İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2043
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 3
Qonaqlar 3
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Salman-m
  • Main » Files » Tarix » Həzrət Zeynəbin (s.ə.) həyatı

    Həzrət Zeynəbin (s.ə.) həyatı
    2012-06-05, 8:22 AM
    ZEYNƏB MƏKTƏBİNDƏN DƏRSLƏR
    İMANIN ƏZƏMƏTİ
    Zeynəb (s) İbni Ziyadla rəftarında göstərdi ki, mömin insan, əsir olmasına baxmayaraq heç vaxt güclü və qüdrətli düşmənin qarşısında başını zillətlə aşağı salmayacaq.
    Zeynəbin İbni Ziyadın qüdrəti qarşısında yenilməzliyi, əzəməti və iftixarı, onun Allaha olan imanından və xatircəmliyindən qaynaqlanırdı. O, imam Hüseyn (ə) kimi xatircəm bir nəfsə malik idi. Bütün bu xatircəmlik və qorxmazlığı qəlbində ilahi təfəkkürü diri saxlamaqla əldə etmişdi. Allahı düşünüb Onu yad edən insan heç vaxt sərgərdan qalmaz və məğlub olmaz. necə ki, imam Hüseyn (ə) heç bir tərəddüd etmədən Yezidlə beyət zillətini qəbul etmədi, qəlbləri ələ alıb qələbə çaldı, möminlərin, Allah dostlarının ürəklərinə malik oldu və Aşura, imanlı qəlblər üçün ən böyük cazibə oldu. İmam Hüseyn (ə) yolunu davam etdirən və onun məktəbinin şagirdi olan Zeynəb (s), öz sözləri ilə qanlı Kərbəla hərəkatının izzət və əzəmətini artırdı.
    GÖZƏL BAXIŞ
    Zeynəbdən öyrəniləsi dərslərdən biri, Allah yolunun çətinlik və müsibətlərini gözəl görməsi, onun belə çətinliklərə ilahi baxışıdır.
    necə ki, gördük, Zeynəb (s) İbni Ziyadın, "Allahın Əhli-beytinlə rəftarını necə gördün” sualının cavabında buyurdu:
    «Ma rəəytu illa cəmila».
    Allah yolunda gördüyüm çətinliklər, müsibət və müşküllər, hamısı mənim üçün gözəl idi.
    Doğrusu! Əliəkbərin, Qasimin, Əbbasın, südəmər uşağın şəhadəti və Seyyidüş-şühəda (ə)-ın şəhadəti gözəl idimi?! Xeymələrin yandırılması və qarət olunması, uşaqların pərişan və sərgərdan olmaları və Allah Rəsulunun övladlarına üz verən müsibətlər gözəl idimi?! Peyğəmbər Əhli-beytinin əsir olub küçə və bazarlarda naməhrəmlərin gözü qarşısında gəzdirilməsi gözəldirmi?!
    Bu gözəl baxış necə təfsir olub açıqlanacaq?
    Həzrət Zeynəb (s) özünü haqqın bəndəsi hesab edib ilahi vəzifəni yerinə yetirməyi özünə şərəf bilir. Vəzifəyə əməl yolunda imam Hüseyn (ə) kimi kamil insanın və onun səhabələri kimi fədakar dostların şəhadəti, Əhli-beytin əsarəti, əziyyəti və müsibətləri hamısı xoşdur, şirin və gözəldir. Bu mömin insanların dünya görüşüdür ki, Allah tərəfindən onlara nə çatsa, hamısını xeyirli və gözəl görərlər. çünki, Allah, öz bəndələri üçün xeyirdən başqa bir şey istəmir. Bu varlıq aləminin bütün mövcudlarına ilahi və gözəl baxışdır.
    Mən bütün şəhərdə öz eşqimlə məşhuram,
    Mən gözümü pis görməyə aludə etməmişəm.
    Vəfa yolunda əziyyət çəksək də şadıq.
    çünki, bizim təriqətdə incimək kafirlikdir.
    Bəli, belə bir dünya görüşü və belə bir inam zillət və acizliyə yönəlməyərək düşməni dizi üstə çökdürər Allahın, Onun Rəsulunun və mələklərin salam və rəhməti olsun Zeynəbi-Kubraya ki, bizə Allah yolunun çətinliklərni necə görmək dərsini öyrətdi, səbr və dözüm dərsində müəllimimiz oldu.
    İMAMI XİLAS ETMƏK
    İbni Ziyad Zeynəbin şücaətli və təsirli cavablarına mat qaldıqdan sonra imam Səccad (ə)-a baxıb dedi: Kimsən? İmam buyurdu: Əli ibni Hüseyn.
    Bəs Allah Əli ibni Hüseyni öldürmədi? – İmam sakit qaldı.
    niyə danışmırsan?
