İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Təthir ayəsinin təfsiri

    Təthir ayəsinin təfsiri
    2012-01-02, 8:35 PM
    "MÜBAHİLƏ" AYƏSİ BARƏSİNDƏ
    فَمَنْ حاَجَّكَ فِيهِ مِنْ بَعْدِ ماَ جاَءَكَ مِنَ الْعِلْمِ فَقُلْ تََعاَلََوْا نَدْعُ اَبْناَءَناَ وَ اَبْناَءَكُمْ وََ نِساَءَناَ وَ نِساَءَكُمْ وَ اَنْفُسَناَ وَ اَنْفُسَكمْ ثُمَّ نَبْتَهِلْ فَنَجْعَلْ لَعْنَتَ اللهِ عَلَي الْكاَذِبِينَ
    "Hər kəs səninlə onun (İsa əleyhissalamın) barəsində, sənə elm gəldikdən sonra mübahisə etsə, de: Gəlin övladlarımızı və övladlarınızı qadınlarımızı və qadınlarınızı nəfsimizi (canımızı) və nəfsinizi (canınızı) çağırıb mübahilə edək, sonra Allahın lənətini yalançılara qərar verək." (Ali İmran surəsi, ayə…61)
    Böyük sünnü alimi və "Əl-minar" təfsirinin müəllifi öz kitabında yazır: "Rəvayətlərə əsasən, Peyğəmbərimiz tərəfindən Əli, Fatimə və onun övladlarının (Həsən və Hüseynin) bu iş üçün seçilməsində heç bir şəkk-şübhə yoxdur. Rəvayətlərdə də bu dörd nəfərin adı çəkilib. Amma bu rəvayətlərin hamısı şiə sənədlərindən hesab olunur. Hətta bu rəvayətlər bizim tərəfimizdən (sünnü alimləri tərəfindən-müt.) nəql olunsa da şiələrin hədislərindən götürülmüşdür. Həmçinin qeyd edilməlidir ki, belə bir şayiə yayılıb ki, bu yalançı şiələr öz yalanlarını gizlətmək üçün bəyənilmiş yol seçməyiblər. Sual oluna bilər: Ərəblərdən hansı biri "nisaəna" (qadınlarımızı) kəlməsini təkcə Peyğəmbərin qızına aid edir? Xususən mübahilə edən zaman Peyğəmbərin bir neçə zövcəsi var idi. Bu kəlmənin cəm olduğu halda yalnız bir nəfərə, o da Peyğəmbərin qızına aid olması necə mümkün ola bilər?! Bundan əlavə, "ənfüsəna" (nəfslərimiz, canlarımız) kəlməsindən məqsədin Əli (rəziyəllahu ənhu) olması lap təəccüblüdür!!"
    BU MÜFƏSSİRİN RÜSVAYÇILIĞI VƏ TƏƏSSÜB DƏRƏCƏSİ!
    Bu sözlər "Əl-minar"ın müəllifinin ürəyində şiddətli təəssüb təlatümü yaradır. Bu kitabın müəllifinə (Rəşid Rzaya) "Haqq sözü" və ya "Əl-mizan" təfsirində dəqiq şəkildə cavab verilib. Bu müqəddimədə isə, onun cavabını qısa işarələrlə veririk.
    Bunu deyə bilərik ki, "Əl-minar"ın müəllifinin sözləri onun həddindən artıq təəssübkeş olduğunu göstərir. Biz şiə rəvayətlərində məsum imamların Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-dən mötəbər sənədlər əsasında nəql etdikləri sözləri necə yalan hesab edə bilərik?! Yoxsa "Əl-minar" təfsirinin müəllifi Peyğəmbərimizin "Baqirul-ülum" (elm dəryalarını yaran) adlandırdığı İmam Mühəmməd Baqir (əleyhissalam)-ın yüksək elmi dərəcəsini adi bir rəvayətçinin dərəcəsindən aşağı hesab edir? Halbuki, o, Əbu Hüreyrə kimi yalançıların hədislərinə istinad edir, amma İmam Sadiq və İmam Baqir (əleyhiməssalam) kimi nübüvvət xanədanında tərbiyə görmüş iki pak şəxsiyyətin nəql etdiyi rəvayətləri mötəbər hesab etmir!
