İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:29 AM
    2- Mənəvi sağlamlığa dini əqidələrin təsiri
    Dini etiqadların, dini ayinlərin insanın fiziki sağlamlığı ilə əlaqəsinin öyrənilməsi istiqamətində aparılmış tədqiqatlardan əlavə, insanın ruhi sağlamlığına dini iman və dindarlığın təsirinin araşdırılması ilə bağlı geniş tədqiqatlar da həyata keçirilmişdir. Bu tədqiqatların müsbət nəticələri psixologiya və psixioterapiya elmini də geniş şəkildə mütəəssir etmişdi.
    Burada bununla bağlı olan bəzi məlumatları təqdim edirik:
    İngiltərənin ''İndipendent'' qəzeti son zamanlar yuxarıdakı mövzu ilə əlaqədar olan bir tədqiqat layihəsinə istinadən yazmışdır:
    ''Dini etiqadlara malik olmaq insanın daha az kədərlənməsinə və öz ruhi sağlamlığını qorumasına səbəb olur. Məsələn, məscid və ya kilsəyə gedən insanlar heç vaxt belə yerlərə ayaq basmayanlarla müqayisədə daha sağlam olurlar, xəstəliklərdən də tez qurtulurlar və cəmiyyətdə də özlərinə layiq yer tuturlar."
    Qəzet iman, namaz və dini mətnlərin qiraətini insan etiqadlarının yaxşı və faydalı tərəfləri kimi sadalayaraq yazmışdır:
    ''Aparılmış araşdırmalara uyğun olaraq məlum olmuşdur ki, ruhi narahatlıqlardan əziyyət çəkən adamların çoxu dini mühitlərdə iştirak etməklə sakitlik qazanırlar.''(Əlirza Nikbəxt Nəsrabadi, feld؛erlik üzrə magistr diplom i؛i, Pedaqoji universitet, 1373-cü il. Qarın cərrahiyyə əməliyyatından sonra ağrının azalmasına Qurani-Kərim səsinin təsiri miqdarının tədqiqi. )
    Amerika Duk Universitetinin psixiatoru və dini etiqadların müsbət təsiri sahəsində aparılmış tədqiqatlar layihəsinin rəhbəri Doktor Harold Kuinq əldə olunmuş nəticələrə toxunaraq demişdir:
    ''Kilsə, ya sinaqoqa (və ya məscidə) ardıcıl surətdə gedən adamlar ruhi baxımdan daha sağlamdırlar və həddən artıq güclü müdafiə sisteminə malikdirlər.'(Murtəza Məntiqi, "İslam tibbinin daxilində qəribə dünya, İslam və İranda tibb tarixi" mِvzusunda beynəlxalq seminar, 1371-ci il.)
    İnternet şəbəkəsinə daxil edilmiş başqa bir məlumatda isə ruhi xəstələrin müalicəsi üçün lazımi şəraitin yaradılmasında dini rəhbərlərin bacarıqlarına toxunularaq yazılmışdır:
    ''Psixoloqlar bu nəticəyə gəlmişlər ki, dini etiqadlar belə xəstələrin müalicəsi üçün münasib bir yol tapa bilər və çünki onlar dini etiqadın əsaslarına malik olmaqla daha rahat müalicə olunurlar.''(Doktor Sanei Nəsrabadi, ''İslam tibbi ara؛dırmalarında Quranın yüksək mِvqeyi'', "Tibb və təzkiyyə" jurnalı, №23, 1375-ci ilin qı؛ı, səh.69-70. )
    Oksford Universitetinin tədqiqatçısı doktor Markil Arqil də bu sahədə öz tədqiqatlarının nəticələrini belə açıqlamışdır:
    ''İmanlı və dindar təbəqələr arasında intiharın miqdarı digər təbəqəyə daxil olan insanların sayı ilə müqayisədə daha azdır. Yaşlı möminlərin, xüsusilə dul və subayların sağlamlığı daha çox diqqəti cəlb edir.''(Keyhan" qəzeti, 21/9/1378 )
    Kanada radiosu da ruhi xəstəliklərin müalicəsi ilə bağlı proqramında bir psixiatriya tədqiqatçısına istinadən bildirmişdir:
    ''Ruhi və əsəbi xəstələrin təxminən 70 faizi mənəvi dəyərlərə qayıtmaqla müalicə olunurlar.''(Bax: "Miqat" jurnalı, №25, 1377-ci ilin payızı.)
