İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » İmam Hüseyn əleyhissalamın həyatı

    İmam Hüseyn əleyhissalamın həyatı
    2012-06-28, 8:19 AM

    Hər üç amilin öz dəyəri

    İndi gəlin görək bu üç amildən hansı biri daha çox əhəmiyyət daşıyır?

    Şübhəsiz, Kufə camaatının də’vətini qəbul etmək amilinin özünəməxsus əhəmiyyəti vardır. Çünki İmam Hüseyn (əleyhissəlam) Yezidin qanunsuz hakimiyyətinə e’tiraz edib İmamı rəhbər olmağa də’vət edən camaata öz hazırlığını bildirdi. Əgər şərait yaxşı olsaydı, şübhəsiz, İmam İslami hökumət quracaqdı. Lakin İmam Hüseyn əleyhissəlamın Yezidə bey’ət etməkdən imtina etməsi amili bundan daha çox əhəmiyyət daşıyır. Çünki İmam Hüseyn (əleyhissəlam) dəfələrlə e’lan etmişdi ki, nəyin bahasına olursa olsun, bütün təzyiqlərə dözüb Yezidə bey’ət etməyəcək. Bu, İmam Hüseyn əleyhissəlamın təzyiqə və zorakılığa qarşı dözüm və müqavimətini göstərir.

    Bunlardan daha çox əhəmiyyəti isə üçüncü amil, yə’ni, əmr be-mə’ruf və nəhy əz-münkər amili daşıyır. Çünki burada İmam Hüseyn əleyhissəlamın hərəkəti nə hökumətə qarşı bir reaksiya, nə müdafiə, nə də köməklik və də’vətə qarşı cavab idi. İmamın hərəkəti yalnız hökumətə qarşı e’tiraz və hücum idi.

    Əgər Kufə camaatının də’vəti əsas səbəb olsaydı, kufəlilərin vəfasızlıq xəbəri o Həzrətə yetişərkən öz məqsədindən dönüb mövqeyini dəyişərək İraq səmtinə hərəkətini saxlayardı. Ancaq görürük ki, İmam Hüseyn əleyhissəlamın ən əsas xütbələri, ən həyəcanlı və təhrikedici çıxışları məhz Həzrət Müslimin şəhadətindən sonra olmuşdur. Buradan İmam Hüseyn əleyhissəlamın əmr be-mə’ruf və nəhy əz-münkər amilinə nə qədər üstünlük verməsi və Yezidin azğın hökumətinə nə qədər kəskin e’tiraz edib hücuma keçməsi mə’lum olur.[19]

    Bura qədər verdiyimiz şərhlərdən sonra bu bölmənin əvvəlindəki birinci və ikinci sualın cavabı aydın oldu. Mə’lum oldu ki, əgər Yezid İmam Hüseyn əleyhissəlamdan bey’ət almaq üçün onu təzyiqlərə mə’ruz qoymasaydı da, İmam Hüseyn (əleyhissəlam) yenə Yezidin hakimiyyətinə qarşı müxalifətçilik edəcəkdi. Həmçinin, əgər kufəlilər İmam Hüseyn əleyhissəlamı də’vət etməsəydilər belə, yenə bu inqilab həyata keçəcəkdi.

    İndi isə üçüncü sualın cavabının aydın olması üçün bu inqilabda İmam Hüseyn əleyhissəlamın əmr be-mə’ruf və nəhy əz-münkər amilinə nə dərəcədə diqqət yetirməsini göstərən bir neçə canlı sənədi nəzərinizə çatdırırıq.
    1) İmam Hüseyn əleyhissəlamın əqidəvi-siyasi vəsiyyətnaməsi

    İmam Hüseyn (əleyhissəlam) Mədinədən hərəkət etməzdən əvvəl qardaşı Məhəmməd Hənəfiyyəyə bir vəsiyyətnamə yazdı. Vəsiyyətnamədə İmam öz inqilabının səbəbini İslam ümmətinin islah edilməsi, əmr be-mə’ruf və nəhy əz-münkər və cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinin dirçəldilməsi olduğunu bildirmişdir. İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə özünün tövhid, nübüvvət və məada olan əqidəsini bildirdikdən sonra belə yazmışdır:

    «...Mən Mədinədən nə özümü qorumağa, nə azğınlığa, nə həvayi-nəfsə tabe olmağa, nə də fəsad və zülm törətməyə görə çıxmıram. Mənim bu hərəkətdən məqsədim cəddimin ümmətinin fəsadını islah, əmr be-mə’ruf və nəhy əz-münkəri icra etməkdir. Mən cəddimin və atamın sünnəsi ilə hərəkət etmək istəyirəm. Kim haqqın hörmətini qorumaq xatirinə bu yolda mənə qoşularsa, mən öz yolumla hərəkət edəcəyəm. Qoy Allah mənimlə bu qövm arasında hakim olsun. Həqiqətən O, hakimlərin ən yaxşısıdır.»[20]

    Göründüyü kimi İmam Hüseyn (əleyhissəlam) bu vəsiyyətnamədə aşağıdakı dörd şeyi öz inqilabının səbəbi kimi qeyd etmişdir:

    1) Ümməti islah etmək;

    2) Əmr be-mə’ruf;

    3) Nəhy əz-münkər;

