İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:25 AM
    Quran baxımından həzrət Mehdinin (ə) varlığı
    Sual: 207. "Qədr” surəsinin ayələri imam Mehdinin (ə) vücudunu təsdiqləyirmi?
    Cavab: "Qədr” surələrində bildirilir ki, mələklər hər ilin qədr gecəsi yerə enirlər.
    "Biz onu (Quranı) qədr gecəsində nazil etdik. Sən nə bilirsən ki, qədr gecəsi nədir?! Qədr gecəsi min aydan üstündür. Mələklər və ruh həmin gecə Rəbbinin izni ilə hər işdən ötrü nazil olar. Bu gecə sübh ağartısınadək salamatlıqdır.”("Qədr”, 1-5.)
    "Duxan” surəsində də bu məsələyə işarə olunur: "Ha, mim. And olsun bu aydın kitaba ki, biz onu bərəkətli bir gecədə nazil etdik. Biz daim qorxudan olmuşuq. Həmin gecə hər bir iş hikmət əsasında tənzim (tədbir) olar.”("Duxan”, 1-4.)
    Ramazan ayı qiyamət gününədək təkrarlanar. Qədr gecəsi də qiyamətə qədər davam edəsidir. Demək, mələklərin və ruhun gəlişi də hər qədr gecəsi təkrarlanır. Belə bir sual yaranır: "Hər qədr gecəsi yerə enən mələklər və ruh həzrət Peyğəmbərdən (s) sonra kimə nazil olur? Diqqətlə araşdırdıqda görürük ki, hər bir dövrdə kamil və məsum imam olmalıdır ki, mələklər və ruh ona nazil olsun. İmam Baqir (ə) buyurur: "Ey şiələr! "İnna ənzəlnahu” surəsinə sarılsanız, qalib gələcəksiniz. And olsun Allaha ki, bu surə, peyğəmbərdən sonra Allahın höccəti üçündür. Bu surə, həqiqətən, sizin dininizin təsdiqi, bizim elmimizin nəhayətidir. Ey şiələr! "Ha, mim, vəl kitabil-mubin” ayəsi haqqında danışın. Çünki bu ayələr peyğəmbərdən sonrakı əmr sahiblərinә aiddir...”(Kafi”, c. 1, s. 249.)
    Başqa bir məqamda İmam (ә) buyurur: "And olsun Allaha, həqiqətən, qədr gecəsini təsdiq edən şəxs bizə aid elmdən əldə edər...”(Həmin mənbə, s. 252, 253)
    Həzrət Əli (ə) ibn Abbasa buyurur: "Həqiqətən, hər ilin qədr gecəsi var. Həmin gecə bir ilin işləri nazil olar. (Bir ildə baş verəcək işlər müəyyənləşər.) Onun üçün peyğəmbərdən sonra vәlilər var.” İbn Abbas deyir: Ərz etdim ki, onlar kimlərdir? Həzrət buyurdu: "Mən və məndən olan on bir övladım hamısı imam və mühəddisdir.”(Həmin mənbə, c. 1, s. 247, 248.)
    Həzrət Peyğəmbər (s) səhabələrinə buyurmuşdur: "Qədr gecəsinə iman gətirin. Çünki o, Əli ibn Əbi-Talib və onun on bir övladı üçündür.”(Kəmalud-din”,c.1, s.280, 281.)
    Sual: 208. "İmam” ("İsra” surəsinin 71-ci) ayəsi imamın mövcudluğunu necə təsdiqləyir?
    Cavab: Allah-tәala "İsra” surəsində buyurur: "Bir gün ki, hər bir güruhu imamı vasitəsi ilə çağırarıq. Əməl naməsi sağ əlinə verilənlər onu (şadlıqla) oxuyar. Xurma dənəsinin lifi qədər onlara sitəm qılınmaz.”
    Ayədən məlum olur ki, qiyamət günü hər bir kəsdən imam haqqında soruşular. Əgər etiraf etsə, nicat tapar və əməl naməsi sağ əlinə verilər. Demək, hər bir dövrün imamı olmalıdır. Elə bir imam ki, onu tanımadan kimsə nicat tapmaz. Həzrət Peyğəmbər (s) buyurur: "İmamını tanımamış ölən kəs cahiliyyət dövründə ölmüş kimidir.”("Kafi”, c. 2, s. 19.)
    Hər bir dövrdə imam olmalıdır ki, xalq öz istəyi ilə onu rəhbər seçib itaət edə bilsin.
