İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İslamda şiəlik

    İslamda şiəlik
    2012-03-26, 5:07 AM
    ON İKİ İMAMIN TƏRCÜMEYİ-HALI
    (İxtisarla)
    BİRİNCİ İMAM
    Birinci imam həzrət Əmirəl-möminin Əliyyibni Əbi Talib (ə)-dır. O, Bəni-haşimin ağsaqqalı və Peyğəmbərin (s) əmisi Əbu Talibin oğludur; Əbu Talib, Peyğəmbəri (s) öz himayəsinə götürmüş, öz evində saxlayaraq böyütmüş və besətdən sonrakı illərdə də o həzrəti himayə edərək ərəb kafirlərinin, xüsusilə Qüreyşin təzyiq və təqiblərindən qorumuşdur.
    Əli (ə) (məşhur nəzəriyyəyə əsasən) besətdən on il qabaq dünyaya gəlmiş və altı aydan sonra Məkkədə və onun ətrafında baş verən qəhətlik nəticəsində Peyğəmbərin (s) xahişi ilə atasının evindən öz evinə gətirərək özü birbaşa onun təlim-tərbiyə işi ilə məşğul olmuşdur.(

    "Fusulul-mühimmə” (ikinci çap), səh-14; "Mənaqib” (Xarəzmi), səh-17 
    )
    Bir neçə ildən sonra Peyğəmbər (s) nübuvvət məqamına çatdıqdan, ilk dəfə olaraq Həra mağarasında asimani vəhy nazil olduqdan sonra mağaradan çıxıb öz evinə yola düşdükdə başına gələn əhvalatları həzrət Əliyə (ə) danışmış və o da iman gətirmişdir.("Zəxairul-uqba” (Qahirə çapı, 1356-cı h.q.), səh-58; "Mənaqib” (Xarəzmi, Nəcəf çapı, 1385-ci h.q), səh-16-22; "Yənabiul-məvəddət” (yeddinci çap), səh-68-72. )
    Peyğəmbər (s) öz qohum-əqrəbalarını öz dininə dəvət ediyi zaman buyurmuşdur: "Sizdən mənim dəvətimi qəbul edən ilk şəxs mənim xəlifəm, vəsim və vəzirim olacaqdır.” Bu zaman yerindən qalxan yeganə şəxs həzrət Əli oldu. Peyğəmbər (s) də onun imanını qəbul edərək onun barəsində verdiyi vədələrə əməl etdi.("İrşad” (Şeyx Müfid, Tehran çapı, 1377-ci h.q), səh-4; "Yənabiul-məvəddət”, səh-122.)
    Buna görə də Əli (ə) islama iman gətirən, heç vaxt Allahdan başqasına sitayiş etməyən ilk şəxsdir.
    Əli (ə) həmişə Peyğəmbərin (s) yanında olardı. O həzrət Məkkədən Mədinəyə hicrət edəndə, kafirlərin o həzrətin evini mühasirə aldığı və gecənin axırında qəfildən evinə daxil olaraq onu qətlə yetirməyi, yatağında tikə-tikə doğramağı qərara aldıqları hicrət gecəsində Əli (ə) onun yatağında yatdı və o həzrət evdən çıxıb Mədinəyə yollandı.("Fusulul-mühimmə”, səh-28-30; "Təzkirə-tul-xəvass” (Nəcəf çapı, 1383-cü h.q), səh-34; "Yənabiul-məvəddət”, səh-105; "Mənaqib” (Xarəzmi), səh-73-74 )
    O həzrətdən sonra onun vəsiyyətlərinə uyğun olaraq camaatın əmanətlərini sahiblərinə qaytardı, öz anası, Peyğəmbərin (s) qızı və digər iki qadınla birlikdə Mədinəyə hərəkət etdi.(Fusulul-mühimmə”, səh-34. ) Mədinədə də həmişə Peyğəmbərlə (s) yanaşı idi və o həzrət heç bir halda - nə xəlvətdə və nə də aşkarda Əli (ə)-ı gözündən uzağa qoymurdu; öz yeganə və sevimli qızı Fatimeyi-Zəhranı ona ərə verdi.
    Peyğəmbər (s) səhabələr arasında qardaşlıq əqdi oxuyan zaman Əli (ə)-ı özünə qardaş seçdi.("Fusulul-mühimmə”, səh-20; "Təzkirətul-xəvass”, səh-20-24; "Yənabiul-məvəd-dət”, səh-63-65.) Əli (ə) Peyğəmbərin (s) iştirak etdiyi bütün müharibələrdə ön cəbhədə vuruşmuşdur. Yalnız Təbuk müharibəsində Peyğəmbər (s) onu Mədinədə öz yerinə canişin təyin edib getmişdir.("Təzkirətul-xəvass”, səh-18; "Fusulul-mühimmə”, səh-21; "Mənaqib” (Xarəzmi), səh-74. )
    O həzrət heç bir müharibədə meydandan qaçmamış, heç bir güclü pəhləvanın qarşısında aciz qalmamış və heç bir işdə Peyğəmbərlə (s) müxalifətçilik etməmişdir. Belə ki, həzrət Peyğəmbər (s) onun barəsində belə buyurur: "Heç vaxt haqq Əlidən, Əli də Haqdan ayrılmaz.”("Mənaqibu Ali Əbitalib” (Məhəmməd ibni Əli ibni Şəhraşub, Qum çapı), 3-cü cild, səh-62 və 218; "Ğayətul-məram”, səh-539; "Yənabiul-məvəddət”, səh-104. )
    Peyğəmbər (s) vəfat edərkən Əli (ə)-ın 33 yaşı var idi. O, bütün dini fəzilətlərdə hamıdan üstün, Peyğəmbər (s.ə.v.v) səhabələri arasında ən çox imtiyaza malik olmasına baxmayaraq cavan olduğu, müharibələrdə Peyğəmbər (s.ə.v.v)-in önündə çoxlu kafir qanları axıtması və camaatın onunla düşmən olduğu bəhanə edilərək xilafətdən kənarlaşdırıldı; bununla da o həzrət müsəlmanların ümumi işindən tamamilə kənarda qaldı. Bu müddət ərzində evdə oturub müəyyən şəxslərin təlim-tərbiyə işləri və həqiqi islam ruhunda maarifləndirmə məsələsi ilə məşğul oldu. Bu minvalla Peyğəmbərin (s) vəfatından sonra üç xəlifənin xilafəti dövranını başa vurdu və üçüncü xəlifənin qətlindən sonra camaat o həzrətə beyət edərək xilafətə seçdilər.