    4) Babası Peyğəmbərin (səlləllahu əleyhi və alih), atası Əli əleyhissəlamın sünnəsinə itaət etmək və onların sünnəsini cəmiyyətdə dirçəltmək.
    2) Bağışlanılmaz sükut

    İmam Hüseyn (əleyhissəlam) İraqa gedərkən yolda Beyzə adlı bir məntəqədə Hürrün qoşunu ilə üz-üzə gəldi. İmam Hüseyn (əleyhissəlam) üzünü Hürrün qoşununa tərəf tutub bir xütbə söylədi və xütbədə öz inqilabının səbəbini belə açıqladı:

    «Camaat! Allahın peyğəmbəri buyurmuşdur: "Kim Allahın haramını halal edən, Allahın əhdini sındıran, Peyğəmbərin (səlləllahu əleyhi və alih) qanun və sünnəsinə müxalif olub Allahın bəndələri arasında günah, fəsad və düşmənçilik edən bir hökmdarla üzləşsə və bu cür bir hökmdara qarşı əməli, hərəkəti və ya sözü ilə e’tiraz etməsə, Allah (sükut edən) həmən şəxsi o hökmdarın düçar olacağı əzaba (Cəhənnəm əzabına) düçar edər.

    Camaat! Agah olun, bunlar (Bəni–Üməyyə) Allahın itaətindən çıxmış və Şeytana itaət etməyi özlərinə vacib bilmişlər. Bunlar fəsadı yaymış, Allahın qanunlarının icra olunmasının qarşısını almışlar. Peyğəmbər ailəsinə məxsus olan payı özlərinə götürmüşlər. Mən müsəlman cəmiyyətini hidayət edib onlara rəhbərlik etməkdə, cəddimin dinini min cür fəsadlarla dəyişmiş bir hökumətə qarşı inqilab etməkdə hamıdan layiqliyəm...»[21]
    3) Sünnənin məhv olması, bid’ətlərin yayılması

    İmam Hüseyn (əleyhissəlam) Məkkəyə gəldikdən sonra Bəsrə şəhərindəki qəbilələrin başçılarına məktub yazdı. O, məktubda keçmiş xəlifələrin dövründə İslamın həqiqi rəhbərlərinin siyasət səhnəsindən uzaqlaşdırıldığını, onların ixtilaf və təfriqənin qarşısını almaq və İslamın ali məsləhətləri naminə bu vəziyyətə dözmələrini vurğuladıqdan sonra belə yazır:

    «...Mən öz qasidimi bu məktubla sizə tərəf göndərirəm. Sizi Allahın kitabı və peyğəmbərin sünnəsinə də’vət edirəm. İndi elə bir vəziyyətdəyik ki, peyğəmbərin sünnəsi tamamilə itib batmış, aradan getmiş və onun yerini bid’ətlər tutmuşdur. Əgər mənim sözümə qulaq assanız, sizi düz yola hidayət edərəm. Allahın salamı, rəhməti və bərəkəti sizə olsun!»[22]
    4) Artıq haqqa əməl olunmur

    Hüseyn ibn Əli (əleyhissəlam) İraq yolunda Zi-Husum adlı bir yerdə ayağa qalxıb öz səhabələrinə aşağıdakı xütbəni buyurdu:

    «Vəziyyəti artıq özünüz görürsünüz. Zəmanə doğrudan da, dəyişmişdir. Pisliklər meydana çıxmış, yaxşılıqlar və fəzilətlər isə aradan getmişdir. Fəzilətlərdən isə ancaq su qabının dibində bir-iki damcı su qaldığı kimi qalmışdır. Camaat zillət və alçaqlıq içində ömür sürür. Həyat səhnəsi daş-kəsəkli, az otlu bir otlağa, çətin və əziyyətli bir yerə çevrilmişdir. Görmürsünüz ki, daha haqqa əməl olunmur və batilin qarşısı alınmır? Belə bir vaxtda imanlı bir şəxsin (canından keçib) Allaha qovuşmağa haqqı var. Belə bir çirkin və alçaq həyatda mən ölməyi səadət, zalımlarla bir yerdə yaşamağı isə zillət və alçaqlıq hesab edirəm. Bu camaat dünyanın qullarıdır. Din onların dilində lağlağaya çevrilib. Nə qədər ki, asayiş və rifahdadırlar, dinə kömək edirlər, elə ki, imtahana çəkilirlər, sayları azalır.»[23]


    Düşünülmüş və hazırlıqlı qiyam

    Bu günkü zamanda materialistlərin qiyam üçün verdiyi təfsirə görə qiyam cəmiyyətdə buxar qazanının havasının çıxmağa yeri olmadığı zaman partlaması kimidir. Bu vəziyyətdə insan istəsə də, istəməsə də, buxarın çoxalıb sıxlaşması nəticəsində partlayış olacaq. Cəmiyyətdəki təbəqələr arasında çətinliklər və ziddiyyətlər artdıqda, camaat daha zülmə dözə bilmir, təbii ki, belə bir vəziyyətdə də qiyam baş verməlidir. Başqa sözlə desək, qiyam - kiçik miqyasda qəzəblənmiş və kinli bir şəxsin səbr kasası dolduqda ürəyində olanları bayıra çıxarmasıdır. Hətta ola bilər sonradan buna peşiman da olsun.

