İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Vəhhabi məzhəbi

    Vəhhabi məzhəbi
    2012-04-08, 8:28 AM
    On ikinci fəsil
    İlahi övliyaların ruhlarından kömək istəmək
    Mühüm məsələlərdən biri də İlahi övliyalar dünyalarını dəyişdikdən sonra onların müqəddəs ruhlarından kömək istəməkdir.
    İstər bu kömək dua diləməklə, istərsə də fövqəladə işlərlə olsun. Çünki müsəlmanlar ikdiki zamanda Peyğəmbər və İmamın məhzərində hazır olmaqla, onlardan kömək diləyə bilməzlər. Əksinə, onların müqəddəs ruhlarından kömək və dualar dilənir.
    Bu iki surəti şərh etməyin böyük bir əhəmiyyəti vardır.
    Bu mövzunun mahiyyəti aşağıdakı dörd mətləbi açıqlamaqla üzə çıxacaq. Həmin dörd mətləb bunlardan ibarətdir:
    1. İnsanın ölümündən sonra həyat və ruhun davam etməsi.
    2. İnsanın mahiyyəti onun ruhu və həyatıdır.
    3. Ruhlar dünyası ilə əlaqə saxlamaq mümkündür.
    4. Ruhlardan kömək diləmək haqqında İslami mühəddislərin və bütün əsrlər boyu müsəlmanların rəftarı.
    İndi isə bu dörd mətləbin şərhi və izahı:
    1. İnsanın ölümündən sonra həyat və ruhun davam etməsi
    a) Ölüm insanın yoxluğu sayılmır:
    Ölümlə həyatın sona çatmadığını Quran ayələri sübuta yetirir. Əksinə, ölüm ilə insanın üzünə maddi aləmdən daha da üstün olan başqa bir aləmin qapısı açılır.
    Ölümü insanın yoxluğu hesab edənlər insan ölümü ilə hər bir şeyin aradan getdiyini, insandan heç bir əsər-əlamət qalmadığını, insandan yalnız torpaqlar altında qurumuş ruhsuz sümüklərin qaldığını güman edirlər. Belələri qeyri-iradi materialist fəlsəfənin təsiri altında düşüb ona itaət edirlər. Belə fikir sahibləri insan üçün yalnız maddi dünyanı, bədən üzvlərini, beynini və döyünən ürəyini həyat adlandırırlar. İnsan hüceyrələrinin hərəkəti dayanmaqla o, hərəkətsiz cismə dönür. Yəni bu fikir sahibləri ruhu maddi cisim hesab edirlər. Əgər cismin hərəkəti birdəfəlik aradan gedərsə (ölərsə), ruh da onunla birlikdə məhv olar və bu dünyada ruhdan heç bir əsər-əlamət qalmaz.
    Belə nəzəriyyə irəli sürənlər materialistlərin təsiri altında insanı sadəcə olaraq müxtəlif tərkib hissələrindən təşkil olmuş maşına oxşatmışlar. Yəni insanın bədən üzvləri məhv olmaqla (çürüməklə) onun həyatından heç bir əsər-əlamət qalmır.
    Ruh və həyat haqqında materialistlərin söylədikləri nəzəriyyəni dünyanın böyük ilahiyyat alimləri və filosofları qəbul etmirlər. Çünki ilahiyyatçılar insanın maddi dünyasından əlavə, onun əsl cövhəri sayılan ruh və həyatın davamiyyətinə inanırlar. Ruh bir müddət bədənlə fəaliyyət göstərir, bədəndən ayrıldıqdan sonra isə tənha öz funksiyasını aparır. İnsan öldükdən sonra ruhların qalması məsələsini bir neçə səhifə ilə isbat etmək qeri-mümkündür. İnsan ruhunun əbədi olması Quran ayələri və fəlsəfi sübutlarla isbat olunmuşdur. Biz burada Quran ayələri ilə bu mövzunu təsdiq edirik:
    b) Quran və ruhun qalması.
