İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi suallarına cavablarımız

    Vəhhabi suallarına cavablarımız
    2011-12-21, 9:04 PM
    ONLAR ZİYARƏT SƏFƏRİNİ BİDƏT SAYIRLAR
    Xatırlatmalıyıq ki, vəhhabilər müsəlmanların həzrət Peyğəmbər (s), Bəqi imamları (ə), Ühüd şəhidləri və sair övliyaları ziyarət məqsədi ilə səfərə çıxmasını caiz bilmir və Peyğəmbərdən (s) o belə bir rəvayət nəql edirlər: "Məscidül-Həram, Məscidün-nəbi və Məscidül-əqsadan savayı bir yerə səfərə çıxma.”("Səlatul-mumin”, əl-Qəhtani, səh. 1392)
    Bu hədisi doğru hesab etsək, deməliyik ki, ziyarət, səyahət, yaxınları yoxlamaq, elm öyrənmək, cihad məqsədi ilə səfərə çıxmaq olmaz. Hansı ki, müxtəlif ayə və rəvayətlərdə bu işlər caiz sayılır, bəzən müstəhəb, bəzən isə vacib hesab olunur. Demək, həmin rəvayət doğru deyil və həzrət Peyğəmbər (s) belə bir göstəriş verməmişdir.
    Ya da uyğun göstərişi zahiri mənasına görə yox, xüsusi bir izahatla qəbul etməliyik. Rəvayətdə məqsəd bu ola bilər ki, həmin üç məscidə səfər başqalarından daha fəzilətlidir. Amma bu o demək deyil ki, başqa səfərlər caiz deyil. Əgər bu izahat qəbul edilməsə, həmin rəvayəti qəbul etməmək məcburiyyətində qalırıq. "Ey iman gətirənlər, Allaha, Peyğəmbərə (s) və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin. Əgər bir iş barədə mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə (s) həvalə edin. Bu daha xeyirli və daha yaxşı olar.”("Nisa”, 59)
    Şiə mənbələrində həzrət Əlidən (ə) oxşar məzmunda bir hədis nəql olunmuşdur.("Vəsailüş-şiə”, kitabus-səlat, b, 44 h. 16; b. 46, h. 1) Amma həmin hədisdə "Məscidül-əqsa” əvəzinə "Məscidi-Kufə” ifadəsi işlədilmişdir. Həmin rəvayətdən belə bir nəticə əldə olunur ki, həmin üç məscidə səfər şərən fəzilətlidir. Amma bu rəvayət başqa səfərlərin caiz olması üçün dəlil ola bilməz!
    Sual 44: Nə üçün biz "şiələr" həsir səccadə üzərində namaz qılırıq, onlar isə...?
    Cavab: Məscidun-Nəbidə (Peyğəmbər məscidində) səcdəgahı həsir olan bir səccadə üzərində namaz qılırdım. Yanımda əyləşən bir gənc Quran oxuyur və gözaltı mənə baxırdı. Namazdan sonra həsiri göstərərək dedi: "Bu nədir? Nə üçün xalçaya səcdə etmirsən?" Mən: "Sualınıza cavab verirəm, amma mənim də iki sualım var. Cavab verməniz lazımdır". – dedim
    Gənc:
    – Sualınıza cavab verməyə hazıram.
    – Sizin kitablarınızda – "Əhli-sünnə" qaynaqlarında – qeyd olunur ki, Allahın rəsulu (s) həsir səccadə salar və üstündə namaz qılardı(Tarixut-təqvim liməkkəti və beytullahil-kerim, Məhəmməd Tahir Kürdi əl-Məkki, c. 3, 6-cı hissə, səh. 348.). Biz, Peyğəmbərin (s) bu növ xalçalar üzərində namaz qılmadığına, bunlara səcdə etmədiyinə əminik. Ən azı ona görə ki, o zaman, bu xalçalar olmayıb. Bu xalçalar, təqribən, əlli il bundan qabaq, neftdən hazırlanmışdır. Bütün bunları nəzərə alaraq, tam əminliklə demək olar ki, həsirə səcdə etmək tamamilə düzgün, xalçaya səcdə etmək isə, nəinki şübhəli, əksinə bidətdir. Təbii ki, hər bir bidət azğınlığa və cəhənnəmə açılan bir qapıdır.
    Sözlərim onun üçün gözlənilməz olan gənc, əlini xalçanın üstünə qoyub, əsəbi görkəm alaraq dedi:
    – Xalça üstünə səcdə edin və doğru yolla gedin. Behiştin yolu həmin doğru yoldur.
    – Həsirə səcdə etməyin nə eybi var? Bunun harası doğru deyil? Həzrət Peyğəmbərin (s) səcdə etdiyi həsirə səcdə etmək doğru deyilmi?
    O, həsirə baxır və susurdu. Çünki həsirə səcdə etməyin doğru olmadığını deyə bilmirdi. Bu arada mən sözümə davam etdim.
    – Həsirə səcdə etmək Peyğəmbərin (s) sünnəsi və onun getdiyi yoldur. Ona görə də bu əməlin düzgünlüyünə heç bir şübhə yoxdur. Xalçaya səcdə etmək isə, ən azı şübhəlidir. Biz heç bir şəkk-şübhəsi olmayan əməli həyata keçiririk. Biz Peyğəmbərin (s) gördüyü işi görürük. Biz şiələr, fiqhimizi, ibadətlərimizin keyfiyyətini Allah kitabından, Peyğəmbərin (s) və onun Əhli-beytinin (ə) kəlamlarından alır və onların buyruqlarına uyğun olaraq əməl edirik.