    İmam Hüseyn əleyhissəlamın tarixi məktub və çıxışlarından (qeyd etdiyimiz çıxışlardan) gözəl mə’lum olur ki, bu böyük şəxsiyyətin qiyamı bu cür ictimai partlayış olmamışdır. Onun qiyamı agahlıq əsasında, məs’uliyyət hiss etmək nəticəsində və bütün təhlükələri nəzərə almaqla baş vermişdir. İmam Hüseyn (əleyhissəlam) təkcə özü agah halda şəhadətə tərəf getmədi, hətta səhabələrə də şəhadəti könüllü olaraq seçməyi aşıladı. Bu səbəbdən İmam Hüseyn (əleyhissəlam) Aşura gecəsi səhabələrini bir yerə yığıb onlara bildirdi ki, onların hamısı azaddır, kim istəsə, çıxıb gedə bilər. Sabah onunla qalanların hamısı şəhid olacaqdır. Səhabələr də bunların hamısını nəzərə alaraq qaldılar və şəhadətə qovuşdular.

    İmam Hüseyn əleyhissəlamın inqilabında əmr be-mə’ruf və nəhy əz-münkərin rolu barədə dediklərimizdən mə’lum oldu ki, o Həzrətin qiyam etməsinin əsas səbəbi İslami hökumətin öz əsl xəttindən uzaqlaşması və bunun ardınca bid’ətlərin yayılması, Peyğəmbər sünnəsinin itib batması, fəsad, pozğunluq və İslama zidd olan hərəkətlərin artması olmuşdur.

    İndi bu barədə bir az ətraflı danışaq.

    Bir daha xatırladırıq ki, o vaxt İslam hakimiyyəti və müsəlmanların bütün işləri İslamla zidd olan cahil Bəni–Üməyyə dəstəsinin əlində idi. Bu dəstə İslam peyğəmbərinə qarşı illərlə mübarizə etdikdən sonra nəhayət Məkkənin fəthində zahirdə müsəlman oldular. Ancaq öz küfr və münafiqliyini gizlədib peyğəmbərin vəfatından sonra islamnüma şəkildə öz gizli fəaliyyətlərinə başlayaraq yavaş-yavaş hökumətdə nüfuz tapıb xilafətin əsas işlərini öz əllərinə keçirdilər. Axırda da Həzrət Əli əleyhissəlamın şəhadətindən sonra Müaviyənin başçılığı ilə hökumət başına gəldilər.

    Düzdür, bu dəstənin əsas başda olanları və idarəedici qüvvələri öz çirkin məqsədlərini (daxildən İslama zərbə vurmaq planını və insanların «cahiliyyət» dövrünün adət-ən’ənələrinə qaytarmaq fikirlərini) üzə çıxarmadılar, ancaq onların gördükləri işləri mütaliə etmək bu mə’nanı açıq-aşkar bəyan edir. Eləcə də, onlar öz aralarında təşkil vermiş və söz-söhbətlərinin kənara çıxmamasını güman etdikləri məclislərdə öz məqsədlərini açıb söyləyirdilər. Misal üçün qeyd etmək olar ki, bu dəstənin başında duran Əbu Süfyan Osmanın (Bəni–Üməyyənin birinci xəlifəsi) xilafət başına gəldiyi birinci gün Bəni–Üməyyə Osmanın evinə yığışıb qapını bağladıqları vaxtda dedi: «Sizdən başqa burada kimsə var? » (Artıq o vaxt Əbu Süfyanın gözləri tutulmuşdu.) Dedilər: «Xeyr.» Əbu Süfyan dedi: «İndi ki, hökumət sizin əlinizə düşüb, onu bir top kimi bir-birinizə ötürün. Çalışın ki, hökumət Bəni–Üməyyədən qırağa çıxmasın. Mən and içirəm əqidə bəslədiyim şeyə, nə əzab var, nə hesab-kitab, nə Cənnət var, nə Cəhənnəm, nə də Qiyamət.»[24]

    Həmən bu Əbu Süfyan Osmanın xəlifəlik dövründə bir gün Ühüd qəbiristanlığının ətrafından keçirdi.O, təpiklə Həmzənin qəbrinə vurub dedi: «Dünən sizinlə üstündə qılıncla vuruşduğumuz şey bu gün bizim uşaqlarımızın əlindədir və onlar onunla oynayırlar.»1
    Müaviyənin İslama zidd olan hərəkətləri

