İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Təthir ayəsinin təfsiri

    Təthir ayəsinin təfsiri
    2012-01-02, 8:34 PM

    BİRİNCİ MƏSƏLƏ BARƏSİNDƏ TƏHQİQ
    Şübhəsiz, sözügedən ayələr Mədinədə nazil olmuşdur. Çünki, mübarək "Əhzab" surəsinin bütün ayələri mədənidir. Xüsusilə bunu nəzərə alaq ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri barəsində nazil olan ayələr Həzrətin onlarla izdivac etməsindən sonra nazil edilmişdir.
    Deməli, bu ayə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in bərəkətli ömrünün axırlarında nazil olub. Bu zaman o Həzrətin bir neçə zövcəsi var idi və əsas etibarı ilə onların hamısı, yaxud əksəriyyəti həmin halda qalmışdılar. Həzrətin vəfatından sonra özlərinə "Ümmül-möminin" (möminlərin anası) ləqəbini alıb, böyük iftixar sahibi oldular.
    Bu ayələr mühüm bir işlə əlaqədar Peyğəmbərin zövcələrinə xitab edərək onlara faydalı nəsihətlər verir. Çünki o Həzrətin vəfatından sonra onun zövcələri İslamın gələcəyində mühüm fəaliyyət göstərə bilər və "Ümmül-möminin" ləqəbindən sui-istifadə edərək təxribatçı ünsürlərin təsirinə məruz qalar, həqiqətdən agah olmayan avam müsəlman kütlələrini İslamın haqq yolundan azdırıb, onları İslam və müsəlmanların zərərinə tamam olan hansısa bir yola vadar edə bilərdilər. Məhz buna görə də Qurani-Kərim onlara öyüd-nəsihət verərək xatırladır ki, gələcəkdə öz vəzifələrinə düzgün şəkildə əməl etsinlər, İslamın zərərinə tamamlanan, müsəlmanların həqiqi rəhbərlərinin çətinliklərlə qarşılaşmasına və İslam ümmətinin parçalanmasına səbəb olan bir iş görməsinlər.
    Birinci ayədə Allah-Taala Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinə xitab edərək belə buyurur:
    "Ey Peyğəmbər, öz zövcələrinə de ki, əgər dünya həyatı və onun zinətini istəyib ona məftun olsanız, qadınlara xas olan həvəslərə düçar olsanız, bilin ki, bu cür düşüncələr və maddi həyata qapılmaq Allahın Rəsulunun şəninə layiq deyil və çox keçməz ki, o Həzrətin zövcəsi olmaq iftixarından məhrum olarsınız belə olan halda gəlin sizi bəhrələndirib təlaq verim"gözəl bir təlaq ilə." ("Əhzab" surəsi, ayə:28)
    İkinci ayədə buyurulur ki, əgər Peyğəmbərin hədəfinə diqqət yetirsələr, (hansı ki, o Həzrətin bütün niyyət və diqqəti Allaha yönəlmişdi) bu iftixarlı üslubun və o Həzrətlə birgə həyat sürməyin ən böyük mükafatlarına çatarlar.
    Üçüncü ayədə isə onların həssas mövqeyi, məqam və rəftarları barəsində buyurulur: "Güman etməsinlər ki, aşkar günahlara batsalar, yaramaz işlər görsələr adi camaat kimi sadəcə bəyənilməz işlər görmüşlər. Əksinə, Peyğəmbərin zövcələri olduqlarına görə, bu işlər çox həssas və ağır cəzanı gərəkli edir." ("Əhzab", surəsi, 29)
    Dördüncü ayə yuxarıdakı ayənin müqabilində buyurur: "(Pis əməllər cəzanı iki qat artırdığı kimi) Allah qarşısında təqvaya riayət edib xalis bəndə olmağın, Peyğəmbərə qeydsiz-şərtsiz itaət etməyin və Allah bəyənən yolla getməyin də kəramətli həyatdan faydalanmaq kimi iki qat savabı vardır."
    Beşinci ayə məsələni daha açıq şəkildə bəyan edərək buyurur: "Həyatda özlərini adi qadınlarla müqayisə etməsinlər. Əgər pis və yaramaz işlərdən çəkinsələr, qadir Allahı nəzərə alsalar, Allahın bütün işlərə mükafat və ya cəza verəcəyini bilsələr, əsla sair qadınlarla müqayisə ediləsi deyillər."
