İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:47 AM
    SEÇKİ YOLU İLƏ OLAN XİLAFƏT MƏSƏLƏSİ VƏ ONUN ŞİƏLİK NƏZƏRİYYƏSİ İLƏ ZİDD OLMASI
    Şiələr inanırdılar ki, Allahın kitabında və Peyğəmbərin (s) sünnəsində bəyan olunan islam şəriəti qiyamətə qədər öz qüvvəsində qalmalıdır və onda heç bir dəyişiklik edilə bilməz.(Allah-taala Öz kəlamında buyurur: "Quran əziz bir kitabdır ki, batil heç vaxt, nə öndən, nə arxadan ona yol tapa bilməz.” "Fussilət” surəsi, ayə-41-42 Yenə buyurur: "Allahdan başqa heç kəs hökm edə bilməz.” ("Yusif” surəsi, ayə-67) Yəni şəriət – yalnız Allahın təyin etdiyi şəriət və qanunlardır ki, nübuvvət yolu ilə insanlara çatdırılmalıdır. ("Əhzab” surəsi, ayə-40) Bu ayə ilə nübuvvətin və şəriətin Peyğəmbər vasitəsilə sona çatdırıldığı elan edilir. "Hər kəs Allahın hökmi əsasında hökm etməsə kafirdir.” ("Maidə” surəsi, ayə-44) )
    İslam hökuməti heç bir üzr gətirməklə şəriət qanunlarının icrasından boyun qaçıra bilməz. Onun yeganə vəzifəsi zamanın tələbi olan bəzi işlərdə məsləhəti nəzərə alaraq, şəriət qanunları çərçivəsində şura yolu ilə müəyyən qərarlar çıxarmaqdır; lakin bu hadisənin gedişatında şiələrin siyasət xatirinə etdikləri beyət məsələsindən və həmçinin Peyğəmbərin (s) ömrünün son anlarında baş verən "kağız-qələm” hadisə-sindən aydın olurdu ki, xilafətin seçki yolu ilə olmasının tərəfdarları və onun icraçıları ilahi kitabın bir əsas qanun kimi qorunub saxlanmasını zəruri hesab edir və ona etiqad bəsləyirdilər. Onların nəzərinə görə Peyğəmbərin sünnəsi və buyurduğu kəlamlar belə bir əsalətə malik deyildir; o həzrətin vəfatından sonra onlar sabit qalmır və öz etibarını əldən verir. Onlar inanırdılar ki, islam hökuməti məsləhət bildiyi yerlərdə onları icra etməyə bilər. Bu nəzəriyyə sonralar səhabə barəsində nəql olunan bir çox rəvayətlərlə qüvvətləndirildi.(Onlar deyirdilər ki, səhabələr müctehiddirlər; öz ictihadlarında düzgün qərar çıxarsalar onlara savab verilər, xətaya yol verdikdə isə üzürlü hesab olunarlar. ) Bu nəzəriyyənin ən bariz nümunəsi xəlifənin tanınmış bir sərkərdəsi olan Xalid ibni Vəlidin törətdiyi üzdəniraq hadisə idi; o, məşhur səhabə olan Malik ibni Nüveyrənin evində qonaq kimi gecələyərkən onu qəfildən öldürdü, başını kəsib ocağda yandırdı və həmin gecə də onun arvadı ilə zina etdi! Bu rüsvayçı cinayətlərin ardınca xəlifə onun hökumətində Xalid kimi sərkərdəyə ehtiyac olduğunu bəhanə edərək, onun barəsində şəriət hökmünü icra etmədi!!("Tarixi Yəqubi”, 2-ci cild, səh-110, Əbil Fidanın tarixi, 1-ci cild, səh-158 )
    Həmçinin xumsu Peyğəmbər (s)-in Əhli-beytindən və o həzrətin yaxın adamlarından kəsdilər.("Bilin ki, hər nəyi qənimət olaraq götürsəniz onun beşdə biri Allaha, Onun rəsuluna və Peyğəmbərin yaxın adamlarına məxsusdur.” ("Ənfal” surəsi, ayə-41) )Peyğəmbəri-Əkrəmin (s) hədislərinin yazılması birdəfəlik qadağan olundu. Hər hansı bir yerdə yazılı hədis tapılsaydı, yaxud bir kəsdən alınsaydı onu zəbt edib yandırırdılar.(Əbu Bəkr öz xilafəti dövründə 500 hədis yazılan vərəqələri cəm etdi. Ayişə deyir: Bir gecə sübhə qədər atamın iztirablı olduğunu gördüm, sübh mənə dedi: O hədisləri gətir!” Sonra onların hamısını yandırdı. ("Kənzül-ümmal”, 5-ci cild, səh-237) Ömər bütün şəhərlərə yazdı: "Hər kimdə hədis varsa onu məhv etsin.” ("Kənzül-ümmal”, 5-ci cild, səh-237) )
    Məhəmməd ibni Əbi Bəkr deyir: Ömərin dövründə hədis çoxaldı, hədislər onun yanına gətirildikdə onların yandırılmasını əmr etdi.(Təbəqati ibni Səd”, 5-ci cild, səh-140 )
    Bu qadağanlar raşidi xəlifələrinin dövründən əməvi xəlifəsi Ömər ibni Əbdül Əzizin zamanına qədər (99-102) davam etdi.