    Belə çıxır ki, yalnız Əbu Hüreyrə və onun kimilər Quranla tanışdır! Lakin Quranın təbiri ilə Allahın ən istəkli və seçdiyi əziz bəndələri olan Peyğəmbər övladlarının Quranla tanışlığı yoxdur?!
    Məgər Qurani-Kərim:
    ثُمَّ اَوْرَثْنَا الْكِتاَبَ الَّذِينَ اصْطَفَيْناَ مِنْ عِباَدِناَ
    "Sonra Biz bu Kitabı Öz bəndələrimizdən olan seçdiyimiz şəxslərə irs verdik"-deyə buyurmur?
    Ey "Əl-minarın" müəllifi! Tutaq ki, sən Allahın Rəsulunun savadlı, alim övladlarını ilahi kitabın varisi bilmirsən, amma de görək onları ayədəki "ibad" da (Allah bəndəsi də) hesab etmirsən?!
    "Əl-minar"ın müəllifinin şiə rəvayətlərinə, habelə, imamların vasitəsilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -dən nəql olunan və bunlardan başqa heç bir istinad nöqtəsi olmayan əksər rəvayətlərə tənə vurmaqda, gözdən salmaqda məqsədi təəssübdən başqa bir şeydirmi?! Belə bir təfəkkür təəssüb və inadkarlıq deyildirmi?!
    Hətta bunları nəzərə almasaq da, soruşula bilər ki, məgər bu hədisləri yalnız şiə alimləri nəql edir?! Heç qeyrişiə kitablarını mülahizə etmisiniz və bu rəvayəti orada görmüsünüz?! Yoxsa yuxulu halda görmüsünüz və hədislərin sənədlərini qarışıq salmısız?!
    Yoxsa sünnü alimi Beyhəqi "Dəlailün-nübüvvət" kitabında "Vəfdu-Nəcran" hadisəsini qeyd etməyib və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in seçdiyi şəxslər içində Fatimə, Həsən və Hüseyn (əleyhimussalam)-dan başqasının olduğunu yazıb?!
    حَدَّثَناَ اَبُو عَبْدِ اللهِ الْحاَفِظُ اَبُو سَعِيدٍ وَ مُحَمَّدُ بْنُ مُوسيَ بْنِ الْفَضْلِ قاَلاَ حَدَّثَناَ اَبُو الْعَبّاَسِ مُحَمَّدُ بْنُ يَعْقُوبَ حَدَّثَناَ اَحْمَدُ بْنُ عَبْدِ الْجَبّاَرِ حَدَّثَناَ يُونُسُ بْنُ بُكَيْرٍعَنْ سَلَمَةَ بْنَ عَبْدِ يَسُوعَ عَنْ اَبِيهِ عَنْ جَدِّهِ قاَلَ يُونُسُ...
    Hakim "Müstədrək" kitabında Əliyyibni İsadan, o da Əhməd ibni Məhəmməd Əzhəridən, o da Əliyyibni Hücrdən, o da ibni Müshirdən, o da Davud ibni Əbi Hinddən belə nəql edir: Yuxarıda qeyd olunan ayədəki "ənfüsəna" kəlməsindən məqsəd İmam Əli ibni Əbu Talib, "əbnaəna" kəlməsindən məqsəd İmam Həsən və İmam Hüseyn, "nisaəna" kəlməsindən məqsəd isə Fatimədir.
    Məgər Əbu Davud Təyalisi bu hədisi mürsəl şəkildə Şəbidən nəql etmirmi? Bu hədis İbni Abbasdan və Bərradan nəql olunmayıbmı? Heç olmazsa öz imamınız və "dinin dayağı və qoruyucusu" ləqəbi verdiyiniz Əbil Fəda İsmail ibni Kəsir Qureyşinin təfsirini oxuyun ki, "mübahilə" barəsindəki rəvayətlər yadınızdan çıxmasın. Yaxşı olardı ki, mötəbər tarix kitabınızı"Əliyyibni Əsirin "Kamil" kitabını bir də vərəqləyəsiniz. O, 2-ci cildin 293-cü səhifəsində belə yazır:
    "Nəcran məsihiləri Aqiblə Səyyidi əlavə bir neçə nəfərlə "mübahilə" üçün Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in yanına göndərdilər. Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) onlarla mübahilə etmək üçün Əli, Fatimə, Həsən və Hüseynlə birlikdə evdən çıxdı. Aqib və Seyyid onları görəndə dedilər: "And olsun Allaha, biz gördüyümüz bu dəstədə elə şəxslər vardır ki, əgər dağları yerindən qopartmaq istəsələr, şəksiz bacararlar!" Beləliklə onlar bu məsum, pak şəxsləri gördükdən sonra qorxub mübahilə fikrindən döndülər."
