İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?

    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi?
    2012-02-06, 6:31 AM
    YEDDİNCİ HİSSƏ
    MÜAVİYƏNİN HİYLƏSİ
    Fərvət ibni Nofəl Əşcəi 500 nəfər xəvariclə kənara çəkilib Zur şəhərinə getmişdi. Onlar deyirdilər ki, indi hökmən hökumət ilə müharibə etmək lazımdır. İndi ki, Müaviyə hakimiyyətə gəlib xəlifə oldu, onunla müharibə etmək bizə vacibdir. Buna görə də İraqa gəldilər, Kufənin Nüxəylə məntəqəsinə çatdılar. İmam Həsən (əleyhis-salam) isə artıq Kufədən Mədinyə yola düşmüşdü. Həzrət Qadisiyyəyə çatanda, Müaviyəyə xəbər verdilər ki, bu xarici məzhəb (dindən çıxmış) kişi 500 nəfərlə itaətsizlik və tüğyan edir. Müaviyə İmam Həsən (əleyhis-salam)-la bağladığı sülhü möhkəmlətmək istəyirdi. Buna görə də ona belə bir məktub yazdı: Fərvət ibni Nofəl xarici 500 nəfər döyüşçü ilə Kufəyə gəlibdir. Sizə əmr edirəm ki, onunla vuruşub məğlub edəsiniz. Bundan sonra Mədinəyə gedə bilərsiniz.
    İmam Həsən (əleyhis-salam) Qadisiyyənin yaxınlığında ikən bu məktubu aldı. Həzrət həyasızcasına yazılan bu məktubun cavabında yazdı:
    Ey Müaviyə! Əgər mən əhli-qiblədən bir nəfər ilə müharibə etmək istəsəydim, əvvəlcə səninlə edərdim. Yalnız İslam ümmətin məsləhəti və qan axıdılmasının qarşısını almaq üçün müharibə etmədim və səninlə razılaşdım.
    MÜAVİYƏ ƏHDİ POZUR
    Müaviyənin sülhdən sonra gördü ilk iş peymanı pozmaq oldu. O gündən başlayaraq şiələr ardı-arası kəsilməz əzab-əziyyətlərə, çətinliklərə sinə gərib zülm odunda yanırdılar. Əlaqələr kəsilir, gözlər hədəqəsindən çıxarılırdı. Camaatın gözü önündə onların əl-ayaqları kəsilir, dar ağacından asılaraq həlak edilirdilər. Dərin, vəhşətli zindanlarda boyunlarını zəncirləyirdilər. Mübarizlərin əksəriyyəti əlçatmaz səhralara sürgün edirdilər. Kəsilmiş başları nizələrə keçirirdilər. Süməyyənin oğlu Ziyad Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın tərəfdarını tanıyırdı. O, Bəsrəyə hakim seçildikdən sonra hər yerdə onları axtarmağa başladı. Şiələri ələ keçirdikdə ən ağır işgəncələr verir, əllərindən gələn zülmü əsirgəmirdi. Minbərdə söhbət edərkən fəryad edərək deyirdi: Allaha and olsun, fərarilərin əvəzində onların qohumlarını tutacağam. Əgər biri dünyadan getmiş olsa, gələcək nəsillərini zəncirləyəcəyəm. Əgər bir günahkar xəstələnsə, onun sağlam qohumlarını tutacağam.(Muşkatul ənvar (Təbərsi), səh.154. )
    ÇƏTİN GÜNLƏR BAŞLANIR
    İmam Baqir (əleyhis-salam) şiələrin o günərdəki çətin şəraitlərini belə bəyan etmişdir: Biz Peyğəmbər Əhli-beyti, həmişə xar olmuş, zülm çəkmişik, öz əsl yerimizdən uzaq düşmüşük. Əzab-əziyyətlərə düçar olmuşuq. Öz haqqımızdan məhrum qalmışıq. Çoxlarımız öldürülüblər. Özümüzün və şiələrimizin canını qoruya bilməmişik. Digər tərəfdən də yalançılar və ilahi həqiqətlərə inanmayanlar batilə istinad edərək hər şəhərdə zalım hakimlərə yaltaqlanaraq nalayiq qazılar və onların əlaltılarının vasitəsi ilə bizim adımızdan yalan hədislər qoşublar. Onların bizim adımızdan etdikləri rəvayətləri biz heç vaxt deməmişik. Bu alçaqların bu kimi işlərdən məqsədi camaatı bizə qarşı bədbin etmək olmuşdur.