    Əli deyilən bir qardaşım var idi, camaat onu öldürdü.
    Yox, onu Allah öldürdü.
    İmam cavabında bu ayəni oxudu:
    «Əllahu yətəvəffəl ənfusə hiynə movtiha».
    «Allah canları ölüm vaxtı bütünlüklə alır».
    İbni Ziyad əsəbləşdi və dedi: Hələ də mənimlə belə danışmağa cürətin var? Onu aparın və boynunu vurun.
    Bu vaxt Zeynəb imamdan yapışıb buyurdu: Ey Ziyadın oğlu! Bu qədər qanımızı tökdün bəsdir. O, İmamı qucaqlayıb dedi: Ondan ayrılmaram. Əgər onu öldürsən məni də onunla öldür.
    İbni Ziyad bir neçə an onların ikisinə baxıb dedi: «Əcəbən lirrəhmi!» "Qohumluq qəribə şeydir!” Allaha and olsun, bu qadın istəyir öz qardaşı oğlu ilə öldürülsün. Onu buraxın. Zənnimcə bu xəstəlik onu ayaqdan salar. Bu yolla Zeynəb başqa bir dəfə öz himayə və canfəşanlığı ilə imamını qoruyub, onu İbni Ziyadın cəlladlarının əlindən xilas etdi, bununla da İmamət və Vilayəti qorumaq dərsini hamıya öyrətdi.
    ŞAMA DOĞRU
    Əsirlər karvanı İbni Ziyadın zindanında çətin günlər keçirdikdən sonra Şama göndərildi.
    "Şam müsəlmanların əlinə keçən gündən Xalid ibni Vəlid və Müaviyə ibni Əbu Süfyan kimi hakimlər görmüşdü. Bu diyarın camaatı nə Peyğəmbərin söhbətlərini eşitmişdilər, nə də onun səhabələrinin iş üsulunu bilirdilər. Peyğəmbərin səhabələrindən bu diyara köçüb burada yaşayanlar da pərakəndə olduqlarından nüfuzları yox idi. nəticədə, Şam camaatı Müaviyənin və onun ətrafındakılarının rəftarını müsəlmanlıq qaydaları bilirdilər”.
    Belə bir şəhərin camaatı əsir karvanının gəlişi vaxtı bayram və şadlığa qərq olmuşdular. Yezid öz sarayında bir məclis təşkil etmişdi. Hazırlanmış adamlar məclisin ətrafında oturmuşdular ki, öz gümanları ilə Yezidin böyük qələbəsini bayram etsinlər.
    YEZİDİN QARŞISINDA
    Seyyidüş-şühəda (ə)-ın başını Yezidin qarşısına qoydular. Bu vaxt Əhli-beyt əsirlərini məclisə daxil etdilər. Seyyidüş-şühəda (ə)-ın qızının gözləri Şamın kəsilmiş başına düşdü. O, ucadan elə nalə etdi ki, bütün məclisə vəlvələ düşdü.
    Amma Zeynəb qardaşının başını gördükdə həzin və dərdli bir səslə ürəkləri qəmləndirdi, nohə oxumağa başladı:
    «Ya Huseyna, ya Həbibəllah, yəbnə Məkkətə və mina, yəbnə Fatimətəz-zəhra səyyidəti nisai, yəbnə bintəl Müstəfa».
    "Ey Hüseyn! Ey Allahın istəklisi! Ey Məkkə və Mina övladı, ey bütün qadınların sərvəri olan Fatimeyi Zəhranın oğlu! Ey Peyğəmbər qızının oğlu.
    Ravi deyir: Allaha and olsun, məclisdəkilərin hamısını ağlatdı. öz mənsəbpərəstliyi ilə məst və məğrur olan şərabxor Yezid sakit oturub əlindəki əsa ilə imamın müqəddəs dişinə vurur və deyirdi: Kaş mənim Bədr döyüşündə iştirak edən və Xəzrəc qəbiləsinin, oxların vurduğu ziyandan əziyyət çəkdiyinin şahidi olan böyüklərim bu gün məclisdə şadlıqlarından qışqırıb deyəydilər: Yorulmayasan, ey Yezid! Onların böyüklərini, rəhbərlərini öldürdük və Bədr gününün əvəzini çıxdıq. Haşim qəbiləsi səltənətlə oynadılar. nə göydən bir xəbər gəlib, nə də vəhy nazil olub. Əhmədin acığını balalarından çıxmasam, Xəndəf qəbiləsindən deyiləm.
    "Bu evlərdə Peyğəmbərdən, din və Qurandan heç bir xəbər yoxdur. Gördüklərimiz cahillik dövrünün qisas xatirələrinin təzələnməsidir. Qanı qanla yuduq.
