İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » Erməni Müsəlman davası (1905)

    Erməni Müsəlman davası (1905)
    2012-04-10, 6:14 AM
    Giriş
    İzzətli və mehriban qardaşlarım, hüzuruna böyük ehtiramla, Nəvvab Mir Möhsün mərhum Hacı Seyyid Əhməd Ağamirzadə Qarabağinin oğlu ərzi-əhval edir ki, bu vaxtlar, yəni hicri 1323-cü (miladi 1905) ildə Qafqaz vilayətində və bir para xarici ölkələrdə ermənilərlə müsəlmanlar arasında baş vermiş iğtişaşların və qırğınların bir parasını müxtəsər şəkildə yadigar qalmaq üçün Azərbaycan türkisində qələmə aldım.
    Əvvəla, bunu bilmək lazımdır ki, Qafqaz vilayətləri müsəlman padşahlarına, ələlxüsus, İran şahlarına tabe olub. Elə ki, Qafqaz vilayətlərində, o cümlədən, Azərbaycanda ayrı-ayrı xanlıqlar yaranaraq İran tabeliyindən çıxdılar, bu zaman, yəni hicri 1161-ci (miladi 1748) ildə Pənah xan Bayatda bir qala tikdirdi. Bir az müddətdən sonra həmin qalanı tərk edib hicri 1165-ci (miladi 1751) ildə Tərnəkütdə başqa bir qala bina etdi. Beş il istər-istəməz o qalada qaldı. Əyanlar Pənah xanın bu qalaya meylsiz olduğunu hiss edib ona müraciət etdilər ki, əgər məsləhət bilsəniz, gözəl havası olan səfalı, hündür bir yer var ki, orda yeni bir qala tikdirərdin. Ora müdafiə baxımdan da münasib bir mövqedə yerləşir. Pənah xan öz əyanları ilə gəlib həmin yerə baxarkən gördü ki, ora hündür bir yerdir, dörd ətrafı uca qayalar və dağlarla əhatə olunmuşdur. Uçan quşlardan başqa insan və heyvan həmin qayalarla qalxıb-enməyə qadir deyil. Bura yalnız iki tərəfdən – şərqdən və qərbdən gediş-gəliş yolları var. Pənah xan həmin yeri bəyənib bildirdi ki, çox yaxşı möhkəm şəhər yeridi. Lakin nə fayda ki, kifayət qədər axar suyu və çayları yoxdu. Sonra xanın əmri ilə kənkanlar gəlib orda bir neçə yerdə quyular qazdılar. Quyulardan yaxşı su çıxdı. Lakin şor idi.
    Hicri 1170-ci (miladi 1756) ildə Pənah xanın əmrinə əsasən həmin yerdə bir qala tikildi və həmin qala Pənahabad qalası adlandırıldı. İndi həmin qalaya Şuşa qalası deyirlər. Get-gedə həmin qala abadlaşdırılaraq şəhərə çevrildi. Burda zərbxana tikdirilərək pul kəsilməyə başladı. Burda sikkələr kəsilirdi. Qarabağda Pənah xanın hakimiyyəti İran padşahı onu İrana aparana qədər davam etmişdi. (Xan İrana aparılanda orada vəfat etmişdi.(Ancaq deyilənlərə görə, Pənah xan İranda vəfat etməsinə baxmayaraq, vəsiyyətinə görə onu gətirib Ağdamda İmarətdə dəfn etmişlər.  ))
    Pənah xandan sonra İbrahim Xəlil xan öz atasının yerində oturub hökmranlıq etmişdi. İbrahim Xəlil xan Qalanın (xalq arasında Pənahabad şəhəri Qala adı ilə məşhur idi) abadlığına böyük əhəmiyyət verərək onun ətrafında çoxlu kəndlər salmışdı. Bununla da get-gedə onun xanlığı qüvvətlənmiş və özü böyük şöhrət tapmışdı.
