İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 1821
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Jafidlop
  • ElvinAliyev1986
  • ZauriceGar
  • Zartysot
  • Gunahsiz1gun
  • Ceyhun630
  • kami
  • artpak2012
  • zeyneb_a_va
  • Famesbar
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:33 AM
    Beşinci fəsil
    Məzhəbi şəxslərin qəbirlərini ziyarət etməyin xeyirli cəhətləri
    Dünyada Allaha ibadət edənlərin, xüsusən müsəlmanların diqqət və ehtiram etdikləri qəbirlərdə müqəddəs və öz dini vəzifələrini layiqincə yerinə yetirmiş adamlar dəfn olunub.
    Bu adamlar aşağıdakılardan ibarətdir:
    1. Mallarından, canlarından keçmiş və əziyyətlərə dözüb insanları hidayət etmək üçün Allahın elçisi olmaq kimi bir vəzifəni öz üzərlərinə götürmüş peyğəmbər və dini rəhbərlər.
    2. Gecə-gündüz yuxusuz qalıb, bəşərə elm və bilik xəzinəsi bağışlayan, İlahi kitab, təbiət, dini, insani və ictimai elmləri öyrədən böyük bilicilər və tədqiqatçılar.
    3. Məzlumların haqqını müdafiə edib haqqı boğanlara qarşı çıxan, insan hüquqlarını qoruyub ictimai ədaləti bərpa etməklə zalım hakimlərlə mübarizə edən adamlar,müqəddəs qanları ilə ədaləti, azadlığı və hürriyyəti ölkəyə hədiyyə edən şəhidlər.
    Belə müqəddəs adamları ziyarət edib məzarları üzərində Quran surələri və dualar oxumaqla, şücaətləri haqqında şer söyləməklə xatirələrini yad edib, getdikləri şanlı yolu əbədi saxlayıb və qorumuşlar.
    Müasir nəslin inkişafını düzgün yola istiqamətləndirmək üçün haqq və din yolunda fədakarlıq edən, azadlığı və müsəlmanların əqidəsini qoruyan adamların qəbirlərini ziyarət etmək onlara təşəkkür etmək deməkdir. Bununla da onların xatirəsi əbədiləşir. Zaman keçdikcə gələcək nəslin qəlbində məhəbbətləri işıqlanır. Çox gözəl olar ki, gələcək nəsil bu müqəddəs adamların xatirəsini əbədi saxlasın. Haqq yolunda canlarını qoymuş böyük məzhəbi şəxslərin xatirəsini uca tutmaq mühüm əməllərdən biridir.
    Onlara sağlığında necə ehtiram olunubsa, vəfatlarından sonra da elə ehtiram olunmalıdır. Həmin adamlara məxsus tarixi abidələri qoruyub saxlamalı, doğulduğu günləri bayram, vəfat etdikləri günü isə əzadarlıq etməliyik. Onların hədəf və məqsədlərini insanlara tanıtmaq üçün böyük elmi məclislər təşkil etmək lazımdır. Dəfn olunduqları yerlərə hörmət edib qorumalıyıq. Çünki dəfn olunduqları yerə hörmət etmək onların özlərinə və əqidələrinə ehtiram etməkdir.
    Bəqi qəbiristanlığına daxil olub əziz Peyğəmbərin səhabələrinin, dini rəhbərlərin, imamların, din yolunda çalışan adamların qəbirlərini viran edilmiş halda gördükdə, insanın qəlbi riqqətə gəlir. Özlərini İslamın təbliğatçısı adlandıran vəhhabilərin daş ürəkli əməllərindən insan heyrətə gəlir. Onlar Peyğəmbərin səhabəsinin və dini rəhbərlərin adlarını minbərlərdə və söhbət əsnasında uca tuturlar. Lakin qəbirlərinə və dəfn olunduğu yerlərə gəldikdə, zərrə qədər hörmət etmirlər. Hətta, həmin ərazilərdə heyvan və həşəratların olmasına yol verməkdən belə çəkinmirlər. "Şirk” və "müşrik” kəlmələrini bəhanə gətirib, övliyalara ehtiramsızlıq edib, başqalarının da fikirlərini, dillərini, gözlərini və qulaqlarını zəncirləyib ehtiram və ziyarət etməyin qarşısını alırlar.