    Müaviyə ibn Əbu Süfyan öz xəlifəlik dövründə bir gecə (öz valilərindən biri olan) Müğeyrə ibn Şü’bə ilə oturub söhbət edərkən özünün İslamı aradan aparmaq arzusunu açıqlamışdır. Bu xəbər Müğeyrənin oğlu Mütərrif tərəfindən faş edildi. Mütərrif deyir: «Atam Müğeyrə ilə birlikdə Dəməşqdə Müaviyənin qonağı idik. Atam tez-tez Müaviyənin sarayına gedər və onunla söhbət edərdi. Qaldığımız yerə qayıtdıqda, onun ağıl-kamalından danışar, onu tə’rifləyərdi. Ancaq bir gecə Müaviyənin sarayından qayıdanda gördüm ki, atam bərk narahatdır. Başa düşdüm ki, onun narahatlığına səbəb olan bir hadisə baş vermişdir. Narahatlığının səbəbini soruşduqda, mənə dedi: «Oğlum, mən indi dünyanın ən çirkin adamının yanından gəlirəm.» Dedim: «Məgər nə olub?» Cavab verdi: «Müaviyə ilə tək oturmuşduq, ona dedim: "İndi ki öz arzuna çatıb hökuməti ələ keçirmisən, heç olmasa ömrünün axırlarında camaatla ədalət və yaxşılıqla davran, Bəni–Haşimlə bu qədər bədrəftar olma. Axı onlar necə olsa, yenə sənin qohumlarındırlar, bundan da əlavə, onlar indi elə bir vəziyyətdədirlər ki, daha onlardan sənə bir xətər yetişməz.» Müaviyə cavab verdi: «Əsla, əsla! Əbu Bəkr xəlifə oldu, ədalətlə davrandı, ölümündən sonra təkcə adı qaldı. Ömər də on il xəlifə oldu, zəhmətlər çəkdi, ancaq ölümündən sonra təkcə qalan adı oldu. Sonra şərafətdə heç kəs ona çata bilməyən bizim Osman qardaşımız xəlifə oldu. O ölən kimi adı da özü ilə dəfn olundu. Ancaq İslam aləmində hər gün bu Haşimi kişinin (peyğəmbərin) adını beş dəfə çəkərək «əşhədu ənnə Muhəmmədən rəsulullah» deyirlər. İndi (o üç nəfərin adının itib batdığı, lakin Məhəmmədin (səlləllahu əleyhi və alih) adının yaşadığı) bu vəziyyətdə onun adını itirib batırmaqdan başqa hansı yol var?»

    Müaviyənin küfr simasının üzərindən pərdə götürən bu söz rəvayətçilər tərəfindən (Abbasi xəlifəsi) Mə’munun qulağına çatdıqda, o, İslam ölkəsinin hər tərəfinə əmr verir ki, camaat Müaviyəni lə’nətləsin.[25]

    Cahiz "Süfyaniyyə” kitabında yazır: "Əbuzər Şama sürgün olunduğu vaxt Müaviyə ilə danışıqlarının birində şiddətlə ona e`tirazını bildirərək demişdi: Səninlə atan Allah və Peyğəmbərin düşmənisiniz. Zahirdə özünüzü müsəlman kimi göstərib kafir olduğunuzu gizlədirsiniz və Peyğəmbər dəfələrlə səni lə`nətləmişdir.”[26]

    Həmçinin İbn Əbil Hədid Mö`təzili yazır: "Bizim şeyxlərimizin − Allah onlara rəhmət eləsin − (alim və bilicilərimiz) nəzərinə görə Müaviyənin müsəlman olmağı şübhəlidir və onun kafir olduğu ehtimalı vardır. Bu barədə mən "Nəqdis Süfyaniyyə” kitabında şeyximiz Əbu Osman əl-Cahizlə əshabımızın "kəlam” kitablarında nəql etdiyi Müaviyənin Peyğəmbər (s)-ə qarşı mülhid və müxalif fikirdə olduğunu, həmçinin ondan "cəbr” və digər küfr doğuran ideyaları təzahür etdiyini göstərən materialların ətrafında söhbətimizi qeyd etmişəm.”[27]

    Bunlar Əməvilərin İslamı dağıtmaq fikrini və onların mürtəce bir hərəkətə başçılıq etdiyini göstərir.


    Yezidin fəsadları

    Belə bir ailədə tərbiyə alaraq bu cür adamların mədəniyyəti ilə böyümüş Yezidin İslam dini adı ilə camaata başçılıq etmək istədiyi dinə zərrə qədər də olsun e’tiqadı yox idi.

    Yezid təcrübəsiz, şəhvətpərəst, özbaşına, ehtiyat və uzaqgörənliyi olmayan bir gənc idi. O, ağılsız, qorxu bilməyən, kefcil, əyyaş və düşüncəsi az olan bir insan idi. Hakimiyyətə gəlməzdən əvvəl həvayi-həvəs, nəfsani meyllər əlində əsir olmuş Yezid, hakimiyyətə gələndən sonra heç olmasa atası kimi İslamın zahirinə də əməl etmədi. O, ruhunun qorxmazlığı və həvayi-nəfs nəticəsində İslamın müqəddəs işlərini də açıqcasına ayaq altına ataraq şəhvətini doyuzdurmaqdan ötrü əlindən gələni etdi. Yezid açıq-aşkar şərab içir və günah edirdi. O, gecə məclislərində ə’yan-əşrafla oturub şərab içərkən heç bir qorxu hiss etmədən aşağıdakı məzmunda şe’rlər deyərdi: «Ey mənim piyalə dostlarım! Qalxın və xoşavaz xanəndələrin səsinə qulaq asın. Şərab piyalələrini bir-birinin ardınca başınıza çəkin və elmi-ədəbi söhbətləri bir qırağa qoyun. Saz-avaz sədası mənə azan və «Allahu əkbər» səsini eşitməkdən daha xoşdur. Mən (nisyə olan) Behişt hurilərini (nəqd olan) şərabla dəyişməyə hazıram. Nəqd mal bizim, nisyə isə Qiyamətə əqidəsi olanların olsun!»[28] Yezid bu cür həyasızlığı ilə İslamın müqəddəs e’tiqadını ələ salırdı. O, peyğəmbərlik və Həzrət Məhəmmədə (səlləllahu əleyhi və alih) vəhy nazil olmasını açıq-aşkar inkar edir, bunların hamısını cəddi Əbu Süfyan kimi xam xəyal hesab edirdi. İmam Hüseyn əleyhissəlama zahiri qələbə çaldıqdan sonra bu məzmunda bir şe’r deyir: «Haşim hökumət və mülklə oyun oynamışdır. Nə qeybdən bir xəbər gəlib, nə də vəhy nazil olmuşdur.» Sonra İslam bayrağı altında Bədr döyüşündə vuruşaraq Yezidin qohum-əqrəbasını qılıncdan keçirmiş İslam fədailərinə olan kin-küdurətini aşkar edərək İmam Hüseyn əleyhissəlamı öldürməyi bunlara əvəz kimi hesab edib deyir: «Kaş Bədr döyüşündə ölmüş böyüklərimiz indi sağ olub deyəydilər: Afərin, Yezid![29]»

