İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:13 AM
    Çirkin həmcinsbazlığın geniş yayılması
    Qərb ölkələri və onların qanunverici orqanları həmcinsbazlığa bəraət qazandıraraq onu qanuniləşdirməklə Qərbin əxlaq və mənəvi dəyərlərinin tənəzzülünü daha da sürətləndirdilər.
    Amerika prezidentlərindən biri vaxtilə həmcinsbazların yığıncaqlarında rəsmi iştirak etməklə yanaşı, hökumət orqanlarının onları dəstəklədiyini elan etmişdir.
    Aparılmış tədqiqatlara əsasən, Qərb cəmiyyətlərinin, xüsusilə Kanadanın əsas problemlərindən biri cinsi sapınma, yaxud həmcinsbazlıqdır ki, əksər qadın və kişilər onunla üzləşirlər.
    Həmcinsbaz nümayəndə və nazirlərin mövcudluğu və onlar haqqında xüsusi qəzet və jurnallar vasitəsilə məlumatların yayılması həmcinsbazlığa rəsmi don geyindirmişdir. Həmçinin onlar tərəfindən mühüm ictimai fəaliyyətlər, xüsusilə ailə qurmaq, varislik hüququ, ictimai təminat xidmətlərindən istifadə hüququ və sairə həyata keçirilmişdir.
    Bu tədqiqata əsasən, Kanadada indiki dövrdə Kvebek ştatında ən mühüm iqtisadi qüvvələrdən biri olan Monreal bank idarəsi öz işçilərinə bütün ictimai hüquq və imtiyazları verməklə həmcinsbazlığı rəsmən tanımışdır.("Səlam" qəzeti, 21/5/1370, "Plin Trata" nə؛riyyatından gِtürülüb)
    Bu tədqiqat həmçinin göstərir ki, ''təkcə dövlət idarələrindən birində həmcinsbazların sayı 30000 nəfərə çatır! Bu rəqəm çox böyükdür və idarədə ən böyük mütəhərrik qrup birliyini təşkil edir.(Sübh" nə؛riyyatı, №89, 1377-ci ilin bəhmən ayı Məhəmməd Hüseyn Fərcad, İctimai travmatologiya və sapınmalar sosiologiyası, səh.223)
    İngiltərənin baş naziri və həmcinsbaz nazirlər
    Qərbdə həmcinsbazlığın biabırçı təzahürünün genişlənməsi ilə onlar tədricən öz siyasi mövqelərini möhkəmləndirməyə və zahirən sivilizasiyalı ölkələrdə həssas postları tutmağa başlamışdılar. Belə ki, Zimbabve prezidenti Robert Moqabe Cənubi Afrika Millətlər Birliyi ölkələri başçılarının konfransında çıxışı edərkən İngiltərənin baş naziri Toni Bleyerə qarşı öz kəskin fikrini bildirərək ''Bleyer həmcinsbazlar təşkilatını [dövlət orqanı] idarə edir demişdir.''("Keyhan" qəzeti, 30/5/1376 )
    Moqabenin bu sözləri həqiqətən də Toni Bleyer hökumətində üç həmcinsbaz nazirin mövcudluğuna bir işarədir. İngiltərə dövlətində Şimali İrlandiyanın [xarici] işlər naziri Piter Mendelson, bu ölkənin mədəniyyət, informasiya vasitələri və idman naziri Kris Smit və kənd təsərrüfatı naziri Nik Braun həmcinsbazdırlar. İngiltərə dövlətində Uelsin keçmiş [xarici] işlər naziri Ran Dvis də bir neçə ay əvvəl əxlaqi rüsvayçılığa görə istefa verməyə məcbur olmuşdur. O, Toni Bleyer hökumətinin dördüncü həmcinsbaz üzvü sayılırdı.''(Sübh" nə؛riyyatı, 1376-cı ilin tir ayı, №71 "Va؛inqton tayms" )
    Ailənin əsasının dağılması
    Ailə insanın tənhalıq, guşənişinlik, müxtəlif sapınma¬lara qarşı möhkəm müdafiə qalası, təbii ehtiyacların, məhəbbət və mənəvi istəklərin ödənməsi və insan nəslinin qorunması üçün Allah-Təalanın bəxş etdiyi əvəzsiz nemətdir. Şübhəsiz, ailə əsasının sağlamlığı cəmiyyəti ehtimal edilən fəlakətlərdən qoruya bilər. Amma Qərb dünyası liberalizmin nisbi mahiyyət kəsb edən mədəniyyətinin təlimləri sayəsində ailənin əsasının dağılması, onun müsbət təsirlərindən və faydalarından məhrumluğun şahididir.
