İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Riza əleyhissəlamın həyatı

    İmam Riza əleyhissəlamın həyatı
    2012-05-02, 4:25 PM
    Həyata keçirilməyən vəliəhdlik məqamı
    Mərv şəhərinin əhalisi hicrətin iki yüz birinci ilinin ramazan ayının orucunu tutmağa hazırlaşdığı ərəfədə, İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi xəbəri yayılmağa başlayır. Əhali bu xəbəri heyrət dolu sevinclə qarşılayır. Ramazan ayının yeddisi həftənin birinci günü Məmun öz dəstxətti ilə vəliəhd təyin edilməsi məsələsini yazır və onun arxasında da, İmam Riza (əleyhissəlam) başdan-başa işarə və eyham ilə dolu olan bir müqəddimə qeyd etdikdən sonra vəliəhd seçilməsinə razılıq verməsi barədə öz imzasını çəkir. İmam onu da qeyd edir ki bu iş heç vaxt baş tutmayacaq (həyata keçməyəcək). Sonra də həmin sənədlə əlaqədar Yəhya ibn Əksəm Abdullah ibn Tahir və Fəzl ibn Səhl kimi ölkə və ordu başçıları da, bu məsələdə şahid duraraq onu təsdiqlədilər.(Kəşfül-qümmə. c.3. səh.123-128.) Ramazan ayının onuncu günü cümə axşamı təntənəli şəkildə təşkil olunmuş məclisdə camaat İmam Riza əleyhissəlama beyət etdi. Beləliklə, o Həzrət xəlifənin vəliəhdlik kürsüsünə əyləşdi. Xəlifənin əmrilə İmam əleyhissəlama tərəf beyət əli uzadan ilk şəxs Məmunun öz oğlu Abbas olmuş onun ardınca isə baş vəzir Fəzl ibn Səhl saray müftisi Yəhya ibn Əksəm ordu başçısı Abdullah ibn Tahir daha sonra isə hamılıqla məclisdə iştirak edən bütün Bəni-Abbas əyan-əşrafı o Həzrətə beyət etmişdilər.(İmam Riza əleyhissəlamın həyatı, səh.82-87.)
    İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi təbii ki o Həzrətin dostları üçün baş ucalığı idi. Lakin İmam Riza əleyhissəlamın özü bu hadisədən çox narahat və qəmgin idi. O Həzrət bir kişinin həddən artıq çox sevindiyini gördükdə, onu öz yanına çağırıb buyurdu: "Bu işə bel bağlayıb sevinmə çünki baş tutmayacaq!”(Kəşfül-ğümmə, c.3, səh.67.)
    Məmunun, xilafəti imam Rizaya (ə) təklifində qəsdi
    Məmunun dövründəki siyasi vəziyyət və şəraiti nəzərdən keçirdikdə, məlum olur ki o bir sıra siyasi çətinliklərlə üzləşməli olmuş və bu çıxılmaz vəziyyətlərdən üzüağ çıxmaq üçün çarə axtarırmış. Nəhayət, Məmun bu vəziyyətdən çıxmaq üçün bir neçə cəhətli bir siyasət irəli sürür ki bu da məhz İmam Riza əleyhissəlamı vəliəhd seçməkdən ibarət olmuşdur. İndi Məmunun üzləşdiyi siyasi çətinlikləri oxucuların nəzərinə çatdırırıq.
