İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Erməni Müsəlman davası (1905)

    Erməni Müsəlman davası (1905)
    2012-04-10, 6:11 AM
    Qarabağın Şuşa şəhəri və ətrafında baş verən erməni-müsəlman iğtişaşları və ermənilərin məğlub olması
    Ermənilər öz qarşılarına qoyduqları məqsədlərinə çatmaq üçün durmadan səngərlər tikir, müxtəlif tədarüklər görür, vilayətlərdən və kəndlərdən Şuşaya kömək gətirirdilər. Odur ki, şəhər erməni tayfası ilə dolmuşdu.
    Mən, Mir Möhsün Nəvvab evim erməni məhəlləsinə qonşu olduğuna görə qarşıdan gələn təhlükəni nəzərə alaraq şəhərin bir neçə izzətli şəxsləri evimi dəyişməyi mənə məsləhət bildilər. Həmin xahişə binaən bir gecə əyləşib diqqətlə sual etdim ki, bu davada fəth, nüsrət və qələbə biz müsəlmanlarla olacaq, yoxsa erməni tayfası ilə? İstixarə etdikdən sonra bu növ cavab zühura gəldi:
    Qələbə yaxın günlərdə sizinlədir.
    Bütün düşmənlər sizin ayağınızın altındadır.(Beyt fars dilindən sətri tərcümədir. )
    Sonra bu beyti yazıb qazixanədə yığıncaqda söylədim. Bir para adamlara isə bu beyti yazıb verdim ki, cürətləri daha da artsın, ümidsizlər cəsarətə gəlsinlər.
    İkinci dəfə istixarə etdim ki, mənim evim kilsəyə yaxın olduğundan ona zərər dəyər, ya yox? Zərər dəyərsə, köçüm. Belə cavab gəldi:
    Baxmayaraq ki, sənin evin kilsəyə yaxındır,
    Qəm yemə, axırı xeyirlidir.(Beyt fars dilindən sətri tərcümədir. )
    Bundan sonra Allah-təalanın köməyinə arxalanaraq evimdən köçmək fikrindən daşındım. Allah-təalaya dualar oxuyub, onun köməyinə ümid bağladım.
    Xülasə, seşənbə günü (çərşənbə axşamı) günortadan sonra camadi üs-sani ayının 23-də 1323-cü ildə (16 avqust 1905-ci il) ermənilər hücuma başladılar. Erməni qımdatları dəstə-dəstə olub bir dəstə Köçərli məhəlləsinə, bir dəstə Yuxarı Xəlifəli qapısına, başqa bir dəstə isə meydana tərəf getdilər. Qalan ermənilər isə səngərlərə doldular. Köçərli məhəlləsində qədim bir tayfaya mənsub, gözəl ev-eşiyi olan doxsan yaşlı Abbas bəy adlı bir nəfər yaşayırdı. Köçərli məhəlləsinə gedən dəstənin içərisində olan Çopur bəyin oğlu və Kolya adlı iki erməni Abbas bəyi çağırdılar. Abbas bəy evdən çıxanda ona dedilər ki, sən bizim qonşumuzsan, səninlə bizim işimiz yoxdur. Sonra isə Abbas bəyi sözə tutub tüfənglə vurdular. O biçarə al qana boyanıb yıxıldı. Ermənilər bir neçə güllə də Abbas bəyin yeganə oğluna və qardaşı oğluna vurub hər üçünü öldürdülər. Bundan sonra evə benzin və neft töküb odladılar. Öldürülənlərin də meyidlərinə od vurdular. Bundan sonra ermənilər üç gün idi ki, gəlin gətirmiş Nuşirəvan adlı bir yazığı da güllə ilə vurub öldürdülər. Sonra isə gəlinin cehizinə və evə, eləcə də meyidlərə neft töküb evlə bərabər yandırdılar. Beləliklə, onlar on beşə qədər evi mal-dövləti ilə yandırıb külə döndərdilər. Ev sahibləri övrət-uşaqla çıxıb qaçsalar da, onlardan iki-üç nəfəri şəhid oldu.
    Xəlifəli qapısına gedən erməni dəstəsi isə on evə hücum etdilər. Ev sahibləri xəbərsiz olduqlarından onların arasında çaşqınlıq düşdü. Ermənilər bu evləri gülləbaran etdilər. Bu evlərin sakinləri qaçıb yaxındakı rus kazarmalarına doldular. Buna baxmayaraq, üç nəfər erməni gülləsinin qurbanı oldu. Ermənilər isə müsəlmanların mal-dövlətini talan edib evlərinə od vurub yandırdılar.
    Əlavə: Meydandakı qımdat dəstəsi isə bazara gəlib əlləri ilə bütün dükanlara işarə etdikdən sonra ermənilər şaraqqa-şaraq dükanları bağlayıb əllərində tüfəng və tapança ilə meydana töküldülər və böyük hay-küy qalxdı. Onlar əvvəlcə iki nəfər Zarıslı müsəlmanı şəhid etdilər.
    Ermənilərin bazarında on beşə qədər müsəlman dükanları var idi. Ermənilər hücum edəndə bu dükanların hər birində bir və ya iki müsəlman var idi. Hücum başlayan kimi onların bir parası qaçdı, bir parası isə dükanları bağlayıb içərisində qaldılar. Bir parası isə yaxın dostluq etdikləri erməni dükan sahiblərinin dükan və evlərinə pənah gətirdilər. Ermənilər isə onları güllə ilə qarşılayıb hamısını öldürdülər. Ermənilər müsəlman dükanlarının qapılarını açıb, içəridəkiləri öldürüb, mal-dövlətlərini qarət və talan etdilər. Quru meyvələri isə yemək üçün səngərlərdə vuruşan qımdatlara göndərdilər.
    Həmin gün erməni bazarına alış-veriş üçün gəlmiş müsəlmanlardan bir parası qaçıb canını qurtarsalar da, yaşlıları güllələyib öldürdülər. Ermənilər yara alanlara da rəhm etməyib tutduqları yerdə çox əzabla öldürürdülər. Bu qırğında ermənilər əllərinə keçən müsəlmanları böyük işgəncə ilə öldürərək onların burun-qulağını, cinsi əlaqə üzvlərini kəsərək başlarına mıx və mismar çalmışdılar. Meyidləri ip ilə sürüyüb dərələrə, xəndəklərə ataraq gizləyir, üstlərində olan pulları götürürdülər. Bəzi cəsədləri isə od vurub yandırırdılar. Müsəlmanlar isə öldürdükləri adama bir yaradan artıq güllə vurmazdılar. Cəsədlərə isə toxunmayaraq, düşdüyü yerdə də qoyub gedərdilər. Dəxi namərdlik edib ermənilər kimi ölənə və cəsədə işgəncə verməzdilər.
