İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Tarix » Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)

    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı)
    2012-02-05, 12:30 PM
    Əli(ə.s) və Bəni- Haşimin Səqifə toplanışında olmaması
    Böyük alim Şeyx Müfid (413 h.c.,993 miladi) öz «İrşad» adlı kitabında belə yazır:
    «Peyğəmbər(s) vəfat edəndən sonra İmam Əli(ə.s) onun mübarək bədəninə qüsl verib kəfən tutmağa və dəfn işləri ilə məşğul idi. Nəhayət, Əli(ə.s)-nin və Bəni-Haşimin iştirakı olmadan Əbu Bəkrin xilafəti bərqərar oldu. Beləliklə də, Mədinə müsəlmanlarının arasına ixtilaf düşdü, lakin Məkkənin fəthində azad olmuşlar dəstəsi və Peyğəmbər(s)-in qəlblərini satın almaq üçün İslama daxil olmalarına icazə verdiyi şəxslər xilafət məsələsinin təxirə düşməsini istəmirdilər. Ona görə Bəni-Haşimin başı işdən açılmamış məsələni bitmiş hesab edib Əbu Bəkri xəlifə seçdilər, çünki o, Səqifə toplanışında idi və plan da onun məqsədinə uyğun qurularaq tamamlanmışdı.
    2.Əli(ə.s)-nin söhbəti
    Rəvayət olunmuşdur ki, Əbu Bəkrə beyət edilmə mərasimi sona yetən kimi bir nəfər həzrəti-Əli(ə.s)-nin hüzuruna gəlib gördü ki, o Həzrət əlində bel Rəsuli-əkrəm(s)-i qəbrini hamar edir. Söylədi:
    __ Camaat Əbu Bəkrə beyət etdi. Mədinəlilərin arasında ixtilaf düşdüyündən onlar xilafət məsələsində məğlub oldular. Tüləqa (Məkkənin Fəthində azad olmuşlar) sizin xəlifə olmağınızdan qorxaraq qabağa düşüb tez bu kişiyə (Əbu Bəkrə) beyət etdi.
    Həzrəti- Əli(s) beli yerə söykəyib buyurdu:
    «Mehriban və bağışlayan Allahın adı ilə. Əlif lam mim. Elə bilirlər ki, iman gətirdik deyib öz başlarına buraxılarlar və imtahan olunmazlar? Biz onlardan qabaqkıları imtahan etdik. Gərək Allahın elmi yalan və doğru deyənlərin barəsində həqiqəti aşkara çıxarsın. Günah iş görənlər elə bilirlər ki, bizim qüdrətimizin çərçivəsindən uzaqlaşa biləcəklər? Necə də nahaq qəzavət edirlər?»(Nabiğə adı ilə məşhurlaşmış Qeys ibn Kəd cahiliyyət dövrünün şairlərindən idi. İslamı qəbul edib müsəlman oldu. Müsəlman olmağı ilə fəxr edib bu barədə şerlər oxuyurdu. Uzun ömür sürmüşdür. («Səfinətül-bihar» II c, səh.569.) )
    3.Əbu Süfyanın təklifinin rədd olunması.
    Əbu Süfyan Peyğəmbər(s)-in evinə gəlmişdi. Əli(ə.s) və Abbas (Peyğəmbər(s)-in əmisi) ona baxdılar ki, görsünlər nə deyir və bunun istədiyi nədir? Əbu Süfyan bir şer oxudu: (şerin məzmunu təxminən belədir.)
    «Ey Bəni-Haşim xanədanı, başqalarını öz xilafətiniz barədə tamaha saldırmayın, əsasən də Təym ibn Mərrə (Əbu Bəkr) və Ədiyy (Ömər) tayfalarını. Xilafət siz Bəni-Haşimindir və sizə də qayıdacaqdır, xüsusilə Əbülhəsən Əli(ə.s)-nindir. Ey Əbülhəsən, xilafət vasitəsilə öz arxanı möhkəmlət. Çünki ümid bəslədiyin xilafətə sən layiqsən».
    Sonra o, ucadan dedi:
    __ Ey Bəni- Haşim, Ey Əbdül Mənaf övladları, siz razısınızmı, Əbu Süfyan alçaq oğlu alçaq sizin hakiminiz olsun? Allaha and olsun, əgər istəsəniz, süvari və piyadadan ibarət bir qoşun hazırlayaram ki, onları sıxışdırıb çıxararlar.
