İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Buxari və Müslümün səhihlərinə bir baxış 1

    Buxari və Müslümün səhihlərinə bir baxış 1
    2012-01-30, 6:43 AM
    ÜÇÜNCÜ HİSSƏ
    «SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM, ELM VƏ TƏHQİQ BAXIMINDAN»

         
    3. «SƏHİHİ BUXARİ VƏ SƏHİHİ MÜSLÜM, ELM VƏ TƏHQİQ BAXIMINDAN»

         Hər kəs, əhli sünnə alimləri tərəfindən təriflənmiş olan bu iki kitabı yaxşı mutaliə etsə, yazılmış kəramətləri və yuxuları oxusa, bir çox yazıçılar tərəfindən Buxari və Müslümə olan xüsusi diqqətin və marağın şahidi olacaqdır. Şübhəsiz ki, onlar məsumlardan sayılmasalar da ədalət, təqva, zöhd cəhətindən onlara heç bir şəkk və şübhə etməyəcəkdir. Onların kitabları da, onun nəzərində elə cilvələnəcəkdir ki, bəzilərinin söylədiyinə əsasən; «Yer üzündə və səma altında bu iki kitabdan başqa səhih bir kitab yoxdur» və gördükləri yuxuya görə «Peyğəmbər (s) «Səhihi Buxari» kitabını öz kitabı kimi təqdim etmişdir», inkar olunmaz bir həqiqət kimi qəbul edəcəkdir.
         Lakin, bu kitablara qısa bir təhqiqi nəzər etməklə insan üçün hər şey aydınlaşır və həqiqət gec-tez öz yerini tapır. Qısa bir təhqiq, həqiqətləri yuxu və xəyal pərdəsi arxasından çıxarır; Əhli sünnə alimlərinin bir çoxu tərəfindən bu kitabları bir-birinin kənarında qoyaraq ağıl və ədalət tərəzisində çəkib müqayisə etdikdən sonra, «səhiheyn» kitablarında olan bir çox hədisləri sənəd və mətn cəhətindən yalnış və səhv saymışlar. O cümlədən o kitablarda olan bir çox hədislərin elmlə və dinlə müxalif olduğunu bildirmişlər. 
         Bir qrup şəxslər də, təəssübkeşliyi kənara ataraq, həqiqi nöqteyi-nəzərdən yanaşaraq Buxari və Müslümün şəxsiyyəti barədə təhqiqat aparmışlar. 
         Beləliklə, bu kitabın səhifələrində bu həqiqət açıqlanacaq, bu iki kitabın mahiyyəti və onların müəlliflərinin şəxsiyyəti həqiqət axtaranlara aydın olacaqdır.
         Öncə, mühüm və etimadlı əhli sünnə alimlərindən bir neçə nəfərin bu iki kitab barədə etdikləri təhqiqlərdən sonra, söylədikləri nəzərləri yazaraq bildirmək istəyirik ki, elə görünməsin ki, bir şiə yazarı kimi təkcə biz, bu kitabları tənqid etmişik. Bəlkə, sünni məzhəbinin alimləri bu yolda bizdən öncə təhqiq etmiş və açıq-aydın bu kitabların bir çox hədislərinin düzgün olmamasında bizdən qabağa düşmüşlər. Belə şəxslərin arasında hədis alimləri və «səhiheyn» kitablarını şərh edən hörmətli və böyük alimlər də müşahidə olunur. 
         Onların böyük elmi məqamları və apardıqları təhqiqatlar nəticəsində bu iki kitab barədə olan nəzərləri, həqiqəti daha da işıqlandırmışdır. Belə şəxslərdən Muhəmməd ibn Yəhyanı, (Muhəmməd ibn Yəhya Zohəli adı ilə məşhurdur) rical və hədis elmində ustad olan Əbu Zərəni, «səhihi Buxari» və «səhihi Müslüm» kitablarına şərh yazmış Fazil Nəvəvini, İbn Həcəri, Qazi Əbu Bəkr Baqilanini, İmam Qəzalini, İbn Həmmamı, Şeyx Muhəmməd Əbduh və onun ustadı Seyyid Muhəmməd Rəşid Rza Misirini, professor Əhməd Əmini, Müslüməni və s. bunun kimi başqa əhli sünnə alimlərinin adlarını çəkmək olar.
          Bu böyük hədis və rical elmlərində mahir olan ustadların və alimlərin bir neçəsinin «Səhihi Buxari» və «Səhihi Müslüm» kitabları barədə olan nəzərlərini əziz oxucularımıza təqdim edirik.
         
