İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:46 AM
    «KUTUBE ƏRBƏƏ – 4 KİTAB»

          Bu came kitabı, şiə məzhəbinin mərcəi, həzrət imam Rza (ə)-ın dövründən dini və şəri məsələlərdən ibarət olan hökümlər idi. Mərhum Kuleyni (vəfatı - 329-cu il) sonralar «Kafi» kitabını təlif etdi. Yenı və xas bir uslubda xəbərləri came kitabinda topladı. Onun ardınca mərhum ibn Babaveyh (vəfatı- hicri-qəməri tarixi ilə 381-ci il) «Mən la yəhzuruhul fəqih» və sonralar isə mərhum Şeyx Tusi (vəfatı- hicri-qəməri tarixi ilə 460-cı il) öz tanınmış kitabında «Təhzib və İstibsa»sını təlif edərək müxtəlif hədisləri Usule ərbəə miə (400 usuldan) və Came kitabından, həmçinin əimmə (ə)-ın başqa səhabələrinin kitablarından toplayıb bir yerə yığdı. (Bu hissədə Came əhadisuş-şiə kitabının müqəddiməsinə müraciət edə bilərsiniz.) Bu dörd kitab «Ərbəə» adı ilə yəni mötəbər dördlük kitab adı ilə tanındı. Əlbəttə şiə məzhəbinin böyük alimləri bu dörd kitabdan əlavə, mühüm və müxtəlif mövzularda – tarix, təfsir, hədis və s.. kitablar təlif edib toplamışlar. Həmin kitablar hal hazırda bizim zamana qədər gəlib çımışdır. Həmçinin, İslam kitabxanalarının çoxunu hal-hazırda bəzəməkdədir. 
          Lakin, bu dörd kitab, şiə məzhəbinin alimlərinin və müctəhidlərin şəri hökümlərinin isbat olunmasında (dəlillə ələ gətirilməsində) əsas böyük rol oynadığı üçün, alimlər tərəfindən xüsusi diqqətlə nəzarət altında saxlanılır. O cümlədən bu kitabları hifz olunaraq qorunması və ona muraciət olunması başqa kitablara nisbət daha çox əhəmiyyət tapmışdır. Kitablarla tanışlıqdan sonra böyük elm sahibləri, hədis elmi ustaları düyünlü olan və mənası başa düşülməyən hədisləri bu kitablar vasitəsi ilə açıqlayır və dörd kitabdan başqa mötəbər usullarla qanunlar düzəltməklə böyük kitablar yazmışlar. 
          Bu, şiə məzhəbində ilk gündən bu günə kimi olan hədis yazılışının çox kiçik tarixçəsi idi. İndi isə sünni məzhəbində olan hədislərin yazılış tarixinə nəzər salaq. 
         
    «SÜNNİ MƏZHƏBİNDƏ HƏDİSLƏRİN YAZILMASI»

          Qeyd etdiyimiz kimi Həzrət Muhəmməd (s)-in vəfatından sonra onun səhabələrindən bir qrupu, o cümlədən Əbu Bəkr, Ömər ibn Xəttab hədis yazmaqda müxalifət etmişdir. Nəinki yazılmasında, bəlkə onun şifahi surətdə nəql olunmasının da qarşısını almışlar. Hədis nəql edənlər, Peyğəmbər (s) zamanında o həzrətin mübarək dilindən eşitdiklərini nəinki nəql edə bilir, bəlkə o həzrətin zamanında yazdıqları hədisləri su ilə yumuş və ya oda ataraq yandırmışlar.
         Əlbəttə sonralar bu düzgün olmayan əməlin üstünü örtbastır etmək üçün Həzrət (s)-in özünə nisbət verilən uydurma və elmin ziddinə olan hədislər nəql etmişlər. Məs: 
         