    Əli(ə.s) onun çirkin niyyətindən xəbərdar olduğundan Əbu Süfyana dedi:
    __ Çıx get! Çünki Allaha and olsun, dediyin sözlər Allaha görə deyildir. Sən həmişə İslamı parçalamaq və zərər yetirmək fikrində olmusan. Biz Rəsuli-əkrəm(s)-i torpağa tapşırmaqla məşğul idik. Hər kəs öz əməlinin mükafatını alacaq. Allah-təala zəhmət çəkənlərə kömək edər.
    Əbu Süfyan pisniyyətli və fürsətdən istifadə etmək fikrində olduğundan məyus olub oradan birbaşa məscidə getdi. Bəni-Üməyyə tayfasının məsciddə yığışdığını görüb onları xilafəti ələ almağa çağırdı. Bəni-Ümməyə də Əbu Süfyanın ardınca getdi. Beləliklə, elə bir fitnə qalxmışdı ki, hamı ona düçar olmuş, cürbəcür bəhanələr ortaya çıxmışdı. Şeytan hökmranlıq sürürdü. Zalımlar əl-ələ vermişdilər. Möminlər isə xar və pərişan olmuşdular. Budur, Allah kəlamının batini mənası:
    «Fitnədən qorxun ki, təkcə sizin zülmkarlarınıza yetişmir». (Əksinə, hamını əhatə edir.) («Ənfaq», 25).
    4.Şeytansifətin təhrikləri
    Böyük alim şeyxi-əcəll və əqdəm Übeydullah ibn Abdulla Əsəd Abadi «Əlmuqniu fil imaməti» kitabında yazır ki, burada Səqifə əhvalatının incəliklərini araşdırıb aydınlaşdırsaq, görərik ki, onlar vəliyyi-əmrin və sahibi-həqqin haqqını əlindən almaq üçün nə qərara gəldidər. Tarixçilər və tarixi şəxsiyyətlərin həyatını yazanlar demək olar ki, hamısı belə qənaətə gəlmişlər:
    Hadisə zamanı Əmirəl-möminin Əli(ə.s) Peyğəmbər(s)-in müqəddəs vücudunu dəfn etməklə məşğul idi. Mühacir, ənsar, Qüreyşin bir qrup üzvləri hakimiyyətlə əlaqədar həzrəti-Əli(ə.s) və Bəni-Haşim tərəfindən hansısa bir hadisənin baş verəcəyini gözləyirdilər. İblis Səqif tayfasından olan Müğeyrə ibn Şöbə adlı çəpgöz bir kişinin surətində zahir olub onlara dedi:
    __ Nəyi gözləyirsiniz?
    Dedilər:
    __ Gözləyirik ki, Bəni-Haşim öz işini qurtarsın.
    İblis dedi:
    __ Gedin öz işinizi görün ki, tamamlansın. Allaha and olsun, əgər Bəni-Haşim tayfasının Peyğəmbər(s)-i dəfn edib qurtarmasını gözləsəniz, onların təsiri altına düşəcəksiniz. Xilafət işi isə Rum qeysərləri və İran kəsraları qaydasında davam edəcəkdir. Bundan əlavə bir müddət bundan qabaq Qureyşdən bir neçə nəfər məktub yazıb Əbu Ubeydiyeyi Cərraha söz veriblər. O məktubda belə şərt kəsiblər ki, əgər Rəsuli- əkrəm (s) vəfat etsə və yaxud öldürülsə, Bəni-Haşimin hakimiyyətini qəbul etmərik ki, nübüvvət və xilafət yenidən onlarda cəmlənməsin.
    Sonra həmin iblis (Müceyrə) mədinəlilərin yanına gedib onları da hakimiyyəti ələ keçirməyə təhrik etdi.
    Ənsarlar Bəni-Saidə səqifəsinə yollandılar.
