İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » İmam Xomeyni (r) əsri

    İmam Xomeyni (r) əsri
    2012-03-31, 6:11 AM
    İslam dünyasının çiçəklənməsinin etirafı
    İndi informasiya vasitələri, tədqiqat mərkəzləri, görkəmli şəxsiyyətlər, siyasi şərhçilər və dünya dəyişiklikləri üzrə analitiklər dünya İslam hərəkatının təhlil və şərhinə başlamışlar.
    Almaniyanın "Frankfurter elqemaniya" qəzeti "İslamın qayıdışı" adlı məqaləsində insan cəmiyyətləri səviyyəsində genişlənmiş islamçılıq dalğalarına işarə edərək yazmışdır:
    "Liberalizmdən tutmuş marksizmə kimi Qərb modellərinin məğlubiyyətindən sonra İslam intibahının şahidi olmaq lazımdır."(Firuz Dِvlətabadi, xarici i؛lər nazirinin mü؛aviri, "Hüzur" jurnalı, 1374-cü ilin yayı, №12, səh.54 və 57 )
    "Sidney morning Herald" çoxtirajlı qəzeti də 1985-ci il tarixli sayında yazmışdır:
    "İslam coğrafi sərhədlərdən keçir, siyasi məktəblər və milli rejimləri arxada qoyur və müxtəlif ölkələr İslamın siyasi hərəkəti və güclü inkişafının şahididirlər."(Həmin yerdə )
    Amerikanın çoxtamaşaçılı CNN televiziya kanalının müxbiri mübarək Ramazan ayının bitməsi (1374) münasibətilə yarımsaatlıq proqramda açıqlamışdır:
    "Bu ilin mübarək ayı İslamın yüksələn inkişafının və dünyanın ən əhatəli dininə bütün dünya xalqlarının gündən-günə artan məhəbbətinin göstəricisidir."
    Bu kanalda müsəlman alimlərin fikirləri də təqdim edilmişdir:
    "İslam yenidən öz çiçəklənmə dövrünün şahididir."(Firuz Dِvlətabadi, xarici i؛lər nazirinin mü؛aviri, "Hüzur" jurnalı, 1374-cü ilin yayı, №12, səh.54 və 57 )
    İtaliyanın "Ensa" agentliyi də öz məlumatında bildirmişdir: "İslam dünyanın müxtəlif bölgələrində sərhədləri aşmış və indiki böhranlı dünyada yaşayışın dirçəlməsi üçün bir sistemə çevrilmişdir."(Doktor Hikmətullah Salehi, "Keyhan-e fərhəngi", doqquzuncu il, 1371-ci ilin dey ayı. )
    Bir-neçə müddət əvvəl Rocer Hardi BBC televiziya kanalı üçün hazırladığı "İmam Xomeyninin övladları" adlı proqramda İslamın dünyada surətli inkişafı ilə bağlı öz tədqiqatlarının nəticələrinə işarə edərək demişdir:
    "İslam bu gün Qərbin ən böyük məsələsidir və hətta beynəlxalq bir məsələdir. İslam bu gün yalnız Orta Şərqlə bağlı olan məsələ deyil, bəlkə bütün dünyanı bürümüşdür və onunla mübarizə çox çətindir."(Kəlim Siddiqi, İslam hərəkatları və İran İslam inqilabı, Seyyid Hadi Xosrov؛ahinin tərcüməsi, səh.37 və 193. )
    Almaniyanın keçmiş xarici işlər naziri Klaus Kinkel öz məqaləsində etiraf etmişdir ki, "İslamın nüfuzu günü-gündən artır və indi dünyanın 45 ölkəsindəki müsəlmanlar bu ölkələrin cəmiyyətinin əksəriyyətini təşkil edirlər." O yazmışdır;
    "Təxminən 30 il bundan öncə müsəlmanlar dünya əhalisinin 18%-ni təşkil etdikləri halda, indi onların sayı dünya əhalisinin 1/4-nə (1,4 milyard) çatmışdır."(Həmin yerdə, səh.37 və 193 )
    BBC radiosu da müsəlmanlığı yeni qəbul etmiş bir ingilisin dilindən nəql etmişdir: "Biz bütün dünyada İslamın qələbəsini gözləməliyik."(Foundamentalism – bir məktəb, ya ideologiyanın əsaslara (foundation) və ِz qurucu əsaslarına qayıdı؛a i؛arədir. Tarixi baxımdan fundamentalizm sِzünün kِkü Amerikaya aiddir və bu məfhum ilk dəfə 1920 və 1930-cu illərdə Amerika protestantlarının etiraz hərəkatlarının ؛ərhi üçün i؛lənmi؛dir. )
    Dünyada İslamın aydın mənzərəsi
    İslam təlimlərinin insanların ilahi təbiəti və hazırkı əsr yaşayışının gerçəklikləri ilə uyğunluğu, dünyanın müxtəlif millətləri arasında islamçılıq prosesinin gündən-günə artımının davam etməsi sonuncu din üçün çox parlaq bir gələcəyi müjdə verir. Belə ki, müsəlmanların rəhbəri bəyan etmişdir:
    "Bugünkü dünyanın mənzərəsi ondan bəhs edir ki, XXI əsr İslam əsridir."("Keyhan" qəzeti, 20/1/1376 )
    Mütəfəkkirlər və dünya dəyişikliklərinin təhlilçiləri də mövcud gerçəklikləri araşdıraraq yuxarıdakı həqiqətin reallaşmasını təsdiq edirlər.