    Ermənilərin hücum etdiyi həmin gün müsəlmanlar heç nədən xəbərsiz öz işlərində və alverlərində idilər. Müsəlmanların əyan-əşrəfləri isə Cümə məscidində təziyə məclisində əyləşmişdilər. Mərhum olmuş lənbəranlı Mehrəli əfəndinin cənazəsini bir neçə molla ilə Lənbərana göndərdikdən sonra onlar məsciddə təziyə saxlayırdılar. Bu zaman bir neçə nəfər gəlib xəbər verdi ki, nə oturmuşsunuz? Ermənilər dünyanı qarışdırıb, yuxarıda ələ düşəni öldürürlər. Oranın hakimi Xosrov bəy atla gedərkən nökəri ilə birlikdə gülləbaran ediblər.
    Xalq bu xəbəri eşidən kimi qalxıb məscidi və dükan-bazarı bağlayıb hər yana səs saldılar. Sonra salavat çəkib və "Ya Əli!” deyə qışqıraraq on beş dəqiqə ərzində igidlər və cavanlar silahlanıb, əllərində tüfəng, tapança, qılınc, balta və bel, külüng və ling bazar və küçələrə çıxıb dəstə-dəstə hazır oldular. Onların "ura” sədası hər yana yayıldı.
    Bu qovğa qalxarkən müsəlman bazarında olan erməni sövdəgər və sənətkarları qorxuya düşüb dükanları bağladılar. Onların bəzisi dükanların içərisində gizləndilər, bəziləri isə müsəlman evlərinə pənah gətirdilər. Müsəlmanlar onlara pənah gətirən erməniləri hörmətlə qarşılayaraq evlərində gizlədib mühafizə etdilər. Elə ki, gecə oldu, bazar darğası (polisi) İsmayıl bəy müsəlman bazarındakı dükanlarda gizlənmiş erməniləri ordan çıxarıb, dükanları bağladı, onları isə evlərinə aparıb orda saxladı.
    Beləliklə, müsəlmanlar dəstələrə bölündükdən sonra əllərində silah nərə çəkə-çəkə erməni məhəllələrinə tərəf üz qoydular.
    Otuz ildən bəri ermənilərin tədarük etdikləri və evlərdə, məxfi yerlərdə, qəbiristanlıqda, kilsələrdə, qayalıqlarda gizlətdikləri müxtəlif növ silahları bu gün aşkara çıxararaq müsəlmanlara tərəf yönəltmişdilər. Həmin silahlara sarılaraq müxtəlif səngərlərdən, evlərin pəncərələrindən və gizli yerlərdən küçə ilə gəlib-gedən, evlərin balkonlarında dayanan və görünən böyük-kiçiyi gülləyə tuturdular.
    Erməni məhəlləsi şəhərin hündür yerində olduğundan və müsəlman məhəllələri aşağı yerində yerləşdiyindən onların mövqeyi daha əlverişli idi.
    Əlavə: Şuşakəndin və Keşiş kəndin erməniləri müsəlman məhəllələrinin müqabilində Topxana deyilən yerdə səngərlər tərtib etmişdilər. Odur ki, ermənilər həmin kəndlərdən gəlib bu səngərlərdən də müsəlmanları atəşə tuturdular. Bütün bu hazırlığa baxmayaraq, Allah-təalanın köməyi ilə heç bir iş görə bilmədilər.
    Müsəlmanlar da bir neçə yerdə səngərlər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşirzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bəy Talıb bəy oğlu idi. Üçüncü səngər isə Məşədi Kərimin və erməni Xaçatur oğlunun evləri idi. Bu səngərləri yaradan və onların rəhbəri bizim Mir İbrahim Ağamirzadə idi. Dördüncü səngər isə Ağadədəlidə idi. Onun da böyüyü və rəhbəri Əfrasiyab Hacı Əzim oğlu idi. Beşinci səngər Təzə məhəllədə yerləşirdi. Onun rəhbəri isə Məşədi Abış Bəylər oğlu idi. Altıncı səngər isə mərhumə Gövhər ağanın evi və həyəti idi. Bu səngərin rəhbəri və istiqamətvericisi cənab Axund Molla Şükür idi.
    Şəhərin əyanları və nücəbaları sakinləri, cavanları və igidləri müdafiəyə qaldıraraq səngərlərə göndərirdilər. Özləri də tez-tez gəlib səngərlərə baş çəkib gedirdilər. Xüsusən cənab Nəcəfqulu ağa, cənab Şeyx Hüseyn və cənab Axund Molla Qasım paltarını dəyişərək döyüşçü libası geyinmiş halda, tüfəng çiynində dəstə-dəstə Qala və Çöl cavanlarını götürüb "Ya Əli!” nərəsi çəkə-çəkə səngərləri gəzir, döyüşçüləri ruhlandırmaq üçün heyrətamiz sözlər və şüarlar deyirdilər.
    Ermənilər hündür evlərdən və səngərlərdən müsəlman binalarını və küçələrini gülləbaran edir, xalqın gediş-gəlişinə mane olurdular.
    Müsəlman tərəfdən isə İran konsulunun müavini Ağa Məmmədcəfər də cavanlarla məscidlərin minarələrinə çıxıb gözə görünən erməni quldurlarını güllə ilə vurub həyatlarını kəsirdilər.
    Davanın ilk günü müsəlmanlar səngərlərdən güllə atmaqla erməniləri məşğul etdilər. Müsəlman səngərlərinin yaxınlığındakı erməni evlərinin bir parasının sakinləri qaçmış, bir parası isə darvazaları bağlayıb içəridə gizlənmişdilər. Müsəlmanlar səngərlərinin qarşısında olan həmin evlərin divarlarını linglə deşib içəri daxil olur, od vurub yandırdılar. Od vurulmuş evlərin hamısını alov bürüdü. Ərşə qalxan alov ətraf kəndlərdən və qayalardan görünürdü.