    5.Əbu Züveyb Həzəlinin qəribə xəbərləri
    Übeydullah Əsəd Abadi sözünə davam edib deyir ki, Bəsrə əhlindən olan Əbül-Həsən ibn Zənci Müğəvi 433-cü hicri qəməri ilində (təxminən 1013-cü il miladi) mənə Əbu Züveyb Həzəlidən eşitdiyi bir qəziyyəni söyləmişdi:
    Biz Mədinədən uzaqda idik. Rəsuli-əkrəm(s)-in xəstəlikdən yatağa düşməsi xəbərini eşitdikdə pərişan olub, o gecəni çətinliklə başa vurduq. Çox narahat idik. Mən yuxuya və qarışıq xəyallara qərq olmuşdum. Birdən səhərə yaxın eşitdim ki, Hatifi belə deyir:
    «İslamda böyük bir hadisə baş vermişdir. İslam parçalamışdır. Xurmalıqlar arasında və bütlərin şəhərində (yəni Mədinədə) Rəsuli -əkrəm (s) vəfat etdi. Gözlərimiz o Həzrətin vəfatının müsibətinin faciəsindən yaş tökür».
    Əbu Züveyb deyir: «Yuxudan hövlank ayıldım. Səmaya baxanda «Sədi-zabih» adı ilə tanınmış ulduzdan başqa bir şey görmədim. Belə yozdum ki, ərəb tayfaları arasında ölüm-itim olacaq. Başa düşdüm ki, bu gecə Rəsuli- əkrəm (s) bu dünyadan köçübdür. Ayağa qalxdım. Dəvəmə minib Mədinəyə sarı yola düşdüm. Artıq hava işıqlaşmağa başlamışdı. Bir şey görmək üçün ətrafıma baxırdım ki, ondan məna yozum. Birdən səhrada ağzında kiçik bir ilan ovlamış yekə bir tısbağa gördüm. İlan qıvrılır, tısbağa isə onu yavaş-yavaş çeynəyirdi. Tısbağa ilanı yeyib qurtardıqdan sonra mən bu hadisəni belə yozdum ki, yəqin Rəsuli-Əkrəm(s)-in canişininə etiraz edib ondan üz çeviriblər. İlanın yeyilməsindən ağlıma xilafətin yeyilməsi mənası gəldi (başqalarının əlinə keçir).
    Dəvəmi tələsik sürüb mədinəyə yetişdim. Gördüm, Mədinə əhli əza və ah-naləyə qərq olubdur. Hacıların ehramda ağladıqları kimi hönkür-hönkür ağlayırlar. Nə baş verdiyini soruşanda Rəsuli-Əkrəm(s)-in vəfat etdiyini söylədilər.Elə ki bu xəbəri eşitdim, məscidə tərəf getdim. Məsciddə heç kimi görməyib Peyğəmbər(s)-in evinə yollandım. Qapı bağlı idi. Dedilər, Allahın Rəsulu(s) vəfat edib, mübarək peykərini(Məcruh, yəni ləkələnmiş, biabır edilmiş, etibara layiq görülməyən. ) kəfənə tuturlar. Qüsl vermək üçün təkcə Əhli-beyti onun yanındadır. Soruşdum ki, bəs camaat haradadır?
    Mənə belə cavab verdilər:
    __ Camaat Bəni-Saidə səqifəsində mədinəlilərin toplanışna gedib.
    Mən özümü Səqifəyə yetirdim. Əbu Bəkr, Ömər, Müqeyrə, Əbu Übeydeyi-Cərrah və Qureyşdən olan daha bir neçə nəfəri orada gördüm. Mədinəlilərin arasında Səd ibn Dilhəm və onların şairi Həssan ibn Sabiti də orada əyləşən gördüm. Qureyş və ənsarla xilafət barəsində söz açdım. Heç birindən haqqı eşitmədim. Sonra Əbu Bəkrə beyət etdilər.»
    Daha sonra Əbu Züveyb gəldiyi yolla da geri qayıtdı. O, Osmanın xilafəti zamanında dünyadan köçmüşdü.
    6. Səqifə mərsiyələrində şerlər
    Adı çəkilən alim (Übeydullah Əsəd Abadi) yenə yazır ki, Nabiğeyi-Cuda(Seyyid ibn Tavus oğluna xitabda belə deyir: "Çünki Əli(ə.s) seyyidlərin cəddidir(babasıdır).» )evindən çıxıb Peyğəmbər(s)-in vəfatından sonra camaatın vəziyyətini xəbər aldı. İmran ibn Həsi Səqifə toplanışı barədə ona şerlə cavab verdi. Şerin məzmunu təxminən belədir:
    «Əgər mən özümü o qalmaqal arasında tanısaydım, bir qurbanlıq kəsərdim». (Vəziyyət bu qədər qarışmışdı).