    "Səqəleyn" hədisini (həzrət Peyğəmbərin (s) "iki mühüm əmanət" – Quran və Əhli-beytlə bağlı vəsiyyətini) oxuyub dedim:
    – Biz şiələrin hədis kitablarında belə bir rəvayət qeyd olunmuşdur:
    Hişam ibn əl-Həkəm adlı bir şəxs, (Əhli-beytdən olan) İmam Sadiqə (ə) dedi: "Mənə nəyə səcdə etməyin düzgün olub, nəyə düzgün olmadığını de". Həzrət: "Səcdə yalnız torpağa və torpaqdan cücərən, lakin yeməli, geyinməli olmayan şeylərə olmalıdır". – deyə buyurdu. Hişam ibn əl-Həkəm o həzrətə dedi: "Sənə fəda olum, bunun səbəbi nədir?" Həzrət cavabını açıqlayaraq buyurdu: "Səcdə, Tanrı qarşısında acizlik, təvazökarlıqdır. Yeməli, geyinməli əşyalara səcdə etmək düzgün deyil. Çünki dünyaya bağlı kimsələr – dünyapərəstlər – yedikləri, geyindikləri əşyalara bəndəlik edirlər. Allah bəndəsi isə səcdə edərkən Allaha ibadət edir. Buna görə də alını məğrur dünyapərəstlərin məhəbbət bəslədiyi əşyaların üzərinə qoymayı düzgün deyil".
    Bu rəvayəti dedikdən sonra gənc, başını aşağı salıb fikrə daldı. Ona dedim:
    – İndi iki sualım var. Birincisi budur ki, nə üçün bu xalçalara səcdə edirsiniz? Bir halda ki, "Səhih-Buxari"də(Təyəmmüm kitabı, bab 1, hədis 355.)yazılır: Həzrət Peyğəmbər (s) buyurdu:
    "Yer mənim üçün səcdəgah və pak olaraq yaradıldı".
    Bundan başqa, "Səhih-Müslim"də(Səlat kitabı, "Mütabəətül-imami vəl-əməlü bədəh" babı, hədis 474.)yazılır: Həzrət Peyğəmbər (s) səcdə edərkən alnını torpağa qoyardı".
    İkinci sualım budur ki, nə üçün namazın "salam"larını dedikdə üzünüzü qiblədən çevirirsiniz? Halbuki, Allah-taala Quranda Peyğəmbərə (s) buyurur:
    "Üzünü Məscidül-hərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin!" (Bəqərə surəsi, ayə 144)
    O, ilk sualıma cavab olaraq dedi:
    – Xalça yerdəndir. Onlara səcdə etmək yerə səcdə etmək sayılır. Bunun (yerə səcdə etməklə) heç bir fərqi yoxdur.
    İkinci sualıma isə belə cavab verdi:
    – Bizim – əhli-sünnə – fiqhində sübuta yetirilmişdir ki, namazın sonunda salam verərkən üzü sağ və sol tərəfə çevirmək lazımdır. Səbəbini isə bilmirəm.
    – Birincisi, xalça yer deyil. Bu xalçalar neftdən düzəldilib. Əgər biz şiələr kimi həsirə və yaxud məscidin döşəməsinə səcdə etsəydiniz mütləq düzgün olardı. İkincisi, Quran, üzünüzü "Məscidül-həram"a – Kəbəyə doğru tutmağı tapşırmışdır. Siz isə Quranın buyruğunun əksinə əməl edir və üzünüzü "Məscidül-həram"a deyil, "Məscidül-həram"dan döndərirsiniz. Təbii ki, bu, namazın batil olmasına gətirib çıxarır.
    – Biz öz fiqhimizə uyğun şəkildə əməl edirik. Mən (bütün bunların dəlillərini) bilmirəm.
    – Sizin fiqhiniz olduğu kimi bizim də fiqhimiz var. Bu fiqh sizin fiqhinizdən fərqli olaraq, Əhli-beytə (ə) əsaslanır. Hansı ki, Peyğəmbər (s) onları dinin qaynaqları kimi təqdim etmiş və müsəlmanlara onlara müraciət etməyi tapşırmışdır. Amma sizin fiqhiniz yadlara əsaslanır. Hansı ki, Peyğəmbər (s) onları dinin qaynaqları kimi təqdim etməmiş və müsəlmanlara onlara müraciət etməyi tapşırmamışdır.
    Bu söhbətdən sonra məlum gənc fikrə daldı və bir kəlmə də danışmadı. Buna görə də onun üçün dua edərək: "Allah hamını doğru yola hidayət etsin!" – dedim və beləcə onun əlini sıxıb sağollaşdım.
    Salam olsun hidayət əhlinə!
    45-ci sual və cavab: (Xüms haqqında.) Mədinə şəhərində bəziləri etiraz və irad olaraq deyirdilər: "Siz "ruhanilər” camaatın malına və gəlirinə xüms düşdüyünü deyir və onlardan xüms alırsınız.” Onlar bu məsələni bir eyb kimi, bizim zəif cəhətlərimizi göstərmək məqsədi ilə üzə vururdular. Mən aşağıdakı şəkildə, hər bir fərdin özünə uyğun olaraq cavab verirdim:
    "Camaata xüms vermələrini biz yox, Allah-taala, Quranda bütün möminlərə müraciət edərək, təkidlə buyurur:
    "Bilin ki, ələ keçirdiyiniz hər hansı qənimətin beşdə biri Allahın, Peyğəmbərin, onun qohum-əqrəbasının, yetimlərin, yoxsulların və müsafirlərindir (pulu qurtarıb yolda qalan yolçularındır). Allah hər şeyə qadirdir!" (Ənfal surəsi, ayə 41.)
    Əgər siz – "əhli-sünnə” – camaatın xüms verməsini istəmirsinizsə bu ayəni Qurandan götürün.
    Xüms, sizin – "əhli-sünnənin" – ən mötəbər kitablarında vaciblər sırasında qeyd olunmuş, xüms vermək isə din və dindarlığın bir hissəsi kimi dəyərləndirilmişdir. Belə ki, Səhih-Buxaridə "Kitabu fərzil-xüms” (Xümsun vacib olması) adlı bir fəsil mövcuddur. Bu fəsildə iyirmi hissədən ibarət xüms, xüms verməyin vacibliyi, xümsün xərclənilməsi və s. mövzularda çox sayda rəvayətlər qeyd olunmuşdur. Bu fəslin ikinci hissəsi belə başlanır:
    2-ci hissə. Xüms vermək dinin bir hissəsidir.