    Amerikanın keçmiş prezidenti Niksonun müşaviri və bu ölkənin yeni mədəniyyət qurumunun rəisi doktor Robert Kerrin Londonda çap olunan "Əl-Müslimə" qəzetinə verdiyi müsahibəsində məsələ ilə bağlı demişdir: "Mən deyirəm, İslamın qüdrəti XXI əsrin ən böyük qüdrəti olacaq."("Bəyan" jurnalı, "Qərbdə İslam inqilabı" məqaləsi, 1370-ci lin xordad ayı )
    İtaliyanın "El-cornale" qəzeti yepiskop Maculiniyə istinadən yazmışdır:
    "Gələcək İslama məxsusdur."(Doktor Qiyasəddin Siddiqi, İngiltərə müsəlmanlar parlamentinin rəisi, "Hüzur" jurnalı, 1375-ci ilin payızı , №17, səh.18 və 19. İmam Xomeyninin(r) xristianların dini həyatının dirçəlməsində rolu ilə daha çox tanı؛ olmaq üçün bax: Həmin kitab, "İmam Xomeyni(r) əsri ilə bağlı müsəlman mütəfəkkirlərin nəzərləri" fəsli və "Qərbin əxlaqi tənəzzülü və qərblilərin dini yِnümü" fəsli.)
    Kuba Universitetinin tarix müəllimi Nikolay Kasyusira açıq şəkildə demişdir: "Mən inanıram ki, 2000-ci illərdə İslam dünyanın birinci dini olacaq."("Cümhuri-ye Eslami" qəzeti, 17/3/1373 )
    Dünya İslam hərəkatı və despotizmin qorxusu
    İslam inqilabı cərəyanının nüfuzunun ildırım sürətilə genişlənməsi, bəşəriyyətin onun dini-mənəvi çağırışlarını qəbul etməsi və dünya səviyyəsində islamyönümlü zəminin yaranması nəticəsində despot hökumətlər iztirab və qorxuya düşdülər və onların nəzəriyyəçiləri açıq şəkildə bildirirlər: "Kommunizmin aradan getməsindən sonra görünür ki, yalnız İslam ideologiyası Qərb üçün ciddi problem yarada bilər."("Sübh" jurnalı, №80, 1376-cı ilin xordad ayı )
    İmam(r) yuxarıdakı gerçəkliyi şərh edərkən demişdir:
    "İslam inqilabı dünyada elə bir sima kəsb etmişdir ki, bütün böyük dövlətləri qorxuya salmışdır."("Cümhuri-ye Eslami" qəzeti, 30/8/1371 )
    Despotizmin qorxu amilləri dahi rəhbərin nəzərində
    İslam inqilabının dahi rəhbəri ölkə tələbələrinə xitabən buyurmuşdur: "Mənim əzizlərim! Kimin dünyanın cari məsələləri və inqilabın indiki məsələləri haqqında bəsirəti olsa, həqiqətən dərk edər ki, İslam inqilabı hazırda çətin, həssas və əlbəttə ki, təyinedici keçid mərhələsindədir.
    Əgər bu məsələləri bir neçə cümlə ilə ifadə etmək istəsək, deməliyik:
    Dünya səviyyəsində despotçuluq mərkəzləri bu qəti nəticəyə gəlmişlər ki, əgər bu inqilabı indiki mərhələsində məğlub edə bilməsələr, çox ehtimal ki, kələfin ucunu əldən verərlər və artıq İslamın yüksələn oyanış dalğasının və hətta qeyri-müsəlman millətlərin mənəviyyata, İslamın mənəvi məfhumlarına yönümünün qarşısını ala bilməyəcəklər. Ötən on altı ildə kifayət qədər dərinləşmiş bu böyük axın despotizm, daha doğrusu Qərb mədəniyyətinin hakimiyyətinə qarşı ciddi təhlükə olacaq."("Cümhuri-ye Eslami" qəzeti, 26/11/1368 )
    Müsəlmanların rəhbəri öz çıxışında həmçinin buyurmuşdur: ''İslam mədəniyyətinin Qərb istiqamətində qurucu cərəyanı Qərb mədəniyyəti başçılarını, xüsusilə İslam məsələləri üzərində həssaslığa malik olan şəxsləri narahat etmişdir və bu məsələ göstərir ki, İslam quruluşu dünya miqyasında təsirqoyma zəminində çox təsirli və müvəffəq olmuş və tərəqqi etmişdir."(Qeyd etmək lazımdır ki, bu səfər 28 mordad 1376-cı ildə ba؛ vermi؛dir. )
    Dahi rəhbərin buyurduqlarından ilham alaraq böyük dövlətlərin İslamdan və İslam inqilabından ehtiyyat etməsini üç baxımdan təhlil edə bilərik:
    1 – Despotizmin İslam mədəniyyətinin qüdrətindən narahatlığı
    Dahi rəhbər dünya dövlətləri və Qərbin zəifləmiş mədəniyyəti ilə müqayisədə İslam inqilabının ciddi təhdidlərinə toxunaraq İslami oyanışın yüksəlişi, qeyri-müsəlman millətlərin İslama yönümü və Həzrət İmam Xomeyninin inqilabi çağırışlarından despot hökumətlərinin qorxusunun köklərini araşdırmışdır. O, İslam inqilabı mədəniyyəti ilə Qərbin ateist və maddi mədəniyyəti arasındakı fərqi, İslamın üstünlüyünü hegemon dövlətlərin İslam inqilabı əleyhinə düşmənçiliyinin əsas amillərindən biri saymışdır.
