İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Əli əleyihissalam kimdir?

    Əli əleyihissalam kimdir?
    2012-07-16, 4:08 AM
    ƏLININ (Ə) XILAFƏT DÖVRÜ
    OSMANIN QƏTLƏ YETİRİLMƏSİNİN SƏBƏBLƏRİ

    Əbdür-Rəhman ibn Ovf Osmana bey’ət etdiyi vaxt onunla şərt kəsmişdi ki, həzrət Peyğəmbərin (s) sünnəsinə və xəlifələrin qaydalarına əməl edəcək. Osman bu şərtləri qəbul etsə də, xilafət kürsüsünə oturduqdan sonra verdiyi sözə əməl etmədi.
    Osman başda Əbu-Süfyan olmaqla bəni-Üməyyəni var-dövlət və məqam baxımından tə’min etdi. Osmanın bəni-Üməyyə böyüklərinin iştirakı ilə qurduğu məclisdə Əbu-Süfyan belə dedi: «Xilafət kürsüsünü top tək bir-birinizə ötürün ki, başqasının əlinə düşməsin. Xilafət dünyəvi bir hakimiyyətdir və mən cənnət-cəhənnəmə inanmıram».("Əl-əsabə" c.4, səh.88)
    Osman beytül-malı (dini büdcəni) öz qohum-əqrəbasına xərcləyir və rəhbər vəzifələrə öz nəsil nümayəndələrini tə’yin edirdi.
    Əyalətlərin əhalisi Osmanın hakimlərinin əlindən boğaza yığılmışdı. Xalq Peyğəmbərin səhabələrinə, eləcə də, birbaşa Osmana şikayətlər ünvanlayırdı. Amma şikayətlər heç nəyi dəyişmirdi. Ona görə də müsəlmanlar xəlifənin ləyaqətsiz işlərinin qarşısını almaq qərarına gəlmişdilər. Osman xalqın malını qohum-əqrəbasına, yaxınlarına hədiyyə verirdi. Onun bu hərəkəti Peyğəmbər səhabələrini çox qəzəbləndirirdi. Ona görə də səhabələr bir araya gəlib qərar çıxardılar ki, Osmanın və onun hakimlərinin bütün ləyaqətsiz işlərini yazsınlar və ona məktubla müraciət edib ləyaqətsiz işlərdən çəkindirsinlər. Əks təqdirdə onu işdən kənarlaşdırmaq qərara alındı.
    Məktub hazır olduqdan sonra Peyğəmbərin sevimli səhabəsi Əmmar Yasər onu Osmana çatdırdı. Osman məktubu nəzərdən keçirib e’tinasızlıqla bir kənara atdı və qulamlarına göstəriş verdi ki, Əmmarı cəzalandırsınlar. Hətta Osman özü də Əmmara bir neçə təpik vurdu. Əmmar aldığı zərbələrdən huşunu itirdi və sonradan ağır bir xəstəliyə düçar oldu. Bu xəbər tez bir zamanda İslam şəhərlərinə yayıldı. Osmana qarşı qəzəb dalğaları ölkəni bürüdü. Osmanın göstərişi ilə Mədinədən sürgün edilmiş Əbuzər Qəffari məclislərdə açıq-aşkar Osmanın əməllərini pisləyir, onun yolunu azdığını e’lan edirdi.
    Osman bəni-Üməyyəyə böyük səxavət göstərirdi. Təkcə Mərvan ibn Həkəm və Zeyd ibn Sabitə beytül-maldan yüz min dinar hədiyyə vermişdi. Bunu eşidən Əbuzər öz e’tiraz səsini qaldırmışdı. Bu səbəbdən də Osman onu Şama sürgün etmişdi. Əbuzərin sözləri Osmanı çox qəzəbləndirmişdi. Əbuzər bir məclisdə xalqdan soruşmuşdu: «Caizdirmi ki, vali müsəlmanların beytül-malından başqasına borc versin?» Kə’bul-əhbar demişdi: «Eybi yoxdur!» Əbuzər Kə’bul-əhbara üz tutaraq belə e’tiraz etmişdi: «Ey yəhudi kişi və qadının oğlu dinimizi sənmi bizə öyrədirsən?» Əbuzər əlindəki əsa ilə Kə’bul-əhbara bir zərbə vurmuşdu ki, başı yarılmışdı. Bu səbəbdən Osman onu Mədinədən çıxarıb Şama göndərmişdi. Deyilənlərə görə Əbuzər orada Osman və Müaviyədən əl çəkməmiş, xalq arasında bu adamların iç üzünü açmaqla məşğul olmuşdu. Müaviyə onu zindana salmış və Osmana məktub yazaraq bildirmişdi ki, Əbuzər xalqı sənin əleyhinə qaldırmaqla məşğuldur. Osman Müaviyəyə göstəriş vermişdi ki, Əbuzəri yalın dəvəyə mindirib işgəncə ilə Mədinəyə göndərsin. Müaviyə Osmanın tapşırığını yerinə yetirmişdi.
