İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Hücr ibn Ədinin həyatı

    Hücr ibn Ədinin həyatı
    2012-05-12, 9:06 AM
    QARANLIQ DÖVRAN
    Bəs Hücr ibn Ədi nə üçün qiyam etdi və kimlərlə mübarizədə şəhid oldu? Bu suala cavab vermək üçün həmin dövrün xüsusiyyətləri və günahkar hakimləri ilə tanış olmalıyıq. Hücrin müqəddəs cihad qəhrəmanlığının mahiyyətini anlamaq üçün tarixin həmin qaranlıq dönəmini mütaliə etməliyik. Nə qədər ağrılı da olsa, həmin mühitlə tanış olmaq lazım gəlir. Bu yolla Hücrin mübarizə və şəhadətinin dəyəri aşkar olur.
    İslam cəmiyyətinin bədbəxtliyi onda idi ki, hökumətə, insanların taleyinə Müaviyə, Əmru As, Müğirə və Ziyad kimilər hakim olmuşdular. Bu insanlar İslam və Qurandan çox-çox uzaq idilər. Nadan kütlənin də böyük hissəsi onların ardınca gedir, qorxu və tamah ucbatından dinlərini satırdılar. Məhz həmin dövrdə Hücr ibn Ədi, Meysəm Təmmar, Rüşəyd Həcəri, Əmru ibn Həmiq kimi şücaətli insanlar şirkin qarşısında dayanırdılar. Bu mübarizə həmin insanlar üçün canları bahasına başa gəlirdi. Beləcə, Seyyidüşşühədanın əbədi qiyamı üçün şərait yaranırdı.
    Həmin dövrün hakimiyyət meydanının oyunçularının çirkin sifəti ilə tanışlıq pis olmaz. Yalnız bu yolla böyük şəhidlərin gördüyü işin əzəməti dərk oluna bilər.
    MÜAVIYƏ IBN ƏBU-SÜFYAN
    Onun anası Əbu-Süfyanın arvadı Hind idi. Hind günahkar qadınlardan idi. O, Müaviyəni haram yolla dünyaya gətirmişdi. Müaviyə Allaha və onun peyğəmbərinə inanmırdı. O, Əli (ə) ilə döyüşdü və bir çox din başçılarını şəhadətə yetirdi. O, azan verilərkən Peyğəmbərin (s) adını eşitdikdə qəzəblə deyərdi: "O qədər çalışacağam ki, bu ad aradan getsin!” Müaviyə göstəriş vermişdi ki, minbərlərdən Əliyə lənət oxunsun.
    Müaviyə dəfələrlə Əbuzər Qəffari və peyğəmbərlərin (s) digər böyük səhabələrinə pislik etmişdi. Bu şəxs öz şərabxor oğlu Yezidi xəlifəlik məqamına təyin etdi, onun üçün hamıdan zorla beyət aldı. O bu işi ilə Əhli-beytlə düşmənçiliyini zirvəyə çatdırdı. Müaviyə peşəkar yalançılardan və fırıldaqçılardan idi. O bu yolla Şamda ictimai fikri öz siyasətlərinin xeyrinə yönəldə bilmişdi.
    ƏMRU AS
    Bu şəxsin də anası Məkkənin günahkar qadınlarından idi. O bir çox kişilərlə qeyri-qanuni əlaqə saxlayırdı. Əmru As həmin haram əlaqələrdən dünyaya gəlmişdi. Bir neçə nəfər Əmru Asın atası olduğunu iddia edirdi. O da Müaviyə kimi İslama iman gətirməmişdi. Dinlə oyun oynayır və riyakarcasına müsəlmanların cərgəsində dayanırdı. Bu şəxs Həzrət Əlinin (ə) qatı düşmənlərindən idi. Süffeyn döyüşünə və digər fitnələrə rəhbərlik etmişdi. Peybəmbər ailəsinə qarşı əksər təxribatların arxasında Əmru Asın əli vardı.