    Həzrət Əli (ə) özünün 4 il 9 ay davam edən xilafəti dövründə Peyğəmbərin (s) sirəsinə, rəftar və davranışlarına əməl etdi, öz xilafətinə inqilabi bir rəng verdi və cəmiyyətdə əsaslı islahat işləri apardı. Əlbəttə, bu islahatlar bəzi sövdəgərlərin ziyanına tamam olduğuna görə də önlərində Ayişə, Təlhə, Zübeyr və Müaviyə olmaqla, səhabələrdən bir qrupu üçüncü xəlifənin intiqamını bəhanə edərək müxalifətçiliyə başladılar və islam ölkəsində iğtişaş yaratdılar.
    O həzrət yaradılan bu fitnəni söndürmək üçün Bəsrə yaxınlığında Ayişə, Təlhə və Zübeyrin başladığı silahlı qiyamı yatızdırdı və bu zaman tarixdə məşhur olan Cəməl müharibəsi baş verdi. Sonrakı müharibə – Siffeyn müharibəsi də İraq, Şam sərhədlərində Müaviyə ilə baş verdi və bir il yarım davam etdi. Digər bir müharibə isə xəvariclə baş verdi və Nəhrəvan adlandırıldı. Buna görə də o həzrətin öz xilafəti dövründəki əsas səyləri daxili ixtilafların aradan qaldırılmasına, iğtişaşların yatırılmasına sərf olundu və qısa müddətdən sonra 40-cı hicri ilinin Ramazan ayının 19-da sübh çağı Kufə məscidində namaz üstündə xəvaric firqəsindən olan ibni Mülcəm tərəfindən zərbətlənərək həmin ayın 21-də şəhid oldu.("Mənaqibu Ali Əbitalib”, 3-cü cild, səh-312; "Fusulul-mühimmə”, səh-113-123; "Təzkirətul-xəvass”, səh-172-183.)
    Tarixi məlumatlara əsasən, Əmirəl-möminin Əliyyibni Əbi Talib (ə) bütün insani kamallara malik idi və heç bir nöqsanı yox idi; islami fəzilətlərdə Peyğəmbərin (s) yetirməsinin kamil nümunəsi idi.
    O həzrətin şəxsiyyəti ətrafında aparılan tədqiqatlar, sünnü və şiə alimləri tərəfindən yazılan kitablar tarix boyu heç bir şəxsiyyət barəsində edilməmişdir. Əli (ə) elm və bilikdə Peyğəmbər (s) səhabələrinin və sair islam əhlinin ən biliklisi idi. O, islamda ilk dəfə olaraq öz elmi bəyanları ilə bürhan və istidlal qapısını açdı, ilahi maarifdə fəlsəfi bəhsləri işıqlandırdı, Quranın batini mənalarından danışdı, Quranın zahirinin qorunub saxlanılması üçün ərəb qrammatikasını yaratdı. O, xitabət kürsüsündə ən qüdrətli bəyana malik olan şəxsiyyət idi.
    Əli (ə)-ın şücaəti dillər əzbəri idi. Həm Peyğəmbərin (s) dövründə, həm də ondan sonra baş verən müharibələrdə heç vaxt qorxmamış, əsla iztirab hissi keçirməmişdi. Ühüd, Hüneyn, Xeybər və Xəndək müharibələrində Peyğəmbərin (s) dostları və səhabələrinin dəfələrlə qorxuya düşdüyü ağır şəraitlərdə, yaxud qaçıb dağılışdıqları vaxt o, heç vaxt düşmənə arxa çevirməmiş, onunla döyüşməyə gələn ərəb qəhrəmanları və şücaətli pəhləvanlar heç vaxt onun əlindən sağ qurtara bilməmişdir. Bununla yanaşı qüdrətin son nöqtəsində olduğu vaxt zəifləri öldürmür, qaçanları təqib etmir, qəfil hücum etmir, suyu düşmənin üzünə bağlamırdı. Tarixdə qeyd olunur ki, o həzrət Xeybər müharibəsində qalaya hücum edərək onun qapısının halqasından yapışmış və bir təkanla o qapını çıxarıb yerə atmışdı.("Təzkirətul-xəvass”, səh-27.)
    Həmçinin Məkkə fəth olunan gün Peyğəmbər (s) bütləri sındırmağı əmr edəndə Əli (ə) Məkkənin ən böyük bütü sayılan və zahiri baxımdan da ən böyük büt olan, Kəbənin yuxarı başından asılan Hübəli məhz Peyğəmbərin (s) əmri ilə onun çiyninə çıxaraq yerindən çıxarıb yerə saldı.("Təzkirətul-xəvass”, səh-27; "Mənaqib” (Xarəzmi), səh-71.)
    Əli (ə) dini təqva və haqqa ibadət baxımından da yeganə şəxsiyyət idi. Peyğəmbər (s) onun yanına gələrək Əli (ə)-ın bəzi xüsusiyyətlərindən gileylənən şəxslərin cavabında buyururdu: "Əlini məzəmmət etməyin, çünki o Allah aşiqidir!”("Mənaqibu Ali Əbi Talib”, 3-cü cild, səh-221; "Mənaqib” (Xarəzmi), səh-92.)
    Əbu Dərda adlı bir səhabə gecələrin birində o həzrəti Mədinənin xurma bağlarında necə ah-zar edərək Allah qorxusundan öldüyünü zənn etmişdi; dərhal o həzrətin evinə gəlmiş və Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhraya ərinin vəfatı münasibəti ilə başsağlığı vermişdi. Bu zaman Peyğəmbərin (s) qızı buyurdu: "Mənim əmioğlum ölməmişdir, o, ibadətdə Allah qorxusundan qəşş etmişdir. Bu hal onun üçün çox baş verir.”
    Əli (ə) öz hakimiyyəti altında yaşayan insanlarla mehriban rəftar edir, fəqirlərə nəvaziş edib can yandırır, onlara ehsan və bəxşiş etməyə çox diqqət yetirirdi. Əlinə düşən hər bir şeyi Allah yolunda kasıblara və fəqirlərə verir, özü isə ən çətin şəraitdə və sadə vəziyyətdə yaşayırdı. O həzrət əkinçiliyi sevir, əksər hallarda kəhriz,quyu və bulaqlar qazır, ağac əkir, torpaq sahələrini abadlaşdırırdı. Bu yolla abad etdiyi hər bir mülkü, qazdığı hər bir kəhrizi fəqirlərə vəqf edirdi. "Əlinin sədəqələri” adı ilə məşhur olan vəqfləri ömrünün axırlarında çox böyük məbləğdə qazanca malik idi (24 min dinar qızıl pul dəyərində qeyd olunmuşdur).("Nəhcül-bəlağə”, 3-cü hissə. )
    İKİNCİ İMAM
    İkinci imam Həsən Müctəba (ə)-dır. İmam Həsən və imam Hüseyn (ə) Əli (ə)-la Peyğəmbərin (s) qızı Fatimənin övladları idilər. Peyğəmbər (s) dəfələrlə buyurmuşdur: "Həsən və Hüseyn mənim övladlarımdır.” Buna görə də Əli (ə) özünün başqa övladlarına buyururdu: "Siz mənim övladlarımsınız, Həsən və Hüseyn isə Peyğəmbərin (s) övladlarıdır.”("Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-21 və 25; "Zəxairul-uqba”, səh-67 və 121)
    Həzrət imam Həsən (ə) hicrətin 2-ci ilində Mədinədə doğulmuşdur.(Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-28; "Dəlailul-imamət” (Məhəmməd ibni Cərir Təbəri, Nəcəf çapı, 1369-cu h.q), səh-60; "Fusulul-mühimmə”, səh-133; "Təzkirətul-xəvass”, səh-193; "Tarixi Yəqubi” (Nəcəf çapı, 1314-cü h.q.), 2-ci cild, səh-204; "Üsuli Kafi”, 1-ci cild, səh-461. ) O, 7 ildən bir qədər artıq Peyğəmbəri (s) görmüş və onun mehriban ağuşunda böyümüşdür. Anası da Peyğəmbərin (s) vəfatından sonra üç, yaxud altı aydan sonra vəfat etmiş və o, atasının tərbiyəsi altında olmuşdur.