    Bu barədə müsəlmanların rəhbəri Həzrət Ayətullah Xameneyi açıqlamışdır:
    ''Qərb həyatı çirkin və pozğun bir həyatdır ki, onda bəşəriyyətin mühüm əsaslarından heç biri – ailə, insanın şəxsiyyəti sağlam qalmır və bu Amerika, Avropa əhalisinin əziyyət çəkdiyi bir şeydir.''("Cümhuri-ye Eslami" qəzeti, 15/10/1372. )
    Şübhəsiz, ''Qərbin yeni yaşayış üsulu bu cəmiyyətin parçalanmasının göstəricisidir.'' Bu parçalanmanın göstəricilərindən bəzisini ailənin dağılması, kişi və qadının bir-birinə münasibətdə vəzifələrini itirməsi və nəhayət, əxlaqi, mənəvi, hətta ictimai və siyasi dəyərlərin''("Ettelaat" qəzeti, 12/12/1368, "Cümhuri-ye Eslami" agentliyi ) puç olmasında müşahidə etmək mümkündür.
    Buna görə də çoxlarının əqidəsi belədir ki, müasir cəmiyyətin vəhdət və qohumluğu qorumaq üçün diqqət etməli olduğu ən vacib məsələ ailə ocağının qorunması və onunla bağlı dəyərlərin yüksəldilməsidir.''("Keyhan-e həvayi", 17/8/1368 )
    Qərbdə ailə quruluşunun dağılma əlamətlərinin müşahidə olunması bu gün onun azdırıcı geniş təbliğatını və qərbpərəst ziyalılarını (onlar Qərb mədəniyyətini mütləq şəkildə bəyənirlər) daha çox etibarsız etmişdir.
    Çünki cavanlarının əksəriyyətini qeyri-qanuni uşaqlar təşkil edən, idarələrini boşanmış qadınlar həyata keçirən, uşaq evləri evdən qaçmış qızlarla dolu olan, barları zorakılığa məruz qalmış qızların pənahgahına çevrilən, kafeləri həmcinsbazlar, oğrular, narkomanlar və pozğunların görüş yeri olan bir mədəniyyət mütərəqqi, inkişaf etmiş mədəniyyət adlanmağa layiq deyil.("Zud Deviçe Saytunq" alman qəzeti, 19/5/1396 )
    Qərblilərin ailə ocağının dağılmasından fəryadı
    Qərb cəmiyyətlərində əxlaqi dəyərlər və dini təlimlərə tabe olmamaq nəticəsində ailələrdə yaranmış dəhşətli vəziyyət yerli alim və mütəfəkkirlərin kəskin etirazına səbəb olmuşdur. Ustad Şəhid Murtəza Mütəhhəri bu fikri açıqlayaraq buyurmuşdur:
    ''XX əsrin sonuncu rübündə yaşadığımız bir vaxtda Qərb mütəfəkkirlərinin ailə quruluşunun dağılması, nikahın əsasının süstləşməsi, cavanların nikah məsuliyyətini qəbul etməkdən boyun qaçırması, anaya nifrət, ata və ananın məhəbbətinin azalması, xüsusilə ananın övladlarına məhəbbətinin azalması, bugünkü dünya qadınının bayağılığı, eşqin yerini səthi həvəslərin tutması, boşanmanın artması, qeyri-qanuni övladların baş gicəlləndirici çoxluğu, ər-arvad arasında vəhdət və səmimiliyin azalması ilə bağlı fəryad səsləri eşidilir.''(Keyhan-e həvayi", 28/9/1370, "Sayt Makasini" qəzetindən, №15, 1985-ci ilin noyabr ayı. )
    Ailələrin hörmətdən salınması
    Fransanın məşhur filosof, elm və mədəniyyət xadimi Jan Gyuten öz müsahibəsində etiraf etmişdir ki, ''Qərb cəmiyyətinin bünövrəsi çürüməkdədir və mən bunu yaxşıca hiss edirəm.'' O bu gerçəkliyin səbəblərini şərh edərkən demişdir ki, ailənin əsası dağılmışdır və artıq heç kəs evlənmək istəmir. Ailə hörmətsiz olmuş, sevgi münasibətləri çox azalmışdır.