    Xüsusilə, İslamın insana və dünyaya monoteist baxışı, eləcə də irqçiliyi, bərabərsizliyi, zorakılığı, müstəmləkəçiliyi və insanların istismarını inkar etməsi İslam inqilabının mahiyyəti və onun ali şüarlarını formalaşdırmışdır. İslam inqilabı cərəyanı dünyanın maddi və hökmran quruluşlarının mədəniyyət təlimlərinə qarşı ciddi müqavimət göstərir.
    İslam inqilabının qələbəsi liberal mədəniyyəti və kapitalizmin düşüncə çərçivəsindən üstün bir düşüncə tərzinin qələbəsi olmuş və buna görə də İslam inqilabının başlanması ilə İslam və Qərbin hökmran maddi mədəniyyətinin sıralanmasının ilk mərhələsi yazılmışdı. XX əsrin ən böyük mədəni, ictimai və dini inqilabının gözlənilməz qələbəsi ilə Qərb kapitalizminin liberal düşüncə tərzi və mədəniyyəti öz tarixində ən böyük problemlərlə üzləşdi. Çünki Qərbin uzun illər iqtidarlığını və səmərəliyini inkar etdiyi dini mahiyyət İslam inqilabı hərəkətinin əsas bünövrəsi oldu və onun qələbəsinin başlıca amilinə çevrildi.
    Həqiqətən də İslam inqilabının qələbəsi sübut etdi ki, liberalizm bəşəriyyətin ehtiyaclarına cavab verə bilmir və biz müsəlmanların nasionalizm və liberalizmdən daha üstün ideyalarımız vardır.("Mərifət" elmi-tədqiqat jurnalı, №23 )
    Şübhəsiz, İslam inqilabının qələbəsi dünya miqyasında bu fikri formalaşdıran ən mühüm amillərdəndir ki, yeni dünya sistemində, xüsusilə Qərbdə siyasi və ideoloji bir boşluq yaranmışdır və bu dövrdə marksizm artıq məğlub olmuş və liberalizmin də deməyə bir sözü yoxdur.(Ayətullah Xameneyinin xarici i؛lər naziri və İran İslam Respublikasının xaricdə ya؛ayan siyasi nümayəndələri ilə gِrü؛ündə, 25/5/1378 )
    İslam inqilabı və Qərb mədəniyyətinin məğlubiyyəti
    Almaniya Köln Universitetinin müəllimi və Köln şəhərindəki İslam Elmləri Akademiyasının rektoru, mərhum professor Əbdülcavad Flatori Qərb maddi mədəniyyət və təfəkkürünün zəifləməsində İslam inqilabının xüsusi rolunu təsdiq edərək, Qərb alimlərindən biri ilə apardığı müzakirə zamanı demişdir:
    İslam inqilabının qələbəsi dövründə Köln şəhərində bizim universitetin müəllimlərindən biri professor Mits məni bu yeni dünya hadisəsi (İslam inqilabı) ilə əlaqədar dialoqa dəvət etdi. O bu görüşdə dedi:
    "İslam inqilabı Qərbdə bizim bütün mədəni dəyərlərimizi sual altına aldı. Deməli, bizim mədəniyyətimizdə eyib və nöqsan olmuşdur ki, dünyada heç bir uğur əldə edə bilmədik və əslində bu, Qərb mədəniyyəti üçün bir növ məğlubiyyət demək idi."(Ayətullah Xameneyinin İslam inqilabı mühafizəçiləri ilə gِrü؛ündə, 2/9/1377)
    Dünya miqyasında İslam inqilabının sürəkliliyi, İslam təfəkkürünün inkişafı və İslam mədəniyyətinin əvvəlkindən daha yaxşı özünü təzahür etdirməsi nəticəsində Qərb dövlətləri öz qeyri-qanuni mənafelərinin məhvolma təhlükəsi qarşısında olduğunu dərk etdilər.
    Zəngin İslam mədəniyyəti və təfəkkürü ilə müqayisədə Qərb maddi mədəniyyətinin aradan getməsi ilə bağlı narahatlığı Qərb informasiya vasitələrinin bəyanat və təhlilləri fonunda müşahidə etmək olar.