    İkinci xəlifənin hakimiyyəti dövründə (13-25) bu siyasət daha qabarıq şəkildə büruzə gəldi və xəlifə şəriətin bəzi hökmlərini, o cümlədən "təməttö həcci”ni, "mütə nikahı”nı və azanda "həyyə əla xəyril-əməl” cümləsinin deyilməsini qadağan etdi, bir görüşdə üç təlağın qanuni hökm olmasına icazə verdi və s.(Peyğəmbər (s) həccətul-vidada Məkkədən uzaqda yerləşən məntəqələrdən gələn hacılar üçün "fəmən təməttəə bil-ümrəti iləl-həcci...” ayəsinə əsasən həcc əməlini xüsusi şəkildə bəyan etdi. Ömər isə öz xilafəti dövründə onu qadağan etdi. Həmçinin Peyğəmbərin (s) dövründə mütə (müvəqqəti izdivac) adi bir iş idi, lakin Ömər öz xilafəti dövründə onu qadağan etdi, bu əmrin əksinə gedənlərin daş-qalaq olunması hökmünü verdi. Həmçinin Rəsuli-Əkrəmin (s) dövründə namazda "həyyə əla xəyril-əməl” (yəni əməllərin ən yaxşısı olan namaz üçün tələsin) deyilirdi. Lakin Ömər dedi: "Bu kəlmə camaatın cihada getməsinin qarşısını alır”; sonra bu cümlənin deyilməsini qadağan etdi! Həmçinin Peyğəmbəri-Əkrəmin (s) dövründə o həzrətin öz göstərişi əsasında bir yığıncaqda bir təlaqdan artığı gerçəkləşmirdi, lakin Ömər bir məclisdə üç təlağın qanuni hökm olmasına icazə verdi!!! Qeyd olunan hadisələr sünnü və şiələrin məşhur hədis, fiqh, kəlam kitablarında qələmə alınmışdır. )
    İlk dəfə olaraq onun xilafəti dövründə beytül-mal camaatın arasında ədalətsiz şəkildə bölünməyə başladı. Bu da sonralar müsəlmanların arasında dəhşətli sinfi ziddiyyətlər və qanlı çəkişmələr yaratdı. Onun xilafəti dövründə Müaviyə Şamda padşahlara məxsus olan səltənət üsul-idarəsini tətbiq etdi, xəlifə də onu "ərəblərin kəsrası” adlandırdı və heç vaxt ona etiraz etmədi.
    İkinci xəlifə 23-cü hicri-qəməri ilində iranlı bir qulun əli ilə öldürüldü. Onun öz göstərişi ilə təsis olunan altı nəfərlik şuranın rəyinə uyğun olaraq, üçüncü xəlifə müsəlmanların rəhbərliyini öz öhdəsinə götürdü. O, öz xilafət illərində əməvi sülaləsindən olan qohum-əqrəbalarını xalqa hakim etdi, Hicazda, İraqda, Misirdə və s. islam ölkələrində rəhbərlik işini onlara həvalə etdi.("Tarixi Yəqubi”, 2-ci cild, səh-150, Əbil Fidanın tarixi, 1-ci cild, səh-168; "Tarixi Təbəri”, 3-cü cild, səh-377 və s.)
    O, bir çox qanunsuz hərəkətlərin bünövrəsini qoydu, aşkar şəkildə zülm, günah və əxlaqsızlıq etməyə, islamın cari qanunlarını pozmağa başladı; şikayətlər hər tərəfdən sel kimi xilafət mərkəzinə gəlməyə başladı. Lakin öz əməvi kənizlərinin, xüsusilə Mərvan ibni Həkəmin təsiri altına düşən xəlifə o şikayətlərə məhəl qoymur və bəzən də şikayətçiləri təqib edib onlara müxtəlif yollarla təzyiq göstərilməsinə əmr verirdi.(Misir əhalisindən bir dəstə camaat Osmanın əleyhinə qiyam etdi. Osman təhlükə hiss etdiyi zaman Əli (ə)-dan kömək istəyərək peşman olduğunu bildirdi. Əli (ə) misirlilərə buyurdu: Siz haqqı dirçəltmək üçün qiyam etmisiniz. Osman tövbə edərək öz keçmiş əməllərindən peşman olduğunu deyir və bildirir ki, üç gün ərzində sizin istəklərinizi yerinə yetirəcək, zalım valiləri işdən çıxaracaq. Əli (ə) Osmanın tərəfindən onlar üçün müqavilə yazdı və onlar öz vətənlərinə qayıtdılar. Yol əsnasında Osmanın qulamını onun dəvəsinə minib Misrə tərəf getdiyini gördükdə onun barəsində şübhəyə düşüb axtardılar. Osmanın Misir valisinə yazılmış bir məktubunu tapdılar: "Allahın adı ilə! Əbdürrəhman ibni Ədis sənin yanına gələndə ona yüz şallaq vur, üzünü və başını qırx, uzun müddətli zindana sal. Bu əməli Əmr ibni Həməq, Sovdan ibni Həmran və Ürvət ibni Nəbağın barəsində də icra et!!” Bu məktubu alıb qəzəbləndilər və yenidən Osmanın yanına qayıdıb dedilər: Sən bizə xəyanət etmisən! Osman bu məktubu özünün yazdığını inkar etdikdə dedilər ki, sənin qulamın bu məktubu aparırdı. Osman dedi ki, o, bu işi mənim icazəm olmadan görmüşdür. Dedilər ki, axı o, sənin dəvənə minmişdi?! Cavab verdi ki, mənim dəvəmi oğurlamışdır. Dedilər: Məktub sənin katibinin vasitəsilə yazılmışdır. Cavab verdi ki, mənim icazəm və xəbərim olmadan bu işi görmüşdür. Dedilər: Belə isə sən xilafətə layiq deyilsən, gərək istefa verəsən. Çünki əgər bu iş sənin icazənlə olmuşsa xəyanətkarsan, yox əgər belə mühüm işlər icazən və xəbərin olmadan baş vermişsə sən ləyaqətsizsən, bununla ləyaqətsiz olduğun sübuta yetir və hər bir halda ya istefa verməlisən, ya da zalım valilərini işdən kənarlaşdırmalısan. Osman dedi: Əgər mən sizin istəyinizə uyğun əməl etsəm onda siz hakim sayılırsınız; bu halda mən nəçiyəm? Onlar qəzəblə məclisdən qalxdılar. "Tarixi Yəqubi”, 2-ci cild, səh-150-151 ) Nəhayət hicri tarixi ilə 35-ci ildə onun əleyhinə qiyam baş verdi; bir neçə gün davam edən mühasirə və çarpışmalardan sonra xəlifə öldürüldü.
