İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1826
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Elvin1986
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Main » Files » Tarix » Erməni Müsəlman davası (1905)

    Erməni Müsəlman davası (1905)
    2012-04-10, 6:08 AM
    Seyyidin əhvalatı
    Həmin gün ermənilərlə müsəlmanların barışığı elan edilərək hər iki millət arasında sülh yaradıldıqdan sonra kəndistan yerindən olan və alverlə məşğul olan bir seyyid evlərinə tərəf gedirdi. Seyyid erməni küçəsi ilə bulvarın yanından gəlib keçəndə onunla tanış olan bir erməni qabağına çıxdı. Hal-əhval etdikdən sonra erməni dedi ki, bu evdə satılmalı palaz var. Gedək onu sənə alım. Bu şərtlə ki, ucuz alsam, mənə dəllallıq pulu verməlisən. Seyyid onunla razılaşdı. Onlar bir az getdikdən sonra qabaqlarına iki yapıncılı qımdat çıxdı. Onlar ermənicə bir-birindən soruşdular ki, seyyidi harada aparıb öldürsünlər. Birisi dedi ki, əvvəl Kiki Kələntərova deyək, ondan sonra öldürək. Seyyid erməni dilini bildiyindən bu danışıqların hamısını başa düşürdü. Əhvalatın nə yerdə olduğunu dərk edən seyyid daxilən həyəcanlansa da, öz həyəcanını büruzə vermədi. Əvvəl istədi ki, qaçsın, lakin buna heç bir fürsət olmadığını görüb vəziyyətdən çıxış yolu axtarmağa başladı. Ermənilərdən biri digərinə dedi ki, siz onu söhbətə tutub saxlayın, mən gedim Kikiyə məlumat verim. Bir azdan erməni geri dönərək öz yoldaşlarına buyurdu ki, seyyidi Kikinin əmri ilə öldürüb onu da papaqçını basdırdığınız yerdə basdırın. Bundan sonra onların hər üçü seyyidin üzərinə hücum çəkib qollarını tutdular və toqqasını açıb boynuna bağlayıb çəkə-çəkə bir həyətə gətirdilər. Evdən bir övrət çıxıb dad-fəryad elədi ki, bunu burda öldürməyin. O gün papaqçını öldürərkən uşağım qorxaraq naxoşlayıb. Övrətin etirazından sonra onlar seyyidi evdən çıxartdılar. Övrət isə darvazanı onların arxasınca bərk-bərk bağladı. Ermənilər seyyidi evdən çıxardıqdan sonra fikirləşdilər ki, onu harada öldürsünlər. Bu zaman birdən yolun o biri tərəfindən hay-küy qalxdı. Bir müsəlman çığırırdı ki, tut məni görüm necə tutursan. Kəndistan yerindən olan bu müsəlman atın üstündə getdiyi yerdə iki erməni onun üstünə hücum çəkərək tutub öldürmək istəsələr də, gücləri çatmır. Bu seyyidin yanında olan ermənilərdən biri qaldı, ikisə isə o biri ermənilərə köməyə getdilər. O biri erməni seyyidi orada olan çuxura salmaq istəyərkən, seyyid toqqadan tutub erməniyə müqavimət göstərir. Yer yaş olduğundan seyyidin göstərdiyi müqavimət nəticəsində erməninin ayağı sürüşüb yıxılır və toqqa əlindən çıxır. Seyyid fürsəti əldən verməyib erməni qalxanacan müsəlman məhəlləsinə tərəf xeyli qaçır. Qaçarkən yolda seyyid bir neçə dəfə yıxılsa da, qalxıb yenə də öz yoluna davam edir. Nəhayət, müsəlman məhəlləsinə çatdıqdan sonra sakitləşir.
    Əlavə: O günün sabahısı erməni qəbristanlığında bir erməni öldürüldü. Ermənilər əhvalatdan xəbərdar olan kimi gedib divana şikayət etdilər. Divan isə cənab qazinin yanına gələrək ona bildirdi ki, ermənilər qatili tələb edirlər. Qazi ərz etdi ki, sizinlə gəldiyimiz razılaşmaya əsasən, biz ancaq şəhərdə baş verən hadisələrə cavabdeh olacağıq. Şəhərdən kənarda baş verən hadisələrə isə biz müdaxilə etməyəcəyik. Çünki bu ölüm hadisələrinin əksəriyyətini ermənilər özləri eləyib, müsəlmanların üstünə böhtan atırlar. Odur ki, bunların heç birinin müsəlmanlara dəxli yoxdur.
