İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Tarix » Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)

    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
    2012-02-05, 12:33 PM
    İkinci hissə
    Həzrəti-Zəhra (s.ə)-nın fəzilətləri.
    «Kisa»(«Kisa» sözünün mənası Peyğəmbər(s)-in Əli(ə.s), Fatimə(s.ə),Həsən(ə.s)və Hüseyn(ə.s) ilə birgə bir əbanın altına yığışmasıdır. Elə bu halda Cəbrayıl nazil olub beş nəfər Ali- əban(ə.s)-ın şəninə «Təthir» ayəsini («Əhzab», 33) gətirmişdi: «Allah-təala tam surətdə istəyir ki, hər cür pisliyi siz Əhli –beytdən uzaq etsin və sizi pak-pakizə saxlasın.» ) və «Mübahilə»(«Mübahilə» sözünün mənası məsihi alimləri ilə Peyğəmbər(s) arasında baş vermiş dua və nifrindir ki, Allah-təala haqsız və batil insanları öz əzabına düçar etmək istəyirdi.Bu mətləb «Ali-İmran» surəsinin 61-ci ayəsində vurğulanmışdır. ) əhlindən biri sayılan Fatimə(s.ə) ən çətin dövrdə Allah yolunda hicrət edən, şərəfinə «Təthir» ayəsi nazil olan şəxsiyyətlərdəndir. Cəbrayıl da onlarla birgə ağlamasına fəxr etmişdi. Allah-təala onların paklıq və doğruluğuna şəhadət vermişdir. O, İmamların anası olmaqla yanaşı, Peyğəmbər(s)-in nəslinin ondan doğulub qiyamətə kimi davam edəcək yadigarıdır. Bu nurlu vücud əvvəldən axıra hər iki dünya qadınlarının xanımıdır. O, sözündə və danışığında həzrəti-Mühəmməd(s)-ə ən çox oxşayan şəxs idi. Onun əxlaq və həyat tərzi Rəsuli-əkrəm(s)-in həyat tərzi və əxlaqını xatırladırdı. Yerişi sanki Peybəmbər(s)-in yerişi idi. O, həmişə atasının yanına gələndə Rəsuli-əkrəm(s) qızını mehribanlıqla qarşılayar, əlindən öpər, nə zaman behişt ətrini duymaq istəsə idi, onu iyləyər və buyurardı:
    «Fatimə bədənimin parəsidir.Kim onu sevindirsə, məni sevindirib, kim ona pislik etsə, mənə pislik edibdir».
    «Fatimə mənə hamıdan əzizdir».
    Peygəmbər(s)-in Fatimə(s.ə)-yə olan sonsuz məhəbbətini ifadə etdirən «ya həbibətə əbiha»-kimi kəlamlarını misal göstərmək olar ki, bu da «ey atasının dostu və məhbubu» mənasındadır.
    Təbəri Şiyi İmam Baqir(ə.s)-ə, İmam da öz Cəddinə əsaslanaraq Fatimə(s.ə)-nin dilindən belə nəql edir ki, bir gün Allahın Rəsulu(s) mənə belə xitab etdi:
    «Ey atasının dostu və məhbubu! Hər bir məstedici haramdır və hər bir məstedici şərab sayılır».
    Allah üçün dostluq.
    Xatırladaq ki, Allaha daha yaxın olan insanlar öz övladlarını, yaxın qohum-əqrəba və dostlarını instinktiv olaraq sevməmişlər, əksinə, onlar hər cür nəfsani, eləcə də qeyri-insani hisslərdən uzaq olmuşlar. Belə şəxslərin məhəbbəti ixlas üzündən, habelə Allaha görə olmuşdur. Allahdan digərinə olan sevgiləri isə elə yenə də Allahın özünə qayıdır və Allaha xatir olur. Məhz buna görə də həzrəti-Yəqüb(ə.s) Yusif(ə.s)-i başqa övladlarından daha çox sevirdi. Nəticədə, Yəqub(ə.s)-un o biri övladları onun Yusif(ə.s)-i nə səbəbə belə çox sevdiyindən xəbərsiz olduqları üçün pis fikirlərə düşmüşdülər. Onu yolunu azmış kimi qələmə verib, həmişə deyinirdilər: «Yəqub(ə.s)-un bu məhəbbətinə biz layiqik, çünki dünya işlərini yerinə yetirməkdə biz ondan(Yusifdən) daha bacarıqlı və daha güclüyük(«Yusif»surəsinin 8-ci ayəsində bu mətləbə işarə olunmuşdur. )».
    Amma Yəqub(ə.s)-un Yusif(ə.s)-ə olan məhəbbəti maddi səbəblər üzündən deyil, əksinə, Allahın Yusif(ə.s)-i sevdiyinə və onu qardaşlarının arasından seçəcəyinə görə idi. Yəqin ki, Allahın sevimlisi onun Peyğəmbər(s)-inin də məhbubu, sevimlisi olacaqdır.