    İmam Həsən (ə) atasının şəhadətindən sonra Allahın əmri və atasının vəsiyyəti əsasında imamət məqamına nail oldu. O zahirdə də xilafət məqamında idi (bu məqam 6 ay müddətində davam etdi) və o müsəlmanların işlərini idarə edirdi. Bu müddətdə Əli (ə) və onun övladları ilə qatı düşmən olan, uzun illərdən bəri xilafətə göz dikən Müaviyə (əvvəlcə üçüncü xəlifənin intiqamını almaq bəhanəsilə, sonra isə aşkar xilafət iddiası ilə) müharibəyə başlayıb imam Həsən (ə)-ın xilafət mərkəzi olan İraqa qoşun yeritdi. Tərəflər arasında müharibə başlandı. İmam Həsən (ə)-ın ordu başçıları Müaviyə tərəfindən göndərilən yüksək məbləğdə pulla satın alındı və ordu daxilinə təfriqə düşdü;("İrşad” (Şeyx Müfid), səh-172; "Mənaqib (ibni Şəhraşub), 4-cü cild, səh-33; "Fusulul-mühimmə”, səh-144.) nəhayət o həzrət sülh müqaviləsi imzalamağa məcbur oldu və müəyyən şərtlərlə zahiri xilafəti Müaviyəyə həvalə etdi.("İrşad” (Şeyx Müfid), səh-172; "Mənaqib (ibni Şəhraşub), 4-cü cild, səh.33; "Əl-imamətu vəssiyasət”, (Əbdüllah ibni Müslim ibni Qüteybə), 1-ci cild, səh-163; "Fusulul-mühimmə”, səh-145; "Təzkirətul-xəvass”, səh-197. ) Həmin şərtlərdən biri də bu idi ki, Müaviyənin vəfatından sonra xilafət yenidən imam Həsənə qayıtmalı, ailəsinin və şiələrin toxunulmazlığı hər bir cəhətdən təmin olunmalı idi. Müaviyə bu yolla islam xilafətini ələ keçirdi. Sonra İraqa daxil oldu, rəsmi və ümumi bir çıxışda sülh maddələrini ləğv etdi("İrşad” (Şeyx Müfid), səh-173; "Minaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-35; "Əl-imamətu vəs-siyasət”, 1-ci cild, səh-164. ) və mümkün olan hər bir vasitədən istifadə edərək Əhli-beytə və onun şiələrinə ən ağır işgəncə təzyiqləri rəva gördü.
    İmam Həsən (ə) on il davam edən imamətinin bütün dövrünü son dərəcə irticaçı vəziyyətlərdə, ağır və şiddətli hadisələrdə yaşadı. Onun hətta öz evində belə təhlükəsizliyi yox idi. Nəhayət 50-ci hicri ilində Müaviyənin təhriki və öz həyat yoldaşının əli ilə zəhərləndirilərək şəhid edildi.(İrşad” (Şeyx Müfid), səh-174; "Minaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-42; "fusulul-mühimmə”, səh-146; "Təzkirətul-xəvass”, səh-221.)
    İmam Həsən (ə) insani kamallarda atasının yadigarı və əziz cəddinin kamil nümunəsi idi. Peyğəmbərin (s) sağlığında qardaşı Hüseynlə birlikdə o həzrətin ağuşunda idi. Bəzən Peyğəmbər (s) onları çiyninə mindirərdi.
    Sünnü və şiələr Peyğəmbərdən (s) rəvayət etmişlər ki, o həzrət Həsən və Hüseyn barəsində belə buyurub: "Mənim bu iki övladım qiyam etsələr də, etməsələr də imamdırlar.” (Onların zahiri xilafət məqamında olub-olmamalarından asılı olmayaraq, imamət məqamına malik olmalarına işarədir.)("İrşad” (Şeyx Müfid), səh-181; "İsbatul-hüdat”, 5-ci cild, səh-129 və 134;)
    Peyğəmbərdən (s) və həzrət Əlidən (ə) imam Həsənin öz atasından sonra imam olacağı barədə çoxlu hədislər nəql olunmuşdur.
    ÜÇÜNCÜ İMAM
    Üçüncü imam həzrət Seyyidüş-şühəda İmam Hüseyn (ə)-dır. O Əli (ə) ilə Peyğəmbərin (s) qızı Fatimeyi-Zəhranın ikinci övladıdır, 4-cü hicri ilində doğulmuşdur. O həzrət əziz qardaşının şəhadətindən sonra Allahın əmri və imam Həsənin vəsiyyətinə əsasən imamət məqamına nail oldu.("İrşad” (Şeyx Müfid), səh-179; "İsbatul-hüdat”, 5-ci cild, səh-168-212 və 134; "İsbatul-vəsiyyət”, (Məsudi) səh-125. )
    İmam Hüseyn (ə) 10 il imamət etmişdir və təqribən 6 ay istisna olmaqla, bütün bu dövrü Müaviyənin xilafəti dövründə keçmişdir. O həzrət bu dövrdə ən ağır və xoşagəlməz şəraitdə, kəskin təzyiqlər altında yaşayırdı. Çünki dini qayda-qanunların və ilahi hökmlərin öz etibarını əldən verməsindən, hakimiyyətdə olanların istəklərinin Allah və Peyğəmbərin (s) əmrlərini əvəz etməsindən əlavə, Müaviyə və onun məmurları Əhli-beyt və onun şiələrini əzib məhv etmək, Əli və onun övladlarının adını tarixdən silmək üçün mümkün olan hər bir imkandan istifadə edirdi. Müaviyə öz oğlu Yezidi xilafətə çatdırıb onun hakimiyyət təməllərini möhkəmləndirmək qərarına gəlmişdi, amma camaatın bir qrupu Yezidin imansızlığı və dinə etinasız yanaşmasından razı deyildi. Müaviyə yaranacaq müxalifətin qarşısını almaq üçün daha ciddi tədbirlərə və yeni-yeni hiylələrə əl atdı.
