
On üçüncü fəsil:
Məsum imam (ə) tərəfindən təyin olunan fəqih və alimlər
İmam Sadiq (əleyhissalam) Ömər ibni Hənzələyə buyurdu:
مَن کَان َمِنکُم مِمَّن قَدرَوَی حَدِيثَنا وَنَظَرَ فِِِی حَلاَلِنَا وَ حَرَامِنَا وَ عَرَفَ أحکَامَنَا فَليَرضَوا بِه حَکَماً فَإنِّی قَد جَعَلتُهُ عَلَيکُم حَاکِماً فَإذَا حَکَمَ بِحُکمِنَا فَلَم يُقبَل مِنه فَإنَّما استَخَفَّ بِحُکمِ اللّه وَ عَلَينَا رَدٌّ وَ الرّادُّ عَلَينَا الرّادُ عَلی اللّه و هُوَ عَلی حَدِّ الشِّرکِ بِاللّهِ
«Sizin (möminlərin) aranızda bizim sözlərimizi (və kəlamlarımızı) bəyan edən, bizim halal və haram buyurduqlarımızda dərindən fikirləşən və bizim hökmlərimizi tanıyan şəxs camaat tərəfindən bütün işlərdə hakim kimi qəbul edilməlidir. Həqiqətən mən onu sizə hakim qərar verirəm. O, bizim hökmümüzlə hökm etdiyi vaxt ondan qəbul olunmazsa, Allahın hökmünü kiçik sayaraq bizimlə müxalifət etmiş olurlar, bizimlə müxalifət isə Allahın hökmünü rədd etməkdir və bu da Allaha şərik qoşmaq həddindədir.»(«Vəsailuş-şiə 18-ci cild, səh.99.)
İncə nöqtələr:
1. Allahın haram və halal buyurduqlarında, Məsumların (əleyhissalam) hədislərində ictihad mərhəlisinə çatan mütəxəssislər Məsum İmam (əleyhissalam) tərəfindən təyin edilmişlər.
2. Bu fəqihlərin hökmləri icra olunmalıdır və ona etinasız yanaşmaq olmaz.
3. Fəqihlərin tərəfindən verilən hökmlərin rədd edilməsi insanı tovhiddən şirkə sürükləyir.
4. Mərcəyi təqlidlərin fətvasına ehtiram qoymaq ilahi hökmlərə ehtiram qoymaqdır.
5. Onlar fətva vermək məqamında Məsum İmam (əleyhissalam) tərəfindən təyin edilmişlər.
On dördüncü fəsil: Cəhalət əsasında olan fətvanın aqibəti
İmam Baqir (əleyhissalam) buyurur:
مَن أفتَی النَّاسَ بِغَيرِ عِلمٍ وَ لاَ هُدیً مِن اللّه لَعَنَتهُ مَلائِکةُ الرّحمةِ وَ مَلائِکُةُ العَذَابِ وَ لَحِقَهُ وِزرُ مَن عَمِلَ بِفَتواه
«Hər kəs Allah tərəfindən verilən hidayət və elm olmadan camaata fətva versə rəhmət mələkləri və əzab mələkləri onu lənətləyər, onun fətvasına əməl edənlərin günahları ona yazılar.»(«Biharul-ənvar» 23-cü cild, səh.118)
İncə nöqtələr:
1. İlahi alimlər tərəfindən fətva verməyin özü aydın, icazəli bir iş və hətta vəzifədir.
2. Fəqihlərin fətvaları insanların dünya və axirətdə izzətə çatmalarında çox mühüm və həssas rol oynayır.
3. Söz və fətva o zaman insana izzət gətirər ki, agahlıq, elm və hidayət üzərindən olsun, həmçinin insanı kamallara doğru sövq eləsin.
4. Cəhalət əsasında olan fətva insanı ilahi rəhmətdən uzaqlaşdıraraq onu Allahın əzabına düçar edər.
5. Cəhalət üzündən olan sözlərin və yazıların günahı, eləcə də etiqad və düşüncələrin təhrif olunmasının ağır yükü o kəslərin öhdəsinədir ki, heç bir qayda-qanun olmadan kitab və sünnətdən xaricdə fətva vermiş olsunlar.
On beşinci fəsil: İlahi alimlərin ali məqamları
Əbi Dərda deyir: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurdu:
إنَّ اللّه عَزَّ وَ جَلّ يَجمَعُ العُلَماءَ يَومَ القِيامَةِ وَ يَقُولُ لَهُم: لَم أضَع نُورِی وَحِکمَتِی فِی صُدُورِکُم الاَّ وَ أنَا اُريِدُ بِکُم خَيرَ الدُّنيَا وَ الاَ خِرَةِ إذهَبُوا فَقَد غَفَرتُ لَکُم عَلَی مَا کَانَ مِنکُم
«Həqiqətən Allah-taala qiyamət günü alimləri bir yerə toplayıb onlara deyəcək: Öz nur və hikmətimi ona görə sizin qəlbinizdə qoydum ki, sizə dünya və axirət xeyrini iradə etmişdim, gedin, həqiqətən sizin əməllərinizi bağışladım!»(«Biharul-ənvar» 3-cü cild, səh.16)
İncə nöqtələr:
1. İlahi hikmət və nur mərtəbələri Peyğəmbərlərin və İmamların halına şamil olduğu kimi rəbbani alimlərə də şamil olur. Onların vücudları ilahi nurla işıqlanmışdır, ilahi cilvələrin mərtəbələrinin xarici nümunələridir.