    MÜQIRƏ IBN ŞƏBƏ
    Bu şəxs də İslama qəlbən iman gətirməmişdi. Bir dəfə on üç yoldaşını yuxuya verib, qətlə yetirmiş, var-dövlətlərinə sahib durmuşdu. Sonra Mədinəyə gəlmiş və müsəlman olduğunu bildirmişdi. Müğirənin zahirdə İslamı qəbul etməsi yalnız öz canını qorumaq üçün idi. O bütün həyatını günaha, şəhvətpərəstliyə və qarınqululuğa sərf etmişdi. Bununla belə, Müğirə hökumətdə vəzifə ələ keçirə bilmişdi.(Şərhe-nəhcül-bəlağə”, c. 20, səh. 8)Müğirə həzrət Zəhranın (s) evinə hücum edib, zərər yetirən adamlardan idi.
    ZİYAD İBN ƏBİH
    Bu şəxsi Əbu-Süfyanın qeyri-qanuni əlaqədə olduğu qadın dünyaya gətirmişdi. O, alçaq bir nəsildən idi. Uzun müddət atasının kim olduğu bilinməmişdi. Nəhayət, Müaviyə iddia etdi ki, Ziyad onun qardaşıdır. Həmin vaxtdan onu Əbu-Süfyanın nəslindən saymağa başladılar. Kərbəla hadisəsində Hüseynlə (ə) qarşı-qarşıya dayanan Übeydullah ibn Ziyad onun oğlu idi. Məhz həmin şəxs Seyyidüş-şühəda (ə) və onun yoldaşlarını qətlə yetirdi.
    İslamda bidətlər və təhriflər yaradan Ziyad və əvvəlcə adını qeyd etdiyimiz üç nəfər idi. Əhli-beytə olmazın zülmlərini edən bu adamlar dinin taleyi ilə oyun oynayırdılar. Onlar əməvi hökumətinin siyasət meydanının oyunçuları sayılırdılar.
    Müaviyə Həzrət Əliyə (ə) xüsusi bir düşmənçilik münasibəti bəsləyirdi. O, Əli adını eşitdikdə qəzəblənir, onun ünvanına təhqirlər yağdırırdı. Bu alçaq şəxs xalqı Əliyə (ə) lənət deməyə vadar edirdi. Həzrət Əli (ə) özündən sonra belə bir çirkin şəxsin xalqa hakim olacağını, xalqın Əliyə lənət oxumağa vadar ediləcəyini öncədən xəbər vermişdi. Müaviyə daim cümə namazının xütbələrində Əliyə lənət oxuyardı. Hakimiyyəti altında olan bütün məntəqələrə eynən onun kimi rəftar etməyi əmr etmişdi. Yalnız 83 il sonra Ömər ibn Əbdüləzizin dövründə bu çirkin ənənə aradan qaldırıldı.("Şərhe-Nəhcül-bəlağə”, c. 4, səh, 56)
    Hansı ki həmin dövürdə həzrət peyğəmbərin "hər kəs Əlini təhqir etsə, məni təhqir etmişdir” buyuruğu ilə bütün xalq tanış idi. Bəli, bu göstərişlərə qarşı çıxıb, Əli xanədanına hörmətsizliyin bünövrəsini qoyan Müaviyə oldu.
    Müaviyə Əli ardıcıllarını çox incidirdi. Bu sıxıntıdan Kufə şiələrinə daha çox pay düşmüşdü. Müaviyə Ziyadı Kufə hakimi təyin etmişdi. Ziyad Əli (ə) tərəfdarlarını yaxşı tanıyırdı. O, əlinə keçən şiələri öldürür, dara çəkir, gözlərini çıxarır, qollarını kəsir, sürgün edirdi. Məhkəmələrdə Əli tərəfdarlarının şahidliyi qəbul olunmurdu. Əhli-beyt aşiqlərinin haqqı kəsilmişdi. Bu insanlar təqib olunmaqla yanaşı, iqtisadi sıxıntıya da məruz qalmışdılar.