    1. Abbasilərin Məmundan narazılığı
    Tarixçilərin hamısının bir nəfər kimi Məmunun ümumiyyətlə, Əmindən qat-qat üstün və xəlifəliyə daha layiq olmasını qeyd etmələrinə baxmayaraq, Bəni-Abbas nümayəndələri onunla müxalif idilər. Qeyd etdiyimiz kimi Harunun özü də bu iki qardaş arasındakı açıq-aşkar təfavütə diqqət yetirmiş və Abbasilərin Məmunla müxalifətçilik edəcəyindən gileylənirdi. Ola bilsin Abbasilərin Məmundan narazı olmalarının səbəbi bu olub ki Məmunun qardaşı Əmin əsl Abbasi nümayəndəsi idi. Çünki atası Harun anası da Zübeydə olmuşdur. Zübeydə özü də bir Haşimi olmaqla bərabər, həm də Mənsur Dəvaniqinin nəvəsi eyni zamanda Abbasilərin ən şərəfli qadını olmuşdur. Əmin Harun ər-Rəşidin süd qardaşı və sarayının ən nüfuzlu şəxsiyyəti sayılan Fəzl ibn Yəhya Bərməkinin qucağında böyümüş Fəzl ibn Rəbi isə onun qəyyumu olmuşdur. Onun babası xəlifə Osmanın azad etdiyi qul olmuş və buna görə də, Fəzlin Abbasilərə olan məhəbbətində kimsə şəkk etmirdi. Məmun isə əvvəla, Cəfər ibn Yəhya Bərməkinin qucağında böyümüş Cəfərin isə nüfuzu qardaşı Fəzldən qat-qat aşağı olmuşdur. İkincisi də, onun qəyyumu olan şəxs heç də Abbasilərin ürəyincə deyildi. Çünki Abbasilər onu Ələvilərə meyilli olmaqda müttəhəm edirdilər. Üstəlik Məmunun qəyyumu ilə Əminin qəyyumu Fəzl ibn Rəbi arasında son dərəcə kin-küdurət hakim idi. O sonradan Məmunun baş vəzir vəzifəsinə təyin etdiyi iranlı Fəzl ibn Səhl olmuşdur. Abbasilər iranlılardan qorxur və onların əlindən artıq boğaza yığılmışdılar. Buna görə də, tez saraydakı bütün iranlıları (farsları) türk və başqa millətlərlə əvəz etdilər.
    2. Əminin daha üstün mövqeyi
    Əminin hakimiyyətini möhkəmlətmək üçün fəaliyyət göstərən, etibar edə biləcək çoxsaylı dost və dayaqları var idi. Bunlar onun dayıları Fəzl ibn Yəhya Bərməki bərməkilərin əksəriyyəti anası Zübeydə və həm də ərəblərdən ibarət idilər. Bunlar, Harun ər-Rəşidi öz təsiri altına alaraq ölkənin siyasi idarəçiliyində mühüm rol oynayan nüfuzlu şəxslər olduğu üçün artıq təbii məsələdir ki Harun onların qarşısında aciz qalıb nəticədə onların göstərişinə uyğun olaraq vəliəhdlik məqamına kiçik oğlu Əmini seçməli böyük oğlu Məmunu isə Əmindən sonrakı vəliəhd təyin etməli idi. Əminin birinci vəliəhd olmasında bəlkə də, (dayısı) İsa ibn Cəfərin yüksək mövqedə durması və eləcə də, Bəni-Abbasın nəsil təəssübkeşliyi əsas rol oynamışdır. Əlbəttə, bu məsələdə əsas rol oynayanlardan biri də Zübeydə olmuşdur ki o da öz növbəsində məsələni oğlu Əminin xeyrinə başa çatdırmışdı. Bundan əlavə, ərəblər arasındakı nəsil təəssübkeşliyi də çox güman ki Harunun Əmini Məmundan üstün tutmasında öz işini görmüşdü. Tarixçilərdən bəziləri bu məsələyə aşağıdakı ifadə ilə toxunmuşlar: "Hicrətin yüz yetmiş altıncı ilində Harun ər-Rəşid Məmunun, qardaşı Əmindən sonra vəliəhd olacağı haqda qərar çıxarır. Məmun yaş cəhətdən bir ay qardaşı Əmindən böyük idi. Ancaq Əmin, Cəfər qızı Zübeydədən o (yəni Zübeydə) isə Haşimi qadınlarından olmuşdur. Məmun isə Məracil adlı bir kənizdən olmuş onun özü isə Məmunu doğduqdan bir neçə gün sonra vəfat etmişdi.
    Məmunun arxalandığı nə idi?
    Məmunun atasının onu ikinci vəliəhd təyin etməsinə baxmayaraq bu heç də Məmunu gələcəkdə hakimiyyətə çatmağa arxayın etmirdi. Çünki o nə vaxtsa qardaşı və digər Abbasi əyan-əşrafının vədlərinə əməl etməyəcəklərindən qorxur və onların vədlərinə sadiq qalacaqlarına arxayın deyildi. Belə olduğu halda, Məmun öz mövqeyinin təhlükə qarşısında durduğunu görəndə başqalarına arxalana bilərdimi? Məmun hakimiyyətə necə çata bilər və hakimiyyətə çatdıqdan sonra onu necə qoruyub saxlaya bilər? Bunlar Məmunun daima fikrində dolandırdığı suallar idi. O son dərəcə diqqət zirəklik və düşüncə ilə bu suallara cavab tapmalı sonra isə həmin cavablara uyğun olaraq öz hərəkətini başlamalı idi.