    Quran ayələri ruhun bədəndən ayrıldıqdan sonra onun əbədi olduğuna şəhadət verir.
    a) "Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”(Maidə surəsi, 110.)
    b) "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də, ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər.”(Bəqərə surəsi, 154. )
    "Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.”(Ali-İmran surəsi, 169. )
    "Onlar Allahdan gələn nemət və mərhəmətə, həm də Allahın möminlərin mükafatını puça çıxarmayacağına (xəbərinə) görə sevincək olurlar.”(Ali-İmran surəsi, 170. )
    v) "Həqiqətən, mən sizin Rəbbinizə iman gətirdim. Məni eşidin! "Ona: "Cənnətə daxil ol!” deyildi. Dedi: "Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi!”(Ali-İmran surəsi, 171.)
    "Behiştə daxil ol” dedikdə axirət aləminin yox, Bərzəx aləminin behişti nəzərdə tutulur. O, arzu edirki ki, kaş qövmü Rəbbin onu niyə bağışladığını və mərhəmət sahibi etdiyini başa düşəydi.
    Belə bir arzunu axirət əhlinə etmək düzgün deyil. Çünki axirət dünyasında hicablar və pərdələr aradan götürülücək və hamı bir-birinin halından xəbərdar olaraq. Əksinə, o belə bir arzunu dünya əhlinə etmişdir. Çünki bu dünyanın insanları Bərzəx əhlindən xəbərsizdirlər. Quran buna şəhadət verir.
    Sonrakı ayələr onun (Həbib Nəccarın) bağışlanmasından sonra qövmünün bir göy gürultusu ilə məhv olduğunu təsdiq edir: q) "Ondan (Həbib Nəccardan) sonra tayfasının üstünə göydən heç bir qoşun göndərmədik və heç gördərən də deyildik. (Onların cəzası) ancaq dəhşətli (tükürpədici) bir səs oldu. Dərhal məhv olub (şam kimi sönüb) getdilər.”(Yasin surəsi, 25, 26, 26. )
    Bu iki ayədə onun behiştə daxil olduqdan sonra qövmünün bu dünyada yaşamasını və gözlənilmədən məhv olub getməsini Quran ayəsi təsdiq edir. Bu behişt Bərzəx behişti ola bilər.
    ğ) "Onlar (ölən gündən Qiyamətə qədər qəbir edində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir): Firon əhlini ən şiddətli əzaba salın.”(Yasin surəsi, 28-29. )
    Həyatın Bərzəx aləmində davam etməsi bu ayədən bəlli olur. Çünki Qiyamət gününə kimi səhər-axşam Firon əhlinə əzab olunar. Qiyamət günü yetişdikdə isə şiddətli əzaba düçar olarlar.
    Səhər-axşam dedikdə, Bərzəx aləmi nəzərdə tutulur. Çünki Qiyamət günü səhər-axşam olmayacaq.
    Beləliklə, biz bu mətləbi Qurana əsaslanaraq açıqladıq.
    İnsanın həqiqəti onun ruhudur
    İnsan iki hissədən, cisimdən və ruhdan ibarətdir. Lakin insanın əls həqiqəti onun cismi ilə olan ruhudur. Biz hələlik fəlsəfi nöqteyi-nəzərdən bu haqda bəhs etmirik. Quran ayələri ilə bu mövzunu işıqlandırırıq.
    Quran ayələrində insanın həqiqətinin onun ruhu və nəfsi olduğu sübuta yetirilib.
    "(Ya Mühəmməd!) De: "Sizə müvəkkil olan ölüm mələyi (Əzrail) canınızı alacaqdır. Sonra da (Qiyamət günü) Rəbbinizin hüzuruna qaytarılacaqsınız!”(Mömin surəsi, 46.)
    "Canınızı alacaq” kəlməsində məqsəd ölmək deyil, yəni götürmək və almaq mənasındadır.(Səcdə surəsi, 11) Əgər insanın mahiyyəti ruh və həyat olarsa, bu, ayənin məfhumuna aiddir. Amma, ruh və həyat insanın mahiyyətinin bir hissəsini və digər bir hissəsini isə bədən təşkil edirsə, bu, ayənin məna və məfhumu ilə düz gəlmir. Çünki ölüm mələyi (Əzrail) heç vaxt insanın bədənini almır, əksinə, bədən olduğu kimi qalır, ruh isə bədəndən çıxarılıb başqa bir dünyaya aparılır.