    Əbuzər Mədinəyə gətirildikdən sonra Osman ona dedi: «Eşitdim ki, Şamda mənim ziddimə sözlər danışırsan». Əbuzər dedi: «Nə demişəmsə, düz demişəm. Mən bir müsəlmanam və öz əmr be mə’ruf və nəhy əz münkər vəzifəmi yerinə yetirirəm». Osman Əbuzərlə mübahisə gücünə malik olmadığından onu Rəbəzəyə sürgün etdi. Hətta Mərvana göstəriş verdi ki, Əbuzər şəhərdən çıxarkən kimsə onu müşayiət etməməlidir. Əksəriyyət Osmanın qorxusundan Əbuzərlə görüşə gəlməsə də, həzrət Əli və bəni-haşimdən bir neçə nəfər başqası Əbuzəri yola salmağa gəldilər, onu ağuşlarına almaqla məhəbbətlərini bildirdilər. Əbuzər Rəbəzəyə çatdıqdan bir müddət sonra dünyasını dəyişdi.
    Tarixçilərin yazdığına görə, Misir əhlindən bir qrupu Mədinəyə gəlib, Osmana qarşı çıxdılar. Təhlükə hiss edən Osman həzrət Əlidən (ə) kömək istədi. Həzrət Əli (ə) misirlilərə buyurdu: «Siz haqqı ayağa qaldırmaq üçün qiyam etmisiniz. Amma Osman sizinlə rəftarından peşiman olub və tövbə edib. O, söz verir ki, üç gün müddətində zalım hakiminizi dəyişəcək və istəklərinizi yerinə yetirəcək». Bundan sonra Osmanla misirlilər arasında müqavilə imzalandı. Misirlilər geri qayıdarkən yolda Osmanın Misirə doğru tələsik hərəkət edən qulamını gördülər. Onlar bu işdən şübhələndilər və qulamı saxlayıb onda axtarış apardılar. Osmanın qulamında Misir hakiminə ünvanlanmış məktub tapıldı. Osman Misir valisinə yazırdı: «Allahın adı ilə. Əbdürrəhman ibn Udəys Misirə çatanda ona yüz şallaq vur, başını və saqqalını qırx və uzun müddətə zindana sal. Bu hökmü Əmr ibn Huməq, Sudan ibn Həmran, Ürvə ibn Nəba haqqında da icra et». Misirlilər qəzəblənərək yenidən Osmanın yanına qayıtdılar və onu bu xəyanətinə görə təqsirləndirdilər. Osman belə bir məktub yazdığını inkar etdi və hər şeyi qulamın boynuna atdı. İddia etdi ki, qulam onun dəvəsini də oğurlayıb. misirlilər Osmanın hər sözə qarşı bir bəhanə gətirdiyini görüb onu xilafətə layiq bilmədiklərini söylədilər. Onlar Osmanın iste’fasını tələb edirdilər. Nəhayətdə, misirlilər məclisi qəzəblə tərk etdilər.("Tarixe-Təbəri" c.3, səh.402)
    Osmanın analığının qardaşı Vəlid ibn Uqbəni Kufəyə vali tə’yin etmişdi. Vəlid daim sərxoşluqla məşğul olan bir adam idi. Bir gün o sərxoş vəziyyətdə məscidə gəlib, sübh namazında pişnamaz dayanmış və iki rəkət əvəzində dörd rəkət namaz qılmışdı. Əbdüllah ibn Məs’ud ona rişxənd edərək demişdi: «Əmr öz səxavətini göstərdi və namazda da hədiyyə etdi».
    Kufədən Mədinəyə gəlmiş nümayəndə hey’əti Osmanla görüşüb onun nümayəndəsinin sərxoşluğu haqqında şikayət etdi. Onlar Vəlidin işdən kənarlaşdırılmasını tələb edirdilər. Osman dedi: «Siz ona böhtan atırsınız». Xəlifə Kufədən gələnlərin şikayətinə baxmaq əvəzinə onlara şallaq vurulmasını əmr etdi. Xalqa belə mə’lumat verdi ki, bu adamlar onun valisinə böhtan atdıqları üçün şər’i me’yarlarla cəzalandırılmışlar.