    ƏBƏDİYYƏT DANIŞIĞI
    Əgər məclis həmin yerdə sona yetsəydi Yezid qalib gələr, ya da onun əmri ilə edilən işlər o qədər də çirkin görünməzdi. Amma Zeynəb işin bu şəkildə sona çatmasına imkan vermədi. Yezidin şadlıq saydıqlarını onun ağzında zəhərdən də acı etdi. Məclisdəkilərə göstərdi ki, qarşılarında dayananlar o adamın qızlarıdır ki, Yezid onun adı ilə Şam camaatına xəlifəlik edir. Onlara anlatdı ki, islam hökumət olmamışdan qabaq dindir. Hakimdən üzü aşağı ən kiçik vəzifəli adama qədər, Allah qarşısında etdiyi iş və danışdığı söz üçün məsuliyyət daşıyır. Onlara göstərdi ki, islam təqva sütunu üstündə möhkəmlənir, nəinki qüdrət.
    Zeynəb anası Fatimə (s) kimi zülmkarların qarşısında, qamətini düzəltdi, ayaq üstə və hamının görüb eşidəcəyi şəkildə Allaha həmd və səna etdi, Peyğəmbər və onun Əhli-beytinə salam göndərdi və öz sözünü Qurandan bir ayə ilə belə başladı.
    «Sümmə kanə aqibətəlləzinə əsaussuvə ən kəzzəbu bi ayatillah».
    "Pis iş tutanların işinin axırı bu idi ki, Allahın ayələrini yalan bilib və onu istehza etdilər.” Ey Yezid! Elə fikirləşirsən ki, göyü, yeri bizə dar edib, əsirlər kimi bu şəhərdən o şəhərə aparmaqla biz xar olduq, sən isə izzətli? Qiymətinin artdığını güman edərək belə qürrələnib təkəbbür edirsən? Padşahlığına maneə olmadığını və işlərinin yaxşı getdiyini gördükdə özünə sığmırsan. Lakin bunun sənə özünü olduğun kimi tanıtmaq üçün verilən bir fürsət olduğunu bilmirsən. Allahın buyruğunu unutmusan ki, buyurur: "Kafirlər onlara verdiyimiz fürsətin özləri üçün yaxşı olduğunu güman edirlər. Biz onlara möhlət veririk ki, günah yükünü ağırlaşdırsınlar. Sonra elə bir əzaba düçar olarlar ki, xar və rüsvaylıqdır. Ey azad olunmuşun oğlu!* Bu ədalətmidir ki, sənin qızların və kənizlərin pərdə arxasında izzətlə oturalar, amma sən Peyğəmbərin qızlarını əsir edərək, onların hörmət pərdəsini yırtıb səslərini boğazlarında qoyasan və yad kişilər onları dəvə üstündə bu şəhərdən o şəhərə gəzdirələr! Belə ki, nə onlara sığınacaq verən ola, nə qoruyan ola, nə də bir böyükləri ola. Camaat axışıb hər tərəfdən onlara tamaşaya gələlər. Amma ürəyi bizim ədavətimizlə dolu olan adamdan bundan başqa bir şey ummaq olarmı? Deyirsən kaş Bədr döyüşündə öldürülən babaların burada olaydılar və bu sözü deyəndə ağacla Peyğəmbər balasının dişlərinə vurursan? Heç vaxt dərk etməzsən ki, çox çirkin bir iş tutmusan. niyə də etməyəsən? Sən yerin ulduzları olan Peyğəmbər balalarının və Əbdül Mütəllib ailəsinin qanını tökməklə iki xanədanın düşmənliyini təzələdin. Şadlanma, çünki, tezliklə Allah dərgahına gətiriləcəksən. O vaxt arzu edəcəksən ki, kaş kor olaydım və bu günü görməyəydim, "Babalarım bu məclisdə olsaydılar, şadlıqlarından özlərinə sığmazdılar” sözlərini deməyəydim. İlahi özün bizim haqqımızı al və bizim heyfimizi bizə zülm edənlərdən çıx. And olsun Allaha, öz dərini və öz ətini qopartdın. Həmin gün Allah Rəsulu, onun xanədanı və ürək parçaları Allahın rəhməti sayəsində rahatlanacaqlar, amma sən çox rüsvay halda Onun qarşısında dayanacaqsan. O gün həmin gündür ki, Allah öz vədəsini yerinə yetirəcək. Hərəsi bir küncdə öz qanına bulaşmış bu məzlumlar bir yerə yığılacaqlar. çünki, o özü belə deyir: «Allah yolunda ölmüşləri ölü sanmayın, onlar diridirlər və Allahın nemətlərindən bəhrələnirlər». Amma səni nahaq yerə müsəlmanların boynuna mindirən Müaviyə, Məhəmməd məhkəməsi qurulacağı, Allahın hakimlik edəcəyi və sənin əl-ayağının o məhkəmədə şəhadət verəcəyi zaman hansınızın daha bədbəxt və sığınacaqsız olduğunuzu biləcəksən.