    Nabiğə soruşdu:
    __ Həzrəti Əbülhəsən Əli (ə.s) neyləyir?
    Ona cavab verdilər:
    __ O, Rəsulallah(s)-ın mübarək cənazəsini dəfn etməklə məşğuldur.
    O zaman Nabiğə bir şer oxudu.Məzmunu belədir:
    Bəni-Haşim xanədanından olan bu əslə (yəni qabaqdan saçı tökülmüş) kişiyə__ Əli(ə.s)-yə deyin ki, xilafətin hörülmüş ipini açdın(yəni əldən verdin).Sən Qureyşin başçısısan. Dünən sənə möminlərin əmiri kimi salam verirdilər (Qədir-Xum əhvalatı), bu gün isə öz əhdlərinə vəfa etmədilər. Təym ibn Mərrə övladları (Əbu Bəkr və s.) əhd-peymanı pozub cəhənnəm atəşinə layiq oldular. O (Əli (ə.s)) isə sabah__ qiyamət günü onlarla düşmənçilik edəcək.
    Səqifə əhvalatının baş verdiyi gün mədinəlilərin bayraqdarı Noman ibn Zeyd aşağıdakı şeri oxuyaraq İslamda baş vermiş bu ixtilafa görə ağlayırdı. O, insanların Peyğəmbər (s)-ə qarşı çıxmalarına çox təəssüf edib belə deyirdi:
    «Ey İslamın ölüm xəbərini verən, ayağa qalx, İslamın əzasına otur. Çünki xeyir ölmüş, onun yerini isə şər tutmuşdur. Qüreyş və Kəb tayfaları üçün qəbul edib rəhbər seçdikləri şəxsdən başqa bir örnək yoxdur. Şəxsiyyətini tanımadıqları halda Əli (ə.s) kimi simanı hakimiyyətdən uzaqlaşdırdılar. Əli(ə.s)-nin vücudu gunəş kimi örtülməz. Onun Allahın qüdrəti ilə yüksələn qiymətli və Tanrı dərgahında böyük məqamı olan bayrağı heç vaxt bükülməz. Onlar istəyirlər ki, Əli(ə.s)-nin nurunu örtməklə zülmətlərini gizlətsinlər, lakin heç vaxt buna nail olmayacaqlar.
    Əli (ə.s) döyüşlərdə Qüreyşin sərdarı, onların faruqu (yəni haqqı batildən ayıranı) və siddiqdir. O, Qureyşə sevinc bəxş etmişdir.
    Xilafəti bütün eniş və yoxuşlarda Allaha təkbir söyləyib namaz qılan Əli(ə.s)-nin əlindən almağı namaz qılmayan və təkbir deməyən ziyan verənlər (münafiqlər) bunu dinin məsləhəti sandılar. Məhv olsun onlar ki, şeytana uyub yollarından azdılar!
    Həmin gün Ütbət ibn Əbu Süfyan ibn Əbdül Mütəllib bu məzmunda şer oxudu:
    «Əmr sahibi, rəhbər Peyğəmbər(s)-dən sonra həzrəti-Əli(ə.s)-dir, çünki o, həmişə həzrəti-Mühəmməd(s)-lə bir yerdə olmuş, sevincini, kədərini bölüşmüş Peyğəmbər(s)-in yavəri idi. Əli (ə.s) Rəsuli-əkrəm(s)-in həqiqi vəsisi və kürəkəni idi. O, Peyğəmbər (s) ilə namaz qılan və İslamı qəbul edən ilk şəxsdir».
    Peyğəmbər(s)-in əmisi Abbas o gün bu şeri oxudu:
    «Bəni-Haşimdən olmayan, lakin Bəni-Haşimə göstəriş verən insanlara təəccüb edirəm. Bəni-Haşim Peyğəmbər(s)-in zümrəsindəndir. Başqa tayfalar hörmətdə, rəftar və alicənablıqda ona tay deyillər.
    Ütbət ibn Əbi Ləhəb də şer oxudu:
    «Bəni-Təym tayfası (Əbu Bəkr) xilafəti zülmlə ələ keçirərək Əli(ə.s)-ni onun üçün qabaqcadan təyin olunmuş rəhbərlikdən uzaqlaşdırdı, Əli(ə.s)-nin Peyğəmbər(s)-ə olan qohumluğuna hörmət etməyib, onun elmi məqamına (onun rəhbərliyinin əsas şərtidir) diqqət qoymadılar».