    Bu hissənin başlanğıcında İbn Abbasdan belə bir rəvayət nəql edilir:
    Əbdül-Qeys qəbiləsi tərəfindən gələn nümayəndə heyəti Peyğəmbərin (s) huzuruna gəlib dedi: Ey Allahın rəsulu! Bizimlə sənin aranda "Muzərə" kafirləri var. Biz sizin yanınıza, yalnız (hamının təhlükəsizliyi təmin olunduğu) haram aylarda gəlirik. Bizə təlimat ver. Həm özümüz əməl edək, həm də bizimlə gəlməyən, (amma bizdən söz eşidən ) tərəfdarlarımıza öyrədək.
    Həzrət Peyğəmbər (s) buyurdu: "Sizə dörd şeyi həyata keçirmənizi, dörd şeydən isə uzaq durmanızı əmr edirəm. İlk öncə, "Allahdan başqa Tanrı yoxdur!” deyərək Allaha iman gətirmənizi, namaz qılmağınızı, zəkat vermənizi, oruc tutmanızı və əldə etdiyiniz hər bir gəlirin xümsünü vermənizi əmr edirəm”(Səhih-Buxari, "Kitabu fərzil-xüms” (Xümsun vacib olması kitabı) bab. 2, səh.513.)
    Sanki, xüms alıb onu lazımı (şəriətdə müəyyən olunmuş çərçivədə) yerə xərcləmək dinə zidmiş kimi, "nə üçün xüms alırsınız?” deməyinizə gəlincə, bilməlisiniz ki, şəriət təlimləri sizin dediklərinizin tam əksidir. Xüms, dinimizdə olduqca faydalı və təqdirəlayiq əməllərdəndir. Belə ki, Allah-taala şəxsən Peyğəmbərin (s) özünə əmr edərək buyurur:
    "(Ya Peyğəmbər!) Onların mallarından sədəqə al. Bununla onları (günahlarından) təmizləmiş, pak etmiş (mallarına bərəkət vermiş, əməllərinin savabını artırmış) olarsan. Onlar üçün dua et, çünki sənin duan onlar üçün bir aramlıqdır (rahatlıqdır). Allah (hər şeyi) eşidəndir, biləndir".(Tövbə surəsi, ayə 103.)
    Bütün bunlar belə deməyə əsas verir ki, camaatdan xüms (vergi) alaraq, ondan şəriətdə təyin olunmuş şəkildə istifadə etmək heç də eyb deyil.
    Beləcə onlara başa saldım ki, xümsün vacib olması İslamın sübuta yetirilmiş (öz həllini tapmış) zəruri məsələlərindəndir. Belə ki, onu inkar etmək Quranı, Peyğəmbərin (s) hamı tərəfindən qəbul olunaraq təsdiqlənən sünnəsini inkar etmək, küfrə doğru yönəlmək deməkdir. Heç bir kimsə cüzi məsələlərində fikir ayrılığı olmasına baxmayaraq, xümsün vacibliyinə şübhə ilə yanaşa bilməz.
    Onların bəziləri deyirdilər: "Sözügedən ayə hər bir qənimət və gəlirə aid edilə bilməz. Burada, məqsəd yalnız müharibədə əldə olunan qənimətlərdir".
    Mən isə belə cavab verirdim: "Bu sözü hansı dəlilə əsaslanıb deyirsiniz? Fərz edək ki, məlum ayənin nəyə aid olduğuna şübhə ilə yanaşırsınız. Amma Səhih-Buxaridə qeyd olunan rəvayətə şübhə ilə yanaşa bilməzsiniz. Çünki, bu rəvayətin müharibə ilə və mühaibədə əldə olunan qənimətlərlə heç bir əlaqəsi yoxdur və Peyğəmbər (s) heç bir müqəddimə olmadan hər bir gəlirin, qazancın xümsünü ödəməyi tapşırır və bunu Allaha iman, namaz, oruc və zəkat cərgəsinə daxil edir".
    Bəzilərinə isə dedim: "Məlum ayədən başqa, bizim kitablarımızda Peyğəmbər (s) Əhli-beytinin çox sayda rəvayətləri qeyd olunaraq xümsün ödənilməsinin vacibliyi, onun müsbət təsir və faydaları haqqında ətraflı məlumat verilmişdir. Belə ki, rəvayətlərin bəzisində deyilir: "Bir dirhəm, yaxud ondan az miqdarda xümsün ödənilməsindən boyun qaçıran kimsə, Peyğəmbərə (s) və onun övladlarına zülm edənlər sırasındadır”(Vəsailüş-şiə, Ənfal babları, bab 3.).
    Digər rəvayətdə isə deyilir: İmam Riza (ə) fars tacirlərindən birinin məktubuna cavab olaraq buyurur: "Həqiqətən, biz xüms vasitəsi ilə dinimizi möhkəmlətmək, himayəmizdə olanların və şiələrimizin ehtiyaclarını təmin etmək, öz abrımızı düşmənlər qarşısında qorumaq imkanına malikik. Xümsü bizdən əsirgəyib özünüzü bizim duamızdan məhrum etməyin. Məlumatınız olsun ki, xümsünüzü ödəmək ruzinizi çoxaldar, günahlarınızın bağışlanmasına səbəb olar və axirətdə dadınıza çatar. Müsəlman, dildə deyərək ürəkdə inanmayan yox, Allahla bağladığı əhdə-peymana vəfa qılan kimsədir”.(Vəsailüş-şiə, Xüms kitabı, bab 1, Nəyin xümsü vacibdir babı, 5-ci hədis.)
    Bəli, hər bir müsəlman bilməlidir ki, qazandığına aid olan xüms onun malikiyyətindən çıxmışdır. Gəlirinin bu hissəsi, artıq onun ixtiyarı xaricindədir.
    Xümsünü ödəmədən öncə, bu maldan hər növ istifadə haramdır. Əgər həmin maldan istifadə edərək namaz qılınarsa, namaz batildir. Bu kimi mallar qəsb olunmuş mallar sırasındadır.
    46-cı sual və cavab: Onların bəziləri soruşurdular: "Nə üçün bəzi şiələr ya iqtida etmirlər, yaxud (iqtida edir,) sonra namazlarını təzələyirlər ?”