    Kuleyni Məhəmməd ibn Sənandan belə nəql edir:
    Bir gün İmam Cavad(ə.s)-a müsəlmanlar arasında baş vermiş ixtilaflı bir mövzu barədə söhbət açdım. O da mənim cavabımda belə buyurdu: «Ey Məhəmməd! Bil ki, Allah-təala həmişəki kimi yeganə və misilsizdir. Ondan sonra Mühəmməd(s), Əli(ə.s) və Fatimə(s.ə)-nin nurunu yaratdı. O pak üç nur min illərlə beləcə qaldı. Daha sonra Allah-təala bütün mövcudatı xəlq edərək onları məxluqatın yaradılışına şahid etdi. Bütün yaradılmışların arasında yalnız onlara itaət etməyi buyurdu, məxluqatın bütün işlərini onlara həvalə etdi. Beləliklə, onlar (Mühəmməd (s), Əli(ə.s), Fatimə (s.ə)) istədikləri şeyi halal və haram edə bilərlər. Lakin onu da bilmək lazımdır ki, bu üç müqəddəs vücud Allahın istədiyini istər, onun qəbul etmədiyini sevmək və ya Allah istəyəndən başqa heç nəyi istəməzlər. Bu, dinin mahiyyətidir. Kim tələsib qabağa keçsə, yolunu azar. Hər kim də arxaya qalıb ləng tərpənsə, həlak olar. Yalnız din ilə yanaşı addımlayan onunla bir haqqa yetişər. Ey Məhəmməd, bu sözü öyrən və əzbərlə».
    Müəllif yazır: «Bu şərif hədisdə Fatimə(s.ə)-nin İlahinin məxluqatın bütün işlərini həvalə etdiyi şəxslərdən olduğu bəlli olur. Beləliklə, o, istədiyi şeyi halal və haram edə bilər (əlbəttə, bir şərtlə ki, onun istədiyi Allahın istədiyi olsun).
    Fatimə(s.ə)-nin kitabı.
    Bir çox İmamların müxtəlif rəvayətlərində nəql olunmuşdur ki, Fatimə(s.ə)-nin kitabı məsum İmamlardır. O cümlədən «Bəsairüd-dərəcat» adlı kitabda İmam Sadiq(ə.s)-in: «Fatimə (s.ə) özündən sonra bir kitab yadigar qoyub. Bu kitab «Quran» deyildir, lakin ulu Yaradan tərəfindən Fatimə(s.ə)-yə nazil olan Allah kəlamıdır. Peyğəmbər (s) onu həzrəti-Əli(ə.s)-yə söyləmiş, O da yazmışdır»,-buyurduğu qeyd edilmişdir.
    Əbu Bəsir belə nəql edir:
    Bir gün İmam Sadiq(ə.s)-in hüzuruna gəlib soruşdum:
    – Canım sənə fəda! Əhli-beyt tərəfdarları deyirlər ki, Peyğəmbər(s) öz elmindən yalnız bir fəsil öyrətmişdir ki, həmin fəsildən də minlərlə qapı açılır. Mənim zənnimcə, həqiqi və kamil elm məhz elə budur.
    Həzrəti-Cəfəri-Sadiq(ə.s) bir az fikrə gedib buyurdu:
    – O elmdir, lakin kamil elm deyildir. Əlbəttə, «Məcmuə» bizdədir, amma insanlar hardan bilsin ki, «Məcmuə» nədir? O, yetmiş dirsək uzunluğunda Peyğəmbər(s)-in söylədiyi, həzrəti-Əli(ə.s)-nin dəsti-xətti ilə yazdığı bir tumardır.(Böyük parça üzərinə yazılmış yazı. ) Bütün halal və haram hökmlər, şəri qanunlar orada yazılmışdır, belə ki hətta cırmağın cəriməsinə kimi həmin tumarda qeyd olunmuşdur.
    Dedim:
    -– Allaha and olsun ki, bu, kamil elmdir.
    -–Bu elmdir, lakin kamil elm deyildir. Düzdür, «Cəfr» elmi bizdədir, amma xalqın «Cəfr» elmi barədə heç bir məlumatı yoxdur.
    -–Bəs «Cəfr» nədir?
    -–Peyğəmbərin, övliyaların, keçmiş Bəni-İsrail alimlərinin dəri üzərində yazılmış elmidir, ancaq bu da elmi-kamil deyil. Sizin əlinizdəki «Quran»ın üç bərabər ölçüsündə olan həzrəti-Fatimə(s.ə)-nin kitabı da elmdir. Bu elmdən yalnız bizim xəbərimiz var, çünki o bizdədir. Allaha and olsun ki, «Qurani-Kərim»dən bir kəlmə də olsun bu kitabda yoxdur.(Yəni «Quran»ın zahiri mənasından dərk etdiyimiz məna orda yoxdur, əksinə, bizim başa düşdüyümüz «Quran» təfsirləri kimi ona yazılmış bir şərtdir. (Əlavə məlumat almaq üçün «Əyanuüş-şiə» adlı kitabın I c, səh. 97-yə müraciət edə bilərsiniz.) ) Hətta bunu da kamil elm adlandırmaq olmaz. Kamil elm hər gecə və gündüz bir hadisədən sonra başqa bir hadisəyə, bir şeydən sonra başqa bir şeyə aid qiyamətə kimi davam edən bir elmdir.(Üsuli-kafi» I c, səh.239. )
    Fatimə(s.ə)-nin behiştdə məqamı.