    İndi isə Məmunun müxtəlif dəstələr arasından hansına arxalana bilib intizarında olduğu (həm öz əleyhinə həm də hökumətinə qarşı), təhlükələr zamanı əlbir ola biləcəyi dəstəni müəyyənləşdirmək üçün bu dəstələrin Məmuna olan münasibətini araşdırırıq.
    1. Ələvilərin Məmuna olan münasibəti
    Məlum məsələdir ki Ələvilər nə təkcə Məmunun eləcə də, heç bir Abbasi xəlifəsinin hakimiyyətini qəbul etmirdilər. Çünki onların öz arasında hakimiyyətə gəlməyə daha layiqli olan şəxslər var idi. Bundan da əlavə, Məmunun mənsub olduğu sülalələyə (Bəni-Abbasa) Əli əleyhissəlamın övladları daha çox nifrət bəsləyirdilər. Çünki onlar Ələvilərə Bəni-Üməyyənin etdiyi zülmdən də çox əzab-əziyyət etmişdilər.
    Bəni-Abbasın Ələvilərin qanını necə axıtdığını onların əmlakını necə qəsb etdiyini yurd-yuvalarından necə didərgin saldığını bir sözlə, daima onları müxtəlif növ əzab-əziyyətlərə məruz qoyduğunu çox yaxşı bilirik. Məmun üçün isə bu çirkin ləkə kifayət idi ki o nübüvvət ağacının bütün qol-budaqlarını qırıb bir neçə İmamın kökünü kəsmiş Harunun oğludur.
    2. Ərəblərin Məmuna və yaratdığı sistemə münasibəti
    Ərəblər də Məmunun hakimiyyətinə boyun əymirdilər. Bu da onunla əlaqədar idi ki öncə qeyd etdiyimiz kimi onun anası tərbiyəçisi və qəyyumunun hamısı qeyri-ərəb olmuşdur. Ərəblər isə əsassız təəssübkeşlikləri nəticəsində digər millətləri (Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurduğunun əksinə olaraq) öz nökərləri bilir təbii ki Məmunun bu cür olması da, ərəblərin bu təəssübkeşliyinə uyğun gəlmirdi. Xüsusən də, iranlılar gözəl istedadları nəticəsində elmi və siyasi məqamları ələ keçirərək meydanı məğrur ərəblərə çox dar etmişdilər. Belə olduğu halda isə məlumdur ki ərəblər iranlılara və eləcə də, onlarla əlaqə saxlayan hər hansı bir şəxsə düşmən kəsiləcəklər. Buna görə də, ərəblər Məmuna qarşı nifrət bəsləyirdilər.
    3. Əmini öldürmək və arzuların boşa çıxması
    Əmini öldürmək zahirdə Məmun üçün nizami bir qələbə sayılsa da, bu ölüm onun plan və məqsədinin əleyhinə yönəlmiş mənfi reaksiyalardan kənar olmamışdır. Məmunun özünü xatircəm etmək üçün istifadə etdiyi metodlar xüsusilə, bu reaksiyalara məruz qaldı. O Əmini öldürmək əmrini Tahirə tapşırır Əminin kəsilmiş başını onun hüzuruna gətirən şəxsə isə (şükr səcdəsi yerinə yetirdikdən sonra) bir milyon dirhəm pul bağışlayır. Sonra da əmr verir ki qardaşının kəsilmiş başını bir çubuğa keçirib sarayın qarşısından assınlar qoy məvacibini almağa gələn hər bir şəxs əvvəl onun başına lənət göndərib sonra pulunu alsın. Məmun bunlarla da, kifayətlənməyib əmr edir ki Əminin kəsilmiş başını Xorasanda gəzdirsinlər. Sonra onu İbrahim ibn Mehdinin yanına göndərərək onu danlayır ki nəyə görə Əmin üçün əzadarlıq edirsən?