    "Lövhe-məhfuz” (müqəddəratın qeyd olunduğu lövhə) bir olduğundan və hər tayfanın öz lövhəsi olmadığından ayədəki "imamları” sözü hər qövmün kitabı kimi də təbir oluna bilməz. Çünki söhbət yaranışdan sonadək bütün insanlardan gedir. Hansı ki, göndərilmiş ilk şəriət kitabı Nuhun kitabıdır. Ondan öncə insanlara heç bir kitab nazil olmamışdır.
    Süyuti uyğun ayə ilə bağlı həzrət Peyğəmbərdən (s) belə nəql edir. Hər bir qövm dövrünün imamı, Rəbbinin kitabı və peyğəmbərinin sünnəsi ilə məhşur olacaq.”("Dürrül-mənsur”, c. 4, s. 194.)
    İbn Abbas ayədəki "imam” sözünün hidayət və ya zəlalət imamına (rəhbərinə) işarə olduğunu bildirir.(Həmin mənbə.)
    Kuleyni imam Baqirdən (ə) belə nəql edir: "İmam” ayəsi nazil olan vaxt müsəlmanlar ərz etdilər: "Ey Allahın rəsulu! Məgər sən bütün xalqın imamı deyilsən?” Həzrət buyurdu:"Mən bütün bəşəriyyət üçün göndərilmiş bir peyğəmbərəm. Amma tezliklə məndən sonra əhli-beytimdən imamlar gələr. Onlar xalq arasında qiyam qaldırar, amma təkzib olunarlar...”(Kafi”, c. 1, s. 215.) Bişr ibn Ğalib imam Sadiqdən (ə) uyğun ayə haqqında soruşduqda həzrət buyurur: "O, xalqı hidayətə çağıran və xalq tərəfindən qəbul olunan imamdır. O, xalqı zəlalətə çağıran rəhbər də ola bilər. Birincilər behiştdə, ikincilər cəhənnəmdədir.”("Bihar”, c. 51, s. 161.)
    Sual: 209. "İnzar” ("Rəd”, 7) ayəsi imamın varlığını necə sübut edir?
    Cavab: Allah-tәala öz peyğəmbərinə xitabən buyurur: "Həqiqətən, sən bir qövm üçün qorxudan, hidayət edən şəxssən.”
    Ayədən məlum olur ki, hər bir dövrdə hər bir qövm üçün onu haqqa çağıran rəhbər var. Belə bir çağırış Allahın rübubiyyət (Rəblik) tələbidir. Bu da məlum olur ki, yer üzü heç vaxt həqiqi hidayətçidən, rəhbərdən məhrum olmamışdır. Ayədə yalnız peyğəmbərlər nəzərdə tutulmur. Zəməxşəri ayə ilə bağlı qeyd edir ki, yalnız peyğəmbərlər nəzərdə tutulsaydı, peyğəmbərlər olmadığı dövrdə yer üzü höccətsiz qalardı.
    Təbəri uyğun ayənin təfsiri ilə bağlı İbn Abbasdan belə nəql edir: "Bu ayə nazil oldu. Həzrət Peyğəmbər (s) əlini sinəsinə qoyub buyurdu: "Mən qorxudanam və hər bir qövm üçün yol göstərənəm. Sonra əlini həzrət Əlinin (ə) çiyninə qoyub buyurdu: "Hidayət olanlar məndən sonra yalnız sənin vasitənlə olar.”(Cameul-bəyan”, c. 13, s. 142.)
    Hakim Nişapuri səhih sənədə əsasən həzrət Əlinin (ə) dilindən belə nəql edir: "Həzrət Peyğəmbər (s) qorxudandır, mən hadiyəm.”("Mustədrəke-hakim”, c. 3, s. 129.)
    Kuleyni imam Baqirdən (ə) belə nəql edir: "Həzrət Peyğəmbər (s) qorxudandır. Hər bir dövrdə xalqı peyğəmbərin gətirdiyinə dəvət edən imam və hadi var...”("Kafi”, c. 1, s. 191.)
    Uyğun ayə ilə bağlı imam Baqir (ə) buyurmuşdur: "Allahın rəsulu qorxudandır, Əli isə hadidir. Agah ol! And olsun Allaha ki, ayə bizdən kənar olmaz və qiyamət gününədək aramızdadır.”(Həmin mənbə, s. 192.)
    Sual: 210. Şəhadətdən danışan ayələr imamın mövcudluğunu necə sübut edir?
    Cavab: Bir çox ayələrdə Allah-tәala qiyamət günü ümmətin əməllərinə şahid olacaq insanlardan (şahidlərdən) danışır. Bu ayələrdən bəzilərini nəzərdən keçirək:
    a) "Məhşər günü, hər bir tayfaya şahid gətirdiyimiz və səni (peyğəmbəri) şahid tutacağımız vaxt necə olacaq?!”("Nisa”, 41.)
    b) Hər bir ümmətdən şahid seçəcəyimiz gün kafirlərə danışmaq icazəsi verilməz və onların tövbələri qəbul olunmaz.”("Nəhl”, 84.)
    v) Hər ümmət üçün onların öz arasından şahid seçəciyimiz, səni (peyğəmbəri) ümmətə şahid gətirəcəyimiz gün...”(Nəhl”, 89.)