    «SƏHİHEYN MUHƏMMƏD İBN YƏHYA ZOHƏLİNİN NƏZƏRİNDƏ»

         İbn Xəlləkan deyir: – «Zohəli ləqəbi ilə tanınmış Muhəmməd ibn Yəhya, böyük və şəxsiyyətli alimlərdən biri və hədis əhlinin tanınmış əzbərçilərindən, Buxari və Müslümün, Əbu Davudun, Termizinin, Nəsainin və İbn Macənin ustadı olmuşdur». (Vəfiyatul əyan c-4, s-282.
          Qeyd etmək lazımdır ki, Buxari öz səhihinin oruc babında və s. otuza yaxın yerlərdə Zohəlidən (Muhəmməd ibn Yəhya Zohəlidən) hədis nəql etmişdir. Lakin, heç vaxt onun məşhur «Zohəli» ləqəbini zikr etməmişdir. Bəzən Muhəmməd və bəzən isə Muhəmməd ibn Əbdullah ibarətləri ilə yazmışdır. Bu ədavətin səbəbi Zohəlinin Buxari barəsində olan «küfr dastanı» – dır ki, Buxari Nişaburdan sürgün olundu. Lakin hədisləri bu hadisədən öncə öyrəndiyinə görə onları kitabında zikr etmiş ancaq, Zohəlinin adını isə yazmaqda səhlənkarlıq etmişdir)
         Zohəli bir şəxsdir ki, Əhməd ibn Hənbəl öz övladlarına və şagirdlərinə əmr etmişdir ki, ondan hədis və elm öyrənsinlər. (Tarixi Bağdad c-4, s-416)
         Xətib Bağdadi deyir: – «Zohəli və kəlam alimlərinin bir çoxu Qurani-Kərimin ləfzlərinin qədim (Qədim və məxluq o zamanın mübahisəli əqaid bəhslərindən biridir. (Mutərcim)) olmasına etiqad etmişlər. Öz muxaliflərini isə bu kəlami bəhsdə kafir və murtəd sayırdılar. Onlar deyirdilər ki: – Belə bir əqidəyə malik olan bir şəxsin həyat yoldaşı ondan gərək ayrılmalı və onun özünə isə tövbə etməyi tövsiyə etsinlər. Əgər tövbə etməsə, gərək onun boynu vurulsun və mal dövləti müsəlmanlar arasında bölünsün. Həmçinin, cənazəsi müsəlman qəbirsanlığında dəfn olunmamalıdır. Hər kəs, bu məsələdə sakit dayana və Qurani-Kərimin mübarək kəlimələrinin iki yoldan (qədim və ya məxluq olmasında) birinə inanmasa o da, kafir və mürtədsayılır.
         Əgər bir kəs, Quranın kəlimələrinin məxluq olmasını düşünsə, onun da əqidəsi xarabdır. Belə bir şəxslə bir məclisdə oturmaq olmaz.
         Təsadüfən Buxari, o günün kəlam alimlərinin əksinə olaraq Qurani-Kərimin mübarək kəlimələrinin məxluq olmasına inanırdı. Buna görə də Nişapura daxil olduqdan sonra, o günün ümumi mərcəiyyətini və alimlərin rəisliyini Nişapurda daşıyan Zohəli, əmr etdi ki:-«Buxari olan məclisdə heç kəsin haqqi yoxdur iştirak etsin. Əgər bir kəs Buxarinin məclisinə gələrsə, onu muttəhim edin. Çünki onunla onun əqidəsində olanlardan başqa heç kəs yoldaşlıq etmir».
         Buxari o günlərdə öz ustadı Zohəlinin və Nişapur alimlərinin çoxunun nəzərndə şübhəli, yolunu azmış, xarab əqidəli şəxs kimi tanınmışdır. O qədər özünə nisbət Nişapur əhalisinin bədbinliyini qazanmışdır ki, Nişapurda yaşaya bilmədi və oradan köçdü. Bəziləri deyirlər ki; Onu Nişapurdan sürgün etdilər və Müslümdən, Əhməd ibn Müslümədən başqa bütün şagirdləri onun ətrafından dağıldılar. Çünki onlar, öz şəxsiyyətlərinin, Buxarinin mənfur əqidəsi ilə ləkələnməsindən və başqalarının bədbinliyindən və nifrətindən amanda qalmağını istəyirdilər.
         Bu tarixi hadisədən belə nəticə əldə etmək olar ki, həmin vaxtlar Buxarinin və onun yeganə şagirdi olan Müslüm ibn Həccac Nişapurinin yazıları, Zohəli kimi alimlər tərəfindən qınanmışdır. Bu iki kitab, bu günlərdə «Səhiheyn» adı ilə əhli sünnə məzhəbinin ən mühüm sənədləri kimi təqdim edilir. O zaman bu iki kitabın müəlliflərinin kafir adlandırılması ilə yanaşı nə dərəcədə müsəlmanların bədbinliyini özlərinə cəlb etmişlər. 
          Xətib Bağdadi yazır: – «Muhəmməd ibn Yəhya dedi: – «Bağdaddan bizim üçün yazdılar ki, Buxari Quranın kəlimələrinin məxluq olması barədə şəkk edir. Biz, onu batil əqidəsindən çəkindirdik. Lakin, təsiri olmadı. Bundan sonra əgər bir kəs onun məclisində iştirak etsə, bizim məclislərdə iştirak etməyə haqqı yoxdur». (Bu dastanın barəsində tarixi Bağdadidə geniş söhbət olunmuşdur. c-2, s-31-32 və c-3, s-415 və İrşadus-sari c-1, s-38 və Fəthul Barinin müqəddiməsi c-1, s-978-i mutaliə edin.) 
         