    İslam inqilabı və Qərb təfəkkürünün əsasının hədələnməsi
    Amerikanın "Nutiont Review" jurnalının 28/8/1969-cu il tarixli sayında "Müsəlmanlar gəlirlər" adlı məqalə çap olunmuşdur.
    Ağ evin Orta Şərq Araşdırmaları Mərkəzinin direktoru və qeyd olunan məqalənin müəllifi aşağıdakı məsələyə toxunaraq demişdir: "Amerikalılar və avropalılar bu gün inanırlar ki, İslam hər şeydən çox onları hədələyir." O yazmışdır:
    "Bir zamanlar qərblilər üçün bu böyük təhlükə yalnız hərbi hədələr baxımından müzakirə olunurdu. Amma bu gün əsaslı təfəkkür mədəniyyətinə malik olan İslam inqilabı Qərb dünyasını hədələyir."("Keyhan" qəzeti, 26/1/1376 )
    İspaniyanın ''EBT''qəzeti İslam inqilabının böyük uğurlarına toxunaraq yazmışdır: "İndi hətta Ayətullah Xomeyninin canişinlərinin nəzərdə tutmadıqları bölgələrdə belə İslam inqilabı genişlənməkdədir."
    Bu qəzet İslamla müqayisədə Qərb dünyasının zəifliyinə işarə edərək yazmışdır: "Bir ideologiya üzərində qələbə bir ordu üzərində qələbədən daha çətindir."("Keyhan" qəzeti, Bosniya-Hersoqovina xüsusi buraxılı؛ı, 16/7/1372 )
    İmam və Qərb mədəniyyəti
    Dünya dövlətləri İslam inqilabının meydana gəldiyi mədəniyyət və düşüncə tərzinin gündən-günə artan dünya nüfuzundan bərk narahatdır. Bu elə bir mədəniyyətdir ki, hərbi qüvvə ilə onun üzərində qələbə çalmaq mümkün deyil və o öz əsasları ilə dünyanı lərzəyə salmışdır.
    Həzrət İmam Xomeyni(r) Qərb maddi mədəniyyət düşüncəsini tənqid etməklə və təkallahlılıq təfəkkür tərzini aydınlaşdırmaqla yanaşı, bəşəriyyətin fitri ehtiyaclarının zəruriliyini qeyd etmiş və Qərb maddi mədəniyyətini hədəf seçmişdi. O, müdrik siyasət seçərək dəfələrlə Qərb mədəniyyətini onun fikri və mədəni əsaslarını mübarizəyə sürükləmişdi.
    Həzrət İmamın(r) mürtəd Salman Rüşdinin qətlinin vacibliyinə əsaslanan tarixi fitvasının verilmə prosesinə baxmaq, onun haqqında düşünmək yuxarıdakı iddianı hamı üçün aydınlaşdırır. Çünki qeyd olunmuş istiqamətdən Həzrət imamın fitvasına baxarkən görürük ki, Həzrət İmamın təşəbbüsü təkcə sadə bir fitva deyildi, həmçinin "bütün Qərb mədəniyyətinə yetərli zərbə idi. Bu səbəbdən ona göstərilən əks- təsir bütün Qərb mədəniyyətinin müqaviməti idi."(Mənuçehr Dəbir Siyaqi, Qərbdə nə ba؛ verir?, səh.230, səh.230, İsveç radiosunun məlumatından. )
    Qərbin genişlənmiş müqavimətinin səbəblərinin izahında və onların bu fitvanın verilməsindən nigarançılığı haqqında demək lazımdır:
    "Bu hökmün etdiyi ilk iş budur ki, Qərb siyasi quruluşunun üzərində dayandığı qaydanı hədəf seçmişdir və həmin qayda bundan ibarətdir ki, dünyada heç bir mütləq dəyər mövcud deyil. Həzrət İmam bunu, yəni Qərb fəlsəfi quruluşunun əsaslarının dağılmasını hədəf seçdi və bu hökmlə elan etdi ki, müqəddəs dəyərlər dünyada sabit şəkildə mövcuddur."(Həsənül-səid, İslam və Qərb, ھakir Kəsayinin tərcüməsi, səh.15 və 19 )
    Həmin dəlilə əsasən demək olar:
    "İmamın fitva və hökmünə görə Qərb dövlət adamlarında yaranan qorxu və iztirab bu səbəbdən idi ki, onların cəmiyyətlərini ateist sistemlərinə qarşı qaldırmışdı. Çünki insanlar həm Şərqdə, həm də Qərbdə öz təbiətləri baxımından mütləq dəyərlərin arxasınca gedirlər."("ھahid" jurnalı, 1369-cu ilin azər ayı, səh.23 )Buna görə də siyasi şərhçilərin bəzisi Qərbin təzyiqini "Həzrət İmamın fitvasını hər hansı bir formada aradan qaldırmaq üçün yaxın gələcəkdə xristianlar arasında və Qərb siyasi quruluşu əleyhinə mütəhərrik təhlükənin qarşısını almaqdan ötrü Qərbin səylərinin tərkib hissəsi hesab edirlər."(Herbert Hilinghaus "İslam dünyası" kitabı (Dieweitdes islam) İsveçrənin Dyurnax çapı 1989, "Ettelaat" qəzeti, 5/4/1373 )