    Bu müqəddəs qəbirləri ziyarət edənləri müşrik adlandırırlar. Vəhhabilər ilahi övliyalarla düşmənçilik etdikləri üçün övliyaların qəbirləri zayarət olunanda bərk narahat olurlar.
    İndi isə əziz Peyğəmbərin məzarını ziyarət etmək haqqında islami sübutlara diqqət yetirək.
    Peyğəmbərin məzarının ziyarət edilməsi
    Biz burada Quran və hədislərdən sübutlar gətirməklə əziz oxucudan diqqətli olmasını xahiş edirik.
    Qurandan sübutlar:
    Quran günahkarlara Peyğəmbərin yanına gəlib Allahdan bağışlanmalarını tələb etmək istəyini göstəriş verir. Çünki Peyğəmbərin duası qəbul olur.
    "...Onlar (münafiqlər) özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər” (ən-Nisa surəsi, 64-cü ayə).
    Biz bu ayəyə nəzər saldıqda bu hökmün yalnız o dövrə aid olduğunu deyə bilmərik. Belə ki, bir çox səbəblərə görə, bu ayənin bütün dövrlərə aid olduğu aydınlaşır:
    1. Quran ayələri peyğəmbərlərin və övliyaların bərzəx aləmində həyatlarının davam etməsini söyləyir. Yəni onları o dünyada da eşidən, görən tanıtdırıb. Bu haqda "Müqəddəs ruhlara təvəssül etmək” fəslində bəhs edəcəyik.
    2. İslam hədisləri insanların xəbərlərini mələklər vasitəsilə Xatəmun-Nəbiyyinə(v) çatdırılmasını şəhadət verirlər. Bu hədislər "Səhih” kitablarında nəql olunub ki, əziz Peyğəmbər (s) buyurdu: "Hər kim mənə salam edərsə, Allah ruhumu mənə qaytarar və mən o salamın cavabını verərəm.”(Sünəni Əbi Davud, "Həcc kitabı”, "Ziyarətül-qübur” fəsli, c. 1, s. 470-471. )
    Allahın Rəsulu buyurur: "Mənə salam verin, çünki sizin salamınız mənə gəlib çatır.”(Ət-Tacül-Came lil üsuli fi əhadisir-Rəsul (s). müəllif Şeyx Mənsur ƏliNasif, c. 2, s.189. )
    3. İslamın əvvəllərində müsəlmanlar bu ayənin geniş və ümumi mənada olduğunu və Peyğəmbərin ölümü ilə məhdudlaşmadığını bilirdilər. Peyğəmbərin vəfatından sonra, fikirləri münaqişəli kəlamlarla dolaşmamış ərəblər Peyğəmbərin qəbrinə gəlib bu ayəni oxumaqla Allahdan günahlarının bağışlanması haqda Peyğəmbərdən onlar üçün dua etməsini istəyərdilər.
    Təqiyyəddin Sübki "Şifaüs-siqam” kitabında və Səmhudi "Vəfaül-Vəfa” kitabında bu haqda bir neçə nümunə qeyd ediblər: Şafei şeyxlərindən olan Süfyan ibn Əkbər Ətbi adlı bir nəfərdən nəql edərək deyir: Peyğəmbərin qəbri kənarında dayanmışdım, bir nəfər ərəb gəlib dedi: "Salam olsun sənə, ey Allahın Rəsulu! Allah-taala buyurur: (sonra bu ayəni oxudu. Nisa surəsi, 64-cü ayə) Mən gəlmişəm Allahdan mənim günahlarımın bağışlanılmasını istəyəsən və mənim haqqımda şəfaət edəsən.” O, ağlayaraq iki beyt şer oxuyub tövbə etdikdən sonra, Peyğəmbərin məscidini tərk etdi.”