    İran padşahı Ağa Məhəmməd şah Qacar saysız qoşunla Qarabağa hücum etdikdən sonra Qalaya daxil olarkən İbrahim Xəlil xan Dağıstan tərəfə qaçmışdı. Ağa Məhəmməd şah Qacar isə xanın oğlu Məhəmməd Həsən ağanın evini özünə iqamətgah seçmişdi.
    Ağa Məhəmməd şah Qacar bir gün Səfərəli adlı bir nökərini cinayət etdiyinə görə hədələyib, buyurur ki, sabah müqəssirlərin hamısının başını kəsdirib bir minarə tikdirəcək və Səfərəlinin başını lap yuxarıda qoyduracaq. Həmin Səfərəli şahın qapısında keşikçi durardı. O bir yoldaşı ilə gecədən xeyli keçdikdən sonra şahın yatdığı evə daxil olub, xəncər ilə onun qarnını yırtıb öldürdülər.
    Bu hadisə 1211-ci (miladi 1796) ildə baş vermişdi. Şah öldürüldükdən sonra qoşun dağılıb İrana qayıtdı və İbrahim Xəlil xan gəlib öz yerində qərar tutdu. Ağa Məhəmməd şahın vəliəhdi Fətəli şah hadisədən xəbərdar olduqda oğlu Abbas Mirzənin sərkərdəliyi ilə yenidən Qarabağa qoşun yeritdi. Bu əhvalatdan xəbər tutan İbrahim xan qorxuya düşdü. Dərhal öz oğlu Məhəmməd Həsən ağanı Gəncəyə, rus sərdarının yanına göndərib ondan kömək istədi. Rus sərdarı on min qoşun götürüb Məhəmməd Həsən ağa ilə birlikdə Qarabağa gəldi. İbrahim Xəlil xan əmirlilərdən və cəbrayıllılardan bir qədər atlı götürüb rus sərdarının qabağına gəldi. Görüşdən sonra onlar Araz çayı tərəfə, İran qoşununun qarşısına hərəkət etdilər. Aslandüz deyilən yerdə İran qoşunu ilə qarşı-qarşıya gəlib, bir az döyüşəndən sonra azsaylı şah qoşunu geri çəkilib İrana qayıtdı. Vuruşdan sonra İbrahim Xəlil xan öz atlıları və rus qoşunu ilə birlikdə geri dönüb qalaya tərəf üz qoydular. Gəncə-Qarabağ yol ayrıcına çatarkən rus sərdarı irəli çıxıb xanla əl tutduqdan sonra dedi ki, cənabınızın Qalasını çox tərifləyirlər. Amma təəssüflər olsun ki, mən sizin Qalaya tamaşa edə bilmədim. Yazıq xan safürəkliliyindən rus sərdarının bu hiyləsini anlamayıb buyurdu ki, nə eybi var, Gəncəyə bir neçə gün gec gedərsiniz. Buyurun, gedək bir-iki gün bizə qonaq olun. Qalaya tamaşa edin. Sərdar bir az fikirləşdikdən sonra dedi ki, bir gecə-gündüz hüzurunuzda qonaq olmaq asandır. Bu söhbətdən sonra onlar qoşunla Qalaya tərəf üz qoydular. Xan bağı deyilən yerə çatanda sərdar qoşuna əmr etdi ki, bu qədər adamın şəhərə girməyinə ehtiyac yoxdur. Bir neçə yüz nəfər mənimlə Qalaya gəlsin, qalan qoşun biz geri qayıdanacan burda gözləsin. Rus sərdarı neçə yüz əsgər götürüb, Qalaya, xanın hüzuruna gəldi. Qalaya daxil olan kimi sərdar dönüb rusca öz əsgərlərinə əmr edərək sıraya düzdü. Xan soruşdu ki, nə üçün əsgərləri sıraya düzdünüz. Sərdar buyurdu ki, əsgərləri sizin şərəfinizə sıraya düzdüm. Bundan sonra sərdar rusca əsgərlərə nə dedisə, onlar tələsik yüyürüb bürc və barı üstünə çıxaraq şeypur çalmağa başladılar. Həmin saat Xan bağı tərəfdən Kəhrab deyilən yerdən də şeypur çalındı. Xanı təəccüb götürdü. Çox keçmədi arxada qalan əsgərlər də gəlib Qalaya daxil oldular.