    İslam mədəniyyətində dini iman və etiqadların şəfavericiliyi
    Bu gün tədqiqat mərkəzlərinin təkid etdikləri din və Allaha imanın şəfaverici xüsusiyyətləri mötəbər İslam mətnlərində yazılmış gerçəklikdir. Məsələn, Həzrət Əmir(ə) öz müqəddəs açıqlamasında Allah-Təalaya xitabən hələ sirləri açılmayan aləmə toxunaraq demişdir:
    يا من اسمه دواء و ذكره شفاء
    (Əllamə Məhəmməd Tağı Cəfəri, "Fəlsəfə və ya؛ayı؛ın məqsədi", səh.16 )
    Ustad Şəhid Murtəza Mütəhhəri Həzrət Əmirin(ə) bu mövzu ilə bağlı başqa bir fikrini də açıqlayaraq buyurmuşdur: ''İmanın başqa bir təsiri vücud və canın sağlamlığıdır.''
    Əli(ə) möminlik haqqında buyurur:
    مرض اجسادكم دواء داء قلوبكم و شفاء
    ''Möminlik ruhi xəstəliyin dərmanı, cismani xəstəliklərinizin şəfasıdır.''
    Ustad Şəhid Murtəza Mütəhhəri ''Əlbəttə məlumdur ki, iman toz dərman, həb və ya kapsul deyil'' - söyləyərək buyurmuşdur:
    ''İnsan vücudunun və ruhunun sağlamlığı imanla sıx bağlıdır. Bu gün xəstəxanaları dolduran ruhi xəstələrin sayının artması və onların getdikcə daha da çoxalması mövzusu dövrün sosial məsələlərindən biri sayılır. Statistik hesablamalar göstərir ki, bu xəstəliklərin böyük əksəriyyəti, Allaha iman və ali başlanğıca saf etiqaddan bəhrələnməyən təbəqə arasındadır."
    O daha sonra demişdir:
    ''Bu ruhi xəstəliklərin mənşəyi ictimai məhrumiyyət və aldadılma hissləridir və iman profilaktik dərman hökmünə malikdir. Əlbəttə, məqsəd bu deyil ki, imanın zərurəti bütün məhrumiyyətlərə təslim olmaqdır, [bəlkə] məqsəd budur ki, iman olduqda məhrumiyyətlər insanı əldən salmır və onun tarazlığını saxlayır.''(Qəzəl Mِvləviyə məxsusdur, Doktor Zəbihollah Səfa, "İran elmləri və ədəbiyyatı tarixi", səh. 173. )
    Məsumların(ə) hədislərində də Quran və dualarla şəfa istənilməsi dəfələrlə vurğulanmışdır. Quranın göstərişləri və pak imamların(ə) hidayətinin bir hissəsi şəfa diləmək mövzusuna həsr edilmişdir. Belə ki, Əllamə Təbatəbayi "İsra" surəsinin 72-ci ayəsində toxunulan
    ﴿و ننزل من القرآن ما هو شفاء و رحمة للمؤمنين و لا يزيد الظالمين الا خسارا﴾
    ''Sizə nazil olan Quran möminlər üçün şəfa və rəhmətdir, zalımlar üçün xəsarətdən başqa bir şey artırmaz!'' – fikrini xatırladaraq buyurmuşdur:
    ''Digər təfsirçilərin dediyi sözlərdən biri budur ki, bu ayədəki şəfadan məqsəd cəhalət, şübhə, şəkk, çirkin nəfsani adətlər və fiziki xəstəliklərin daxil olduğu ruhi xəstəliklərin müalicəsidir.''(Ustad ھəhid Murtəza Mütəhhəri, "Materializmə təmayülün səbəbləri", səh.126 )
    Mərhum Təbərsi (hicri tarixi ilə VI əsrin böyük şiə alimidir) dəyərli ''Məkarimul-əxlaq'' kitabında ruhi və fiziki xəstəliklərin müalicəsi üçün kömək umulan ayə və duaları tövsiyə edən müqəddəs hədisləri toplanmışdır.''(Uryana Falaçi, "Heç vaxt doğulmamı؛ u؛ağa məktub", səh.5 )
    Həmin kitabda İmam Sadiqin(ə) aşağıdakı hədisindən istifadə olunmuşdur ki, Həzrət tövsiyə etmişdir: ''Əgər bir şəxs fiziki xəstəliyə mübtəla olsa, əlini ağrıyan yerə qoyub şəfa tapmaq üçün bu duanı oxusun:
    اللهم انى اسئلك بحق القرآن العظيم الذىنزل به الروح الامين و هو عندك فى ام الكتاب لدينا لعلى حكيم ان تشفينى بشفائك و تداوينى بدواك و تعافينى من بلائك
    Bu dua üç dəfə oxunduqdan sonra Məhəmmədə və Məhəmmədin(s) ailəsinə salavat göndərilir.''(Ustad Mütəhhəri, həmin yerdə, səh.71 və 72 )
    Müqəddəslik və paklıq nümunəsi olan Əhli-beytdən daxil olmuş hədislər təbii yollarla xəstəliklərin müalicəsini tövsiyə etməklə yanaşı, ayə və duaların şəfavericiliyini də xatırlatmışlar.