    Bəzi rəvayətlərdə belə nəql olunmuşdur ki, Fatimə(s.ə) Peyğəmbər(s)-in Qəzba adlı dəvəsində məhşərə daxil olan dörd süvaridən biridir.
    İbn Şəhr Aşub rəvayət edir ki, həzrəti-Mühəmməd(s) ölüm yatağında olarkən Qəzba adlı dəvəsi ondan soruşdu ki, məni özündən sonra kimə tapşırırsan?
    Peyğəmbər(s) buyurdu: «Ey Qəzba, Allah səni bərəkətli etsin. Sən qızım Fatimə(s.ə)-ninsən. O sənə həm bu dünyada və həm də axirətdə minəcək».
    Elə ki Rəsuli-əkrəm (s) vəfat etdi, o dəvə gecə ikən Fatimə(s.ə)-nin yanına gəlib dedi: «Salam olsun sənə, ey Peyğəmbərin qızı. Mənim bu dünya ilə vidalaşmağıma az qalıbdır. Allaha and olsun ki, Peyğəmbər(s)-in vəfatından sonra dilimə ot və su dəyməyib».
    O dəvə ayrılığa dözməyib həzrəti-Mühəmməd(s)-in vəfatından üç gün keçmiş canını tapşırdı.
    Furat ibn İbrahim öz təfsirində əmirəl-möminin Əli(ə.s)-nin dilindən belə söyləyir:
    Bir gün Peyğəmbər(s) Fatimə(s.ə)-nin yanına gəldikdə xanımın kədərli olduğunu hiss etdi. Rəsulallah(s) bir az qiyamət günü barədə danışıb bu məqama yetişəndə belə buyurdu: «Ey Fatimə, behişt qapısına yetişən zaman o vaxta qədər heç bir kəslə görüşməyən və səndən sonra da görüşməyəcək 12 min behişt hurisi səni qarşılayar. Onların əlində nurdan ibarət silah olar. Bu hurilər yəhəri sarı qızıl və qırmızı yaqut, yüyəni təzə mirvaridən olan işıq saçan dəvələrə minərlər. Hər dəvənin üstsndə də sız-sıx düzülmüş parlaq incilərlə bəzədilmiş «sundus» süfrəsi açılar. Behiştə gələn zaman cənnət əhli sənin qədəmlərindən şadü-xürrəm olar. Əhli-beyt tərəfdarları üçün istədikləri şey həmişə və elə o dəqiqə hazır olar. Allah övliyaları behiştdə yerləşdirən zaman həzrəti-Adəm(ə.s), ondan sonra isə bütün Peyğəmbərlər səni ziyarət etməyə gələrlər(Bu hədisi ibn Abbas həzrəti-Əli(ə.s) –dən nəql etmişdir. Hədis uzun olduğundan yuxarıdakı ondan bir parçadır. Hədisin şərhi «Rəyahinüş-şəriət» adlı kitabda I c, səh. 225-228-də qeyd olunmuşdur. )».
    Peyğəmbər(s)-in qəlbinin sözü.
    Fatimə(s.ə) buyurdu: «Bu ayə («Nur», 63)
    «Öz aranızda bir-birinizi çağırdığınız kimi? Peyğəmbəri çağırmayın (yəni onu ehtiramla səsləyin.)» nazil olan zaman mən Rəsuli-əkrəm(s)-i «Ey Allahın Rəsulu!»-deyə çağırırdım. Lakin o Həzrət istəyirdi ki, ona «Ata» deyə müraciət edim. Üç dəfə mənə heç bir şey söyləmədi. Axırda mənə üz tutub buyurdu:
    «Ey Fatimə, bu ayə sənin, ailən və sənin nəslin üçün nazil olubdur».
    Sonra əlavə etdi: «Mənə «Ata» deyə müraciət et, çünki sənin məni belə çağırmağın qəlbimi daha da şadlandırır və Allahı da razı edir».
    «Mishabul-Ənvar» adlı kitabda həzrəti-Əli(ə.s)-nin həzrəti-Mühəmməd(s)-in qızı Fatimə(s.ə)-yə bəslədiyi dərin məhəbbət və ehtiram barəsində söylədiyi hədis qeyd olunmuşdur. Burada xanım Fatimə(s.ə) Atası ilə olan mükaliməni xatırlayaraq belə bir məqama toxunmuşdu:
    «Allah-təala sənə salam göndərəni bağışlayar və onu mən cənnətin harasında olsam, mənə qovuşdurar».
    Peyğəmbər(s)-in qızı barədə etdiyi dua.
    Kuleynin yazdığına görə, İmam Baqir(ə.s) Cabir ibn Abdulla Ənsaridən nəql edir:
    Həzrəti-Mühəmməd(s) çölə çıxıb Fatimə(s.ə)-ni görməyə getmişdi. Mən də onunla idim. Biz Peyğəmbər(s)-in evinə yetişəndə O, əlini qapıya dayadı və sonra buyurdu:
    – Salam olsun sizə.