    İnsanın mahiyyəti kamillik, təkamül mərkəzi onun ruhudur. Bədən və cisim isə libasa bənzər bir örtükdür.
    Ruhun ölümdən sonra əbədi qalması birinci mətləbdə açıqlandı və izah olundu. Quran ölümü bəşəriyyətin yoxluğu hesab etmir.
    Əksinə, "şəhidlər, övliyalar” və "cinayətkarlar” üçün Qiyamət günündən qabaq bir xoş və əzablı həyat (Bərzəx aləmi) də vardır.
    Əgər insanın mahiyyəti bədən hesab olunursa, şübhəsiz ki, insan dünyasını dəyişdikdən bir neçə müddət sonra həmin bu bədən quruyub torpağa dönür. Onda Bərzəx və Qiyamət aləminin heç bir məfhum və məntiqi dəyəri olmaz.
    1. Quran və başqa bir dünya ilə əlaqə yaratmaq imkanı
    Ruhun və həyatın davam etməsi tənha kömək diləmək üçün kifayət etmir. Çünki elm və Quran nöqtəyi-nəzərindən ruhla əlaqə yaratmağı sübuta yetirmək lazımdır. Biz "Əsaləti-Ruh” kitabında bu haqda geniş bəhs etmişik.
    Quran ayələri bəşər dünyasını dəyişən insanlarla əlaqə yaratmağın mümkün olduğunu sübuta yetirir.
    a) Saleh (peyğəmbər) öz qövmünün ruhları ilə sanışır
    "Sonra onlar dəvəni tutub kəsdilər və (bununla da) Rəbbinin əmrini saymazyana pozub (istehza ilə): "Ey Saleh! Əgər sən (həqiqi) peyğəmbərlərdənsənsə, bizi qorxutduğunu (bizi hədələdiyin əzabı) gətir görək!”− dedilər.”(Təfsirü Alair-Rəhman” /Əllamə Bəlaği/, s. 34. )
    "Buna görə onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü, onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).”(Əraf surəsi. 77-ci ayə. )
    "(Saleh) onlardan üz döndərib belə dedi: "Ey ümmətim! Mən Sizə Rəbbimin əmrini (mənə lütf etdiyi peyğəmbərliyi) təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz.”(Əraf surəsi, 78-ci ayə. )
    Bu üç ayəyə diqqət yetirin:
    Birinci ayədə onların diri olarkən Saleh peyğəmbərdən İlahi əzab istədikləri xəbər verilir.
    İkinci ayədə İlahi əzab yetişməklə onların məhv olduğu bildirilir.
    Üçüncü ayədə isə onların ölümündən sonra Saleh peyğəmbərin onlarla söhbətindən xəbər verilir. Həzrəti Salehin ölülərlə danışmasına iki əsas sübut var:
    1. Ayələr ardıcıllıqla nəql olunub.
    2. Onların ölümündən sonra həzrət Saleh onlardan üz döndərib demişdir:
    "Mən sizə Rəbbimin əmrini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz nəsihət verənləri sevmirsiniz.”
    Quran Saleh peyğəmbərin ümməti ilə ciddi söhbət etdiyini təsdiq edir. Onlar həddət artıq inadkar olduqları üçün məhv olduqdan sonra da Saleh peybəmbər onlara öz ailələrini xatırladır. (Siz nəsihət verənləri sevmirsiniz).
    b) Şüeyb ölənlərin ruhları ilə danışır: "Elə bu zaman onları dəhşətli bir sarsıntı (yerdən zəlzələ, göydən tükürpədici bir səs) bürüdü və onlar öz evlərində diz üstə düşüb qaldılar (bir göz qırpımında həlak oldular).” (Əraf surəsi, 79-cu ayə. )
    "Şüeybi yalançı adlandıranlar sanki orada (evlərində) heç bir şənlik (nemət) içində yaşamamışdılar. Şüeybi təkzib edənlərin özləri ziyana uğrayanlar oldular.”(Əraf surəsi, 91-ci ayə. )
    "(Şüeyb) onlardan üz döndərib dedi: "Ey insanlar! Mən Sizə Rəbbimin əmrlərini təbliğ etdib və öyüd-nəsihət verdim. İndi kafir bir tayfadan ötrü necə yas tutum?”(Əraf surəsi, 92-ci ayə. )
    Bu ayələrin dəlilləri həzrət Saleh peyğəmbərə aid olan ayələrlə birdir.