    «MÜSLÜM DƏ ŞÜBHƏLİDİR»

         Zohəli nəinki Buxarinin əqidəsini doğru saymır, özünə də hörmət qoymurdu. Bəlkə, onun şagirdi Müslüm ibn Həccacı da onun kimi əqidəsi xarab sayırdı. Buna görə də onu öz məclisindən qovdu və onunla oturub durmağı heç kəsə icazə vermirdi. («Dairatul məaarif» müəllifi Fərid Vəcdi c-5, s-292 və Təzkiratul hifaz c-2, s-589;)
         İbn Xəlləkan deyir: – «Müslüm bu əqidəsinə görə Hicazın və İraqın da nifrətini qazandı və bu şəhərlərdən də qovuldu». (Vafiyətul Əyan c-2. s-281)
         Bu hadisələrdən məlum olur ki, Buxari və Müslüm nəinki Nişapur əhalisi tərəfindən bəlkə, özlərinin xas əqidələrinə görə Bağdad alimləri tərəfindən tənqid olunmuş və qınanmışdır. Bununla da, Nişapur şəhərindən qovulmuşlar.
         
    «SƏHİHEYN ƏBU ZƏRƏNİN NƏZƏRİNDƏ»

          Əbu Zərə hədis elmi, rical və başqa elmlərdə böyük mütəxəssi bir alimdir. Fazil Nəvəvi onu belə təqdim edir: 
         