2. Alimlər Allah tərəfindən dünya və axirət xeyirlərinə nail olurlar.
3. Allahın geniş məğfirət və əfvi ilahi alimlərin halına şamil olur.
On altıncı fəsil: Həqiqi həyat elm və mərifətin sayəsindədir
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
العَالِمُ بَينَ الجُهّال کَالّحیِ بَينَ الاَمَوات
«Cahillərin arasında alimin misalı ölülərin arasında olan diri şəxsə bənzəyir.» («Vəsailuş-şiə», 27-ci cild, səh.28)
Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam) buyurur:
اَلعَالِمُ حَیٌ و إن کَانَ مَيِّتاً وَ الجَاهِلُ مَيِّتٌ وَ إن کَانَ حيَّا
«Alim diridir ölmüşsə belə və cahil ölüdür diriykən belə.» («Ğürərül-hikəm», səh.216)
مَات خُزُّانُ المَالِ وَ هُم أحيَاءٌ وَ العُلَمَاءُ بَاقُونَ مَا بَقِیَ الدَّهُر أعيَانُهُم مَفقُودَةٌ وَ أمثَالُهُم فِی القُلوبِ مَوجُودُة
«Mal-dövlət toplayanlar diri olsalar belə, ölmüşlər, lakin alimlər dünya qaldıqca qalarlar, onların bədənləri (torpaqlar altında) itmişdir, lakin onların oxşarları (məsəlləri) insanların qəlblərində əbədi qalır.»(«Biharul-ənvar», 78-ci cild, səh.76)
İncə nöqtələr:
1. Qiyamətə qədər alimlərin vücudları əbədidir və o dünyada da xüsusi bir məqama malikdirlər.
2. Həqiqi həyat o kəslərə məxsusdur ki, ilahi elm və həqiqətlər arxasınca olsunlar. Buna görə də ilahi alimlər həqiqi və real həyata malik olub Onun nurundan və elmi nurundan bəhrələnirlər.
3. Fani və zahiri həyat cahillərə, mal-dövlət toplayanlara və imansız sərmayədarlara məxsusdur. Əlbəttə, mümkündür ki, bəzi-bəzi alim və agah şəxslər də qanuni sərmayəyə malik olsunlar və onu islam və müsəlmanlara xidmət etmək üçün işlətsinlər.
4. İlahi alimlər insanların qəlbində özünə yer açır və bütün qəlbləri özlərinə məftun edirlər.
5. İlahi alimlər həmişə diridirlər, çünki ilahi sifətlərdən olan dirilik, əbədilik və alim olmaq kimi sifətlərlə səciyyələnmişlər. Mütəal Allah da qeyb və şühud aləminə alimdir. («Möminun» surəs, 92-ci ayə)
8. Cahil ölü bir insan kimi özünü müdafiə edə bilmir, deməli tarix boyu alimlər insan hüquqlarını müdafiə etmişdir.
9. Cahil ölü bir şey kimi şüur və mərifətdən bəhrələnmir, özlərinin elm və düşüncəsi ilə həyatı insanlara təqdim edənlər də məhz alimlərdir.
10. Cahillər ölülər kimi hissiyyatını itirmişlər və cəmiyyətin dərdini hiss etmirlər, alimlər isə insanlara şəfa bəxş eləyən, onları müalicə etməyə qüdrəti olan dərdli insanlardır və tarix boyu belə olmuşdur.
11. Müdərrislər, Şeyx Fəzlullah Nurilər, Ayətullah Kaşanilər, Xomeynilər, Nəvvablar kimi alimlər tarix boyu insanların ölümcül vəziyyətə düşmüş bədənlərinə həyat vermiş və islamı, cəmiyyəti diri saxlamışlar.
On yeddinci fəsil: Alimlərin üstünlüyü
Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
أنَّ فَضلَ العالِمِ عَلَی العَابِدِ کَفَضلِ الشَّمسِ عَلی الکَواکِب
«Alimin abidə olan fəzilət və üstünlüyü günəşin sair ulduzlara olan üstünlüyü kimidir.» («Biharul-ənvar», 2-ci cild, səh.19 )
فَضْلُ العالِمِ عَلَی العَابِدِ کَفَضلِ القَمَرِ عَلَی سَائِرَِ النُجُومِ لَيلَةَ البَدرِ
«Alimin abidə olan üstünlüyü on dörd gecəlik ay gecəsində ayın sair ulduzlara olan fəzilət və üstünlüyü kimidir.»(«Biharul-ənvar», 2-ci cild, səh.18)
İncə nöqtələr:
1. Ay və Günəş öz işığında, böyüklüyündə və varlıq aləminə qoyduğu təsirlərində çoxlu fərqlərə malik olduğu və başqa ulduzlara nisbətən fərqləndiyi kimi alimlər də insanların vücuduna təsir qoymaq baxımından xüsusi məqama malikdirlər.
