İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:25 AM

    ÜÇÜNCÜ AMİL: MADDİ
    MƏDƏNİYYƏTİN GÜNDƏN-GÜNƏ
    ARTAN NİZAMSIZLIĞINDAN MƏYUSLUQ
    Müqəddimə
    Mövcud beynəlxalq dəyişikliklər haqqında dərindən düşünərkən yeni mədəniyyət, onun dağıdıcı təsirlərindən bəşərin məyusluğu, müasir insanın həyatını nizamlamaqda bu mədəniyyətin gücsüzlüyü və nəticədə onun din və mənəviyyata üz tutmasını yaxşıca dərk edirik.
    Qərb mədəniyyətinin yaradıcıları və onun aparıcı nümayəndələri renessans dövründə və ondan sonra kilsəni səhnədən qovmaq, öz yalnış fikirlərinə həqiqilik donu geyindirməklə ağıl və vəhy, elm və iman arasındakı uyğunsuzluğa əsaslanan ən mühüm elmi uğurlarını təqdim etmiş və tədricən sekularizm cərəyanını bəşərin ictimai həyatına gətirdilər. Beləliklə də, onlar insan həyatının nizamlanması və idarə olunması sahəsində din və dini təlimlərin qurucu fəaliyyətinin yolunu bağladılar.
    Sekularizm cərəyanı həqiqətdə dinin insanın bütün elmi, ictimai və siyasi imtiyazlarından ayrılığını təbliğ edir. Onu da demək lazımdır ki, Qərbdə yaranmış məktəblərin çoxu bu düşüncə tərzinin təsiri altına düşmüş və Qərbin mədəni normaları belə bu təfəkkürün məhsuludur.(Cermi Rifken, Ted Havard, "Dünya süqut eni؛ində", doktor Mahmud Behzadın tərcüməsi, səh.19 )
    Qərbin birtərəfli və materialist mədəniyyəti öz mənasız iddialarına baxmayaraq, insanın ictimai həyat imtiyazlarının dini təlimlərlə ciddi qarşıdurması istiqamətində tədricən bəşərin dolaşıq maddi və mənəvi problemlərinin həllində gücsüzlüyünü büruzə vermişdir.
    Bu gücsüzlüyün sirrini mədəniyyətin əsas yaranış özəyində, yəni Qərb fəlsəfi təfəkkürü və mədəniyyətinin sosiologiya və antropologiya baxışlarında axtarmaq lazımdır.
    Onun izahı budur ki, Qərb mədəniyyəti aləm və insana ateist baxışı ilə və vəhydən tam uzaqlaşmaqla bəşər həyatını tənzimləmək üçün yollar göstərməyə çalışdı, amma bu yollar insan varlığı və dünyanın gerçəklikləri ilə uyğunsuzluq təşkil etdiyinə görə lazımi yararlılığa malik olmadı. İnsanın həqiqi imkan və bacarıqlarının inkarına əsaslanan düşüncə və təfəkkür, eləcə də bunun əsasında formalaşan yeni mədəniyyət bəşər həyatını tənzimləmək¬dənsə, müxtəlif ictimai nizamsızlıqların yaranması və çoxalmasına zəmin yaratdı, Qərb və qərbçi cəmiyyətləri bu nizamsızlığın girdabında məhv etdi.
    1 – YENİ MƏDƏNİYYƏT – BUGÜNKÜ DÜNYANIN NİZAMSIZLIQLARININ ƏN MÜHÜM AMİLİ
    Bu yazıda Qərb mədəniyyətinin uğurlarının birbaşa təkzibi və mütləq inkarı fikrində deyilik. Amma ''yer behiştini yaratmaq məqsədilə formalaşan yeni mədəniyyət'' dünyanın şimal yarımkürəsində yaşayan insanların 15%-nin inhisarında olan (Qərb ölkələri) bəşər mədəniyyətinin tərəqqisinin nisbi əsaslarını yaratmaq əvəzinə, insan həyatının müxtəlif sahələrində böyük itkilərə səbəb oldu.