    v) İslam peyğəmbəri Həzrət Mühəmməd (ə) peyğəmbərlərin ruhları ilə danışır:
    "Səndən əvvəl göndərdiyimiz peyğəmbərlərdən soruş: Biz Rəhmandan başqa ibadət olunası tanrılarmı müəyyən etmişik?!”(Əraf surəsi, 93-cü ayə)
    Yəni bu dünyada Peyğəmbər (s) başqa bir aləmdə (Axirətdə) yaşayan peyğəmbərlərdən əsrlər boyu Allahın göstərişinin nədən ibarət olduğunu soruşa bilər.
    q) Quran bəzi yerlərdə peyğəmbərlərə salam göndərir. Bu salamlar heç vaxt yalan, quru və mənasız olmayıb:
    Çünki Quranın ali və uca məfhumunu mənasız adlandırmaq insafdan çox-çox uzaqdır.
    Düzdür, müasir dövrdə materialistlər ruh və həyatı əsassız bir düşüncə bilirlər, amma öz nitqlərində və söhbətlərində isə materializmin banilərinə və rəhbərlərinə alqışlar və salamlar göndərirlər.
    Deməli, müsəlmanların gecə-gündüz oxuduqları Quranın mənası və məfhumu əsassız ola bilməz.
    1. Bütün aləmlər içərisində Nuha salam olsun.
    2. İbrahimə salam olsun.
    3. Musaya və Haruna salam olsun.
    4. Ali-Yasinə salam olsun.
    5. Peyğəmbərlərə salam olsun.("Zuxruf” 45.)
    ğ) Salam halında Peyğəmbərə salam vermək.
    Bütün düyna müsəlmanları gecə-gündüz namazın sonunda Peyğəmbərə xitab edərək ona salam göndərirlər:
    "Əs-salamu ələykə əyyuhənnəbiyyu və rəhmətullahi və bərəkatuh.”
    (Salam olsun Sənə, ey Peyğəmbər! Allahın rəhməti və bərəkəti olsun Sənə).
    Şafei məzhəbinin alimləri bu salamı vacib, başqa məzhəb alimləri isə müstəhəb bilirlər. Lakin onların hamısı Peyğəmbərin müsəlmanlara belə göstəriş verməyinə inanırlar.(Saffat surəsi, 79, 109, 120, 130 və 181-ci ayələr. )Peyğəmbərin sünnəsi onun sağlığında və vəfatından sonra da əbədi olaraq qalır.
    Əgər, həqiqətən, bizim Peyğəmbərlə əlaqəmiz kəsilibsə, onda belə bir salam verməyin nə kimi faydası ola bilər?
    Bu haqda daha çox məlumat almaq istəyən əziz oxucular "Əsaləti-Ruh” kitabına müraciət edə bilərlər.
    Sonda xatırlatmalıyıq ki, namazın salamına əsaslanmağımızın səbəbi Quranda bu haqda ayələrin nazil olmasıdır.
    Bəhsin nəticəsi
    Birinci mətləbdə sübuta yetirildi ki, ölüm insan həyatının sonu və yoxluğu yox, onun başqa bir həyata qədəm qoymasıdır.
    İkinci mətləbdə isə insan həqiqətinin ruh olduğu, bədənin isə libasa bənzərliyi sübuta yetirildi. Əgər insanın ruhu və həyatı əbədidirsə, sözsüz ki, onun şəxsiyyəti və mənliyi də əbədidir.