    Əlavə: Şəvval ayının 12-də Qalaya vətənpərvər şəxslərdən bir məktub gəldi. Məktubda qeyd edilirdi ki, yollar çox qorxulu olduğuna görə müsəlmanlar bu tərəfə səfər etməsinlər. Həmin gün Bağlar tərəfdən gələn cənab Haşım Vəzirzadə nəslindən olan Cəfər bəyin sərkərdəliyi ilə bir neçə yüz atlı və piyada erməni kəndlərini mühasirəyə aldılar. Digər tərəfdən isə Piçənis və başqa kəndlərin kürdlərindən də yüzə yaxın atlı və piyada gəlib erməni kəndlərini mühasirəyə aldılar. Xəlifəli tayfasından olan müsəlmanlar kürdlərlə danışıq apararaq bu nəticəyə gəldilər ki, onların hərəsi bir tərəfdən erməni kəndlərinin üzərinə hücuma keçsinlər. Kürdlərin sərkərdəsi İbrahim bəy idi. Onlar, yəni İbrahim bəyin dəstəsi əvvəlcə Kiki Kələntərovun yaşadığı Cəmilli kəndinin üstünə yeridilər. Bu kənddə Kiki Kələntərovun yaxşı imarətləri var idi. Onun evində olan bəzi şeyləri qarət etdikdən sonra qalanını od vurub yandırdılar. Cəmilli kəndindən bu hücum nəticəsində qaçanlar qaçmışdı. Qalanları isə qayaların arxasından, evlərinin pəncərələrindən İbrahim bəyin dəstəsinə atəş açırdılar. Müsəlmanlar isə çöldən onları gülləbaran edirdilər. Bu hücum nəticəsində bütün kənd yandırıldı və 11 nəfər erməni öldürüldü.
    Həmin vaxt xəlifəlilər Xənəzək kəndinin üzərinə hücum çəkərək kəndin yarıdan çoxunu yandırdılar və əllərinə keçən erməniləri qətlə yetirdilər.
    Xəlifəlilərin arasında Qasım adlı çox qeyrətli və işgüzar bir cavan vardı. O, bu hücumda ermənilərlə çox böyük cəsarət və qəhrəmanlıqla vuruşurdu. Qasım dörd erməni öldürmüşdü. Birdən ona güllə dəyib yerə sərdi. Kosalar kəndindən olan bu cavan döyüş meydanında qəhrəmancasına həlak oldu. Onun cənazəsini Kosalar kəndinə gətirdilər. Molla Qalada olduğundan bir neçə nəfəri at və qatırla mollanı gətirmək üçün oraya göndərdilər. Yolda onları ermənilər Yel dəyirmanı qayasından və Qaybalı kəndindən atəşə tutdular. Onlar at və qatırlarını buraxıb böyük çətinliklə daşların arxasıyla gəlib Qalaya çatdılar. Gələn kişilərdən birisi Qalaya çatan kimi çığıra-çığıra camaata xəbər verdi ki, ermənilər davaya gəlirlər. Camaat dükan-bazarı bağlayıb, cavanlar silahlanıb səngərlərə doluşurlar. Əhvalatı belə görən vilayət hakimi müsəlmanları sakitləşdirərək deyilənlərin hamısının yalan olduğunu söyləyir.
    Bağlardan olan atlılar və piyadalar isə dalbadal erməni kəndlərini yandıra-yandıra gəlib Xoramord kəndinə çatdılar. O kənddə də xeyli erməni öldürüb evlərini yandırdılar, mallarını isə qənimət kimi ələ keçirdilər.