    Bəli, sizin istədiyiniz adam və həmfikriniz öz aliminiz Təbəridir. O, tarixdə baş vermiş hadisələrin hətta ən incəliklərini belə öz kitabında yazmışdır. Lakin "Vəfdu-Nəcran" hadisəsinə çatanda yalnız bir sətr, onu da müəmmalı şəkildə yazır, "Mübahilə" ayəsi haqqında isə ümumiyyətlə heç nə yazmır. Halbuki, mübahilə hadisəsi Peyğməbər (səlləllahu əleyhi və alihi və səlləm) -in dövründə ən həyəcanlı, ən həssas və ən mühüm məsələlərdən biri idi. Çünki İslam dini məsihiyyət ilə üzbəüz idi. Bu hadisədə məsihiyyət dünyasının İslam aləmi ilə olan müxalifətinə son qoyacağı, İsa peyğəmbər haqqında məntiqi kəlamı qəbul edərək İslamı qəbul edəcəkləri mümkün idi.
    "Əl-minar"ın müəllifi belə təsəvvür edir ki, şiələrin rəvayətləri mübahilə ayəsinə tətbiq oluna bilməz! O, deyir: "Hansı ərəb "nisaəna" kəlməsindən "qız" başa düşür?" Biz də ondan soruşuruq: "Hansı şiə alimi deyir ki, "nisaəna" kəlməsinin mənası Fatimə(əleyha salam)-dır?"
    "Mübahilə" hadisəsində Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) buyurdu: "Biz qadınlarımızı, övladlarımızı və nəfslərimizi (canlarımızı) mübahilə etmək (haqq yolda olmayan tərəfi qarğış etmək) üçün gətirək. Siz də öz qadınlarınızı, övladlarınızı və nəfslərinizi gətirin." Məgər o Həzrətin məqsədi "Mən İslam qadınlarından, İslam övladlarından və ruhları mənimlə, İslamla bir olanları gətirirəm, siz də eyni qayda ilə Məsihi qadınlarından, Məsihi övladlarından və ruhları məsihi dini ilə bir olanları gətirin"-demək deyildimi?! Əgər siz belə incə mətləbləri başa düşmürsünüzsə, onda bunun oxşarlarını, o cümlədən, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in buyurduğu:
    اَنا ابْنُ مَكَّةَ وَ مِِنيَ اَناَ ابْنُ زَمْزَمَ وَصَفاَ
    "Mən Məkkənin və Minanın oğlu, "Zəmzəm"in və "Səfa"nın oğluyam." Habelə,
    اَنا وَ عَلِيٌّ اَبَواََ هذِهِ الاُمَّةِ
    "Mən və Əli bu ümmətin (mənəvi) atasıyıq" kəlamını necə başa düşərsiniz? Sizcə, müsəlmanların bir-birinə salam verməsinin hökmünü bəyan edən
    فَاِذَا دَخَلْتُمْ بُيُوتًا فَسَلِّمُوا عَليَ اَنْفُسِكُمْ تَحِيّةً مِنْ عِنْدِ اللهِ
    "Evlərinizə daxil olduqda "nəfslərinizə" salam verinذAllah tərəfindən olan bir salamla!" (Nur surəsi, ayə…61) ayəsinə əsasən, siz bir evə daxil olub orada təkcə bir nəfəri görsəniz, ona salam verməz və "bu ayə bir nəfərə salam verməyi əmr etmir" deyərsinizmi?! Və "ənfusikum" cəmdir, ərəblər də "ənfus" kəlməsindən bir nəfərin mənasını başa düşmür"-deyə dəlil gərirərsinizmi?!
    Bəli, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in "Biz də öz qadınlarımızı gətirək"-deyə buyurduğunu biz də qəbul edirik, lakin hədislərə əsasən, bu hadisədə İslamın ən ləyaqətli qadınını" Fatimə (əleyha səlam)-ı gətirdi.