    لا تَكْتُبُواعَنِّي وَمَنْ كَتَبَ عَنِّي غَيْرالقُرْانَ فَلْيَمْحُه

          «Məndən bir şey yazmayın. Hər kəs Qurandan başqa bir şey məndən yazarsa onu aradan aparsın» (Əttəsbitu fil hədis. Bu hədisin uydurma və qondarma olmasına açıq dəlil budur ki, birinci xəlifə (Əbu Bəkr) və ikinci xəlifə (Ömər) bu hədisə əməl etməmişlər. Çünki, sonrakı səhifələrdə gələn mətləbə diqqət edərsiniz görərsiniz ki, bu iki xəlifə hədislərin yazılma və yayılmasının qarşısını almaq üçün boş və mənasız dəlillər gətirmişlər. Əgər həqiqətən hədisin yazılmasinda Peyğəmbər (s) tərəfindən belə qadağa var idisə, onlar öz hədəflərinin və planlarının irəli getməsində o hədisdən yaxşı istifadə edərək bəhrələnə bilərdilər. Bundan əlavə Peyğəmbər (s) belə əmri, hədis yazmamaq barədə vermış olsa böyük alimlər məs: Malik «Məvəttə» adlı hədis kitabını sahibi və Əhməd ibn Hənbəl «Musnəd» kitabının sahibi və «Sihah, Sünən və Məsanid» kimi kitabların sahibləri o həzrətin (s) əmrinin qarşısında müxalifət etmiş olurlar. Bu da başqa bir dəlildir ki, əhli sünnə məzhəbinin alimləri də bu hədisi ya kökündən qəbul etmirlər və ya xüsusi bir yerə aid olduğunu bildirirlər.
          Bu hədisin uydurma və qondarma olmasına açıq dəlil budur ki, birinci xəlifə (Əbu Bəkr) və ikinci xəlifə (Ömər) bu hədisə əməl etməmişlər. Çünki, sonrakı səhifələrdə gələn mətləbə diqqət edərsiniz görərsiniz ki, bu iki xəlifə hədislərin yazılma və yayılmasının qarşısını almaq üçün boş və mənasız dəlillər gətirmişlər. Əgər həqiqətən hədisin yazılmasinda Peyğəmbər (s) tərəfindən belə qadağa var idisə, onlar öz hədəflərinin və planlarının irəli getməsində o hədisdən yaxşı istifadə edərək bəhrələnə bilərdilər. Bundan əlavə Peyğəmbər (s) belə əmri, hədis yazmamaq barədə vermış olsa böyük alimlər məs: Malik «Məvəttə» adlı hədis kitabını sahibi və Əhməd ibn Hənbəl «Musnəd» kitabının sahibi və «Sihah, Sünən və Məsanid» kimi kitabların sahibləri o həzrətin (s) əmrinin qarşısında müxalifət etmiş olurlar. Bu da başqa bir dəlildir ki, əhli sünnə məzhəbinin alimləri də bu hədisi ya kökündən qəbul etmirlər və ya xüsusi bir yerə aid olduğunu bildirirlər.)

    «ƏBU BƏKRİN XİLAFƏTİ DÖVRÜNDƏ HƏDİS YAZILIŞININ QADAĞAN EDİLMƏSİ»

         Əbu Bəkr Rəsuli Əkrəm (s)-in vəfatından sonra camaatı bir yerə yığdı və dedı: 
          «Siz, Peyğəmbər (s)-dan hədislər nəql edirsiniz. Bəzən sizin aranızda ixtilaflar baş verir. Əgər iş belə getsə gələcəkdə müsəlmanlar çox möhkəm və şiddətli ixtilaflara düçar olacaqlar. Bu səbəbdən, bu gündən etibarən Peyğəmbər (s)-dən heç bir hədis nəql etməyin. Əgər sizlərdən bir kəs sual soruşarsa deyin ki, bizimlə sizin aranızda həmin Quran kitabı kifayət edər və bəsdir. Onun halalını halal və haramını isə haram bilin. (Təzkiratul hifaz c-1,s-3)
         Ayişə deyir: Atam (Əbu Bəkr), Peyğəmbər (s)-dən 500 hədis yazaraq toplamışdır. Bir gecə gördüm ki yatağında çox narahatdır. Onun narahatlığı məni də narahat etdi. Səhər açılanda narahatlığının səbəbini ondan soruşdum. 
          Dedi: - Qızım! Sənin yanında olan hədisləri mənə gətir. Sonra əmr etdi bir od qaladılar. Hədislərin hamısını yandırdı. Bu əməli özü belə izah etdi: «Qorxuram öləm və bu hədislər sənin yanında qalsın. Bəlkə onların içində elə bir hədislər vardır ki, onları etimadlı şəxslərdən nəql etmişəm. Lakin, mükündür ki, onlar saleh insanlar olmasın və onların səhvlərinin məsuliyyəti mənim üzərimə düşsün». (Təzkiratul hifaz c-5, c-1) 
         Həqiqət burasındadır ki, xəlifənin bu əməli bir tətərfdən öz sözü ilə hədis nəql etməyi qadağan olunmasını elan etmiş və başqa cəhətdən isə əməli surətdə 500 hədis yazdıqdan sonra onları oda ataraq yandırmışdır. Görəsən bu əməl musəlmanlarda, hədis əzbərləyənlərdə və söyləyənlərdə hansı əks təsirləri qoydu və ya arzu olunmaz nəticələri verdi? Nəticə belə oldu ki, təqribən üç il müddətində Əbu Bəkrin xilafəti dövründə hədis yazmaq və nəql etmək qadağan olundu. Müsəlmanlar təkcə Qurana, onun təfsiri və izahı olmadan diqqət etdilər. Xəlifənin bu əmri verməkdə məqsədi guya müsəlmanların bütün bəhslərini Qurana yönəltmək idi. 
         