    Bir dəfə Müaviyə Yezidi Roma imperiyası ilə döyüşə göndərdi. (Müaviyə bununla bildirmək istəyirdi ki, Yezid təkcə kef adamı deyil, həm də mübarizə və döyüş adamıdır.) Süfyan ibn Ovf Qamidini də onunla göndərdi. Yezid sevimli arvadı Ummu Külsümü də özü ilə apardı. Süfyan Yeziddən qabaq ordu ilə birlikdə Roma imperiyasının torpaqlarına daxil oldu. Oranın pis iqlimi nəticəsində İslam ordusu Qəzqəzunə[30] adlı bir yerdə qızdırma xəstəliyinə tutuldu. Belə bir vəziyyətdə Yezid öz kefi ilə məşğul olub deyir:

    «Dəyri-Murran adlı bir yerdə Ummu Külsüm də yanımdadır, daha nəyimə lazımdır ki, İslam ordusu Qəzqəzunədə qızdırmaya tutulub ölür.»[31]

    Mə’lumdur ki, ölkənin cavanlarına və ordusuna bu qədər biganə olan şəxs hakimiyyətə gələrsə, İslam ümmətinin başına gör nələr gətirər?

    Yezidin sarayı günah mərkəzinə çevrilmişdi. Onun sarayındakı günahların mənfi nəticəsi o qədər yayılmışdı ki, onun qısa müddətli hakimiyyəti dövründə hətta Məkkə və Mədinə kimi şəhərlərin müqəddəs mühiti də pozulmuşdu.[32]

    Yezid axırda öz kefinə görə canını əldən verdi və çox şərab içmək onun zəhərlənməsi və nəhayət ölümü ilə nəticələndi.[33]

    İslam aləminin görkəmli tarixçilərindən olan Məs’udi deyir: «Yezid camaatla Fir’on kimi davranırdı, bəlkə də Fir’onun rəftarı ondan yaxşı idi.»[34]

    Yezidin fəsad və pozğunluğuna, alçaq həyat sürməsinə və zalım hökumətinə dair şahid və faktlar o qədərdir ki, onların hamısını bu qısa bəhsdə qeyd etmək mümkün deyil. Güman edirik ki, bu deyilənlər Yezidin əsl mahiyyətini tanımaq üçün kifayət edər.
    Yezidin təhrif olunmuş məsihiyyətə meyli

    Bu deyilənlərdən əlavə, Yezid əsasən, məsihi tə’lim-tərbiyəsi ilə böyümüş, ya da ən azı məsihiyyətə meylli olmuşdur. Ustad Abdullah Əlaili buna işarə edərək yazır:

    «Yezidin məsihi tə’lim-tərbiyəsi altında böyüməsi haqda az da olsa, xəbərimiz yoxdur. Bəlkə də əziz oxucu bu məsələni ilk baxışda inkar edər. Ancaq Yezidin ana tərəfdən İslamdan qabaq məsihi olmuş Bəni–Kəlb qəbiləsindən olduğunu nəzər alsaq, daha buna təəccüb yeri qalmaz. Çünki bütün camaat bilir ki, bir millətin əsas adət-ən’ənələri, ictimai dəyərləri və mədəniyyətinin mənbəyi olan əqidəni tamamilə aradan aparmaq üçün uzun müddət vaxt lazımdır. Tarix bizə deyir ki, Yezid gənclik dövrünə qədər bu qəbilədə böyümüşdü. Bunun mə’nası isə o deməkdir ki, o, tərbiyəçilərin diqqətini cəlb edən tərbiyə dövrünü belə bir mühitdə keçirmişdir. Beləliklə də, məsihiyyətdən tə’sir görməyindən əlavə, kəndin və səhranın təbiətinin çətinlikləri də onun ruhiyyəsinə qarışmışdı.

    Bunlardan əlavə, bə’zi tarixçilərin o cümlədən məsihi alimi Lamensin «Müaviyə» və «Yezid» adlı kitablarında dediyinə görə Yezidin bə’zi ustadları Şam şəhərinin xristianlarından olmuşdur. Müsəlmanlara rəhbərlik etmək istəyən bir şəxsdə bu tərbiyənin mənfi tə’sirləri heç kimə na’məlum qalmayıb.»