    Übadət ibn Samitin oxuduğu şer belə idi:
    « Niyə bu kişilər Əli(ə.s)-ni ona layiq olan xilafət məqamından uzaqlaşdırdılar.? Məgər başqalarına görə xilafət Əli(ə.s)-yə məxsus deyildimi?»
    Bəni-Cəhm xanədanından olan Əbdürrəhman Hənbəlin baş vermiş hadisələrə şerlə münasibəti:
    «Allaha and olsun! Lazım idi ki, dinin müdafiəçisi, iffət və izzətdə məşhur, paklığa müvəffəq olmuş, alicənab, doğruçu, imanda hamıdan qabaq olan Əli(ə.s)-yə beyət edəydiniz. Həmin Əbül Həsənə, Əli(ə.s)-yə beyət edin ki, o, eyibli, bu məqama layiq olmayan şəxsin tayı deyildir. O, yeganə insandır ki, hamıdan ilkin Allah üçün namaz qılıb, təqva yolunu tutmuşdur. Belə olan halda (əgər Əli(ə.s)-yə beyət etsəniz) siz yolunuzu azandan sonra hidayət yoluna qayıdıb parçalanmağınıza səbəb olan səhvləri düzəldərsiniz. Əli(ə.s) sizə çətinliklərdə hamıdan çox kömək edəcək. O, Fatimə binti Əsədin oğludur».
    Zəfər ibn Haris ibn Hüzeyfiyeyi Ənsari də onlara qoşulmuşdu:
    «Əli(ə.s)-nin ətrafında birləşib ona kömək edin, çünki o, Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi möhtərəm şəxsdir. Əgər onu tək qoysanız, xoşagəlməz hadisələri aradan qaldırmaq üçün bir şəxs tapılmaz».
    Əbu Süfyan Səxr ibn Hərb ibn Üməyyə də belə deyirdi:
    «Ey Haşim oğulları, niyə Əhməd(s)-in mirası sizin əlinizdən ip yeyən tayfanın əlinə keçdi? Ey Əbdül mənaf xanədanı, aranızda ləyaqətli şəxslər ola-ola, necə bu gördüyüm şeylərə razı olursunuz? Xilafəti əldə saxlamaqda möhkəm durun. Bizə və bizim köməyimizə inanın. Vəzifə sahiblərindən hansı biri sizə tay ola bilər? Nə vaxtdan Bəni-Təym qəbiləsinin qibləsi sizə yaxın olmuşdur? Bəli, Təym və Ədiyy tayfaları biri-birinə bərabərdirlər. Lakin siz onlardan layiqli və üstünsünüz. Qureyşin böyük və izzətli məqamından sonra Təym tayfasının qapısını işıqlandırdılar. Döyüşsüz, qılıncsız onların qarşısında kiçiklik etdilər. Təəssüflər olsun, onların bu qələbəsinə ki, onları həmişə dövlət və sərvətlə məcruh(Bura ibn Azib Ənsari Əvsi Peyğəmbər(s)-in vəfalı dostlarından biridir. Döyüşlərin çoxunda fəal iştirak etmişdir. Əli(ə.s)-nin xəlifəliyi zamanında o Həzrətin xüsusi səhabəsindən olubdur. Rey hicri-qəmərin 24-cü ilində (təxminən 604-cü il miladi) onun sərkərdəliyi ilə fəth olunmuşdur. Ömrünün axırına kimi Kufədə yaşamışdır. Müsəb ibn Zübeyrin hakimiyyəti zamanı Kufədə vəfat edib. «Üsdül-qabə» I c, səh.171. ), həm də qalib edəcəkdir».
    Xəzimət ibn Sabit də baş verənlərə dərindən təəssüflənərək söyləyirdi :
    «Mən xilafətin Bəni-Haşimin əlindən çıxaraq Əli(ə.s)-dən alınmasını güman etmirdim. O, «Quran» və sünnəti hamıdan çox bilmirmi? Əli(ə.s) Rəsuli-əkrəm(s) vəfat edənə qədər o Həzrətlə qalan axırıncı şəxs deyildimi ki, sonra Cəbrayıl Peyğəmbər(s)-ə qüsl verməkdə və kəfənə tutmaqda ona kömək etdi? Qoy biz onu xilafətdən uzaqlaşdıranı tanıyaq. Bilin və agah olun ki, sizin başqalarına beyət etməyiniz bağışlanılmaz səhvdir».