    Üçüncü xəlifə öz xilafəti dövründə başda onun əməvi qohumlarının rəisi olan Müaviyə olmaqla, Şam hökumətini günbəgün möhkəmlətdi və həqiqətdə xilafətin təməllərini Şamda təmərküzləşdirdi; artıq Mədinədə yerləşən xilafət mərkəzi formal xarakter daşımağa başlayırdı.
    Birinci xəlifə xilafət məqamına səhabələrin əksəriyyətinin seçkisi ilə, ikinci xəlifə birinci xəlifənin vəsiyyəti ilə, üçüncü xəlifə isə üzvləri və proqramı ikinci xəlifə tərəfindən təyin edilən altı nəfərlik şuranın vasitəsilə seçildi. İslam hökuməti üç xəlifənin üst-üstə 25 ildən artıq davam edən hakimiyyət illərində xəlifənin məsləhət və ictihadı əsasında idarə olunurdu. İslam maarifi yalnız Quran oxumaqla bitirdi; özü də təfsir olunmadan, yaxud heç bir araşdırma aparılmadan. Peyğəmbərin (s) sözləri (hədisləri) də kağız üzərinə gəlmədən, şifahi şəkildə söylənilməklə rəvayət olunurdu.
    Yazı yazmaq yalnız Qurana məxsus idi və bu iş hədis barəsində qadağan edilmişdi.("Tarixi Yəqubi”, 2-ci cild, səh-113) Hicri tarixi ilə 12-ci ildə qurtaran Yəmamə müharibəsində Quran qarilərindən bir dəstəsi qətlə yetirildi; Ömər ibni Xəttab birinci xəlifəyə təklif etdi ki, Quran ayələri bir müshəfdə yazılaraq bir yerə toplansın. O deyirdi ki, müharibə baş versə və sair Quran qariləri də öldürülsə, artıq Quran məhv olub aradan gedəcəkdir. Buna əsasən Quran ayələrini bir cilddə toplayaraq kitab halına salmalıyıq.("Tarixi Yəqubi”, 2-ci cild, səh-111 )
    Onlar Quran barəsində belə bir qərar çıxardılar, lakin, Quranın bəyanedicisi olan Peyğəmbər (s) hədisləri haqda heç bir tədbir görmədilər, (daha doğrusu əks tədbir gördülər. O həzrətin kəlamları Qurandan da artıq təhlükə ilə üzbəüz olduğu halda onu yazmağı qəti şəkildə qadağan etdilər.) Onlar, mənalarında baş veriləcək nöqsanlardan – artırıb-azaldılmaq, qondarma və unutqanlıq kimi təhlükələrdən amanda deyildi. Bu dövrlərdə nəinki hədisin qorunub saxlanılmasına azacıq diqqət yetirilmirdi, hətta onun yazılması belə qadağan edilmişdi, ələ düşən hər bir hədisi də yandırırdılar.