    Deməli, onlar riya və hiylədən uzaq olan düzgün yolla getməli, hətta səsin tonunda, danışıq tərzində belə, ehtiyatlı olmalıdırlar ki, bir kimsə onların danışıq ahəngindən şeytani vəsvəsələrə düçar olmasınlar.
    Nəhayət altıncı ayədə onların müsəlman cəmiyyətlərindəki vəzifələri təyin edilir: "Onların vəzifələri müsəlmanların cəmiyyətində (toplantılarında) olmaq, İslamın siyasi işlərinə müdaxilə etmək deyil, əksinə, Allah və Onun Rəsuluna itaət etmək, namaz qılıb müsəlmanların beytül-malına kömək etməkdir."
    Yuxarıdakı ayələr Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri üçün heç bir fəzilət və ya şərəfi isbat etmir. Sadəcə olaraq onları fəzilətli, həyalı, şərəfli olmağa təşviq edir, onları Qiyamətə qədər bu böyük iftixara (o həzrətin zövcəsi olmaq iftixarına) malik olmaqla, habelə bir İslam qadınının vəzifələri ilə agah edir. Bunların hamısında məqsəd budur ki, Peyğəmbərin zövcələri onlara aid olmayan işlərə baş qoşmasınlar, İslamın mühüm və həssas işlərinə müdaxilə etməsinlər, Allah və Onun Peyğəmbəri İslamın gələcəkdəki işlərini bəzi şəxsiyyətlərin öhdəsinə qoyanda, onlar "biz Peyğəmbərin zövcələri olduğumuz üçün, İslam dövlətinin siyasət və rəhbərliyinə varisik" deyə xəyallara qapılmasınlar.
    Bu ayələrdən Allah-Taalanın Peyğəmbərin zövcələrinin məsum, hər növ günahdan uzaq, əxlaqlarının gözəl olmalarını zati iradə əsasında istəməsi əsla başa düşülmür. (Yəni Allah onları imamlarımız kimi təbiətən pak və məsum yaratmayıb-müt.) Çünki, "turidnə" kəlməsindən məlum olur ki, Allah-Taala həyatda necə yaşamağı onların öz ixtiyarında qoyaraq xatırladır ki, əgər dünya həyatını istəyirsinizsə, elə indidən Peyğəmbərdən ayrılın bu halda o Həzrətə zövcə olmağa layiq olmayacaqsınız. Amma əgər Allahı və Onun Peyğəmbərini istəsəniz böyük savab qazanacaqsınız. Deməli, Allah-Taala Peyğəmbərin zövcələri barəsində fövqəladə iradə etməmişdir. Bu iş onların özlərinə aid olub istədikləri yolu seçməkdə azad və ixtiyar sahibi olduqlarını bildirir. Əgər əql nəzərindən bəyənilən və əməli saleh yolu seçib gözəl işlər görsələr iki qat savab qazanacaqlar amma əgər çirkin, yaramaz əməllərə mürtəkib olsalar iki qat artıq cəzalandırılacaqlar. Deməli, Peyğəmbərin zövcələri öz yollarını seçib həyatlarını hansı əsasda quracaqlarını özləri təyin etməlidirlər.
    Buradan iki əsas və mühüm nəticə alınır:
    1-Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələri İslamın həssas məsələlərinə qoşulmamalı, evdarlıqla məşğul olaraq fəzilət və şərəf kəsb etməli, evin içində də bədrəftarlıqdan, mövhumatçı qadın həvəsbazlıqlarından uzaq olmalıdırlar.
    2-Allah-Taalanın əzəli iradəsi Peyğəmbərin zövcələrinin zatən pak olmaları deyildir (Allah onları məsum yaratmayıb). Onlar da əxlaqlı və şərəfli olmaqda sair şəxslər kimi azad və ixtiyar sahibidirlər, "Peyğəmbərin zövcəsi" kimi iftixara nail olmaq istəyirlərsə onda əməli saleh və düzgün yolu seçməlidirlər.