    Həzrət Əli (ə) Osmanın bu əməlinə e’tiraz edib buyurdu: «Sən günahkar əvəzində şahidi şallaqladın». Həzrət öz yetərli dəlilləri ilə xəlifəni onun ləyaqətsiz əməllərindən xəbərdar etdi. Nəhayət, Osman çarəsiz qalıb Vəlidi işdən kənarlaşdırdı və onun yerinə öz əmioğlusu Səid ibn Ası tə’yin etdi. Osman hətta Peyğəmbərin Mədinədən çıxarıb Taifə sürgün etdiyi Həkəm ibn As və onun oğlu Mərvan ibn Həkəmi Mədinəyə qaytarıb vəzirlik mənsəbinə qaldırdı. Hansı ki, bu adamları əvvəlki xəlifələr də Mədinəyə buraxmamışdılar. Nəticədə Osman müsəlmanların ciddi e’tirazları ilə qarşılaşdı.
    Osman əmisi oğlu Əbdüllah ibn Amiri Bəsrə və İran hakimliyinə tə’yin etdi. Misir hakimliyi isə Əbdüllah ibn Sə’də tapşırıldı. Ömərin xəlifəliyi dövründə Şam hakimliyinə tə’yin olunmuş Müaviyə ibn Əbu-Süfyan Osmanın vaxtında öz yerini daha da möhkəmləndirdi və əzəmətli bir qəsr tikdi.
    Osmanın bütün ləyaqətsiz əməlləri onun öz zərərinə tamamlandı. Nəhayət, bəni-Üməyyə üzərində hökmü zəifləyən Osman hakimiyyət cilovunu əlindən verdi. Məsələn, Müaviyə belə bir fikrə düşdü ki, mərkəzi hökumətə tabeçilikdən çıxsın və Şamı müstəqil bir mərkəzə çevirsin. Ona görə də Osman qiyamçılar tərəfindən hədələndiyi vaxt Müaviyədən yardım istədikdə Müaviyə hiyləgərlik işlədərək ona heç bir yardım göstərmədi və nəticədə Osman qətlə yetirildi. Müaviyə Yezid ibn Əsədin başçılığı altında bir dəstə adamı Mədinəyə göndərsə də, onlara göstəriş verdi ki, Mədinənin təqribən səkkiz fərsəxliyində yerləşən Zi-xəşəb adlanan məhəldə dayansınlar və xüsusi göstəriş gələnədək gözləsinlər. Amma həmin dəstə Osman öldürülənədək heç bir göstəriş almadı. Yalnız bu qətl baş verdikdən sonra onların geriyə dönməsi barədə əmr gəldi.
    Xilafətin vəziyyəti günbəgün ağırlaşırdı. Səhabələr Osmana nə qədər nəsihət verirdilərsə də, heç bir faydası olmurdu. Bir dəfə də həzrət Əli (ə) müsəlmanlar tərəfindən nümayəndə olaraq Osmanın yanına getdi. Ona xeyirxahcasına nəsihətlər verdi, bu özbaşınalığın çox pis nəticələnəcəyi barədə xəbərdarlıqlar etdi. Amma Osman bu sayaq sözləri dərk etmək qüvvəsində deyildi. Hətta bir dəfə minbərə qalxaraq xalqı onun e’tirazları müqabilində hədələdi və öz valilərini müdafiə etdi.
    Mədinə əhalisi vəziyyəti belə görüb çox qəzəbləndi. Küçələrdə açıq-aşkar Osman haqqında pis sözlər danışılırdı. Xalqın qəzəbini Təlhə, Zübeyr, Ayişə və Həfsə daha da qızışdırırdılar. Nəhayət, bu qiyam Osmanın evinin mühasirəyə alınması ilə nəticələndi.
    Osman başa düşdü ki, Mədinə müsəlmanları ondan əl çəkən deyil. O, bəni-Üməyyə başçılarını bir yerə toplayıb onlarla məsləhətləşdi. Osmanın müşavirləri ona təklif etdilər ki, ətrafdan kömək istəsin, Şam və Bəsrə qoşununu Mədinəyə gətirib qiyamçıları yerində oturtsun.