    İmam Xomeyninin(r) zühuru ilə dünyada baş verən əzəmətli dəyişikliklərə və onun ilahi və islami təfəkkürü ilə mübarizədə Qərb mədəniyyətinin böyük səylərinə nəzər salarkən demək lazımdır:
    "Bu dörd yüzillikdə nə Hindistan, nə Çin, nə Latın Amerikası, nə Afrika heç biri Qərblə üzləşməmişdir. Qərblə birinci ciddi üzləşmə İmam Xomeyninin(r) zühuru və İranda müsəlman övladların ağzından çıxan ''Allahu-əkbər'' sözü idi və bu sadə bir hərəkət və dirçəliş deyildi. Biz Şərqdə və Qərbdə və Qərbin yaxınlığında yerləşmişik. Qərb dərk etmişdir ki, İmam bu üzləşmənin təzahürüdür."("Əhli-beyt" jurnalı, cəmadiül-əvvəl, 1418, London çapı. )
    İmamın(r) parlaq düşüncəsi, nadir elmi xisləti, yüksək şüarları və ali şəxsiyyəti bu gerçəkliyi təsdiq edir ki, "İmam Xomeyni(r) Qərbin siyasi, iqtisadi və mədəni istilası müqabilində İslam mübarizliyinin yeganə inikasıdır."("Oktyabr" jurnalı, Misir çapı, "Sübh" jurnalı, 28/2/1375 "Cümhuri-ye Eslami" qəzeti, 2/8/1371. Bosniya serblərinin rəhbəri Dipressen Avstriya qəzetinə verdiyi müsahibəsində açıq ؛əkildə bildirmi؛dir: Bizim müsəlmanlarla müharibəmizin məqsədi Avropada İslam dِvlətinin yaranmasının qar؛ısını almaqdır, 14/6/1371 )
    Və "İranda İslam inqilabının qələbəsi müasir dünyada İslamın əli ilə Qərbin ilkin məğlubiyyətidir."("Cümhuri-ye Eslami" qəzeti, 2/8/1371. Bosniya serblərinin rəhbəri Dipressen Avstriya qəzetinə verdiyi müsahibəsində açıq ؛əkildə bildirmi؛dir: Bizim müsəlmanlarla müharibəmizin məqsədi Avropada İslam dِvlətinin yaranmasının qar؛ısını almaqdır, 14/6/1371 )
    2 – Qərbin İslam inqilabının mədəni təsirindən nigarançılığı
    İran İslam inqilabının tezliklə durğunluq vəziyyətinə düşəcəyini proqnozlaşdıran şərhçilərin fikirlərinin tam əksinə olaraq bu inqilabın ardıcıl sui-qəsdlərlə üzləşməsinə baxmayaraq, o, daxili böhranlara üstün gəldi və xarici fitnələri cilovlamaqla yanaşı, dünyanın allahpərəst azadlıqsevərlərinin əsas ilham ocağına çevrildi. Qərb rəhbərlərinin və şərhçilərinin kəskin narahatlığına səbəb isə İslam inqilabı mədəniyyətinin müasir dünyanın ateist və dinsizliyinin yayılma mərkəzinə çevrilməsi idi. Bu elə bir hadisədir ki, müsəlmanların rəhbəri Həzrət Ayətullah Xameneyi onu İslam mədəniyyətinin "Qərb istiqamətində qurucu cərəyanı" adlandırmışdır.
    Sekular Qərb dünyası və onun rəhbərləri bu gün Həzrət İmam Xomeyni və İslam inqilabının mənəvi-dini çağırışlarının Qərb cəmiyyətləri vətəndaşlarına təsirini böyük təşvişlə müşahidə edirlər.
    Kilsələrin yeni həyatı, dini təbliğatçıların hədsiz artımı, siyasətçilərin insanların genişlənmiş dini tələblərini nəzərə almaları, dini rəhbərlərin böyük fəaliyyəti və onların siyasi səhnələrdə insanlara təsir etməyə güclü meyli, insanların dini məzmunlu yazı, eləcə də tele-radio verilişlərini bəyənmələri, insanların dini özbaşınalıqlara qarşı artan müxalifliyi, onların dini müqəddəsliklərin aradan getməsinə qarşı əks-təsiri və sairə İslam inqilabının və Həzrət İmam Xomeyninin(r) ruhlandırıcı dini-mənəvi çağırışlarının Qərbə mədəni təsirinin əlamətlərindən bir hissəsidir.
    Qərbdə dini fundamentalizm("El-pais" qəzeti, İspaniyanın çoxtirajlı qəzeti, "Cümhuri-ye Eslami" qəzeti, 15/8/1368 )
    İslam inqilabı dünyada dini dəyərləri və şüarları dirçəltməklə və xristianların həyatının yeniləşməsi və onların Qərb cəmiyyətlərində mütəşəkkil fəaliyyət göstərməsinə zəmin yaratmaqla həmişə din və onun təlimlərini kənarlaşdırmağa cəhd edən liberal Qərbi qəribə və gözlənilməz dəyişikliklərlə üzləşdirmişdir.