    MƏXSUS BİR AYƏ" – TƏTHİR" AYƏSİ
    Yuxarıda qeyd olunan ayələrin içində Allahın mühüm bir işə dair iradəsindən söz açan cümlə ilə rastlaşırıq. Bu cümləyə çatanda kəlamın bəyan tərzi birdən-birə müsbət istiqamətdə dəyişilir və onda Allahın məşiyyəti, əzəli-təkvini (dəyişilməz, sabit) iradəsi barəsində söz açılır. O da bundan ibarətdir ki, Allah-Taalanın sabit və qaçılmaz iradəsi fəzilətin fövqündə dayanan bir sülaləni yaradıb onları pak-pakizə, məsum, ləyaqətli və insaniyyətin ən uca zirvəsində qərar vermək əsasında olmuşdur.
    Allah-Taala qısa bir cümlədə Öz məşiyyət və iradəsindən xəbər verərək buyurur:
    اِنَّماَ يُرِيدُ اللهُ لِيُذْهِبََ عَنْكُمُ الرِّجْسَ اَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيرًا
    Allahın əzəli istək və iradəsi bu olmuşdur ki, yalnız nübüvvət Əhli-beytini (Peyğəmbərin zövcələrini deyil, ən yaxın və istədiyi ləyaqətli adamları) şeytançılıq ruhiyyəsindən, hər növ napaklıqdan (yaramaz və rəzil əxlaqlardan, ruhi-mənəvi xəstəliklərdən, tərəddüddən, şəkk-şübhədən-müt.), pis niyyətli olmaqdan, qəlbi darlıqdan pak saxlayıb qorusun, onların ruhiyyə və təfəkkür üfüqündə əzəli və heç vaxt məhv olmayan paklıq yaratsın elə bir paklıq ki, pak islam dini özünün pak ömrünü heç bir əyinti, inhiraf olmadan əbədiyyətə qədər davam etdirə bilsin. Deməli, ayənin bu hissəsində Allahın labüd və qaçılmaz qəzavü-qədərindən, Onun ali-insani səviyyədə olan, bütün əyintilərdən, alçaq və rəzil sifətlərdən, zahiri və batini aludəliklərdən, şeytani əməllərdən, ruhi və mənəvi xəstəliklərdən uzaq olub, bütün paklıqlara, nəcabətliyə, ruhi saflığa, ali-insani ruhiyyəyə malik olan bir sülaləni xəlq etmək barədə təkvini iradəsindən gedir.
    Aydın məsələdir ki, Peyğəmbərin evində belə şəxsiyyətləri xəlq etməklə əlaqədar əzəli iradə və istəyin böyük hikməti vardır: Allah-Taala onları çox mühüm və dəyərli bir iş"müsəlmanlara rəhbərlik üçün hazırlamışdır.
    Buna görə də sonradan qeyd olunacaq dəlillərdən əlavə, aşağıdakı iki dəlilə əsasən yuxarıda qeyd etdiyimiz qısa cümlənin ("innəma yüridullah..." cümləsinin) Peyğəmbərin zövcələrinə aid edilə bilmədiyini qəti şəkildə hökm edə bilərik. O dəlillər bunlardır:
    1-Peyğəmbərin zövcələri haqqında nazil olan ayələrin heç biri Allah-Taalanın onları Öz istək və iradəsi əsasında böyük məqamlara çatdırıb, bütün çirkin əməllərdən uzaq saxlamasına dəlalət etmir. Əksinə "turidnə" (turidnə-Peyğəmbərin zövcələrinə xitab olunur, mənası: "o qadınlar istəsələr" deməkdir) kəlməsi ilə aşkar şəkildə buyurur ki, onların iki qat savab qazanması və ya iki qat əzaba düçar olması onların öz istək və tutduqları yoldan asılıdır. Bu kəlmə xitab olunan şəxslərin, yəni Peyğəmbərin zövcələrinin öz istək və iradələrinin (müqəddəratlarında) təsirli olmasını göstərir. Aydındır ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinin iradə və istəklərinin əsas rol oynadığı yerdə artıq Allah-Taalanın iradəsinin onların halına şamil olmasına yer qalmır, Allah da onların hər növ ricsdən (zahiri və batini napaklıqdan) amanda qalmalarına zəmanət vermir.