    اِنْتَهَي الْحَفْظِ اِلَي ارْبَعَبَةِ مِنْ اَهلِ خُرَاسَان اَبُوذَرْعَة

         «Hədis əzbərləmək və bu fəndə məharət dörd nəfərə məxsusdur. Onlardan biri də Əbu Zərədir». (Təhzibul əsma vəl-luğat c-1. s-68)
          Əbu Zərə belə elmi məqamı ilə Müslümü və onun timsalındə olanları tənqid etmiş və onları zahiri mənaları tutan bir adam kimi təqdim etmiş və «Səhihi Müslüm» kitabının bir çox hədislərini yalnış olduğunu bildirmişdir.
          Xətib Bağdadi , Səid ibn Ömər Bərzəidən nəql edir ki, dedi: – «Mən Əbu Zərə ilə bir yerdə idim. Söhbət «Səhihi Müslüm» kitabından və ona oxşar kitablar (Səhihi Buxari) - dan düşdü. Əbu Zərə dedi: – Bunlar o şəxslərdir ki, vaxtından qabaq istəyirdilər məqam və şöhrətə çatsınlar. Özlərindən bir şey düzəldib kitab yazdılar. Öz kitablarını cilvələndirərək məqama yetişdilər». (Tarixi Bağdadi c-4. s-273-274)
          Xətib Bağdadi yenə Səiddən nəql edərək belə deyir: – «Əbu Zərənin yanında idim. «Səhihi Müslüm» kitabını onun yanına gətirdilər. Əbu Zərə baxdı. Eləki Müslümün Əsbat ibn Nəsrdən nəql etdiyi hədisə çatdı, belə dedi: - Bu hədis nə qədər də səhv və yalnışdır !
          Sonra «Qutn» adına çatdıqda dedi:
          – «Bu əvvəlkindən də lap pisdir». (Həmin mənbə)
          Əbu Zərənin söhbətini Zəhəbi də nəql etmış və يَشْتِفُونَ بِه (yəştifunə bih) «özlərini nümayiş etdilər» kəlməsinin əvəzinə يَسْتِفُونَ بِه (yəstifunə bih) gətirmişdir. Yəni elə bir iş gördülər ki, onun vasitəsilə özlərini məhşurlaşdırdılar. (Mizanul etidal c-1. s-126)
         
    «SƏHİHEYN KİTABLARI NƏVƏVİNİN NƏZƏRİNDƏ»

         Fazil Nəvəvi Buxari və Müslümün səhihlərinə özü şərh yazmışdır. Onun rical elmində mütəxəssis olmasına və bu elm barədə saysız kitablar yazmasına baxmayaraq, bu iki kitabın hədislərinin bir miqdarının düzgün və səhihliyində şübhə etmiş, bəzən isə kamil və açıq şəkildə onun batil olduğunu bildirmişdir. 
         Səhihi Müslümə yazdığı öz şərhinin müqəddiməsində belə deyir: – «Müslüm belə iddia edirdi ki; «Mən bu kitabda təkcə öz nəzərimdə səhih olan hədisləri toplamışam. Bəlkə də, topladığım hədislərin səhihliyində fikir birliyi vardır».
          Nəvəvi bu cümlələrin nəqlindən sonra belə deyir: – «Bu iddianı sübut etmək çətindir. Çünki, elə bir şəxslər tərəfindən nəql olunmuşdur ki, onların düz danışmağı və hədislərinin səhihliyi mübahisəlidir. Biz onların bəzilərinin adlarını zikr etmişik». (Səhihi Müslümün şərhinin müqəddiməsi – s -16) 
         Nəvəvi «Səhihi Müslüm» kitabının şərhində yazılmış hədis barədə belə deyir: – «Əba Sələmə «Bədul vəhy mövzusunda» belə nəql edir ki, Peyğəmbər (s)-ə nazil olan ilk surə «Muddəssir» surəsidir. Lakin, «Bu hədis zəif, bəlkə də batildir. Çünki, Peyğəmbər (s)-a nazil olan ilk surə «Ələq» surəsi olmuşdur». (Həmin mənbə c-2, s-207)
         
    «SƏHİHEYN KİTABLARI İBN HƏCƏRİN NƏZƏRİNDƏ»

          İbn Həcər deyir: – «Huffaz» (yəni hədis əzbərləyənlər) Səhihi Buxarinin 110 hədisində və bu hədislərdən Müslümün 32-dənə nəql etdiyi hədislərə irad etmişlər. Həmçinin, onların düzgün və səhihliyini qə`bul etməmişlər». (Fəthul Bari müqəddiməsi c-2, s-18)
         Yenə də, İbn Həcər «Fəthul bari» kitabının müqəddiməsində Buxarinin ricalından 300 nəfərin adlarını çəkmişdir. Belə ki, keçmiş rical elminin alimləri və hədis yazarları zəif və etimad olunmaz saymışlar. (Həmin mənbə c-2, s-111-183)
         
    «SƏHİHEYN KİTABLARI QAZI ƏBU BƏKR BAQİLANİNİN VƏ BAŞQALARININ NƏZƏRİNDƏ»

          Qazi Əbu Bəkr Baqilani «səhiheyn» kitabında nəql olunmuş Peyğəmbər (s)-in Əbdullah ibn Ubəyyə namaz qılması və Ömərin etirazını inkar etmişdir. İmamul Hərəmeyn demişdir: – «Hədis elminin alimləri bu hədisi yalnış saymış və rədd etmışlər».
          İmam Qəzali «mustəfa» kitabında demişdir: – «Zahirən bu hədis səhih deyildir».
          Davudi demişdir: – «Bu hədis düzgün hədis deyildir». (Həmin mənbə c-9, Bəraət surəsinin təfsiri)
         