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
فَضلُ العَالِمِ عَلی الشَّهيدِ دَرَجَةٌ وَ فَضلُ الشَّهيدِ عَلَی العَابِدِ درجةٌ وَ فَضلُ العاَلِمِ عَلَی سَائِرِ النَّاسِ کَفَضلِی عَلَی أدنَاهُم
«Alimin şəhiddən bir dərəcə üstünlüyü vardır, şəhidin də abiddən bir dərəcə üstünlüyü vardır. Alimin bütün insanlara olan fəziləti mənim (yəni Peyğəmbərin) başqalarına olan üstünlüyüm kimidir.»(«Məcməül bəyan», 9-cu cild, səh.253)
İbrətli nöqtələr:
1. Alimlər şəhidlərdən üstündür, çünki onların elm və hidayətləri cəmiyyətdə şəhidlər tərbiyə edir.
2. Camaatın ən yüksək fərdi ilə ən aşağı fərdi arasında, yəni həzrət Peyğəmbər ilə adi camaat arasında çoxlu ilahi və mənəvi fərqlər vardır.
On səkkizinci fəsil: Qiyamətdə alimlərin məqamı
Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
ثَلاثَةٌ يَشفَعُونَ اِلَی اللّه يَومَ القِيَامَةِ فَيُشَفِّعَهُمُ الانبَياءُ ثُمَ العُلَماءُ ثُمَ الشُهَداء
«Qiyamət günü üç dəstə insanlar Allah dərgahında şəfaət edər, Allah da onların şəfaətini qəbul edər: Peyğəmbərlər, sonra alimlər, sonra şəhidlər.»(«Biharul-ənvar», 2-ci cild səh.15)
İncə nöqtələr:
1. Allah dərgahında ilahi alimlərin məqamları Peyğəmbərlər və şəhidlərin məqamları kimidir ki, insanlara Allah dərgahında şəfaət edərək onları cəhənnəm əzabından xilas edib günahlarını bağışlatmaqla Allahın izni ilə onları behiştə apara bilərlər.
2. Şəfaət məqamında alimlər şəhidlərdən irəlidir.
3. İlahi alimlərin rütbəsi Peyğəmbərlərdən sonradır.
4. Allah dərgahında ilahi alimlərin şəfaəti qəbul olunur.
On doqquzuncu fəsil: Alimlər məsum imamın (ə) insanlara olan höccətidir
Həzrəti Sahibəzzəman (əccələllahu təala fərəcəhuş-şərif)-in öz əli yazması olan məktubda belə buyurulur:
أمَّا مَا سَألتَ عَنهُ أرشَدَکَ اللّه وَ ثَبَّتَکَ ألی أن قاَلَ: وَ أمَّا الحَوَدِثُ الوَاقِعَةُ فَارجِعُوا فيِهَا اِلَی رُوَاةِ حَدِيثِنَا فَإنَّهُم حُجَّتِی عَلَيکَم وَ أنَا حُجَّةُ اللّه
«Sənin soruşduğun məsələlərə gəldikdə isə, Allah səni düz yola hidayət edib sabitqədəm etsin. (Sonra bu məsələyə gəlib çataraq buyurur:) Baş verən hadisələrə gəldikdə isə (belə ki, onların barəsində dini məlumatınız olmasa və vəzifənizin nə olduğunu bilməsəniz) bizim sözlərimizi rəvayət edənlərə (və onu açıqlayanlara) müraciət edin. Həqiqətən onlar mənim sizə olan höccətimdir, mən də Allahın höccətiyəm.»(«Vəsailuş-şiə», 18-ci cild, səh.101)
İncə nöqtələr:
1. Müctehid üçün bütün şərtlərə malik olan, ilahiyyat elmlərində nəzər sahibi olan fəqihlər və alimlərin böyük qeybət dövründə əmr və fətvaları məsum İmam (əleyhissalam) tərəfindən təsdiq edilmiş şəri bir dəlil və höccət sayılır. Buna görə də bu vəzifədən qafil olmaq olmaz. Onların əmrlərinə itaət etmək vacibdir.
2. Dövrün müxtəlif məsələlərində, siyasi və etiqadi ixtilaflarda ilahi alimlərə müraciət etmək bizim vəzifəmizdir.
3. On dörd məsumun (əleyhissalam) hədislərini rəvayət edənlərinin məqamı həqiqətdə Allahın höccəti tərəfindən verilən bir məqamdır.