    İkinci gün ermənilərin evlərini yandıraraq onları geri oturtdular. Üçüncü gün ikinci və üçüncü səngərin igidləri Xoca Söhrab kilsəsi adlanan Böyük kilsəyə çatdılar. Evlərə düşmüş yanğın artıq gəlib Təzə kilsənin ətrafına çatmışdı. Ermənilər ordan da geri çəkildilər. Dördüncü səngərin cavanları isə gəlib Cəmşid bəyin evinə çatdılar.
    Bir para adam Cəmşid bəyin və Bəhram bəyin evlərinin yandırılmasını məsləhət görmədilər. Çünki Şahnəzərovlar həmişə müsəlmanların dostu olublar. Buna görə də onlara hörmət əlaməti olaraq evləri yandırılmasın. Lakin qabaqcadan qərara alınmışdı ki, hansı evdən müsəlmanların üzərinə güllə atıldı, o ev mütləq tar-mar edilməlidir. Cəmşid bəyin evinin balkonundan isə iki minə qədər güllə atılıb. Bu güllələrdən bir neçəsi uşaqlara dəyib yaralayıb. Yüz güllədən artıq isə məscidin taxtapuşuna, minarələrinə dəyib deşibdi. Bundan başqa bizim hörmətli seyyidimiz Mir Möhsün Ağanın hücrəsinin pəncərəsinə on iki güllə vurulub deşik-deşik edilmişdi. Amma yenə hörmət əlaməti olaraq evi yandırmayıb getdilər. O evin ətrafında qəbiristanadək od vurdular. Külək vasitəsilə ətraf evlərdən Cəmşid bəyin evinə də od düşüb yandı. Bəhram bəyin və Qriqor bəyin evləri də alovların çənginə keçdi.
    Cavanlar evlərə od vurduqdan sonra qəbiristanlıqdan keçib yaxınlıqda yerləşən bir erməni fahişəxanasına çatdılar. Fahişəxananın darvazasını sındırıb evə on yerdən od vurdular. Orada olan erməni fahişələrinin bir neçəsi öldü, bir neçəsi isə bayıra qaçaraq müsəlman döyüşçülərinin ayağına sərilərək aman istədilər. Döyüşçülər onları bağışladılar.
    Üçüncü gün hər bir müsəlman kəndindən yeddi yüzə yaxın atlı və piyada köməyə gəldi. Onlar səngərlərə paylanaraq döyüşü davam etdirdilər.
    Bu davadan əvvəl erməni tayfası məktəb tikdirirdi. Həmin binanın tikintisində on səkkiz nəfər İran müsəlmanlarından fəhləlik edirdi. Dava başlayan kimi bina sahibi onları evə dolduraraq heç yana çıxmamalarını tapşırdı və bildirdi ki, əks təqdirdə ermənilər onları görsələr, hamısını öldürəcəklər, sonra vaxt tapıb sizi yola salarıq. Onlar da bu erməninin sözünə inanıb evdə gözləməli olurlar. İranlı fəhlələrdən biri erməninin sözünə inanmayıb nə yollasa qaçıb canını qurtarır. Ev sahibi isə axşam ermənilərə xəbər verib onlarla birlikdə İran fəhlələri gizlənən evə gəlirlər. Qələmlə yazılması qeyri-mümkün olan erməni vəhşiliyi nəticəsində orada olan 17 nəfər İran fəhləsi böyük zülm və işgəncə ilə öldürülür. Ermənilər onların başına mismar çalaraq əzdikdən sonra cəsədlərini bir dərəyə ataraq üstlərini peyinlə basdırırlar.
    Müsəlmanlar əhvalatdan xəbərdar olduqdan sonra gedib onların cəsədlərini çıxarıb gətirirlər. Onların bəzilərinin cəsədləri parça-parça olduğundan təyəmmüm (təmizləyib) edib, o birilərinə qüsl verib kəfənə tutdular və hörmətlə Cıdır düzündə dəfn etdilər.
    Qalaya kənd yerlərindən köməyə gəlmiş atlılar dalbadal şəhərə daxil olduqdan sonra dəstə-dəstə olub səngərlərə və keçidlərə doluşdular. Bir azdan sonra "Ya Əli!” nərəsi çəkib hücuma keçdilər. Onlar erməniləri geri oturdub evlərinə və dükanlarına od vurub yandırdılar. Hər hansı erməni qaraltısı görürdülərsə, gülləbaran edirdilər. Ermənilər get-gedə geri çəkilir, müsəlmanlar isə qələbə ilə irəliləyirdilər. Həmin gün səs-küy, çığırtı və "Ya Əli!” sədaları, tüfənglərin gurultusu və ermənilərin qışqırtısı yeri-göyü lərzəyə gətirirdi. Yanan evin və dükanların alovu və tüstüsü kəhkəşana yetişmişdi. Həmin günün gecəsi yanan evlərin işığına neçə mil məsafədə kağız yazıb-oxumaq mümkün idi. Vəzirzadələrin evlərinin qabaq səmtinə od vura-vura gedirdilər. İki yolun ortasında bir ev var idi. Müsəlmanlar ona da od vurmaq istəyərkən bir nəfər evdən çıxıb onların yanına gəldi və iztirabla cavanlardan xahiş etdi ki, Allah xatirinə bu evi yandırmayın! Çünki mən bu evi icarəyə götürmüşəm və külfətim hal-hazırda burada yaşayır, bütün mal-dövlətim bu evdədir. Cavanlar həmin müsəlman kişinin dediklərindən sonra buyurdular ki, bütün evlərdən çox bu evi odlamaq fikrində idik. Çünki bir erməni bu evin altında şirəxana (tiryək çəkilən yer) dükanı düzəltmişdi.
    Həmin erməni gedib Allahın evini ziyarət etdikdən sonra gəlib bu şərabxananı açıb, oraya hər gün, hər gecə fasiq, facirlər gəlib, bu dükanda müsküratdan içib, zinakarlıq və əlli cür fasiq əməllərlə məşğul olurdular. Evin yandırılmasının qeyri-mümkün olduğunu görən cavanlar qərara aldılar ki, heç olmasa onun altındakı şərab və tiryək dükanını dağıdıb tar-mar etsinlər. Onlar bu məqsədlə dükanın qapısını sındırdılar və içəri daxil oldular. Gördülər ki, hər biri otuz-qırx pud şərab tutan boçkalar vardır. Onlar güllə ilə boçkaları dəlmə-deşik etdikdən sonra şərab sel kimi axmağa başladı. Rus kazakları isə əhvalatdan xəbərdar olan kimi bu axan şərabları vedrələrə doldurub aparmağa başladılar. Bir müddət üfunət iyindən o dükanın qabağından keçmək mümkün olmadı. Dükanda olan yüzlərlə şüşələrə doldurulmuş cürbəcür içki və müskurat da çölə atılaraq sındırılmışdı. Bir neçə gündən sonra həmin evdə yaşayan müsəlman başqa bir müsəlman evinə köçmək məcburiyyəti qarşısında qaldı. Ondan sonra bu erməni evini dağıdıb tar-mar etdilər.