    ''Şəksiz, bu gün kimsə yeni dəyişiklik və hadisələri, habelə parlaq əsrin məhsulu olan təfəkkürdə sənaye inqilabını, insan həyatında istehsal üsulunu və baxışını inkar edə bilməz. Amma əgər bütün bu uğurları eyni zamanda baş vermiş sağlam ağıla biganəliklə, nizamsızlıqla, sapınmalarla, mədəni və əxlaqi qarşıdurmalarla müqayisə etsək, cəmiyyətdə hansı problemlərlə üz-üzə durduğumuzu aşkar şəkildə görə bilərik.
    Dünya XXI əsrin astanasında taleyüklü problemlər qarşısındadır və bütün millətləri və dövlətləri ictimai, siyasi, iqtisadi və intellektual sahələrdə müəyyən çətinliklərlə üz-üzə qoymuşdur. Üstün mədəniyyətə malik cəmiyyətlərin informasiya inqilabı və dəyişilmiş dəyərləri inkişaf etməkdə olan xalqların quruluşu və davranış qaydaları üzərində qələbə çalmağa çalışırlar. Bu elə normalardır ki, o, bədnam modernizm şəklində millətlərə təqdim olunur və əslində dünyada nizamsızlığın ən mühüm amili və mənşəyidir.''(Cermi Rifken, Ted Havard, "Dünya süqut eni؛ində", doktor Mahmud Behzadın tərcüməsi, səh.19 )
    Qərb bir tərəfdən dünya ölkələrinin hərtərəfli inkişaf və tərəqqi etməsinin zəruriliyini vurğulayır, digər tərəfdən isə geri qalmış ölkələrin həyati məna kəsb edən var-dövlətindən ədalətsiz şəkildə faydalanaraq, ədalətsiz iqtisadi siyasətini davam etdirir və beləcə dövlətli və kasıb ölkələr arasında dərin uçurumların əsasını qoyur.
    Ümumiyyətlə, ''Qərb texnologiya və iqtisadiyyat sahəsindəki fəaliyyəti ilə üçüncü dünyanın vəziyyətini daha da təhlükəli etmişdir.''(Cerom Bandiye, Parisdə Yuneskonun təhlil və tədqiqat idarəsinin müdiri, "Ettelaat" qəzeti, 8/3/1378 )
    Qərb modernizmi öz ağlının imkan verdiyi təkliflərə tabe olmaqla, insanı bir alət kimi qəbul etməklə və təbiətdən sərhədsiz istifadəyə icazə verməklə özü bəşəriyyət üçün ən qorxulu və ən dağıdıcı amilə çevrildi. Bu baxımdan ətraf mühitin kəskin şəkildə pisləşməsi və atom silahlarının fövqəladə çoxluğu onun aydın nümunələridir.
    Maddi mədəniyyətin kor-koranə təqlidi dövrününsonu
    Bəşəriyyət Qərb mədəniyyəti təlimlərinin kor-koranə qəbul edilməsi və böyük itkilərlə üz-üzə gəldiyi dövrü keçdikdən sonra artıq yeni mədəniyyətin zorla qəbul etdirilməsi məsələsi təkamül və tərəqqi kimi qəbul olunmur. İndi Yer kürəsi sakinlərinin böyük hissəsi bu həqiqəti dərk edir ki, ''yeni əsrin bütləri və onların aldadıcı vədələri nəinki insan arzularını həyata keçirməyə qadir deyil, əksinə insanın özünü belə məyusluğa düçar edir.''("Xəbər" mərkəzi ؛ِbəsi, 30/4/1373 )
    Ustad Əllamə Məhəmməd Tağı Cəfəri(r) bununla bağlı olaraq dünyanın bir qrup məşhur alimlərinin iştirakı ilə Kanadanın Vankuver şəhərində keçirilən iclasa və burada qəbul edilən ''Vankuaver'' Bəyannaməsinə toxunaraq iclası keçirənlər və bəyanatı imzalayanların dünyanın nizamsız vəziyyətinə və insan həyatını məhv olma təhlükəsinə salan müxtəlif təhdidlər haqqında aşkar xəbərdarlıqlarına habelə iqtisadi və siyasi strukturların məsuliyyətsizliyini xatırladaraq yazmışdır:
    ''Bəli, XIX əsr və XX əsrin birinci yarısında yaşayan insanlar bir gün bəşərin bütün düha sahiblərinin və mütəfəkkirlərin, siyasət və iqtisadiyyat üzrə idarəçilərinin işlərini mədəniyyət və təkamül kimi qəbul edirdilər və etiraz edən hər kəsə deyirdilər: İnsanlar, ayıq olun, bu günün sabahı da var. Onlar isə cavab olaraq deyirdilər: Get işinin dalınca! Sən bəşəriyyətin tərəqqisinə sədd çəkmə! Artıq nadanlığın bəşəriyyətə hakim olduğu zaman keçib. Bu gün yalnız elm dili ilə danışmaq olar!