    Gyuten nəticə olaraq demişdir:
    ''Qərb aradan getmək halındadır və mən inanıram ki, gələcək Şərqə məxsusdur.'(Monrealda yerlə؛ən xeyriyyə tə؛kilatlarından biri tərəfindən təqdim olunmu؛ statistika, 1995-ci il, Seyyid Əhməd Rəhnəmayi, "Qərb؛ünaslıq", səh.112 )
    Məşhur alman filosofu Hans Georg Qadamr (1902-ci ildə anadan olub) da İtaliyanın ''Estanpa'' jurnalına verdiyi müsahibəsində Qərb mədəniyyətində ailə ocağının dağılmasını açıqlayaraq demişdir:
    ''Çox təəssüflər olsun ki, Qərb modernizmi ailə əsasının dağılması istiqamətində addım atmış, sənaye cəmiyyəti bütün təbəqələrdə ənənəvi ailənin qüvvələrini zəiflətmişdir.''("Keyhan" qəzeti, 17/1/1371, "Əl-əsbu əl-ərəbi" qəzetindən )
    ''Vaşinqton tayms'' qəzetinin yazarı və təhlilçisi Cevis Brays da Amerikada ailənin dağılması haqqında xüsusi məlumat təqdim edərək yazmışdır:
    ''Ata və anadan təşkil olunmuş ailələrin sayının azalması ilə Amerika Birləşmiş Ştatlarında məhvə doğru proses başlamışdır.''(Həmin yerdə, 5/4/1372, "Təsvir dünyası" gِtürülüb )
    Almaniyanın Köln kilsəsinin baş yepiskopu Yuvaxim Maynser də alman cəmiyyətinin əxlaqi tənəzzülünü etiraf edərək bu fikri açıqlamışdır: '' Almanların keçmişdə bugünkü əxlaqi tənəzzülə düçar olmaları məlum deyil.'' O demişdir: ''Almaniya əhalisi başlarına hansı bəlanın gəldiyini bilirlərmi?!
    Alman milləti indi ata-anasız və övladsız bir cəmiyyətin nə olduğunu başa düşmüşdür.''(Tِvbə(9) surəsi ayə 33: ''Xo؛una gəlməsə də bütün dinlərə üstün gəlmək üçün ِz Peyğəmbərini hidayətlə və haqq olan dinlə gِndərən Odur.'' )
    Görkəmli fransız sosioloqu və Fransa kollecinin yetmiş yaşlı müəllimi Pyero Bordo İspaniyanın ''El-mond'' qəzetinə verdiyi müsahibəsində Qərb dünyasını bürüyən böyük böhranlardan söz açaraq demişdir: ''Qərbdə ailə münasibətləri tamamilə dəyişikliyə məruz qalmışdır və hər dəfə dağılan ailələrin sayı artır.''(Doktor Marvin Zunis, Amerika Miçiqan Universitetinin müəllimi və İran məsələləri üzrə ekspert, "Resalət" qəzetinə müsahibədə, 17/11/1379 )
    Ailə quruluşunun dağılmasının xoşagəlməz nəticələri. Qərb cəmiyyətlərində ailə quruluşunun dağılması mütərəqqi və modern cəmiyyətlərdə çoxlu nizamsızlıqların yaranmasına gətirib çıxarmışdır. Bu baxımdan boşanma hallarının artmasını, evlənmənin xeyli azalmasını, təkvalideynli övladların və himayəsiz körpələrin çoxalmasını, uşaqlara qarşı kobud hərəkətləri, avara cavan və yeniyetmələrin artmasını, yaşlılara etinasızlığı, onların gündən-günə artan tənhalıq böhranını və sairəni qeyd etmək olar.