    Buna görə də dualardan və Qurandan şəfa diləməyin kökü müsəlmanların tarixindədir. ''Tibb tarixi" kitabında Qutrinin (tarixçi) Mənsuri xəstəxanası haqqında dediklərinə istinadən yazılmışdır:
    ''Əlli nəfər (Quran oxuyan) xəstəxana mühitində gecə-gündüz Quran oxuyurlar.''
    Ayə və duaların şəfavericiliyi haqqında araşdırmalar
    Qurani-Kərim, dualar və dini etiqadların şəfavericiliyinin təsiri haqqında aparılmış tədqiqatların çox müsbət nəticələri vardır və bu fəslin gözəl sonluğu üçün onlardan bəzisini qeyd edirik.
    Birinci məlumat: 1373-cü ildə Pedaqoji universitetdə Qurani-Kərim səsinin ''xəstəliyin azalmasına təsirinin miqdarının araşdırılması'' ilə bağlı tədqiqat aparıldı və müsəlmanların rəhbərindən (Allah onun himayəsini bizim üstümüzdən əskik etməsin) yazılı icazə aldıqdan (Fitva 12061)sonra birinci tədqiqat işi kimi tibb elmlərində dini məfhumlardan istifadə icra mərhələsinə daxil oldu.
    Bu tədqiqatda qarın cərrahiyyəsindən sonra xəstələrin ağrısının azalmasında Misir Quran oxuyanı (qaresi) ustad Şəhat Məhəmməd Ənvərin ruhlandırıcı səsi və müqəddəs "Yusif" surəsindən (7-23-cü ayələr) istifadə olundu. Xəstələrin ağrısı fizioloji əlamətlər üzrə yoxlanmaqla yanaşı, ''visual anaicque scaie'' vasitəsilə ölçüldü. Maqnitofon və patefonla müdaxilə tədqiq olunan vahidlərə eşitdirildi.
    Tədqiqatın nəticələri göstərir ki, qarnın cərrahiyyə əməliyyatından sonra Qurani-Kərimin səsi ağrının azalmasında ürəyə yatan dini, mistik bir ahəng, ritmik səs kimi qəribə təsirə malikdir.''(Orta əsrlər (Middle Ages) (1300-1325) IV əsrdən XIX əsrə qədər, yəni intibah dِvrünə kimi davam edən Qərb tarixinin nisbətən uzun dِvrü. )
    Amerika müsəlmanlarından biri bu barədə bildirmişdir ki, o, nəzarət qrupu ilə müqayisədə təcrübi qrupun miqreninin azalmasında Quranın avazla qiraətinin təsirini göstərə bilmişdir.''("Ali-İmran" (3) surəsi, ayə 84; ''De! Yeganə Allaha və Allah tərəfindən İbrahim və İsmayıl və İshaq və Əsbata nazil olana, Allah tərəfindən Musa, İsa və peyğəmbərlərə verilənə iman gətirdik, onların heç biri arasında fərq qoymuruq və onlara təslimik. )
    İkinci məlumat: 1991-ci ildə ''Britiş'' jurnalında ''Müqəddəs Quranın avazla qiraətindən istifadə'' edilərək radio frakans iynə terapiyası üsulu ilə xərçəngin müalicəsinə dair tədqiqat işi çap olundu.
    Bu tədqiqatda doktor İmam bir tibbi qrupla səkkiz il müddətində böyük səbrlə yarımtəcrübi, bəlkə də tibb elmində ilk dəfə olaraq dindən istifadə sahəsində araşdırmaya başladılar.
    Tədqiqatın aparılması qaydasına əsasən Qurani-Kərimdən müəyyən ayələrin avazla qiraətini "Yasin" surəsinin 1-19-cu ayələri) trans diversinin köməyi ilə radio dalğaları şəklində xəstənin bədəninin iynə terapiyası aparılan nöqtələrinin üzərinə ötürürdülər və hər xəstə üçün bir həftə ərzində gündəlik on dəqiqə bu iş davam edirdi.