    Bunun müqabilində məlumatlı olanlar deyirdilər: Sizi and veririk vicdanınıza, insan və həqiqi mədəniyyət yaradan məqsədli elmin həqiqətinə, bizi belə boş-boş sözlərlə aldatmayın. Çünki biz çox qədimdən bu həqiqəti dərk etmişik:
    Yol hamardır, altında tələlər
    Tələlərin arasında məna qıtlığı
    Sözlər və adlar kimidir tələlər,
    Şirin söz ömr suyumuzun çınqılı.("Sübh" jurnalı, №87, 1377-ci ilin azər ayı )
    Ustad Əllamə Cəfəri(r) Vankuver bəyannaməsinin [indiki dünya]nın siyasi və iqtisadi strukturlarının yalnız qısamüddətli mənafeləri barədə düşündüklərinə dair hissəsini qeyd edərək demişdir:
    Siyasətin və iqtisadiyyatın praktik icraçılarının yalnız qısamüddətli mənafelər barədə düşünmələrinə təəccüb etmək lazım deyil, təəccüblüsü odur ki, universitetlər və elmi mərkəzlər həmin fikri sadəlövh tədqiqatçıların beyinlərini dəyişən gerçəklik kimi elmi şəkildə vermişlər.''(Həmin yerdə, №76, 1375-ci ilin isfənd ayı )
    Maddi mədəniyyət tənqid hədəfi kimi
    Yeni mədəniyyətin əldə etdiyi nailiyyətlərin təriflənməsi ilə bağlı dövrün keçməsindən sonra indi maddi mədəniyyət və ondan əldə olunmuş siyasi və iqtisadi strukturlar (xüsusilə Qərbdə) hər zamandan daha çox analitiklərin tənqidinə məruz qalmışdır.
    Dünyanın üçüncü minilliyə daxil olması və materialist məktəblərin puç vədələri ilə bağlı həqiqətin aşkar olduğu zaman beynəlxalq analitiklər bildirmişlər:
    ''Kommunizm, sosializm və kapitalizm quruluşları tarazlığın yaradılması və insanların həyatın mənəvi və maddi nemətlərindən faydalanması məsələlərində öz arzularına çatmadılar, ''üçüncü yol''un iddiaçısı olan sosial-demokrat nəzəriyyəsi də üçüncü minillikdə problemlərin həlli, dövlətli ilə kasıblar arasındakı uçurumu aradan qaldırmağa nail ola bilmədi:''("Keyhan" qəzeti, 24/7/1380 )
    Bu gün Qərbdə şərhçilərin çoxu bu fikirdədirlər ki, kapitalizmin deməyə artıq bir sözü yoxdur və ''kapitalizm ruhlar gəmisi kimidir ki, qaranlıq gecədə dənizdə hərəkət edir və onun üçün hər an toqquşma təhlükəsi vardır.''("Kəlme-ye dane؛cu", №16, "Əl-Fələstin əl-müsəlləmə" jurnalından, London çapı, noyabr 1995 )
    Təhlilçilərin bu qrupunun fikrinə görə ''elm Qərbdə öz beşyüzillik inkişafı prosesində bəşər tarixini elə bir yerə çatdırmışdır ki, onu bir faciə kimi xarakterizə etmək o qədər də çətin deyil. Faciə bizim yaxınlığımızdadır; ardıcıl kimyəvi və nüvə sınaqlarından yaranan təhlükələr, ətraf mühit təhlükəsi, bəşərin 3/4-nün aclığı və…''(Lex Valensa, Pol؛anın keçmi؛ prezidenti ''Dünya-2000-nin istiqaməti'' Almaniyada beynəlxalq konfransda məruzəsi, "Cümhuri-ye Eslami" qəzeti, 23/7/1378 )
    Onlar əmindirlər ki, gündəlik həyatda insan münasibətlərinin pozulmasına nəzər salsaq görərik ki, bu mədəniyyət insanların psixoloji və mənəvi həyatını necə məhv etmişdir.("İran" qəzeti, 7/9/1375 )
    İnsanlığın məhv olması
    Qərb analitiklərinin bir qrupu da dünyanı təhlükə və tədrici dağılma ilə üzləşdirən faciəni təsvir etməklə Qərbin insanlara maddi inkişafın ən yaxşı yolu kimi təqdim etdiyi üsulu insanlığın məhv olması adlandırmış və bildirmişlər:
    ''Ötən neçə əsr ərzində Qərb təbiət və bizim onunla əlaqəmiz haqqında yeni inqilabi təfəkkür tərzini müəyyən etdi və həmin yeni təfəkkür tərzi sənaye və tərəqqi əsrinə gedən yolu asanlaşdırdı.