    Fatimə(s.ə) də onun cavabını aldı. Peyğəmbər(s) evə daxil olmaq üçün icazə istədi. Xanım söylədi:
    – Buyur, ey Allahın elçisi.
    Rəsuli-əkrəm(s) buyurdu:
    –Yanımdabir nəfər də var. İcazə olarmı, o da içəri keçsin?
    Fatimə(s.ə) ərz etdi:
    –Rübəndim başımda deyil.
    Peyğəmbər(s) buyurdu:
    –Fatimə, çadra ilə başını ört.
    Fatimə(s.ə) çadra ilə örtündükdən sonra Peyğəmbər (s) yenə salam verib mənim də onunla birgə içəri daxil olmağım üçün icazə istədi, Fatimə(s.ə) icazə verdi.
    Cabir deyir ki, mən Rəsululah(s) ilə evə daxil olanda Fatimə(s.ə)-nin çöhrəsinin saraldığını hiss etdim. Peyğəmbər(s) bunun səbəbini soruşduqda o Həzrət(s.ə) buyurdu ki, aclığın təsirindəndir. Həzrəti-Mühəmməd(s) bu zaman belə dua etmişdi:
    «Ey acları doyduran Allah, Mühəmməd(s)-in qızı Fatiməni doyur».
    Fatimə(s.ə)-nin həyat yoldaşı ilə davranışından bir nümunə.
    Əbu Səid Xudradan nəql olunur:
    Bir gün həzrəti-Əli(ə.s) acımışdı. Evə gəlib xanımından yemək istədi. Fatimə (s.ə) ərz etdi:
    –Atamı Peyğəmbər, səni isə onun vəlisi qərar verən Allaha and olsun ki, evdə yeməyə bir şey yoxdur. İki gündür, yeməyimiz qurtarıb. Əgər olsaydı, onu özümdən və oğullarım Həsənlə Hüseyndən qabaq sənin üçün saxlayardım.
    Əli(ə.s) buyurdu:
    – Fatimə, bəs niyə mənə xəbər verməmisən ki, sizin üçün yemək tapım?
    Fatimə(s.ə) belə cvab verdi:
    – Ey Əbülhəsən, mən Allahımdan utanıram ki, səndən qüdrətində olmayan bir şeyi tələb edim.
    Ev və çöl işlərinin bölünməsi.
    «Qərbül-əsnad» adlı kitabda İmam Sadiq(ə.s)-in İmam Baqir(ə.s)-dən eşitdiyi hədis qeyd olunur:
    Bir gün həzrəti-Əli(ə.s) ilə Fatimə(s.ə) ev və çöl işlərini öz aralarında bölüşdürməkdən ötrü Peyğəmbər(s)-in yanına gələrək onların arasında qəzavət etməsini xahiş etdilər. Peyğəmbər(s) ev işlərini Fatimə(s.ə)-nin, çöl işlərini isə Əli(ə.s)-nin öhdəsinə qoydu. Fatimə(s.ə):
    «Təkcə Allah şahiddir ki, mən bu bölgüdən necə xoşhal və razıyam, çünki Allahın Rəsulu(s) mənə elə iş tapşırdı ki, mənim daha evdən bayıra çıxmağıma ehtiyac yoxdur və naməhrəmlərin gözündən uzaq olacağam», ¬¬¬– deyə buyurdu.
    Mələklər həzrəti-Zəhra(s.ə)-nın xidmətində.
    Xəraic Ravəndinin kitabında Salmanın söylədiyi belə bir hədis qeyd olunur:
    Həzrəti-Zəhra(s.ə)-nın evində idim. Xanım Fatimə(s.ə)-nin əyləşərək dəyirmanda arpadan un üyütdüyünün şahidi oldum. Dəyirmanın dəstəyi qana bulaşmışdı. Hüseyn(ə.s) (o zaman südəmər körpə idi) evin bir tərəfində aclıqdan ağlayırdı.
    Söylədim ki, ey Peyğəmbər(s)-in qızı, özünüzü bu qədər zəhmətə salmayın. İndi sizin Fizzə kimi kəniziniz var. O, xidmətinizdə hazırdır. Belə olduqda həzrəti-Zəhra(s.ə) buyurdu:
    – Allahın Rəsulu mənə belə göstəriş vermişdir ki, evin işlərini növbə ilə bir gün mən, bir gün isə Fizzə görsün. Dünən Fizzənin növbəsi idi, bu gün isə mənim növbəmdir.
    Söylədim:
    – Ey Peyğəmbər(s)-in qızı, mən sizin azad etdiyiniz qulam və xidmətinizdə hazıram. Mənə əmr et, ya dəyirmanda arpa çəkim, ya da Hüseyn(ə.s)-i saxlayım.
    Xanım buyurdu:
    – Hüseyn(ə.s)-i mən saxlayaram, sən dəyirmanda arpa üyüt.