    İmam Hüseyn (ə) özündən asılı olmayaraq bu qaranlıq və irticaçı dövrü keçirir, Müaviyə və onun məmurları tərəfindən törədilən hər növ ruhi əzab-əziyyətlərə, işgəncələrə dözürdü. Nəhayət 60-cı hicri ilinin ortalarında Müaviyə öldü və oğlu onun yerinə oturdu.("İrşad” (Şeyx Müfid), səh-182; "Tarixi Yəqubi”, 2-ci cild, səh-226-228; "Fusulul-mühimmə”, səh-163. )
    Ərəblərin arasında mövcud olan beyət mərasimi hakimlik və hökmranlıq kimi mühüm işlərdə icra olunurdu. Hakimin əlinin altında olanların, xüsusilə məşhur şəxsiyyətlərin hər hansı sultana, yaxud əmirə itaət edib onunla beyət etmələrindən sonra müxalifət ar və rüsvayçılıq sayılırdı. Qəti imzanı pozmaq kimi bu iş aşkar cinayət hesab olunurdu. Peyğəmbərin (s) davranışında da müəyyən qədər, yəni ixtiyar üzündən, icbar olmadan yerinə yetirildiyi üçün etibara malik idi.
    Müaviyə öz qövmünün məşhur adamlarından Yezid üçün beyət almışdı; lakin imam Hüseynə toxunmamış, ona beyət təklifi də irəli sürməmişdi, xüsusilə Yezidə vəsiyyət etmişdi ki, Hüseyn ibni Əli beyətdən imtina edərsə onu təqib etməsin, sükut edərək görməməzliyə vursun.("Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-88.) Çünki o, bu məsələni hərtərəfli araşdıraraq onun acınacaqlı nəticələrini başa düşmüşdü.
    Lakin Yezid öz laqeydlik xüsusiyyətinə görə atasının vəsiyyətini unutdu, atası öləndən dərhal sonra Mədinənin valisinə göstəriş verdi ki, imam Hüseyndən onun üçün beyət alsın. Əks halda başını kəsib Şama göndərsin.(Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-88; "İrşad” (Şeyx Müfid), səh-182; "Əl-imamətu vəssiyasət”, 1-ci cild, səh-203; "Tarixi Yəqubi”, 2-ci cild, səh-229; "Fusulul-mühimmə”, səh-163; "Təzkirətul-xəvass”, səh-235.)
    Mədinin valisi Yezidin əmrini imam Hüseynə çatdırdıqda o həzrət bu hadisə ilə əlaqədar bir qədər möhlət istədi və gecə ikən öz əhli-əyalını götürüb Məkkəyə tərəf hərəkət etdi və islamda əmin-amanlıq mərkəzi olan Allah evinə sığındı.
    Bu hadisə 60-cı hicri ilinin Rəcəb ayının axırlarında və Şəban ayının əvvəllərində baş verdi. İmam Hüseyn (ə) təqribən 4 ay müddətində Məkkədə qaldı. Bu xəbər tədrici olaraq islam ölkələrinin hər tərəfinə yayıldı. Bir tərəfdən Müaviyənin dövründəki zülmlərdən cana doyan, Yezidin xilafətindən daha da narazı olan şəxslərin çoxu o həzrətlə görüşərək eyni dərddə olduqlarını bildirirdilər; digər tərəfdən də İraqdan, xüsusilə Kufə şəhərindən Məkkəyə çoxlu məktublar gəlir və o həzrəti İraqa dəvət edərək öz rəhbərliyi ilə bir cəmiyyət yaratmaq istədiklərini bildirir, zülmün kökünü kəsmək üçün qiyam etmələrini istəyirdilər. Əlbəttə, bu hadisə Yezid üçün çox təhlükəli idi.
    İmam Hüseyn (ə) Məkkədə həcc mövsümünə qədər qaldı və dünya müsəlmanları dəst-dəstə Məkkəyə gəlib həcc əməllərini yerinə yetirməyə çalışırdılar. O həzrətə xəbər verildi ki, Yezidin məmurlarından bir qrupu hacı ünvanı ilə Məkkəyə gəlmiş və ehram paltarının altında saxladıqları silahla o həzrətə həmlə edərək həcc əməlləri əsnasında onu qətlə yetirməyi planlaşdırmışlar.("İrşad” (Şeyx Müfid), səh-201; "Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-89;)
    O həzrət Həcc əməllərini bir qədər yüngülləşdirib hərəkət etmək qərarına gəldi və böyük insan kütləsi arasında ayaq üstə dayanaraq qısa bir çıxış etdi. Daha sonra İraqa doğru hərəkət etməyini xəbər verdi. Bu çıxışda həzrət öz şəhadətini bir daha xatırlatdı və müsəlmanlardan bu hədəf yolunda kömək istədi ki, öz qanlarını Allah yolunda hədiyyə etsinlər. O günün sabahı öz əhli-beyti və köməkçilərindən bir qrupu ilə İraqa doğru yola düşdü.
    İmam Hüseyn (ə) Yezidə beyət etməmək barədə qəti qərara gəlmişdi və yaxşı bilirdi ki, öldürüləcəkdir; Bəni-üməyyə sülaləsinin cəmiyyətdə törətdiyi ümumi fəsad, ideoloji tənəzzül və camaatın, xüsusilə İraq əhalisinin iradəsizliyi ilə qüvvətlənən dəhşətli müharibə onu məhv edəcəkdir.
    Məşhur şəxsiyyətlərdən bir dəstəsi xeyirxahlıq məqsədi ilə imamın yolunu kəsərək bu hərəkətin və inqilabın ardınca gələn təhlükələri xatırlatdılar. Lakin o həzrət cavabında buyurdu ki, mən beyət etmərəm, zalım hökuməti də təsdiq etmərəm. Mən bilirəm ki, hər yerə getsəm və hər yerdə olsam məni öldürəcəklər. Məkkəni də tərk etməyim Allah evinin hörmətin saxlamağım üçündür ki, qan tökülməklə bu müqəddəsliyə ehtiramsızlıq olmasın.("İrşad” (Şeyx Müfid), səh-201; "Fusulul-mühimmə”, səh-168. )
    İmam Hüseyn (ə) Kufəyə tərəf yola düşdü. Hələ oraya bir neçə günlük yol qalarkən yol əsnasında xəbər tutdu ki, Yezidin Kufədəki valisi imamın nümayəndəsini onun ciddi tərəfdarı olan məşhur bir şəxsiyyətlə birlikdə öldürmüş və ayaqlarına ip bağlayarq Kufənin küçə-bazarında sürümələrini əmr etmişdir,("İrşad” (Şeyx Müfid), səh-204; "Fusulul-mühimmə”, səh-170; "Məqatilit-talibin”, (ikinci çap), səh-73.) şəhəri və ətraf nahiyələri ciddi nəzarət altına almışdır və düşmənin saysız-hesabsız qoşunu onun gəlişini gözləyir, qarşıda ölümdən başqa heç bir yol yoxdur. Bu zaman imam (ə) şəhid olunması barədə heç bir tərəddüd etmədən öz yoluna davam etdi.("İrşad” (Şeyx Müfid), səh-205; "Fusulul-mühimmə”, səh-171; "Məqatilit-talibin” (ikinci çap), səh-73.)