    Osman dərhal Şam və Bəsrə valiləri olan Müaviyə və Əbdüllah ibn Amirə bu barədə mə’lumat verdi. Əbdüllah Bəsrə məscidinə gedib, xalqı Osmana köməyə çağırdı. Amma kimsə onun istəyinə müsbət cavab vermədi. Müaviyə də yuxarıda qeyd olunduğu kimi bu işə ciddi yanaşmadı.
    Müsəlmanlar Osmanın evinin mühasirəsini saatbasaat gücləndirirdilər. Belə ki, Osmanın ətrafla əlaqəsi tamamilə kəsilmişdi. Evdə içməli su qurtardığından Osman çarəsiz qalıb evin damına çıxmış və Əlinin (ə) harada olduğunu soruşmuşdu. Ona cavab verdilər ki, Həzrət Əli (ə) bu işə qarışmır. Sonra Osman su istədi. Amma ona müsbət cavab verilmədi. Osmanın susuz qalması barədə eşidən Həzrət Əli (ə) narahat oldu. Həzrət dərhal bir neçə məşk su hazırlayıb oğlu Həsənlə (ə) Osmana göndərdi. Həsəni (ə) haşimilər müşayiət edirdilər. Osmanın evini mühasirəyə alanlar bu qrupa hücum edib onlara mane olmaq istədilər. Amma Həsən və onun ətrafındakılar suyu Osman və onun ailəsinə çatdıra bildilər.
    Müsəlmanlar elə güman edirdilər ki, onlar Osmanın iste’fa verməsinə nail ola biləcəklər. Ona görə də onlar növbəti xəlifənin kimliyi haqqında düşünürdülər. Hansı ki, nə Osman, nə də bəni-Üməyyə hakimiyyəti əldən vermək fikrində deyildi.
    Qiyamçılar Osmanın Şam və Bəsrədən qüvvə istədiyindən xəbər tutdular. Ona görə də kömək gəlib çatmamış öz məqsədlərini həyata keçirmək istədilər. Nəhayət, müzakirələrdən sonra Osmanın sarayına hücum edib, səksən iki yaşlı xəlifəni qılınc və xəncər zərbələri ilə qətlə yetirdilər.
    Osmanın qətli hicri 35-ci ildə baş verdi. Beləcə iyirmi beş illik çaşqınlıq yolu zahirən başa çatdı. Amma həmin dövrün acı nəticələri həmişəlik olaraq İslam və müsəlmanların ayağından asıldı.
    XƏLİFƏ SEÇİMİ
    Osman qətlə yetirildikdən sonra müsəlmanlar Peyğəmbər məscidində toplanıb, xəlifə tə’yinatı haqqında söhbətə başladılar. Osmanın on iki illik fəaliyyəti onlara bir dərs olmuşdu. Yekdil qərar bu idi ki, xilafət işləri onun öhdəsindən tam gələcək bir adama tapşırılsın.
    Əmmar Yasər, Malik Əştər, Rəfaə ibn Rafe və digər Əli aşiqləri xalqı həzrətə bey’ətə hazırlayırdılar. Bu adamlar əvvəlki xəlifələrin fəaliyyətini dəqiq şəkildə təhlil edərək, onların Əlinin (ə) xəlifəliyi haqqında Peyğəmbər göstərişindən çıxdıqlarını müsəlmanların nəzərinə çatdırırdılar. Müsəlmanlara həzrət Əlinin (ə) mücahidələri və Peyğəmbərlə yaxınlığı xatırladılırdı. Nəhayət, ictimai fikiri bir sıra həqiqətlərə yönəltmək mümkün oldu. Belə ki, onların sözünün sonunda həm mühacirlər, həm də ənsar yekdil olaraq Əliyə (ə) bey’ət etməyə hazır oldular. Toplum məsciddən çıxaraq həzrət Əlinin (ə) evinə üz tutdu. Onlar Əliyə (ə) dedilər: «Ya Əli, Osman qətlə yetirildi və müsəlman cəmiyyəti xəlifəsiz qaldı. Əlini ver, sənə bey’ət edək. Bu məqama səndən layiqli birisi yoxdur. Bütün müsəlmanlar səmimi qəlbdən sənə bey’ət etməyə hazırdırlar».