    Almaniyada çap olunan "Divelt" qəzeti bu sahədə cari dəyişikliklərdən bir qisminə işarə edərək yazmışdır:
    "Xristian fundamentalist qrupları Qərb ölkələrində maraqlı bir aqibətlə qarşılaşmışlar və hər halda xristianlıqda yayılmış fundamentalizm də Avropa mədəniyyətinin liberal dəyərlərinin əksinədir". Bu qəzet Xristian fundamentalizminin Qərb cəmiyyətlərindəki canlanması ilə bağlı məsələni açıqlayarkən əlavə etmişdir:
    "Xristianlar arasında, başqa sözlə desək, Qərb cəmiyyətlərində dini fundamentalist qruplar bir-birinin ardınca baş qaldırır. Dini mütəxəssislərin fikrincə, yeni nəslin hər üç keşişindən birində fundamentalist təmayüllər vardır…!"(Roje Qarudi, fransız filosofu, "Əhli-beyt" jurnalı, cəmadiul-əvvəl, 1418, London çapı )
    Din tarixi və sosiologiya müəllimi professor Piter Klark Qərbdə xristian fundamentalizminin mövcudluğunu təsdiq edərkən demişdir:
    "Dində fundamentalizm cərəyanı prinsipcə Orta Şərqlə əlaqələndirilsə də, əslində xristianlıqda da yetişmişdir və onun aydın nümunəsi Amerika Birləşmiş Ştatlarıdır."
    O daha sonra əlavə etmişdir:
    "Biz keçən beş-on il ərzində Qərbdə, xüsusilə İngiltərədə bir xristian fundamentalizmi cərəyanı ilə üzləşmişik …"(''Qəbəsat'' jurnalı, 1376-cı ilin payız və qı؛ı, səh.217 )
    Şübhəsiz, Qərb nəzəriyyəçiləri və dövlət rəhbərlərinin narahatlıq və çaşqınlığının başlıca səbəbi əslində İslam inqilabının xristianlıq dünyasına təsiri ilə bağlıdır.
    Görünür Qərb bu məsələdən narahatdır ki, Avropa və Amerikada dinin rəsmiliyini tələb edənlərin sırasının genişlənməsi tədricən Qərb mədəniyyətinin devrilməsi ilə nəticələnər və şəksiz, bu məsələdə İmamın(r) şəxsiyyəti müasir dünyada dərin təsirə malik olmuşdur.(Bon Tempo, Roma ؛əhər ؛urasının üzvü və İtaliya parlamentində "Milli Birlik" siyasi qrupunun nümayəndəsi, "Cümhuri-ye Eslami" qəzeti, 17/3/1373)
    Qərbdə İslam inqilabı cazibəsinin artması
    Qərb cəmiyyəti vətəndaşlarının İslam inqilabı haqqında dediklərinin dərindən öyrənilməsi bizi dahi rəhbərin "İslam quruluşunun müasir dünyaya təsirində böyük müvəffəqiyyəti" fikri ilə bağlı gerçəkliyi daha çox və daha yaxşı tanış edə bilər.
    Xristian Qərb cəmiyyəti vətəndaşlarının bəzisinin aydın şəkildə İslam respublikası nümunəsini, onun ali məqsədləri və ruhani rəhbərliyini bəyənmələri, Qərb kütləvi informasiya vasitələrinin İslam inqilabı əleyhinə yaratdıqları zəhərli təbliğatın əksinə olaraq, müasir dünyada İslam inqilabı təsirlərinin nüfuz dairəsinin genişlənməsinin inkarolunmaz və bariz nümunəsi sayılır.
    Onlar öz bəyanatlarında İran İslam Respublikasını "dünyanın sonuncu ümid nöqtəsi" və ya " öz dəyərlərinə qayıtmış müqəddəs nümunə" ifadələri ilə xatırlamış və "onun Qərbdə mədəni üstünlüyündən" söz açmışlar. Onlar "İmam Xomeyninin müstəsna rəhbərliyini bəyənmişlər. Biz də bu məsələnin əhəmiyyət kəsb etməsini nəzərə alaraq bəyanatlardan bəzisini təqdim edirik:
    – İtaliya parlamentində Milli Birlik siyasi qrupunun nümayəndəsi və Roma şəhər Şurasının üzvü Bon Tempo ölkəsinin Amerikanı kor-koranə təqlid etməsini tənqid etməklə yanaşı, bu fikri də açıqlamışdır: "İtaliya öz əsilliyinə və mənliyinə qayıtmaq üçün İrana baxmalıdır." O demişdir:
    "İran İslam inqilabının nəticəsi olan əxlaq və İslam dəyərləri Qərb kütləvi informasiya vasitələrinin mənfi təbliğatına baxmayaraq, elə bir həqiqətdir ki, hətta Qərb ölkələrində də inkarolunmazdır.