    Boşanma hallarının artması
    Təəssüfləndirici bir məlumatda oxuyuruq: ''İtaliya Statistika Mərkəzinin və Avstriyanın Market liter institutunun məlumatına əsasən, təkcə 1993-cü ildə İngiltərədə 170000 boşanma rəsmi surətdə qeyd olunmuşdur. Bu elə bir dövrdə baş verir ki, İngiltərə cəmiyyətində qeyri-rəsmi izdivaclara və həmcinsbazların izdivacının qanuniləşdirilməsinə daha çox təsadüf olunur.''
    Həmin məlumata əsasən, 1993-cü ildə Fransada evlənmənin sayı yarıbayarı azalmış, boşanma isə əvvəlki illərlə müqayisədə üç dəfə artmışdır. Avstriyada ər-arvadın 1/3-i, İtaliyada 1/4-i bir-birindən ayrılırlar.(Ayətullah Xameneyinin İmamın(r) vəfatının ikinci ildِnümündə çıxı؛ı, 14/3/1370 )
    Həmçinin, İsveçrə Federal Statistika İdarəsinin məlumatına əsasən, ölkədə qeydiyyatdan keçmiş hər on izdivacdan dördü boşanma ilə nəticələnir.(Nur səhifəsi, c.20, səh.33 )
    Təkvalideynli, ya himayəsiz uşaqların artması
    Avropa Cəmiyyətini Müşahidə Şurasının direktoru Jerar Kalunun məlumatına görə, Avropa ölkələrinin çoxunda evlənmənin sayı əvvəlki kimi azalır. Belə ki, Avropanın şimal ölkələrində evlənmə yaşına çatan qadınların yarıdan bir az çoxu bu işə razılaşırlar. Halbuki bir neçə il əvvəl onların 90%-i evlənirdilər. Avropanın cənub ölkələrində də evlənmənin sayı azalmışdır. Bunun əksinə olaraq nikahsız doğulan uşaqların sayı, xüsusilə, Avropanın şimal ölkələrində artmışdır. Bu İslandiyada doğulanların 2/3-ni, Danimarka və Norveçdə 50%-ni, Fransada 40%-ni təşkil edir.''(İslam Konfransı Tə؛kilatının təbliğat fəaliyyətini uyğunla؛dırma komitəsinin üzvləri ilə Ayətullah Xameneyinin gِrü؛ündə, 4/3/1377 )
    İngiltərə Statistika Mərkəzinin apardığı tədqiqatların nəticələrinə əsasən, ictimai tədqiqatçı və travmatoloqların araşdırmaları göstərir ki, Avropada 1993-cü ilin ilk üç ayında dünyaya gələn uşaqların 31%-nin atası məlum deyil.(Klaus Kinkel (Almaniyanın sabiq xarici i؛lər naziri), "Qon؛u İslam", "Frankfurter elqemaniya" qəzeti, "Cümhuri-ye Eslami" qəzeti, 30/11/1377 )
    Almaniya Bilferd Universitetinin təlim-tərbiyə işləri üzrə mütəxəssisi Hurelmen bu ölkədə qeyd olunan problemin mövcudluğuna işarə edərək bildirmişdir: ''Almaniyada uşaqların 1/5-nin ata və anası məlum deyil.("Nur səhifəsi, c.17, səh.63 )
    Amerikanın Hertic təşkilatının üzvü Pot Fokan uşaqlar arasında əxlaq pozğunluğu hallarının mövcud olduğunu vurğulayaraq bu gerçəkliyi aydınlaşdırmışdır ki, ''cinsi və spirtli içkilərdən sui-istifadə, ümumiyyətlə, bizim mədəniyyətimizdə eşq məfhumun dərkinin azalması ilə nəticələnmişdir. O demişdir:
    ''1959-cu ildə doğulan hər yüz uşaqdan on ikisi ya boşanmışların uşağı olurdu, ya da qeyri-qanuni, arzuolunmaz uşaqlar olurdu. Amma 1992-ci ildə bu rəqəm dörd dəfə artmışdır. Əgər uşaqsalmanı da bu hesaba daxil etsək, bu rəqəm 92%-ə çatmışdır.''(Həmin yerdə, c.18, səh.169 )
    Doktor Antuan Sanders bu barədə yazmışdır:
    ''Amerikada 1990-cı ildə 18 yaşdan aşağı olan uşaqların 1/4-dən çoxu ya bir valideyni ilə, ya da heç biri ilə yaşamırlar.'(Həmin yerdə, c.18, səh.140 )
    ''Fransada keçən on il ərzində anaları tərəfindən atılan körpələrin sayı üç dəfə artmışdır.''(Nur səhifəsi, c.19, səh.195 )
    Uşaqların münasib inkişaf və tərbiyə mühitindən məhrumluğu
    Ailə əsasının dağılması, cavan və yeniyetmələrin böyük hissəsinin lazımi tərbiyə mühitindən məhrum olması, sevgi münasibətlərinin aradan getməsi nəticəsində Qərbdə uşaq və yeniyetmələrdə ruhi gərginlik hallarının artması baş vermişdir.