    Müğirə Əhli-beytin ən qəddar düşmənlərindən idi. Onu yalnız vəzifə və məqam düşündürürdü. O, peyğəmbər ailəsinə zülmü ilə seçilən şəxslərdən idi. Həzrət Əli (ə) onun haqqında Əmmar Yasərə belə buyurmuşdu: "O, dinə dünyasını təmin edəcək qədər bağlıdır.”("Nəhcül-bəlağə”, h. 397) Bu şəxsin əxlaqi nöqsanları və xəyanətləri tarixin səhifələrinə kölgə salmışdır. Müğirə xilafət qəsbkarlarına göstərdiyi xidmətlər müqabilində vəzifə əldə etmişdi.
    Bura qədər deyilənlər həmin dövrə hakim olan zülmün simasını qismən tanıtdırdı. Bəli, həmin dövrdə haqq deyənlərin dilini kəsir, əyilməyən boyunları vururdular. İnsanlar yalnız Əlini sevdikləri üçün dara çəkilirdilər.
    Bülbüllər qəfəsdə, qanadı bağlı,
    Quzğun qanad çalır aranlı-dağlı,
    Düşmənlər işrətdə, dostlar kəmənddə,
    İtlər açıq gəzir, ahular bənddə.
    Şir qəfəsdə qalmış, tülkü bayırda
    Namərdlər çəməndə, aşiqlər darda.
    Bulud arxasında qaldıqca günəş
    Dam üstə oturmaq bayquşa vərdiş.
    Haqqı söyləyənlər düşmən əlində
    Qandal qollarında, qıfıl dilində.
    Başını qaldıran gəlir qılınca,
    Pərvanələr yanır kamın alınca.
    Hücr ibn Ədi vilayət həriminin müdafiəçisi olan ayıq bir müsəlman kimi bütün bu azğınlıqlara etiraz edirdi. Dinə münasibətdə damarlarından qeyrət qanı axan bu şəxs çirkin sükutu pozmaq və qiyam vəzifəsinə əməl etmək istəyirdi. Onun qəhrəmanlıqları haqqında növbəti söhbətlərimizdə danışdacağıq.
    HÜCR IBN ƏDI VƏ MUĞIRƏ
    Hücr ibn Ədi Əmirəl-mömininə (ə) aşiq, fəda olduğu qədər Muğirə Həzrətə (ə) düşmənçiliklə yanaşır, Kufə minbərindən ona aşkar lənət oxuyurdu.
    Hicri 41-ci ildə imam Həsənlə (ə) Müaviyə arasında sülh müqaviləsi bağlandıqdan sonra Müaviyə Kufənin yaxınlığındakı Nüxəyləyə gəldi və namazdan sonra xütbədə açıq-aşkar elan etdi ki, sülh müqaviləsinin şərtlərinə əməl etməyəcək. Eləcə də, Muğirə Kufə əmirliyinə təyin olundu.
    Bu hadisə imamın dostları, o cümlədən, Hücr ibn Ədi üçün dözülməz idi. Bu sülh müqaviləsindən narazı qalan Hücr imam Həsənə (ə) dedi: "Kaş, sən və mən, hamımız öləydik, amma döyüş səhnəsində məğlub olduğumuz, düşmənin qalib gəldiyi günü görməyəydik.” Bu sözlər İmam (ə) tərəfindən narazılıqla qarşılandı. Hücrə susmaq işarəsi verib buyurdu: "Ey Hücr, hamı sənin kimi düşünmür, sənin tək cihad və şəhadət sorağında deyil. Bu sülh sizi qorumaq üçündür.”("Əyanüş-şiə”, c. 4, səh. 574)
    Amma Hücrin dini qeyrəti onu rahat buraxmırdı. O, imam Hüseynin (ə) yanına gedib, həzrəti qiyama çağırdı. Seyyidüş-şühada (ə) isə belə buyurdu: "Biz əhd-peyman bağlamışıq və bu müqaviləni pozmaq olmaz.”