    Səmhudi Həzrəti Əli (ə)-dan belə rəvayət edir: Peyğəmbərin dəfnindən üç gün keçmiş, bir ərəb gəlib qəbrin üzərinə yıxılaraq torpaqdan başına töküb dedi: "Ey Allahın Rəsulu, sən dedin, biz eşitdik. Allahdan öyrəndiyini bizə də öyrətdin. O cümlədən, Allah tərəfindən nazil olmuş bu ayəni (Nisa surəsi, 64-cü ayəni oxuyaraq) bizə öyrətdin. Mən özümə zülm etmişəm (günah etmişəm), Allahdan mənim bağışlanmağımı istə.”(Vəfaül-Vəfa, c. 4, s. 1361. )
    Bütün bunlardan məlum olur ki, bu ayənin hökmü ilə, Peyğəmbərə verilən məqam təkcə sağlığındakı zamanı yox, vəfatından sonrakı zamanlara da aiddir. Bərzəx aləmində də bu məqam Peyğəmbərə məxsusdur. Çox vaxt müsəlmanlar "Peyğəmbərə ehtiram etmək” haqqında nazil olan ayələrə onun vəfatından sonra əməl edirdilər.
    Həsən ibn Əlinin cənazəsini dəfn edəndə müsəlmanlardan bəziləri qəbrin kənarında səs-küy salırdılar. Onları sakit etmək üçün Hüseyn ibn Əli bu ayəni oxudu: "Ey iman gətirənlər! Səsinizi Peyğəmbərin səsindən artıq qaldırmayın...” (Hucurat surəsi, 2-ci ayə).
    Heç kim, hətta Əməvilər belə bu ayənin və ehtiramın Peyğəmbər dövrünə aid olduğunu söyləməyiblər. Hal-hazırda vəhhabilər bu ayəni yazıb Peyğəmbərin qəbri ilə üzbəüz divara vurmuşlar. Yəni, ziyarət edənlər danışan zaman səslərinin tonunu yüksəltməsinlər. Bu ayədən geniş bir şəkildə istifadə etmək olar. Müsəlmanlar ziyarət məqsədi ilə Peyğəmbərin hüzuruna gəlib, bağışlanılmalarını ondan tələb edə bilərlər. İslam Peyğəmbərini ziyarət etmək bu ayənin təfsirindən bəlli olur.
    Həmin ayədə iki əsas mətləbə işarə olunur:
    1. Peyğəmbər vəfat etdikdən sonra onun ziyarətinə gedib, Allahın günahları bağışlamasını ondan diləmək olar. Bu haqda "İlahi övliyalara təvəssül etmək” fəslində bəhs edəcəyik.
    2. Bu ayədə Peyğəmbərin qəbrini ziyarət etməyə şəri cəhətdən icazə verildiyi aydın olur.
    Ziyarətin mənası ziyarət edənin, ziyarət olunanın yanında və hüzurunda olması deməkdir. Peyğəmbərir məzarı kənarında dayanıb Allahdan günahlarımızın bağışlanılması üçün ondan dua etməsini istəməklə iki əməli yerinə yetirmiş oluruq.
    1. Allah tərəfindən günahlarımızın bağışlanılmasını Peyğəmbərdən istəyirik.
    2. Peyğəmbərin hüzurunda dayanıb onunla söhbət edirik. Bu, ziyarətin əsl həqiqi mənasıdır.
    Başqa bir sübut.
    Müxtəlif zamanlarda bu hökm haqqında müsəlmanların ümumi və yekdil fikirdə (icma) olmaları daha möhkəm və aydın bir sübutdur. Peyğəmbərin qəbrinin ziyarət edilməsi haqda bütün müsəlmanların rəyinin müsbət olması açıq-aydın bir nümunədir. Hədis, fiqh, əxlaq, tarix və xüsusi ilə "Həcc əməlləri” kitablarına müraciət etməklə bu mətləb daha da aydın olur.
    Mərhum əllamə Əmini Peyğəmbərin qəbrini ziyarət etməyin müstəhəb olması haqda qırx iki islami mənbə rəvayət etmişdir. O, "əl-Qədir” kitabının beşinci cildinin 106-129-cu səhifələrində bu mövzu haqda daha geniş məlumat vermişdir.
    Bu barədə biz aşağıdakı kitablara müraciət etmişik.
    1. "Şifaüs-siqam fi ziyarəti xəyril-ənam” kitabının müəllifi Təqiyyəddin Sübki Şafei 756-cı h. İlində (1336) vəfat etmişdir. Bu kitabda bir çox alimlərin fikri cəmləşmişdir.