    Mən bir az arpa üyütdüm. Azan səsi gəldi. Məscidə gedib namazı Rəsuli-əkrəm(s) ilə birgə qıldım. Namazdan sonra bu hadisəni Əli(ə.s)-yə söylədim. O Həzrət gözləri yaşarmış halda ayağa qalxıb evə getdi. Bir az keçməmiş gördük ki, gülə-gülə qayıtdı. Rəsuli-əkrəm(s) ondan gülməyinin səbəbini soruşduqda buyurdu ki, evə getmişdim, içəri daxil olanda gördüm ki, Fatimə(s.ə) arxası üstə yuxuya dalmış, Hüseyn(ə.s) də sinəsi üstündə yatmışdı, dəyirman da onun qarşısında öz-özünə fırlanırdı.
    Peyğəmbər(s) gülüb buyurdu:
    – Ey Əli, məgər bilmirsənmi, Allahın elə mələkləri var ki, Mühəmməd və ali Mühəmmədə xidmmət etmək üçün yer üzünü gəzib dolaşırlar. Onların bu xidməti qiyamətə kimi davam edəcəkdir.
    Peyğəmbər(s)-in həzrəti-Zəhra(s.ə)-ya yardımı.
    Başqa bir rəvayətdə belə nəql olunur ki, bir gün həzrəti-Mühəmməd(s) əmirəl-möminin Əli(ə.s)-nin evinə daxil olduqda qızının o Cənabla birgə dəyirmanda qavərs (Qavərs-darı növündən olub acı dadan külrəngli bir toxumdur, onun yarpağı və kolu arpaya oxşayır. Əksər hallarda buğda əkilən sahələrdə bitir. ) üyütməklə məşğul olduğunu görür və belə buyurur: «Hansınız yorulmusunuzsa, mən onu əvəz edim». Əli(ə.s) ərz etdi ki, Fatimə (s.ə) yorulmuşdur. Peyğəmbər(s) Fatimə(s.ə)-yə söylədi: «Qalx, əziz qızım!» Fatimə(s.ə) ayağa qalxdı. Peyğəmbər(s) Fatimə(s.ə)-nin yerində oturub Əli(ə.s)-yə kömək eləməyə başladı.
    Bu hərəkətlə Allahın Rəsulu(s) ümmətinə öyrətdi ki, əgər xanım ev işlərində əziyyət çəkirsə, ona kömək etmək lazımdır.
    Həzrəti-Zəhra(s.ə)-nın xörəyinin bərəkəti.
    Məşhur kitabların bir qismində Cabir ibn Abdulla Ənsarinin söylədiyi hədis qeyd olunmuşdur:
    – Peyğəmbər(s) bir neçə gün yeməyə bir şey tapmadığı üçün aclıqdan əziyyət çəkirdi. Öz həyat yoldaşlarının otaqlarında yemək olmadığından qızı Fatimə(s.ə) buyurdu : «Qurbanın olum bizim evdə də yemək yoxdur». Rəsuli-əkrəm(s) qonşulardan birinə müraciət edib onlardan iki tikə çörək və bir az da ət alaraq Fatimə (s.ə) üçün göndərdi. Fatimə(s.ə) bunları alıb qaba qoydu, ağzını bağlayıb dedi: «Mən Allahın Rəsulunu özümdən və ailəmdən qabaq bilirəm» (Halbuki onlar hamısı aclıq çəkirdi).
    O zaman Fatimə(s.ə) Həsən və Hüseyn(ə.s) ilə Peyğəmbər(s)-ə xəbər göndərdi. Peyğəmbər(s) gələndə Fatimə(s.ə) göndərilən hədiyyə barədə ona danışdı. Həzrəti-Mühəmməd(s) buyurdu ki, o qabı buraya gətirsin. Fatimə(s.ə) qabı Peyğəmbər(s)-in yanına gətirdikdə Rəsuli-əkrəm(s) qabı alıb qapağını qaldırır, bu zaman qabın çörək və ətlə dolu olduğunu görüb sevinir.
    Cabir deyir ki, bunu gördükdə çox təəccübləndim. Başa düşdüm ki, bu, Allah kəramətindən bir nümunədir. İlahinin həmd və şükrünü yerinə yetirdim və Peyğəmbərinə salam göndərdim. Rəsuli-əkrəm(s) Fatimə(s.ə)-yə dedi ki, bunlar haramdır?
    Fatimə(s.ə) ərz etdi : «Tanrı öz dərgahından hər kəsə istəsə, bol-bol ruzi verər».
    Peyğəmbər(s) Əli(ə.s)-nin dalınca adam göndərdi. Hamı yığışdı. Peyğəmbər(s)-in zövcələri və bütün evdə olanların hamısı o yeməkdən yedilər. Lakin qab yenə dolu idi. Fatimə(s.ə) buyurdu ki, o xörəkdən bütün qonşulara göndərin. Allah-təala bu xörəyə bol-bol xeyir və bərəkət verdi, belə ki bu cür bərəkəti vaxtilə həzrəti- Məryəm(s.ə)-ə də əta etmişdi.»(Bu hədis Nişaburinin təfsirində qeyd olunmuşdur.)