    Ey Allahın düşməni Yezid! And olsun Allaha, mənim gözümdə o qədər qiymətin yoxdur ki, səni danlayam, ya təhqir edəm. Amma nə edim, yaş gözlərimdə həlqə vurur və ah sinəmdə şölələnir. Hüseyn öldürüldükdən sonra Şeytan qoşununun Peyğəmbər xanədanının ehtiramını sındırmaqla məzlum və zəhmətkeş müsəlmanların zəhmətinin nəticəsi olan beytul-maldan ənam almaq üçün, bizi Kufədən ağılsızların sarayına gətirdikdən sonra, bu cəlladların əli bizim qanımıza bataraq ağızları bizim ətimizin parçaları ilə dolduqdan sonra, yırtıcı canavarlar o pakizə cəsədlərin həndəvərinə dolaşdıqdan sonra səni danlayıb, məzəmmət etmək nəyə yarar? Əgər bizi öldürüb, əsir etməklə faydalandığını zənn edirsənsə, tezliklə bunun ziyandan başqa bir şey olmadığını görəcəksən. O gün etdiklərindən başqa bir nəticəyə yetişməyəcəksən. O gün sən İbni Ziyadı köməyə çağıracaqsan, o, da səndən kömək istəyəcək. Sən və itaətçilərin Allahın ədalət tərəzisi ətrafında toplanacaqsınız. O vaxt Peyğəmbər balalarını öldürməyin, Müaviyənin sənin üçün hazırladığı səfərin ən yaxşı azuqə olduğunu biləcəksən. And olsun Allaha, mən Allahdan başqasından qorxmur və ondan başqasına şikayət etmirəm. nə istəsən et, nə hiylə bacarsan işlət, nə düşmənliyin varsa göstər. And olsun Allaha, sənin üzərində olan bu pis ləkə heç vaxt təmizlənməyəcək. Şükr olsun Allaha ki, cənnət cavanlarının ağalarının işini səadətlə sona yetirdi. Behişti onlara vacib etdi. Allahdan istəyirəm onların dərəcələrini artırsın və öz rəhmətini onlara sayə etsin, çünki O, çox qüdrətlidir.
    "Dəməşq camaatı yavaş-yavaş İraqda baş verən hadisənin həqiqətindən xəbərdar oldular. Bildilər ki, Yezidin əmri və Kufə qoşunlarının əli ilə öldürülən sadəcə üsyançı yox, Allah Rəsulunun qız nəvəsi, bura əsir gətirilən əsir qadın və uşaqlar isə onların Peyğəmbərinin ailəsidirlər. O şəxsin ailəsi ki, Yezid onun canişini adı ilə onlara və başqa müsəlmanlara hakimlik edir. Dağlı ürəkdən və təqva dolu qəlbdən qüvvət alan danışığın nəticəsi məlumdur. Ən daş qəlbli insan belə, iman və təqva ilə qarşılaşdıqda öz gücsüzlüyünü və tərəf müqabilinin qüdrətini görür və bir müddət qərara gəlməkdə aciz olur. Bütün saraya ölümcül bir sükut çökmüşdü. Yezid saraydakıların üzündə narazılıq əlamətini görüb dedi: Allah öldürsün Mərcanənin oğlunu. Mən Hüseynin ölmünə razı deyildim. Sonra əsirlərin bu halda saxlanılmasının məsləhət olmadığını bilib, onlar üçün yaxşı yer hazırlanmasını əmr verdi və bildirdi ki, Qüreyş qadınlarından əsirləri görmək istəyənlərə mane olmasınlar. O Əli ibni Hüseyni hər günorta və axşam süfrə başına dəvət edir, onunla yemək yeyirdi. Körəsən doğrudan da Yezid zərrə qədər də olsa peşiman olmuşdurmu? – Bu köçəri camaatın işlərinin gedişini təhlil etdikdə belə bir güman oluna bilər, bu güman özünə yer tapmamış başqa bir xatircəmlik onu kənar edir. Belə ki, əgər Yezid belə etməsəydi, Kufə üsyanının Dəməşqdə də aşkar olacağı mümkün idi, baxmayaraq ki, onu tezliklə əzmək olardı. Hər halda bu gün və məclisin gedişatından Şam camaatının bir dəstəsi bildi ki, müsəlman onlar bildiyi kimi və hakim də onlara hakimlik edən şəxs deyilmiş.
    Category: Həzrət Zeynəbin (s.ə.) həyatı | Added by: Islam_Kitabxanasi
    Views: 713 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024