    Bu hadisələrdən sonra Abbasilərdən ərəblərdən və hətta digər camaatdan nə gözləmək olardı? Onların Məmuna münasibəti necə ola bilərdi? Ən azı bunu deyə bilərik ki Məmun qardaşını öldürüb bu cür nifrətli hərəkətlər etməklə öz şöhrətini ləkələyir camaatın etimadından uzaqlaşaraq onların (istər ərəb istərsə də qeyri-ərəb) nifrətini qazanırdı.
    Çıxılmaz bir vəziyyət
    Deyilənlərdən əlavə Məmunu hakimiyyətə gətirib çıxaran xorasanlılar da indi ondan üz döndərmiş bu isə onun üçün böyük bir təhlükə yaratmışdı. Vəziyyətin belə olduğunu görən Ələvilər Məmunla qardaşı arasında gedən mübarizəni fürsət bilib öz fəaliyyətlərini daha da genişləndirməyə sıralarının sayını artırmağa başlayırlar. İndi Ələvilərin aşağıda qeyd etdiyimiz müxtəlif yerlərdə qaldırdığı qiyamları nəzərə almaqla Məmunun düşdüyü çıxılmaz mövqeyi təsəvvür edə bilərsiniz.
    Ələvilərin qiyamları
    Bir vaxtlar Məmunun tərəfdarları sırasında olmuş Əbus-Səraya Kufədə qiyam qaldırır. Onun ordusu qarşılaşdığı hər hansı bir ordunu məğlub edir və hər hansı şəhərə çatırdısa oranı ələ keçirirdi. Deyilənə görə, Əbus-Sərayanın qiyam qaldırdığı gündən edam olunduğu günə qədərki on ay müddətində xəlifənin iki yüz min əsgəri öldürülmüşdür.
    Osmanın tərəfdarlarının mərkəzi olan Bəsrə şəhərində də, Ələvilər himayə olunur nəticədə Zeydün-nar qiyam qaldırır.
    Məkkə və Hicaz ətrafında Dibac ləqəbi ilə məşhur olub Əmirəl-möminin adlandırılan Məhəmməd ibn Cəfər qiyam qaldırır.
    Yəməndə İbrahim ibn Musa ibn Cəfər xəlifəyə qarşı qiyam qaldırır.
    Mədinədə Məhəmməd ibn Süleyman ibn Davud ibn Həsən qiyam qaldırır.
    Əhalisinin əksəriyyəti əsasən Osmanın tərəfdarları olan Vasitdə Cəfər ibn Zeyd ibn Əli və Hüseyn ibn İbrahim ibn Həsən ibn Əli qiyam qaldırırlar. Mədinədə də, Məhəmməd ibn İsmail ibn Məhəmməd qiyam edir.
    Bir sözlə elə bir yer qalmamışdı ki orada Ələvilərdən biri ya öz istəyi ilə ya da camaatın tələbi əsasında Abbasilərə qarşı qiyam qaldırmasın. İş o yerə çatmışdı ki Bəni-Üməyyə və Bəni-Mərvan tərəfdarları kimi tanınmış Beynün-nəhreyn və Şam əhalisi də, Əbus-Sərayanın həmkar və silahdaşı olan Məhəmməd ibn Məhəmməd Ələvinin tabeçiliyinə keçərək Əbus-Sərayaya məktub yazıb bildirir ki sənin əmrini almaq üçün qasidinin yolunu gözləyirik.(İmam Riza əleyhissəlamın siyasi həyatı, səh.97-123.)
    Çoxcəhətli çıxış yolu
    Məmun başa düşmüşdü ki bu çətinliklərdən çıxmaq üçün aşağıdakı təbdirləri həyata keçirməlidir:
    1)–Ələvilərin qaldırdığı qiyamları yatırtmaq;
    2)–Abbasilər hökumətini şəri hökumət kimi tanımaları barədə Ələvilərdən etiraf almaq;
    3)–Ələvilərin camaat arasındakı hörmətini aradan aparmaq;
    4)–Ərəblərin xəlifəyə etimadını doğrultmaq;
    5)–Öz hökumətinin Xorasan əhalisi və eləcə də, bütün iranlılar tərəfindən qanuni hökumət kimi qəbul olunması;
    6)–Abbasiləri və onların tərəfdarlarını razı salmaq;
    7)–Camaatın Məmuna olan etimadını gücləndirmək;
    Çünki Məmun qardaşını öldürməsi nəticəsində camaatın özünə olan etimadını azaltmışdı.