    «SƏHİHEYN KİTABI İBN HƏMMAMIN NƏZƏRİNDƏ»

          İbn Həmmam, «hidayə» kitabınnın şərhində demışdir: – «Ən səhih hədislərin «səhiheyn»-də olduğunu söyləyən hər kəsin sözü düz deyildir. Bu səhv və qəbul olunmaz bir məsələdir». (اضواءعلي السنّةالمحمّدية s - 312. Qeyd etmək lazımdır ki, hafiz o kəsə deyilir ki 1000-dən çox hədisi sənəd və mənbə cəhətindən düzgün əzbər və hifz etmiş olsun.)
          Bu ümumi surətdə söylənilənlər, keçmış alimlərin və «səhiheyn» kitablarını şərh edənlərin, bu iki kitab və onların müəllifləri barədə olan nəzərləri idi. Əgər bu iki kitabdan meydana gələn bütün şübhəli, düzgün və doğru olmayan məsələləri xırdalığına kimi toplayası olsaq, özü ayrıca böyük bir kitab olar. İndi isə əziz oxucuları əsrimizin böyük əhli sünnə alimlərinin bu iki kitab barədə olan nəzərlərini diqqətinizə çatdırırıq.
         
    «SƏHİHEYN KİTABLARI ŞEYX MUHƏMMƏD ƏBDUHUN NƏZƏRİNDƏ»

          Seyyid Muhəmməd Rəşid Rza, Misir alimi və Şeyx Muhəmməd Əbduhun gözəl və seçilmiş şagirdlərindən biridir. O, öz ustadının nəzərlərini «Əlmənar» adlı təfsir kitabında toplamışdır. Əvvəlcə İbn Həcərin sözlərini nəql etmişdir ki o, belə deyir: – «Hafizlər səhiheynin 110 hədisinə irad tutmuşdur ki, Müslüm bu hədislərin 32-ni öz kitabında nəql etmişdir. Başqa 78 hədisi Buxari özü xüsusi surətdə nəql etmışdir. Bundan əlavə hafizlər Buxarinin kitabında gəlmiş hədisçilərindən olan 80 nəfərdən çoxunu və Müslümün kitabında olan hədisçilərindən 160 nəfəri zəif və qeyri mötəbər saymışlar». İbn Həcər yenə əlavə edərək bildirir ki: – «Səhiheyn kitablarında, hədislər içində mənim səhv tutduğum və qeyri mötəbər saydığım hədislər 210 hədisdir. Bu sayın 70-dən çoxunu Buxari nəql etmış və yerdə qalanını isə Müslüm nəql etmışdır». (Bu hissəni İbn Həcər «Hədyus-sari»-da c-2, s-81-də zikr etmişdir.)
          Seyyid Muhəmməd Rəşid Rza sonra əlavə edir ki: – «Əgər İbn Həcərin söylədiklərini oxusanız və onun hədislər barədə tutduğu iradlara nəzər etsəniz görəcəksiniz ki, o hədis elmini güclü bildiyi üçün belə iradlar etmişdir. Amma, əgər onun Fəthul Bari adlı şərhini oxusanız görərsiniz ki; O, çox hədislərə irad tutmuşdur. Onun iradları əvvəlcə nəql olunmuş bəzi hədislərə aid olmamışdır. Başdan ayağa kimi kitabında olan iradlar, bəzən məna cəhətindən, bəzən hədislərin bir-biri ilə ziddiyyətli olmasından və bəzən də başqa cəhətlərdən qeyd olunmuşdur. İbn Həcərin adını çəkdiyi irad tutulmuş hədislərin xülasəsi, həddindən artıq çoxdur. Hədislərdə olan iradlra baxmayaraq, onlara bəraət qazandırmaq və ya başqa yerə yozmaq üçün çox çalışmışdır. Onları doğru hədislər kimi qələmə verərək səy göstərmişdir ki, bəlkə bu yozumların bir qismi qane edici olsun. Lakin, o hədislərdə elə hissələr var ki, heç vaxt oxucunu qane etmir». (Əzvaun ələs-sunnəti Muhəmmədiyyə s-274)
          Şeyx Muhəmməd Əbduh, Peyğəmbərin (s) «Əbdullah ibn Ubəyyə namaz qılması dastanı»-nda bu hədisin rədd olunması barədə bir neçə aliminn neçəsinin sözlərini nəql etdikdən sonra belə deyir: – «Həqiqətən bu hədis əvvəl söylənilən rəvayətlə ziddiyyət təşkil edir. O kəslər ki məzhəbin üsulu və qəti dəlillərinə (Qurani-Kərim) şübhəli hədislərdən daha çox diqqət edirlər, bu hədisin cavabında heç bir cavabları yoxdur. Yeganə cavabları bu ola bilər ki, desinlər: – «Bu hədis doğru deyildir». (Əlmənar c-10, s-671)
         