    Mən sual verənlərin hər birinin özünə uyğun şəkildə, müxtəlif cavablar verirdim. Nəhayət, bir nəfərə belə cavab verdim :
    – Mən digər ölkələrdən ziyarətə gələn, bir çox qeyri-şiələrin – "əhli-sünnənin” Peyğəmbər (s) məscidində sizə iqtida etmədiklərinin, yaxud iqtida edib sonra namazlarını təzələmələrinin şahidi olmuşam. Bunun səbəbi nədir?
    – Əhli-sünnənin fiqhində camaat namazının və iqtida etməyin bir sıra şərtləri var. Bu şərtlərdən biri odur ki camaat namazını qılan imamın namazı məmumun (iqtida edənin) məzhəbində batil hesab olunmasın. Məsələn, Hənəfi məzhəbində burundan gələn qan dəstəmazı batil etməsi, Şafei məzhəbində isə batil etməməsi və s. kimi ixtilaflar. Bu növ ixtilaflı məsələlərdə, öz məzhəblərinin təlimlərinə uyğun olaraq, camaat namazı qılan imamın namazını düzgün hesab etmir və buna görə də iqtida etmirlər.
    (Əl-Fiqhü ələl-məzahibil ərbəə kitabının 1-ci cildində, "fərqli məzhəbə mənsub olanların arxasında namaz qılmaq” bölməsində bu haqda ətraflı məlumat verilmişdir.) Çox güman ki, sizin şahidi olduğunuz məqam bu qəbildənmiş.
    – Şiə fiqhində də camaat namazı və camaat namazını qılan imamla bağlı bir sıra şərtlər tələb olunur. Şiə məzhəbinə görə sizin namazınız bir çox səbəblərə görə batildir. Misal üçün, sizin "Əhli-beyt”in haqqında imamət və vilayət prinsipini qəbul etməməniz, dəstəmaz alarkən ayaqlara məsh çəkmək əvəzinə onu yumanız, cərgələr arasındakı hədsiz fasilə qoymanız, "Bismillah" deməməniz, namazı əli bağlı qılmanız, xalçaya səcdə etməniz, namazın salamında üzünüzü qiblədən döndərməniz və s. kimi səbəblər. Bax, sizin namazlarınız şiə məzhəbi və fiqhinə görə bu və ya digər səbəblər üzündən batil hesab olunur. Ona görə də şiələr ya iqtida etmirlər, yaxud da (İslam ümmətinin vəhdəti xatirinə) iqtida edir, sonra yenidən qılırlar. Əgər iqtida edib, sonra yenidən qılmırlarsa, deməli təqiyyə edirlər”.
    Söhbətin bu yerində həmsöhbətim fikrə dalaraq məndən ayrıldı.
    Sual 47: Nə üçün biz şiələr təvaf edərkən ehram libasını çiyinlərimizə atırıq. Belə ki, iki çiynimiz və qollarımız örtülür? Halbuki, əhli-sünnə kişilərinin bir çoxu təvaf zamanı ehram libasını sağ qollarının altından sol çiyinlərinə atırlar. Belə ki, sol çiyinləri örtülür, sağ çiyinləri isə açıq qalır. Bundan başqa onlar təvaf zamanı "hərvələ" (tez-tez hərəkət) edirlər.
    Cavab: "Mənasiki-mühəşşa" kitabında yazıldığına görə ehtiyat (müstəhəb, yaxud vacib) odur ki, ehram libasını libas deyiləcəyi şəkildə, çiyinləri və qolları örtərək çiyinə atmaq lazımdır. – Əlbəttə, qeyd etmək lazımdır ki, əks-təqdirdə təvaf batil olmur. – Bundan başqa təvaf edərkən vüqarla, aram-aram addımlamaq müstəhəbdir.(Adab və əhkame-həcc, Mərhum Gülpayqani, səh. 424.)
    Lakin əhli-sünnənin bəziləri kişilərin ehram libasını yuxarıda qeyd olunduğu şəkildə geyinmələrini və təvafın bir neçə dövrəsini "hərvələ" etməyi müstəhəb hesab edirlər.(Əl-Fiqhu ələl-məzahibil-ərbəə, c. 1, həcc kitabı, təvafın vacib və müstəhəb məsələləri, səh. 655.)
    Çox güman ki, bu növ təvaf Həzrət Peyğəmbərin (s), hicrətin 7-ci ilində "Ümrətül-qəza"da verdiyi göstərişə əsasən edilir. Həzrət Peyğəmbər (s) "Məscidül-həram"a daxil olduğu an müşriklər məscidin ətrafından onlara baxırdılar. Peyğəmbər (s) müşriklərin müsəlmanları zəif və süst sanmamaları üçün ehram libasını sağ qolun altından çıxarıb sol çiyinə atmaqları və "hərvələ" etmələri (təvaf edərkən tez-tez addımlama) fərmanını verdi. Qeyd etmək lazımdır ki, bu növ təvaf yalnız "Ümrətül-qəza"da, düşmənlərin müsəlmanları zəif və süst sanmamaları üçün icra edilmişdir. Həzrət Peyğəmbər (s) "Vida həcci" zamanı nə belə təvaf etdi, nə də kimsəyə belə təvaf etməyi tapşırdı. İmamlar da bu şəkildə təvaf etməmiş və ümumiyyətlə bu şəkildə təvaf olunmasını məqbul hesab etməmişlər. Yalnız əhli-sünnənin bəziləri "Ümrətül-qəza"da icra olunan təvafı olduğu kimi qoruyub saxlamış və bu gün də həmin keyfiyyəti davam etdirirlər.(Vəsailuş-şiə, c. 9, s. 428, həcc kitabı, təvaf babları, 29-cu bab)
    Sual 48: Nə üçün biz şiələr miqatlarda, xüsusilə də Şəcərə məscidində ehram bağladıqdan sonra "təlbiyəni" uca səslə, bəzən də kollektiv şəkildə oxuyuruq?