    Az bir müddət ərzində iş o yerə çatdı ki, hətta islamın zəruri məsələlərindən olan namaz barəsində belə, bir-biri ilə zidd olan çoxlu rəvayətlər nəql olundu. Bu müddət ərzində elmin digər sahələrində heç bir tədbir görülmədi, Quran ayələri və Peyğəmbərin (s) kəlamlarında elmin müqəddəsliyi, onun öyrənilməsinə olan təkid və təşviqlər görünməz oldu. Xalqın əksəriyyəti ardıcıl fəthlər və hər tərəfdən sel kimi axaraq Ərəbistan yarmadasına gələn qənimətlərlə məşğul idi. Artıq, başda Əli (ə) olmaqla, Peyğəmbər sülaləsinin elminə azacıq da olsa etina olunmurdu. Halbuki, Peyğəmbər (s) Əli (ə)-ı islam maarifi və Quranın məna və məqsədləri barədə ən agah və bilikli şəxs kimi təqdim etmişdi. Hətta Quranın toplanması hadisəsində ona etina etmədilər, onun adını belə dilə gətirmədilər. (Halbuki, Peyğəmbərin (s) vəfatından sonra Əli əleyhissəlamın bir müddət evdə oturub Quranı bir yerə topladığını və onlar yenicə qərara gəlib görmək istədikləri işi çoxdan başa çatdırdığını bilirdilər.)("Tarixi Yəqubi”, 2-ci cild, səh-113; "Nəhcül-bəlağə”nin şərhi, (İbni Əbil Hədid), 1-ci cild səh-9. Çoxlu rəvayətlərdə qeyd olunur ki, Əbu Bəkr, ona beyət edildikdən sonra bir neçə nəfəri Əlinin (ə) yanına göndərib onun da beyət etməsini istədi. Əli (ə) cavab verdi ki, "mən namazdan başqa heç bir şey üçün evimdən çıxmamağı və evdə qalıb Quranı toplamağı əhd etmişəm.” Yenə də qeyd olunur ki, "Əli (ə) altı aydan sonra Əbu Bəkr ilə beyət etdi, səbəbi də bu müddətdə Quranı bir yerə toplaması idi.” Başqa bir rəvayətdə qeyd olunur ki, Əli (ə) Quranı müshəf şəklində bir yerə topladıqdan sonra dəvəyə yükləyib camaatın yanına gətirdi və onlara göstərdi. Həmçinin nəql olunur ki, Yəmamə müharibəsi (Quran ondan sonra bir yerə yığılmışdır) Əbu Bəkrin xilafətinin ikinci ilində baş verdi. Qeyd olunan mətləblər müshəfin bir yerə toplanması hadisəsini bəyan edən hədis və tarix kitablarında gözə çarpır.)
    Bu və bu kimi bir çox hadisələr Əli (ə)-ın ardıcıllarının öz əqidələrində daha da möhkəmlənməsinə, işlərin gedişatında daha artıq ayıq və tədbirli olmalarına, həmçinin öz fəaliyyətlərini günbəgün artırmalarına səbəb olurdu. Xalqın ümumi şəkildə təlim-tərbiyə işlərindən məhrum olan Əli (ə) bu işlərlə xüsusi şəkildə məşğul olur, ayrı-ayrı şəxslərin hazırlanmasında əlindən gələni əsirgəmirdi.
    Hicri tarixi ilə 25-ci ildə Əli (ə)-ın yaxın köməkçilərindən üç nəfəri (Salman Farsi, Əbuzər Ğifari və Miqdad) vəfat etdi. Lakin səhabələrdən böyük bir qrupu, Hicazda, Yəməndə, İraqda və s. yerlərdə olan səhabə və tabeinlərin əksəriyyəti Əli (ə)-ın ardıcıllarına qoşuldu; üçüncü xəlifənin öldürülməsindən sonra müsəlmanlar mümkün olan hər bir yolla o həzrətə beyət edərək onu xilafətə seçdilər.
    XİLAFƏTİN ƏLİ (Ə)-A ÇATMASI VƏ ONUN SEÇDİYİ YOL
    Əli (ə)-ın xilafəti hicri tarixi ilə 35-ci ilin axırlarında başlandı və təqribən 4 il beş ay davam etdi. Əli (ə) öz xilafəti dövründə Peyğəmbərin (s) siyrəsinə (üslub və davranışına) əməl edirdi.("Tarixi Yəqubi”, 2-ci cild, səh-154. )
    Əvvəlki üç xəlifənin dövründə şəriətdə baş verən dəyişikliklərin əksəriyyəti islah olunaraq əvvəlki hala qaytarıldı və ümmətin idarə olunmasını öhdəsinə alan nalayiq valilər işdən kənarlaşdırıldı.("Tarixi Yəqubi”, 2-ci cild, səh-155).  Həqiqətdə bunlar inqilabi bir hərəkat idi və təbiidir ki, bu prosesdə bir çox çətinliklər qarşıya çıxmalı idi.