    Müaviyənin zamanında ən çətin şərait və amansız irtica İmam Müctəba (əleyhis-salam)-ın şəhadətindən sonra yaranmışdı. O ağır günlərdə bütün şəhərlərdə bizim şiələrin sayı azalmışdı.
    Əllər və ayaqlar kiçik bəhanə ilə kəsilirdi. Hər kəsin adı bizim dostlarımızın sırasında olsaydı, özünü zindana salıb mal-dövlətini qarət edir və evini yerlə yeksan edirdilər.
    Həzrət İmam Hüseyn (əleyhis-salam)-ın qatili Übeydullah ibni Ziyadın hökuməti zamanına kimi çətinliklər bu minvalla geniş vüsət alırdı. Ondan sonra Həccac ibni Yusif hökmran oldu. O, şiələrin hamısını qılıncdan keçirtdi. Azacıq şübhə və töhmət ilə camaatı tutub əsir edirdi. İş o yerə çatmışdı ki, əgər bir nəfəri kafirliklə müttəhim etsəydilər, onu Əliyyibni Əbitalib (əleyhis-salam)-ın şiəsi kimi qələmə verməyə çox xoşhal olurdu. Təzyiq və irtica o qədər şiddətlənmişdi ki, xeyirxah, təqvalı, doğruçu insanların çoxu belə, yalançı hədis söyləyənlərin keçmişdəkilərin fəzilətinə dair qondardıqları hədisləri nəql edirdilər.
    Təəccüblüdür ki, qoşulan bu yalanlara o yazıqlar da inanırdılar. Çünki bu yalan mətləbləri rəvayət edənlər nə yalançılıqla, nə də təqvasızlıqla tanınmamışdılar.(Tarixi Təbəri, 6-cı cild, səh.125. )
    Müaviyə bütün imkanlardan istifadə edərək, hər hiylə ilə şiələri qətlə yetirirdi. Onun etdiyi alçaq işlərdən biri də Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ı söyməyi rəvac vermək idi. Bu çirkin, mənfur işin rəvac verilməsinə o qədər təkid edirdi ki, hətta özü də bu barədə belə demişdi: Bir nəsli bu əqidə əsasında böyüyüb boya-başa çatdırmışam! Bundan da böyük müharibə (təbliğat müharibəsi) olarmı?! Özü də psixoloqi, ruhi təbliğat müharibəsi. Daha sonra Kufədəki adlı-sanlı, tanınmış şiə ağsaqqallarının hamısını qılıncdan keçirtdi.
    Mədaini yazır: Ziyad onları hər daşın, kəsəyin altını axtardı, qəlblərində qəribə qorxu, vəhşət yaratdı. Əlləri, ayaqları kəsdi, gözləri çıxartdı. Şiələrin çoxunu xurma ağaclarının budaqlarından asdı və başqa bir hissəsini də İraqdan qovub didərgin etdi.
    Bu hadisədən irticanın hücuma keçdiyi o ağır, qəmli günlərdə şiələr üçün necə də ağır keçdiyi məlum olur. Onların rəhbəri İmam Həsən (əleyhis-salam) Allahın əmri ilə mübarizələri dayandırıb 25 il sükut edən atası kimi sükut etmişdir.
    Həzrətin səmimi və fədakar köməkçiləri də çox az idi. Sayca çox az olan bu dostların da münafiq və xəvariclərin müqabilində müqavimət göstərməyə gücləri yox idi. Belə ki, münafiqlər Müaviyəyə vədə vermişdilər ki, əgər Həsən müharibə etmək fikrində olarsa, biz onu tutub sənə təhvil verəcəyik.
    Şiələrin bir hissəsi də İmam Hüseyn (əleyhis-salam)-a üz gətirdilər. Amma həzrət onların hamısına başa saldı ki, zəmanənin İmamı Həsən (əleyhis-salam) sülhü qəbul etdiyinə görə, müsəlmanların hamısı ona təslim olmalıdır. Çünki Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) və Əmirəl-möminin (əleyhis-salam)-ın aşkar buyuruğuna görə imamət onun öhdəsində idi.