    Yezidin qoşunları Kufənin təqribən 70 kilometrliyində Kərbəla adlı bir çöldə o həzrəti köməkçiləri ilə birlikdə mühasirəyə aldı və bu mühasirə səkkiz gün davam etdi. Mühasirə halqası hər gün daralır və düşmən ordusunun sayı artırdı. Nəhayət o həzrət özünün azsaylı qohum və köməkçiləri ilə birlikdə 30 min nəfər cəngavərdən təşkil olunmuş bir qoşunun arasında qaldı/("Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-98.)
    Bu bir neçə gün ərzində imam öz mövqeyini möhkəmlətdi, köməkçilərini seçdi. Gecə ikən bütün səhabələrini çağırdı və qısa bir çıxış edərək buyurdu: "Qarşıda ölüm və şəhadətdən başqa bir yol yoxdur. Bunların məndən başqa heç kəslə işləri yoxdur. Mən beyətimi sizdən götürdüm ki, hər kəs istəsə gecənin qaranlığından istifadə edərək öz canını bu qorxulu mərəkədən qurtarsın.”
    Daha sonra buyurdu ki, çıraqları söndürsünlər. Maddi məqsədlər üçün o həzrətlə gələn yoldaşlarının çoxu dağılıb getdilər, haqq aşiqləri olan az bir dəstə və Bəni-haşimdən bir neçə nəfərdən başqa heç kəs qalmadı. İmam öz yaxın adamlarından qalan 40 nəfəri bir daha toplayıb imtahan etdi və öz köməkçilərinə və Bəni-haşimdən olanlara xitab edərək buyurdu: "Bu düşmənlərin yalnız mənimlə işləri vardır, sizin hər biriniz gecənin qaranlığından istifadə edərək bu təhlükədən yaxa qurtara bilərsiniz.” Lakin bu dəfə imamın vəfalı köməkçilərindən hər biri müxtəlif bəyanlarla cavab verib bildirdilər ki, biz, rəhbərimiz sən olduğun halda haqdan heç vaxt üz döndərməyəcək, sənin ətəyindən əl çəkməyəcəyik. Axır nəfəsimizə kimi, əlimizdə qılınc tuta biləcəyimiz vaxta qədər səni müdafiə edəcəyik.("Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-99; "İrşad” (Şeyx Müfid), səh-214.)
    Məhərrəm ayının 9-da düşmən tərəfindən ya beyət, ya müharibə barəsində təklif irəli sürüldü. O həzrət həmin gecəni ibadət etmək üçün möhlət aldı və sabahı müharibə etmək qərarına gəldi.("İrşad” (Şeyx Müfid), səh-214; "Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-98.)
    61-ci hicri ilinin Məhərrəm ayının 10-da imamın azsaylı qoşununda 90 nəfərdən az adam var idi. (Onun 40 nəfəri imamın əvvəlki köməkçilərindən, 30-dan çoxu isə müharibə günündə və gecəsində düşmən qoşunundan qaçıb imama qoşulanlar idi; yerdə qalanlar isə imamın Bəni-haşimdən olan qohumları, övladları, qardaşları, qardaşı oğlanları, bacısı oğlanları və əmisi oğlanları idi. Onlar düşmənin saysız-hesabsız qoşunun müqabilində mövqe seçərək müharibəyə başladılar.
    O gün sübh tezdən axşamçağına qədər müharibə etdilər. İmam, Bəni-haşim cavanları və onun köməkçiləri son nəfərə kimi şəhid oldular (öldürülənlərin arasında imam Həsən (ə)-ın iki azyaşlı uşağı, bir kiçik yaşlı uşaq və imam Hüseyn (ə)-ın bir südəmər körpəsi də var idi).("Biharul-ənvar” (Kompani çapı), 10-cu cild, səh-200, 202-203. )
    Düşmən qoşunu müharibəni qurtardıqdan sonra imamın xeymələrini qarət edib yandırdılar, şəhidlərin başlarını kəsərək bədənlərini soydular, torpağa tapşırmadan yerə atdılar. Sonra hamısı pənahsız qadınlardan və qızlardan ibarət olan imamın əhli-beytini şəhidlərin başları ilə birlikdə Kufəyə apardılar. Əsirlərin arasında imam Hüseyn (ə)-ın Aşura günündə xəstə olan 22 yaşlı oğlu imam Zeynəl-abidindən, onun dörd yaşlı oğlu Məhəmməd ibni Əlidən (beşinci imam) başqa bir kişi yox idi. Həmçinin, imam Həsənin oğlu Həsəni Musəmma da (o, imam Hüseynin kürəkəni idi) müharibədə yaralanmış və öldürülənlərin arasına düşmüşdü. Onu da son nəfəslərində tapıb sərkərdələrin birinin vasitəçiliyi ilə başını kəsmədilər və əsirlərlə birlikdə Kufəyə, oradan da Dəməşqə, Yezidin yanına apardılar.
    Kərbəla faciəsi və bundan sonra Peyğəmbər Əhli-beytinin qadın və qızlarının əsir halında şəhərbəşəhər dolandırılması, Əli (ə)-ın qızı və əsirlər içərisində olan dördüncü imamın Kufədə və Şamdakı çıxışları Bəni-üməyyə sülaləsini rüsvay etdi, Müaviyənin bir neçə illik təbliğatlarını təsirsizləşdirdi. İş o yerə çatdı ki, Yezid camaat arasında öz məmurlarının əməlindən xəbərsiz olduğunu bildirdi.
    Kərbəla hadisəsi uzun müddətli təsiri ilə Bəni-üməyyə hökumətini məhv etdi və şiələrin bünövrəsini daha da möhkəmləndirdi. Onun tez bir zamanda göstərdiyi təsirlər isə on iki il müddətində davam edən qanlı müharibələrlə yanaşı olan qiyamlar və inqilablar idi. İmam Hüseynin qətlində iştirak edən şəxslərdən heç biri intiqamdan qaçıb qurtara bilmədi.
    Hər kəs imam Hüseyn (ə)-ın həyatını, Yezidin və o günlərdə hökmranlıq etdiyi şəraitləri araşdırıb bu barədə tədqiqat nəzəri ilə yanaşsa şübhəsiz görəcəkdir ki, o gün imam Hüseyn (ə)-ın qarşısında birdən artıq yol yox idi və o da şəhid olmaq idi. Nəticə etibarı ilə islamın açıq-aşkar məhv edilməsindən ibarət olan Yezidə beyət etmək imam Hüseyn üçün mümkün deyildi. Çünki Yezid nəinki islam dinin ayinlərinə və qayda-qanunlarına aşkarda ehtiram qoymurdu və onlara etinasız yanaşırdı, həm də islamın qayda-qanunlarının və müqəddəslərinin məhv edilməsi üçün aşkar çalışırdı.