    Biz "nisaəna" (qadınlarımız) kəlməsindən Peyğəmbərin zövcələrinin başa düşülmədiyini iddia etmirik. Amma qadınların içində ən ləyaqətli İslam qadını Fatimə idi. Biz "nisaəna" kəlməsinin məfhumunun "qız" ilə eyni olduğunu iddia etmirik. Sadəcə olaraq Fatimənin (əleyha salam) İslamda ən nümunəvi qadın olduğunu, həmçinin "nisa"nın ən bariz nümunəsinin də məhz Fatimə olduğunu deyirik.
    Biz "ənfüs" (nəfslər, canlar) kəlməsinin "nəfs"in cəmi olmadığını iddia etmirik. Biz deyirik ki, "ənfüs" kəlməsinin nümunəsi ruhu Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in ruhu ilə bir, özü də İslamın bir hissəsi, yaxud İslamın özü olan şəxsdir. O da Həzrəti Əliyyibni Əbitalib (əleyhissalam)-dır, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) mübahilə üçün kişilərdən yalnız onu özü ilə aparmışdı.
    Biz "Mübahilə" ayəsi ilə iftixar edir, bu böyük hadisədə iştirak edənləri ən böyük şəxsiyyətlər hesab edirik. Çünki İslam aləmində yeganə nümunə qadın Fatimə (əleyha salam)-dır və (qadınlar içərisində) Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) münasib olan kəs də yalnız odur. Həmçinin, kişilər içində ruhu Peyğəmbərin ruhu ilə bir olan yalnız Əliyyibni Əbitalib (əleyhissalam)-dır. Peyğəmbərin həqiqi övladları da Həsən və Hüseyn (əleyhiməssalam)-dır ki, bunların da hamısı mübahilə üçün gəlmişdi.
    Bu hadisə ilə əlaqədar münaqişə çoxdur. Biz onlara azacıq işarə ilə kifayətlənir, eyni zamanda bu cür yersiz təəssüblərdən gileylənirik.
    وَ مِنَ الّناَسِ مَنْ يَشْرِي نَفْسَهُ ابْتِغاَءَ مَرْضاَتِ اللهِ وَ اللهُ رَؤُوفٌ بِالْعِباَدِ
    "Camaatdan bəziləri (Peyğəmbərin Mədinəyə köçdüyü gecə-"lelylətül-məbit" gecəsi o Həzrətin yatağında yatıb) Allahın razılığı xatirinə öz canlarını satırlar. Allah Öz bəndələrinə rəuf (çox rəfətli) və mehribandır." (Bəqərə surəsi, ayə…27)
    Seyyid Qütb "Fizilalil-Quran" kitabında bu ayənin romalı Süheyb ibni Sinan haqqında nazil olduğunu iddia edir, amma Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ın çox təhlükəli bir vaxtda Peyğəmbərin yerində yatmasına əsla işarə etmir!(Müşriklər Peyğəmbərimizi öldürmək üçün 40 cəngavər hazırladılar. Onlar, Peyğəmbəri yatdığı yerdə öldürməyi qərara aldılar. Bundan xəbər tutan Peyğəmbər Əli (əleyhissalam)-a onun yerində yatmağı təklif etdi ki, düşmənlər elə bilsin yatan Peyğəmbərdir. Əli (əleyhissalam) bu təklifi səmimi qəlbdən qəbul etdi. (Çünki həm Peyğəmbərin canı, həm də İslam xətərə düşmüşdü.) Peyğəmbər isə məxfi olaraq Məkkədən Mədinəyə tərəf hərəkət etdi. (Mütərcimdən.)) "Əl-minar"ın müəllifi isə bu ayənin nə üçün nazil olduğu barədə heç nə demir!!
    Amma böyük sünnü alimi Fəxr Razi Əliyyibni Əbitalib (əleyhissalam)-ın o gecə Peyğəmbərin yerində yatması haqqında dəyərli bir rəvayət nəql edir, lakin yuxarıdakı ayənin şəni-nüzulunu göstərən bu rəvayətin incəliklərinə əhəmiyyət vermir. O, əsl həqiqəti gizlətmək və ayənin Süheyb haqqında nazil olmasını sübut etmək üçün çox çalışıb, "şira" (ayədəki "yəşri" felinin köküdür) kəlməsinin "iştira" (yəştəri felinin məsdəridir) mənasına olduğunu iddia edib.(İştira isə yəşrinin deyil, yəştərinin köküdür. (Mütərcimdən.))