    Xəzimət ibn Sabitin Ayişəyə xitab olunan şerindən:
    «Ayişə, Əli(ə.s)-də eyib axtarma. Sən anasan. Əli(ə.s) artıq Rəsuli-əkrəm(s)-in rəhbər təyin etdiyi və o Həzrətin Əhli-beytinin üzvlərindən biridir. Sən xəbərdarsan ki, Rəsuli-əkrəm(s) xanədanında Əli(ə.s)-ni öz vəsisi təyin etdi».
    Noman ibn Əclan Ənsari Əmr ibn Ası danlayanda Şəqifə barəsində aşağıdakı şeri söyləmişdir:
    «Dediniz ki, Səd ibn Übadəni xəlifə seçmək haramdır, lakin siz Ömərin oğlunun azad etdiyi Əbu Bəkrin xəlifə seçilməyini halal bildiniz. Əli(ə.s) rəhbəriyyətə daha layiqli şəxs ola-ola, xilafətə Əbu Bəkri seçdiniz. Bu, bir növ, Əli(ə.s)-ni təhqir etmək kimi bir şeydir. Belə böyük vəzifəyə təkcə Əli(ə.s) layiqdir, ey nadanlıq yolunu gedən, Ömər As!»
    Əli(ə.s)-nin mədinəliləri müdafiə etməsi və Həssanın şerləri.
    Übeydullah Əsəd Abadi öz «Əlmuqniu fil imamə» adlı kitabında yenə də yazır:
    «Əbu Bəkr xilafətdə möhkəmlənib Səqifədən məscidin ətrafında olan evlərə tərəf gələndə, Ömər As Əbu Bəkrə tərəfdarlıq etmək məqsədilə Mədinə camaatını danlayıb «alçaq», «ləyaqətsiz» kimi sözlər deyərək təhqir edirdi. O, İslama qarşı olan kin və nifrətini Peyğəmbər(s)-in vaxtında gizlədirdi. İndi fürsətdən istifadə edib bu düşmənçiliyi aşkar etmişdi. Bu xəbər Əli(ə.s)-yə çatanda məscidə gəlib minbərə çıxdı, Mədinə müsəlmanlarının fəzilətlərindən və onların şəninə nazil olmuş «Quran» ayələrindən misallar çəkib buyurdu:
    «Hamı gərək mədinəlilərin (ənsar) haqqını tanıyıb onlara ehtiram eləsin».
    Xalq Həssan ibn Sabitdən (mədinəlilərin məşhur şairi) Əli(ə.s)-nin fəzilətləri, İslamda olan xidmətləri barədə də şer yazmağını tələb edirdi. Onlar Səqifədə Əli(ə.s)-yə qarşı çıxdıqlarından peşman olmuşdular. Həssan ibn Sabit də aşağıdakı şeri oxumuşdu:
    «Allah-təala biz tərəfdən Əli(ə.s)-yə xeyir, mükafat versin. Mükafat Allahın əlindədir. Əbülhəsən Əli(ə.s)-nin tayı-bərabəri varmı? Səndə olan fəzilətlərə görə Qüreyşdən qabağa keçdin. Sənin qəlbin geniş və sınaqdan çıxmışdır.
    Onlardan bəzisi sənin məqamının arzusundadır. Arıq, zəif bir adamın kök və qüvvətli bir rəqiblə döyüşə girməsi nə qədər ağılsızlıqdır.
    Sən hər yerdə və hər məkanda İslamı himayə etməkdə su ilə dolu kəndirli quyu qabına bənzəmisən (yəni İslam su ilə dolu quyu kimi, sən də quyudan su çıxaran qab və kəndir kimisən ki, xalqı İslamın elm və fəzilətləri ilə sirab etmisən).