    Yeni təfəkkür tərzi şəhərlərin genişləndirilməsini, işıq, avtomobil, göydələn, istehsal edilmiş ərzaq məhsulları, televizor və kompüterdən istifadə olunmasını, habelə fəza səfərlərini insanlara bəxş etmişdir.''(Cümhuri-ye Eslami" qəzeti, 16/11/1369. Tehranda səkkizinci İslam təfəkkürü konfransından kənar müsahibəsində. )
    Amma həmin yeni təfəkkür tərzi heyvan növlərinin nəslinin kəsilməsi, torpağın korlanması, iqlimin zəhərlənməsi, ozon təbəqəsində yarığın yaranması, turşu yağıntıları, meşələrin məhv olması, şəhərlərin genişlənməsi problemi, milli mədəniyyətlərin aradan getməsi, genişlənmiş qıtlıqlar və hazırda enerji və onunla əlaqədar evlərin isidilməsi böhranı ilə nəticələnmişdir.(Süru؛" jurnalı, №551, 1370-ci ilin fərvərdin ayı.)
    Şübhəsiz, modernizmin yaratdığı dağıntılar deyilənlərdən daha çox və daha təhlükəli olmuş və əsasən insanın ali fitri qabiliyyəti və azadlığı mahiyyətinin inkarına yönəlmişdir.(Doktor Əbdüləzim Kərimi. Dini tərbiyəyə əsaslı yِnüm, səh.15, 19 )
    Belə ki, çağdaş tarixi, təbii olaraq, insanlığın məhv olması tarixi adlandırmaq olar. Parl Datenburqun sözü ilə desək, yeni insan, yəni intibahdan sonrakı insan dəfn olunmaq üçün hazırlanmışdır.''("Nur səhifəsi", c.21, səh.66 və 67 )
    Birləşmiş Millətlər Təşkilatının yüksək vəzifəli şəxslərindən bir çoxu texnologiya əsrində dünyanın nizamsız vəziyyəti haqqında mötəbər məlumat, statistika və rəqəmlərə istinadən aşkar şəkildə bildirmişlər ki, bəşəriyyət XXI əsrin astanasında tufana düşmüş bir gəmi kimidir və hansı istiqamətdə hərəkət edəcəyini bilmir.''
    Onlar daha sonra xəbərdar etmişlər: ''[Bəşərin hərtərəfli] problemlərinin çoxu hər növ hədd və sərhədləri aradan qaldırmış və indi beynəlmiləl xarakter kəsb etməkdədir. Artıq XXI əsrin həyat uğrunda mübarizə əsrinə çevrilməsinin mümkünlüyü tam reallıqdır.''("Nur səhifəsi", c.21, səh.66 və 67 )
    Almaniyanın ''Frankfurter şav'' qəzeti bəşəriyyətin maddi mədəniyyətinin dünya üçün yaratdığı böyük təhlükələrə işarə edərək yazmışdır:
    ''Dünyanın siyasi şərhçi və təhlilçilərindən heç biri [XXI əsrdə dünyanın gələcəyi haqqında] öz dediklərinə və təhlillərinə inanmırlar və dünya qaranlıq və nizamsız gələcəyə tərəf hərəkət edir.''(Xəbər" mərkəzinə müsahibəsində, "Cümhuri-ye Eslami" qəzeti, 15/3/1378 )
    Müasir insanın dini yönümü
    Bəşəriyyət maddi mədəniyyətin, onun siyasi təlimləri və iqtisadi mədəniyyətinin zərərli sahələrindən əvvəlkindən daha çox agah olduqca, bir daha dini təlimlərə üz tutmağı, yenidən dini imanla bağlılığı və Allaha həqiqi etiqadı dünyanın maddi mədəniyyətin özü ilə gətirdiyi çoxsaylı təhlükələrdən yeganə nicat yolu kimi diqqət mərkəzində saxlayır.