    Məhəmməd adlı bir oğlan danışır ki, bütün aləmi insan çığırtısı, nalələri, döyüşçülərin nərələri və tüfənglərin səsləri bürüyəndə və evlər alovlanaraq yananda gördüm ki, bir rus keşişi yanan evlərin arasında icarə etdiyi evdən çıxaraq bir övrətlə müsəlmanların içinə gəldi. Həmin keşiş mənim əlimdən tutub dedi ki, sənin evin hardadır? Mən də dedim:
    - O müqabildə görünən ev mənimdir.
    Rus keşişi xahiş etdi ki, bu övrət yanğından qorxduğuna və onların evlərini alov əhatə etdiyinə görə bir neçə gün onları öz evində saxlasın. Məhəmməd onları sakitləşdirib, öz evini onlara verməyə razı oldu. Bundan sonra rus keşişi ilə övrəti öz evinə gətirib onlara dedi:
    - Nə qədər istəsəniz, bu evdə qala bilərsiniz.
    Onlar Məhəmmədin evində üç gün qaldılar. Ara bir az sakitləşəndən sonra keşiş Məhəmmədi çağırıb dedi ki, bu qədər ki, sən bizə hörmət etdin, bunun əvəzini çıxmağa bizim heç nəyimiz yoxdur. Qoy Allah-təala sənə əvəzini versin. Keşiş üzünü şərqə tərəf tutub çoxlu dualar oxudu və övrət də amin dedi. Ondan sonra onlar Məhəmmədlə əl tutub xudahafizləşərək yola rəvan oldular. Məhəmməd onları ötürüb geri qayıdır.
    Əlavə: İkinci səngərdən yuxarı daşlıq yolda bir böyük imarət var idi. İmarət keşişli Xaçikinki idi. İçində kazak polku olurdu. Müsəlmanların səngəri o evin qabağında yerləşirdi. Müsəlman igidləri həmin mövqedə erməni səngərlərini gülləbaran edirdilər. Bir də gördülər ki, o evin taxtapuşundan bir neçə erməni və kazak onları gülləyə tutublar. Bunu görən kimi igidlər qışqırıb tüfənglərinin ağzını taxtapuş səmtə çevirib onların üstünə güllə yağdırdılar. Kazaklar bu fitnəkarlığın üstünün açılacağından ehtiyat edərək və böyüklərin tənbehindən qorxaraq taxtapuşdan endilər və öz mənzillərinə getdilər. Sonra məlum oldu ki, həmin kazaklar ermənilərdən pul və patron alıb müsəlmanlara qarşı ermənilərə kömək etmişlər. Sonra kazaklar ermənilərlə əlbir olub həmin evə od vurdular. Kazaklar da həmin yerdən köçüb ayrı yerdə məskunlaşdılar. Yenə həmin gecə kazaklar ermənilərlə əlbir olub müsəlmanların səngərlərinə güllə atdılar.
    Elə ki, sakitlik oldu, kazaklardan biri belə nəql etdi ki, bizim hər birimizə bir manat pul və iyirmi patron verirdilər ki, onlara kömək edək.
    Əlavə: Davadan əvvəl Şuşanın erməni tayfası hər yerə kağızlar yazıb göndərərək kömək istəmişdilər. Həmin kağızların birini də Tiflis şəhərinə yazıblarmış. Tiflisdən neçə yüz erməni və gürcü gəlib Şuşada müsəlmanlara qarşı vuruşmuş və əksəriyyəti burada həlak olmuşdular. Belə ki, davadan sonra Tiflisə ancaq 60 nəfər qayıdır. Əhvalatdan xəbərdar olan gürcülər istəyirlər ki, toplaşıb həlak olanların əvəzinə ordakı İran müsəlmanlarını qırsınlar. Lakin gürcülərin bir parası buna razı olmayıb mane olmuşdular.
    Xülasə, ikinci səngərin cavanları ermənilərə güc gəlib onları geri oturtduqdan sonra gördülər ki, iki erməni övrəti və bir erməni kişisi "Ya həzrət Abbas!” deyə-deyə müsəlmanlara tərəf gəlirlər. Kənd yerindən gəlmiş müsəlmanlardan biri onların üstünə bir neçə güllə atdısa da, heç biri dəymədi. Buna kimi onlar səngərlərə çatdılar və ağlaya-ağlaya "Ya həzrət Abbas, bizə kömək ol!”, deyə müsəlmanlardan aman istədilər.
    Bu üç erməni əsirini gətirib bizim evə (M. M. Nəvvabın evinə) qoydular. Ermənilərlə müsəlmanlar arasında barışıq olduqdan neçə gün sonra həmin ermənilər öz yerlərinə getdilər. Erməni kişisinin adı Baxış, övrətdən birinin adı Bənövşə, o birinin adı Zəri imiş.
    Müsəlmanlar hər ləhzə "Ya Əli!” nərəsi çəkə-çəkə səngərdən-səngərə irəli gedib hər saat qələbələr əldə edirdilər. Abbas bəyin dəstəsi yürüşünü davam etdirərkən yolundakı evləri odlaya-odlaya Manas Muğdusi oğlunun evinə kimi çatdılar. Mir İbrahim və Ağa Şəmilin dəstələri isə litoqrafiya çapxanasına çatmışdılar. Dördüncü və beşinci səngərlərə rəhbərlik edən Əfrasiyab və Məşədi Abış bəy də öz dəstələri ilə sudxana istiqamətində hücuma keçərək gəlib oraya çatdılar.
    Bu dəstələrin igidləri ermənilərin üzərinə yürüş edərkən cənab qubernator durbinlə baxırmış. Müsəlmanlar əllərində tüfəng əyilə-əyilə gedib ermənilərin səngərlərinə daxil olaraq onları gülləbaran etdiyini görən qubernator əl-ələ vurub təəccüblə demişdi:
    - Bu hünər heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin belə bir hünər göstərərək səngərlər tutması çox qəribədir.