    Təvaf zamanı duaları ucadan, bəzən də qadın və kişi birgə oxuyuruq. Bəziləri "səy" zamanı da bu işi görürlər. Belə ki, bu əməlləri ilə digərlərini narahat edir və hüquqlarını tapdayırlar. Halbuki, əhli-sünnənin əksəriyyəti ehramı sakit və olduqca aram şəkildə bağlayır, təvaf və "səy" edirlər. Bizim bu əməlimizə görə narahat olur və öz etirazlarını bildirirlər. Bizim bu əməlimizin (hər hansısa bir) şəri əsası varmı? Dua və təlbiyələri miqatda, yaxud digər məqamlarda ucadan oxumaq müstəhəbdirmi? Qadınların ehram bağlayarkən təlbiyəni naməhrəm kişilərin eşidəcəyi şəkildə ucadan deməyi düzgündürmü?
    Cavab: Mən dəfələrlə bu məsələyə toxunmuş və demişəm ki, miqatlarda təvaf və səy zamanı təlbiyə və duaları səssiz deyin. Amma təəssüflər olsun ki, bəzən diqqətsizlik, bəzən də bu şəkildə ehram bağlamağın, duaları miqat və digər məqamlarda ucadan oxumağın bir çoxlarının işinin bir hissəsi kimi qiymətləndirildiyindən dua və təlbiyə oxumağın qayda-qanunlarına lazımınca riayət olunmur. Hər-halda bu suala, xüsusilə də qadınların təlbiyə deməsi məsələsinə diqqət yetirməli və haqqında tədqiqatlar aparılmalıdır.
    Burada sözügedən sualın müxtəlif cəhətlərini araşdırır və əziz oxucuların diqqətini aşağıdakı məqamlara cəlb edirəm;
    a) Əfzəl və yaxud əhvət, miqatda təlbiyənin yavaş deyilməsidir.
    Mərhum Seyyid "Ürvətül-vüsqa" kitabında(Həcc kitabı, ehramın keyfiyyəti, məsələ 20.) təlbiyə demək haqqında müxtəlif fikirləri qeyd etdikdən sonra təlbiyənin miqatdan sonra deyilməsi ilə bağlı rəvayətlər arasındakı ortaq nöqtəyə toxunaraq yazır: "Əfzəl odur ki, Mədinə miqatında təlbiyə niyyət və iki ehram libası geyildikdə astadan deyilsin. Təlbiyəni ucadan demək isə "Beyda"ya çatana qədər təxirə salınsın. Beydaya (hansı ki, Hüleyfədən Məkkəyə tərəf bir mil – təqribən 2 km-lik fasilədə yerləşir) çatdıqda təlbiyə deyərək səslər ucalsın".
    Mərhum İmam Xomeyni (r) "Ürvətül-vüsqa" kitabının çıxarışında "əfzəl" sözünün yerinə "bəl əhvət" – yəni əksinə, çox ehtiyat – sözündən istifadə edir. Mərhum Gülpayqani (r) yazır: "Onun daha fəzilətli olması aydın deyil, amma əhvət ola bilər. Təxirə salmağın daha fəzilətli olması isə ehtimal olunandır". (Əlbəttə, burada sözügedən ehtiyat, ehtiyat müstəhəbdir.) O, fars dilində qələmə aldığı "Mənasik" əsərinin 185-ci məsələsində yazır: "Mədinə yolu ilə həccə getmək istəyən zəvvarların təlbiyəni Beydaya – hansı ki, Zül-Hüleyfədən bir millik fasilədə yerləşir – çatana qədər təxirə salması daha yaxşıdır. Digər yollarla gedənlər isə təlbiyəni bir az yol getdikdən sonra deməlidirlər.
    Məkkədən həccə gedənlər isə "Rəqta"ya – hansı ki, adı "Məda" və "Rədm"dən qabaqdır – çatana qədər təxirə salsınlar. Lakin ehtiyat odur ki, ehram bağladığı yerdən başlayaraq təlbiyə yavaş deyilsin və yuxarıda qeyd olunduğu yerlərə çatdıqdan sonra ucadan deyilsin"(Təfsiluş-şəriət, c. 3, səh. 200.).
    Bir çox "Mənasiklər" (həcc əməlləri haqqında qələmə alınan əsərlər) ehramın keyfiyyətini və təlbiyə ilə bağlı məsələləri qeyd etməklə yanaşı İmam Xomeyninin (r) "Mənasik" əsərinə oxşar ibarələrlə yazılmışdır.
    b) Qadın təlbiyəni naməhrəm eşitdiyi halda ucadan deyə bilərmi?
    Qadınların təlbiyə deməsi və naməhrəmlərin eşitməsi ilə bağlı Ayətullah Gülpayqaniyə (r): "Qadının ehram bağladığı zaman yad bir kişinin (naməhrəmin) eşitdiyi halda ucadan deməsi icazəlidirmi? – deyə sual verilir. Ayətullah Gülpayqani (r) suala cavab verərək buyurur: "Əgər qadın, yad (kişinin) eşitdiyi halda ucadan təlbiyə desə, əhvət budur ki, əməlini təzələsin".(Adab və əhkame-həcc, səh. 146, 342-ci sual-cavab)
    Bəzi mərcəi-təqlidlər deyirlər: "Heç bir yerdə və heç bir şəraitdə qadının təlbiyə deyərkən səsini ucaltması istənilməmişdir".
    Bəziləri isə deyirlər: Əgər səsləri təhrikedicidirsə ehtiyat budur ki, yavaş desinlər".
    v) Ən yaxşı dua "xuşu" ilə və gizlində olunan duadır.
    Allah-taala Quranda uca səslə dua oxumaq haqqında buyurur:
    "Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları (qışqıraraq dua edənləri) sevməz!" (Əraf surəsi, ayə 55.)
    Həmçinin həzrət Peyğəmbərə (s) xitabən buyurur:
    "Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində Rəbbini yad et!" (Əraf surəsi, ayə 205)
    Həzrət Peyğəmbər (s) buyurmuşdur:
    "Ən yaxşı dua və zikr gizlində edilən dua, ən yaxşı ruzi isə ehtiyacları ödəyəcək miqdarda olan ruzidir"(Nurus-səqəleyn, c. 3, səh. 321.).
    Həzrət imam Riza (ə) buyurmuşdur:
    "Bəndənin bir gizli duası yetmiş aşkar duasına bərabərdir". Yaxud "bir gizli dua Allah yanında yetmiş aşkar duadan əfzəldir"(Kafi, c. 2, İxfaud-dua babı, səh. 476.).