    8)–Ən əsası isə onu çox hörmətli bir şəxs tərəfindən gözləyən təhlükədən uzaq olmaq.
    Bəli Məmun İmam Riza əleyhissəlamdan həddən artıq qorxu hissi keçirir və özünü o Həzrətin təhlükəsindən amanda saxlamaq istəyirdi.
    Beləliklə də, İmam Riza əleyhissəlamı vəliəhd seçib onu hakimiyyətdə şərik etməklə bütün bu məqsədlər təmin olunurdu. Çünki (Ələvilərin başında duran) İmam Riza əleyhissəlamı hakimiyyətə şərik qoşmaqla bütün Ələvilər silahlarını yerə qoyacaq şüarlarına son qoyaraq qaldırdıqları qiyamlar nəticəsində camaat arasında qazandıqları hörməti itirməli olacaqdılar. Digər tərəfdən də, Məmun Əhli-beyt (əleyhimussəlam) tərəfdarı olan xorasanlıların yanında hörmət qazanacaq və qardaşını öldürməsini belə əlaqələndirəcək ki guya hakimiyyəti onun əsl sahibinə (yəni, İmam Riza əleyhissəlama) qaytarmaq üçün qardaşını öldürmüşdür. Bunların hamısından əsası isə bu idi ki İmam Riza əleyhissəlamı Mərv şəhərinə gətizdirib onun işlərini nəzarət altına almaqla onun təhlükəsindən amanda qalmaq təmin olunurdu. Qalırdı təkcə ərəblərlə Abbasilər ki onlara da Məmun iranlılar və Ələvilərin köməyi ilə müqavimət göstərə bilərdi.
    Şübhələr və cavablar
    Əldə olan fakt və sübutlar Məmunun İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi məsələsinə olan sədaqətini şübhə altına salır. Əgər Məmun doğrudan da, İmam Riza əleyhissəlamı vəliəhd seçirdisə bəs onda:
    1) Nə üçün Məmun İmam Riza (əleyhissəlam) Mədinədə olarkən bu işi həyata keçirmir və onu məmurlar vasitəsilə Mərvə gətizdirir? Halbuki, o Mərvdə ola-ola İmam əleyhissəlamın adından xütbə oxuyub, özü o Həzrətin nümayəndəsi kimi İranı idarə edə bilər və İmam (əleyhissəlam) da özü nübüvvət mərkəzində qala-qala Peyğəmbərin (səlləllahu əleyhi və alih) xəlifəlik məqamına nail olardı.
    2) Nəyə görə İmam əleyhissəlamı Qum yolu ilə deyil məhz çətin isti və yorucu olan Bəsrə Əhvaz və Fars şəhərlərindən, böyük Lut səhrasından Xorasan və Mərvə gələn yolla gətirilməsini əmr edir?(Üyuni əxbarir-Riza, c. 2, səh, 194.) Halbuki, Kufə və Qumda İmam Riza (əleyhissəlam) daha yaxşı qarşılanar və Məmunun zahiri məqsədi üçün daha geniş zəmin yaranardı.
    3) Nəyə görə İmam əleyhissəlama xəlifəlik təklifini etdiyi ilk müzakirələrdə İmam Riza əleyhissəlamdan sonra İmam Məhəmməd Təqi əleyhissəlamı yox məhz özünü vəliəhd təyin edir? Heç olmasa bu məsələni (İmam Riza əleyhissəlamdan sonra vəliəhd təyin edilməsi məsələsini) İmam Riza əleyhissəlamın ixtiyarına buraxaydı.
    4) İmam əleyhissəlamın vəliəhd olması (özü də bu şərtlə ki o Həzrətin hökumət işlərinə heç bir qarışacağı olmayacaq) İslam ümmətini həqiqətə nə qədər yaxınlaşdıra bilərdi? Bunu da nəzərə almaq lazımdır ki İmam (əleyhissəlam) Məmundan təxminən iyirmi yaş böyük olmuş və təbii ki adi hesablamalara əsasən, o Həzrət Məmundan tez vəfat edəcək nəticədə isə hakimiyyət heç vaxt Ələvilərə çatmayacaqdı.