    Sərdar xanın qabağına gəlib dedi ki, biz artıq bu Qalanı zəbt etdik. Əgər sən rus padşahına bu qala və bütün dövlətinlə tabe olursansa, hakimiyyət sənin əlində olacaq. Yox əgər tabe olmaq fikrində deyilsənsə, sənə üç saat möhlət veririk, imarətindən nə ehtiyac duyursan, götürüb istədiyin yerə gedə bilərsən.
    Xan bu xəyanətdən çox təsirlənib rus sərdarına təhqiramiz sözlər dedi. Rus sərdarı buyurdu ki, artıq danışmaq lazım deyil. Bu şəhəri biz tutmuşuq və sənə üç saat möhlət vermişik. İstədiyini edə bilərsən.
    Yazıq xan əlacsız qalıb öz imarətinə gəldi. Bacardığı qədər lazım olan əşyaları, övrət uşağı götürüb bütün atlı-piyada nökər və qoşunları ilə Qaladan çıxdılar. Qalanın yaxınlığında üstü hamar olan qayalıq yerdə çadırlar qurub məskən saldılar. Çadırlarda və alaçıqlarda yaşayan xanın və onun adamlarının əmin-amanlığını təmin etmək üçün ətrafda səngərlər qazdılar. Dərhal xanın əmrilə münşilər İran şahı Fətəli şaha bir ərizə yazdılar. Ərizədə xan yazırdı ki, rus sərdarı hiylə ilə mənim başıma belə işlər gətirdi. Mən indi bütün adamlarımla çıxıb Qaladan kənar bir dağın üstündə məskən salmışam. Sədaqətlə bu ərizəni hüzurunuza göndərirəm ki, mənə kömək əlinizi uzadasınız. Bundan sonra cənabınıza tabe oluram. Xan həmin ərizəni bir Qurani-Şərifin arasına qoyub, onu da möhürləyib, şaha göndərdi. Bunun da mənası o idi ki, and olsun bu Qurani-Şərifə ki, cənabınıza tabe olacağam.
    Şahənşah ərizəni alan kimi dərhal 12 minlik qoşun toplayıb, topxanası ilə birlikdə İbrahim Xəlil xanın oğlu Əbülfət ağanın sərkərdəliyi ilə xanın köməyinə göndərdi.
    Bu tərəfdən rus sərdarını əhvalatdan xəbərdar etdilər. Sərdarın əmri ilə həmin saat, gecə vaxtı bir neçə yüz əsgər toplanıb, xəbər gətirən adamın sərəncamına verildi.
    Qoşun aşağı bürcün altında yerləşən lağımdan keçərək Şuşakəndə gəldi.
    Qoşunun başçısı Şuşakənddən bir neçə erməni bələdçisi götürüb dağların ətəkləri ilə gizlincə İbrahimxəlil xanın məskən saldığı yerə tərəf hərəkət etdilər. Qoşun xanın səngərlərinə çatarkən İbrahim Xəlil xan çadırında öz dövlət əyanlarının əhatəsində əyləşib, söhbət edə-edə qızıl qəlyan çəkirdi. Bu məclisdə mənim, yəni bəndeyi-həqir Nəvvab Mir Möhsünün ana babası mərhum Əmiraslan bəy də iştirak edirdi. Birdən xana xəbər verdilər ki, rus qoşunu sənin üstünə gəlir. Xan qalxıb neçə dəfə təkrarən dedi:
    - Ey kafir, ey kafir!.
