İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Meysəm Təmmarın həyatı

    Meysəm Təmmarın həyatı
    2012-04-12, 5:36 AM
    MEYSƏMİN HƏBSİ
    Meysəm Kufədə xüsusi hörmət sahibi idi. Onun güclü ictimai mövqeyi vardı. O, həccdən qayıdıb Kufəyə çatmamış İbn Ziyad onun həbsinə göstəriş verdi. Bu həmin vaxt idi ki, Müslüm ibn Əqil Kufədə şəhadətə yetirilmiş, Kufəni həyacan bürümüş, tanınmış şiə simalar təqibə məruz qalmışdılar. Etiraz və qiyam üçün münasib şərait yaranmışdı.
    Meysəmin Kufəyə daxil olmamış həbs olunması göstərişi Üreyf adlı birinə tapşırılmışdı. Onu yüz nəfər məmur müşayiət edirdi. İbn Ziyad Üreyfi hədələmişdi ki, əgər Meysəmi tuta bilməsə, özü edam olunacaq. O, Hirəyə gəldi. Öz ətrafındakılarla birlikdə Meysəmi gözləməyə başladı. Nəhayət, Meysəmi həbs etdilər. Meysəm məmurlara gələcəkdə baş verəcək hadisələrdən, öz şəhadətindən danışırdı.
    Meysəm həmin vaxt haldan düşmüş qoca bir kişi olsa da, onun iman gücü, möhkəm irədəsi və iti danışığı İbn Ziyadı qorxuya salmışdı. Ona görə də bu adamın həbs olunması üçün yüz qüvvəli məmur göndərmişdi.
    Məmurlar Meysəmi Kufəyə gətirdilər. Meysəmin tutulması xəbəri İbn Ziyada çatdırıldı. İbn Ziyada Meysəmi belə tanıtdırmışdılar ki, o Əbu-Turabın (Əlinin) ən yaxın adamlarındandır. İbn Ziyadın göstərişi ilə Meysəmi onun hüzuruna gətirdilər. İbn Ziyad Meysəmin əhval-ruhiyyəsini yoxlamaq üçün ona dedi: "Allahın haradadır?” Meysəm: "Allahım zalımların yolunu gözləyir və bu zalımlardan biri sənsən.” İbn Ziyad dedi: "Əcəm olmağına baxmayaraq, mənimlə bu cür danışırsan?! Mənə deyiblər ki, sən Əli ilə çox yaxınsan.” Meysəm cavab verdi: "Bəli, düz deyiblər.” İbn Ziyad dedi: "Əgər Əlini lənətləməsən əllərin və ayaqların kəsiləcək, dara çəkiləcəksən.” Meysəm İbn Ziyadın hədələrinə belə cavab verdi: "Əli dara çəkiləcəyimi mənə xəbər verib.” İbn Ziyad bu xoşagəlməz vəziyyətdən çıxmaq üçün dedi: "Vay olsun sənə! Əlinin dediyinin tərsinə hərəkət edəcəyəm!” Meysəm dedi: "Axı necə?” Axı bu xəbəri Əli (ə) Peyğəmbərdən (s), Peyğəmbər (s) Cəbrəildən, Cəbrəil isə Allahdan eşitmişdir. And olsun Allaha! Hətta dara çəkiləcəyim yeri də bilirəm. Mən ilk müsəlmanam ki, İslam yolunda ağzıma cilov taxılacaq.” İbn Ziyad Meysəmin sözlərindən heyrətə gəldi və dedi: "And olsun Allaha! Əl-ayağını kəsib, dilini boş buraxacağam ki, həm mövlanın, həm də sənin yalanların aşkar olsun.” Sonra İbn Ziyad göstəriş verdi ki, Meysəmin əl-ayağını kəssinlər və dara çəksinlər.("Biharül-ənvar”, c. 42, s. 124)
    DAR AĞACINDA
    Allah aşiqləri üçün dar ağacı bir merac kürsüsüdür.
    Haqpərəst, qeyrətli insanların dara çəkilməsi, qətlə yetirilməsi zalım qüdrət sahiblərinin zəifliyinin dəlili, şəhidlər üçün isə izzət sərmayəsi və iftixar sənədidir. Meysəm haqq danışdığı üçün sazişə getmədiyi üçün, haqq ələvi xəttini himayə etdiyinə görə dara çəkildi.