    Fatimə(s.ə)-nin ibadətinə bir baxış.
    Həsən Bəsri (tanınmış zahid) yazır: «İslam ümməti arasında ibadətdə Fatimə(s.ə)-nin misli ola bilməz. O xanım ayaqları qabar olana qədər ibadət edirdi.»
    Bir gün Rəsuli-əkrəm(s) Qızı(s.ə)-dan soruşdu:
    – Qadın üçün ən yaxşı şey nədir?
    O cavab verdi:
    – Naməhrəm kişiyə baxmaya və naməhrəm də onu görməyə.
    Peyğəmbər(s) bu sözü eşitcək Fatimə(s.ə)-ni bağrına basdı və bu ayəni oxudu:
    «Onlar bir-birindən tutulmuş övladlardır. (Təqva və fəzilət nəzərindən.)» («Ali-İmran» surəsi, 34)
    İmam Həsən(ə.s)-dən anası ilə bağlı bir əhvalatı qeyd etsək, yerinə düşərdi:
    Cümə gecəsində anamı mehrabda ibadət edən gördüm. O, uzun zaman səcdə və ruku halında qaldı. Sübh çağı yetişdikdə möminələrin adını bir-bir çəkərək onları dua etdi, lakin özünü heç dua etmədi. Soruşdum ki, anacan, başqaları kimi özün barədə niyə dua etmədin? Anam: «Oğlum, əvvəl qonşu, sonra ev», – deyə buyurdu.
    Şeyx Səduq(r.ə) həzrəti-Zəhra(s.ə)-dan belə nəql edir:
    Rəsuli-əkrəm(s)-dən eşitmişəm ki, cümə günündə elə bir saat vardır ki, əgər bir müsəlman Allahdan bir şey diləsə, Tanrı onun istədiyini verər. Bu, günəşin yarısının üfüqdə qalıb, yarısının batdığı zamandır.
    Fatimə(s.ə) həmişə öz qulamına buyurardı: «Yuxarı çıx, nə vaxt gördün, günəşin yarısı üfüqdə batdı, mənə xəbər ver ki, dua edim.»
    Rəvayətdə nəql olunur ki, o Həzrət mehrabda dayanıb ibadət edən zaman onun nuru səma əhli üçün ulduz kimi parlardı.
    Həzrəti-Zəhra(s.ə)-nın ər evində rəftarı.
    Bəni-Səd qəbiləsindən olan bir nəfər Əmirəl-möminin Əli(ə.s)-nin həzrəti-Fatimə(s.ə) haqqında ona danışdıqlarını belə nəql edir:
    Peyğəmbər(s)-imizin sevimli qızı olmasına baxmayaraq, kuzə ilə o qədər su daşıyardı ki, çiynində kuzənin qulpunun izi qalar, ev süpürməkdən və qazan altı alışdırmaqdan paltarları hisli-tozlu olardı. Onun bu qədər əziyyət çəkdiyini gördükdə Fatiməyə dedim:
    – Atan Rəsuli-əkrəm(s)-in yanına gedib ev işlərində sənə kömək etmək üçün bir kəniz istəsəydin, yerinə düşərdi.
    Beləliklə, Fatimə(s.ə) atasının yanına gedir, lakin Peyğəmbər(s)-in yanında adam olduğunu görüb heç nə demədən evə qayıdır.
    Həzrəti-Mühəmməd(s) Fatimə(s.ə)-nin nə üçünsə gəlib heç nə istəmədən geri qayıtdığını anlayıb, səhəri gün evimizə gəldi. Biz bu zaman hələ yataqdan qalxmamışdıq.
    Rəsuli-əkrəm(s) adəti üzrə üç dəfə salam verərdi (icazə məqsədilə). Əgər icazə verilsəydi, daxil olardı, yox, əgər icazə verilməsəydi, qayıdıb gedərdi. Dedim:
    – Salam, ey Allahın Rəsulu, buyurun içəri.
    O Həzrət buyurdu:
    – Fatimə, dünən mənim yanıma nə üçün gəlmişdin, istədiyini söylə.
    Fatimə(s.ə) həya edərək heç nə demədi. Qorxdum ki, əgər mən cavab versəm, Peyğəmbər(s) qalxıb gedər. Ərz etdim:
    -Ey Allahın Rəsulu, qoy mən səni xəbərdar edim. Fatimə o qədər su çəkib ki, sinəsində qabın dəstəyinin izi qalıb. Dəyirmanda un üyütməkdən əlləri qabar bağlayıbdır. Ev süpürüb qazan altı alışdırmaqdan paltarlarının rəngi dəyişmişdir. Buna görə də mən ona dedim ki, yaxşı olardı ki, atanın yanına gedib ev işlərində sənə kömək etmək üçün bir kəniz istəyəsən.
    Peyğəmbər(s) buyurdu:
    – İstəyirsizmi, sizə elə kəlam öyrədim ki, xidmətçidən daha yaxşı olsun? Yataq otağına gedən zaman otuz üç dəfə «subhanəllah», otuz üç dəfə «əlhəmdulillah» və otuz üç dəfə «Allahu Əkbər» deyin.
