pulların saxta olduğunu görür. Aldığı pulların saxta olduğunu görən həzrət (ə) buyurur: "Xurma da onların ağzında acı dadacaq.” Çox keçməmiş həmin müştəri əlində xurma qayıdır və deyir: "Bu xurmalar acıdır.”("Səfinətül-bihar”, c. 2, s. 525)
    Yuxarıda deyilənlər Həzrət Əli (ə) ilə Meysəm arasındakı dərin, səmimi münasibətin təzahürüdür. Həzrət Əli (ə) hökumət başçısı olduğu halda Meysəmin dükanında oturub xurma satır!
    Başqa məqamlarda da Meysəmin Həzrət Əli (ə) ilə mənəvi yaxınlığı müşahidə olunur. Meysəm Həzrət Əlinin (ə) dua məqamlarında Kumeyl kimi şəxsiyyətlərlə yanbayan əyləşir. O, həzrətin Allahla razniyaz etdiyi irfani gecələrin şahididir.
    Meysəm nəql edir: "Bir gecə mövlam Əmirəl-möminin (ə) məni özü ilə Kufədən kənardakı səhraya apardı. Nəhayət, Cöfə məscidinə çatdıq. Həzrət üzünü qibləyə tutub, dörd rəkət namaz qıldı. Namaz və təsbihdən sonra əllərini qaldırıb belə dua etdi: "Pərvərdigara, Səni necə çağırım? Sənə itaətsizlik etdiyim halda necə də çağırmayım? Səni tanımışam və qəlbim Sənin məhəbbət evindir. Günah dolu əl, ümid dolu gözlə Sənə doğru gəlmişəm...” Sonra imam (ə) səcdəyə getdi və üzünü torpağa qoyub yüz dəfə "əl əfv” dedi.
    Daha sonra qalxdı və məsciddən bayıra çıxdı. Mən də onun ardınca gedirdim. Nəhayət, səhraya çatdıq. Həzrət mənim qarşımda bir xətt çəkdi və dedi: "Məbada, bu xəttdən keçəsən! Məni həmin yerdə qoydu və özü getdi. Gecə qaranlıq idi. Özümü qınadım ki, nə üçün mövlamı tənha buraxdım? Onun düşmənləri çoxdur. Onun başına bir iş gəlsəydi, Allaha və Onun Peyğəmbərinə (s) nə cavab verərdim? Düşündüm ki, onun əmrindən çıxmış da olsam, ardınca gedim, görüm aqibəti nə oldu? Getdim, getdim... Nəhayət onu bir quyunun başında gördüm. O, başını quyuya tutub, quyu ilə danışırdı. Gəldiyimi hiss etdi və soruşdu: "Kimsən?” Dedim: "Meysəm” Həzrət buyurdu: "Məgər sənə əmr etməmişdimmi ki, həmin xətdən keçmə?” Cavab verdim: "Ey mənim mövlam, elədir. Amma düşmənlərinizin təhlükəsindən qorxdum, dözə bilmədim.” Sonra soruşdu: "Nə dediyimi eşitdinmi?” Dedim: "Yox, ey mənim ağam.”
    Həzrət mənə xitabən bir şer oxudu:
    Sinəm sirlə dolub, bağrımı yarır,
    Kimə əl uzatdım dedi gücüm yox.
    Əlimlə qazıyıb yerin köksünü,
    Danışdım dərdimi, başqa seçim yox.
    (Nəfsul-məhmum, s. 60)
    Meysəm Əlinin (ə) sirlərinə məhrəm idi. O, həzrətin (ə) xəlvəti dualarının, ilahi ruhunun təcəllasının şahidi idi. Ona həm Əli (ə), həm də imam Həsənlə (ə) imam Hüseyn ehtiramla yanaşar, eləcə də sonrakı imamlar onun ilahi şəxsiyyətini xatırlayardılar.