    Bu dünyada insanın dua etməyə, Allahın izni ilə fövqəladə işlər görməyə qüdrəti vardırsa, deməli, o biri dünyada da (Bərzəx aləmi) onun müqəddəs ruhu Allahın izni ilə bədənin ehtiyacı olmayan işlərdən başqa bütün işləri görməyə qüdrəti vardır.
    Üçüncü mətləbdə isə bu dünyada yaşayan insanların o biri aləmdə yaşayan insanlarla əlaqə yaratmaq imkanı və müqəddəs ruhların bizləri eşitməsi sübuta yetirildi.
    Bu üç mətləbin dəqiqliyi bəhsin fəlsəfi imkanlarını isbat edir, yəni ilahi övliyalar bizim sözümüzü eşidir və Allahın izni ilə cavab verirlər. Amma görəsən, İslam şəriətinin qanunları bu əmələ icazə verirmi?
    Bu barədə biz dördüncü başlıqda bəhs edəcəyi.
    4. Müsəlmanlar və müqəddəs ruhlardan hacət istəmək
    İbn Teymiyyə və onun yolunu gedənlər səhabə və səhabədən sonra gələn dəstənin Peyğəmbərdən hacət istəməsini inkar etmişlər. Bu barədə belə deyirlər:
    "Səhabənin əsrində yaşayan insanlar, tabein(Namazın sonuncu rükətində səcdələr və təşəhhüddən sonra namazı qurtarmaq üçün deyilən zikrlər (salamlar). ) və həmçinin tabeindən sonra gələnlər Peyğəmbərin hüzurunda olmadıqlarından qəbri kənarında ondan hacət və kömək istəməmiş, qəbri kənarında namaz qılıb, dualar oxumamışlar.”("Təzkirətül-Füqəha”, c. 1, "Xilaf” kitabında bu salam Ömər ibn Xəttabdan və Abdullah ibn Məsuddan nəql olunmuşdur, sünnə əhlinin alimləri Əbu-Hənifə, Malik və Şafei bunun əsasında fətva vermişlər. )
    Ola bilsin, səhabənin və tabeinin tarixindən xəbəri olmayan bir şəxs bu yalançı nisbətin həqiqət olduğunu təsəvvür etsin. Lakin tarixə müraciət etməklə bunun əksi sübuta yetirilir. Biz nümunə üçün bir neçə hadisəni burada qeyd edirik:
    "Ömərin xilafəti zamanı quraqlıq ili baş verdi. Bir kişi Peyğəmbərin qəbri kənarına gəlib dedi:
    "Ey Allahın Peyğəmbəri! Ümmətin susuzluqdan məhv olur, onlar üçün su istə.” Sonra Peyğəmbər o kişinin yuxusuna gəlib buyurdu:
    Ömərin yanına gedib, ona salamı çatdır və hamınızın susuzluqdan nicat tapacağınızı Ömərə xəbər ver.”(Peyğəmbəri görməyib, səhabəni görən insanlar. Peyğəmbərdən sonra gələn insanlar. )
    1. Səmhudi deyir:
    "Bu hadisə Peyğəmbər Bərzəx aləmində olarkən onda hacət, kömək, dua diləməyin mümkün olduğuna əsas sübutdur.
    Çünki o, (Peyğəmbər) müsəlmanların istəyindən xəbərdardır. Buna görə də sağlığında olduğu kimi, vəfatından sonra da hacət istəmək olar.”("Əl-Hidayətüs-sünniyə” risaləsi, s. 162 /Misir çapı/. )
    2. Səmhudi Hafiz Əbu Abdullah Məhəmməd ibn Musa ibə ən-Nomandan sənədin sonu həzrəti Əli ibn Əbu Talib (ə) ilə bitən belə bir hədis nəql edir:
    "Peyğəmbərin vəfatından üç gün keçmiş Mədinədən kənarda yaşayan bir ərəb Peyğəmbərin məzarı kənarına gəlib başına qəbrin torpağından tökərək dedi:
    "Ey Allahın Rəsulu! Sən buyurduğun kəlamları biz eşitdik. Allahdan öyrəndiyin əməlləri biz səndən öyrəndik. O cümlədən sənə nazil olan ayələrdən biri də, budur: "Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər.”(Vəfaül-Vəfa, c. 2, s. 1371.)− Mən özümə zülm etmişəm və əfv diləmək üçün sənin yanına gəlmişəm...”(Fəfaül-Vəfa, c. 2, 1371.)