    Bu zaman Fatimə(s.ə) ayağa durub üç dəfə təkrar etdi:
    – Allah və Rəsulundan razı qaldım.
    Əbubəkir Şirazinin (sünni alimlərindəndir) məşhur kitabında nəql olunur ki, həzrəti-Zəhra(s.ə) Peyğəmbər(s)-ə öz vəziyyətini söyləyib kəniz istəyən zaman Ata(s)-sı ağlayıb buyurmuşdu:
    –Fatimə, and olsun məni peyğəmbərliyə seçən Allaha! Məsciddə dörd yüz nəfər kişi vardır ki, nə yeməkləri var, nə də geyimləri. Əgər fəzilətinin itmək qorxusu olmasaydı, mən sənin istədiyini edərdim. İstəmirəm ki, əcr və mükafatın səndən alınıb sənin kənizinə verilsin.
    Sələbinin təfsirində İmam Baqir(ə.s)-dən, Qüşeyrinin təfsirində isə Cabir ibn Abdulla Ənsaridən nəql olunan hədisdə deyilir ki, həzrəti-Mühəmməd(s), Fatimə(s.ə)-nin əynində yun paltar dəyirmanda un üyüdə-üyüdə uşağa süd verdiyini gördükdə Onun gözləri yaşardı və buyurdu:
    –Ey qızım, axirətin şirinliyi üçün dünyanın çətinliyinə döz!
    Fatimə söylədi:
    –Ey Peyğəmbərimiz, Allaha nemətləri və əta etdiklərinə görə həmd, şükr olsun.
    Zəhra(s.ə)-nın kənizi Fizzənin elminə bir baxış.
    Əbulqasim Qureyşi öz kitabında bəzi səhabələrdən nəql edir ki, Zəhra(s.ə)-nın kənizi Fizzə səhrada həcc karvanından geriyə qalıb itmişdi. Karvandan arxada qalmış Abdulla Mübarək adlı biri deyir ki, səhrada bir nəfər yalqız qadın gördüm. Mən dəvə ilə onun yanına gedib hər nə soruşurdumsa, «Quran» ayəsi ilə cavab verirdi. Ondan soruşdum:
    – Sən kimsən?
    Dedi:
     «Və de salam olsun sizlərə, tezliklə biləcəklər». («Zuxruf», 89)
    Ona salam verib dedim:
    – Sən burada neyləyirsən?
    Qadın cavab verdi:
     «Allah-təala hər kəsi hidayət etsə, yolunu azmaz». («Zümər», 37)
    Başa düşdüm ki, yolu azıbdır. Soruşdum:
    – Cinlərdənsən, yoxsa insanlardan?
    Dedi:
    – «Ey Adəm övladları, bəzəklərinizi, zinətlərinizi götürün».
    («Əraf», 31)
    Əmin oldum ki, Adəm övladıdır. Soruşdum:
    – Haradan gəlirsən?
    Dedi:
     «Onlar uzaq yerdən səslənərlər». («Fussilət»,44)
    Anladım ki, uzaq yoldan gəlir. Dedim:
    –Hara gedirsən?
    Dedi:
     «Allah-təala imkanlı şəxslərə Kəbənin həccini vacib etdi». («Ali-İmran»,97)
    Onun Məkkəyə getdiyini bilib dedim:
    – Karvandan nə vaxt ayrı düşmüsən?
     «Biz göyləri və yeri və yerin altında olanları altı günə yaratdıq». («Qaf», 39)
    Ayədən məlum oldu ki, altı gündür, karvandan ayrı düşüb. Sual etdim:
    – Yemək istəyirsənmi?
     «Biz onları yemək yeməyən cəsədlər tək yaratmadıq».
    («Ənbiya», 8)
    Başa düşdüm ki, acdır. Dedim:
    – Tələs, tez gəl.
    – «Allah-təala heç kimin boynuna gücündən artıq yük qoymaz». («Bəqərə», 286)
    İndi də yorulub, yeriməyə taqəti olmadığını anlayıb dedim:
    – Gəl dəvəyə min, arxada əyləş.
    – «Əgər yerdə və göydə yeganə Allahdan başqa allahlar olsaydı, yer-göy bir-birinə dəyərdi». («Ənbiya», 22)
    Demək, mənimlə birgə dəvədə oturmağa həya edir. Dəvədən düşüb onu təkcə mindirdim. Elə ki dəvəyə mindi, dedi:
    – «Pak və münəzzəhdir o Allah ki, bunu bizə müti etdi(Müti, yəni itaət edən, tabe olan. )». («Zuxruf», 13)
    Karvana çatan zaman ondan soruşdum:
    – Karvanda sənin qohum-əqraban varmı?