    Fransız jurnallarından birinin verdiyi məlumatına əsasən, bu ölkədə gündə iki uşaq ana və atalarının pis rəftarına görə canlarını tapşırırlar.(Həmin yerdə, c.15, səh.200 )
    İngiltərədə bir uşaq psixoloqu bəyan etmişdir ki, ''İngilis uşaqlarının 1/4-i onları kobud rəftarlara sövq edən dözülməz təzyiqlər altında yaşayırlar. O bu problemin kökünü araşdıraraq demişdir:
    ''Keçmişə nisbətən daha az sabit olan bugünkü yaşayış mühiti, dağılmış ailələr və boşanma hallarının çoxalması uşaqlar arasında ruhi narahatlıqları artırmışdır.''(Həmin yerdə, c.20, səh.233 )
    Amerikada boşanmışların övladları, birvalideynli və himayəsiz uşaqlar ''öz ailə mühitlərində heç bir əxlaqi tərbiyə görmürlər. Ancaq istisnalar da var, bəzi analar öz vəzifələrini çox yaxşı yerinə yetirirlər. Amma onların çoxu narkotik maddələrdən istifadəyə aludədirlər. Buna görə də hər bir şey dağılmışdır, uşaqlar kobudluq və mənfi təsirləri özləri üçün örnək hesab edirlər.'("Cümhuri-ye Eslami" qəzeti, 27/11/1372 )
    Yaşlıların gündən-günə artan tənhalığı
    Qərb ölkələrində ailə əsasının dağılmasının bədbəxt nəticələri digər təbəqələr kimi yaşlıları da əhatə etmiş və onları əvvəlkindən daha çox tənhalıq guşəsinə sürükləmişdir. Almaniya Statistika İdarəsinin məlumatına əsasən, 60 yaşdan yuxarı qoca və təqaüdçülərin 32%-i ailədən uzaq, tənha yaşayırlar. Ümumiyyətlə, bu ölkədə tənha yaşayan 12 milyon nəfərdən 5, 6 milyonunun yaşı 60-dan yuxarıdır.("Omid-e enqelab" jurnalı, №222 )
    Qərb ölkələrində yaşlıların tənhalığı və məhəbbətdən məhrumluğunun nəticələri çox zərərli və əvəziödənilməzdir. Mövcud statistikaya əsasən, bir il ərzində İtaliya qocalarının 1500 nəfəri tənhalıqdan və özlərindən cana doyduqlarına görə intihara əl atırlar.
    Neapol Universitetinin müəllimi və intihar məsələləri üzrə tədqiqatçı Paulo Krit İtaliya yaşlılarının Həmkarlar Birliyinin iclasında çıxış edərkən intiharın səbəblərini izah edərək demişdir: ''Yaşlılarda bütün intiharların əsasını insani və ictimai münasibətlərin azlığı təşkil edir.''("Yalisarat" nə؛riyyatı, №25, 27/11/1374)
    Evdən qaçan yeniyetmə və cavanların artması
    Qərbdə ailə ocağının tənəzzülü nəticəsində yeniyetmə və cavanların çoxu kobudluq, işgəncə, hətta öz yaxınları tərəfindən cinsi sui-istifadədən canlarını qurtarmaq üçün böyük və kiçik şəhərlərin küçə və xiyabanlarına pənah aparırlar.