    Əlaili əlavə edərək deyir: «Yezidin məsihi şairi Əxtəli Ənsarı tə’nə edib danlamağa məcbur etməsinin, eləcə də bütün tarixçilərin dediyinə görə oğlunu tərbiyələndirmək üçün bir nəfər məsihiyə tapşırmasının da səbəbi onun özünün məsihi tərbiyəsi görməsi nəticəsindədir.»[35] Tarix şahiddir ki, Yezidin özü məsihiyyətə olan meylini gizlətmir, əksinə, açıq-aşkar deyirdi: «Əgər şərab Əhmədin (İslam peyğəmbərinin) dinində haramdırsa, onda onu Məsihin dininə əsasən iç.»[36] (Əlbəttə, qeyd etmək lazımdır ki, həqiqi xristian dinində də şərab içmək haram sayılır.)

    Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Roma imperiyası Bəni–Üməyyənin sarayında böyük nüfuz tapmışdı. Bə’zi Roma məsihiləri Şam sarayında məsləhətçi idilər. Tarixçilərin hamısı bir nəfər kimi deyir ki, İmam Hüseyn (əleyhissəlam) Kufəyə tərəf hərəkət etdikdə Yezid romalı Sərcunun məsləhəti ilə o vaxtadək Bəsrənin valisi olan Übeydullah ibn Ziyadı (Bəsrəni də onun ixtiyarında saxlamaqla) Kufənin valisi tə’yin edir. O vaxta qədər Kufəyə No’man ibn Büşeyr başçılıq edirdi.[37]

    İndi ki, Yezidin alçaq siması və onun İslama qarşı olan düşmənçiliyi mə’lum oldu, onda İmam Hüseyn əleyhissəlamın onun qanunsuz hökumətinə qarşı qaldırdığı inqilabın səbəbi yaxşı aydın olur. Başa düşürük ki, Yezidin hökuməti təkcə irsi səltənət rejiminin bid’ətçisi baxımından deyil, həm də Yezidin səlahiyyətsiz olduğu cəhətdən onun hökuməti İmam Hüseyn əleyhissəlamın yanında qeyri-qanuni hökumət sayılırdı. Buna əsasən, Müaviyənin ölümü ilə onun dövründəki maneələrin çəkildiyi bir vaxtda növbə İmam Hüseyn əleyhissəlamın müxalifətinə yetişmişdi. Əgər İmam Hüseyn (əleyhissəlam) Yezidə bey’ət etsəydi, bu bey’ət Yezidin hökumətinə haqq qazandıran və onu şər’i sayan ən böyük sübut olardı.

    İmam Hüseyn əleyhissəlamın müxalifətçiliyinin səbəbi o Həzrətin məktub və çıxışlarında açıq-aşkar görünür. İmam Hüseyn (əleyhissəlam) elə Mədinədəki ilk günlərdə ondan bey’ət almaq üçün çətinliklərlə üzləşdiyi zaman Yezidə bey’ət etmək məsələsini irəli sürən (Mədinə valisi) Vəlidin cavabında buyurdu: "İndi ki, müsəlmanlara Yezid kimi bir şəxsiyyət başçılıq edir, onda İslamın fatihəsi oxunmalıdır.”[38] Həmçinin, kufəlilərin məktublarına yazdığı cavabda müsəlmanların başçısının hansı xüsusiyyətlərə malik olmasını belə açıqladı: «...Müsəlmanların rəhbəri elə bir adam olmalıdır ki, Allahın kitabına (Qur’ana) əməl etsin, ədalətlə rəftar etsin, haqqı müdafiə edərək bütün qüvvəsi ilə Allahın qayda-qanununa tabe olsun.»[39]

    Kərbəla qiyamının mübəlliğləri

    Hər bir inqilab əsasən iki hissədən - qan və xəbərdən (müraciətdən) ibarət olur. Qandan məqsəd qanlı və silahlı mübarizədir. Təbii ki, bu da müqəddəs məqsədlər uğrunda ölmək, öldürmək və candan keçməyi tələb edir. Xəbərdən məqsəd isə qiyamın xəbərini yaymaq və onun müqəddəs məqsədlərini açıb bəyan etməkdir.

    Bir inqilabın qələbə çalmasında ikinci hissənin əhəmiyyəti birinci hissənin əhəmiyyətindən heç də az deyil. Çünki inqilabın məqsədləri camaat arasında bəyan olunmasa, onda camaat inqilabı himayə etməyəcək, bunun nəticəsində də inqilab tamamilə unudulacaq, bəlkə düşmənlər tərəfindən inqilabda bə’zi təhrif və dəyişikliklər də baş verəcək. İmam Hüseyn əleyhissəlamın inqilabını araşdırdıqda, bu iki hissə tam şəkildə nəzərə çarpır. Çünki İmam Hüseyn əleyhissəlamın inqilabında Aşura gününün günortasına qədər birinci hissə, yə’ni qan və şəhadət hissəsi cilvələnirdi. Bunun başında da, İmam Hüseyn əleyhissəlamın özü dururdu. Aşura gününün günortasından sonra isə inqilabın ikinci hissəsi başladı. Buna isə İmam Səccad əleyhissəlamla xanım Zeynəb (səlumullahi əleyha) başçılıq edirdilər. Onlar İmam Hüseyn əleyhissəlamın və səhabələrinin qanlı şəhadətini öz kəskin söz və çıxışları ilə camaata çatdırdılar və çirkin Əməvi hakimiyyətini rüsvay etdilər.