    Ondan əvvəlki hakimlər dini qayda-qanunlarla müxalifət etsəydilər də din pərdəsi bu işləri görür və zahirdə dini möhtərəm sayaraq camaatın etiqad bəslədiyi məqamlara və Peyğəmbərə (s) kömək etdiklərinə görə iftixar edirdilər.
    Buradan aydın olur ki, bəzi müfəssirlərin bu hadisəni öz rəyləri ilə təfsir edərək "bu iki rəhbər (imam Həsən və imam Hüseyn) iki müxtəlif nəzərə malik idilər, imam Həsən sülh yolunu bəyənmişdi, amma imam Hüseyn müharibəni daha üstün sayırdı”, eləcə də "o qardaş 40 min nəfərlik qoşunla Müaviyə ilə sülh etdi, bu qardaş isə 40 nəfərlə Yezidə qarşı müharibəyə qalxdı” deyənlərin sözləri əsla düz deyildi. Çünki gördüyümüz kimi Yezidə bir gün olsun belə, beyət etməyə razı olmayan imam Hüseyn Müaviyənin hökumətində 10 il qardaşı imam Həsən kimi yaşamış, heç vaxt onunla müxalifətçilik etməmişdi. Əgər imam Həsən (ə), ya imam Hüseyn (ə) Müaviyə ilə vuruşsaydı öldürüləcək və bu işin islam üçün azacıq belə faydası olmayacaq, haqq siyasət müqabilində özünü "səhabə”, "vəhy katibi”, "möminlərin dayısı” kimi təqdim edən və hər bir hiyləgərlikdən istifadə edən Müaviyəyə heç bir təsiri olmayacaqdı.
    O əvvəlcədən qurduğu plan əsasında imam Həsən və imam Hüseyni öz adamlarının vasitəsilə öldürərək özü də bu matəmi saxlaya bilər, sonra da onların intiqamını almaq iddiası edə bilərdi. Necə ki, üçüncü xəlifə ilə belə rəftar etmişdi.
    İMAM SƏCCAD
    Zeynəl-abidin və Səccad ləqəbləri ilə məşhur olan Əli ibni Hüseyn, üçüncü imamın sağ qalan yeganə oğlu idi. Digər üç qardaşı isə Kərbəla hadisəsində şəhid edilmişdi.("Məqatilut-talibin”, səh-52 və 59. ) Onun anası İran şahı Yezdəgirdin qızı idi.
    O həzrət də atası ilə birlikdə Kərbəlaya gəlmişdi, lakin çox ağır xəstə olduğundan silah götürüb müharibə etməyə qüdrəti yox idi; ona görə də cihad edib şəhid olmaqdan məhrum oldu və əsirlərlə birlikdə Şama göndərildi.
    Əsirlik dövrünü keçirdikdən sonra Yezidin göstərişi ilə ümumxalq etirazlarını yatırlatmaq üçün möhtərəm şəkildə Mədinəyə yola salındı. O həzrəti ikinci dəfə olaraq Əməvi xəlifəsi Əbdül Məlikin əmri ilə zəncirə bağlayaraq Mədinədən Şama apardılar və yenidən oraya qaytardılar.("Təzkirətul-xəvass”, səh-324; "İsbatul-hudat”, 5-ci cild, səh-242. )
    İmam Mədinəyə qayıtdıqdan sonra evin bir guşəsinə çəkildi və qapını yadların üzünə bağlayaraq ibadətlə məşğul oldu. Əbu Həmzə Somali və Əbu xalid Kabuli kimi xüsusi şiələrdən başqa heç kəslə rabitə bərqərar etmirdi. Əlbəttə, xüsusi şiələrin o həzrətdən əxz etdikləri maarif şiələrin arasında yayılır və bununla da şiəlik genişlənməyə başlayırdı ki, onun nəticələri 5-ci imamın dövründə daha artıq hiss olunmağa başladı.
    4-cü imamın əsərlərindən "Səhifeyi-Səccadiyyə” dualarını qeyd etmək olar ki, 57 duadan ibarət olub, ən dəqiq ilahi maarifləri əhatə edir və "Ali-Məhəmmədin Zəburu” adlanır.
    4-cü imam 35 il imamət etdikdən sonra bəzi şiə rəvayətlərinə əsasən əməvi xəlifəsi Hişamın təhriki və Vəlid ibni Əbdülməlikin əli ilə zəhərləndirildi və 95-ci hicri ilində vəfat etdi.("Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-176; "Dəlailul-imamət”, səh-80; "Fusulul-mühimmə”, səh-190. )
    BEŞİNCİ İMAM
    İmam Məhəmməd ibni Əli (Baqir) (ə). Ərəb dilində "baqir” kəlməsi yaran deməkdir və bu da Peyğəmbər tərəfindən o həzrətə verilən ləqəbdir.("İrşad” (Şeyx Müfid), səh-246; "Fusulul-mühimmə”, səh-193; "Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-197. ) O, dördüncü imamın oğludur, 57-ci hicri ilində dünyaya gəlmişdir. Kərbəla hadisəsində onun dörd-beş yaşı vardı və özü də orada idi. Atasından sonra Allahın əmri və əvvəlki imamların təqdim etməsi ilə imamətə nail oldu və 114-cü (yaxud 117)-ci ildə vəfat etdi. Bəzi şiə rəvayətlərinə əsasən əməvi xəlifəsi Hişamın qardaşı oğlu İbrahim ibni Vəlid ibni Əbdül Məlik tərəfindən zəhərləndirildi.("Üsuli Kafi”, 1-ci cild, səh-469; "İrşad” (Şeyx Müfid), səh-245; "Fusulul-mühimmə”, səh-202-203; "Tarixi Yəqubi”, 3-cü cild, səh-63; "Təzkirətul-xəvass”, səh-340. "Dəlailul-imamət”, səh-94; "Mənaqib” (İbni Şəhraşub), 4-cü cild, səh-210.)
    Beşinci imamın dövründə Bəni-üməyyənin zülmləri günbəgün artaraq islam ölkələrinin müxtəlif yerlərində inqilaba və müharibələrə səbəb olurdu. Bəni-üməyyə sülaləsinin içərisində də dərin ixtilaflar yaranmağa başlamışdı. Bu kimi çətinliklər xilafət məqamlarını məşğul etdiyindən onlar Əhli-beytə toxunmurdular.
