İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » Həzrət Zeynəbin (s.ə.) həyatı

    Həzrət Zeynəbin (s.ə.) həyatı
    2012-06-05, 8:27 AM
    ZEYNƏB NƏ EŞİTDİ?
    İmam Hüseyn (ə)-ın İraqa tərəf hərəkəti yolunda tarixin Zeynəblə bağlı nəql etdiyi ilk macəra "Xüzeyriyyə” adlı bir mənzilə aiddir. İmam bir gecə və gündüz burada qaldı.
    Bir səhər Zeynəb imamın xidmətinə yetişib dedi: «Qardaşım, dünən eşitdiyim bir sözü sənə söyləyimmi?»İmam buyurdu: «nə söz?» Zeynəb dedi: Dünən gecə xeymədən çıxdım. Eşitdim ki, qeybdən səda gəlir və deyir:"Ey göz, səy et, çox ağla! Kimdir ki, gələcəkdə şəhidlərə, ölümün izlədiyi kəslərə, əhdinə vəfa edənlərə ağlasın?”
    İmam bu sözləri eşidib buyurdu: "Bacı, Allahın hökm verdiyi və öz qəzasında yazdığı olacaqdır.”
    Bu hadisə həzrət Zeynəbin öz qardaşı ilə sirdaş və həmdəm olduğunu göstərir.
    KƏRBƏLA VƏ ƏBƏDİYYƏT
    "Kərbəla” şiə lüğətnaməsində çox işlənən sözlərdəndir. Bir müsəlman tapmaq olmaz ki, Kərbəla adını eşitməmiş olsun. çünki, Kərbəla islam və Quranla, izzət və cihadla və bütün yaxşılıqlarla sıx bağlıdır.
    Axı Kərbəlaya biganə olan kəs, könlünü nəyə verəcəkdir? Müsəlmanlıq, Peyğəmbər və Əhli-beyt ilə dostluq iddiası edən bir insan Kərbəla səhnələri ilə tanış olmaya bilərmi?
    Əgər bu gün dünyada xalis tohid parlayır və Kəbə, Allah və islam eşqi ilə dolu qəlblərin təvaf yeridirsə, heç şübhəsiz ki, bunlar Peyğəmbərin üzücü zəhmətləri hesabına başa gəlmişdir. Amma bu da şübhəsizdir ki, əgər Hüseyn (ə)-ın qiyamı olmasaydı, bu gün o zəhmətlərdən heç bir əsər-əlamət qalmazdı. Məgər bu qiyam Peyğəmbər dinini diriltmək və islami dəyərləri qorumaq üçün deyildimi ki, Allah Rəsulunun yerində Müaviyə və Yezid kimi murdar iddiaçılar oturmuşdular?
    Kərbəla vaqiyəsi imamın həyatının yalnız son günlərini təşkil etməsinə baxmayaraq, bu günlərin əzəmət və cəlalı bəşər tarixinin o dahi simasının bütün həyatını üstələmiş və Hüseyn adını həmişə Kərbəla adı ilə yoldaş etmişdir. Elə bil, imamın bütün həyatı bu dövrdə xülasə olmuşdur. Bu orada, Zeynəbin adı da qardaşı Hüseynin adı kimi Kərbəla ilə yanaşı çəkilir.
    Zeynəbin Kərbəlaya daxil olması ilə onun həyat tarixi də əbədiyyətə qovuşdu. Harada Hüseyn var, Kərbəla var, orada Zeynəb də var. Kərbəla tarixi həm də Zeynəb tarixi deməkdir.
    Bu əzəmət və cəlal Zeynəbin Kərbəladakı və Aşuradkı sonrakı həyat tarixinin onun həyatının başqa dövrlərindən daha aydın səbt olunmasına səbəb olub.
    KƏRBƏLAYA GİRİŞ
    İmamın karvanı Mədinədən çıxandan 5 ay sonra – 61-ci ilin Məhərrəm ayının ikisində Kərbəlaya daxil oldu.