    Əli (ə) xilafətə çatdığı ilk gündə camaata belə söyləyir: "Agah olun! Peyğəmbəri-Əkrəmin (s) besəti dövründə qarşılaşdığınız çətinliklər bu gün yenidən sizə tərəf qaytarılmış və yaxanızdan tutmuşdur. Hər şey dəyişdirilməlidir; geriyə çəkilmiş fəzilətli səhabələr üzə çıxmalı, nalayiq və yaramaz işlərə adət edənlər geri çəkilməlidir. (Haqq və batil; onların hər birinin sahibi vardır və hamı haqqa tabe olmalıdır). Batilin əksəriyyətə çevrilməsi təzə bir şey deyildir. Haqqın azlıqda olmasına gəldikdə isə, azlar da bəzən irəliləyir və onların da irəliləmək ümidi vardır. Əlbəttə, çox az hallarda insana arxa çevirən məsələ, yenidən ona üz gətirir.”("Nəhcül-bəlağə”, 15-ci xütbə )
    Əli (ə) başladığı inqilabi prosesi və islahat işlərini davam etdirirdi. Amma hər bir inqilabi hərəkatın təbiətinə uyğun olaraq, mənafeləri təhlükəyə düşən müxalif ünsürlər hər tərəfdən müxalifətçiliyə başlayıb "üçüncü xəlifənin intiqamını almaq” bəhanəsi ilə daxildə qanlı müharibələr törətdilər. Bu mübarizə və müharibələr təqribən Əli (ə)-ın xilafətinin əvvəlindən axırına qədər davam etdi. Şiələrin nəzərində bu daxili çarpışmaların əsil səbəbi şəxsi mənafelər və əldən getmiş mövqelərin yenidən qaytarılması marağı olub; üçüncü xəlifənin intiqamının alınması xalqı aldatmaqdan başqa bir şey deyildi, hətta bu barədə azacıq da olsa anlaşılmazlıq və şübhə yox idi.(Peyğəmbəri-əkrəmin (s) vəfatından sonra bir neçə nəfər Əli (ə)-a tabe olaraq Əbu Bəkrə beyət etməkdən imtina etdilər. Bunların başında tanınmış səhabə Salman, Əbuzər, Miqdad, Əmmar dayanırdı. Əli (ə)-ın xilafətinin əvvəllərində də çox az adam müxalifət ünvanı ilə beyətdən imtina etdilər. O cümlədən inadkar müxalif və qanun pozanlar olan Səid ibni As, Vəlid ibni Əqəbə, Mərvan ibni Həkəm, Əmr ibni As, Busr ibni Ərtat, Səmrət ibni Cündəb, Müğeyrət ibni Şöbə və s.-nin adını qeyd etmək olar. Bu iki dəstənin tarixinin araş-dırılması, onlardan baş verən əməllərə diqqət yetirilməsi, onların tarixində baş verilən hadisələr onların dini şəxsiyyətlərini və hədəflərini gözəl şəkildə bəyan edir. Birinci dəstə Peyğəmbəri-Əkrəmin (s) xas səhabələrindən, zahid, ibadətçi, fədakar və islami azadlıq sevənlər olub Peyğəmbər (s) tərəfindən xüsusi hörmətə layiq görülürdü. Peyğəmbər (s) buyurmuşdur: "Allah mənə xəbər vermişdir ki, O, dörd nəfəri sevir, mənə də əmr etmişdir ki, onları sevəm. Onların adını soruşduqda üç dəfə "Əli” - deyə buyurdu və sonra Salman, Əbuzər və Miqdadın adını çəkdi.” "Sünəni ibni Macə”, 1-ci cild, səh-66. Ayişə deyir: "Rəsuli-Əkrəm (s) buyurdu: "Əmmara hər vaxt iki iş əmr olunsa hökmən haqq və daha yaxşı olanını seçəcəkdir.” "Sünəni ibni Macə”, 1-ci cild, səh-66. Peyğəmbər (s) buyurmuşdur: "Asiman və yer arasında Əbuzərdən doğru danışan bir şəxs yoxdur.” "Sünəni ibni Macə”, 1-ci cild, səh-68. Bu böyük səhabələrdən bütün ömürləri boyu şəriətə zidd və qanunsuz bir əməl görünməmişdi, onlar heç bir kəsin qanını nahaq yerə axıtmamış, bir kəsin namusuna toxunmamış, bir kəsin malını oğurlamamış, yaxud camaatı düz yoldan azdırmamışlar. Lakin tarix ikinci dəstənin törətdikləri faciəli işlər və qanuna zidd hərəkətlərlə doludur, onların nahaq yerə axıtdıqları qanlar, müsəlmanların mallarını zəbt etmələri, rüsvayçı əməlləri saysız-hesabsızdır və heç bir üzürlü bəhanə ilə onlara bəraət qazandırmaq olmaz. Yalnız (sünnülərin dedikləri kimi), bunu demək olar ki, Allah onlardan razı olsun, törətdikləri hər bir cinayətdə azad idilər, kitab və sünnətdə olan islam qayda-qanunları istisnai olaraq onlara aid deyildi və yalnız başqalarının haqqında yaradılmışdı!! )
    "Cəməl” müharibəsi adlanan birinci qiyamın əsas amili ikinci xəlifənin dövründə beytül-malın müsəlmanlar arasında bölüşdürülməsi zamanı yaranan sinfi ixtilaflar idi. Əli (ə) xilafətə seçildikdən sonra beytül-malı camaatın arasında bərabər şəkildə böldü; Peyğəmbərin (s) üslubu da məhz bu idi. Əli (ə)-ın bu rəftarı Təlhə və Zübeyri çox qəzəbləndirdi. Onlar Əli (ə)-a qarşı çıxaraq, öz ətraflarında qüvvə toplamaq qərarına gəldilər. Kəbəni ziyarət etmək adı ilə Mədinədən Məkkəyə gedib o zaman orada olan Ümmül-möminin Ayişə ilə görüşdülər. (O, Əli (ə)-a qarşı yaxşı münasibət bəsləmirdi.) Onlar ümumi razılığa gəlib üçüncü xəlifənin intiqamını almaq (!) adı ilə qanlı "Cəməl” müharibəsini törətdilər.("Tarixi Yəqubi”, 2-ci cild; "Tarixi Əbil Fida”, səh-172 ) Halbuki, Təlhə və Zübeyr üçüncü xəlifənin evi mühasirəyə alınıb qətlə yetirilən zaman Mədinədə olduqları halda onu müdafiə etməmişdilər;(Tarixi Yəqubi”, 2-ci cild ) hələ üstəlik bu hadisədən sonra Əli (ə)-a beyət edən ilk şəxslər idi.(Tarixi Yəqubi”, 2-ci cild, səh-154 )Hətta Ayişənin özü də camaatı üçüncü xəlifənin qətlə yetirilməsinə təhrik edənlərdən biri idi.("Tarixi Yəqubi”, 2-ci cild, səh-152 )O, xəlifənin qətlə yetirilməsi xəbərini eşidəndə sevincini gizlədə bilmədi və ölənin ardınca söyüş söyüb təhqiramiz sözlər işlətdi.