    Bir dəfə Meysəm Mədinədə həzrət Peyğəmbərin (s) həyat yoldaşı Ümmü-Sələmə ilə rastlaşır. Ümmü-Sələmə ona deyir: "Ey Meysəm, Hüseyn (ə) daim sənin haqqında danışır.” Başqa bir hədisdə imam Baqir (ə) buyurur: "Mən Meysəmi çox sevirəm.” İmam Sadiq (ə) Meysəmə salam göndərərək, onun uca məqamı haqqında xoş sözlər deyir.
    Meysəmin oğlu Saleh deyir: İmam Baqirə (ə) ərz etdim ki, mənə bir hədis söyləsin. İmam (ə) soruşdu: "Məgər atandan hədis öyrənməmisən?” Bildirdim ki, həmin vaxtlar körpə olmuşam...”("Biharül-ənvar”, c. 53, s. 112)
    İmam Baqir (ə) öz cavabı ilə Meysəmin elmi məqamına işarə etmişdir. Həzrət (ə) belə hesab edir ki, Meysəmin oğlu hədis eşidib-öyrənməyə ehtiyacsız da ola bilər.
    ŞƏHADƏT XƏBƏRİ
    Ölümü bu dünyadan daha geniş bir aləmə keçid bilən, imanı haqq və əməli saleh olan insan üçün ölüm böyük bir səadətdir. Belə insanlar ömürlərini şəhadətlə başa vurmaqdan böyük bir zövq alırlar. Bəli, dünya həyatını şəhadətlə başa vuranlar salehlərin, peyğəmbərlərin, Allah razılığının civarında əbədi həyat tapırlar.
    Meysəm öz şəhadət xəbərini mövlası Əlidən (ə) eşitmişdi. İmam (ə) Meysəmə dedi: "Bir gün bəni-Üməyyənin çirkin oğlu Übeydullah İbn Ziyad mənə lənət söyləməyini tələb edəndə nə edəcəksən?” Meysəm dedi: "Xeyr, and olsun Allaha, heç vaxt belə etmərəm!” İmam (ə) buyurdu: "Bu halda səni dardan asıb, öldürəcəklər.” Meysəm ərz etdi: "Səbr edəcəyəm. Allah yolunda belə bir əziyyət çətin deyil.”
    Həzrət Əli (ə) bu barədə Meysəm Təmmara bir neçə dəfə xəbər vermişdi. Meysəm də öz növbəsində vəd olunmuş qırmızı milada hazırlaşırdı. Meysəmin öz şəhadətinin xırdalıqları haqqında da bilməsi onun ruhunun əzəmətindən, böyük tutumundan, dərin imanından danışır.
    And olsun şəhadətə,
    Canlardakı bu qorxu
    Ruhu xofa salaraq,
    Bağlar əli-ayağı.
    Bu qorxu səbəbindən
    Əbədiyyət kölgədə,
    Qorxu çıxsaydı candan
    Düşünərdik bəlkə də:
    Ölüm hələ son deyil,
    Axirət var, bəqa var.
    Şəhadətdən keçənlər
    Eşq içində yaşayar.
    Meysəm belə bir uca ruh və şəhadət sevgisi ilə haqq və vilayət hərimini müdafiə edirdi. Həzrət Əlinin (ə) şəhadətindən sonra arabir onun ziyarətinə gəlirdi. Kufə və Mədinə əhli Meysəmin söhbətlərini həvəslə dinləyərdilər. Harada Meysəm Həzrət Əlinin (ə) fəzilətlərindən danışsaydı, həmin yerdə düşmənin həzrətə (ə) qarşı təbliğatları nəticəsiz qalardı.