    MÜAVİYƏNİN HİYLƏGƏRLİK PLANI
    İmam Həsən (əleyhis-salam)-ın müqəddəs vücudu möhkəm, alınmaz bir qala idi ki, şiələr canlarını onun pənahında hifz edirdilər. Müaviyənin o Həzrətin həyatda olduğu zaman faciə törətməyə, zülüm etməyə cürəti yox idi. Buna görə də onun şiələri ilə yaxşı tərzdə rəftar edirdi. Belə ki, Əmirəl-mömin (əleyhis-salam)-ın dostları və şiələri Şama səfər edir, Müaviyə ilə qarşı-qarşıya durub öz söhbətləri ilə həqiqətlərin üstünü açmağa başlayırdılar.
    Müaviyə İmam Həsən (əleyhis-salam) kimi böyük bir şəxsiyyətin müqabilində dizə çökdü, Həzrəti özü üçün böyük böyük bir sədd, maneə görüb bu fikrə düşdü ki, onu aradan götürsün. Əks halda heç vaxt özünün alçaq niyyətli əməllərini həyata keçirə bilməzdi. Məxsusən Müğeyrət ibni Şöbənin təlimi ilə Yəzidin vəli-əhdlik məsələsi onu daha çox maraqlandırırdı. O, nəyin bacasına olursa olsun Bəni-üməyyə sülaləsinin napak, murdar səltənətini möhkəmlətmək istəyirdi.
    Müaviyə Həzrət İmam Həsən (əleyhis-salam)-ın vücudundan çox qorxurdu. Çünki, sülhün şərtinə əsasən Müaviyə öldükdən sonra xilafət İmam Həsən (əleyhis-salam)-a çatmalı idi. O, bundan çox nigaran idi. O zaman İmam Həsən (əleyhis-salam)-ın 48, Müaviyənin isə 68 yaşı var idi. Buna görə də qərara gəldi ki, həzrəti zəhərləsin. Bu məqsədlə Həzrətin həyat yoldaşına (o, Əşəsin qızı idi) çoxlu pul vermək, onu oğlu Yəzidə almaq kimi yağlı vədələr verərək aldadıb İmam Həsən (əleyhis-salam)-ı zəhərləməyə məcbur etdi. Cödə bu işi gördükdən sonra Müaviyə pul verdi, amma onu Yəzidə almaq vədəsindən imtina edərək kinayə ilə dedi: Mən oğlumun həyatına çox əhəmiyyət verirəm!
    İmam Həsən (əleyhis-salam) şəhid olduqdan sonra Müaviyə öz sevincini gizlədə bilmirdi. O, həmişə İbni Abbasa tənəli sözlərlə bəzi şeyləri xatırladırdı.
    Kufənin şiələri İmam Həsən (əleyhis-salam)-ın şəhadət xəbərini eşidən kimi dərhal Süleyman ibni Sürəd Xüzainin evinə yığışıb İmam Hüseyn (əleyhis-salam)-a uzun bir məktub yazdılar. Məktubda Həzrətə başsağlığı verib bu dərdlə şərik olduqlarını izhar etdikdən sonra istədilər ki, qardaşının şəhadətinə görə Müaviyənin əleyhinə qiyam etsin. Onu əmin etdilər ki, öz canlarını bu yolda fəda etməyə hazırdırlar.
    İmam Hüseyn (əleyhis-salam) yenə də Müaviyə ilə bağlanan əhdnaməni xatırlatdı və onların istəklərinə müsbət cavab vermədi. Habelə onlara nəsihət etdi ki, müharibəyə təhrik etməkdən çəkinsinlər və nə qədər ki, Müaviyə sağdır, öz evlərində otursunlar.