    ''BMT Harvard Universitetinin min nəfər alimi tərəfindən aparılmış üçillik tədqiqatların nəticəsini elan etmişdir: Dini dəyərlər ətraf mühitdəki problemlərin həllində həssas rola malikdir.
    Birləşmiş Millətlər Təşkilatının baş katibinin birinci müşaviri bu tədqiqatın nəticəsini elan edərkən bildirmişdir: ''İqtisadi təhlükəsizlik və siyasi həyatımız müqəddəslik və hərəkətvericiliklə ən ali mənəvi və əxlaqi dəyərlər üzərində qurulub ona xidmət etməsə, mədəniyyətimiz XXI əsrin sonuna kimi qalmayacaq.''("Taha" (20) surəsi, ayə 124: ''Kim məni xatırlamaqdan uzaqla؛sa, həyat onun üçün çətinlə؛əcək və Qiyamət günü məh؛ur kor olacaq.'' )
    Ohayada min nəfər amerikalı qadının iştirak etdiyi toplantını təşkil edənlərdən biri xanım Robin Rat toplantıda çıxış edərkən indiki problemlərin həlli üçün bəşəriyyətin yenidən dini etiqadlara qayıdışının zəruriliyini açıqlayaraq demişdir:
    ''Dünya ədalətsizlik, insafsızlıq, istismar, zorakılıq, hüquqi bərabərsizlik, inhisarçılıq və maddi meyllilikdən od tutub yanmaq üzrədir və Allahı tanıma, onun elçiləri tərəfindən bizə göstərilən yolları aramaqdan başqa bu problemlərin heç bir həlli yolu yoxdur.''
    O sonra demişdir: ''Parlamentlərdə qəbul olunmuş qanunlar artıq yararlı deyildir və bu qanunların icraçıları öz işlərində pozğunluğa yol verirlər.''(Ustad ھəhid Murtəza Mütəhhəri, İyirmi sِhbət, səh.154-155 )
    Amerikanın Orizona universitetinin tarix müəllimi Maykl Denis Bradin (1992-ci ildə İslamı qəbul etmişdir) demişdir:
    ''Mənim fikrimcə, Qərb mədəniyyəti tezliklə çıxılmaz vəziyyətə düşəcək və onun yerini İslam mədəniyyəti tutacaq… Amerika və bütün dünya bu gün elə bir böhrana düçar olmuşdur ki, tarixdə onun misli görünməmişdir. Əgər hər hansı bir dövrü Peyğəmbərin(s) zühurundan əvvəlki cahillik dövrü ilə müqayisə etməli olsaq, bu bizim dövrümüzdür… Buna görə dünya, xüsusilə, Amerika İslamı qəbul etməklə özlərində daxili inqilab yarada bilərlər. Təkcə bu dindir ki, mənim ölkəmi və dünyanı maneələrdən və əyriliklərdən xilas edə bilər.''("Mizanul-hikmə", c.3, səh.370 )
    Amerika prezidentinin (Nikson) sabiq müşaviri doktor Robert Kerrin də ''Amerika cəmiyyətinin böyük problemlərinin həlli üçün yalnız İslam dini dəvadır'' fikrini irəli sürərək demişdir:
    ''Dünyanın ən ağır problemlərinin mövcud olduğu Amerika cəmiyyətindəki çətinliklər Amerikanın böyük orqanları və dostunun dinin təfəkkür və əməlin əsası seçilməsi yolu ilə apardığı mübarizənin nəticəsidir.''(Name-ye fərhəng"dən №13, səh.61-77 )
    Dünyanın bəzi məşhur siyasətçiləri müasir dünyanın nizamsız vəziyyətini tənqid etməklə və ''insanlar üçün pul və güc hakimiyyəti bir faciədir'' fikrini bildirməklə vurğulamışlar: ''Yalnız əxlaqi əsaslar və dini etiqadlar bəşəriyyətə gələcəyin yolunu açmalıdır.''("Ettelaat" qəzeti, 8/3/1378 )
    Fransa mütəfəkkiri, Qərb və İslam təşkilatının rəhbəri, professor Lamand kimi alimlər bildirmişlər:
    ''Qərbin tutduğu yol ictimai əsaslar və mədəniyyətin məhvi ilə nəticələnəcək və Qərb dünyasının itirdiyi yolu tapması üçün İslama ehtiyacı vardır.''(Oktavio Paz, mə؛hur Qərb yazıçısı və Nobel ədəbi mükafatının qalibi, Siyasi-iqtisadi xəbərlər, №63 )
    Mütəfəkkirlər dinə qayıdışı etiraf edirlər
    Müasir mütəfəkkirlərin təhlil və proqnozları və dünya miqyasında baş verən cari dəyişikliklər bəşəriyyətin maddi mədəniyyətdən məyusluğunu, din və mənəviyyata yeni qayıdışını sübuta yetirir.