    Əməvi hökumətinin Müaviyənin dövründən başlayaraq Əhli-beytə qarşı zidd təbliğat yaymasını (xüsusilə də Şamda) nəzərə aldıqda, aydın olur ki, əgər İmam Hüseyn əleyhissəlamın inqilabından sonra İmam Səccad (əleyhissəlam) və Həzrət Zeynəb (səlamullahi əleyha) Əməvi hökumətini rüsvay etməyə və camaatı oyatmağa məşğul olmasaydılar, İslam düşmənləri və iqtidarın yaltaq qulluqçuları İmam Hüseyn əleyhissəlamın əbədi və böyük inqilabını tarix səhifəsində çirkin bir qiyam kimi qələmə verər və onu olduğunun əksinə qiymətləndirərdilər. Necə ki, onlardan bə’ziləri İmam Həsən əleyhissəlamın ölümünü o Həzrətin ciyərinin şişməsi ilə əlaqələndirmişlər. Bir dəstə belə iddia edirdi ki, İmam Hüseyn (əleyhissəlam) xərçəng xəstəliyindən dünyadan getmişdir. Ancaq Aşura inqilabının təbliğçiləri əsirlikdə olarkən Yezidin ağılsız düşmənçiliyi onlara bu fürsəti verdi ki, onlar geniş təbliğat nəticəsində İmam Hüseyn əleyhissəlamın düşmənlərinə onun inqilabını təhrif etmək və dəyişdirmək icazəsi verməsinlər.

    İndi Kərbəlanın azadlıq bəxş edən əsirlərinin camaatın fikrini oyatmaqda və İmam Hüseyn əleyhissəlamın inqilabını camaata çatdırmaqda göstərdikləri fəaliyyətin yaxşı aydın olması üçün bir az geri qayıtmalı və Müaviyənin Şamdakı hakimiyyətinə nəzər salmalıyıq.
    Müaviyənin Şamdakı hakimiyyət dövrü

    Qeyd etməliyik ki, Şam şəhəri müsəlmanların əlinə keçən gündən Vəlidin oğlu Xalid və Əbu Süfyanın oğlu Müaviyə kimi şəxslər tərəfindən idarə olunmuşdu. Buranın əhalisi nə Peyğəmbər moizələri (söhbətləri) eşitmiş, nə onun səhabələrini görmüş, nə də İslamı heç olmasa Mədinədə yayıldığı kimi tanımışdılar. Düzdür, bu şəhər alınarkən peyğəmbərin yüz on üç səhabəsi burada olmuş və ya sonradan yaşamaq üçün bura köçmüşlər, ancaq onların tərcümeyi-hallarına nəzər yetirdikdə, mə’lum olur ki, onların bir neçəsindən başqa qalanları peyğəmbəri çox az görmüş, və o Həzrətdən bir, ya da bir neçə hədisdən artıq hədis eşitməmişdilər. Bundan da əlavə, onların əksəriyyəti Müaviyənin hakimiyyətindən qabaq Ömər və Osmanın hakimiyyəti dövründə dünyadan getmişdilər. İmam Hüseyn əleyhissəlamın inqilabı baş verən zaman onlardan yalnız on bir nəfəri sağ qalıb Şamda yaşayırdı. Onlar da artıq yetmiş-səksən yaşlarına çatmış və künc-bucaqda qalmağı cəmiyyətə qoşulmaqdan üstün tutmuşdular. Onların cəmiyyət arasında heç bir nüfuzu yox idi. Bunun nəticəsində də onların (Yezid yaşda olan) gənc nəsli həqiqi İslamdan xəbərsiz idi. Bəlkə də onlar elə bilirdilər ki, İslam bu vaxtadək onlara rəhbərlik etmiş xəlifələrin hökuməti kimi bir hökumətdir. Müaviyənin sarayının gözəl görünüşlü olması, iqtidarda olan qüvvələrin camaatın haqqını kəsib böyük saraylar düzəltməsi, keşikçilər təşkil etmək, ə’yan-əşraf toplamaq və nəhayət müxalif qüvvələri tutub həbs etmək, sürgünə göndərmək və ya öldürmək onlara təbii məsələ kimi gəlirdi. Çünki təxminən yarım əsr qabaq hökumətdə olmuş xəlifələr də bu işləri görürdülər. Orada olanlar da belə fikirləşirdilər ki, Peyğəmbər dövründəki Mədinə şəhəri də bu cür olmuşdur.[40] Bunun nəticəsində də Şam əhalisi Əbu Süfyanın oğlu Müaviyənin rəftarını tam İslam rəftarı kimi qəbul edirdi.