    İRTİCANIN ŞİDDƏTLƏNMƏSİ
    49-cu hicri ilində İmam Həsən (əleyhis-salam) şəhid oldu. Camaat bu hadisədən çox mütəəssir oldu. Onun şəhadəti camaat üçün o qədər kədərli idi ki, dövrün adlı-sanlı adamları deyirdilər: İmam həsən (əleyhis-salam)-ın şəhadətindən sonra camaat xar və zəlil oldular. Həqiqətdə də bu cür idi. Çünki, bu zaman Müaviyə hər yeri ələ keçirmək üçün şəraiti çox münasib gördü. Daha onun təcavüzləri və zülmlərinin qarşısını almaq üçün bir kəs yox idi. O, Əbu Süfyan sülaləsinin səltənətinin qızıl dövrünə çatmışdı: hər bir hərəkatın qarşışsını alır, onunla müxalifət edən hər kəsi məhv və həlak edirdi. Camaatı həyəcanlandırmaq və Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-a qarşı pis, nalayiq sözlər danışmaq üçün hər vasitə və şəxsdən istifadə edirdi. Elə qorxulu bir mühit yaratmışdı ki, heç kəs qorxusundan cürət edib Əli adını dilinə gətirə bilmirdi.
    Bu dövrdə Müaviyənin öz imperiyasında casusları vasitəsi ilə yaratdığı təzyiq o qədər kəskinləşmişdi ki, heç kəsə, azacıq da olsun, qiyam etməyə imkan vermirdi.
    O bu dövrdə Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhis-salam)-ın heç hansı vəchlə təslim olmağa hazır olmayan ardıcllarını ən kiçik bəhanələrlə aradan götürürdü.
    İmam Baqir (əleyhis-salam) Əhli-beyt və şiələrə qarşı törədilən müsibətləri xatırlayaraq buyururdu: İmam Həsən (əleyhis-salam)-ın şəhadətindən sonra şiələrin başına gələn acınacaqlı hadisələr, onların didərgin salınması olduqca qəmli, qüssəlidir. Çünki, Müaviyənin zülmü həddini aşmışdı. Şiələr hər şəhərdə qətlə yetirilirdilər. Bizimlə sadəcə dostluq zindana düşməyə, malın qarət və evlərin viran olmasına səbəb olurdu.(Nəhcül-bəlağənin şərhi (İbni Əbil Hədid), 3-cü cild, səh.15.)
    Amma özlərini Müaviyəyə satanlar əmin-amanlıqda idilər. Məsələn, Hətat ibni Yəzid Əhnəf və Cariyə ibni Qüdamə Müaviyənin yanına gəldilər. O Əhnəfə yüz min dinar(Nəhcül-bəlağənin şərhi (İbni Əbil Hədid)), Hətata yetmiş min dinar bağışladı. Hətat gileylənməyə başladı. Müaviyə dedi: Bu, mənə satdıqları dinlərinin qiymətidir! Həttat dedi: Mənim də dinimi al!(Əhnəf ibni qeys Əmirəl-möminin (ə)-ın əshablarından idi. Onun ləqəbi Əhnəf və Bəsrənin adlı-sanlı adamlarından sayılırdı. Cəməl müharibəsində camaatı, həzrəti Əli (ə)-a itaət etməyə dəvət edirdi. Siffeyn müharibəsində də o həzrətin qoşununda Müaviyəyə qarşı vuruşurdu. Müaviyə hakimiyyətə çatandan sonra onunla get-gəli olmuşdur. Bir dəfə Müaviyə əlli min dinar (qızıl pul) bağışladı. İmam Hüseyn (əleyhis-salam) Kufəyə hərəkət etməzdən qabaq Əhnəfə məktub yazaraq onu köməyə çağırdı, amma Əhnəf ona köməyə gəlmədi. O ömrünün axırlarında ibni Zübeyrin hökumətinə mayil olub Muxtardan uzaqlaşdı və Müsəbin qoşununu onun əleyhinə qaldırdı. O, Müsəbin hakimiyyəti zamanı, yetmiş yaşında ikən Bəsrədə dünyadan getdi. İbni Zübeyr onun dəfn mərasimində piyada, ayaqyalın iştirak etdi, meyyit namazını qıldı. )
    Bəli, dinlərini satmaqla amanda qalmaq istəyən bu cür insanlar məxsus imkanlardan istifadə edirdilər. Lakin dinlərini dünyaya dəyişməyə, Müaviyənin qarşısında təslim olmağa razı olmayan pak və şərafətli insanlar nəinki hökumətin məxsuus bəhrələrindən, hətta sadə yaşayışdan belə məhrum olurdular. Onların yeri ya zindan, ya da sürgün idi. Əgər Əhli-beytə daha çox vəfadar olsaydılar, şəhid olunurdular. Bu məsələnin daha da aydın olması üçün Hücr ibni Ədinin həyatını nümumə kimi qeyd edirik.