    Başqa sözlə desək, qeyd olunan ayələr Peyğəmbərin zövcələrinin iradələrinin alçaq dünya həyatına, sırf maddi işlərə, Peyğəmbərin zövcəsi olmaqla münasib olmayan sair işlərə yönəlməsinin, nəticədə "Ümmül-möminin" və ya "Peyğəmbərin zövcəsi" olmaq kimi iftixardan məhrum olub başqa qadınlar kimi cəmiyyətdə müstəqil şəkildə (siyasi) fəaliyyətə başlamalarının mümkünlüyünü göstərir. Allah-Taalanın qaçılmaz iradəsinin onların hər növ napaklıqdan təmiz olmalarına aid olduğunu iddia etsək, bu iki müddəa (onların günaha düşməsinin mümkünlüyü və Allahın onları məsum xəlq etməsi) bir-birinə zidd olar. Deməli, onların müqəddəratları Allah-Taalanın iradəsi dairəsində deyil, başqaları kimi, öz şəxsi istəkləri sayəsində təyin olunmalıdır.
    2-Peyğəmbərin zövcələri haqqında nazil olan ayələrin yeganə məqsədi onların vəzifəsini təyin edərək pak mühitdə evdarlıq olmasını göstərmək, tam iffət və şərafətlə yaşamalarını, mühüm siyasi və dövlət işlərinə əsla müdaxilə etməmələrini çatdırmaqdır. Lakin "Təthir" ayəsi Allahın iradəsi ilə mühüm və ictimai bir vəzifə üçün hər növ aludəliklərdən pak-pakizə saxlanmış bir ailə barəsindədir.
    Amma necə mümkün ola bilər ki, ayənin bu hissəsi Peyğəmbərin zövcələrinə aid olsun? Halbuki, ondan qabaqkı ayələrin bəyan tərzi tamamilə fərqlidir. Onlarda cəm qadın əvəzliyi(Ərəb dilində 14 əvəzlik vardır ki, siz əvəzliyi qadınlar üçün işlənərsə, "كُنَّ” kunnə , kişilər üçün işlənərsə "كُم” kum formasında gəlir.)(ərəb dilində 14 şəxs əvəzliyindən biridir) iyirmi dəfə təkrar olunduqdan sonra sözügedən ayədə birdən-birə bəyan tərzi dəyişilir və kişi cinsini bildirən "ənkum" cəm əvəzliyi qadın cinsini bildirən əvəzliyin yerinə keçir. Deməli, bu ayə Peyğəmbərin zövcələrinin paklıq və müqəddəsliyinə heç bir vəchlə dəlalət etmir.
    Bu müddəa Quranla ünsiyyətdə olan şəxslərin dedikləri ilə eyni ahəngdədir, yəni "Təthir" ayəsinin Peyğəmbərin zövcələri ilə heç bir əlaqəsi yoxdur və bu cür xitab ("innəma yüridullah") onlara aid oluna bilməz. Çünki bu ayə İslamın ən ağır və mühüm vəzifələrini Peyğəmbərin ən yaxın və xüsusi adamlarından bir dəstəsinin öhdəsinə qoyan müqəddimədir ki, Allahın əzəli iradəsi onları hər növ ricsdən (zahiri və batini aludəliklərdən) uzaq saxlamaq, geniş ruhiyyələrində paklıq və müqəddəslik yaratmaq əsasındadır. Bu mühüm və incə məsələni yalnız Quranla yaxından tanış olanlar dərk edirlər. Onlar da sözügedən ayələrdə məhz bu mənanı qeyd etmiş və demişlər ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in zövcələrinin vəzifəsi, bu ayələrin dəlalət etdiyi kimi, layiqincə evdarlıq edib təqvaya riayət etmələridir.
    İndi isə onlardan bir neçəsinin sözünü qeyd edirik. Yaxşı olar ki, əvvəlcə Peyğəmbərin zövcələrindən biri olan Ümmü Sələmənin sözlərini oxuculara təqdim edək. (Öncə onun yüksək şəxsiyyəti barədə qısa məlumat veririk.)
    1. ÜMMÜ SƏLƏMƏ
    Peyğəmbərin zövcələrindən biri olan Ümmü Sələmə, Xədicədən sonra o həzrətin zövcəsi olmaq üçün ən ləyaqətli qadın, Həzrətin zövcələri içində ən vəfalısı və ən əmanətdarı idi, belə ki, imamət əmanəti onun yanında əmin-amanlıqda qalmışdı.
    İmam Sadiq (əleyhissalam) buyurur: "Xədicədən sonra Peyğəmbərin ən fəzilətli zövcəsi Ümmü Sələmə idi." (Bihar , 6-cı cild)
    O, Peyğəmbərin zövcələri içində haqqı deyən yeganə qadın idi, ən həssas anlarda belə haqqı aşkar etməkdə, Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ı himayə etməkdə heç nəyi əsirgəməmişdi.