    İmam bu yerə girən kimi onun adını soruşdu. Cavab verib buranın Kərbəla olduğunu söylədilər. İmam Kərbəla sözünü eşidib ağladı və dua etdi: "İlahi, Sənə kərb (qəm) və bəladan pənah aparıram.” Sonra buyurdu: "Enin. Bura xeymə mənzillərimizin yeridir. Bu xəbərləri babam Peyğəmbər mənə buyurub:”
    Rahat olun mənziliniz Kərbəla
    Hər qarışı könlünüzə aşına.
    Zeynəb Kərbəlaya daxil olur. O, bilir ki, bura onun qardaşı ilə olacağı son mənzildir. Elə o səbəbdən də, imamın şəhadətinə qədər ondan bir an da ayrılmır.
    ZƏRURƏTİN SÜBUTU
    İmam Mədinədən çıxarkən Bəni-haşimə yazdığı müxtəsər məktubdan əlavə müxtəlif yerlərdə özünü və yoldaşlarının şəhadətindən rəsmi surətdə bir başa xəbər vermişdi: Kim mənimlə olsa şəhadətə yetişəcək və mənə qoşulmasa müvəffəq olmayacaqdır. Bu yerlərdən biri də Kərbəlaya daxil olan zaman idi.
    Həzrət onunla çoxlu mərhələlər keçən, həyat eşqi və isar vadisinə çatan yoldaşlarına zərurəti sübut etmək üçün öz yol və məqsədini bəyan edir. Tarix göstərir ki, imamla birgə Kərbəlaya qədəm qoyan şəxslərdən heç biri imamı tərk etməmişdir.
    Bəli, Allah eşqi və Əhli-beyt vilayəti ilə gələnlər axıra qədər qaldılar ki, özlərinin ən yaxşı varlarını əbədi və gözəl məqsədə qurban edib adlarını tarixin qızıl hərflərlə qeyd etdiyi Hüseyn və Kərbəla adları ilə yanaşı yazdırsınlar. özünü qardaşına və onun yoluna qurban demiş Zeynəbin çiynində bu vəzifədən ağır bir yük vardır və onun nəticəyə çatmağına qədər o yolda olacaqdır.
    YEZİDLƏ BEYƏT? HEÇ ZAMAN!
    Məhərrəm ayının 2-i Aşura karvanının Kərbəlaya daxil olduğu gün Əməvi hökuməti imam Hüseyn (ə)-la qarşılaşmaq üçün oraya yaxşı təchiz olunmuş və çoxlu sayda hərbi qüvvə ezam etdi.
    İmamdan istədikləri bircə kəlmə idi. Yezidlə beyət! Elə imamın indiyəcən nəinki qəbul etmədiyi və heç zehnindən belə keçirmədiyi də həmin məsələ idi.
    Hər iki tərəfin tələb və istəkləri barəsində çoxlu müzakirələr aparılmasına baxmayaraq İmamın qəti mövqeyi əvvəldən bəlli idi. Onun cavabı həmən cavab idi ki, ilk dəfə hökumətin Mədinədən nümayəndəsinə buyurdu və mövqeyi də həmən mövqe idi ki, imamət məqamında nabələdlərin qarşısında tutmuşdu: "Yezidin istədiklərinə təslim olmayıb onunla beyət etmək.”
    Zeynəbi-Kubra (s) bütün bu səhnələrdə qardaşının yanında olub onun ilahi qərarları qarşısında itaət və təslimçilikdən başqa bir şey düşünmürdü. Tarix sübut edir ki, onun imamın istəyindən ayrı bir istəyi olmamışdır. Elə ona görə də heç vaxt və heç yerdə narazılıq, peşmanlıq bildirmədi. Allah eşqi ilə, İmamla birgə Mədinədən Məkkəyə və Məkkədən Kərbəlaya gələn bir bacıdan elə gözləmək olar ki, hər yerdə İmamının istəyinə təslim olub, başqa bir istəkdən vaz keçsin.
    DÜŞMƏN QARŞISINDA MÜQAVİMƏT
    İmam Hüseyn (ə)-ın və dostlarının bu meydanda şücaət və müqavimətləri düşmənin öz gücünü artırmasına və nəhayət ayın 7-də su yollarını bağlamasına səbəb oldu. Bir neçə dəfə İmam, dostları su gətirsələr də şücaət və şəhadət günü olan Aşuraya qədər bu vəziyyət davam etdi. Suyun olmaması üç gün Kərbəlanın isti və quru çölündə Hüseyn (ə)-ın xeymələri qarşısında əsas problemlərdən biri olmuşdur.