    «SƏHİHEYN KİTABLARI ƏHMƏD ƏMİNİN NƏZƏRİNDƏ»

          Misirin tanınmış alimi professor Əhməd Əmin, səhiheyn kitabları barədə deyir:-«Hafizlər Buxarinin təqribən 80 nəfər hədisçilərinin zəif olduğunu bildirmışlər. Bu, böyük bir çətinliyin meydana gəlməsinə səbəb olmuşdur. Çünki, zəif sayılmış bu şəxslərin bir çoxu etibarı olmayan və yalançı şəxslərdir. Belə olduqda isə məsələ aydındır. Lakin, onlardan bəzilərinin tərcümeyi halı qeyri müəyyən və şəxsiyyətlərinin isə məlum olmadığı bildirirlir. Belə olmağı işi çətinləşdirir. Səhihi Buxarinin sənədlərdə istinad etdiyi, tərcümeyi halı məlum olmayan belə şəxslərdən biri, Əkrəmə Mövla ibn Əbbasdir. Bu şəxs, öz hədisləri ilə aləmi doldurmuşdur. Lakin, rical alimlərindən Bəziləri onun yalançı, xəvariclərin yolunu gedən, əmirlərdən hədiyyə alan və çoxlu yalanlar nəql edən bir şəxs olduğunu bildirirlər». 
          Professor Əhməd Əmin onun yalançılığını isbat etmək üçün neçə dənə tarixi şahidləri zikr etdikdən sonra, belə əlavə edir: – «Buxarinin nəzərində Əkrəmə Mövla ibn Əbbas doğru şəxs kimi tanınmış və öz səhihində ondan çoxlu hədislər nəql etmışdir. Lakin, Müslümün nəzərində isə, o doğru adam deyil və onun hədislərinə etimad etmək olmaz. Müslüm ondan «həcc» mövzusunda başqa hədisi təsdiq etmək üçün yalnız bir dənə hədis nəql etmışdir». (Zuhəl İslam c-2, s-117-118.
         * Buxarinin ustadı)
         
    «SƏHİHİ BUXARİ KİTABI MÜSLÜMƏNİN NƏZƏRİNDƏ»

          Müslümənin yazdığına görə, «Buxari» öz «səhih» - kitabını yazarkən onu başqasından oğurlayaraq səhv iş görmüşdür. Gördüyü bu qəbahət iş, onsuz da onun zəif olan elmi şəxsiyyətinə, əxlaqına və yazdığı kitabın etibardan düşməsinə səbəb olmuşdur. Belə ki; - «Əli ibn Mədini» «ləl» adlı bir kitab yazmışdır. Bu kitabın qorunmasına çox əhəmiyyət verirdi ki heç kəsin əlinə düşməsin. Təsadüfən günlərin birində bağlarına baş çəkmək üçün neçə günlük şəhər kənarında olan bağlarına getdi. Buxari bu fürsətdən sui istifadə edib onun uşaqlarından birinin yanına getdi və pul verib onu aldadaraq «iləl» kitabını bir günlük oxumaq üçün ondan aldı. Kitab, Buxarinin əlinə çatan kimi, tez-tələsik onu neçə nəfər kitab nüsxəsi çıxaranların əlinə verdi ki onu üzündən köçürsünlər. Sonra kitabın əslini Mədininin övladına qaytardı. Mədini qayıdandan sonra, dərs zamanı gördü ki, Buxari onun dediyi hər mövzu haqqında Mədininin öz şəxsi nəzərləri və sözləri ilə cavab verir. Bir neçə dəfə təkrar olduqdan sonra, Mədini başa düşdü ki, kitabı artıq köçürülüb. Bu hadisə onun narahatlığına və çox qəmlənməsinə səbəb oldu. Bu narahatlıq və qəm-qüssə Mədininin xəstələnib yorğan döşəkə düşməsinə sonra da vəfatına səbəb oldu. Buxari «İləl»-kitabından əldə etdiyi nüsxə vasitəsi ilə öz hədislərinin raviləri barədə hər hansı axtarış aparmağa lüzum qalmadığını görüb Xorasana qayıtdı. Orada «Səhih» kitabını yazdı. Əli ibn Mədininin böyük rolu və zəhməti olmuş bu «Səhih» adlanan kitab, Buxarinin məşhurlaşmasına səbəb oldu». (Təhzibut-təhzib c-9, s-54)
         