    Fəxr Razi belə yazır: Küfr və məsiyət (günah) nəfsin, günahgar şəxsin öz ixtiyarından çıxmasına səbəb olur. Günah edən şəxs sanki özünü oda satır. Bu halda onun üsyankar nəfsi, canı odun haqqı, mülkü olur. Əgər sonradan öz günah və cinayətlərindən əl çəkərək Allaha müti olsa, sanki öz canını oddan satın alır!" Fəxr Razi bu bəyanla ayədəki "şira" (satmaq) kəlməsini "iştira" (satın almaq) mənasında yozmaq istəyir. Onun dediyinə görə "əgər bir kəs Allahın razılığını qazanmaq üçün bir iş görürsə, sanki öz nəfsini oddan satın almış olur!"
    Təbiidir ki, "şira" kəlməsini bu cür məna etsək (özünün "satmaq" mənasında deyil, "iştira" – satın almaq mənasında işlətsək) Süheybin işi ilə müvafiq olacaq. Çünki o, məkkəlilərin əlindən xilas olub Mədinəyə getmək, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) qoşulmaq üçün bütün mal-dövlətini əlindən verdi. Deməli, o, mal-dövlətini verdi və müsəlmanlara, Peyğəmbərə (səlləllahu əleyhi və alihi və səlləm) qoşulmağı satın aldı ("iştəra").
    CAVAB:
    Görəsən, Fəxr Razi nə üçün ayəni belə gülünc məna edərək "yəşri nəfsəhuَ cümləsini özünün əsl və həqiqi mənasında (satmaq) işlətmir? Siz "günahkar öz canını oda satırَ"deyə inandığınız kimi, bunu da qəbul edin ki, "pəhrizkar, təqvalı insan da öz canını cənnət müqabilində Təqvalı insanın nəfsinin haqqı cənnətdir. Nə üçün günah edəndə nəfs satılır və od alıcı olur, amma itaət edəndə nəfs satın alınır, satıcı isə od olur!
    Bundan əlavə, "şira" kəlməsinin Quranda, yaxud ümumiyyətlə ərəb dilində və ya ərəblərin içində "iştira" mənasında da işlənib-işlənmədiyini araşdırmalıyıq. İştira "satın almaq", (ondan alınan) "müştəri" isə alıcı mənasınadır. "Şira" isə onun əksinə olaraq satmaq deməkdir. Bu iki məna bir-birii ilə tam ziddiyyət təşkil edir-müt.
    QURANA MÜRACİƏT EDƏK
    Quranın dörd ayəsində "şira" kəlməsi, hamısında da "satmaq" mənasında işlənib. Bu ayələr aşağıdakılardan ibarətdir:
    فَلْيُقاَتِلْ فِي سَبِيلِ اللهِ الَّذِينَ يَشْرُونَ الْحَياَةَ الدُّنْياَ بِالأخِرَةِ
    "Dünya həyatını satıb axirəti alanlar, gərək Allah yolunda cihad etsinlər." (Nisa surəsi, ayə…74)
    وَ شَرَوْهُ بِثَمَنٍ بَخْسٍ دَراَهِمَ مَعْدودَةٍ
    "Yusifi ucuz qiymətə"bir neçə dirhəmə satdılar." (Yusif surəsi, ayə…208)
    وَ لَبِئْسَ ماَ شَرَوْا بِهِ اَنْفُسَهُمْ
    "Özlərini necə də pis şeyə satdılar!"
    Bu ayə sehr və cadu ilə məşğul olub özlərini onun müqabilində satanları məzəmmət edir. Bu üç ayə "şira" kilməsinin "satmaq" mənasında olduğunu sübut edir. Dördüncü ayə isə əvvəldə qeyd olunan "Leylətül-məbit" ayəsidir. Əgər yuxarıdakı üç ayədə "şira"nın əsl mənası məlum oldusa, onda nə üçün bu ayədə də onun öz həqiqi və aşkar mənasını götürməyək?! Halbuki, "şira" kəlməsi həm lüğətdə, həm də ərəblər içində "satmaq" mənasındadır.
    Bəli, "şira" kəlməsini özünün əsl mənasında işlətməməyin səbəbi yanız puç təəssüb və inadkarlıqdır! Halbuki Əmirəl-möminin Əliyyibni Əbitalib (əleyhissalam)-ın gördüyü iş "satmaq", Süheybin gördüyü iş isə "satın almaq"la uyğun gəlir.