    «ÖMƏRİN XİLAFƏTİ ZAMANI HƏDİS NƏQLİNİN QADAĞAN OLUNMASI»

          Ömər ibn Xəttabın on illik xilafəti dövründə (Ömərin xilafəti on il altı ay və dörd gün olmuşdur.) yürütdüyü qəzəbli siyasət nəticəsində hədis yazmaq və söyləmək qadağan edildi.
          İkinci xəlifə nəinki hədis yazmağa və söyləməyə qadağa qoydu bəlkə, bu işin icra olunmasında zor tətbiq etməkdən çəkinmədi. Tanınmış səhabə Qerzətibni Kəb (Qerzə (قرظه) səhabələr içində ən tanınmış və ləyaqətli şəxslərdəndir. Uhud və başqa döyüşlərdə Peyğəmbər (s)-in kənarında igidlik göstərmişdir. İsabənin nəqlinə əsasən Kufədə Peyğəmbər (s)-a növhəsəralıq edən birinci şəxs həmin Qerzət ibn Kəb olmuşdur.) belə deyir: - Eləki Ömər bizi İraqa tərəf yola salmaq istədi, özü bizi «Sərar» (Məkan adı)-a kimi ötürdü. Yol arasında bizdən soruşdu:
          - Bilirsiniz sizi nəyə görə yola salıram? Dedik: - bizə hörmət etdiyin üçün! Dedi: - Hə, amma burda başqa bir mətləb də var. O da budur ki, siz elə bir yerə gedirsiniz ki o şəhərin əhli Quran oxumaqla məscidləri və oranın mühütini zinətləndirmişlər. Hədis söyləyib onları Quran tilavətindən saxlamayın. Quranı gücləndirin və onunla birgə heç bir kəlməni və ya hədisi dilinizə gətirməyin. Peyğəmbər (s)-dan olan rəvayətləri az danışın. Mən də sizin bu işinizdə sizə şərik, sizinlə həmkar və bu əməldə sizi müdafiə edərəm.
          Eləki Qerzət ibn Kəb Kufəyə daxil oldu. Ondan Peyğəmbər (s)-in hədislərindən və kəlamlarından söyləməsini istədilər. Qerzə onların cavabında belə dedi: - Ömər bizə hədis söyləməyi qadağan edib. (Mustədrəkul Hakim c-1, s-102; Sunən ibn Macə c-1, bab-3; Təbəqat c-6,s-2; Cameul bəyanul elm c-2,s-148; Sunəni Darəmi c-1, s-85; Təzkiratul Hifaz c-1, s-3;)
          Zəhəbi «Təzkiratul hifaz» - kitabında nəql edir ki: - Əbu Sələmə Əbu Hureyrəyə dedi: - Ömərin xilafəti dövründə də indiki kimi hədis söyləməkdə azad idin? (yəni hədis söyləyə bilirdin?) 
          Əbu Hureyrə onun cavabında belə dedi: - Əgər Ömərin zamanında hədis söyləsəydim cavabımı taziyanə ilə verirdilər. (Təzkiratul Hifaz c-1, s-4)
          Ömər, Peyğəmbər (s)-in səhabələri ilə hədislərin söylənilməsində onları çox çətin və ağır vəziyyətdə qoyaraq yersiz bəhanələr gətirirdi. Eləki Əbu Musa Əşəri «istezan» (ev sahibinə əziyyət vermək) barədə bir hədis nəql etdi, Ömər dedi: – «Əgər bu hədisinə şahid gətirməsən səni pis cəzalandıracam». Bəzən bu hədə qorxular camaatın etirazina səbəb olurdu. Beləki, Əbu Munzir həmin dastanda Ömərə belə dedi: 
         