    Xəlifənin qətlə yetirilməsinin əsas səbəbkarları ümumiyyətlə səhabələr özləri idi. Belə ki, onlar Mədinədən ətraf yerlərə məktublar yazaraq camaatı xəlifənin əleyhinə qiyama təhrik edirdilər.
    Bir il yarım davam edən "Siffeyn” adlı ikinci müharibənin də səbəbi Müaviyənin xilafətə göz dikməsi idi. O, bu müharibəyə üçüncü xəlifənin intiqamını almaq bəhanəsi ilə başladı və yüz mindən artıq insanın nahaq qanına bais oldu. Əlbəttə, Müaviyə bu müharibədə müdafiə mövqeyində deyil, hücumçu məqamında idi. Çünki, intiqamçılıq hissi ilə başlanan mübarizə heç vaxt müdafiə xarakteri daşıya bilməzdi.
    Bu müharibəyə "üçüncü xəlifənin intiqamı” da deyilirdi. Halbuki, üçüncü xəlifə bu hadisələr zamanı qiyamı yatırtmaq üçün Müaviyədən kömək istəmişdi. O da bir qoşunla Şamdan Mədinəyə tərəf hərəkət etmiş, lakin yolda bilərəkdən o qədər yubanmışdı ki, nəhayət məlum hadisə baş verib qurtarmışdı. Xəlifə öldürüldükdən sonra Şama qayıdaraq "xəlifənin intiqamı” adı altında qiyama başlamışdı.
    Əli (ə) şəhid olduqdan və xilafət qəsb edildikdən sonra artıq üçüncü xəlifənin intiqamı unuduldu və qatillər təqib edilmədi!!
    "Siffeyn” müharibəsindən sonra "Nəhrəvan” qiyamı baş verdi. Bu hadisələr zamanı aralarında bəzi səhabələr də olan mürtəce bir qrup Müaviyənin təhriki ilə Əli (ə)-a qarşı qiyam edib islam ölkələrində iğtişaş yaradırdılar; Əli (ə)-ın tərəfdarlarını hər yerdə tapıb öldürür, hətta hamilə qadınların qarnını cıraraq körpəni çıxarır və başını kəsirdilər.("Murucuz-zəhəb”, 2-ci cild, səh-415 )
    Əli (ə) bu iğtişaşları da yatırtdı, lakin bir müddət sonra Kufə məscidində namaz üstündə xəvaric tərəfindən şəhid edildi.
    ŞİƏLƏRİN ƏLİ (Ə)-IN BEŞ İLLİK XİLAFƏT DÖVRÜNDƏ ƏLDƏ ETDİKLƏRİ NAİLİYYƏTLƏR
    Əli (ə)-ın dörd il doqquz aylıq xilafəti dövründə islam ölkələrinə hakim olan böhranlı şərait tamamilə əvvəlki vəziyyətinə qaytarıla bilməsə də, bu hakimiyyətin üç cəhətdən əsaslı müvəffəqiyyətləri oldu:
    1. Ədalətli üslubun tətbiqi gənc nəsli Peyğəmbərin (s) davranışları ilə, başqa sözlə desək, islamın həqiqi siması ilə yenidən tanış etdi. Həzrət Əli əleyhissəlam Müaviyənin padşahlara məxsus olan şan-şöhrəti müqabilində fəqirlərlə eyni səviyyədə, camaat arasında ən kasıb bir şəxs kimi yaşayırdı. O heç vaxt dostlarını və qohum-əqrəbalarını başqalarından ayırmır, varlını kasıbdan, güclünü zəifdən üstün tutmurdu.
    2. Bu qədər üzücü çətinliklər və çoxlu məşğuliyyətlərlə yanaşı, xalq arasında haqq olan islam elmlərini və ilahi maarifi yadigar qoydu.
    Əli (ə)-ın müxalifləri deyirlər: "O siyasət adamı deyil, şücaətli bir şəxsiyyət idi; çünki o, xilafətinin əvvəllərində müxalif ünsürlərlə müvəqqəti də olsa razılaşaraq səfa-səmimiyyət yaratsaydı, hakimiyyətini möhkəmləndirdikdən sonra onların kökünü kəsə bilərdi.” Lakin onlar nəzərə almamışdılar ki, Əli (ə)-ın xilafəti inqilabi xarakter daşıyırdı; belə bir hərəkatda zahiri razılaşma və sazişdən danışmağa dəyməz. Bu hərəkat Peyğəmbərin (s) besəti dövründə yaranmış bir vəziyyətə oxşayır. Belə ki, kafirlər və müşriklər dəfələrlə o həzrətin qarşısında sazişkarlıq təklifi ilə çıxış edirdilər; o həzrətdən onların bütlərinə və məbudlarına toxun-mamasını istəyir, əvəzində Peyğəmbərin (s) dəvəti ilə müxalifətçilik etməyəcəklərinə söz verirdilər. Lakin Peyğəmbər (s) bunları qəbul etmədi. Peyğəmbər (s) belə bir şəraitdə saziş edərək öz mövqeyini möhkəmlətsəydi, sonradan düşmənləri ilə mübarizəyə başlayıb onlara qələbə çala bilərdi.