    Müaviyə təxminən qırx iki il Dəməşqdə hakimiyyətdə olub. Beş il ikinci xəlifə tərəfindən, on iki il isə üçüncü xəlifə tərəfindən Şamın valisi olmuşdur. Beş ildən az Həzrət Əli əleyhissəlamın dövründə və təxminən altı ay da İmam Həsən əleyhissəlamın zahiri hakimiyyəti dövründə Şamın valisi olub. İyirmi ildən az da İslam hökumətinin xəlifəsi olmuşdur.[41]
     

    Çirkin təbliğlər


    Müaviyə uzunmüddətli hakimiyyəti dövründə Şam əhalisini elə "tərbiyələndirmişdi” ki, onlar din barədə az da olsa, xəbərdar deyildilər. Onlar Müaviyənin sözünə can-başla boyun əyib tabe olurdular. Müaviyə bu müddətdə Şam əhalisini təkcə nizami və siyasi cəhətdən öz əmri altına almamış, üstəlik öz dediklərini onlara İslam tə’lim-tərbiyəsi kimi qəbul etdirmək üçün onları, fikri və məzhəbi cəhətdən də kor-koranə yetişdirmişdi. O, özünəməxsus hiyləsi ilə bu sahədə öz istəklərinə nail oldu. Bunlar hamısı nəzəri cəlb edən məsələlərdir. Onun Həzrət Əli (əleyhissəlam) kimi bir şəxsiyyətin (camaatın fikrində) əsl simasını dəyişdirmək üçün işlətdiyi hiylələri, o Həzrəti söyməyi bir bid’ət kimi cəmiyyətdə yaydığını hamı bilir. Peyğəmbər (səlləllahu əleyhi və alih) (İslamın qocaman, pak və doxsan yaşlı mücahidi) Əmmar Yasirin zalımların əli ilə şəhadətə yetişməsi barədə qabaqcadan xəbər verdiyi halda, Əmmar Yasir Siffeyn döyüşündə Həzrət Əli əleyhissəlamın ordusunda şəhid olduqdan sonra Müaviyə adam aldadan hiyləsi ilə Şam ordusu arasında xəbər yaydı ki, Əmmarın qatili Əlidir. Çünki onu döyüş meydanına Əli (əleyhissəlam) göndərmişdir.[42]

    Müaviyənin adamlarının erkək dəvəni dişi dəvədən seçə bilməmələri, Müaviyənin rəhbərliyi ilə həftənin üçüncü günü biabırçı şəkildə cümə namazının qılınması da bir daha bu mə’nanı təsdiqləyir. Bunlar o qədər aydın məsələlərdir ki, daha əlavə izahata heç ehtiyac da yoxdur.[43]

    Bəni–Üməyyənin çirkin hökuməti əks təbliğlər və şəxsiqərəzlər nəticəsində Peyğəmbərin (səlləllahu əleyhi və alih) pak ailəsini Şam əhalisinin fikrində pis, pozğun, bunun müqabilində isə Bəni–Üməyyəni Peyğəmbərin (səlləllahu əleyhi və alih) ailəsi kimi qələmə verirdi. Belə ki, tarixçilər yazırlar: «Abbasilərin qiyamının qələbəsindən sonra Əbül Abbas Səffah hakimiyyətə gələndə, Şam əmirlərindən on nəfəri onun yanına gedib hamılıqla and içərək bildirdilər ki, biz (sonuncu Əməvi xəlifəsi) Mərvanın ölümünə qədər peyğəmbərin Bəni–Üməyyədən başqa qohumu olduğunu bilmirdik. Nəhayət siz hakimiyyətə gəldikdən sonra biz bunu bildik.»[44]

    Buna əsasən, tarix kitablarında yazılmış aşağıdakı ibarələri oxuduqda heç də təəccüblənməməliyik:

    «Kərbəla əsirləri Şama daxil olduqda bir kişi İmam Zeynülabidin əleyhissəlamın qarşısında durub dedi: «Həmd olsun o Allaha ki, sizi öldürməklə camaatı sizin şərrinizdən qurtardı və Əmirəl-mö’minini (Yezidi) sizin üzərinizdə qalib etdi.»

    İmam Səccad (əleyhissəlam) sakit qalıb gözlədi. Şamlı kişi bütün ürəyində olanları dedi. Sonra İmam Səccad (əleyhissəlam) ondan soruşdu:

    — Qur’an oxumusan?

    — Bəli!

    — Bu ayəni oxumusanmı? «De: Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində Əhli-beytimə məhəbbətdən başqa bir şey istəmirəm.»[45]

    — Bəli!

    — Bəs bu ayəni necə? «Qohum-əqrəbanın haqqını ödə.»

    — Bəli!

    — Bu ayəni də oxumusan? «Ey peyğəmbərin Əhli-beyti, Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz [pak] etmək istəyir.»[46]

    — Bəli!

    — Ey qoca, bu ayələr bizim haqqımızda nazil olmuşdur. Bizik Peyğəmbərin qohum-əqrəbası, hər cür çirkinlikdən uzaq olanlar bizik.

    Qoca bildi ki, bu əsirlər barədə eşitdikləri doğru deyil. Onlar heç də xarici deyillər, əksinə, Peyğəmbər övladlarıdırlar. Buna görə də, dediyindən peşman olub dedi: «İlahi, mən bunlara qarşı ürəyimdə olan kin-küdurətdən Sənə pənah aparıram! Mən Məhəmməd (səlləllahu əleyhi və alih) və Ali-Məhəmmədin (səlləllahu əleyhi və alih) düşmənlərinə nifrət edirəm!»
    Category: İmam Hüseyn əleyhissalamın həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 566 | Downloads: 0 | Rating: 2.0/2
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024