    Əlavə: Bir neçə gün bu əhvalatdan qabaq dörd nəfər müsəlman Süleymanlı kəndi yaxınlığında yerləşən müşahidə məntəqəsinə yaxınlaşırlar. Həmin müşahidə məntəqəsində ermənilərin səngərləri var imiş. Hər gecə həmin səngərlərdə neçə nəfər erməni keşik çəkirmiş. Dörd nəfər müsəlman yavaş-yavaş həmin səngərlərə yaxınlaşaraq gördülər ki, dörd nəfər erməni yemək süfrəsi açıblar. Biri ağacda kabab bişirir, o biriləri isə süfrəni düzəldir və şərab şüşələrinin ağzını açırlar. Dörd ədəd tüfəngi isə kənarda baş-başa çatmışdılar. Müsəlman cavanları qəflətən sıçrayıb ermənilərin tüfənglərini ələ keçirdilər və yenə də cəld səngərlərə girib tüfəngləri ermənilərə tərəf tuşladılar. Ermənilər baş verən hadisədən dəhşətə gələrək, müsəlmanlara yalvarmağa başladılar ki, bizi öldürməyin, patrondaşları da sizə verəcəyik. Müsəlmanlar patrondaşları da götürdükdən sonra ermənilərin dördünü də güllələyib kəndlərinə qayıtdılar.
    Malıbəyli əhvalatı
    Şəvval ayının 17-si, cümə axşamı Şuşakənddən, Daşkənddən, Muxətərdən, Keşişkənddən və Daşaltıdan neçə yüz erməni yığılaraq qımdatlarla məsləhətləşib belə qərara gəldilər ki, müsəlmanların qüvvələrini zəiflətmək məqsədilə kəndlərdən onları qovub təmizləsinlər. Bundan sonra Qalaya hücum çəkib müsəlmanların müqavimətini sındırmağın asan olacağını söylədilər. Ermənilər tökdükləri tədbirə əsasən birinci Malıbəylinin üstünə hücum çəkib oranı tar-mar etmək, ev-eşikləri yandırıb mallarını qarət etmək fikrində idilər.
    Ermənilər bu məqsədlərini həyata keçirmək üçün səhər tezdən Malıbəylinin üzərinə hərəkət etdilər. Bu hücumda neçə yüz adam və kəl arabaları iştirak edirdi. Onlar kəl arabalarını müsəlmanların mallarını qarət edib aparmaq üçün gətirirdilər. Ermənilər Malıbəylini qiblə və qərb tərəfdən mühasirəyə aldılar. Hücum səhər tezdən olduğuna görə səngərdə olanlar yatmışdılar. Kəndin səhər tezdən oyananları hücumdan xəbərdar olub başqalarına da məlumat verdilər. Səngərdə dayanan müsəlmanlar bu qədər ermənini görən kimi bir-iki güllə atdılar. Ermənilər isə hər səngərə yüzə qədər tüfəngdən atəş açdılar. Odur ki, səngərdəkilər atəşin belə çoxluğundan dəhşətə gəlib kəndin içərisinə qaçırdılar. Ermənilər isə səngərləri tutaraq daxil oldular. Onlar Hacı Təhmirəzin evini ələ keçirərək hər tərəfdən od vurdular. Qımdatlardan ikisi sevincindən evin balkonunda şadlıq edirdilər. Belə ki, biri əl çalıb, o birisi oynayırdı. Bu zaman Malıbəylinin igidləri və tüfəngdarları əhvalatı belə görən kimi nərə çəkib hər tərəfdən ermənilərin üzərinə hücum çəkdilər. Bir cavan müsəlman Hacı Təhmirəzin evinin balkonunda oynayan ermənini sinəsindən nişan alaraq elə vurdu ki, erməni bircə dəfə çığırıb yerə yıxıldı. Həmin cavan bir güllə də çəpik çalan qımdata vurdu. O da bərk qışqırıb o biri erməninin yanına yıxıldı.
    Müsəlmanlardan bir atlı Xankəndinə, o birisi isə Qalaya xəbər gətirib onlardan kömək tələb etdilər. Dərhal Qalada cavan müsəlman döyüşçüləri toplaşaraq Ağa Şamil və Bəşir bəyin rəhbərliyi altında Malıbəyliyə tərəf yollandılar. Xankəndindən isə bir dəstə müsəlmanlar kazaklarla birlikdə Malıbəyliyə gəldilər. Qaladan və Xankəndindən kömək gələnə kimi Malıbəyli cavanları hər tərəfdən ermənilərin üzərinə hücuma keçmişdilər. Hər iki tərəfdən güllə yağış kimi yağırdı. Hacı Təhmirəzin evinin balkonunda iki qımdat öldürüldükdən sonra ermənilər qaçmağa başladılar. Müsəlmanlar onları təqib edərək gülləyə tuturdular. Bu təqib zamanı daha doqquz erməni öldürüldü, neçəsi isə yaralandı.