    İslami dəvət heç vaxt müəyyən bir haqqı dirçəltmək üçün başqa bir haqqın tapdalanmasına, yaxud müəyyən bir batili aradan aparmaq üçün başqa bir batilin yaranmasına icazə vermir. Qurani-Kərimin bir çox yerlərində bu məsələ ilə əlaqədar ayələr mövcuddur.("Sad” surəsi, ayə-5, "İsra” surəsi, ayə-74, "Qələm” surəsi, ayə-9 ilə əlaqədar olaraq ayələrin nazil olma səbəblərinə müraciət edin. )
    Əli (ə)-ın müxalifləri qələbə çalmaq və öz hədəflərinə çatmaq üçün heç bir cinayətdən çəkinmir, islam qanunlarını rahatca tapdalaya bilirdilər; onlar "səhabə” və "müctehid” toxunulmazlığı iddiası ilə hər bir cinayətə əl atır, bu bəhanələrlə də öz qanunsuz hərəkətlərinin üzərinə pərdə çəkirdilər. Lakin Əli (ə) islam qanunlarını heç bir şeyə qurban vermir, nəyin bahasına olursa-olsun, onlara sədaqət və vəfadarlıqla yanaşırdı.
    Əli (ə)-dan əqli, dini, ictimai-siyasi və bu kimi digər sahələrə aid on bir minə yaxın qısa kəlamlar mövcuddur. O həzrət öz çıxışlarında islam maarifini ən gözəl söz üslubu və eyni zamanda sadə dildə bəyan etmiş, ərəb dilinin qrammatika və ədəbiyyatının bünövrəsini qoymuşdur. Əli (ə) ilahi fəlsəfə qaydaları əsasında söhbət edən ilk islami şəxsiyyətdir.("Nəhcül-bəlağə” ) O həzrət azad istidlal və məntiqi bürhan üslubunda danışır, o dövrə qədər dünya filosoflarının arasında diqqət yetirilməyən məsələləri işıqlandırır və hətta müharibənin qızğın çağlarında belə, elmi məsələləri araşdırırdı.("Cəməl” müharibəsinin qızğın çağların-da bir ərəb Əli (ə)-ın hüzuruna gəlib dedi: "Ya Əmirəl-möminin! Sən deyirsən ki, Allah vahiddir?” Camaat hər tərəfdən ona hücum edib dedilər ki, ey ərəb, məgər Əlinin qəlbinin narahatlağını olduğunu görmürsənmi ki, belə suallar verirsən? Əli (ə) öz səhabələrinə buyurdu: "Bu kişi ilə işiniz olmasın, çünki mənim bu qövm ilə müharibə etməkdə düzgün əqaid və dini yaymaqdan başqa bir məqsədim yoxdur.” Sonra o ərəbin sualına geniş şəkildə cavab verdi. ("Biharul-ənvar”, 2-ci cild, səh-65) )
    3. İmam Əli (ə) bir çox islami şəxsiyyətlər və alimlər yetişdirmiş, arif insanlar və fəzilət sahibləri tərbiyə etmişdir ki, onların arasında Üveys Qərəni, Kumeyl ibni Ziyad, Meysəmi Təmmar və Rəşid Hicri kimi mərifət əhli və zahidlər mövcud idi; onlar islam arifləri arasında irfanın mənbəyi kimi tanınmışlar. O həzrətin fiqh, kəlam, təfsir, qiraət və s. elmlər üzrə hazırladığı şəxsiyyətlər də bir çox islami sahələrin ilkin mənbələri hesab olunurlar.
    XİLAFƏTİN MÜAVİYƏNİN ƏLİNƏ KEÇMƏSİ VƏ ONUN PADŞAHLIQ VƏ VARİSLİK ÜSLUBUNA ÇEVRİLMƏSİ
    Əmirəl-möminin Əli (ə)-ın şəhadətindən sonra o həzrətin vəsiyyəti və camaatın beyəti əsasında həzrət Həsən ibni Əli xilafəti öhdəsinə götürdü. Lakin Müaviyə sakit oturmayıb xilafət mərkəzi olan İraqa tərəf qoşun yeritdi və Həsən ibni Əli (ə) ilə müharibəyə başladı.