    Digər tərəfdən də Kərbəla faciəsinin baş verməsi və dördüncü imamın təmsil etdiyi Əhli-beytin məzlumiyyəti müsəlmanları Əhli-beytə daha artıq rəğbətləndirirdi. Bu amillər birləşərək camaatın, xüsusilə şiələrin sel kimi axışaraq Mədinəyə gəlmələrinə və beşinci imamın hüzurunda olmalarına səbəb oldu; islami həqiqətlərin və Əhli-beyt maarifinin yayılmasında o həzrət üçün imamlardan heç birinə nəsib olmayan yaxşı imkanlar yarandı. Bu müddəanın şahidi beşinci imamdan nəql olunan saysız-hesabsız hədislər, eləcə də o həzrətin məktəbində müxtəlif islam elmləri sahəsində şiə aləmində yaranan böyük elm şəxsiyyətlərdir; rical kitablarında onların adları qeyd olunmuşdur.("İrşad” (Şeyx Müfid), səh-245-253; "Ricali Kəşşi” (Məhəmməd ibni Ömər ibni Əbdül-əziz Kəşşi); "Ricali Tusi” ((Məhəmməd ibni Həsən ibni Tusi), "Fehrestu Tusi” və sair kitablara baxa bilərsiniz.)
    ALTINCI İMAM
    Altıncı imam Cəfər ibni Məhəmməd Sadiq beşinci imamın oğludur və 83-cü hicri ilində dünyaya gəlmiş, 148-ci ildə (şiə rəvayətlərinə əsasən) Abbasi xəlifəsi Mənsur tərəfindən hazırlanan sui-qəsd nəticəsində zəhərləndirilərək şəhid edilmişdir.(Üsuli-kafi, 1-ci cild, səh-472; Dəlailul-imamət, səh-111; İrşad (Mufid) səh-254; Tarixi Yəqubi, 3-cü cild, səh-119; Fusulul-mühimmə, səh-212; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-280) )
    Altıncı imamın dövründə islam ölkələrində baş verən qiyamlar, xüsusilə "müsvəddə” (qara paltarlılar) qrupunun Bəni-üməyyə sülaləsini xilafətdən salmaq üçün başlanan və bu sülalənin xilafətdən salınması ilə nəticələnən qanlı müharibələr nəticəsində münasib şərait yarandı; beşinci imam bu dövrlərə təsadüf edən 20 illik imaməti dövründə islam həqiqətlərini və Əhli-beyt maarifini inkişaf etdirib yaymaqda yüksək müvəffəqiyyətlər əldə edə bildi. Altıncı imamın dövründə də dini təlimlərin yayılması üçün daha münasib mühit və imkanlar yarandı.
    O həzrət Bəni-üməyyə xilafətinin axırları və Abbasi xilafətinin əvvəllərinə təsadüf edən imaməti dövründə yaranan fürsətdən istifadə edərək dini təlimləri yaydı, müxtəlif əqli və nəqli elmlərdə Zürarə, Məhəmməd ibni Müslim, Mömini Taq, Hişam ibni Həkəm, Əban ibni Təğlib, Hişam ibni Salim, Həriz, Hişam Kəlbi Nəsabə, Cabir ibni Həyyan Sufi kimi bir çox elmi şəxsiyyətlər yetişdirdi. Hətta sünnülərin rical alimlərindən çoxu, o cümlədən Süfyan Suri, Əbu Hənifə (Hənəfi məzhəbinin rəisi), Qazi Səkuni və Qazi Əbul Buxtəri və sairləri o həzrətin şagirdi olması ilə iftixar edirdilər. (Qeyd olunub ki, altıncı imamın təlim və dərslərində 4 min nəfər mühəddis və alim iştirak edirdi.)(İrşad (Mufid) səh-254; Fusulul-mühimmə, səh-204; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-247.)
    İmam Baqir və imam Sadiqdən (ə) nəql olunan hədislər Peyğəmbərdən (s) və yerdə qalan on imamdan çatan hədislərin məcmusundan artıqdır.
    Lakin o həzrət ömrünün son vaxtlarında Abbasi xəlifəsi Mənsur tərəfindən ciddi nəzarət altında idi. Xəlifə onun üçün bir çox məhdudiyyətlər qoymuşdu. O, Əli (ə)-ın nəslindən olan seyyidlərə vəhşicəsinə işgəncələr verir, dözülməz əzab-əziyyətlər və qətlləri rəva görürdü. Bəni-üməyyənin o qədər daşürəkli və amansız olmasına baxmayaraq, Abbasilərdən baş verən işlər onlarda görünməmişdi. Mənsurun əmri ilə Ələvi şiələrini dəstə-dəstə tutub dərin qaranlıq zindanlarda işgəncə və əzab-əziyyətlə öldürürdülər. Bəzilərinin boynunu vurur, bəzilərini diri-diri torpağa basdırır, bəzilərini isə tikilən binaların divarları arasında qoyaraq üstündən hörgü hörürdülər.(Fusulul-mühimmə, səh-212; Dəlailul-imamət, səh-111. 
    )
    Mənsur imam Sadiq (ə)-ın Mədinədən onun yanına çağırılması barədə əmr verdi (altıncı imam bundan əvvəl də Abbasi xəlifəsi Səffahın əmri ilə İraqa çağırılmışdı və ondan da qabaq əməvi xəlifəsi Hişamın əmri ilə atası ilə birlikdə Dəməşqə aparılmışdı.)
    Bir müddət imamı nəzarət altında saxladılar və dəfələrlə onu öldürmək üçün tədbirlər töküb hörmətsizlik göstərdilər. Nəhayət Mənsur onun Mədinəyə qayıtmasına icazə verdi. İmam Mədinəyə qayıdıb ömrünün qalanını da təqiyyə şəraitində və nisbətən guşəneşinliklə keçirdi və nəhayət Mənsurun planı əsasında zəhərləndirilib şəhid edildi.
    Mənsur altıncı imamın şəhadət xəbərini eşitdikdə Mədinə valisinə yazdı ki, onun yaxın adamlarına başsağlığı versin, imamın evinə gedib o həzrətin vəsiyyətnaməsini alsın, oxusun və həmin vəsiyyətdə imamın canişini kimi təyin olunan adamı elə oradaca boynunu vursun. Əlbəttə, Mənsur bu göstərişi verməklə imamətin kökünü kəsmək və şiəliyin çırağını söndürmək istəyirdi. Lakin onun məkirli planlarının əksinə olaraq, Mədinə valisi vəsiyyətnaməni gördükdə imamın beş nəfəri canişin kimi təyin etdiyini gördü: "Xəlifənin özü, Mədinənin valisi, o həzrətin böyük oğlu Əbdüllah Əftəh, kiçik oğlu Musa və Həmidə. Bununla da Mənsurun tədbiri alt-üst oldu.(Üsuli-kafi, 1-ci cild, səh-300.)
    YEDDİNCİ İMAM
    İmam Musa ibni Cəfər (Kazim) (ə); O altıncı imamın oğludur, 128-ci hicri ilində doğulmuş və 183-cü ildə zindanda zəhərləndirilərək şəhid edilmişdir.(Üsuli-kafi, 1-ci cild, səh-476; İrşad (Mufid) səh-270; Fusulul-mühimmə, səh 214-23; Dəlailul-imamət, səh. 146-148; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-324; Tarixi Yəqubi, 3-cü cild, səh-150.)