    2. "Vəfaül-Vəfa” kitabının müəllifi Səmhudi 011-ci h. İlində (1494) vəfat etmişdir. Bu kibatda alimlərin fikrinə görə ziyarət etməyin müstəhəb olmasını bildirmişdir.
    3. "Əl-Fi-Hüd ələl-məzahibil-ərbəə”. Bu kitabda dörd sünni məzhəbinin alimlərinin fikir və əqidələri qələmə alınmışdır. Sünni məzhəbinin alimləri ziyarət haqqında deyirlər: "Peyğəmbərin qəbrini ziyarət etmək ən gözəl və fəzilətli əməllərdəndir. Bu barədə hədislər nəql olunub.”("Əl-Fiqhü ələl-məzahibil ərbəə, c. 1, s. 590. )
    İndi isə ravilərin nəql etdikləri hədislərə diqqət yetirək.
    İslam hədislərində Peyğəmbərin qəbrinin ziyarət edilməsi
    İslam hədislərində "ziyarət” haqqında sünni alimlərindən saysız hədis rəvayət olunduğuna görə hədislərin sənədlərinə diqqət yetirmirik. Sünni məzhəbinin böyük alimləri bütün dövrlərdə belə hədisləri öz kitablarında göstərmişlər. Yəni Peyğəmbərin qəbrini ziyarət etmək çox bəyənilmiş bir əməldir. Söhbət çox uzanmasın deyə, bu haqda bir neçə hədis rəvayət edirik:
    1. "Abdullah ibn Ömər Peyğəmbərdən belə nəql edir: "Hər kim mənim qəbrimi ziyarət etsə, mənim şəfaətimdən faydalanar.”
    Bu hədis "Əl-Fiqhü ələl-məzahibil-ərbəə” kitabının 1-ci cildinin 590-cı səhifəsində nəql olunmuşdur. Sünni məzhəbinin alimləri bu hədisə əsaslanaraq, fitva vermişlər. Daha geniş məlumat əldə etmək üçün "Vəfaül-Vəfa” kitabının 4-cü cildinin 1336-cı səhifəsinə müraciət edə bilərsiniz.
    Alimlər hicri tarixinin ikinci yarısından indiyə kimi belə bir hədisi kitablarda rəvayət etmişlər. Bu da hədisin əsaslı və etibarlı olmasını bildirir.
    Mətləbə yekun vurmaq üçün yazıçı Təqiyyəddin Əli ibn Əbdül-Kafi Sübki özünün "Şifaüs-siqam”(Əhli-təsənnün alimləri tərəfindən İbn Teymiyyənin "Peyğəmbəri ziyarət məqsədi ilə səfər etmək haramdır” əqidəsinin əleyhinə yazılmış ən gözəl kitab. ) adlı nəfis kitabında üçüncü səhifədən on birinci səhifəyə qədər bu hədis haqqında təhqiqat və araşdırmalar aparmaqla hədisin daha dəqiq və möhkəm olduğunu sübuta yetirmişdir.
    2. "Hər kim ziyarət məqsədi ilə mənim yanıma gəlsə, Qiyamət günü ona şəfaət etmək, mənim vəzifəm olar.”
    Bu hədisə on altı nəfər hafiz və hədis alimi öz kitabında yer vermişdir. Təqiyyəddin Sübki "Şifaüs-siqam” kitabının 3-cü və 11-ci səhifələrində hədis haqqında bəhslər aparmışdır. (Həmçinin "Vəfaül-Vəfa” kitabının 4-cü cild 1346-cı səhifəsinə müraciət edə bilərsiniz).
    3. "Allahın evini (Kəbəni) ziyarət etdikdən sonra məni ziyarət edən sağlığımda məni ziyarət etmiş sayılar.”
    Bu hədisi iyirmi beş nəfər məşhur hafiz və hədis alimi öz kitablarında nəql etmişdir. Təqiyyəddin Sübki "Şifaüs-siqam” kitabının 12-ci və 16-cı səhifələrində hədisin sənədi haqqında geniş məlumatlar vermişdir. (Həmçinin "Vəfaül-Vəfa” kitabının 4-cü cild 1340-cı səhifəsinə müraciət edə bilərsiniz).