    1998-ci ildə Qərb yazıçısı Con Ras Şrud ''Plain truth'' jurnalının may-iyun sayında çap olunmuş ''Theage of moral orphans'' adlı məqaləsində Qərbin fərari və avara cavanları məsələsinə toxunaraq yazmışdır:
    ''Qərbi Avropa cavanlarının yüz mini küçələrdə yaşayır və onların çoxu evdən qaçmışdır.''
    Şrud eyni zamanda Qərb yaşayış üsulunun bu problemin həllində gücsüzlüyünə işarə edərək yazmışdır: ''Bu, mənəvi yetimlər əsrinin nişanəsidir.''
    O yazmışdır: ''İngiltərədə ildə 13-15 min nəfər evdən qaçır. Bu rəqəm Qərbi Almaniyada hər il iyirmi min nəfərə çatır və onlar yaşı 16-dan az olan yeniyetmələrdir. Danimarkanın Kopenhagen şəhərində cavanlara məxsus gecə-gündüz mərkəzləri hər il evdən qaçmış 1500 cavanla məşğul olurlar. Əxlaqsız filmləri hazırlayanlar küçə cavanlarına qarşı ən rəhmsiz adamlardır.''
    Şrud daha sonra əlavə etmişdir: ''Qərbi Avropada evdən qaçan qızların sayı oğlanlardan iki dəfə çoxdur! Qızlar özlərini satmağa cəhd edirlər, ancaq bunun xeyri də dəllalların cibinə axır.''(Cümhuri-ye Eslami" qəzeti, 15/10/1372 )
    Mövcud məlumatlara əsasən, Almaniyanın Berlin şəhərində 12-21 yaşlı üç min uşaq və gənc küçələrdə yatırlar. Onların işi oğurluqdur, ya da beş marka üçün hətta ölümlə nəticələnən əməllərdir. Bu himayəsiz uşaqların əksəriyyəti cinsi zorakılığa, işgəncəyə məruz qaldıqlarına və ailə məhəbbəti hiss etmədiklərinə görə öz evlərindən qaçmışlar.("Cümhuri-ye Eslami" qəzeti, 15/1/1369 )
    Mötəbər statistikaya əsasən, Amerikada ildə yarısı qızlar olan bir milyondan çox yeniyetmə evindən qaçır və onlar azyaşlı olduqlarına görə işləyə bilmirlər. Buna görə də oğurluq, narkotik maddə mübadiləsi və fahişəliyə üz tuturlar.
    Xeyriyyə Cəmiyyətləri Mərkəzində ildə minlərlə kimsəsiz uşağı himayəsinə alan keşiş İres Riter demişdir:
    ''Öz evlərindən qaçan, ya qovulan yeniyetmələrin 80%-i yaşamaq üçün özlərini satırlar.''
    O sonra əlavə etmişdir: ''Amerikada 17 yaşdan aşağı beş yüz mindən çox yeniyetmə fahişəliklə məşğul olur.''("Cümhuri-ye Eslami" qəzeti, 30/11/1377, "Cümhuri-ye Eslami" agentliyin¬dən, "Qon؛u İslam" məqaləsi, Almaniyanın "Frankfurter elqemaniya" qəzeti )
    Kanadanın təxminən iki milyon əhalisi olan Monreal şəhərində ildə evdən qovulmuş 30000-dən çox uşaq və yeniyetmə küçə uşaqları adını daşıyırlar.''("Cümhuri-ye Eslami" qəzeti, 9/6/1372 )
    QİÇS xəstəliyinə tutulanların artması
    Qərbdə qeyri-qanuni və hədsiz-hüdudsuz münasibətlərin genişlənməsi, əxlaqi laqeydsizliyin təhlükəli və əziyyətverici nəticələrindən biri də öldürücü QİÇS xəstəliyidir ki, hər gün Qərb vətəndaşlarının çoxunu ölümün caynağına tərəf sürükləyir.