    "Əl-Vəfaü li-əxbari daril-Mustafa” kitabının müəllifi səkkizinci fəslin sonunda Peyğəmbərdən kömək və hacət istəmək haqqında müsəlmanların rəftarı barəsində çoxlu həlisdər və rəvayətlər söyləmişdir. Hətta imam Məhəmməd ibn Noman bu mövzu haqqında "Misbahuz-zilam fil-müstəcisin bi-xeyril-ənam” kitabını yazmışdır.
    3. Məhəmməd ibn əl-Münkədir deyir: "Bir kişi səksən dinar pulu atamın yanında əmanət qoyub cihada gedirdi. O kişi atama dedi: Əgər pula ehtiyacın olsa, xərcləyə bilərsən.
    Təsadüfən, bahalıq və qıtlıq ili baş verdi və atam səksən dinarı xərclədi. Nəhayət, pulun sahibi gəlib, pulunu tələb etdi. Atam dedi: "Yaxşı olar ki, sabah gələsiniz.” Atam gecə məscidə gedib üzünü Peyğəmbərin qəbrinə və minbərinə tutub sübhə kimi Peyğəmbərdən hacət və kömək istədi. Elə bu vaxt məscidin qaranlıq yerindən bir kişi göründü və dedi:
    −Ey Əba Məhəmməd, al bu pul kisəsini (kisənin içində səksən dinar pul var idi).”(Nisa surəsi, 64. )
    4. Əbu Bəkr İbn əl-Muqri deyir:
    "Mənə, Təbəraniyə və Əbul-Şeyxə aclıq təsir etdi. Gecə Peyğəmbərin qəbri kənarına gəlib dedim:
    "Ey Allahın Rəsulu! Biz acmışıq...”
    Bir az keçməmiş məscidin qapısı açıldı və ələvi bir kişi iki cavanla əllərindəki yeməklə dolu zənbillə məscidə daxil oldular. Yeməyi yeyib qurtardıqdan sonra o kişi dedi:
    −Peyğəmbər yuxuda mənə sizə yemək gətirməyi göstəriş verdi.”(Vəfaül-Vəfa, c. 2, s. 1371.)
    5. İbn Cəllad deyir:
    "Yoxsul vəziyyətdə Mədinə şəhərinə daxil oldum. Peyğəmbərin qəbrinə yaxınlaşıb dedim:
    − Ey Allahın Rəsulu! Sənin qonağınam.
    Birdən məni yuxu apardı. Yuxuda Peyğəmbərin mənə çörək verdiyini gördüm...”(Vəfaül-Vəfa, c. 2, s. 1380-1385/ Misir çapı/. )
    Biz hələlik bu hədislərin düzgünlüyü barəsində söhbət etmirik. Əsas məqsəd budur ki istər bu hədislər doğru və istərsə də yalan olsun, belə bir əməl müsəlmanlar arasında yayılmışdır. Əgər bu işlər bidət, haram, şirk və yaxud küfr olsaydı, onu qoşanlar müsəlmanların gözündən düşməmək üçün belə dastanlar qondarmazdılar.
    "Əsaləri-Ruh” kitabında müqəddəs ruhlardan hacət və kösək diləmək haqqında hədislər və rəvayətlər nəql etmişik.
    Bəzi mətləbləri burada qeyd etməkdən başqa çarəmiz yoxdur:
    1. Bu hədislər bəzilərinin fikir və əqidəsinə görə, düzgün sayılmır. Çünki belələri hədisin ravilərini və sənədlərini axtarmadan hədisi saxta və qondarma kimi qələmə verirlər. Belə bir yersiz inkar bizim əsaslandığımız sübutlara zərər yetirirmi?