    Həmin il Müğirəni Kufəyə vali təyin edən Müaviyə ona tövsiyə etdi ki, Əliyə lənət oxumağı unutmasın. Əli tərəfdarlarının sıxışdırılması əsas göstərişlərdən idi. Müğirə hakimiyyətdə olduğu yeddi il neçə ay ərzində bu siyasəti izlədi. Hücr ibn Ədi fürsət tapan kimi ona qarşı çıxır, tənqid edir, xalqı ona qarşı qaldırırdı. Müğirə bütün çirkinliklərinə baxmayaraq, əlini Hücrün qanına batırmaq istəmirdi. Amma onu hədələyərək bu işin pis nəticələnəcəyini nəzərinə çatdırırdı.
    Hücr ibn Ədi əməvi hökumətinin ziddinə fəaliyyətini aşkarlamaq qərarında idi. O görürdü ki, Muğirə müsəlmanların büdcəsi, beytül-mal ilə oynayır, şiələrin haqqını vermir, xalqı hədələyərək, onları Əliyə (ə) lənət oxumağa vadar edir. Onun fikri zülmə qarşı çıxanları məhv etmək, Allah və Peyğəmbər (s) dinlərini aradan qaldırmaq idi. Hücr mövcud hökumətin qeyri-qanuni sayılması və ona qarşı qiyam qaldırılması üçün bu deyələnləri kifayət sayırdı.
    Hücr və imamın (ə) digər vəfalı tərəf-darları ona lənət oxunduğunu gördükdə qalxıb etiraz edir və bu lənəti onların özünə qaytarırdılar. Bir dəfə cümə günü minbərə çıxan Müğirəni Hücr və onun ətrafındakılar daşladılar. O dərhal minbərdən düşdü və imarətinə qayıtdı. Muğirə Hücrə beş min dirhəm göndərərək onu susdura biləcəyini düşündü. Müğirə unudurdu ki, Hücr Allahın razılığına xatir mübarizə aparır. İlahi meydanda isə var-dövlətin heç bir təsiri yoxdur.
    Bir gün yenə Muğirə minbərdən Əliyə (ə) lənət oxuduğu vaxt Hücr ayağa qalxdı və elə bir fəryad qopardı ki, məsciddən kənardakılar da onun səsini eşitdilər. Sonra Muğirəyə dedi: "Kimə lənət oxuduğunu bilmirsən? Həzrətə (ə) lənət oxumağa və günahkarlara sitayiş etməyə həris olmusan!” Otuz nəfərdən çox şəxs ayağa qalxıb bir ağızdan dedi: "Hücr doğru deyir!” İbn-Əsirin bildirdiyinə görə, məsciddə olanların üçdə ikisindən çoxu ayağa qalxdı və Hücrün səsinə səs verərək dedi: "Dediyin sözlərin bizə faydası yoxdur, göstəriş ver bizim kəsilmiş hüquqlarımızı versinlər!”(Tarixe-Təbəri, c. 5, səh. 254)
    Bir qrup adam Muğirənin yanına gedib onun Hücr qarşısında susmasına etiraz etdilər. Muğirə onların cavabında dedi: "Mən Hücr ibn Ədini bu yolla məhv edirəm. Məndən sonra başqa bir əmir gələcək. Hücr onu da mənim kimi sayıb, eyni sözləri deyəcək. O vaxt həmin əmir ilkin fürsət düşən kimi onu həbs edib, qətlə yetirəcək. Mən ömrümün sonuna çatmışam. O şəxslərin qanını tökmək istəmirəm ki, özüm bədbəxt olum, onlar isə şəhadətə çatsınlar.” Muğirə bu əsasla Hücr ibn Ədi ilə keçinirdi. Hicri 51-ci ildə o, dünyasını dəyişdi. Bəsrə valisi olan Ziyad Kufə hakimliyini də öhdəsinə götürdü.
    Bundan sonra Hücr ibn Ədi ilə Ziyad arasında müasibətlər gərginləşdi. Növbəti söhbətimizdə bu barədə danışacağıq.
    Category: Hücr ibn Ədinin həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 726 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024