    Ömər As fəzilət və təqvanı bir kənara atıb dərdləri artıranda sən bizə görə düşmənlərimizə qarşı çıxdın. Sən Ləvvi ibn Qalib sülaləsindən olub həm indi və həm də gələcəkdə xalqın ümidisən. Allahın Rəsulu(s)-nu (s) və Əhli-beytini qorudun, onun bizimlə olan əhd-peymanını hifz etdin. O Həzrət(s) səninlə əhd bağlamışdı. Bu rəhbəriyyətə kim səndən daha layiqdir? Məgər sən xalqı hidayət etməkdə Rəsuli-əkrəm(s)-in qardaşı deyilsənmi? Sən o Həzrət(s)-in vəsisi, «Quran» və Peyğəmbər sünnətini hamıdan daha yaxşı bilən deyilsənmi? Buna görə nə qədər ki, Nəcd və Yəmən torpağında həyat vardır, sənin haqqın bizim boynumuzda böyük və əzizdir».
    Əbu Bəkrin Üsaməyə məktubu və onun cavabı.
    İmamətin Peyğəmbər(s)-dən sonra Əli(ə.s)-yə məxsus olması və onun haqqının qəsb olunmasını iddia etməyin dəlillərindən biri də Əbu Bəkrin Səqifə hadisəsindən sonra Üsamə ibn Zeydə yazdığı məktubudur. Üsamə ibn Zeyd düşmən təcavüzünün qarşısını almaq üçün Şama göndərilən qoşunun həzrəti-Mühəmməd(s) tərəfindən təyin olunmuş sərkərdəsi idi. Peyğəmbər(s) buyurmuşdu ki, hər kim Üsamənin əmrindən boyun qaçırsa, günahkardır. Səqifə əhvalatına gəldikdə isə Üsamə Rəsulullah(s) vəfat etdikdə, eləcə də Səqifə toplantısı zamanı Mədinədə deyildi. O, Şama getmək üçün qoşunla Mədinə yaxınlığında yerləşən Cürf torpağında idi.
    Əbu Bəkrin Üsaməyə yazdığı məktubun məzmunu belədir: «Rəsuli- əkrəm (s)-in xəlifəsi Əbu Bəkrdən Üsamə ibn Zeydə.
    Müsəlmanlar mənə pənah gətirərək məni xəlifə seçdilər. Beləliklə, Peyğəmbər(s)-dən sonra camaat məni rəhbərliyə qəbul etdi. Mənim məktubum sənə çatan zaman sən də başqa müsəlmanlar kimi gəlib mənə beyət et. Ömər ibn Xəttabın sənin qarşında olan məsuliyyətini boynundan götürürəm, qoy o, mənim yanımda olsun. Çünki mənim Ömərə ehtiyacım var. Bu əmrlərimi yerinə yetirdikdən sonra Rəsuli-əkrəm(s)-in tapşırdığı cəbhəyə gedərsən.»
    Məktub Üsaməyə yetişdikdən sonra Əbu Bəkrə belə cavab yazdı: «Peyğəmbər(s)-in azad olunmuş qulu Üsamə ibn Zeyddən Əbu Bəkr ibn Əbi Quhəfəyə.
    Məktubun mənə yetişdi. Lakin onun əvvəli ilə sonu ziddiyyət təşkil edir. Məktubun əvvəlində yazmısan ki, mən Peyğəmbər(s)-in xəlifəsiyəm, sonra belə iddia edirsən ki, müsəlmanlar sənin ətrafında birləşib səni özlərinə xəlifə seçdilər. Əgər belədirsə, onlar gərək sənə məsciddə beyət edəydilər, nəinki Bəni-Saidə səqifəsində.
    Sonra da Ömər ibn Xəttaba ehtiyacın olduğuna görə ona ordudan boyun qaçırmağına icazə verməyimi məndən tələb edirsən. Lakin bil və agah ol ki, o, özbaşına mənim icazəm olmadan ordudan boyun qaçırdı. Mənə də yaraşmaz ki, kiminsə hərbi qanunu pozmağına icazə verəm, çünki Rəsuli-əkrəm(s) mənə öz rəhbərliyim altında səfərbərlik və hərəkət əmrini vermişdir. Elə hər ikiniz qanunu pozmusunuz. Peyğəmbər(s)-in də əmrindən boyun qaçırmaq istər sağlığında olsun, istərsə də vəfatından sonra fərqi yoxdur, hər ikisi eyni surətdə xilafdır. Sən yaxşı bilirsən ki, həzrəti-Mühəmməd(s)-in sizin barənizdə olan rəyi və əmri sizin özünüz barədə fikirləşdiyinizdən daha üstündür. Sizin niyyətinizdən Peyğəmbər(s) xəbərdar idi, ona görə də o Cənab(s) məni sizə rəhbər təyin edibdir, sizi mənə rəhbər təyin etməyib. Peyğəmbər(s) ilə müxalifətçilik münafiqliq və ikiüzlülükdür...»