    فَلاتَكُنْ يَبْنَ الْخَطَّابْ عَذَاباًعَلَي أَصْحَابِ رَسُول الله (ص)

          Ey Xəttabın oğlu! Peyğəmbər (s)-in səhabələrinə narahatlıq və əziyyət vermə. (Səhihi Buxari c-6, Babul istezan – bu dastanın geniş təfsili kitabın ikinci cildinin xilafət bəhsində (Xəlifələrin hökümlərə cahilliyi bəhsində) gətirəcəyik.)
         Ömər tanınmış hədisçilərdən üç nəfəri: «İbn Məsud, Əbu Dərda və Əbu Məsud Ənsarini» hədis nəql etdiklərinə görə Mədinədə nəzarət altında saxlamış və ta ölənə kimi bu üç nəfər ev dustağı kimi yaşamışlar. (Təzkiratul Hifaz c-1, s-7 və Məcməul Zəvaid c-1, s-149.)
         Hakim öz «Mustədrək» adlı kitabında Ömərin əmri il üç nəfəri – İbn Məsud, Əbu Dərda və Əbazər (Mustədrək c-1, s-110) - hədis söylədiklərinə görə, onların qarşısını almaq üçün nəzarət altında saxlanılaraq sonradan həbs olunduqlarını yazır. 
          Bu hədə qorxuların və hədis söyləməyin qadağan olunmasının nəticəsini, Peyğəmbər (s)-in səhabələrindən olan Saib ibn Yezid (vəfati-hicri-qəməri tarixi ilə 80-ci il.) nəql edərək belə açıqlayır: «Mən, Səid ibn Maliklə (İstiabın nəqlinə əsasən c-2, s-602; - O, ənsar alimlərindən idi və Peyğəmbər (s)-dan çoxlu hədislər hifz etmişdir)) Mədinədən ta Məkkəyə kimi bir yerde yol yoldaşı oldum. Səd, bu uzun səfərdə yol boyu hətta bir dənə də olsun Peyğəmbər (s)-dən hədis söyləmədi». (Sunən ibn Macə c-1, s-12)
          Şəbi deyir: «Bir il Əbdullah ibn Ömərlə bir məclisdə oldum. İl boyunca Peyğəmbər (s)-dən bir dənə də olsa hədis söyləmədi». (Təbəqat ibn Səd c-4, s-106; Sunən ibn Macə c-1, bab-3; Səhihi Buxari c-9, bab- Xəbərul mərətul vahidə.)
         
    «ÖMƏRİN VAXTINDA HƏDİS YAZMAQ VƏ TOPLAMAĞIN QADAĞAN OLUNMASI»

         İbn Səd öz Təbaqat adlı kitabında deyir:
         Ömər ibn Xəttab bir gün sunən və hədislərin yazılması barədə qəti qərara gəldi. Bu barədə Peyğəmbər (s)-in səhabələri ilə məşvərət etdi. Səhabələr hamısı müsbət cavabla razı olduqlarını bildirdilər və bu işin çox lazım olduğunu vurğuladılar. Ömər, bir ay şübhə ilə səbr etdi. Bir aydan sonra dedi:
          - «Mən özüm hədislərin yazılmasında qabaqcıl şəxslərdənəm. Bu mövzunu da özüm açdım. Lakin, sonra bu məsələyə diqqət etdim ki, sizdən öncə kitab əhlindən olan bir qrup Allahın kitabı olan yerdə, başqa kitabların yazılmasına üstünlük verirdilər və ona çox rəğbət bəsləyirdilər. Nəticədə isə, Allahın kitabını tərk etdilər. Bu səbəbdən mən də Allahın kitabına bir şey artırılmasına yol verə bilmərəm».
          Bununla da Ömər öz fikrindən döndü və hədisin yazılmasını və toplanmasını tərk etdi. (Təbəqat ibn Səd c-3, s-206; Əbu Talib muminul Qurəyş c-2 və 3)
         
    «HƏDİS OSMANIN DÖVRÜNDƏ»