    Kəndistan yerindən gəlmiş igidlər və yerli cəngavərlər bir-birinin ardınca küçələri və səngərləri tutduqca şur və fəğan, "Ya Əli!” sədası, "Ura-ura!” səsləri və tüfəng gurultusu fələyə qalxırdı. Odlanan dükanlar və evlər hər tərəfdə alışıb yanırdı. Xüsusən taxtalarla dolu olan bir neçə dükanın alovu fələyin yanına qalxmışdı. Belə ki, həmin dükanların alovu dörd ağac məsafədən görünürmüş.
    Kərkicahan kəndinin adamları deyirdi ki, həmin gün yanğın vaxtı saysız-hesabsız yarım yanmış kağızlar dalbadal kəndin üstünə tökülürdü.
    Müsəlmanlar Manas Muğdusi oğlunun evinə, yuxarı meydanın üstünə və Xublar oğlunun şirəxanasına kimi bütün dükan və evlərə od vurub yandırmışdılar. Eləcə də, dərədə olan neçə mərtəbəli evlər, dükanlar və karvansara tamam od tutub yanırdı.
    Üçüncü səngərin adamları da kilsənin qiblə tərəfindən basmaxanaya qədər evlərə və dükanlara od vurmuşdular. Təzə kilsənin ətrafındakı evlər də yandırılmışdı.
    Dördüncü səngərin əhli Cəmşid bəyin evinin dövrəsində olan imarətlərə vurduqları alovdan Cəmşid bəyin və Şahnəzərovların mülklərinə, üzbəüzdə olan evlərə, o cümlədən Ümrüd bəyin, Xandəmir oğlunun, Cavad bəyin və Ümrüd bəyin oğlanlarının evlərinə də od vurub yandırmışdılar. Bundan əlavə, sudxana və Duma divanxanası, xülasə bu qəbildən böyük evlər və ətrafında da olan imarətlər, dükanlar tamam alışıb yandı.
    Kilsələr məbədgah olduqlarına görə onlara toxunmayıb od vurmadılar. Buna baxmayaraq, bir neçə tərəkəmə darvazaya od qoyub kilsəni yandırmaq istəyərkən şuşalılar odu söndürüb onlara acıqlanaraq demişlər:
    - Kilsə və məscidlərə hörmət etmək lazımdır.
    Əlavə: Bunu da bilmək lazımdır ki, ermənilər Xəlfəli qapısının müsəlman evlərini, o cümlədən köçərlilərin, kazakların Süleymanın, Allahverdinin, Məşədi İsmayılın evlərini, sud və Duma divanxanalarını yandırmışdılar. Davadan əvvəl ermənilər sud və Duma divanxanalarını yandırıb günahı müsəlmanların üstünə yıxmaq istəyirdilər. Məhz dava başlanarkən həmin imarətləri yandırdılar ki, müsəlmanlar müqəssir hesab olunsun.
    Elə ki, bu evlər yanmağa başladı, onların alovları və qığılcımları qərb tərəfə - erməni məhəlləsi tərəfə yönəldi. Vahid Allahın iradəsi ilə od-alovun hər tərəfə yayılmasının nəticəsi olaraq erməni məhəllələrinin əksər evləri, imarətləri və dükanları içində olan əşyaları və malları tamam yanıb, divarlardan başqa bir şey qalmadı.
    Kərbəlayı İsgəndərin əhvalatı
    Kərbəlayı İsgəndər adlı bir şəxs mənə danışdı ki, dava günü biz üç nəfər yuxarı erməni bazarına çıxmışdıq. Bir də gördük ki, ermənilər bir-birinə qarışaraq dükanları bağlayır, əllərində tüfəng və tapança küçələrə çıxır, harada müsəlman görürdülərsə gülləyə tuturdular. Heç nədən xəbərləri olmayan silahsız müsəlmanlar isə bu hücumun qarşısında hərəsi bir tərəfə qaçırdı. Bəzisi qaçır, bəzisi yaralı canını qurtarmağa cəhd göstərir, bir qismi isə yaralı halda yıxılıb qalırdı. Biz üç nəfər də bu vəziyyəti görüb dəhşətə gəldik və qaçmaq istədik. Lakin gördük ki, bütün dükanların qarşısında silahlı ermənilər dayanıbdır. Əgər qaçsaydıq, bizi hər tərəfdən gülləbaran edəcəkdilər. Əlacsız qalıb orada olan bir müsəlman papaqçı dükanına girdik. Dükanın sahibi Aslan adlı bir nəfər idi. Aslan durub tez dükanın qapısını çəkib içəridən bağladı və arxasına böyük şeylər qoydu ki, açılmasın. Bunu görən ermənilər tez qaçıb dükanı gülləyə tutdular. Güllələr qapını deşib içəri keçirdi. Biz isə içəridə hərəmiz bir divar dibinə qısılıb qalmışdıq. Mən birtəhər qalxaraq dükanın arxasındakı taxtanı çıxartdıqdan sonra ona bitişik olan ikinci dükana keçdik. Həmin dükanın sahibi də dükanı bağlayıb getmişdi. Gördük ki, dükanda bir dəstə lavaş və yanında da dolu bir qab su var. Sudan bir az içdik. Sonra fikirləşdik ki, nə edək. Axşam düşəndən sonra lavaşdan bir qədər yeyib sudan içdikdən sonra həmin dükanda gecələməli olduq. Lakin yata bilmədik. Sübh olan kimi mən qalxıb o dükanın bir tərəfinin divarının üstünü açdım. Mənimlə orada olanlardan birisi dəmirçi Süleyman, o birisi isə Cəmil adlı bir şəxs idi. Mən divarın üstündən aşdığım yerdən gördüm ki, bazar-dükan, ev-eşik tamam od tutub yanır. Alov artıq biz olan dükana yetişirdi. Amma bazarda bir nəfər də olsun erməni görünmürdü. Onların hamısı böyük meydana yığılıbmış. Müsəlmanların da "Ya Əli!” sədası eşidilirdi. Mən alovun yaxınlaşdığını görüb özümü birtəhər açdığım yerdən bayıra atdım. Yoldaşlarıma xəbər verdim ki, tez bayıra çıxsınlar, od-alov artıq dükana çatır. Onlar hərəkət edib divara çıxana kimi od-alov dükanı bürüdü. Onlar karıxaraq ikisi də divarın üstündən dükanın içəri tərəfinə yıxıldılar. Mən böyük çətinliklə divarların dalı ilə gəlib evimizə çatdım. Gördüm külfətimin hamısı ağlaşırlar. Bir qızım özünü saçından asıb Allaha dua edirdi. Elə ki, məni gördülər, hamısı ayağıma düşdülər.