    Afina Universitetinin (Yunanıstan) dinlər üzrə sosioloqu Corc Mitalinus bu barədə demişdir:
    ''İndi kapitalizmdə ədalətsizlik, sosializmdə isə yoxsulluq nəzərə çarpır. Yaxın müasir tarixdə baş verəcək hadisə üçüncü qüdrətin meydana çıxmasıdır ki, bu da din adlanır.''(Əlcəzair, Argentina, Misir, Braziliya, Malayziya, Meksika, Nigeriya, Venesuella, اili, İndoneziya və s. )
    Məşhur fransız sosioloqu Jil Kopel ''Obezravator'' qəzetinə verdiyi müsahibəsində öz geniş tədqiqatlarının mühüm nəticələrini şərh etmiş və ''dini hərəkatların zühuru hadisəsi bütün dünyanı bürümüşdür'' gerçəkliyini bəyan edərək, bu mühüm hadisənin təhlilində demişdir:
    ''Dünyada dini hərəkatların meydana gəlməsi müasir mədəniyyətdən ümumi narazılığın nişanəsidir.'("Cümhuri-ye Eslami" qəzeti, 1/4/1379, "Rِyter" agentliyindən )
    Bəli, ''indiki bəşəriyyət ikinci minilliyin sonu və üçüncü minilliyin astanasında ən böyük böhranlara (Cvsis) düçar olmuşdur...
    Bu vəziyyəti dəyişə bilən və gələcək nəslin ruhunda yeni ümid yaradan yeganə söykənəcək bəşəriyyətin əxlaq və mənəvi dəyər məsələlərinə yenidən üz tutması və Yer kürəsində insanın Allah-Təalanın elçisi məqamına qayıdışıdır. Bu qayıdışın nişanələri YUNESKO-nun, dünya ölkələrinin təlim-tərbiyə başçılarının elmi konfransları, habelə dünya birliklərinin qətnamələri, bəyanatları, təlimatları və nəşrlərinin məzmununda aydın şəkildə müşahidə olunmuşdur.''(1998-ci ildə insan artımı haqqında məlumat, Millətlər Tə؛kilatının abadlıq proqramı, "Keyhan" qəzeti, 25/6/1377 )
    Allaha inamsızlıq - müasir mədəniyyətin problemi
    Müasir insanın böyük cəhdlə can atdığı dini etiqadlar və dini iman bəşəriyyətin yeni mədəniyyət problemlərindən və Qərbin ifrat maddi meylliliyindən yeganə nicat yoludur.
    Bu həmin mühüm müraciətdir ki, Həzrət İmam Xomeyni (r) keçmiş SSRİ-nin başçısına ünvanlamışdır və əslində bu böhrana düçar olmuş dünyanın bütün sakinlərinə göndərilmiş müraciətdir.