    Ümmü Sələmə Peyğəmbərin diqqət mərkəzində idi. Həzrət ona buyururdu: "Sənin evin bərəkətlidir." (Biharül-ənvar , 6-cı cild)
    Peyğəmbərin ailəsi onu öz sirlərinə yad hesab etmirdi. O, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -dən Əliyyibni Əbitalib (əleyhissalam)-ın fəziləti barəsində dəyərli hədislər nəql edir, bəzilərinin təəssübü onun hədisləri bəyan etməsinə mane ola bilmirdi.
    Onun böyük şəxsiyyətli bir qadın və fəzilət sahibi olması dəlillərindən biri kimi "Təthir" ayəsinin onun evində nazil olmasını qeyd etmək olar. Həm sünnü, həm də şiələrin təsdiq etdiyi kimi, "bu ayə onun evində nazil olmuşdur." Sonradan "Əhləl-beyt" kəlməsinin mənasında qeyd olunacağı kimi, "beyt" (ev) dedikdə məqsəd elə Ümmü Sələmənin evidir. Bəyan olunan ayələrdə iki yerdə cəm halında zikr olunan və sonradan məxsus ləqəb surətinə düşən "Əhlul-beyt" ünvanı Ümmü Sələmənin evindən qaynaqlanır. Risalət xanədanının "Təthir" ayəsində bəyan olunan məxsus fərdlərinin orada olması ilə bu ev daha da fəzilət qazandı. Bu da Ümmü Sələmənin böyük şəxsiyyətli və fəzilətli bir qadın olmasına ən tutarlı dəlildir.
    Onun böyük ruhiyyəli və insaflı olmasının isbat edilməsində Peyğəmbərin onun barəsində buyurduğu "Bu ayə sənə aid deyil və sən "Təthir" ayəsindəki "Əhlil-beytdən" hesab olunmursan" kəlamını aşkar nəql etməsi kifayətdir.
    Əgər "Ümmü Sələmə o qədər böyük məqama malikdir və onun sözləri o qədər mötəbər sayılır ki, şiə alimləri onun Həzrət Əli (əleyhissalam) haqqında nəql etdiyi hədisləri qəbul edirlər" – desək, əsla yanılmamış olarıq. Ümmü Sələmənin nəql etdiyi hədislərdən birini burada qeyd edirik:
    Zeyd ibni Suhan "Cəməl" müharibəsində Həzrət Əliyyibni Əbitalib (əleyhissalam)-ın qoşununda idi. O, döyüş meydanında ağır yara aldıqdan sonra torpağa düşüb, öz qanına qəltan olduğu zaman Əli (əleyhissalam) onun başı üstünə gəldi. Zeyd ömrünün son anlarında gözünü açıb o həzrətə baxdı, dodaqaltı dedi: "Ey Möminlərin əmiri! Mən sənin köməyinə heç də gözübağlı gəlməmişəm. Mən Peyğəmbərin zövcəsi Ümmü Sələmənin dediyi sözlərdən inandım ki, müsəlmanların rəhbərliyinə yalnız sən layiqsən. Ümmü Sələmə deyirdi ki, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) belə buyurub:
    مَنْ كُنْتُ مَوْلاَهُ فَعَلِيٌّ مَوْلاَهُ اَلّلهُمَّ واَلِ مَنْ واَلاَهُ وَ عاَدِ مَنْ عاَداَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَه ُ
    "Mən hər kəsin mövlasıyamsa (rəhbəri və ixtiyar sahibiyəmsə), Əli də onun mövlasıdır. İlahi, onu sevən hər kəsi Sən də sev onunla düşmənçilik edən hər kəslə Sən də düşmən ol ona kömək edən hər kəsə Sən də kömək et onu xar etmək istəyən hər kəsi Sən də xar et!" Buna görə də çox narahat olub qorxurdum ki, sənə kömək etməsəm, Allah Qiyamət günündə mənim dadıma çatmayıb məni yalqız qoyar."(Qamusur-rical , 4-cü cild, səh.256)