    SƏKKİZİNCİ HİSSƏ
    HÜCR İBNİ ƏDİ ETİRAZ EDİR
    Müğeyrə Kufənin valisi idi. O, hər dəfə minbərə çıxanda xütbənin sonunda Əmirəl-möminin Əli (əleyhis-salam)-a qarşı nalayiq sözlər danışır, ədəbsizlik edirdi. Hər gün də Hücr ibni Ədi və onun dostlarının ciddi müqaviməti ilə qarşılaşırdı. Elə bir gün olmurdu ki, Hücr ibni Ədi Müğeyrənin bu nalayiq hərəkətindən sonra ona etiraz edərək onu bu işdən əl çəkməyə vadar etməsin.
    Bir gün Müğeyrə xütbə oxuyub qurtardıqdan sonra Hücr ayağa qalxıb məsciddəkilərə dedi: Ey iman gətirənlər, haqq-ədaləti bərqərar edənlərdən, Allah üçün şəhadət verənlərdən olun, hətta öz əleyhinizə tamam olsa da!(Biharül-ənvar, 45-ci cild; Əyanüş-şiə, 7-ci cild, səh.383; Ricalü Nəcaşi, səh.91. )Mən şəhadət verirəm ki, sizin arxasınca nalayiq sözlər danışdığınız şəxs insanların ən yaxşısıdır. Onun fəzilət və ləyaqəti sizin sözlərinizlə aradan gedə bilməz. Siz bu əməlinizlə yalnız özünüzü rüsvay edirsiniz. Sizin təriflədiyiniz şəxslərdə xeyirdən azacıq belə əsər-əlamət yoxdur. Siz elə bir şəxsiyyətin əleyhinə danışırsınız ki, kiçik-böyük hamı onun fəzilət, şərafət və əzəmətini etiraf edir. Hamı bilir ki, o, İslam övladı və Peyğəmbrin səmimi dostudur. Siz puç hökumətinizin sütunlarını günahsız insanların qanı bahasına möhkəmlətmək istəyirsiniz. Sizin camaat üçün xeyirxah kimi qələmə verdiyiniz şəxslərin İslama heç bir xeyri yoxdur.
    Başqa gün Müğeyrə məsciddə Həzrətə nalayiq sözlər deyəndə Hücr ayağa qalxıb mərdliklə öz etirazını bildirərək dedi: Ey Müğeyrə! Pərhizkarların rəhbərinə iftira yağdırmaq və səni bu məqama çatdıran keçmişi qara ləkəli, bədəməl insanları tərifləməkdənsə, yaxşı olar ki, camaatın maaşını verəsiniz, xalqı pis günə qoyan yoxsulluq və nadanlıqdan nicat verib, israfkarlığa sərf etdiyiniz haqlarını özlərinə çatdırasınız.
    Daha sonra onu daşlamağa başladı. O da minbərdən enməyə məcbur oldu. Cammat Hücrün sözlərini təsdiq və tərəfini saxlamaq üçün ayağa qalxdı. Müğeyrənin ətrafında olan muzdurlar Hücrə qarşı etdiyi mülayim rəftardan heyrədə dalmışdılar. Ondan onu nə üçün öz başına qoyursan deyə soruşduqda, cavab verdi: Bu xoş rəftar ilə Hücrü tələyə salmışam. Çünki o öz yolunu bu minvalla davam etdirəcəkdir. Məndən sonra bir hakim gələcəkdir ki, Hücr onu da mənim kimi səbirli təsəvvür edəcəkdir. Amma həmin hakim onu tutdurub qətlə yetirəcək. Mən ömrümün son anlarında bu şəhərin adlı-sanlı şəxsiyyətlərinə, ağsaqqallarına əzab-əziyyət verib bu cinayətimlə Müaviyənin işini dünyada möhkəmləndirmək, özümü isə axirət əzabına düçar etmək istəmirəm.
    Category: İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? | Added by: Islam_Kitabxanasi
    Views: 491 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024