    O həzrət atasının vəfatından sonra Allahın əmri və əvvəlki imamların təqdim etməsi ilə imamət məqamına nail oldu.
    Yeddinci imam Abbasi xəlifələrindən olan Mənsur, Hadi, Mehdi və Harunun müasiri idi və öz həyatını çox çətinliklə, ağır təqiyyə şəraitində keçirirdi. Nəhayət Harun həcc səfərində Mədinəyə getdi. Onun əmri ilə o həzrəti Peyğəmbər məscidində namaz qıldığı zaman zəncirə bağlayıb zindana saldılar və Mədinədən Bəsrəyə, Bəsrədən isə Bağdada apardılar. Uzun illər bir zindandan o biri zindana aparıldı.(İrşad (Mufid) səh-279-383; Dəlailul-imamət, səh. 148 və 154; Fusulul-mühimmə, səh-222; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh. 323-327; Tarixi Yəqubi, 3-cü cild, səh-150.) Nəhayət Bağdadda Sindi ibni Şahikin zindanında zəhərləndirilərək şəhid edildi və Kazimeyn şəhərində yerləşən "Qüreyş” qəbiristanlığında dəfn olundu.
    SƏKKİZİNCİ İMAM
    İmam Əliyyibni Musa (Riza) (ə); O yeddinci imamın oğludur, (ən məşhur tarixlərə əsasən) 148-ci hicri ilində doğulmuş və 203-ci ildə vəfat etmişdir.(Üsuli-kafi, 1-ci cild, səh-486; İrşad (Mufid) səh-284-296; Dəlailul-imamət, səh 175-177; Fusulul-mühimmə, səh 225-246; Tarixi Yəqubi, 3-cü cild, səh-188. )
    Səkkizinci imam öz atasının vəfatından sonra Allahın əmri və imamların təqdimi ilə imamətə çatdı. O həzrət öz imamətinin bir müddətini Abbasi xəlifəsi olan Harunun, sonra isə onun oğlu Əminin, daha sonra onun digər bir oğlu olan Məmunun zamanında keçirdi.
    Məmun atasının vəfatından sonra qardaşı Əminlə ixtilafa başladı və bu da onların arasında qanlı müharibələrə səbəb oldu, nəhayət Əmin öldürüldü və Məmun xilafət kürsüsünə əyləşdi.(Üsuli-kafi, 1-ci cild, səh-488; Fusulul-mühimmə, səh-237)
    O günə qədər Abbasi xilafətinin ələvi seyyidlərinə qarşı siyasəti çox kobud və qəddar xarakter daşıyırdı; bu siyasət daim güclənməkdə idi. Bəzən ələvilərdən biri qiyam edərək qanlı müharibələr edirdi. Bu da xilafət aparatı üçün böyük bir çətinlik yaradırdı.
    Əhli-beyt (ə) imamlarının qiyamçılarla həmkarlıq etməmələrinə baxmayaraq, o dövrdə nəzərə çarpacaq bir cəmiyyət olan şiələr həmişə imamları itaəti vacib olan dini rəhbərlər hesab edir, onları Peyğəmbərin (s) həqiqi xəlifələri kimi qəbul edir, özünə kəsra və qeysər padşahlarının qiyafəsini alan bir dəstə dinsiz adamın əlində idarə olunan xilafət aparatını napak və öz müqəddəslikdən uzaq hesab edirdilər. Bu vəziyyətin davam etməsi xilafət aparatı üçün təhlükəli idi və onu şiddətlə təhdid edirdi.
    Məmun bu fikrə düşdü ki, özündən əvvəlki ata-babalarının 70 illik dövrdə həll edə bilmədikləri siyasətləri başqa bir siyasətlə sona çatdırsın; yəni səkkizinci imama vəliəhdlik məqamı versin və bu yolda olan hər bir çətinliyi həll etsin. Çünki ələvi seyyidlərinin əlləri xilafət aparatına çatdıqdan sonra artıq xilafətin əleyhinə qiyam etməzdilər və şiələr də öz imamlarının, həmişə murdar və napak əməllərlə ittiham edilən xilafətə çatdığını gördükləri vaxt onlara qarşı batini məhəbbətləri və mənəvi etiqadlarını əldən verəcək, məzhəbi təşəkkülləri süquta uğrayacaq və artıq bu istiqamətdən xilafət aparatına heç bir təhlükə mövcud olmayacaqdır.(Dəlailul-imamət, səh-197; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-363)
    Aydındır ki, bu məsələnin həyata keçməsindən sonra imamı aradan götürmək Məmun üçün çox da çətin deyildi. Məmun bu qərarı həyata keçirmək üçün imamı Mədinədən Mərvə çağırtdırdı; imam gəldikdən sonra əvvəlcə xilafəti, ondan sonra isə vəliəhdliyi qəbul etməyi ona təklif etdi. İmam isə bəhanə gətirərək onu qəbul etməməyə çalışdı. Nəhayət müəyyən yollarla ona qəbul etdirdi, imam da bu şərtlə qəbul etdi ki, hökumət işlərində, dövlət məmurlarının işə təyin edilməsi və ya işdən çıxarılmasında əsla müdaxilə etməsin.(Üsuli-kafi, 1-ci cild, səh-489; İrşad (Mufid) səh-290; Fusulul-mühimmə, səh-237; Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-363;)
    Bu hadisə 200-ci hicri ilində baş verdi. Lakin çox keçmədən Məmun şiələrin çox sürətlə inkişaf etməsini, imama qarşı məhəbbətlərinin daha da şiddətlənməsini, ümumxalq kütlələrinin, hətta ordu komandirləri və dövlət məmurlarının çox qəribə şəkildə imama üz gətirməsini gördükdə öz səhvlərini anladı və çarə axtarmaq fikrinə düşdü. Nəhayət imamı zəhərləyib şəhid etdi. Səkkizinci imam şəhid edildikdən sonra hal-hazırda Məşhəd adlandırılan Tus şəhərində dəfn edildi.
    Məmun əqli elmlərin ərəb dilinə tərcüməsinə çox maraq göstərirdi. Onun təşkil etdiyi böyük bir elmi məclisdə sair din və məzhəb rəhbərləri iştirak edir, dərin elmi mübahisələrə girişirdilər. Səkkizinci imam da o məclisdə iştirak etmiş, sair din və məzhəblərin alimləri ilə elmi mübahisələr aparmışdı. Bu mübahisələrin çoxu şiələrin hədis kitablarında mövcuddur.(Mənaqibi ibni Şəhraşub, 4-cü cild, səh-351. )
    Category: İslamda şiəlik | Added by: Islam_Kitabxanasi
    Views: 730 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024