    Qərb yazıçısı və şərhçisi Con Nikend öz məqaləsində bu barədə yazmışdır:
    ''Amerika Birləşmiş Ştatları, Avropa ölkələrində və dünyanın digər bölgələrində QİÇS-in yayılması bu cəmiyyətlərin münasibətlərində də ciddi təhlükələr yaratmışdır. Minlərlə insan, o cümlədən Amerika aktyoru Rok Hadson kimi məşhur şəxsiyyətlər bu xəstəliyə düçar olmuşlar. İndi Avropa və Amerika ölkələrində müxtəlif yaşlı on altı milyon insan QİÇS virusunun daşıyıcısıdırlar. İngiltərə Səhiyyə Nazirliyi bu xəstəliyin şərhi ilə bağlı 25 milyon məktubu evlərə və müəssisələrə göndərmişdir.
    O, sonra əlavə etmişdir: Bu sürünən yırtıcı ilə üzləşmək qorxusu Hollivudun studiyalarına da şirayət etmişdir. Belə ki, məşhur sənətkarlardan bəzisinin bu xəstəliyə tutulmasından sonra bütün qadın və kişi aktyorlar QİÇS virusuna tutulmamaq haqqında şəhadətnamə təqdim etməyə məcbur olmuşlar!
    Avropa, Amerika və digər sənaye ölkələri vətəndaşlarının üzləşdikləri yeganə sual budur ki, görəsən onlar bu yoluxucu xəstəlikdən qurtaracaqlarmı və ya sağlamlıq təhlükəsi ilə üzbəüz olan cəmiyyətdə övladlarının gələcəyi necə olacaq?
    O öz məqaləsində həmçinin yazmışdır: ''Şotlandiya ölkələrində əxlaq qaydalarına ən aşağı səviyyədə riayət olunduğundan bu xəstəliyə tutulma təhlükəsi daha çoxdur. İsveç, Norveç və İsveçrədə bu xəstəliyə tutulanların sayı hər il artmaqdadır.''
    Bu ölkələrdə böyük şəhərlərin əsas küçələrində plakatlar müşahidə olunur və onların üzərində yazılıb: ''Özünüzü QİÇS-dən qoruyun'', ''Qeyri-qanuni əlaqələrdən çəkinin!'' və ya ''Ey ailələr, öz övladlarınızı qoruyun!''
    Nikend bu öldürücü xəstəliyin yayılmasının əsas səbəblərinin izahında yazmışdır:
    ''Həkimlər bu ölkələrdə əxlaq qaydalarının aradan getməsi, qeyri-qanuni və sağlam olmayan əlaqələrin yayılması və narkotik maddələrə aludəçiliyi bu zəmində əsas amillər sayırlar.''(İslam Konfransı Tə؛kilatının Təbliğat Fəaliyyətlərini Uyğunla؛dırma Komitəsinin üzvləri ilə Ayətullah Xameneyinin gِrü؛ündə, 4/3/1377)
    Mövcud məlumatlardan bəlli olur ki, Amerika Birləşmiş Ştatlarında cəmiyyətin digər sahələri ilə müqayisədə kino sənəti sahəsində çalışanlar üç dəfə çox QİÇS xəstəliyinə tutulmağa məruz qalmışlar. 1985-ci ildən indiyə kimi QİÇS Hollivuddan çoxlarını öz qurbanı etmişdir. Kino sənətinin qorxusuz aktyoru Con Kalinsin dediklərində bir həqiqət vardır: ''QİÇS Hollivud günahlarının cəzasıdır.''
    1985-ci ilin oktyabrında Hadsonun ölümü zəlzələ kimi Hollivudun lyuks təbəqələrində qorxu və heyrət dalğasını hərəkətə gətirdi. Himayəsində altmış min aktyor olan Kino Aktyorları Birliyinin sədri Edalster təklif etdi ki, ilk addımda bütün ssenarilərdən öpüş səhnələri çıxarılsın...
    Bu məlumatın sonunda yazılmışdır: 1991-ci ildə yalnız rəsmi statistikaya əsasən, Hollivudda QİÇS-ə tutulma nəticəsində 67 nəfər ölmüşdür. On ildir ki, öldürücü QİÇS xəstəliyi yaradıcı adamlara tərəf atını çapır.''("Kəlme-ye dane؛cu", №16, 1375-ci ilin tir )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 800 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024