    Müəllif yazır: «Biz Əbu Bəkrin məktubunu və Üsamənin cavabını «Üyunül bəlağə fi ünsil hazir və nəqələtül müsafir» adlı kitabda öz geniş təfsilatı ilə xatırlatmışıq. Burada isə yalnız bir hissə ilə kifayətlənirik».
    Category: Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) | Added by: Islam_Kitabxanasi
    Views: 556 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    Böyük qeybət dövründə alimlərin məqami [6]
    Tarixi və dini bəhslər (şübhələrə cavab) [5]
    Buxari və Müslümün səhihlərinə bir baxış 1 [21]
    Təhlükəylə üz-üzə [2]
    Beytül-əhzan (Həzrət Fatimeyi-Zəhranın (s) həyatı) [16]
    İmam Həsən (ə) və İmam Hüseynin (ə) başına nələr gəldi? [26]
    İmam Məhdi (ə) barəsində təhqiqat [3]
    Vilayət günəşi (2-ci cild) [16]
    Vilayət günəşi (1-ci cild) [25]
    Ziyarətmnamələr [10]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (2-ci cild) [19]
    Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk) (1-ci cild) [17]
    Vəhhabi əqidəsinə əqli bir baxış (5-ci cild) [6]
    Vəhhabi əqidəsinə əqli bir baxış (4-cü cild) [5]
    Vəhhabi əqidəsinə əqli bir baxış (3-cü cild) [4]
    Vəhhabi əqidəsinə əqli bir baxış (2-ci cild) [9]
    Vəhhabi əqidəsinə əqli bir baxış (1-ci cild) [8]
    Vəhhabiliyin siyasi tarixi [24]
    Peyğəmbərlərin həyatı [28]
    İslamda şiəlik [19]
    Peyğəmbərin (s) davranışlarına bir baxış [14]
    İmam Xomeyni (r) əsri [36]
    İslаm tаrixi və təhlillər [18]
    Erməni Müsəlman davası (1905) [12]
    Seyyidüş-şühəda Həmzənin həyatı [5]
    Meysəm Təmmarın həyatı [4]
    Həbib ibn Məzahirin həyatı [3]
    İmam Məhdi əleyhissəlamın həyatı [3]
    İmam Həsən Əskəri əleyhissəlamın həyatı [2]
    İmam Əliyyən-Nəqi əleyhissəlamın həyatı [3]
    İmam Riza əleyhissəlamın həyatı [5]
    Bilalın həyatı [2]
    İmam Məhəmməd Təqi əleyhissəlamın həyatı [2]
    İmam Museyi-Kazim əleyhissəlamın həyatı [3]
    Salman Farsinin həyatı [3]
    İmam Cəfər Sadiq əleyhissəlamın həyatı [3]
    Müslim ibn Əqilin həyatı [4]
    İmam Məhəmməd Baqir əleyhissəlamın həyatı [2]
    Hücr ibn Ədinin həyatı [3]
    Livan müsəlmanlarının rəhbəri İmam Musa Sədrin həyatı [8]
    İmam Zeynül-Abidin əleyhissəlamın həyatı [5]
    İmam Hüseyn əleyhissəlamın həyatı [4]
    İmam Həsən Müctəba əleyhissəlamın həyatı [3]
    Əmmar Yasirin həyatı [5]
    Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati [6]
    Mister Hemferin xatirələri [9]
    Kərbəlada çaxan bir şimşək [13]
    Həzrət Zeynəbin (s.ə.) həyatı [11]
    Qədir-Xum [5]
    İmаm Hüsеynin (ә) qiyаmınа аnаlitik bir bахış [5]
    İmam Hüseyn əleyhissalamın həyatı [7]
    İmаm Rizа (ә), İmam Mehdi (əc) vә hәzrәt Mәsumә (ә) hаqqındа qısа mәlumаt [7]
    Həzrət Əlinin (ə) Malik Əştərə məktubunun şərhi [7]
    Qeyb dövrünün tarixi [17]
    Amerika niyə məhv olacaq [7]
    Əli əleyihissalam kimdir? [13]
    Nur sırası [7]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024