    Həzrət Əli (ə) buyurdu: «Əl çəkin və bu iş üçün başqa birini seçin. Mən də sizlərdən biri kimi ona itaət edərəm. Sizə vəzir olmağım əmir olmağımdan daha üstündür». Müsəlmanlar dedilər: «Peyğəmbərin səhabələri onların də’vətini qəbul etməyini istəyirlər». Əli buyurdu: «Sizdə mənim xəlifəliyimə dözmək taqəti yoxdur. Tez-gec məndən üz döndərərsiniz. Çünki xilafət məsələsi sadə və adi bir məsələ deyil. Xəlifəlik onu öhdəsinə götürəni əzən ağır bir yükdür. Bu iş adamın aramlığını və asayişini əlindən alır. Mən ayağımı həqiqət dairəsindən kənara qoyan deyiləm. Müxtəlif təbəqələrə görə haqqı ayağım altına alan, böyüklərin tə’siri altına düşən deyiləm. Məzlumun haqqını zalımdan alanadək canım sakitləşməz. Asilərin burnunu torpağa sürtənədək özümdən razı qala bilmərəm».
    Həzrət Əli (ə) nə qədər danışdısa da, müsəlmanlar ondan əl çəkməyib itaətkarlıqlarını izhar etdilər. Malik Əştər həzrətə yaxınlaşıb dedi: «Ya Əbəl-Həsən, xalq səndən başqasını istəmir, ayağa qalx. And olsun Allaha, əgər yubanıb bir kənarda dayansan, öz şər’i haqqını dördüncü dəfə itirəcəksən». Bu vaxt müsəlmanların yekdil fəryadı ucaldı: «Səndən ayrılmırıq və sənə bey’ət edirik». Həzrət buyurdu: «Bir halda ki, israr edirsiniz, məscidə toplanıb öz bey’ətinizi aşkarlamaqdan başqa çarə yoxdur. Bu bey’ət müsəlmanların razılığı ilə və ümumi şəkildə gerçəkləşməlidir».
    Müsəlmanlar Peyğəmbər məscidində toplandılar və böyük həvəslə həzrətə bey’ət etdilər. Hətta özləri haqqında çox böyük fikirdə olan Təlhə və Zübeyr kimiləri də hökumətdən imtiyazlar qoparmaq məqsədi ilə Əliyə bey’ət etdilər. Belə ki, həzrətə ilkin bey’ət edən Təlhə oldu. Amma Sə’d Vəqqas, Əbdüllah ibn Ömər və bir qrup başqaları bey’ətdən çəkindilər. Həzrət Əliyə (ə) bey’ət etməyən Əbdüllah ibn Ömər sonralar Həccac ibn Yusif öz müxaliflərini tə’qib etdiyi vaxt qorxusundan onun hüzuruna gəlib bey’ət etmək istədiyini bildirdi. Həccac ona dedi: «Sən Əliyə (ə) bey’ət etmədin, necə olur ki, mənə bey’ət etmək istəyirsən? Səni bu fikirə salan yalnız dar ağacından asılmış cəsədlərdir. Görürsən ki, əlim yazı yazmağa məşğuldur. Əgər istəyirsən, ayağıma bey’ət et». Əbdüllah ibn Ömər də Əlini açıb Həccacın ayağına uzatdı və ona bey’ət etdi.
    Həzrət Əli (ə) bey’ət mərasimindən sonra bir xütbə oxuyaraq buyurdu: «Bilin ki, həzrət Peyğəmbərin zamanı olduğunuz çətinliklər yenidən sizin sorağınıza gəlib. And olsun Peyğəmbəri haqq olaraq göndərənə, düzgün olaraq bir-birinizə qatılmalı və sınaq ələyindən keçməlisiz ki, geridə qalmış fəzilət sahibləri qabağa çıxsınlar və nahaqdan qabaqda duranlar arxaya keçsinlər».
    Günahlar harın atlar kimidirlər. Onlar batil və günah əhli olan öz süvarilərini uçuruma yuvarladır. Təqva və pəhrizkarlıq isə cilovu süvarilərinin əlində olan ram olmuş dəvələr kimidirlər. Onlar öz sahiblərini behiştə çatdırarlar. Buna görə də təqva haqq, günah isə batil yoldur. Əgər batil əhli çoxdursa, elə bu qədimdən belə olub. Əgər haqq əhli azdırsa, bə’zən az olan da qabaqda dayana bilir və inkişafına da ümid var. Əlbəttə ki, insana arxa çevirmiş bir şeyin yenidən ona üz tutması təsadüfi işdir».