    4. "Hər kim Allahın evini ziyarət edə və məni ziyarət etməyə, mənə zülm etmişdir.”
    Bu hədisə doqquz nəfər hədis alimi öz kitablarında yer vermişdir. "Vəfaül-Vəfa” kitabının 4-cü cild 1342-ci səhifəsinə müraciət edə bilərsiniz.
    5. "Hər kim məni ziyarət etsə, mən ona şəfaət edərəm.”
    Bu hədisi üç nəfər hədis alimi nəql etmişdir. "Vəfaül-Vəfa” kitabı, c. 4, s.1347.
    6. "Hər kim məni ölümümdən sonra ziyarət etsə, sanki məni sağlığımda ziyarət etmişdir.”
    Yuxarıda qeyd olunan hədislər, Peyğəmbərin ziyarət haqda buyurduğu hədislərdən bir neçə nümunədir. Bu hədislərdə əziz İslam Peyğəmbəri insanları özünün vəfatından sonra ziyarət etməyə dəvət edir. "Əl-Qədir” kitabında bu hədislərin sayı iyirmi iki ədəd qeyd edilmişdir. Səmhudi "Vəfaül-Vəfa” kitabında (c. 4, s. 1336-dan 1348-ə qədər) on yeddi rəvayətlə hədisi nəql edib və hədisin sənədində də kifayət qədər bu barədə söhbət açmışdır. İslamın böyük şəxsiyyətlərinin ziyarətində maddi və mənəvi maraqlar gizləndiyinə görə əziz Peyğəmbər insanları öz qəbrinin ziyarətinə dəvət etmişdir.
    Müsəlmanlar Peyğəmbərin qəbrini ziyarət etməklə yanaşı, İslam dininin mərkəzi ilə əlaqədar baş verən hadisələrlə, hədis və müxtəlif elmlərlə tanış olub dünyaya yayırlar.
    Vəhhabilərin qəbirləri ziyarət etmək məqsədi ilə səfərə çıxmağın haram olması haqda sübutları
    Vəhhabilər zahirdə Peyğəmbərin qəbrini ziyarət etməyə icazə verir, lakin qəbri ziyarət etmək məqsədi ilə səfərə çıxmağı haram bilirlər. Məhəmməd ibn Əbdül-Vəhhab risalə kitablarının ikincisində, "əl-hədiyyətüs-sünniyyə” risaləsində yazır:
    Peyğəmbəri ziyarət etmək müstəhəbdir, məscidi ziyarət edib namaz qılmaqdan başqa, ziyarət məqsədi ilə səfərə çıxmaq isə düzgün deyil. Onlar "Səhih” kitablarında Əbu Hüreyrənin(Əbu Hüreyrə, İslam aləmində yalançı bir şəxs kimi tanınmışdır. 5500-ə yaxın, Peyğəmbərin adından qondarma hədislər nəql edib. ) nəql etdiyi hədisə əsaslanaraq qəbri ziyarət etmək üçün səfərə çıxmağı haram bilirlər:
    Peyğəmbər buyurdu: Bu üç məscidin ziyarətindən başqa səfər etmək düzgün sayılmır:
    1. Mənim məscidim (Məscidün-Nəbi)
    2. Məscidül-həram
    3. Məscidül-Əqsa”
    Bu hədis hada başqa iki oxşar variantlarda nəql olunub: "Üç məscidin ziyarəti üçün səfər etmək düzgün sayılır: 1) Kəbə; 2) Mənin məscidim (Məscidün-Nəbi; 3) Əqsa məscidi”.
    Bu hədis haqda "Səhih” kitablarında bəhs olunub və ravisi Əbu Hüreyrə olduğuna görə hədisin sənədi haqqında bəhs etmirik. Hədisin öz məzmunundan bəhs etsək, daha faydalı olar.
    Peyğəmbərlərin, imamların və övliyaların ziyarəti üçün səfər etmək hədisdə qadağan olunmamışdır. Çünki hədisin mövzusu məscidlərə səfər etmək və məscidlərdən cəmisi üç məscidin istisna olması haqdadır. Lakin məqbərələr və dəfn olunan müqəddəs yerlər bu həidsin mövzusundan kənardır və hədisdə qadağan olunmamışdır.