    Bir hədisdə deyilir: Camaat uca səslə dua edir və zikr deyirdilər. Bunu müşahidə edən Peyğəmbər (s) buyurdu: "Ey insanlar! Özünüzə gəlin. (Fikirləşin.) Siz, eşitməyən, qeybətdə olan birini çağırmırsınız. Çağırdığınız kimsə eşidən, yaxın və sizinlə birlikdədir"(Səhih-Müslim, Zikr, dua və tövbə kitabı, 13-cü bab, Zikr zamanı səssizliyin müstəhəb olması, 3703- cü hədis. Misbahul-munir, səh. 481.).
    q) İnsanların hüququnu qorumaq Allahın hüququndan öndə durur.
    Yuxarıda qeyd olunan rəvayətlərdən göründüyü kimi yavaş və astadan dua oxumaq, uca səslə dua oxumaqdan fəzilətlidir. Bundan başqa, insanların hüququnu qorumaq uca səslə dua oxumaqdan mühümdür. Rəvayətlərdən istifadə edilir ki, insanların hüququ Allahın hüququndan öndə durur. Allah-taala uca səslə dua oxuyaraq digərlərini narahat edib əsəblərini gərginləşdirməyə razı deyil. Allahın razılığı olmayan dua ilə onun rizayərtini necə cəlb edib dərgahına yol tapmaq olar.
    NƏTİCƏ
    Yuxarıda qeyd olunanlardan məlum olur ki, ehtiyat, yaxud əfzəl, miqatlarda təlbiyəni astadan deməkdir. Qadınlar təlbiyəni naməhrəm kişinin eşitdiyi halda ucadan desələr, (bir çox mərcəi-təqlidlərin fikrincə) düzgün deyil. Unutmaq olmaz ki, heç bir yerdə qadınların uca səslə təlbiyə deməsi istənilməmişdir. Bundan başqa bilməlisiniz ki, Allahın razılığı olan dua aram və gizli şəkildə, "xüzu" və "xüşu" ilə hər növ riyadan uzaq olan, digərlərinin hüququnun tapdalanması bahasına başa gəlməyən duadır. Buna görə də möhtərəm zəvvarlar hər növ səs-küydən, xüsusilə də kollektiv şəkildə dua oxumaqdan çəkinmələri, mahiyyətcə bir növ ibadət olan duanı özünü göstərmək, gözə soxmaq üçün bir vasitəyə çevirməmələri, yersiz həyəcan və çılğınlıqdan uzaq durmaları, miqatda təvaf və "səy" zamanı öz əməlləri ilə məşğul olmaları, vüqarla, hüzuri-qəlblə hərəkət edib dua oxumaları lazımdır. Əziz zəvvarlar müsəlmanların, əhli-sünnənin etirazına səbəb olan hər növ davranışdan, kollektiv və şüar tipli, xüsusilə də qadınlarla birgə dua oxumaqdan qəti şəkildə çəkinməlidirlər. Mən dəfələrlə (bu kimi hərəkətlərin) "Şəcərə" məscidində və təvaf zamanı başqalarının etirazına səbəb olmasının şahidi olmuş və imkan qədərincə xəbərdarlıq etmişəm. İndi də xəbərdarlıq edir və sözümün yerə düşməyəcəyinə ümid bəsləyirəm.
    Sual 49: Nə üçün əhli-sünnə imam camaatları namazın salamından sonra namaz qılanlara tərəf çevrilir və bir az arxası qibləyə, üzü camaata (namaz qılanlara) tərəf əyləşirlər.
    Cavab: Əhli-sünnə rəvayətlərində deyilir: "Həzrət Peyğəmbər (s) namazdan sonra mübarək üzünü namaz qılanlara tərəf döndərərdi."(Səhih-Buxari, Azan kitabı, İmam camaatın namazın salamından sonra üzünü çevirməsi babı, 845-ci hədis.)Onlar bu rəvayətə əsaslanaraq həmin əməli müstəhəb hesab edir və namazlarında ona əməl edirlər.
    Əhli-sünnənin bəzisi isə deyir: "Bu əməlin səbəbi odur ki, imam camaat imamət hüququna görə arxasını namaz qılanlara çevirir. Camaat namazı qurtaranda onun bu hüququ da sona yetir. İmamın üstünlüyü, yaxud üstünlüyə can atması fikrinin qarşısını almaq üçün imam üzünü namaz qılanlara çevirir və bir az bu şəkildə əyləşir"(Səlatul-mömin, əl-Qəhtani, c. 1, səh. 626.).
    Amma əhli-sünnənin digər iki rəvayətində deyilir: " Peyğəmbər (s) namaz qılanlara tərəf dönüb onlar üçün söhbət etdi"(Səhih-Buxari, Azan kitabı, İmam camaatın namazın salamından sonra üzünü çevirməsi babı, 846, 847-ci hədislər.).
    Bu hədislərdən görünür ki, sözügedən əməl əhli-sünnənin bəzilərinin dediyi məqsəd üçün olmayıb. Çünki, imam camaat ədalətli olub bu qəbildən olan xüsusiyyətlərdən uzaqlaşmalıdır.
    Sual 50: Nə üçün biz "şiələr" namaz qılarkən "Həmd" surəsindən sonra "Amin!" demirik, amma əhli-sünnə deyir. "Həmd" surəsi dua şəklində deyilmi?
    Cavab: Bütün müsəlmanlar namazda (bütün namazlarda) "Həmd" surəsini, dua şəklində olmasına baxmayaraq, dua məqsədi ilə yox, Quran kimi, Quran məqsədi ilə oxumalıdırlar. (La səlatə illa bifatihətil kitab) Əhli-sünnə də bu həqiqəti qəbul edərək: "Namazın hər bir rəkətində "Fatihə" surəsini oxumaq namazın rüknlərindəndir". – deyir və belə bir rəvayət nəql edirlər ki, Peyğəmbər (s) buyurmuşdur: "Namazda "Fatihə" surəsini oxumayanın namazı batildir"(Səhih-Buxari, 756 -ci hədis. Səhih-Müslim, 3097-ci hədis.). Deməli, onlar da "Fatihə" surəsini (namazın bir hissəsi olaraq) Quran məqsədi ilə oxuyurlar.