         Osmanın on iki illik xilafət dövrü, İslam tarixinin ən zülmətli və acinacaqlı tarixi hadisələrindən biri kimi sayılır. Çünki, bu müddət ərzində neçə illər dünyapərəstlik, haqsızlıq və zülm yüksək dərəcəyə çatmışdı. Müsəlmanların beytul malı, zəiflərin və fəqirlərin hüququ o şəxslərin əlində idi ki, onların Osmanla qohumluq əlaqəsi var idi. Osmanın sarayında qarnını doldurmaqla məşğul olanlar və təmtəraqlı saray sahibləri keyf və işrət içində olduqları bir halda, başqa müsəlmanlar bu sarayların qapısı ağzında gecələrı səhərə kimi aclıqdan yata bilmirdilər. 
          Peyğəmbər (s) səhabələrindən ən ləyaqətli şəxsləri hökumət başına və məsuliyyətli vəzifələrə təyin etməkdənsə, onların əvəzinə Vəlid, Mərvan, Müaviyə və s.. kimi cinayətkar şəxsləri iş başına və məsuliyyətli vəzifələrə təyin etmişdir.
          Allah Peyğəmbərinin (s) səhabələri xilafətlə həmkarlıq etməkdikləri, Quran oxuduqları və Peyğəmbər (s)-in hədislərini söylədikləri üçün həmişə zəmanənin xəlifəsi Osman tərəfindən əzab və əziyyət olunurdular. Osmanın bu hərəkətləri, səhabələrin və o cümlədən haqq tərəfdarı olan müsəlamanların üsyanına səbəb oldu.
          Osmanın xilafəti dövründə nəinki hədisə, hətta Quran ayələrinə belə diqqət olunmurdu. Quran oxuyanları və hədis söyləyənləri cəmiyyətdən uzaq biyabanlara sürgün etməklə, bəzilərini isə zindanlara salmaqla, bəzilərini isə şallaq və taziyanələrlə hədis söyləmələrinin qarşısını alırdılar. 
          Böyük və zahid səhabələrdən olan Əbazər Qəffarinin sürgün olunması, Əbdullah ibn Məsud kimi böyük səhabənin məscid yanında döyülərək dişlərinin və qabirğalarının sındırılması, Əmmar Yasir kimi səhabənin döyülməsi, onun bu əzabın təsirindən bihuş olması və s... kimi tarixi faktları buna misal gətirmək olar.
          Xülasə, İslamın qabaqcıl və ön cərgəsində duran, Peyğəmbər (s)-in səhabələrindən sayı ona çatan bir çoxunun belə əziyyət çəkməsi (döyülmək, söyülmək, sürgün və həbs olmaları) Osmanın xilafəti dövründə gözə dəyir. (Bu hadisələrin geniş məzmunu Əlğədir kitabında verilmişdir c-8 və 9)
          Osman mənbər üstə özü eşitdiyi hədislərdən başqa hədislərin söylənilməsinə yersiz qadağa qoyaraq belə fərman vermişdir ki; 
         
    لايَحِلُّ لاَحَدٍأَنْ يَرْوي حَدِيثاًعَنْ رَسُولُ الله(ص) لَمْ اسْمَعْ بِهِ فِي عَهْدِ أبِي بَكْرٍوَلاعَهْدِعُمَرِ

          «Əbu Bəkr və Ömərin xilafəti zamanında onlardan eşitdiyim hədislərdən başqa heç kəsin haqqı yoxdur ki, Peyğəmbər (s)-dən hədis söyləsin (Qubulil əxbar c-29, Musnəd İmam Əhməd c-1, s-363 - Sunət tədvindən oncə s-97 kitabından nəql etmişdir; Təbəqat ibn Səd c-2, 2-ci qism, s-100)».
          Beləliklə, hədis söyləməyi qadağan etdi və bu işi ilə hədis yazmağı qəti surətdə qadağan etdiyi məlum olur.