    Pəhləvanların ən şücaətlisi İmam Əli (əleyhissalam) Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in canını qorumaq, Qüreyş kafirlərinin o Həzrətə qarşı hazırladıqları sui-qəsdin qarşısını almaq üçün onun yerində yatdı. İmam Əli (əleyhissalam)-ın öz canını təhlükəyə salması Peyğəmbərlə əmioğlu olduğuna görə deyildi. (Çünki hər kəs öz canını hamıdan çox istəyir.) Əksinə, Əli (əleyhissalam)-ın bu işi yalnız Allahın razılığını əldə etmək üçün idi. İrfan istilahı ilə desək, Allahda fani olan bir kəs Onun razılığını qazanmaq üçün canını belə fəda etməyə hazır olur, şəhadət iftixarını dünya həyatından üstün tutur. İmam Əli (əleyhissalam) öz canını satıb, Allahın razılığını almağa hazır olduğuna görə Peyğəmbərin yerində yatmışdı. Deməli, bu ayə Süheybin haqqında deyil, Həzrət Əliyyibni Əbitalib (əleyhissalam) haqqında nazil olub.
    Bu həqiqəti Əbdühün ustadı olan Seyyid Qütb və Fəxr Razi kimilər çox yaxşı dərk edirlər. Onların bu həqiqəti hətta bizdən də yaxşı dərk etmələri inkarolunmazdır. Lakin əql təəssüblə qarışdıqda nə etmək olar?! Bu ikisinin qarışığının nəticəsi haqqı-həqiqəti gizlətmək, haqq yolundan azmaqdır. Bizimlə qardaş olan islam alimlərinin kitablarında əqlin təəssüb və inadkarlıqla bu cür qarışması halları saysız-hesabsızdır. Məhz bu yersiz təəssübkeşlik müsəlmanlar arasında itthadı və birliyi iflic vəziyyətə salır.
    "TƏTHİR" AYƏSİ
    Siz əziz oxuculara təqdim edilən bu kitabda "Təthir" ayəsi haqqında söhbət gedir. Siz bu kitabı mütaliə etməklə yersiz təəssüblərə qapılan, həvayi-nəfsə tabe olan bəzi insanların sözləri ilə müəyyən qədər tanış olacaqsınız. Biz bu ayəni şərh edərkən Alusi kimilərlə qarşılaşıb öz elmi mübahisəmizi davam etdirəcəyik.
    Bu ayəni misilsiz təhqiqatla, insaflı bir nəzərlə araşdırmışıq. Bəlkə də "Təthir" ayəsi barəsində hələ də ayrıca bir kitab yazılmayıb. Allaha şükr edirik ki, qarşıya çıxan bütün çətinliklərlə belə, bu ayəni təfsir etməkdə bizə böyük kömək etdi. Bizi bu işə təşviq etdiklərinə görə böyük din alimlərinə və müctehdlərinə səmimi qəlbdən təşəkkür edirik.
    Bütün fəzilət sahiblərinə, yazıçılara, İslamın müxtəlif firqələrindən olan müsəlaman qardaşlarımıza bu kitabı oxumağı tövsiyə edirik. Bugünkü təlatümlü dünyada ən böyük və mühüm vəzifələrimizdən biri həqiqətləri araşdırmaq, məsum İmamlarımızın haqqını müdafiə etməkdir. Çünki yalnız Allahın seçdiyi bəndələrin"İmamların rəhbərliyi bəşər cəmiyyətini ali-insani məqsədlərə çatdırıb ixtilaf və çəkişmələrin kökünü birdəfəlik kəsə bilər, dünyanın dahi mütəfəkkirlərinin çatmaq üçün səy etdikləri məqsədləri gerçəkləşdirə bilər.
    "Vəssəlamu əla mənittəbəəl-huda", Qum Elmiyyə Hövzəsi, Şəhabuddin İşraqi, Məhəmməd Müvəhhidi Fazil Lənkərani.
    Zilqədə, 1391 (1970)
    BEŞ ƏSAS MƏTLƏB
    1-"Təthir" ayəsi ilə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri haqqında nazil olan ayələr arasında heç bir bağlılıq yoxdur
    2-"Təthir" ayəsi müstəqildir və xüsusi yerdə yerləşdirilib
    3-"İnnəma yüridullahu" ayəsindəki "iradə" kəlməsinin mənası
    4-Quran nöqteyi-nəzərindən "rics"in mənası
    5-"Təthir" ayəsində "Əhləl-beyt" kəlməsindən məqsəd.