    Meysəm öz ölümünü o qədər adi və etinasız qarşıladı ki, düşmənin qəzəbi daha da artdı. O hətta ölüm astanasında uca bir səslə xalqa İslami həqiqətlərdən və Həzrət Əlinin (ə) əsrarəngiz hədislərindən danışırdı. O vaxtlar insanı boğazından yox, çiyinlərindən, sinəsindən dara çəkər və boğmaqla yox, sıxıntı və aclıqla öldürərdilər. Meysəm deyirdi: "Hər kəs Həzrət Əlinin (ə) dəyərli bir hədisini eşitmək istəyirsə, mən ölməmiş yaxına gəlsin. Mən sizə dünyanın sonunadək gələcəyin hadisələrini xəbər verərəm. Xalq onun ətrafına toplanmışdı. Meysəm din mənbərindən danışırdı. O Peyğəmbər (s) Əhli-beytinin, Əli (ə) ailəsinin fəzilətlərindən danışır. Bəni-Üməyyənin xəyanətlərini ifşa edirdi. Həmin bu son anlarda Meysəmin dar ağacından həqiqətləri bəyan etməsi olduqca təsirli idi. İbn Ziyada xəbər verdilər ki, bu adam sizi rüsvay etdi. İbn Ziyad dedi: "Ağzına cilov taxın.” Bəli, Meysəm İslam yolunda ağzına cilov taxılmış ilk şəxs oldu.("Biharül-ənvar”, c. 42, s. 125)
    Daha sonra onun qılıncdan iti dilini kəsdilər. Onun dilini kəsmək tapşırığı almış məmur Meysəmə dedi: "Nə istəyirsənsə, de, əmir sənin dilinin kəsilməsini əmr etmişdir.” Meysəm dedi: "Günahkar qadının oğlu Übeydullah İbn Ziyad elə düşünür ki, məni və mövlamı yalançı kimi tanıtdıra bilər. Budur mənim dilim.” Həmin muzdur Meysəmin dilini ağzından çıxardı...(Rical keşi, s. 87)
    Meysəm elə bu halda da dar ağacında qaldı. Səhəri gün onun burnundan və ağzından qan gəldi. Beləcə, öz dediyi kimi, onun ağ saqqalı qırmızı qanına boyandı.
    Meysəmin darda olduğu üçüncü gün bir kişi ona yaxınlaşdı və dedi: "And olsun Allaha, sənin ibadət əhli olduğunu, gecələri dua ilə keçirdiyini bilirəm.” Sonra əlindəki nizə ilə Meysəmin sinəsindən elə bir zərbə vurdu ki, onun cismi parçalandı. Bu səbr, müqavimət, rəşadət nümunəsinin pak canı fələklərə ucaldı. Meysəmin ruhu uca bir meraca qanadlandı. Bu gün pak qəlbli allahpərəst tərəfindən fəzilət yolunun bu şəhidinə ünvanlanan salamlar onun Firdovs cənnətindəki məqamını ucaldır.
    ŞƏHİDİN MƏZARI
    Şəhadətindən sonra Meysəmin pak vücudu bir müddət dar ağacında qaldı. İbn Ziyad onu daha çox təhqir etmək üçün torpağa tapşırılmasını yubadırdı. Eləcə də, bu səhnə vasitəsi ilə xalqın gözünü qorxutmağa çalışırdı. O hamıya anlatmaq istəyirdi ki, Əli (ə) müdafiəçilərini hansı aqibət gözləyir. Amma İbn Ziyad unudurdu ki, şəhidlər öz ölümlərindən sonra da insanlara doğru yol göstərir, onları ilhamlandırır və ümid verirlər. Onlar hər zaman zalım hakimlər üçün qorxu mənbəyidir.
    Meysəmin xurmasatan yoldaşlarından yeddi qeyrətli müsəlman bu vəziyyətə dözə bilməyib, onun cənazəsini torpağa tapşırmaq qərarına gəldi. Onlar cəsədin keşiyini çəkən məmurları yayındırmaq üçün yaxınlıqda bir tonqal qaladılar. Keşikçilər qızınmaq üçün tonqalın başına yığışdılar. Fürsətdən istifadə edən müsəlmanlar Meysəmin cəsədini dardan düşürüb, onu suyu qurumuş bir gölməçədə dəfn etdilər.
    Səhər açıldı. Məmurlar dar ağacını boş gördülər. Xəbər İbn Ziyada çatdı. İbn Ziyad güman edirdi ki, Meysəmi Əli (ə) tərəfdarları dəfn olunan yerdə basdırarlar. O, Meysəmin cənazəsinin tapılması üçün axtarışlara başladı. Amma nə qədər axtardılarsa da, Meysəmin dəfn olunduğu yeri tapa bilmədilər.(Rical keşi, s. 83) Bu gün Meysəmin məzarı şəhadətə (şahidliyə) qalxmışdır. Bu məzar haqqın qələbəsinə və batilin rüsvayçılığına şəhadət verir. İraqda Nəcəf və Kufə arasında bir məzar var. Bu Meysəm Təmmarın məzarıdır. Məzar daşında Meysəmin adı Həzrət Əlinin (ə) dostu ünvanı ilə yazılmışdır.
    Meysəm bütün varlığı ilə bir təlaş və iştiyaq idi. Meysəm həqiqət məşəlini qorumaq üçün canını ovucunda tutmuş bir mücahid idi. O öz möhkəm imanı və fədakar cihadı ilə haqq yolunda addımlayırdı. Meysəm iman və cihadın təcəssümü idi.
    Yaxşı olar ki, həqiqət və paklıq sorağında olanlar Meysəmə iqtida etsinlər. Meysəm ideal idi və bu idealın düşüncəsini, əməllərini, atdığı addımları izləmək zəruridir. Kamillik ideallarının ardınca getmək kamal axtaranların vəzifəsidir. Şəhidlər öz vəfalı ardıcıllarının haqq yolda davamlı təlaşları sayəsində əbədilik tapırlar.
    Allahın, mələklərin və pakların salamı olsun Meysəm Təmmara! O indi də insaniyyət yolunun parlaq çırağıdır. Bu idealın həyat tarixçəsi həqiqət yolunu işıqlandırır.
    Category: Meysəm Təmmarın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 656 | Downloads: 0 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024