    Ermənilərin Malıbəyliyə hücumunun başlanğıcında Hacı Təhmirəzin evinin yanında vuruşma gedərkən müsəlmanlar evi hər tərəfdən gülləyə tuturdular ki, ermənilər oraya daxil olmasın. Bu zaman ermənilərin əlinə düşməsin deyə evin bəzi qiymətli əşyalarını yığıb özləri ilə aparmaq istəyən iki övrətin erməni olduğunu güman edən müsəlman cavanları səhvən onları da vurub öldürmüşdülər.
    Ermənilər Malıbəylidən çıxarıldıqdan sonra Xankəndindən və Qaladan gələn dəstələr gurultu ilə Malıbəyliyə daxil oldular və onlar Malıbəyli müdafiəçilərinə qoşularaq salavat və "Ya Əli!” nərələri çəkib cəsarətlə ermənilərin üzərinə hücum çəkdilər. Gülləbaran nəticəsində daha on beş erməni öldürüldü. Ermənilər vəziyyəti belə görən kimi pərən-pərən olub qaçmağa başladılar. Həmin həlak olan 15 nəfərin meyidini də götürüb kənarda saxladılmış və qənimət üçün gətirilmiş arabalara qoyub apardılar. Hacı Təhmirəzin evində öldürülmüş 9 erməni meyidi isə elə oradaca evlə birlikdə yanmışdı. Qaçan erməniləri müsəlman döyüşçüləri gülləbaran edə-edə təqib edirdilər. Sonra daşların dibində, çökək və çuxur yerlərdə ölən ermənilərin meyidlərini saydılar. Onların miqdarı 80 nəfərə çatmışdı. Müsəlmanlar tərəfdən isə bu davada ölənlər Hacı Məhəmmədin bir cavan oğlu və Hacı Təhmirəzin evində iki övrət olmuşdur.
    Hacı Təhmirəzin evində öldürülmüş 9 nəfər ermənidən beşi kazak çinovniki paltarları geyiniblərmiş ki, müsəlmanlar onları kazak bilib atəş açmasınlar.
    Qaybalı kəndinin əhvalatı
    Xəlifəlilər belə bir tədbir görmüşdülər ki, şəvval ayının 18-də gecə qəflətən Qaybalı kəndinin üzərinə hücum edərək oranı darmadağın etsinlər. Bir naxələf, zatı qəliz müsəlman gedib Qaybalı ermənilərini xəlifəlilərin tədbirindən xəbərdar edir. Ermənilər tədbirdən xəbərdar olan kimi Qalaya və kəndlərə adam göndərib tezliklə kömək göndərmələrini tələb edirlər. Hər yerdən ermənilər cəm olub Qaybalıya gəlirlər. Köməyə gələn ermənilər iki yerə bölünərək bir qismi kəndi müdafiə etmək üçün orada qalır, digər bir qismi isə silahlarını götürüb başqa bir yerdə gizlənirlər. Gecədən 4 saat keçdikdən sonra 30-40 nəfər xəlifəli və neçə nəfər kürd tayfasından hamısı silahlı Qaybalının üzərinə hücuma keçdilər. Onlar əvvəlcə iki dənə mərəyə od vurdular. Ondan sonra kəndi gülləyə tutdular. Kənd əhli hücumdan qabaqcadan xəbərdar olmasına baxmayaraq, nalə və fəryadları göyə ucaldı. Onların bir parası tüfəng atmağa, qışqırıq salmağa və bir parası isə yalvarıb Həzrəti Abbası köməyə çağırmağa başladılar. Xülasə, bunları gülləbaran edib atışırdılar. Ermənilərdən 11 nəfər qətlə yetirilmişdi ki, bu vaxt pusquda durmuş ermənilər Qaybalı yaxınlığında yerləşən bir neçə müsəlman evlərinin üzərinə hücum çəkdilər. Bu evlərdə yaşayan müsəlmanların babası laçınlı Məhəmməd ləqəbi daşımış məşhur aşpaz olmuşdu. Ermənilər həmin laçınlıların evlərini gülləbaran etməyə başladılar. Onların aş qazanlarına da od vurub yandırdılar. Əhvalatdan xəbərdar olan kimi müsəlmanlar Qaybalıdan qayıdıb laçınlılara köməyə gəldilər. Onlar erməniləri gülləbaran edərək oradan qovdular. Nəhayət, atışma dayandı və sakitlik yarandı.