    Bu fəsildə bütün çətinliklərə baxmayaraq İmamın əhli-əyalının, uşaqların və xeymələrin idarəsini öhdəsinə götürmüş həzrət Zeynəb (s) bu məsələnin həllində tədbir və isar ilə uşaqları sakitləşdirmək üçün çalışmalı və düşmənin bu alçaqlığı qarşısında zəiflik və zillət büruzə verməməli idi.
    TASUA GÜNÜ
    Tasua doqquzuncu gün deməkdir. Şiə lüğətində Məhərrəm ayının doqquzuna Tasua deyilir. Tasua, imam Sadiq (ə)-ın sözünə əsasən imam Hüseyn (ə) və səhabələrinin Kərbəlada mühasirəyə düşdüyü gündür.
    Əhli-beyt düşərgəsinin mühasirəyə düşməsi ilə vəziyyət daha da ağırlaşdı, hər növ kömək və qüvvə çatdırılması qeyri-mümkün oldu.
    Kufə şəhərindən, Ubeydullah ibni Ziyaddan ömər Sədə rəsmi bir məktub çatdı. Məktub tezliklə qiyamçılara təzyiq göstərmək əmrindən ibarət idi. Bu məktubun ardınca Tasua günü, günortadan sonra ömər Səd rəsmən hücum fərmanı verdi. Bu zaman İmam xeyməsinin qabağında qılınc əlində, başını qollarına qoyub yuxuya getmişdi.
    Düşmənin hərəkətini görüb, səslərini eşidən Zeynəb qardaşının yanına gəlir: "Qardaş, düşmən ordusunun səsini eşitmirsən? Onlar artıq yaxınlaşıblar.” İmam Hüseyn (ə) başını qaldırıb deyir: "İndicə Peyğəmbəri yuxuda gördüm. O, mənə deyirdi ki, sən bizim yanımıza gələcəksən.”
    Zeynəb bunu eşitcək ağlamağa başladı, İmam isə buyurdu: "Sakit ol bacı, Allah sənə rəhm etsin.”
    Bu zaman İmam üzünü bayraqdarı və qəhrəman əsgəri Əbbasa tərəf tutub buyurdu: "Canım sənə qurban, düşmənlə görüş, gör nə istəyirlər.”
    Əbbas, Züheyr və Həbib ibni Məzahir olmaqla iyirmi nəfərdən ibarət dəstəylə düşmənin yanına gəldi. Onların vuruşmaq niyyətində olduqlarını bildikdən sonra isə, qardaşının yanına qayıdıb əhvalatı danışdı.
    İmam buyurdu: Onlara deyin bu gecəni möhlət versinlər ki, namaz, dua və tövbə ilə məşğul olaq. Allah şahiddir ki, mən namaz və Quranı, dua və tövbəni çox sevirəm.
    Beləliklə Aşura gecəsini düşməndən möhlət alıb, dua, namaz və zikr ilə özlərini məbud və məşuqlarının görüşlərinə hazırlayırdılar.
    Bəli, Aşura gecəsi İmam və dostları üçün son fürsət idi. Tarix bu gecə haqqında gözəl və parlaq səhnələr nəql etmişdi.
    AŞURA GECƏSİNDƏ ZEYNƏB ŞƏFQƏTİ
    Aşura gecəsi son gecədir ki, İmamın mübarək vücudu Əhli-beyt xeymələrinə nur saçır. O gecə hamı öz ilahi vəzifəsi ilə məşğul idi. Bir hərəkat rəhbəri kimi, imam Hüseyn (ə)-ın məsuliyyəti hamıdan ağırdır. Ondan sonra isə, həzrət Zeynəb (s) İmamın vəfalı bacısı bu ağır və məsuliyyətli vəzifəni öhdəsinə götürmüşdü.