    Şükür baqqalın əhvalatı
    Yuxarıda deyilənlərdən daha qəribə bir əhvalat qalalı Şükür Kərbəlayi Allahverdi oğlunun başına gəlmişdi. Bu haqda o belə danışır:
    - Mən və qardaşım Həsənin yuxarı erməni meydanında baqqal dükanımız var idi. Dükanlarımız quru meyvə ilə dolu idi. Alış-verişimiz də yaxşı gedirdi. Günlərin bir günündə (yəni dava başlanan günü) bir də gördük ki, nə qədər dükanlarda alış-veriş edən erməni vardısa, hamısı bir-birinə qarışıb hay-küy yarandı. Sonra isə dəstə-dəstə olub müxtəlif səmtlərə getdilər. Ermənilərdən sual etdik ki, nə hadisə baş verib? Onların heç biri cavab vermədi. Bu vaxt mən gördüm ki, atlı qımdatlardan birisi tələsik gəlib erməni dükan sahiblərinə nə dedisə, onlar o dəqiqə dükanlarını şaraqqa-şaraqla bağlayıb, dəstə-dəstə olub əllərində tüfəng və tapança hər tərəfə yayıldılar. Gənclər meydanına və bazara doluşan əli silahlı ermənilər harada müsəlmanlara rast gəlirdilərsə, gülləyə tuturdular.
    Burada dükanı olan Əli Molla Məcid oğlu adlı bir cavan vəziyyəti belə görüb qaçıb mənim dükanıma gəldi. Mən isə dükanı bağlamağa fürsət tapmayıb Əli ilə birlikdə dükanın arxasında yerləşən zirzəmiyə girdik. Bizim buraya girməyimizi görən ermənilər zirzəmini mühasirəyə alıb atəşə tutdular. Mənim də içəridə bir tapançam və on beş gülləm var idi. Mən də başladım onlara cavab atəşi açmağa. Çartaz əhlindən bir erməni cəsarətlə istəyirdi ki, zirzəmiyə tərəf gəlsin. Həmin dəm tapança ilə onu sinəsindən vurdum. Erməni çığırıb yıxıldı. Cavab atəşini və çartazlının öldürülməsini görən ermənilər qorxudan geri çəkilib uzaqdan atəş açmağa başladılar. Mənim yanımda çoxlu tüfəng gilizləri var idi. Hər dəfə tapançadan atəş açarkən həmin gilizlərdən birini dərhal bayıra atırdım. Onlar tüfəng gilizlərini görüb xəyal edirdilər ki, məndə tüfəng var. O gecə oğlanla birlikdə bu qərar ilə zirzəmidə qaldıq. Zirzəminin bir tərəfində dəmirdən bir pəncərə var idi. Həmin pəncərəni çox böyük zəhmətlə sökərək çıxartdıq. Həmin pəncərə ilə üzbəüz bir anbar var idi. Pəncərədən anbarın taxtapuşuna çıxaraq oradan içəri endik. Böyük həcmli olan anbarın içərisi müxtəlif əşyalarla dolu idi. Dəmir sac və aftafalar daha çox idi. Oğlan yalvarırdı ki, mən bir küncdə gizlənim, sən isə dəmir sacları mənim ətrafıma düz ki, güllə dəyməsin. Sonra oğlan bir bucağa qısıldı, mən isə sacları onun ətrafına düzdüm. Başqa bir səmtə gələrək gördüm ki, bir zirzəmi var. Onun qapısına böyük bir qıfıl vurulmuşdu. Yerdən daş parçası götürüb onunla qıfıla bir neçə zərbə endirərək sındırdıqdan sonra zirzəmiyə girdim. Zirzəmidə çoxlu və böyük parça tayları var idi. Həmin parça taylarından bir neçəsini götürüb qapını örtüb onun arxasına qoydum. Bundan sonra bir az sakitləşdim. Zirzəmidə o yan-bu yana baxaraq içərini axtardıqdan sonra gördüm ki, ağzı örtülü bir küpə var. Küpəni açanda onun içərisində qatıq olduğunu gördüm. Şükr edib qatıqdan bir az içdikdən sonra özümə gəldim. Üç gün idi ki, ermənilər hər tərəfdə müsəlman axtara-axtara gəlib həmin anbara doluşdular. Anbarın hər tərəfini yoxladıqdan sonra oğlanın orada olduğunu hiss etdilər. Sonra sacları o tərəf-bu tərəfə atıb Əlinin orada gizləndiyini gördülər. O dəmdə hər tərəfdən atəş açıb onu öldürdülər. Ermənilər tüfəngin səsinə anbara gəlirdilər. Oğlanı öldürdükdən sonra oradakı aftafalardan bir neçəsini götürüb onun başına vuraraq əzdilər və bütün bədən üzvlərini kəsdilər. Cəsədə olmazın işkəncələr verdikdən sonra mən gizləndiyim yerə tərəf gəldilər. Qıfılın sındırıldığını görüb içəridə adam olduğunu bildilər. Onlar zirzəminin qapısını açmaq istəyərkən mən pəncərədən bir güllə atdım. Güllə bir erməninin dodağına dəyib dişlərini tökdü. Həmin erməni çığırıb qaçdı. O biriləri də tez qapıdan uzaqlaşdılar. Ondan sonra Mesrop adlı tanıdığım bir erməni gəlib divarın dalından məni dilə tutaraq dedi ki, ağa Şükür, sən çölə çıx, mən səni ermənilərdən qoruyaram, qoymaram ki, sənə əl vursunlar. Mən müsəlman çörəyi yemişəm. Sənə xəyanət etmərəm. Mən ona cavab verdim:
    - Siz erməni tayfasına inanmaq olmaz. Sən deyirsən ki, artıq müsəlmanlarla barışıq etmişik. Əgər doğru deyirsənsə, get qazini və ya Xosrov bəyi gətir, ondan sonra mən burdan çıxaram.
    Bunu eşitcək Mesrop qazi və Xosrov bəyin ünvanına söyüşlər yağdırdı. Mən də cavab olaraq Mesropun özünü və keşişləri söydüm.