    Dedi:
     «Ey Davud, biz səni Yer üzündə öz xəlifəmiz etdik(qərar verdik)». («Sad»,26)
    – «Mühəmməd Peyğəmbərdən başqa bir şey deyildir». («Ali-imran», 144)
    «Ey Yəhya, kitabı möhkəm tut». («Məryəm», 12)
    «Ey Musa, mənəm Allah». («Qəsəs», 30)
    Başa düşdüm ki, karvanda ona qohum olan Davud, Mühəmməd, Yəhya və Musa adında şəxslər vardır. Onları çağırdım. Dörd nəfər cavan o qadına tərəf gəldilər. Ondan soruşdum:
    – Bunlar sənin nəyindir?
     «Mal və övlad dünya həyatının bəzəyidirlər». («Kəhf», 46)
    Məlum oldu ki, onlar qadının övladlarıdır. Əzizləri qadının yanına gələndə o dedi:
    – «Ey ata, onu qulluğa götür. Çünki yaxşı bir insanı qulluğa götürürsən. O, qüvvətli və əmin bir şəxsdir». («Qəsəs», 26)
    Qadın bununla onlara deyir ki, mənim muzdumu versinlər.Onlar mənə bir miqdar pul verdilər. Əmn onlardan soruşdum:
    – Bu xanım kimdir?
    Dedilər:
    – Bu qadın həzrəti-Zəhra(s.ə)-nın kənizi, bizim anamız Fizzədir. O, iyirmi ildir ki, Quran ayələrindən başqa bir söz danışmır.(Fizzə «Növbə» əhlindən idi. Sonralar Əli(ə.s.)-nin evinə gəlib həzrəti Zəhra(s.ə.)-nın kənizi olmuşdu. Beləliklə, onun gözəl əxlaqından bəhrələnmiş və böyük məqama yetişmiş, Fatimə(s.ə.)-nin ailə üzvlərindən biri olmuşdu. 18 Hizb- zümrə, hissə, qism. )
    Həzrəti-Zəhra(s.ə) və onu sevənlərin fəziləti, behiştdəki məqamları.
    Əbu Cəfər Təbəri «Bəşarətül Mustafa» adlı kitabında Həmmam Əbi Əlidən belə nəql edir:
    Bir gün Kəbul Əhbardan soruşdum:
    – Əli ibn Əbitalib(ə.s)-in dostları barədə fikriniz nədir?
    O dedi:
    – Mən onların «Quran»da vəsfini tapmışam. Onlar Allahın hizbi(« Müsnəd Əhməd» və «Kəşfül-ğimmə». «Quran»ın «Əhqaf» surəsinin 20-ci ayəsində oxuyuruq: «Qiyamət günündə kafirlər oda salınıb, onlara deyirlər: «Siz gözəllik və ləzzətlərdən dünya həyatında istifadə etmisiniz.» ), İslamın köməkçiləri, Allah vəlisinin ardıcılları, insanlar arasında Allahın alicənab və seçilmiş bəndələridirlər. Allah-təala onları öz dini üçün seçib, behişti onlar üçün yaratmışdır. Behiştdə Firdovsi-Əlada şəffaf mirvari dənəsindən və ləl cəvahirdən düzəldilmiş otaqlarda yaşayarlar. Onlar müqəddəs şəxsiyyətlərin arasındadırlar. Belə şəxslər hələ əl dəyməmiş içkilərdən içərlər. Bu içki onlara məxsus «Təsnim» adlı bulağın suyundandır. «Təsnim» Allah-təalanın həzrəti-Fatimə(s.ə)-yə əta etdiyi bulaqdır. Bu bulağın mənbəyi qübbəsi soyuqluqda kafur, dadı zəncəfil, iyi isə müşk kimi olan bir sütunun dibindədir. O bulaq arxlara axar, Fatimə(s.ə)-nin dostları da ondan içərlər. Bu qübbənin dörd sütunu vardır. Onun bir sütunu da yaşıl zümrüddəndir. Həmin sütunun dibində isə təhur və baldan olan şərabla dolu daha iki bulaq vardır. Bu çeşmələrdən hər biri behiştin aşağı hissəsindən axır. Təkcə Təsnim çeşməsi cənnətin yuxarı başında axır. Onun suyundan yalnız behiştin xüsusi adamları içəcəklər. Onlar Əli(ə.s)-nin dostlarıdırlar. Budur, Allah-təalanın «Quran»da buyurduğu kəlamın təfsiri:
    – «Onlar ağzı bağlı əl dəyməmiş şərabla sirab olarlar. O elə bir çeşmədir ki, ondan yalnız Allahın ən yaxın adamları içəcəklər.» («Mutəffifin», 25-28)
    Sonra Kəbul Əhbar dedi: «Allaha and olsun, Əli(ə.s)-nin dostlarını ancaq Allahın əhdü-peyman bağladığı şəxslər sevir».
    Əbu Cəfər Təbəri yuxarıdakı rəvayəti nəql edəndən sonra yazır ki, Peyğəmbər(s) və onun Əhli-beyti(ə.s)-ni sevənlərin, bu hədisi qızıl suyu ilə yazmağına dəyər. Onların behiştin bütün ali dərəcələrinə əlləri çatacaqdır. Bu rəvayət əhli-təsənnündən də nəql olunmuşdur.
    Category: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) | Added by: Islam_Kitabxanasi
    Views: 898 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024