    20 şəvval 1323 –cü (1905) ildə Pirəməkidə baş verən əhvalat
    Bu günlərdə Qala igidlərindən və gözətçilərindən ibarət müsəlmanlar atlanıb Malıbəyliyə gəldilər. Oradan da bir neçə gənc bələdçi bunlara qoşulub atlarını birbaşa Pirəməki deyilən yerə sürdülər. Pirəməki Şuşakənd ermənilərinin ot-ələf və əkinçilik yerləri idi. Həmin yerdə böyük-böyük ot tayaları var idi. Ermənilərin biçib yığdıqları 150 tayaya və neçə mərəklərə, talvarlara od vurub yandırdılar. Ot tayalarının alovları Qaladan görünürdü. Tayalar yandırıldıqdan sonra müsəlmanlar rus kazakları ilə sözü bir yerə qoyub Pirəməkidəki bütün məxzənlərdə və quyularda olan arpa və buğdanı çıxarıb arabalara yükləyib özlərinə mal etdilər.
    Həmin günün sabahı divan əhli Pirəməkiyə gəlib ətraf dağları və meşələri təftiş etməyə başladılar. Təftiş zamanı Malıbəylidə baş vermiş erməni-müsəlman davası nəticəsində həlak olmuş iyirmi nəfər erməninin meyidini tapdılar. Onların hamısının, patrondaşları əyinlərində, tüfəngləri isə yanında düşüb qalmışdı. Bunların əksəriyyəti yaralı olduğundan qaçıb özlərini xilas etmək istəyiblərsə də, mümkün olmayıb. Hərəsi bir yanda yıxılıb ölüblər. Ermənilərin divana verdiyi məlumata görə, 107 nəfər erməni ölmüşdü.
    Təəccüb və təəssüf doğuran budur ki, erməni milləti bu qədər can və mal xəsarətinə düçar olsalar da, tutduqları əməldən bir nəticə çıxarmayıb nə peşiman olurlar, nə də qəflət yuxusundan ayılırlar. Hər şəhərin və hər kəndin içində, ömrü boyu öz əməyi ilə iki qara pul qazanmayan və həmişə fitnə-fəsadlar törədərək milləti min cür bəlalara düçar edən qımdatlar yazıq sadə erməniləri hədələyərək onların zəhmətlə qazandıqları pullarını min bəhanə ilə əllərindən alıb ciblərini doldurur və kefləri də istəyəndə min cür hiylələr işlədib həm onları, həm də başqalarını öldürürdülər. Övrət və uşaqlarını isə ac və yalavac, gözləri yaşlı qoyurlar.