    Bu minvalla qatıqdan az-az içib vaxtımı keçirirdim. Beşinci gün bir də gördüm ki, qardaşımın səsi gəlir, musiqi səsi də eşidilirdi. Eşiyə çıxıb qardaşımla evə gəldim.
    O insafsız erməni tayfası dükanda olan nəqd pulu və malları, o cümlədən çuval-çuval quru meyvələri və digər satış mallarının hamısını talan və qarət etmişdilər.
    ... Xülasə, sözümüz həmin yerdə qaldı ki, müsəlman igidləri irəliləyərək ermənilərin evlərinə od qoyurdular. Od-alov yuxarı qalxdıqca ermənilər geri qaçır, səngərləri isə boş qalırdı. Müsəlmanlar onların səngərlərini ələ keçirib, darmadağın edir və yandırırdılar. Müsəlmanlar hər tərəfdən irəliləyərək ermənilərin mövqelərini ələ keçirirdilər. Onlar Böyük kilsəni, Aşağı meydanı və Qapanı da tutdular. Erməni kişi, övrət və uşaqları üz qoydular qaçmağa. Onların bir parası Üçmıxdan Daşaltı tərəfə qaçdılar. Bir qismi isə əlacsız qalıb övrət-uşağını götürüb rus kazarmalarına doluşdular. Kazarma dolduğundan rusların böyüyü əsgərlərə əmr etdi ki, daha oraya heç kimi buraxmasınlar.
    Bu halda qımdatlardan biri olan Baxış bəyin oğlu Kolya, bir neçə övrət-uşaqla əlində tüfəng, üstündə patrondaşlar dolu halda kazarmaya gəldi. Ermənilərin dediyinə görə, Kolya dünyaya gələndən ondan mərdüməzarlıqdan başqa yaxşı iş görməyiblər. O, rəngi qaçmış, titrəyə-titrəyə kazarmaya girib gizləndi.
    Davanın dördüncü günü bütün səngərlərin igidləri söz bir olub tədbir etdilər ki, birdən "Ya Əli!” nərəsi çəkib hər tərəfdən ermənilərin üzərinə hücuma keçib, onların axırıncı qüvvəsini darmadağın edib, bütün mülklərini yandırıb qələbə bayrağını kilsənin üstünə və Xəlifəli qapısına sancsınlar.
    Həmin gün erməni məhəlləsinin sakinləri həyəcanlı, kədər və məlal içərisində teleqraf vurub rus dövlətindən xahiş edirlər ki, bu fəsadı söndürmək üçün cənabi-müstətab, sərkari ba iqtidar şəriətmədar Şeyxül-İslam cənablarını oraya (Qalaya) göndərsinlər.
    Erməni xəlifəsinin bütün keşişlərilə barış üçün məscidə gəlməsi
    Xəlifə belə ki, gördü ermənilərin arvad-uşağı ağlaşa-ağlaşa töküldülər onun qapısına, tez durub kilsə paltarını geyib böyük xaçı, böyük keşişləri isə hər biri bir İncili əlinə alıb, kilsə paltarları əyinlərində, keşişlərin əllərində qiymətli bayraq, neçə ruslar qabaqda papaqları ağacın başında, naçalnik onların dalında və ermənilərin nümayəndələri bunların dalınca musiqi çala-çala gəldilər meydana doldular. Xəlifə qabaqca, keşişlər əllərində xaç, İncil və bayraqlar bir parası ağlaya-ağlaya məscid həyətinə daxil oldular ki, bizi əfv edin, bağışlayın.
    Həmin gün müsəlmanların əyan-əşrəfləri və böyük alimləri müəyyən bir işlə bağlı məscidə gəlmişdilər. Mən də (Mir Möhsün Nəvvab) bir vacib işlə əlaqədar olaraq oraya gəlmişdim. Məscidin həyətinə çatanda qonşuluqdakı qapı açıldı. Əvvəl ordan naçalnik çıxdı və mənə yaxınlaşıb əlimdən tutaraq "izvinite” sözünü deyib daxil oldu. Onun arxasınca gələn erməni xəlifəsi də mənim əlimi sıxaraq "bağışlayın” deyib içəri daxil oldular. Bu zaman cənab Hacı Molla Hüseyn qazi təşrif gətirdi. Onların ardınca müsəlmanlar da məscidə daxil olub xəlifə və keşişlərlə görüşdülər. Bundan sonra xəlifə barışıq nitqinə başladı. Bir qədər sonra məsciddən çıxdılar. Cənab qazi və müsəlmanların əyanları da onlarla erməni meydanına tərəf yollandılar. Yenə də qabaqda naçalnik və ruslar musiqi sədası altında erməni məhəlləsinə doğru hərəkət edirdilər.
    Aman (sülh) bayraqlarından birini mən (Nəvvab) alıb iki ay məsciddə saxladım. Sonra keşişlər gəlib həmin bayrağı istədilər. Cənab Nəcəfqulu ağanın vasitəsilə həmin keşişlərdən bir qəbz almaqla bərabər, həm də bayraqla birlikdə məscidin qarşısında Əfrasiyabın şəklini çəkdirdim. Bunu mən ermənilərin üstümüzə böhtan atmaması üçün əyani dəlil kimi çəkdirdim.
    Ermənilərin bu növ siyasətinə və hiyləsinə inanmaq, eləcə də sülh məramına bel bağlamaq olmazdı. Çünki neçə dəfə bu qərar ilə məsciddə, kilsədə və qazinin evində bütün keşişlər, xəlifənin özü və erməni əyanları toplaşaraq çoxlu nitqlər söyləmiş, xütbələr oxumuş və dostluqdan danışmışlar. Amma axırı yenə mənasız olub. Belə ki, onlar, yəni ermənilər öz fitnə-fəsadlarından əl çəkməyərək xalqın rahatlığını kəsib onları qırğına düçar etmişlər.
    Üç gün bundan sonra cənab Şeyxül-İslam Şuşa şəhərinə təşrif gətirdi. Şəhər əhalisi onu böyük ehtiramla qarşıladı. Şeyxül-İslamı üç yüz atlı, hörmətli şəxslər, alimlər, erməni keşişləri və xəlifəsi, eləcə də erməni böyükləri faytonlarda, otuz nəfər atlı kazak sursatları ilə birlikdə müşayiət edirdilər. Onlar şəhərə daxil olaraq cənab qazinin evində qərar tutdular.