    5) Əgər Məmun sidq ürəkdən hərəkət edirdisə bəs onda nəyə görə İmam (əleyhissəlam) vəliəhdliyi qəbul etmək istəmədikdə, onu təhdid edərək güclə vəliəhdliyi qəbul etdirir?
    6) Nəyə görə İmam Riza (əleyhissəlam) (hər hansı səbəb üzündən) şəhid olduqda, Məmun eynilə İmam Riza əleyhissəlama qarşı göstərdiyi münasibəti İmam Cavad əleyhissəlama da göstərdiyi halda, onu vəliəhd təyin etmir?
    7) Nə üçün Məmun böyük Fitr namazında İmam Riza əleyhissəlamı yoldan qaytarıb camaatın axınının o Həzrətə qoşulmasının qarşısını alır?
    8) Nə üçün Məmun özü Mərvdən Bağdada gedərkən İmam Riza əleyhissəlamı Mərvdə saxlamayıb özü ilə aparır? Əgər o Həzrət həqiqətən də, vəliəhddirsə Mərvdə qalıb ölkənin bu hissəsini idarə etməyinin nə eybi var idi?
    Bunlar bir sıra suallardır ki ilk baxışda ola bilər sadə görünsün ancaq bir az diqqət yetirdikdə, məlum olur ki Məmun bu işdə heç də sidq ürəkdən addım atmayıb əksinə onu bu addımı atmağa məcbur edən başqa səbəblər olmuşdur.(İmam Riza əleyhissəlamın həyatı, səh.138-141)
    İmam Riza əleyhissəlamın vəliəhdliyi qəbul etməsinin səbəbləri
    İmam Riza (əleyhissəlam) o vaxt vəliəhdliyi qəbul etdi ki gördü əgər vəliəhdliyi qəbul etməsə nə təkcə öz canı həm də bütün Ələvilərin və dostlarının canı təhlükə altına düşəcək. İmam Riza (əleyhissəlam) həm öz canını həm də şiə dostlarının canını təhlükədən qorumalı idi. Çünki İslam ümməti onların vücuduna və məsləhətlərinə böyük ehtiyac duyurdu. Onlar camaatın çətinlik və şübhələrlə qarşılaşdığı zaman, yol göstərən rəhbər və başçı olmaq üçün mütləq sağ qalmalı idilər.
    Bəli camaatın İmam əleyhissəlama onun yetirmələrinə böyük ehtiyacı var idi. Çünki o dövrdə biganə əqidə və mədəniyyətlər hər tərəfə yayılaraq fəlsəfi bəhslər və Allahı tanımanın əsaslarına dair şübhələr adı altında hamını küfrə tərəf sürükləyirdi. Buna görə də, İmam (əleyhissəlam) mütləq sağ qalıb ümməti küfr girdabından çıxartmaqla camaata nicat vermək vəzifəsini yerinə yetirməli idi. Tarixdə görürük ki İmam Riza (əleyhissəlam) (vəliəhd olduqdan sonra ömrünün qısa olmasına baxmayaraq) əməli şəkildə bu vəzifəni layiqincəsinə yerinə yetirmişdir. Əgər İmam Riza (əleyhissəlam) vəliəhdliyi birdəfəlik və qəti şəkildə qəbul etməyib həm özünü həm də dostlarını təhlükəyə salsaydı bu fədakarlığını İmam Hüseyn əleyhissəlamın həyat bəxş edən şəhadəti kimi ümmətin müşkülünü həll edəcəyi məlum deyildi. Bundan da əlavə, vəliəhdlik məqamına nail olmaq Abbasilər tərəfindən bir razılıq kimi hesab olunub Ələvilərin də, hökumətdə şərik olmasını sübut edirdi.
    İmam Riza əleyhissəlamın vəliəhdliyi qəbul etməsinin səbəblərindən biri də bu idi ki qoy camaat Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin də siyasi səhnədə hazır olduğunu görüb heç də onların səhnədən kənarda olduqlarını zənn etməsin və belə fikirləşməsinlər ki onlar ancaq elm adamları olub əməldə millətin işinə heç bir qarışacaqları yoxdur. Bəlkə İmam Riza əleyhissəlamın İbn Ərəfənin sualına verdiyi cavabdan məqsədi də, elə bu olmuşdur. O İmam Riza əleyhissəlamdan soruşmuşdu ki ey Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı hansı səbəbə görə vəliəhdliyi qəbul etdin? İmam onun cavabında buyurur ki babam Əli əleyhissəlamı şuraya daxil olmağa məcbur etmiş səbəbə görə vəliəhdliyi qəbul etdim.(Biharül-ənvar, c.49, səh.140; Mənaqibi-Ali-Əbutalib, c.4, səh.364.)