    İran öz mədəni-əxlaqi dəyərlərinə qayıdan ümid nümunəsidir və öz qədim mədəniyyətinə, insan hüququna malik olan İtaliya kimi bir ölkənin Amerikanı təqlid etməsi qorxuludur. Odur ki, İtaliya İran haqqında düşünməlidir."(Ket Stvins, müsəlmanlığı yenicə qəbul etmi؛ ingilis, "Sübh" jurnalı, №74, 1374-cü ilin mehr ayı. )
    – ABŞ-dan olan Con Filiçer BMT-də İran İslam Respublikasının nümayəndəsinə yazdığı məktubda İrana qarşı öz hisslərini bəyan etmişdir. O bu məktubun bir surətini ABŞ prezidenti Bill Klintona göndərərək bildirmişdir ki, biz Amerika əhalisi ölkədə mədəniyyətin bayağılığından əziyyət çəkirik." O yazmışdır:
    "Amerikalıların böyük bir qismi ölkədə pozğunluğun mənşəyi olan hədsiz-hüdudsuz azadlıqlar müqabilində İran İslam Respublikasının idarəçilik üslubunu bəyənirlər." İran İslam Respublikası öz cavanlarını Amerikada yayılmış xəstəliklərdən qorumaq üçün düzgün addım atmışdır.
    Filiçer demişdir: "Tehranda yaşayan ruhanilər öz mədəniyyətlərinin ailə dəyərləri baxımından Amerikadan üstün olduğunu bilərək tam arxayın ola bilərlər."("İmamət" jurnalı, 1378-ci ilin xordad və tir ayları )
    – Şimali İrlandiya vətəndaşı Ey Qul da "Cümhuri-ye Eslami" qəzetinə göndərdiyi məktubunda mürtəd Salman Rüşdiyə münasibətdə İran İslam Respublikasının siyasətini bəyəndiyini söyləmişdir. O açıqlamışdır ki, Qərb dünyasını bürüyən sekularizm zəhəri insanların maddi rifah halını təmin etməklə yanaşı, bəndəliyi də aradan qaldırmışdır." O yazmışdır:
    "İran İslam hökuməti dünyanın sonuncu ümid nöqtəsidir və buna görə də sizin ateist qüvvələri tərəfindən hədəfə alınmağınız gözləniləndir."("Cam-e cəm" qəzeti, 26/6/1379 )
    Bir yunanlı "Neotropi" nəşrinə göndərdiyi məktubunda İmamın(r) "Şeytan ayələri" kitabının yayılmasına qarşı çıxmasını bəyəndiyini yazmış və İran millətini İmam Xomeyni kimi dəyərli rəhbərə malik olması münasibətilə təbrik etmişdir. O, eyni zamanda öz millətinin İmam kimi rəhbəri olmasını arzuladığını açıq şəkildə bildirmişdir. Fotis Katisin məktubunda deyilir:
    "Cənab baş redaktor!
    Bildiyiniz kimi, Ayətullah Xomeyni Rüşdini ölümə məhkum etmişdir. Çünki onun "Şeytan ayələri" kitabını İranın dininə təhqir saymışdı. Digər sivilizasiyalı ölkələr isə bu qərara qarşı mövqe tutdular. Çünki onlar öz milliyyət və dinlərini məhv etmişlər və fikirləşirlər ki, başqa ölkələr də onları təqlid etməlidirlər.
    Xoşbəxtlikdən Ayətullah Xomeyni ölkəsi və dini üçün dəyərli bir rəhbərdir və bu tərtiblə icrası lazım olan işi yerinə yetirər. Hazırda bütün dünya dindarları ayağa qalxmışlar və sionistlərin sərkərdəsi Rüşdini tələb edirlər.
    Əlavə edirəm: Kaş bizim ölkəmiz üçün də belə bir rəhbər tapılardı ki, millət və dinin hörmət və ali məqamını qoruyardı. Amerika rejissoru Skorcize kimi hər hansı bir sionist "Məsihin vəsvəsələri" sonuncu filmində onu xar və zəlil edə bilməz.
    Sonda İran millətini belə bir rəhbərə görə və ona bəslədikləri eşqə görə təbrik etmək istəyirəm. Çünki Ayətullah Xomeyni son illərdə dünyada olan nadir rəhbərlərdəndir. Ehtiramla, Fotis Katis.("Pəyam-e zən" jurnalı, 1376-cı ilin mehr ayı )
    Bir səfərdən məlumat: İmam Xomeyninin dini-mənəvi çağırışlarının gündən-günə artan nüfuzunu və İslam inqilabının Qərb xristian cəmiyyətlərinə dərin təsirini araşdırmaq məqsədilə dəyərli alim Həzrət Ayətullah Misbah Yəzdinin İspaniya və Latın Amerikası ölkələrinə səfəri çərçivəsində("Keyhan" qəzeti, 4/5/1376 ) söylədiyi fikirlərdən seçmələri nəzərinizə çatdırırıq. Bu seçmələrdə həmin ölkələrdə İslam inqilabı və onun müqəddəs rəhbərliyinin hiss olunan fikri və mədəni təsiri öz əksini tapmışdır.