    Ümmü Sələmənin Quranı gözəl bilməsini, elm və fəzilət əhli olmasını göstərən ən yaxşı dəlil onun "Cəməl" hadisəsində Ayişəyə yazdığı məktubudur. Bu məktub həm də onun gözəl söz ustası və bəlağətli olmasını sübut edir və göstərir ki, o çox savadlı, işbacaran, təcrübəli, Allaha və Onun Rəsuluna itaət edən, insaflı, haqqı axtaran və müdafiə edən, əmr be məruf və nəhy əz münkər edən, qərəzsiz, təmənnasız İslam dinini və Əliyyibni Əbitalib (əleyhissalam)-ı sədaqətlə müdafiə edən, haqqa arxa duran, müsəlmanlara ürəyi yanan bir qadındır. O, həmin məktubda Ayişəyə yazır:
    اِنَّكِ جُنَّةٌ بَيْنَ رَسُولِ اللهِ(ص)وَبَيْنَ اُمَّتِهِ وَاِنَّ الْحِجاَبَ دُونَكِ لَمَضْرُوبٌ عَليَحُرْمَتِهِ وَقَد جَمَعَ الْقُرْأنُ ذَيْلَكِ فَلاَ تَنْدَحِيهِ وَسَكَّنَ عُقَيْراَكِ فَلاَتُصْحِرِيهاَ لَوْ ذَكَرْتُك قَوْلَةً مِنْ رَسُولِ اللهِ (ص) تَعْرِفِينَهاَ لَنُهِشْتِ بِهاَ نَهْشَ الرَّقْشاَءِ الْمُطْرِقَةِ ماَ كُنْتِ قاَئِلَةً لِرَسُولِ اللهِ لَوْ لَقِيَكِ ناَصَّةً قَلُوصَ قَعُودِكِ مِنْ مَنْهَلٍ اِليَ مَنْهَلٍ قَدْ تَرَكْتِ عُهَيْداَكِ وَ هَتَكْتِ سِتْرَهُ اِنَّ عَمُودَ الدِّينِ لاَ يَقُومُ بِالنِّساَءِ خَفْضُ الاَصْواَتِ وَ خَفْوُ الْاَعْراضِ اِجْعَلِي قاَعِدَةَ الْبَيْتِ قَبْرَكِ حَتّيَ تَلْقَيْنَهُ وَ اَنْتِ عَليَ ذاَلِكَ
    "Peyğəmbərin hərəmi pis və yaramaz adamların şərindən uzaq olmalıdır. Bu hərəmi qorumaqda sənin çox mühüm payın vardır. Ey Ayişə, sən bir qalxan kimi Peyğəmbərin hərəmini qorumalısan. Yadda saxla ki, sənə dəyən zərbə Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) -in köksünə dəyibdir. Qurani-Kərim bu müqəddəs məqamı qorumaqla əlaqədar sənin vəzifəni təyin etmişdir. Sən çalışmalısan ki, Allah Rəsulunun evində olan örpək camaat arasına gəlməsin. Qurani-Kərim sənə evin içində yer vermişdir. Özünü xalqa göstərmə! (O, "vəqərnə fi büyutikunnə" ayəsinə işarə edir.) Əgər Peyğəmbərin buyurduqlarını sənə xatırlatsam, ilan vurmuş adam kimi həyəcanlanar, iztiraba düşərsən. Əgər sənin ərin Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) öz cavan arvadının əlində bayraq tutub özünü xalqın içində göstərdiyini, susuz dəvə kimi bir su gölündən başqa su gölünə tərəf hərəkət etdiyini, siyasi işlərdə fəaliyyətə başladığını, onunla bağladığı əhd-peymanını pozduğunu görsə, ona nə cavab verəcəksən?! Məgər bilmirsən ki, dinin sütunları qadınların əli ilə möhkəmlənməyib? Bilmirsən ki, qadınların əli ilə sütunların sınması bərpaolunmaz bir xəsarətdir?! Qadının zinəti budur ki, öz səsini yalnız zərurətin tələb etdiyi qədər ucaltsın, öz iffət, namus və şərəfini qorusun. Sən Peyğəmbərlə görüşəcəyin vaxta qədər evin bir küncünü özün üçün qəbir seç! Onunla bağladığın əhd-peymana vəfasızlıq etmə!"(Nəhcül bəlağə nin şərhi, (İbni Əbil Hədid), 6-cı cild səh.219)
    Category: Təthir ayəsinin təfsiri | Added by: Islam_Kitabxanasi
    Views: 613 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024