    Sonra həzrət Əli (ə) namaz qılıb evinə getdi. Səhəri gün məscidə gəlib xütbə oxudu və xalqı öz iş üsulundan, hakimiyyət proqramından xəbərdar etdi. Bu tanışlıqdan sonra Allaha həmd-səna oxuyub Peyğəmbərə (s) salam göndərdi və buyurdu: «Bilin ki, sizi haqq yola sövq edəcəyəm və uzun illər tərk olunmuş Peyğəmbər yolunu davam etdirəcəyəm. Sizə münasibətdə Allah kitabının göstərişlərini icra edəcək, Allah əmrləri və Peyğəmbər sünnəsindən zərrəcə kənara çıxmayacağam. Sizin asayişinizin tə’minini özüm üçün ilkin iş sayıram. Sizə münasibətdə görəcəyim hər bir iş xeyrinizədir. Amma bu xeyirxahlıq ümumi bir məsləhətdir. Mən bütün xalqı nəzərdə tutacağam, bir qrupu yox. Əvvəllər bu üsulun icrası sizə çətin gələ bilər. Amma dözümlü olun, çətinliyə səbr edin. Yaxşı bilirsiniz ki, nə xilafət tamahım var, nə də bu vəzifəni qəbul etmək istəyində idim. Qövmə rəhbərliyi sizin israrınızla öhdəmə götürdüm. Çünki xalqın gözü mənə dikilmişdi. Ona görə də haqq və ədalətlə rəftar etməliyəm. Mənim bildiyimə görə bə’ziləri böyük sərvətə, gözəl kənizlərə, bərəkətli torpaqlara malikdirlər. Əgər bu adamlar malik olduqları sərvəti haqq və dini ölçülərə əməl etmədən toplamışlarsa, mən onları məcbur edəcəyəm ki, sərvətlərini müsəlmanların beytül-malına qaytarsınlar. Bilməlisiniz ki, müsəlmanlar üçün təqvadan savay imtiyaz yoxdur. Bunun isə əvəzi o biri dünyada veriləcək. Beytül-malın bölünməsində bütün müsəlmanlar nəzərimdə eynidir. Hakimiyyətimin əsasını ədalət və bərabərlik təşkil edir. Çarəsiz məzlumlar nəzərimdə əziz, güclü zalımlar isə zəifdirlər».
    Ərəb böyükləri, xüsusi ilə də bəni-Üməyyə Osmanın xilafəti dövründə beytül-malı öz mülkləri sayırdılar. Onlar gözlənilməz bir vəziyyətlə üzləşmişdilər. Onlar güman etmirdilər ki, Əli (ə) belə bir tərzdə danışar. Həzrətdən belə bir ciddi münasibət gözləmirdilər. Peyğəmbərin vəfatından ötən iyirmi beş il ərzində hər şey yaddan çıxmışdı. Hökmlər icra olunmamış qalırdı. Yalnız həzrət Əli (ə) iyirmi beş illik hərc-mərclikdən sonra buyurdu: «Ərəb və əcəm, ağa və qul, qara və ağ İslam qanunları qarşısında eynidirlər. Beytül-mal tərəfsiz bölünməlidir». Başqa bir məqamda həzrət buyurmuşdur: «And olsun Allaha, Osmanın ona-buna bağışladığı torpaqları və mülkləri sahibinə qaytaracağam. Hətta həmin mal-mülklə qadınlar ərə verilmiş, satın alınmış olsalar belə. Çünki rifah və qurtuluş ədalətin icrası ilə mümkündür. Ədalət kimə ağır gəlsə, zülm-sitəm daha ağır gələsidir». Həzrət göstəriş verdi ki, Osmanın şəxsi mülkünü onun övladları üçün saxlasınlar. Beytül-maldan götürülənləri isə müsəlmanlar arasında bölsünlər. Bu bölgüdə hər şəxsə üç dinar düşdü. Azad olunmuş qul ilə ərəb əyanına eyni gözlə baxıldı.
    Qeyd etməliyik ki, həzrətin bu üsulu bir qrupa xoş gəlmədi. Cahiliyyət adətlərinə uyğun olaraq özlərini üstün tutanlar beytül-maldan daha çox pay almaq istəyirdilər. Onlar öz aralarında danışırdılar ki, xəlifə onların qohumluq, ailə ehtiramını alçaltmışdır. Deyirdilər ki, Əli (ə) bizi qara quldan fərqləndirmir. Onlar həzrətin tutduğu yolu özləri üçün dözülməz sayırdılar.
    Həzrət Əli (ə) yaxşı bilirdi ki, belə dünyagir insanların bey’əti uzun çəkməyəcək. Həzrət öncədən görürdü ki, belə nüfuzlu adamlar avam xalqı asanlıqla yoldan çıxarır və haqqa qarşı qaldırır. Elə bu səbəbdən də xilafət məqamını qəbul etmək istəmirdi.