         «HƏDİS MÜAVİYƏNİN ZAMANINDA»

         Müaviyənin təqribən 40 ilə yaxın çəkən xilafəti və hökuməti dövründə, xüsusilə xilafətinin axırırncı 25 ilində (Osmanın ölümündən öz ölümünə kimi hic-35-ci ilindən ta 60-cı ilinə kimi), uydurma və qondarma hədislər, əvvəlki xəlifələrin dövründən daha çox inkişaf etməyə başladı.
          Əmirəl möminin Əli (ə)-ın məqam və vəziyyətini nəzərə almaqla, o həzrət-dən nəql olunan səhih və düzgün hədislərin təsəvvür olunmaz dərəcədə çoxluğu, Müaviyənin o zamanki siyasi vəziyyətinin təmamilə zərərinə idi. Belə düzgün hədislərin qarşısında uydurulmuş hədisləri müxtəlif yollarla camaatın nəzərinə çatdırmaq lazım gəlirdi. Beləliklə yalan və uydurma hədislərin müxtəlif yollarla yayılması Müaviyənin və onun siyasətinin xeyrinə qurtardı.
          Müaviyənin nəzərdə tutduğu məxsus hiylələri hər iki tərəfdən təmin edilərək, həyata keçirildi. Çünki, bir tərəfdən mənbərlərdə Əbu Bəkr və Ömərin xilafətindən başqa dövrlərdən nəql olunan hədislərə qadağan qoyulur (Səhihi Muslim c-3, Ənnəhyu ənil məsələ babı və c-5, Babus-sərf və biuz-zəhəb), başqa tərəfdən isə camaata Osman və səhabə barəsində hədislər nəql olunurdu. Belə hədislərə diqqət edən, əzbərləyən şəxslərə hədiyyələr və böyük ənamlar verilirdi. Bu yolla bir çox şəxsləri yalan və uydurma hədislərin yazılmasına və çoxalmasına rəğbətləndirirdi.
          Biz, Müaviyənin əmri ilə uydurma hədislərin yazılmasına və səhih hədislərin isə nəql olunmasına qoyulan qadağanı, Əbul Həsən Mədainin (Əbul Həsən Mədaini tarix üzrə böyük alimdir. Müxtəlif kitablar təlif etmişdir məs: - Xətəbun Nəbiy və əhdas; Xutəbu Əmirəl möminin; Mən qətələ minət-talibin; Fatimiyyat və s. İbn Əbil Hədid Mötəzili «Nəhcul-bəlağənin» şərhində ondan bir çox mətləblər nəql etmişdir. Mədaini 90 yaşında 225-ci hq-i tarixində Bağdadda vəfat etmişdir.) sözlərindən bir qismini tərcümə etməklə bəzi tarixi sübut və dəlilləri müxtəsər şəkildə təəccüblü nöqtələri ilə birgə əziz oxucuların ixtiyarına qoyuruq.
          Mədaini öz qiymətli «Əl-Əhdas» adlı kitabında belə deyir : 
          - Müaviyə bütün əlaltıları və təyin etdiyi əyalət hakimlərinə fərman yazdı. Məktubda belə deyilir: «Mən, özümü ƏbuTurab (Əli (ə)) və onun övladlarının fəziləti barədə hədis nəql edənlərdən öz himayəmi götürdüm və onların qanını halal etdim.
          Bu fərmanın nəticəsində, xütbə oxuyanlar və xəbər deyənlər İslamın geniş məmləkətlərinin bütün nöqtələrində, mənbərlərdə belə İmam Əli (ə)-a lənət oxumağa başlayaraq ondan uzaqlaşmağı təbliğ etdilər. İmam Əli (ə)-a və onun övladlarına nisbət bir çox böhtanlar atıldı və onun ünvanına yersiz sözlər deyilirdi. Kufə əhli başqa şəhərlərdən fərqli olaraq biçarəlik, bədbəxtlik və müsibət kirdabında çox qalmışdı. Çünki, Kufədə Əli (ə)-ın şiələri başqa yerlərə nisbətən çox idi. Şübhəsiz ki, Əbu Süfyan oğlu Müaviyənin bu şəhərə zülmü başqa şəhərlərdən daha çox idi. Buna görə də Kufənin hökumət və idarə sistemini Ziyad ibn Suməyyəyə təhvil verdi və Bəsrəni də ona artırdı. Ziyad ibn Suməyyə də, Müaviyənin bu məhəbbəti, lütfü qarşısında, duz çörəyi itirmədi və Əbu Süfyan oğlu Müaviyənin haqqını taptalamadı. Əli (ə)-ın şiələrini daşın və torpağın altından, harada gizlin və aşkar yaşayırdılarsa taparaq onları öldürürdü. Əli (ə)-ın şiələrinin ürəklərində qorxu və vəhşət yaratmışdı. Onların əl-ayaqlarını kəsir, gözlərini çıxardaraq kor edirdi. Bu cinayətlərin nəticəsində, Əli (ə)-ın şiələri İraqdan qaçaraq, ucqar yerlərə pənah aparır və öz əqidələrini hamıdan məxfi saxlayırdılar. Xülasə, Kufədə tanınmış və iş bilən bir şiə qalmadı». 
          Mədaini sonra əlavə edərək deyir ki; - «Əbu Süfyan oğlu Müaviyə öz sərkərdələrinə əmr etdi ki, Əli (ə)-in övladlarının və onun şiələrinin məhkəmədə verdikləri şahidliyini qəbul etməsinlər. Həmçinin əmr etdi ki, öz yerlərində Osmanın və onun ailisinin tərafdarları və Osmanın fəzilətləri barədə uydurma hədis söyləyən şəxslər barədə çox diqqətli olsunlar. Onlara məclislərdə hörmət etmək və əzizləməkdə səhlənkarlıq etməsinlər. O cümlədən Osmanın barəsində hədis söyləyən hər bir kəsin şəxsiyyətini və tərcumeyi halını kamil surətdə yazaraq Müaviyənin sarayına, Şam şəhərinə göndərsinlər.
          Sərkərdələr bu əmrə əsasən, Osmanın fəziləti barədə bir cümlə belə söyləyən hər bir kəsə xüsusi sənəd verərək ona maaş və ənamlar müəyyən edirdilər. Bu da, Osmanın fəzilətləri barədə çoxlu mətləblərin nəql olunmasına səbəb oldu. Çünki, belə hədisləri nəql edənlər Müaviyənin məxsus hədiyyə və mükafatlarına layiq görülürdülər». 
          Mədaini deyir:
          - «Müaviyənin belə bəxşişləri, hakimlərin uydurma hədis yazmağa həvəsləndirmələri nəticəsində bütün İslam şəhərlərində saxta hədis yazmaq adi bir hala çevrildi. Müaviyənin şəhərlərə qoyduğu hakimlərin yanında hər kəs istər yaxşı və ya pis Osmanın barəsində bir fəzilət və ya hədis nəql edərdisə hədis sual cavabsız qəbul olunur, hədis söyləyənin adı isə hədiyyələr dəftərində qeyd olunurdu. O cümlədən Müaviyə yanında hörmətə minirdi. Belə şəxsin istəyi və sözü heç vaxt rədd olunmurdu».
         