    Tədqiqat səkkiz il müddətində 20-80 yaş arasında olan və xərçəngin müxtəlif növlərinə tutulan 75 xəstə üzərində aparıldı.
    Bu xəstələrdən 64-nün üzərində aparılan patoloji və travmatoloji yoxlamalarla onların ziyanlılığı sübut olunmuşdu və onkoloqlar onları ənənəvi müalicə üsulları ilə müalicə etmişdilər. Xəstələrin əksəriyyəti uşaqlıq və döş xərçənginə tutulmuşdular, araşdırmanın sonunda bu nəticəyə gəlindi ki, xəstələrdə (ağrının sakitləşməsi, yuxunun yaxşılaşması, ürəkbulanma və qusmanın aradan qaldırılması, hərarətin azalması və yaranın sürətli sağalması) kimi kliniki müalicənin aparıldığı və simptomların azalması müşahidə olundu. Bundan əlavə, aparılan patoloji yoxlamalara əsasən verilən cavabların 20 faizi mənfi olmuş, 40 faizində isə müalicənin uğursuz olduğu aşkarlanmışdır.''(İslam inqilabı mühafizəçiləri ilə Ayətullah Xameneyinin gِrü؛ündə, 21/8/1378. )
    Üçüncü məlumat: ''Ölkəmizin psixi sağlamlıq mütə¬xəssis¬ləri tədqiqatlar və araşdırmalar aparmaqla belə bir nəticəyə gəlmişlər ki, dini etiqadların insanların ruhi sağlamlıq və sakitliyinə müsbət təsiri vardır.
    Bu araşdırmada yoxlanılan insanlar Şiraz Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsinin tələbələri idi. Belə ki, ümumi dərs siniflərindən yüz qız və yüz oğlan tələbə təsadüfi şəkildə seçilmişdilər. Onların yaş həddi 18-35, orta yaş həddi isə 25-27-dir.
    Bu araşdırmada MHO anketindən istifadə olundu və bu anketdə iztirab narahatçılığı, xəstəliyin qorxusu, vasvasılıq və psixozun miqyasları qeyd olunmuşdu.
    Həmçinin dini dəyərlərin ölçülməsi üçün alnurt, vernon və lindezi dəyərləri anketi də istifadə olundu. Bu araşdırmanın nəticələri göstərdi ki, daha yüksək dini təmayülə malik olan tələbələr daha çox sakitliyə malikdirlər və onların ruhi sakitliklə dini dəyərləri arasında mənalı bağlılıq mövcuddur.''(İslam inqilabı mühafizəçilərinin Ayətullah Xameneyi ilə gِrü؛ündə, 21/8/1378 )
    Dördüncü məlumat: 1376-cı ilin mehr ayında İranın Gigiena, Müalicə və Tibbi Təhsil Nazirliyinin mütəxəssislərindən biri tərəfindən Məkkə və Mədinənin mənəvi məkanlarının Allah evinin zəvvarlarının mənəvi və psixi sağlamlığına təsiri üzərində tədqiqat aparıldı və bu araşdırma çox müsbət nəticələrə malikdir. Aparılan tədqiqatlar bir daha müqəddəs və mənəvi Məkkə və Mədinə zəvvarlarının ruhi sağlamlığına mühitin dərin təsirlərindən bəhs açır.''(Devid Hyum (1711-1766), ingilis filosofu. )
    ÜÇÜNCÜ FƏSİL:
    MÜASİR İNSANIN DİNƏ VƏ MƏNƏVİYYATA QAYIDIŞININ SƏBƏBLƏRİ
    Müasir insanın İslam inqilabına üz tutması elə bir təzahürdür ki, onun amillərini insanşünaslıq və sosiologiya baxımından araşdırmaq olar. İnsanın taleyini, ehtiyac və istedadlarını öyrənməklə onu təbiiliyə səsləyən, puçluqdan xilas edən, həyatını nizamlayan sədaqətli çağırışlara əsasən onun taleyini təhlil etmək olar. Bu fəsildə insanın dini və mənəvi yönümü amillərini aşağıdakı mövzular əsasında araşdıracağıq:
    İnsanın həqiqəti axtarma fitri hissi və onun hərtərəfli məktəbə ehtiyacı;
    İnsanın ruhi və mənəvi boşluqdan məyusluğu
    Maddi mədəniyyətin gündən-günə artan nizamsız¬lığından məyusluq
    Maddi mədəniyyətin əxlaqi və mənəvi tənəzzülündən
    Məyusluq.
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 682 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024