    Həzrət Əli (ə) xəlifəlik fəaliyyətinin əvvəlində üç böyük maneə ilə qarşılaşdı.
    1.Əbdüllah ibn Ömər, Sə’d Vəqqas kimi tanınmış şəxslərdən bir qrupu həzrətə bey’ət etməmişdilər.
    2.Osmanın Müaviyə kimi valilərinin hər biri ölkənin bir guşəsində istədikləri kimi iş aparırdılar. Onları hakimiyyətdən uzaqlaşdırmağın çətinlikləri vardı.
    3.Osmanın qətli yenicə baş verdiyindən tüğyan və itaətsizliyə əl atanlar bu işi bəhanə gətirirdilər. Həzrət Əli (ə) Osmanı qətlə yetirənlərlə münasibəti aydınlaşdırmağa məcbur idi.
    Həzrət Əlinin (ə) qısa müddətli xilafəti dövründə onu məşğul edən əsasən bu üç problem oldu. Həzrətin xəlifəliyinin dördüncü günü Əbdüllah ibn Ömər həzrətə dedi: «Belə görünür ki, sənin xilafətindən bütün müsəlmanlar razı deyil. Yaxşı olar ki, bu məsələni şura icra etsin». Həzrət buyurdu: «Ey axmaq, bu işdən sənə nə? Məgər mən xəlifəlik məqamına çatmaq üçün xalqa ağız açmışam? Məgər mənim evimə izdihamla yürüş edən xalq olmayıbmı? Hansı əsasla deyirsən ki, bu məsələyə şura baxsın?» Sonra həzrət minbərə çıxdı və əhvalatı cəmiyyətə bəyan etdi. Xalqı Qur’an və Peyğəmbər göstərişlərinə itaətə çağırdı. Bey’ət edənlərin arasında bir qrupu da elə güman edirdi ki, Əlinin də xilafəti Osmanın xilafəti kimidir və həzrətə birinci bey’ət etdiklərindən yaxşı vəzifələr alacaqlar. Təlhə və Zübeyr də belə düşünənlər arasında idilər. Qeyd olunduğu kimi, həzrətə birinci bey’ət edən Təlhə olmuşdu. Bu bey’ət məqsədli idi. Həzrətin beytül-malı insanlara fərq qoymadan bölüşdürməsi onlara pis tə’sir edirdi.
    Səhl ibn Hənif dedi: «Ya Əmirəl-mö’minin, sənin üç dinar verdiyin qulu mən azad etmişəm. Sən bu gün öz ətalarında onunla mənim aramda fərq qoymursan». Təlhə, Zübeyr, Mərvan ibn Həkəm, Sə’d ibn As və başqa Qüreyşilər də bu sayaq sözlər söylədilər. Həzrət Əli (ə) bu e’tirazların qarşısında möhkəm dayanmışdı və yolundan dönəsi deyildi. Həzrət onların cavabında buyurdu: «Yoxsa hakimi olduğum şəxsə zülm-sitəm etməkdə yardımçı olmağımı istəyirsiniz? And olsun Allaha, nə qədər ki, gecə-gündüz get-gəldədir, ulduzlar səmada sıralanıb belə bir iş görməyəcəyəm. Hətta mənim şəxsi beytül-malım olsa da, onu fərqsiz böləsiyəm. Hansı ki, bu beytül-mal Allahındır və mən necə fərq qoya bilərəm?» Daha sonra həzrət buyurdu: «Bilin ki, hər hansı malı qeyri-həqiqi yolda sərf etmək israfdır. Düzgün sərf edilməmiş mal onu bağışlayana dünyada ucalıq, axirətdə alçaqlıq gətirər. Belə insanlar xalq yanında hörmətli, Allah yanında isə hörmətsiz olarlar. Malını tə’yinatı üzrə xərcləməyən bütün insanlar təşəkkürdən məhrum edildilər. Çünki onların dostluğu Allaha görə deyildi. Əgər bir gün həmin insanlara ehtiyac yaranarsa, onlar ən pis dost kimi rəftar edərlər. Həzrət Əlinin (ə) xəlifəliyinin ilk günlərində Təlhə və Zübeyr ona e’tiraz edərək bildirdilər: «Biz xalqı sənin xəlifəliyinə rəğbətləndirib bey’ət üçün hazırladıq. Mühacir və ənsar da bizə qulaq asdı və hamısı sənə bey’ət etdi. İndi isə iş başına keçib bizi yaddan çıxarmısan, Malik Əştər və