    Meysəmin övladlarından biri olan Saleh nəql edir ki, atam dedi: "Bir gün bazarda idim. Həzrət Əlinin (ə) yaxınlarından biri olan Əsbəğ ibn Nəbatə mənə yaxınlaşdı və heyrət içində dedi: "Ey vay, Meysəm! Əmirəlmöminin haqqında çox ağır sözlər eşitdim.” Soruşdum ki, nə eşitdin? O dedi: "Danışırdılar ki, Əhli-beytin hədisləri və buyuruqları çox ağırdır. Guya, bu buyuruqlara Allahın müqərrəb mələklərindən, peyğəmbərlərdən (s) və övliyalardan savay kimsə əməl etmək gücündə deyil. Guya, həmin buyuruqları dərk etmək mümkünsüzdür.” Mən dərhal qalxıb, Həzrət Əlinin (ə) yanına getdim və Əsbəğdən eşitdiklərimi ona danışdım. Həzrət (ə) gülümsəyib buyurdu: "Otur! Ey Meysəm! Hər elm sahibi elm yükünü çəkə bilirmi?! Allah mələklərə yer üzündə canişin yaratmaq istədiyini dediyi vaxt mələklər onun fəsad törədib, qan tökəcəyini dəlil gətirərək etiraz etdilər. Həzrət Peyğəmbər (s) Qədire-Xum günü mənim əlimi qaldırıb buyurdu: "Pərvərdigara! hər kəsin mən ağasıyamsa, Əli də onun ağasıdır.” Allah zərrəcə nəzərini çəkən kimi çoxları bu sözə əməl etmədi. Müjdə olsun sizə, Peyğəmbərin (s) buyuruqlarına əməl etdiniz və ona vəfalı oldunuz. Allah sizə, mələklərə və peyğəmbərlərə vermədiyi imtiyaz verdi. Qorxub çəkinmədən, bizim fəzilətlərimizdən xalqa danışın.”("Biharül-ənvar”, c. 20, s. 383)
    Həzrət Əlinin (ə) fəzilətlərindən danışmaq günah hesab edildiyi bir dövrdə Meysəm həzrətin (ə) məqamından danışar, onun buyuruqlarını xalqa çatdırardı. Meysəm yaxşı bilirdi ki, mövlasının şəhadətindən sonra onu xurma ağacından asacaqlar. Həzrət (ə) ona bu ağacı da göstərmişdir. Bəzən bu ağacın yanından keçərkən həzrət (ə) ona buyurardı: "Ey Meysəm! Sənin sonralar bu ağacla macəran olacaq. Bu xurma ağacını dörd yerə bölüb dördüncü hissəsindən səni asacaqlar.” Meysəm tez-tez bu ağacın yanına gəlib, onun kənarında namaz qılardı və deyərdi: "Mübarək olsun, ey xurma! Məni sənin üçün yaradıblar, sən mənim üçün göyərmisən.” Meysəm daim bu ağaca tamaşa edərdi.(İrşad, c. 1, s. 324)
    İbn Ziyad Kufə hakimi olduğu vaxt şəhərə daxil olanda əlindəki bayraq həmin xurma ağacına ilişdi və sındı. İbn Ziyad bu işi özü üçün pis əlamət hesab etdi və göstəriş verdi ki, ağacı kəssinlər. Onu bir dülgər alıb, dörd yerə böldü. Meysəm oğlu Salehə dedi: "Mənim və atamın adını həmin xurma ağacına həkk et!” Saleh deyirdi: "Atamın adını ağacın üstünə yazdım. İbn Ziyad atamı dardan asandan bir neçə gün sonra gördüm ki, bu atamın adını yazdığım həmin ağacdır!...”(Rical keşi, s. 85)
    MEYSƏMİN FƏZİLƏTLƏRİ
    İnsan üçün iman, elm və təqvadan üstün fəzilət yoxdur. Bütün bu fəzilətlər isə Meysəmdə var idi. Amma bəzən təqvalı mömində elə üstünlüklər olur ki, onu başqalarından fərqləndirir. Söhbətimizin bu hissəsində Meysəmi başqalarından fərqləndirən bəzi fəzilətlərə nəzər salacağıq:
    Category: Meysəm Təmmarın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 506 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2020