    Dərhal əmirli atlılarından birisi güllə atıb əsgərlərin birini öldürdü. Bu zaman rus əsgərləri dərhal birlikdə onların üzərinə atəş açdılar. Güllələrin bir neçəsi İbrahim xana dəyərək kürsüdən yıxdı. Xanın övrət-uşağı tökülüb onun bədənini qucaqlayıb ağlaşmağa başladılar. Atılan güllələrdən neçəsi onlara, əyanlara və nökərlərə dəydi. Qalanlar isə hərə bir şey götürüb, müxtəlif tərəflərə qaçdılar. Əmiraslan bəy dərhal mərhumə Gövhər ağanı və qızıl qəlyanı götürüb qaçdı. Məzlum xanın ev əhli və uşaqlarından salamat qalanlarını onun adamları götürüb qırğından xilas etdilər. Əmiraslan bəy isə Gövhər ağanı möhkəm və təhlükəsiz bir yerdə gizlədi. Sonra isə gəlib bir az yemək əldə edib, Gövhər ağaya gətirdi. Gövhər ağa gözü yaşlı istər-istəməz bir neçə loxma yedi. Əmiraslan bəy Gövhər ağanı birtəhər sakitləşdirib, sonra öz evinə gətirdi.
    Digər tərəfdən, İbrahim xan öldürüldükdən sonra onun atlı dəstələri də dağılıb hərəsi bir tərəfə getdi. Hadisə yerindən uzaqlaşan xan atlıları Nabatxan deyilən yerdə Əbülfət ağanın qoşununa rast gəldilər. Əbülfət ağa gördü ki, bir neçə atlı sürətlə hərəkət edirlər. O, nökərlərinə buyurdu ki, atlıları qaytarıb, onun hüzuruna gətirsinlər. Atlılardan İbrahim xanın gələn əhvalatı eşitcək hönkür-hönkür ağladıqdan sonra qoşunla ordan geri, İrana qayıtdı ki, şahdan yeni fərman sadir ola.
    Xülasə, bu əhvalat ətraflı şəkildə "Tarixi Qacariyyə”də və "Qarabağ tarixi”ndə şərh edilir. Oxumaq istəyənlər həmin tarix kitablarına müraciət edə bilərlər. Bizim məqsədimiz isə bu illərdə erməni tayfası ilə müsəlmanlar arasinda baş vermiş əhvalatları (iğtişaş və qırğınları) bəyan etməkdir.
    Elə ki rus dövləti Qafqaz məmləkətinə hakim oldu, hər yerdə sakitlik yarandı. Heç bir millətin bir-biri ilə işi yox idi. Hər kəs öz işi ilə məşğul idi və hər millət öz qanunu ilə məbədlərində ibadət edirdilər. Heç bir millət bir-birinə hücum etmirdi. Xüsusən, ermənilərlə müsəlmanlar arasında çox vaxt məhəbbət və dostluq olub, bir-biri ilə alış-veriş edirdilər. Xanlıqlar zamanında ermənilər və müsəlmanlar arasında belə mehribançılıq var idi. Hətta İbrahim xan erməni məliklərindən Məlik Şahnəzərin qızı Hurizad xanımı özünə kəbinli arvad etmişdi. Həmin Hurizad xanımın Böyük məscidin həyətində hal-hazırda vaqviyyatı var.
    Əfsuslar olsun ki, erməni tayfasının indi təbiəti dəyişib. Zahirləri batinləri ilə bir deyil. Zahirən özlərini dost kimi göstərsələr də, batinləri ədavətlidir. Özləri də görürlər ki, təbiətlərinin bu cür ədavətli olmasından həmişə zərər çəkirlər.
    Category: Erməni Müsəlman davası (1905) | Added by: Islam_Kitabxanasi
    Views: 419 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2020