onun kimilərinə üz tutmusan. Həzrət Əli (ə) həmin iki şəxsin göndərdiyi elçidən onların məqsədlərini soruşdu. Elçi ərz etdi: «Təlhə Bəsrənin, Zübeyr isə Kufənin hakimi olmaq istəyir». Həzrət Əli (ə) buyurdu: «Onlar Mədinədə heç bir məqama sahib olmadıqları halda məni rahat buraxmırlar. Əgər Bəsrə və Kufə onların əlinə keçsə, xalqı mənə qarşı qaldırar, dini işlərdə intizamsızlıq yaradarlar. Mən onların şərindən amanda deyiləm. Bu iki qocaya de ki, Allah və rəsulundan qorxsunlar, Peyğəmbər ümməti arasında fəsad yaratmasınlar. Yəqin ki, Allah-təalanın belə buyurduğunu eşidiblər: «Biz bu axirət yurdunu yer üzündə təkəbbür etməyən və fitnə-fəsad törətməyənlərə qismət edirik. Gözəl aqibət ancaq Allahdan qorxub pis əməllərdən çəkinənlərindir». ("Qəsəs" 83)
    Təlhə və Zübeyr həzrət Əlinin (ə) sözlərindən belə bir qənaətə gəldilər ki, onun ədalətli hakimiyyətində imtiyaz və məqam istəmək faydasız bir işdir və öz arzularını həyata keçirmək üçün başqa yol axtarmalıdırlar.
    Digər bir tərəfdən həzrət Əli (ə) xalqın bey’ətindən sonra qərara gəldi ki, ilk fürsətdə Osmanın ləyaqətsiz hakimlərini işdən uzaqlaşdırsın. Bu adamların yerinə saleh adamlar tə’yin olunmalı idi. Bu məqsədlə həzrət Əli (ə) Müaviyə ibn Əbu Süfyana məktub yazıb, onu öz xilafətindən xəbərdar etdi və bey’ət etməsini istədi.
    Amma özü xəlifəlik arzusunda olan Müaviyə Əlinin məktubunu Şam əhlindən gizlədi, xalqdan özü üçün bey’ət aldı. Hətta həzrətin məktubuna da cavab vermədi. O, cavabı yubandırmaqla öz məqsədlərini həyata keçirmək üçün fürsət əldə etdi.
    Planlarını gerçəkləşdirmək üçün daha çox fürsət əldə etmək istəyən Müaviyə bu məqsədlə həzrət Əliyə (ə) qarşı başqalarını qaldırıb onun başını qatmaq istədi. Bu fikirlə Zübeyrə məktub yazdı və bildirdi ki, Şam əhlindən Təlhə və Zübeyrin növbə ilə xilafəti üçün bey’ət alıb. Müaviyə onlara tövsiyə edirdi ki, Əlidən (ə) qabaq Bəsrə və Kufəni ələ keçirsinlər və Osmanın qanını almaq bəhanəsi ilə Əliyə (ə) qarşı müharibəyə başlasınlar.
    Müaviyənin məktubu Zübeyri tamahlandırdı və xəlvətdə Təlhə ilə görüşüb ona məktub haqqında mə’lumat verdi.("Kitabe-Cəməl" səh.29)
    Bə’zilərinin dediyinə görə, Müaviyə Zübeyrə məktub yazdı ki, Şam əhlindən öz xəlifəliyim üçün bey’ət almışam. Məndən sonra sən, səndən sonra isə Təlhə xəlifə olacaq.("Muntəxabut-təvarix" səh.177)
    Bəsrə və Kufənin valiliyi həvəsində olan Təlhə və Zübeyr heç olmaya bu arzularına çatmaq məqsədi ilə Müaviyəyə müsbət cavab verdilər. Onlar Əli (ə) ilə müxalifətə başlayıb həzrətlə düşmənçilik yolu tutdular. Müaviyənin məsləhətinə qulaq asaraq bu işdə Osmanın qətlini bəhanə gətirmək qərarına gəldilər. Onlar Mədinədən çıxıb, Məkkəyə getdilər və Məkkədə həzrət Əlinin digər düşmənləri ilə, o cümlədən Mərvan ibn Həkəm və Ayişə ilə bir araya gəldilər. Bu adamlar öz toplantılarında Cəməl döyüşünün planını hazırladılar.
    Category: Əli əleyihissalam kimdir? | Added by: Islam_Kitabxanasi
    Views: 900 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024