    Cavab:
    Bu kimi tarixi hadisələrə (inadkarlıq və əməlləri inkar etmək) üzləşmək tirixin itib batmasına və yaddaşlardan silinməsinə səbəb ola bilər. Çünki "Peyğəmbərdən kömək və hacət istəmək” haqqında rəvayətlər çox olduğundan bunların hamısını yalan və əsassız adlandırmaq olmaz. Əgər bu haqda olan hədisləri və rəvayətləri toplasaq, qalın bir kitab alınar.
    Tutaq ki, bu hədislər qondarma və yalandır. Lakin həmin bu əsassız və qondarma rəvayətlər tarix boyu ardınca olduğumuz bir həqiqətdən xəbər verir. Yəni belə bir kömək və hacət istəmək şəriətin ziddinə olsaydı, heç vaxt qanuna zidd olan əməli iftixar üçün qondarmazdılar. Çünki, belə olan halda, nəinki öz məqamını ucaldar, əksinə, müsəlmanların qəzəbinə düçar ola bilərdilər.
    Hədis saxtakarları və qondaranları insanların zehni və əqli qəbul edə biləcək yalanları qondarmağa çalışarlar. Quranın, sünnənin ziddinə və müsəlmanların nəzərində şirk və bidət sayılan bir şeyi heç vaxt qondarmaq olmaz.
    2. Müqəddəs ruhlardan dua və yaxud bir iş haqqında kömək istəmək bu dörd mətləbin əsasları ilə sübuta yetirildi.
    Müsəlmanlar müqəddəs ruhlardan ancaq dua diləyirlər. Peyğəmbərin müqəddəs ruhu Allahdan dua edənin günahlarının bağışlanmasını, dünya və axirət hacətlərinin yerinə yetirilməsini, o cülmədən bir işin həyata keçməsini (xəstənin sağalması, əsirin azad olması, rahat yaşamaq... bunlar dua ilə birdir) istəyir.
    3. Belə istəklər "ibadət” sözünün tərifinə və qayda-qanuna əsasən müqəddəs ruhlara ibadət sayılmır. Çünki dua edən müqəddəs ruhları ilah, Allah, rəbb, mələk və bütün işlərdə müstəqil bir şəxs olduğuna əqidə ilə inanmır, əksinə, onları Allahın dünyada heç bir günah iş görməyən, Allah dərgahına itaət edən pak bəndələri bilir.
    Müqəddəs ruhların bəziləri təvəssül edənlərin istəklərinə kömək edir və hacətlərini yerinə yetirirlər. Çünki onlar diri məxluqdurlar və biz onlarla əlaqə saxlayırıq. Lakin bir şeyi xatırlatmaq lazımdır ki, bunlar hamısı Allahın izni ilə olmalıdır.
    Həzrət Məsih (ə) sağlığında Allahın izni il xəstələrə, karlara şəfa verib ölüləri dirildirdisə, ruhu göylərə çəkildikdən sonra da bu işləri Allahın izni ilə yerinə yetirir.
    4. Belə bir təvazökarlıq zahirdə məsum rəhbərlərə aid edilir, verilir, amma bir az dərinə gedib daha ətraflı fikirləşsək, görərik ki, əslində Allahın özündən hacət istəmiş oluruq.
    Səbəbkarları vasitə seçmək, səbəbkarların səbəbinə (Allaha) yaxınlaşmaq deməkdir. Ariflər bu məsəldən daha çox xəbərdardırlar.
    Təvəssül edənlər təvəssül etdikləri adamları öz işlərində müstəqil bilmirlər. Əksinə, Allahın rəhmət və lütfünə daha yaxın olmaq üçün müqəddəs şəxsləri vasitə qərar verirlər.
    "Ey iman gətirənlər! Allahdan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) yol axtarın. (Allah) yolunda cihad edin ki, bəlkə nicat tapasınız?”(Vəfaül-Vəfa, c. 2, s. 1380. )Namaz, oruc və sairə bütün vacib əməllər vasitə sayıldığı kimi peyğəmbərlər və övliyaların da pak duaları vasitə sayılır. Bu vasitələrə üz tutmaq onları yaradana üz tutmaq deməkdir.
    Category: Vəhhabi məzhəbi | Added by: Islam_Kitabxanasi
    Views: 643 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024