    «SƏHİHEYN KİTABLARI BİZ ŞİƏLƏRİN NƏZƏRİNDƏ»

          Bura qədər əhli sünə alimlərindən bir çoxunun səhiheyn kitabları barədə olan nəzərlərini, onların bəzilərinin sənədinin, bəzilərinin hədislərinin mətinlərinin zəifliyi, bəzilərinin isə hər iki cəhətdən zəif olması barədə və bu iki kitaba olan iradlarını xülasə şəkildə siz əziz oxuculara təqdim etdik.
          Lakin, məzmun baxımından bu iki kitab və bizim ona olan nəzərimiz, bir çox əhli sünnə alimləri ilə eynidir. Biz bu məsələdə də onlarla bir əqidədə və bir fikrikdəyik. 
          Bizim əqidəmizə görə bu iki kitabın məzmunları arasında müxtəlif başlıqlarda nəql olunmuş səhih hədislər vardır. Təəssüflər olsun ki, bu kitablarda səhih və düzgün olmayan hədislər daha çox gözə dəyir. Belə hədislərin sayı, bizim nəzərimizdə İbn Həcərin hafizlərdən nəql etdiyindən daha çoxdur. Hədis hafizləri belə nəql edirlər ki: – «Fəqət 110 hədisi, səhv bilmiş və onların mətnlərinə irad tutmuşlar».
          Bizim əqidəmizə görə, bu iki kitabın hədisçiləri arasında 300-dən artıq zəif və etibarsız şəxs vardır. İbn Həcərin dediyinə əsasən, əhli sünnə alimləri və hədisçilər haqqında təhqiqat aparan şəxslər onları zəif saymışlar.
          Aşağıdakı dəlillər bu iki kitabın mətn və sənəd baxımından onun hədislərinin zəifliyi barədə bizim əqidə və nəzərimizi sübut edir:
          1. Səhiheyn kitablarının sənədləri və hədisçilərindən bir çoxu nəinki mötəbər deyil, bəlkə onların rical elmi nöqteyi nəzərindən də rədd olunmuşlar. 
          2. Bu iki kitabın müəllifləri öz əqidələrinə nisbət əməllərində şəxsi qərəzə çox yer vermişlər. 
          3. Hədislərin nəql olunması və yazılması arasında (uydurma hədislərə diqqət etməklə) çox məsafə vardır. 
          4. Buxari, öz səliqə və nəzərinə əsasən hədislərin yarısını ixtisar etmişdir.
          5. Səhihi Buxaridə hədisin mənası nəql olunmuşdur.
          6. Səhihi Buxari başqalarının vasitəsilə tamamlanmışdır.
          7. Səhiheyn kitablarında əqli və dini dəlilərə əsasən bir-biri ilə təzad təşkil edən hədislər çox gözə dəyir.
          Bunlar, səhiheyn kitablarında gözə dəyən məsələlərdir. Bu da onların zəifliyini bildirir. Təhqiqat aparan bir şəxs, bu kimi məsələlərə göz yummamalı və yanından etinasız ötüb keçməməlidir. Allahın köməyi ilə bu barədə gələcək səhifələrimizdə geniş surətdə söhbət edəcəyik.
    Category: Buxari və Müslümün səhihlərinə bir baxış 1 | Added by: Islam_Kitabxanasi
    Views: 813 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024