    "TƏTHİR" AYƏSİ
    اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبََ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا
    "Həqiqətən, Allahın istək və iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb, Sizi pak-pakizə qərar versin." "Əhzab" surəsi, ayə:33
    ياَ اَيُّهاَ النَّبِيُّ قُلْ لِاَزْواَجِكَ اِنْ كُنْتُنَّ تُرِدْنَ الْحَيوَةَ الدُّنْياَ وَ زِينَتَهَا فَتَعاَلَيْنَ اُمَتِّعْكُنَّ وَ اُسَرِّحْكُنَّ سِراَحًا جَمِيلاً
    "Ey Peyğəmbər, öz zövcələrinə de ki, əgər dünya həyatı və onun zinətini istəyirsinizsə, gəlin sizə hədiyyə verib sonra təlaq verim gözəl bir təlaq ilə." ("Əhzab" surəsi, 28)
    وَ اِنْ كُنْتُنَّ تُرِدْنَ اللهَ وَ رَسُولَهُ وَ الدّاَرَ الْأخِرَةَ فَاِنَّ اللهَ اَعَدَّ لِلْمُحْسِناَتِ مِنْكُنَّ اَجْرًا عَظِيمًا
    "Və əgər Allahı, Onun Rəsulunu və axirəti istəyirsinizsə, onda (bilin ki,) həqiqətən Allah sizlərdən olan gözəl əməl sahiblərinə böyük savab, mükafat hazırlamışdır." ("Əhzab", surəsi, 29)
    ياَ نِساَءَ النَّبِيِّ مَنْ يَاْتِ مِنْكُنَّ بِفاَحِشَةٍ مُبَيِّنَةٍ يُضاَعَفْ لَهَا الْعَذاَبُ ضِعْفَيْنِ وَ كاَنَ ذلِكَ عَلَي اللهِ يَسِيرًا
    "Ey Peyğəmbərin zövcələri, sizlərdən hər kəs aşkar bir pis əməl görsə, onun əzabı iki qat aratırılacaq və bu iş Allah üçün asandır." ("Əhzab", surəsi, 30)
    وَ مَنْ يَقْنُتْ مِنْكُنَّ لِلّهِ وَ رَسُولِهِ وَ تَعْمَلْ صاَلِحًا نُؤْتِهاَ اَجْرَهاَ مَرَّتَيْنِ وَ اَعْتَدْناَ لَهاَ رِزْقًا كَرِيمًا
    "Və sizlərdən hər kəs Allaha və Onun Rəsuluna müti olub saleh əməl شörsə, o əməllərin savabını iki qat artıq verərik və onun üçün çox dəyərli ruzi əta edərik." ("Əhzab", surəsi, 31)
    ياَ نِساَءَ النَّبِيِّ لَسْتُنَّ كَاَحَدٍ مِنَ النِّساَءِ اِنِ اتَّقَيْتُنَّ فَلاَ تَخْضَعْنَ بِالْقَوْلِ فَيَطْمَعَ الَّذِي فِي قَلْبِهِ مَرَضٌ وَ قُلْنَ قَوْلاً مَعْرُوفًا
    "Ey Peyğəmbərin zövcələri! Allah qarşısında təqvalı olsanız, bu halda siz sair qadınların heç biri kimi deyilsiniz. Buna شörə də yad kişilərlə yumşaq (əzilə-əzilə) danışayın, yoxsa qəlblərində xəstəlik olanlar sizə tamah salar. Və siz də layiqli sözlər danışın!" ("Əhzab", surəsi, 32)
    وَ وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَ لاَ تَبَرَّجْنَ تَبَرُّجَ الْجاَهِلِيَّةِ الاُوليَ وَ اَقِمْنَ الصَّلوَةَ وَ أتِيْنَ الزَّكوَةَ وَ اَطِعْنَ اللهَ وَ رَسُولَهُ اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا
    "Və öz evlərinizdə qalın, ilkin cahiliyyət dövründəki kimi (camaat arasında) zahir olmayın. Namaz qılın, zəkat verin, Allaha və Onun Rəsuluna itaət edin. Allahın iradə və istəyi yalnız bu olmuşdur ki, Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb, sizi pak-pakizə qərar versin." ("Əhzab" 33)
    وَاذْكُرْنَ ماَ يُتْليَ فِي بُيُوتِكُنَّ مِنْ أياَتِ اللهِ وَ الْحِكْمَةِ اِنَّ اللهَ كاَنَ لَطِيفًا خَبِيرًا
    "Sizin evlərinizdə tilavət olunan Allahın ayələrini, hikməti xatırlayın. Həqiqətən Allah lütf sahibi və hər şeyə agahdır." ("Əhzab", surəsi, 34)
    "TƏTHİR" AYƏSİ
    اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبََ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا
    "Həqiqətən, Allahın istək və iradəsi bu olmuşdur ki, yalnız Siz Əhli-beytdən hər növ zahiri və batini çirkinlikləri aradan aparıb Sizi pak-pakizə qərar versin." (Əhzab surəsi, ayə…33)
    Bu şərif ayə ən məşhur ayələrdən biridir və sünnüşiə rəvayətlərində qeyd olunduğu kimi, xususi bir hadisə ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in ən yaxın adamları barəsində nazil olmuşdur. Bu ayənin Əhli-beytin yüksək məqama malik olmalarına, layiqli, pak və məsum şəxsiyyətlərinə dəlalət etməsində əsla şəkkə yer yoxdur.