    Bunların hamısından əsası isə odur ki İmam Riza (əleyhissəlam) vəliəhd olduğu müddət ərzində Məmunun əsl simasını camaata tanıtdıraraq onun gördüyü işlərindəki məqsədini ifşa etməklə camaatın fikrindəki bütün şəkk-şübhələri aradan qaldırırdı.
    İmam Riza (əleyhissəlam) həqiqətən də, vəliəhd olmaq istəyirdimi?
    Dediklərimiz heç vaxt vəliəhdliyi qəbul etmək məsələsində İmam əleyhissəlamın batini istəyinə sübut ola bilməz. Əksinə sonrakı hadisələr sübut etdiyi kimi İmam bilirdi ki heç vaxt Məmun və ətrafındakıların hiylələrindən uzaq olmayıb məqamdan da əlavə, canı onların təhlükəsindən salamat qalmayacaq. İmam (əleyhissəlam) çox yaxşı bilirdi ki Məmun nəyin bahasına olursa-olsun, onu aradan götürmək (istər cismi istərsə də mənəvi cəhətdən) istəyir. Lap fərz edək ki Məmunun heç bir pis fikri olmamışdır ancaq dediyimiz kimi İmam əleyhissəlamın yaşını nəzərə aldıqda, o Həzrətin Məmunun ölümündən sonra sağ qalacağına ümid yox idi. Deməli bunların heç biri İmam əleyhissəlamın vəliəhdliyi qəbul etməsinə kifayət etmir. Bunları nəzərə almadıqda və fərz etdikdə ki İmam əleyhissəlamın Məmundan sonra sağ qalmaq ümidi də olub ancaq onun hakimiyyəti ilə razılaşmayan nüfuzlu şəxslərlə mütləq üzləşməli olacaqdı. Həmçinin, hökuməti idarəetmə tərzində Allahın qayda-qanunlarını icra etməsi eynilə cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əli əleyhissəlamın hökumət idarəetmə tərzi kimi olan İmam Riza (əleyhissəlam) Abbasilərin onların dostlarının və dünya əhlinin narazılığı ilə üzləşəcəkdi.
    Yalnız mənfi mövqe tutmaq düzgün idi
    Bütün dediklərimizi nəzərə aldıqda məlum olur ki İmam Riza əleyhissəlamın bu cür təhlükəli yolla hökumətə gəlməyi qəbul etməyəcəyi təbii idi. Çünki hakimiyyətə gəldiyi təqdirdə nə təkcə öz məqsədlərinə nail olmayacaq hətta Ələvilərin eləcə də, onların dostlarının arzu və istəkləri ilə birlikdə məhv olacağına zəmin də yaradacaqdı. Deməli bu işə müsbət cavab vermək məntiqsiz bir hərəkət olardı.
    İmam Riza əleyhissəlamın Məmunun hiylələri qarşısındakı mənfi mövqeyi
    İmam Riza əleyhissəlamın özünün vəliəhdliyi qəbul etməkdə heç bir ixtiyarı olmadığından və bu məqamı öz müqəddəs məqsədlərinə çatmaq üçün vasitə qərar verə bilməyəcəyindən digər tərəfdən də, o Həzrətin sakit otura bilməyib hökumət işçiləri ilə ayaqlaşa bilməyəcəyindən elə bir iş görməliydi ki Məmunun hiylələrini dəf edib irəli gedə bilsin.(İmam Riza əleyhissəlamın siyasi həyatı, səh.162-165.)İmam Riza (əleyhissəlam) Məmunun bu hiylələrinə qarşı müxtəlif mövqelər tutur ki Məmun onları fikrinə belə gətirməmişdi. İndi isə İmam əleyhissəlamın tutduğu bu mövqeləri araşdıraq.
    Category: İmam Riza əleyhissəlamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 607 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024