    İmam(r) Sovet İttifaqının rəhbərinə öz tarixi məktubunda bu fikri bəyan etmişdir ki, sizin müvəffəqiyyətinizə səbəb olacaq birinci məsələ sələflərinizin cəmiyyətdən Allahı və dini uzaqlaşdırmağa dair apardıqları siyasətə yenidən baxmağınızdır.''(Sübh" jurnalı, 1377-ci ilin bəhmən ayı, №89, "ھərqül-əvsət"dən )
    O, eyni zamanda müasir texnologiya əsrinin problemlərinin əsas səbəblərini bəyan edərək yazmışdır:
    ''Cənab Qorbaçov!
    Həqiqətdən üz çevirmək lazım deyil. Sizin ölkənizin əsas problemi mülkiyyət, iqtisadiyyat və azadlıq məsələsi deyil. Sizin probleminiz Allaha həqiqi etiqadın olmamasıdır. Bu həmin problemdir ki, Qərbi bayağılığa və çıxılmaz vəziyyətə salmaqdadır və salacaqdır. Sizin əsas probleminiz Allah, varlığın başlanğıcı və yaranışla uzun və mənasız mübarizədir.''(Mənuçehr Dəbir Siyaqi, Qərbdə nə ba؛ verir, səh.107 )
    Həzrət İmamın tarixi müraciətindən bir onillik sonra Qorbaçov Həzrət İmamın(r) iti düşüncəsi və onun müraciətinin hazırkı dövrün gerçəkliklərinə uyğunluğunu etiraf edərək demişdir:
    ''Əgər biz Ayətullah Xomeyninin həmin müraciətdə söylədiklərini ciddi qəbul etsəydik, bu gün yəqin belə bir vəziyyətin şahidi olmazdıq. (Sovet İttifaqının dağılması, Rusiyanın gündən-günə zəifləməsi və s.) Ayətullah Xomeyni dünyada böyük bir iz qoya bildi. Mən əminəm ki, o, dövrünün uzaqgörən siyasətçisi idi və məkan miqyasına sığmırdı.''("Keyhan" qəzeti, 21/4/1379 )
    İmamın(r) dünya və axirət səadətinə qovuşmaq üçün Allaha həqiqi inam zərurətini vurğulaması həqiqətdə Qurani-Kərimin mübarək ayələrinin və məsumların(ə) hədislərinin məzmununun bir daha bəyan edilməsidir.
    İslam təlimlərinə əsasən bəşəriyyətin həmişə nail olmaq istədiyi üstün mədəniyyət yaranışın başlanğıcına həqiqi iman və etiqad sayəsində reallaşa bilər və bu, məxluqun şübhəsiz və dəyişməz qanunlarındandır:
    ﴿ و من اعرض عن ذكرى فان له معيشة ضنكا و نحشره يوم القيامة اعمى﴾
    ("Sübh" jurnalı, №89, 1377-ci ilin bəhmən ayı, "Fəraz" nə؛rindən  )
    ''Ümumiyyətlə, ictimai əxlaq və ədalət, ictimai təhlükəsizlik və insaniyyət elə sərmayələrdir ki, onları əldə etmək və qorumaq üçün başqa bir mənbəyə ehtiyac duyulur. Onun adı imandır.''("Sübh" jurnalı, №89, 1377-ci ilin bəhmən ayı, "Fəraz" nə؛rindən )
    Həzrət Əmir(ə) də yaranış aləminin bu şəksiz qanununu izah edərkən buyurmuşdur:
    من استحكم لى فيه خصلة من خصال الخيراحتملته عليها واغتفرت فقد ما سواها ولااغتفر فقدعقل و لا دين لان مفارقة الدين مفار قة الامن فلا يتهنا بحياة مع مخافة وفقد العقل فقد الحياة ولا يقاس الاّ بالاموات ("Keyhan" qəzeti, 16/4/1379 )''Əgər kimsə insana xas ən yaxşı keyfiyyətlərdən birinə malik olsa, iki şeydən başqa onun digər keyfiyyətlərinə dözərəm və bağışlayaram; biri ağılsızlıq, biri isə imansızlıq. Din və imanın olmadığı yerdə təhlükəsizlik yoxdur, təhlükəsizlik, etimad və arxayınlıq olmayan yerdə həyat xoşagələn deyil, daim nigarançılıq, qorxu, iztirab var. Ağıl olmayan yerdə insan ölülərlə müqayisə olunmalıdır.''
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 845 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024