    Amma "Həmd" surəsindən sonra "Amin!" deməklərinə gəlincə isə, buna cübut olaraq yalnız Əbu Hüreyrədən nəql olunan bir hədisi əsas tuturlar. Hədisin məzmunu belədir: "Həmd" surəsini deyib qurtardıqda "Amin!" deyin.
    Əlbəttə, onlar "Amin!" deməyi istər camaat namazında, istərsə də tək qıldıqda, istər yavaş qılınan namazlarda, istərsə də ucadan qılınan namazlarda müstəhəb hesab edirlər. Bu fərqlə ki, asta qılınan namazlarda yavaş, ucadan qılınan namazlarda isə ucadan demək lazımdır(Səlatul-mömin, əl-Qəhtani, c. 1, səh. 253.).
    QEYD
    Yuxarıda qeyd olunduğu kimi namaz qılan kimsə "Həmd" surəsini Quran məqsədi ilə oxumalıdır(Ürvətül-vüsqa, Qiraətin müstəhəb əlavələri fəsli, 8-ci məsələ.). Lakin Quran məqsədindən əlavə sözlərin mənasını düşünərək dua niyyəti edib Tanrıdan hidayət də diləyə bilər. Əgər Quran məqsədi ilə oxumaqla yanaşı dua etmək istəyi olsa belə "Həmd" surəsindən sonra "Amin!" demək düzgün deyil. "Amin!" deyildiyi surətdə namaz batildir.
    İmam Sadiq (ə) buyurmuşdur: "Namazı camaatla birgə qılarkən imam camaat "Həmd" surəsini qurtardıqda "Amin!" yox, "Əlhəmdu lillahi rəbbil aləmin" de!"(Vəsailuş-şiə, Namazda qiraət babları, 17-ci bab, 1-ci hədis.)
    Elə buna görə də böyük fəqih və mərcəi-təqlidlər buyururlar: "Namazı batil edən amillərdən biri "Həmd" surəsini oxuduqdan sonra bilərəkdən "Amin!" deməkdir"(Ürvətül-vüsqa, Namazı batil edən amillər fəsli, onuncu, bilərəkdən "Amin!" demək.).
    Əlbəttə, əgər "Amin!" sözü səhvən, təqiyyə məqsədi ilə, dua məqsədi ilə, (belə olan halda "Amin!" sözü
    أللهم أستجب
    – İlahi, qəbul et! – mənasında işlənir) yaxud namazın digər hissəsində deyilsə, namaza xələl gətirmir. (Namazı batil etmir.)(Ürvətül-vüsqa, Namazı batil edən amillər fəsli, onuncu, bilərəkdən "Amin!" demək.)
    Sual 51: Nə üçün biz şiələr bəzən şam və xiftən namazlarını fasiləsiz qıldığımız zaman əhli-sünnə xiftən namazı üçün azan verdikdə məscidi tərk edirik və onlar qəzəb dolu baxışlarını bizə zilləyərək etiraz edirlər?
    Cavab: Onlar adətən azan verdikdən sonra məsciddən çıxmağı haram bilirlər. Bu məsələ ilə bağlı aşağıdakı məzmunda belə bir rəvayət nəql edirlər:
    "Məsciddə olan şəxsin azan verildikdən sonra (hansı namazın azanı olursa olsun) namazını camaatla qılmadan məsciddən çıxması haramdır. Əlbəttə, məsciddən çıxmaq üçün dəstəmazı təzələmək, burundan qan gəlmək və s. kimi üzrlü səbəblər olarsa, təbii ki, icazəlidir(Səlatul-mömin, əl-Qəhtani, Camaat namazı, səh. 419.) .
    Buna görə də möminlərə namaz vaxtlarında, xüsusilə də azan deyildikdən sonra, üzürlü səbəb olmadan məsciddən çıxmaq qadağandır.
    Sual 52: Nə üçün əhli-sünnə imam camaatı bəzi namazlarda namazın təşəhhüdünü həddindən artıq uzadır? (Halbuki, biz şiələrin imam camaatları belə etmirlər.) Onlar namazın salamından sonra nə isə oxuyurlar, yoxsa heç lüzumu olmadan camaatın vaxtını alırlar?
    Cavab: Bəli, onlar sakit oturmur, təşəhhüdü uzadırlar. Bizim və onların rəvayətlərində təşəhhüdün müstəhəb olan əlavələrini qeyd edərkən deyilir ki, namaz qılanın, – istər imam camaat, istərsə də məmum (iqtida edən) – namazın təşəhhüdündə rəvayətlərdə qeyd olunan və çox uzun olan məxsus duaları oxuması müstəhəbdir(Səlatul-mömin, əl-Qəhtani, Sifətus-səlat babı, səh. 225.). "Peyğəmbər məscidinin" imamı adətən, öz rəvayətlərində qeyd olunan uzun duaları oxuyur və iqtida edənləri nəzərə almır. Amma bizim imam camaatlarımız adətən iqtida edənləri nəzərə alaraq namazın vacib miqdarı ilə kifayətlənirlər.