    Elə ki, sabah oldu, yenə alimlər, seyyidlər, əyan-əşrəflər, ermənilərin xəlifəsi, keşişləri və əyanları cənab Şeyxül-İslamın hüzuruna gələrək xoş gəldin etdilər. Bundan sonra Şeyxül-İslam buyurdu ki, ey erməni və müsəlman camaatı! Bir para başqa vilayətlərdə fitnə-fəsad işləri vəba xəstəliyi kimi yayılarkən məclislərdə və yığıncaqlarda mərifət əhli Şuşa qalasının erməni və müsəlman əhlinin mehriban dolanmağını misal gətirərək iğtişaş salanları məzəmmət edirdilər. Onlar Avropanın Paris şəhərində olan xoş davranışı Qafqaz şəhərləri içərisində Şuşa əhalisinin mehriban münasibətləri ilə müqayisə edirdilər.
    Mənə məlumdur ki, siz iki tayfa, yəni erməni və müsəlmanlar keçmiş zamanlarda qardaş kimi dolanmısınız. Hətta Məlik Şahnəzərin qızı Hurizad xanımı mərhum İbrahim xan özünə halal övrət edib, qohum olublar. İndi sizə sual edirəm: bu fitnə-fəsada nə bais olur?
    Aranızda din-məzhəb davası, namus məsələsi yoxdur. Bəs nə üçün bir neçə insan cildinə girmiş şeytanların fitnə-fəsadına uyaraq bu qədər qanların tökülməsinə, malların tələf olub, mülklərin dağıdılmasına və yanmasına bais olursunuz? Qiyamət günü Allah-təalanın qarşısında bu bəd əməlləriniz üçün cavab verəcəyinizi unudursunuz? O, tezliklə zalım ilə məzlum arasında ədalətlə divan edəndir. Tövbə edib Allah yoluna qayıdın. Bir də belə fitnə-fəsadlar törətməyin. Fitnə-fəsad törətməyə çalışan bir para adamların sözünə qulaq asmayın. Onlar öz cahillikləri ilə sizin rahatlığınızı əlinizdən alıb, öz fitnələri ilə sizi qırğına verirlər. Bununla bir məqsədə və ali mərtəbəyə nail olmaq qeyri-mümkündür.
    Xülasə, o biri gün səhər tezdən cənab Şeyxül-İslam məscidə təşrif gətirdi. Yenə də erməni və müsəlmanlar məscidin ətrafına toplaşdılar. Şeyx həzrətləri burda da çıxış edərək onların bütün fitnə-fəsadlara son qoymalarını və mehriban dolanmalarını nəsihət etdi. Hərbi qubernator da camaata elan etdi ki, sizin aranızda gedən vuruşlara son qoymaq və hər iki tayfa arasında (erməni və müsəlman) sülhü bərqərar etmək üçün dövlət məni buraya qubernator təyin etmişdir. Hər hansı bir fitnə-fəsadda mən məzlumun tərəfində olub zalımı tənbeh edəcəyəm. Buna mənim səlahiyyətim var.
    Burdakı çıxışlardan sonra onların hamısı erməni kilsəsinin yanına gəldilər. Burda da erməni xəlifəsi və qubernator çıxış edib, hamını fitnə-fəsadlardan əl çəkib əmin-amanlığı təmin etməyə çağırdılar.
    Din xadimləri və qubernator bu iki tayfa arasında sülh yaratmağa çalışdıqları vaxt xəbər gəldi ki, Vəng tərəfdə ermənilər toplaşıb müsəlman köçərilərinin yolunu kəsiblər. Belə ki, min nəfərəcən əlsiz-ayaqsız övrət-uşaq, qoca kişilər və onların heyvanları yığılıb o tərəfdə meşədə qalıblar.
    Bu xəbər şəhərə çatan kimi, dərhal Ağdam və Bağlar əhlinə müxtəlif kağızlar yazıb göndərdilər. Dərhal altı yüzə qədər silahlı atlılar cəm oldular və üz qoydular Vəng tərəfə. Ermənilərin səngərlərinə bir güllə atımlıq məsafədə düşüb dəstələr təşkil etdilər. Ermənilər xəbərdar olan kimi qorxuya düşdülər və bir neçə ermənini onların hüzuruna göndərdilər ki, müsəlmanların gəlişinin səbəbini öyrənsinlər. Atlılar həmin ermənilərə bildirirlər ki, gəlmişik köçərilərin yollarını kəsənlərə layiqli cəza verək ki, bundan sonra bir də belə iş görməsinlər.
    Ermənilər dedilər ki, biz onların yolunu kəsməmişik. Ola bilsin ki, köç tayfası bizim ermənilərlə dava ediblər və bunun nəticəsində bir-iki adam ölübdür.
    Xülasə, atlılar köçərilərin yolunu açdılar, onlar sərbəst gəlib oradan keçərək öz oymaqlarına tərəf yollandılar.
    Həmin günün sabahı xəbər gətirdilər ki, erməni tayfası Əsgəran səngərlərinə girərək yolla gəlib-gedəni qəflətən güllə ilə vurub öldürür, yaxud yaralayırlar. Həmin saat, yəni xəbər gələn kimi qubernatorun əmri ilə bir dəstə kazak Abbas bəy Talıb bəy oğlunu götürüb Əsgərana tərəf yollandılar. Kazaklar Abbas bəy Talıb bəy oğlu ilə bərabər, erməniləri həmin səngərlərdən çıxarıb dağıtdılar. Ermənilər Əsgəran səngərlərindən çıxarıldıqdan sonra Xanabad kəndinə hücum edirlər. Onlar kənddə Həsənağa Süleyman xan oğlunun mülkünü, böyük və gözəl imarətlərini darmadağın edərək, mal-dövlətini talan etmişlər.
    Bundan sonra ermənilər Badara kəndinə hücum çəkirlər. Onlar həkim Mirzə Allahqulu oğlunun evini hər tərəfdən mühasirəyə alaraq od vururlar. Bu zaman Mirzə Allahqulu oğlu öz övladları Cahangir bəy və Kərim bəylə bu əhvalatdan xəbərsiz içəridə işlə məşğul idilər. Ermənilərin bir qismi isə içəri doluşaraq Mirzə Allahqulu oğlunu və övladlarını, eləcə də nökərlərini övrət-uşaqları ilə birlikdə qətlə yetirib mal-dövlətlərini talan etdilər
    Category: Erməni Müsəlman davası (1905) | Added by: Islam_Kitabxanasi
    Views: 615 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024