    O, məkirli və hiyləgər tədbirlər görməklə, eləcə də külli miqdarda rüşvət verməklə tədricən Həsən ibni Əlinin köməkçilərini və sərkərdələrini yoldan çıxartdı; nəhayət sülh ünvanı ilə Həsən ibni Əlini, xilafəti ona verməyə məcbur etdi. O həzrət də xilafəti ona bu şərtlə təhvil verdi ki, Müaviyənin ölümündən sonra hakimiyyət bir daha onun özünə qaytarılsın və şiələrə toxunulmasın.("Tarixi Yəqubi”, 2-ci cild, səh-191 )
    Hicrətin 40-cı ilində Müaviyə islam xilafətini öz istilası altına keçirdi və dərhal İraqa gəlib camaata xəbərdarlıq edib dedi: "Mən sizinlə namaz və orucla əlaqədar müharibə etmirdim; mən istəyirdim ki, sizə hakim olum və indi də öz məqsədimə çatmışam.”("Şərhi ibni Əbil Hədid”, 4-cü cild, səh-160 )
    Daha sonra dedi: "Həsənlə bağladığım əhdi-peymanı ləğv edərək onu tapdaladım!!”(Həmin mənbə )
    Müaviyə bu sözlə bildirmək istəyirdi ki, siyasəti dindən ayıracaq, dini qayda-qanunlarla əlaqədar heç bir zəmanət verməyəcək və varqüvvəsini öz hakimiyyətinin qorunmasına sərf edəcək. Əlbəttə, məlum olduğu kimi, belə bir hökumət xilafət və Peyğəmbər canişinliyi deyil, padşahlıq üslubu ilə idarə olunan qanunsuz hökumət idi. Məhz buna görə də onun hüzuruna gedən bəzi şəxslər ona padşahlara məxsus olan tərzdə təzim edib salam verirdilər.(Tarixi Yəqubi”, 2-ci cild, səh-193 ) Onun özü də xüsusi məclislərdə öz hökumətini padşahlıq adlandırır,("Tarixi Yəqubi”, 2-ci cild, səh-202 ) camaat arasında isə özünü xəlifə kimi tanıtdırırdı.
    Qeyd etmək lazımdır ki, onun padşahlığı zorakılıq əsasında qurulmuşdu və varislik yolu ilə onun övladına ötürülməli idi. Nəhayət o, öz niyyətini əməli olaraq həyata keçirdi və azacıq da olsa dini şəxsiyyəti olmayan tərbiyəsiz oğlu Yezidi özünə vəliəhd və canişin təyin etdi.(Yezid əyyaş, şəhvətpərəst və daim şərab içən bir adam idi. İpək parçalardan toxunmuş paltarlar geyinir, daim it və meymunla oynayardı. Gecələr şərab və rəqs məclisləri təşkil edirdi. Onun meymununun adı "Əbu Qeys” idi. Ona da gözəl bir paltar geyindirərək şərab məclisinə gətirirdi. Bəzən də onu atına mindirib müsabiqəyə göndərirdi. "Tarixi Yəqubi”, 2-ci cild, səh-196. ) O da öz növbəsində tarixdə qeyd olunan çox böyük faciələr və rüsvayçı cinayətlər törətdi.
    Müaviyə yuxarıda qeyd olunan sözləri söyləməklə bildirmək istəyirdi ki, Həsən (ə)-ın ondan sonra xilafətə çatacağına yol verməyəcəkdir. Yəni, onun özündən sonra xilafət barədə başqa bir fikri vardır. Buna görə də Həsən ibni Əlini zəhərləyib şəhid etdi("Murucuz-zəhəb”, 3-cü cild, səh-5 )və oğlu Yezidin xilafətə çatması üçün lazım olan şəraiti yaratdı.
    Müaviyə imam Həsənlə bağladığı əhd-peymanı pozmaqla bildirmək istəyirdi ki, Əhli-beyt şiələrinin əmin-amanlıqda və asayişdə yaşayacağına, əvvəldə olduğu kimi dini fəaliyyətlərini davam etdirəcəyinə heç vaxt yol verməyəcəkdir. O bu işini də əməli olaraq həyata keçirmişdi.
    O, elan etmişdi ki, hər kəs Əhli-beytin fəziləti barədə bir hədis nəql etsə onun canı, malı və namusunun toxunulmazlığı heç bir vəchlə təmin olunmayacaq. Göstəriş vermişdi ki, hər kim sair səhabələrin və xəlifələrin fəziləti barədə hədis gətirsə mükafatlanacaq. Bu tədbirin həyata keçirilməsi nəticəsində səhabələrin fəziləti barədə saysız-hesabsız hədislər quraş-dırıldı.(Ən-nəsayihul-kafiyə”, səh 72-73 )
    Müaviyənin göstərişi ilə bütün islam ölkələrində mənbərlərdə Əli (ə)-ın adına nalayiq sözlər deyilirdi. (Bu yaramaz əməl əməvi xəlifəsi Ömər ibni Əbdül Əzizin xilafəti dövrünə qədər (99-101-ci illərə qədər) icra olunurdu.) O, öz məmurlarının köməyi ilə (onların bəziləri də Peyğəmbər (s) səhabələrindən idilər) Əli (ə)-ın şiələrini öldürür, bəzilərinin başını kəsib nizəyə vuraraq şəhərbə-şəhər gəzdirirdi; şiələrin özlərini də Əli (ə)-a qarşı çıxmağa vadar edir, nalayiq sözlər demək məcburiyyətində qoyur, imtina edənlərin boynunu vurdururdu.("Ən-nəsayihul-kafiyə”, səh 58, 64, 77 və78 )
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 901 | Downloads: 0 | Rating: 5.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024