    Hədisdə bəhs olunan mövzu məsciddir və bu üç məscid istisna olduğu üçün məzar və qəbiristan və s. yerlər buna aid deyildir.
    2) Əgər bütün müqəddəs yerlərə müsafirət etmək qadağan sayılırsa, bu düzgün deyil. Çünki həcc mərasimində "Ərəfat”, "Məşər” və "Mina” yerlərinə ziyarət üçün səfər olunur.
    3) Quran ayələrində və hədislərdə Allah yolunda cihad etmək, elm öyrənmək və valideyni ziyarət etmək üçün edilən səfər xüsusi olaraq vurğulanmışdır.
    "Hər tayfadan bir dəstə (dini elmləri öyrənmək, sonra da dindaşlarına öyrətmək üçün) qalsın ki, insanları döyüşdən qayıtdığı zaman Allahın əzabı ilə qorxutsun. Bəlkə onlar əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən çəkinsinlər!”(Tövbə surəsi, 120-ci ayə. )
    Bu səbəbdən böyük hədis alimləri hədisi həqiqi mənada təfsir etmişlər. "İhyaul-ülum” kitabının müəllifi Ğəzzali deyir: "Müsafirətin başqa bir mənası ibadət, cihad, həcc, peyğəmbərlərin, səhabələrin və övliyaların ziyarəti üçün səfər etmək deməkdir. Hər kimin sağlığında ziyarət edilməsi təbərrük sayılırdısa, vəfatından sonra da ziyarət edilməsi təbərrük sayılır, bunun heç bir eybi yoxdur və bu hədislə heç bir ziddiyyət təşkil etmir.
    Hədisin mövzusu məscid olduğuna görə və başqa məscidlər fəzilət cəhətdən bir olduğu üçün bu üç məsciddən başqa, digər məscidləri ziyarət etmək niyyətilə səfərə çıxmağa icazə verilməmişdir. Məscidlərdən başqa peyğəmbərlərin və övliyaların ziyarəti fəzilət sayılan əməllərdəndir.(İhyaül-ülum, "Adabüs-səfər” kitabı, c. 2, s. 247 (Beyrut çapı); Əl-fətavil-kubra, c. 2, s. 24. )
    Bu üç məsciddən başqa yerdə qalan bütün məscidlərə səfər etmək nəhy olunmuşdur. Burada bir mətləbi qeyd etmək istərdik: Əziz Peyğəmbər buyurur: "Bu üç məsciddən başqa yerdə qalan məscidlərə səfən etməyin.” Əlbəttə bu o demək deyil ki, başqa məscidlərə səfər etmək haram sayılır. Yəni başqa məscidlərin savabı bu üç məscidin savabı qədər olmadığı üçün insanın zəhməti hədər getməsin deyə, başqa məscidlərə səfər etməsə, yaxşı olar. Bütün dünyada məhəllə, qəsəbə, kənd, şəhər məscidlərinin fəziləti və savabı bərabərdir. Şəhərdə Cameməscidi ola-ola başqa bir şəhərin məscidinə səfər etməyə ehtiyac yoxdur. Əgər belə bir iş görülsə, yəni məscid ziyarəti üçün səfər olunsa, günah və haram iş sayılmır. Bu mətləbə "səhih” və "sünən” kitablarının müəlliflərindən nəql olunan hədisi sübut gətirə bilərik:
    Səhihi-Buxaridə deyilir:(Səhihi-Buxari, c. 2, s. 76. Səhihe-Müslim, Nəvəvinin şərhi ilə, c. 9, s. 169-171; Sünəni-Nəsai Süyutinin şərhi ilə, c. 2, s. 37. )
    "Əziz Peyğəmbər hər şənbə günü piyada və yaxud miniklə "Quba” məscidinin ziyarətinə gedərdi. Ömərin oğlu da bu adətə əməl edərdi. Allaha görə namaz qılmaq üçün məscidlərin birinə getmək nəyə görə haram sayılsın? Əgər, məsciddə namaz qılmaq müstəhəb sayılırsa, deməli, onun müqəddiməsi də (məscidə səfər etmək) müstəhəb sayılır.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 466 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2019