    Təsəvvür etmirik ki, bu əzəmətdə ruh və bu əhəmiyyətdə vəzifəsi olan Zeynəbin, belə bir həssas zamanda Zeynəbin gözünə yuxu getmiş ola.
    İmam Səccad (ə)-ın canını qorumaq, ona tibbi yardım göstərmək Aşura gecəsi və ondan sonra Zeynəbin ən böyük vəzifəsi idi. Bu köməklərdən bəziləri imam Səccaddan nəql olunmuşdur.
    Zeynəb düşmənin cinayət və zülmləri qarşısında imamət keşikçisidir. İmamət xətti həzrəti imam Səccad (ə) vasitəsi ilə davam etməli idi. Və bəlkə elə ona görə də Allahın məsləhəti ilə xəstələnmişdi. Düşmən istər Aşura günü, istərsə də ondan sonrakı mərhələlərdə dəfələrlə imam Səccad (ə)-ın canına qəsd etməyə cəhd göstərmişdi, lakin hər dəfə də Zeynəbin amansız təzyiq və etirazlarına məruz qalmışdı.
    ZEYNƏB BƏNİ-HAŞİM MÜDRİKİ
    Əli və Fatimə məktəbində, Həsən və Hüseyn yanında böyümüş Zeynəb, həyatın mənasını, insani təkamülü yaxşıca dərk edir və könül verdiyi bu yolda hərəkət edirdi. Elə ona görə də, keçdiyi məqsəd yolunda əsla tərəddüd etmədən, özünə məxsus əzəmət və vüqarı ilə diqqəti cəlb edir.
    O böyük və təsirli hadisələrdə hissiyata qapılıb, duyğularının təsiri altına düşmür və öz mühüm vəzifəsini unutmurdu. O, ən isti məhəbbət duyğularına malik olmaqla yanaşı, həm də müdrik bir insandır. Yəni qadın və qadına məxsus insani hisslərə malik olmasına baxmayaraq, bütün acı və dərdli səhnələrdə aqilanə mövqe tutur və vəzifəsinin icrasını unutmur. Bu xüsusiyyət, Zeynəbə öz yolunu sonacan davam etdirməkdə, Kərbəla şəhidlərinin qanlarını səmərəyə yetirmək və Aşura hərəkatının əsil ideya və məqsədlərini hamıya çatdırmaqda kömək edirdi. Bu məqamı Kərbəlada və ondan sonrakı dövrdə baş verən bütün hadisələrdə müşahidə etmək olur.
    ZEYNƏBİ ÜZƏN XƏBƏR
    İmam Səccad (ə) buyurur: Atam şəhid olan günün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsinə getdi. Əbuzərin azad etdiyi qul Con onun yanında qılıncını təmir edirdi. Atam neçə dəfə bu şeri oxuyurdu:
    Ya dəhru uffin ləkə min xəlil
    Kəm ləkə bil işraqi vəl əsil
    Min sahibin və talibin qətil
    Vəd-dəhru la yəqnəu bil bədil
    Və innəməl əmru iləl cəlil
    Və kullu həyyin salikun səbil
    "Ey ruzigar bezmişəm səndən. Sən nə pis dostsan! nə vaxtacan səhər və axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. ölüm Allahın əlindədir və hamı ölüm yolu keçəcəkdir.”
    Atamın bu şerləri oxumaqdan məqsədini anladım. Məni ağlamaq tutdu, amma sükut etdim və bildim ki, bəla və müsibət gəlmişdir. Lakin, bunları eşidən bibim özünü saxlaya bilmədi. Pərişan halda atamın yanına gəlib dedi: "Kaş ölüm gəlib, mənim həyatıma son qoyaydı. Bu gün anam Fatimə, atam Əli və qardaşım Həsən dünyadan getdikləri gün kimidir. Ey qardaş! Ey gedənlərin canişini və qalanların pənahı!
    İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: "Əziz bacım! Səy et ki, Şeytan səbrini əlindən almasın.”
    Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: "Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı.” (Yəni düşmən bizdən əl çəkməyəcək.)
    Sonra bibim dilləndi: "Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən.” Bunu deyəndən sonra o, huşunu itirib yerə yıxıldı.
    Category: Həzrət Zeynəbin (s.ə.) həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 883 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024