    Həzrət Ayətullah Misbah İspaniya, Meksika, Argentina, Kolumbiya, Braziliya və Kubaya səfərlərinə toxunaraq demişdir:
    Bu ölkələrə ayaq basmamışdan qabaq belə bir səhnələrlə üzləşməyi təsəvvür etmirdim. Onu təsvir etmək olmaz…! Bu səfərdə kilsə, din xadimləri, universitet tələbə və müəllimləri və bəzən qeyri-müstəqim şəkildə radio, televiziya, yaxud mətbuat müsahibələri vasitəsilə digərləri ilə münasibətdə olduq. Həqiqətən, inanılmaz bir qarşılanma idi!
    San-Paulo şəhərində mənim yanımda əyləşən bir kardinal əlimi tutub sıxırdı və bir əlini qəlbinin üstünə qoyub deyirdi: "Sizin bizim qəlbimizdə yeriniz var! "
    Qvadalupda yepiskopların iclasında çıxış edən bir yepiskop deyirdi:
    "Qərbdə həqiqi iman mövcud deyil, bölgə əhalisi bizə etimad göstərmir. Bizim sözlərimizə qulaq asmırlar. Ancaq sizin həm həqiqi imanınız var, həm də ölkə idarəçiliyini imanla birləşdirə bildiniz."
    Ustad Misbah sonra əlavə etmişdir: "Görəsən, onun nə məqsədi var ki, yepiskopların iclasında belə bir söhbət edir. Yalnız kilsənin məğlubiyyətə uğradığını, insanların dini və əxlaqi pozğunluğunun qarşısını almaq üçün bir iş görə bilmədiyini hiss edir. Onların bütün ümidləri İslamadır.
    Qvadalupda oradan ayrılmaq istəyəndə keşişlərdən biri gəlib dedi: İcazə verin, sizi qucaqlayım. O, çəkiliş getdiyi zaman məni qucaqlayıb dedi:
    "Bizim əlimizdən bir iş gəlmir. Ancaq siz əxlaqi pozuntu və sapınmalarla mübarizənin bayraqdarısınız."
    Mən dünyada İslam və İslam respublikasına bu qədər məhəbbəti olan belə bir bölgənin olmasına inanmırdım. Amma öz gözlərimlə gördüm. Mümkündür, siz də görməsəniz, inanmazsınız.
    Həzrət Ayətullah Misbah daha sonra demişdir:
    Buenos-Ayresdə olduğumuz axırıncı gecə universitetin keçmiş rektoru, əyalətin ali məhkəməsinin sədri məni bu təhsil ocağında İslamda ailə hüququ ilə bağlı məruzə etməyə dəvət etdi.
    Zal adamla dolmuşdu, iştirakçıların 90%-dən çoxu qadınlar idi. Məruzə onlara o qədər təsir etmişdi ki, bir neçə dəqiqə əl çaldılar və hətta Buenos-Ayres əyalət ali məhkəməsinin sədri də davamlı olaraq əl çaldı. Sonra məni qucaqlayıb fəxri diplomla təltif etdi və dedi: Bizim arzumuz budur ki, daha bir neçə məruzə demək üçün bura gələsiniz.
    Əvvəllər universitet tələbələrindən bəzisi bizi görərkən gülürdülər. Amma həmin tələbələr bu iclasdan sonra gəlib əlimi öpmək istəyirdilər. Lakin mən güclə özümü onlardan uzaqlaşdırırdım. Tələbələr, kişi və qadın müəllimlər [məhəbbətlərini bildirmək üçün] mənə yaxınlaşırdılar…!
    O sonra demişdir:
    Orada olduğumuz az müddətdə günün yarısına kimi dörd, ya beş müsahibə verir və məruzə edirdim. Məsələn, bir marksist ölkəsi olub, on illərlə dini uzaqlaşdırmağa çalışılan Kubada universitet müəllimi gəlib mənim qarşımda diz çökdü ki, əlimi öpsün. O deyirdi: Mənim ata və anama dua edin və mənə ispan dilində Quran kitabı verin!
    O, prorektor və marksist müəllimlərin qarşısında İslam dinini və İranı kifayət qədər təriflədi. İmamın adını çəkəndə isə o qədər həssaslıq göstərirdi ki, hətta özünü belə saxlaya bilmirdi.
    Universitet və kilsə müəllimləri imama eşq bəsləyirdilər və onu əxlaq təzahürü bilirdilər və bütün İslam təriqətləri arasında şiəliyə məhəbbətləri artırdı. Keşişlər isə Allah sizi dinin dirçəldilməsi üçün bura göndərmişdir ifadələrini tez-tez işlədirdilər."(El-Mondo qəzeti, İspaniya çapı, Herve Leqrandazdan gِtürülüb, Fransanın xristian )
    Category: İmam Xomeyni (r) əsri | Added by: Islam_Kitabxanasi
    Views: 713 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024