    İrəvanlı erməni Həmzatın əhvalatı
    (24 şəvval 1323-cü il)
    Cavanşir eli tərəfdən dalbadal kağızlar gəldi ki, neçə yüz müsəlman atlısı yekdil olub erməni kəndlərinə basqın edirlər. Onlar hansı kəndə girirlərsə, ermənilərə səngərlərə girməyə fürsət vermirdilər. Onlar əvvəlcə Sərab adlı kəndə daxil olaraq "Ya Əli!” nərəsi çəkə-çəkə ermənilərin üzərinə hücum çəkdilər. Ermənilər bu hücumdan vəhşətə gələrək elə karıxdılar ki, müqavimət göstərməyə qüdrətləri çatmadı. Pərən-pərən olaraq əllərinə nə keçdisə götürüb hərə bir tərəfə qaçdı. Bir qismi isə məxfi yerlərdə gizləndilər. Sərab kəndindən sonra müsəlman atlıları Başkəndə, sonra Marağa kəndinə, oradan isə Çaylı kəndinə hücum etdilər və ermənilərə böyük zərbə edirdilər. Müsəlmanlar birdən gördülər ki, onların qarşısına bir-iki erməni qımdatının rəhbərlik etdiyi bir zor dəstə çıxdı. Onlara rəhbərlik edənlərdən biri İrəvan əhlindən olan erməni Həmzat idi. Bu Həmzat neçə-neçə fitnə-fəsadlara və nahaq qanların tökülməsinə bais olmuşdu. Belə ki, İrəvan tərəfdə və Osmanlı dövlətində bir çox iğtişaşların yaradılmasına o rəhbərlik etmişdi. O, Şuşa şəhərinə üç il əvvəl gəlibmiş. Həmzat əvvəlcə özünü qabiliyyətli bir zərgər kimi qələmə verərək müsəlman bazarında zərgərlik dükanı açır. Buna görə də Qarabağın əyanlarının çoxu özləri və qadınları üçün hazırlatmaq istədikləri zinət şeylərini Həmzata sifariş verirdilər. Həmzat isə gizlincə müsəlmanlara qarşı iş aparırdı. O, şəhərdə və kənddə yaşayan ermənilərin birliyinə nail olmaq üçün böyük qımdatların köməyi ilə Osmanlı ermənilərindən gətirdiyi vərəqələr və qəzetlər vasitəsi ilə təbliğat işi apararaq onlarda müsəlmanlara qarşı nifrət yaratmağa çalışırdı. Həmzat müsəlmanların və dövlətin ziddinə iş aparmaqla bərabər, ayrı-ayrı siniflərdən olan qımdat dəstələri yaradırdı. O, qüvvətli qımdat dəstələrinin yaradılmasına nail olduqdan sonra erməni tayfasının dövlətlilərindən böyük miqdarda pullar toplamağa başladı. O, müəyyənləşdirmişdi ki, filan erməni dövlətlisi qımdat divanxanasına bu qədər məbləğdə pul verməlidir. Əgər o şəxs sözsüz-danışıqsız müəyyən edilmiş pulu verirdisə, canını qurtarırdı. Əks halda, yəni pulu vermədikdə həmin şəxs qımdatlar tərəfindən qətlə yetirilirdi. Beləliklə də, onlar çoxlu miqdarda pul topladılar. Həmzat və onun silahdaşları pul toplamaq məqsədilə oğurluqdan da çəkinmirdilər. Belə ki, bir gün iki-üç nəfər dövlət poçtundan xəzinəyə 43 min manat pul və nə qədər veksel apardıqları zaman qımdatlardan bir neçəsi hücum çəkərək onları öldürmüş və pulları isə aparmışlar. Qımdatlar 43 min pulu apardıqdan sonra daha da tamahlanaraq bir neçə rus böyüklərini öldürdülər. Divan adamları Həmzatın bu əməllərindən və gizli məktublarından xəbərdar olduqdan sonra onu həbs etdilər. O, həbs olunduqdan sonra müsəlman əyanlarından o günədək aldığı qızılların hamısını mənimsəyərək heç kəsə bir qram belə qızıl qaytarmadı. Bir neçə aydan sonra o, həbsxanadan buraxıldı. Həmzat özünə bir at alıb bir neçə qımdatla birlikdə kəndistan yerlərinə gedərək erməni dəstələri yaradıb, əhalini dövlətin ziddinə əməllər törətməyə təhrik edirdi. Bir qədər qüvvətləndikdən sonra isə müsəlmanlarla dava etməyə başladılar. Dövlət onun tutulması üçün bir neçə dəfə kazaklar göndərsə də, müsəlmanlar ona qarşı mübarizəyə qalxanacan nail olmadı. Müsəlmanlar Həmzatın dəstələri ilə uzun atışmadan və onların sıralarına böyük zərbələr endirdikdən sonra məğlubiyyətə düçar oldular. Bu döyüşdə böyük bir erməni qımdatı da öldürüldü. Ermənilər dərhal həmin qımdatın başını kəsib torbaya qoyaraq onun atı və sursatını özləri ilə birlikdə apardılar. Müsəlmanlar güman etdilər ki, ermənilərin başını apardıqları böyük qımdat Həmzat olmuşdur. Lakin sonra məlum oldu ki, o deyilmiş.
    Category: Erməni Müsəlman davası (1905) | Added by: Islam_Kitabxanasi
    Views: 397 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2020