    «İKİNCİ FƏRMAN»

          Görkəmli və tanınmış alim Mədaini öz sözlərini belə davam edir:
          «Əbu Süfyan oğlu Müaviyə Osman barədə söylənilən rəvayətlərin düzəlməsindən bir müddət sonra vilayət başçılarına belə yazdı:
          «Osman barədə hədislər kifayət edər. Həddindən artıq çoxalaraq İslam məmləkətlərinin bütün nöqtələrinə kifayət qədər çatmışdır. Bu fərman əlinizə çatan kimi camaatı səhabələrin və iki xəlifənin (Əbu Bəkr və Ömər) fəzilətləri barəsində hədis uydurmalarına rəğbətləndirin. Əbu Turabın (Əli (ə)-ın) barəsində nəql olunan hər bir hədisə oxşar bir hədisi səhabələr barədə də qoşsunlar. Bu əməl mənim gözlərimin işıqlanmasına, bununla da Əbu Turab şi`ələrinin və övladlarının məhv olmasına səbəb olacaqdır.
          Bu fərman camaata oxundu və onun məzmunu bütün camaat arasında yayıldı. Dərhal səhabənin fəziləti barədə uydurma və həqiqətdən uzaq olan çoxlu xəbər və hədislər söylənilməyə başladı. Camaat belə hədislərin düzəlməsində və yayılmasında çox çalışırdılar. O yerə çatdı ki, uydurma fəzilətləri mənbərlərdə, namaz arası xütbələrdə camaat üçn oxunur və müsəlmanlara əmr olunurdu ki, bu hədisləri öz uşaqlarına da öyrətsinlər. Quran ayələri kimi onları əzbərləməkdə çalışırdılar. Hətta qadınlara, qızlara və xidmətçilərə də bu uydurma fəzilətləri öyrədirdilər. Bu minvalla bir müddət belə davam etdi».
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 868 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024