    "Təthir" ayəsi insaniyyətin ən yüksək dərəcələrində olanların fövqündə dayanan şəxsiyyətlərdən söz açır. Onlar özlərini fəzilət, ismət, paklıq, əzəmət və sair layiqli səciyyələrlə zinətləndirmiş insanlardır.
    "Təthir" ayəsi həqiqətgörən, müdrik insanların diqqətini ismətli, pak və məsum şəxsiyyətlərə tərəf yönəldir, həqiqətə yabançı olan təəssübkeş insanları qalın təəssüb pərdəsində tora salır, Əhli-beytin haqq, fəzilətli və layiqli olmalarını etiraf etməkdən qaçmalarını qeyri-mümkün edir. Nəticədə aydın fikirli insanların nəzərində onların haqq olması cilvələnir.
    İndi isə şərif "Təthir" ayəsi ilə əlaqədar dərin və geniş araşdırma aparmaq lazımdır. Birinci mərhələdə rəvayət və hədisləri nəzərə almadan"ümumiyyətlə beş əsas və mühüm məsələ diqqət mərkəzində olmalıdır:
    1-"Təthir" ayəsinin Peyğəmbərin zövcələrinə xitab məqamında nazil olan ayələrin içində yazılmasına baxmayaraq bu ayələrə dərindən diqqət yetirməklə məlum olur ki, "Təthir" ayəsi o həzrətin zövcələri haqqında nazil olmayıb.
    2-"Təthir" ayəsinin şəni-nüzulunu araşdırarkən məlum olur ki, bu ayə xüsusi bir yerdə və Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinin birinin evində nazil olmuşdur, amma Quranda yazılarkən o həzrətin zövcələri haqqında nazil olan ayələrin içində aşağıdakı şəkildə yerləşdirilib:
    وَ وَقَرْنَ فِي بُيُوتِكُنَّ وَ لاَ تَبَرَّجْنَ تَبَرُّجَ الْجاَهِلِيَّةِ الاُوليَ وَ اَقِمْنَ الصَّلوَةَ وَ أتِيْنَ الزَّكوَةَ وَ اَطِعْنَ اللهَ وَ رَسُولَهُ اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا
    3-"İnnəma yuridullah" cümləsindəki "iradə" kəlməsinin (bu, "yuridu"nun məsdəridir-müt) mənası nədir?
    4-Quran nəzərindən "rics" nə deməkdir ki, onun Əhli-beytdən ümumiyyətlə inkar olunduğunu göstərsin?
    5-"Əhləl-beyt" kəlami (sintaktik) tərkibdə nədir? "Əhli-beyt"in məfhumu daha geniş olub Peyğəmbərin bütün yaxın adamlarına şamil olurmu, yoxsa ümumi məfhum olmayıb sadəcə olaraq onların içində bəzi şəxsiyyətləri göstərən "müşir" (işarə edən) ünvanıdır? Başqa sözlə desək, "Əhli-beyt" kəlməsində vəsfi məna nəzərə alınıbdır, yoxsa məxsus şəxslərə aiddir?
    Category: Təthir ayəsinin təfsiri | Added by: Islam_Kitabxanasi
    Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024