    İmam Sadiqdən (ə) nəql olunan bir rəvayətdə buyurulur: "Namazın dördüncü rəkətində (təşəhhüd demək üçün) oturduqda de:
    بسم ألله و بالله وألحمد لله و خيرالأسماء لله، أشهد أنّ لا إله إلاّ الله وحده لا شريك له، و أشهد أنّ محمدًا عبده و رسوله، أرسله بالحق بشيرًا و نذيرًا بين يدى الساعة، أشهد أنّك نعم الرّبّ، و أنّ محمدًا نعم الرسول، التّحيات لله و الصلوات الطّاهرات الطّيّبات الزّاكيّات الغاديات الرائحات السابغات الناعمات ما طاب و زكى و طهر و خلص صفا فللّه، أشهد أنّ لا إله إلا الله وحده لا شريك له، و أشهد أنّ محمدًا عبده و رسوله أرسله بالحق بشيرًا و نذيرًا بين يدى الساعة، أشهد أنّ ربّى نعم الرّبّ، و أنّ محمدًا نعم الرّسول، و أشهد أنً السّاعة آتية لا ريب فيها و أنّ الله يبعث من فى القبور، الحمد لله الذّى هدانا لهذا و ما كنّا لنهتدى لو لا أن هدانا الله، الحمد لله ربّ العالمين، اللهمّ صلّ على محمد و آل محمد، و بارك على محمد و آل محمد، وسلّم على محمد و آل محمد، و ترحّم على محمد و آل محمد، كما صلّيت و باركت و ترحّمت على إبراهيم و آل إبراهيم إنّك حميد مجيد، اللهمّ صلّ على محمد و آل محمد واغفر لنا و لإخواننا الذّين سبقونا بالإيمان، و لا تجعل فى قلوبنا غلاً للذّين آمنوا ربّنا إنّك رؤوف رحيم، اللهمّ صلّ على محمد و آل محمد و أمنن على بالجنّة، و عافني من النّار، اللهمّ صلّ على محمد و آل محمد واغفر للمؤمنين و المؤمنات و لا تزد الظالمين إلا تبارًا، (Sonra de)السّلام عليك أيّها النبيّ و رحمة الله و بركاته، السلام على أنبياء الله و رسوله، السّلام على جبريل و ميكائيل و ملائكة المقرّبين، السّلام على محمد بن عبدالله خاتم النبيّين لا نبيّ بعده و السّلام علينا و على عبادالله الصالحين
    Sonra salamı deyərək namazı tamamla"(Vəsailuş-şiə, Təşəhhüd babları, 3-cü bab, təşəhhüdün keyfiyyəti, 2-ci hədis.).
    Buna görə biz də yuxarıda qeyd olunan "təşəhhüdü" oxuya bilərik və bu, heç də onların təşəhhüdündən qısa deyil.
    "(Ya Peyğəmbər!) Sözü (öyüd-nəsihəti) dinləyib onun ən gözəlinə (düzgününə) uyan bəndələrimə (Cənnətlə) müydə ver!. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Ağıl sahibləri də elə onlardır!" (Zümər surəsi, 17-18-ci ayələr.)
    HƏZRƏT AYƏTULLAH İŞTIHARDİNİN QEYDLƏRİ
    Bismillahir-rəhmanir-rəhim...
    Hicri-qəməri 1424-cü il zilqədə ayında, Mədinədə höccətül-islam Əli Ətayinin "Vəhhabi suallarına cavablarımız?” kitabını oxudum. İnsafla desək, bu kitabdakı sual-cavablarda həqiqətlər məzhəbi təəssübə yol verilmədən açıqlanmışdır. Ümid edirəm ki, inşaallah, Allah-taala müəllifə Əhli-beyt tərəfindən mükafat mərhəmət edəcək və o, Əhli-beyt yolunu tanımaqda tövfiq qazanacaq.
    Əhli-beyt yolu ilə düşmənçiliyin kökləri dərindədir və bu münasibət tezliklə aradan qalxası deyil. Müvəqqəti çıxış yolu təkcə ixtilafı aradan qaldırmaq yox, bu elmi qüdrət və nüfuzla uyğunlaşdırmaqdır. Yadda saxlamalıyıq ki, imamların (ə) da qarşısını kəsən qüdrətsizlik oldu. Hansı ki, onlar elmin mənbəyindən qidalanırdılar.
    Əllamə Hilli və Xacə Nəsirəddin Tusi şiəliyi təkcə qəbul etmiş monqol Hulaki xanla həmahənglik edib, Əhli-beyt (ə) məzhəbini bir qədər irəli apara bildilər. Ən azı qüdrət elmlə müxalif olmamalıdır.
    Allah-taala həm alim, həm də qadirdir. Bu iki zatı sifət eyni vaxtda işə düşən kimi ixtilaflar aradan qalxır. Amma əgər mövcud elm ilahi olsa, mövcud güc şeytani, onda müvəffəqiyyət mümkünsüz olur.
    Şeytan kimi düşmən mövcud olduğundan təkcə məram və məqsəd cəmiyyəti islah edə bilməz. Əgər İslami ölkə başçıları əl-ələ verib, dini işlərdə razılığa gəlsələr, şeytan geri çəkiləsidir. Amma bütün səylər yalnız maddi istiqamətdə yönəlsə (necə ki, yönəlib), problemlər də öz həllinin intizarında qalacaq.
    Mərhum rəhbərimizin də tövsiyəsi mədrəsə və universitetlər, ruhani və ziyalılar arasında yekdilliyin əldə olunması idi. Bəli, elm və güc əl-ələ verməli idi.
    Olsun ki, "Allaha yardım göstərin, O da sizə yardım göstərər”(Muhəmməd”, 7)ayəsi məhz bu məsələyə işarədir. Yəni elm və güc işə düşmədən Allahın yardımı gerçəkləşmir. Bəli, bütün problemlər elm və gücün müxalifətindən yaranır...
    Əgər elm və qüdrət həmahəng olsa, bir çox pisliklər aradan qalxasıdır. Ayətullah Birucirdi dövründə Ayətullah Zəncaninin qərarı ilə Suriyada bir qrup sünni alim və tələbələri ilə "mənim Əhli-beytim Nuhun gəmisi kimidir...” hədisi başlığı altında aparılan söhbət və müzakirələr nəticəsində şiələr təqiyyə vəziyyətindən çıxdı, möhür ətrafındakı mübahisələr aradan qalxdı. Hətta Suriya və İran arasında siyasi ixtilaflar həll edildi.
    İki Quran ayəsinə əməl etmək lazım gəlir:
    "De ki, Hərə öz bacarığına görə iş görər. Rəbbiniz kimin doğru yolda olduğunu daha yaxşı bilir.”("İsra”, 84)
    "Sizin öz dininiz, mənin də öz dinim!”(Kafirun”, 6)
    Gəlin, İslam maarifini təbliğ edək, ümumi tövhid düşüncəsini yüksəldək. Daxili ixtilafların əsas amillərindən biri müsəlmanların əsil İslam əxlaqından xəbərsizliyidir!
    Category: Vəhhabi suallarına cavablarımız | Added by: Islam_Kitabxanasi
    Views: 877 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024