    Ayələrdən məlum olur ki, Allah-tәala qiyamət günü hər bir ümmətin əməlinə şəhadət vermək üçün dünya həyatında məsum şəxslər müəyyənləşdirmişdir. Ümmətin əməllərinə şəhadət verəcək kəs öz şəhadətində yanılmamalıdır. O ümmətin əməllərindən xəbərdar olmalıdır. Onlar bəşərin hidayətində Allahın höccətidirlər.
    Fəxr Razi "Qəsəs” surəsinin 75-ci ayəsi haqqında deyir: "Onlar hər bir dövrdə xalqın əməllərinə şahid duranlardır. Peyğəmbərlər də bu qəbildəndir.”(Təfsire-Fəxr-Razi”, c. 25, s. 12, 13)Müəllif "Nəhl” surəsinin 84-cü ayəsi haqqında deyir: "Dünyada mövcud olan hər bir cəmiyyətin əməllərinə şahid durası şəxsə ehtiyac var.” Peyğəmbər öz dövrünün şahidi idi. Peyğəmbərdən sonra da hər bir dövrün şahidə ehtiyacı var.
    Aydın olur ki, heç bir dövr şahidsiz deyil. Bu şahid pak olmalıdır. Əks-təqdirdə onun özünün də şahidə ehtiyacı olar. Belə olsa, sonsuz şahidlər silsiləsi yaranar. Bu batil fikirdir.(Həmin mənbə, c. 20, s. 98)
    Sual: 211. Hər bir dövrdə xalqın əməllərinə şahid olan şəxsin hansı xüsusiyyətləri olmalıdır?
    Cavab: Quran ayələrinə əsasən, məsum höccətin bir sıra səciyyələri olmalıdır: Allahın höccəti insan növündən olmalıdır; hər dövrün bir höccəti ola bilər; höccətin elmi əhatəsi olmalıdır; Allahın kitabından xəbərdar olmalıdır.(Bax: "Rəd”, 43.)
    Əbu-Səid Xidri deyir: Həzrət Peyğəmbərdən (s) bu ayə haqqında soruşdum. O buyurdu: "O (höccət), qardaşım Əli ibn Əbi-Talibdir.”("Əl-Mizan”, c. 11, s. 388.)
    Sual: 212. "Nəzir” (qorxudan) ayəsi imamın vücudunu necə təsdiqləyir?
    Cavab: Allah-tәala buyurur: "Hər bir ümmətin keçmişdə qorxudanı olub.”("Fatir”, 24.)
    Ayədən məlum olur ki, hər bir dövrdə xalq arasında Allahın höccəti, hidayətçi olmuşdur.
    İmam Baqir (ə) buyurur: "Ey şiələr! Allah-tәala buyurur ki, hər bir ümmətin qorxudanı olmuşdur.” Ərz olundu: "Ey Əba-Cəfər! Məgər bu ümmətin qorxudanı Məhəmməd deyilmi?” Həzrət buyurdu:"Bəli, düz deyirsiniz. Peyğəmbər olduğu gündən həyatı boyu bütün yer üzü üçün qorxudan olmayıbmı?!”("Kafi”, c. 1, s. 249.)
    Əli ibn İbrahimin təfsirində oxuyuruq: "Hər bir zaman üçün imam olmuşdur.”(Təfsire Əli ibn İbrahim Qummi.)
    Sual:213. "Hidayət” ayəsi imamın mövcudluğunu necə təsdiq edir?
    Cavab: Allah-tәala buyurur: "Xəlq etdiyimiz kəslərdən bir firqəsi hidayət olub haqqa dönər.”
    Fəxr Razi ayənin təfsiri ilə bağlı deyir: "Ayədən məlum olur ki, heç bir zaman dönәmi qiyam qaldırıb xalqı hidayət edən şəxssiz olmamışdır.”(Təfsire-Fəxr-Razi”, c.15, s. 72.)
    Mirzә Məhəmməd Məşhədi "Kənzul-dəqaiq” təfsirində deyir: "Ayə hər bir dövrdə məsum şəxsin varlığını təsdiqləyir. Ayədə bildirilir ki, hidayətçilər xalqın bir hissəsidir və hər kəs məsum deyil.”("Təfsire-Kənzul-dəqaiq”, c. 3, s. 637)
    Əbdullah ibn Sənan deyir: İmam Sadiqdən (ə) bu ayə haqqında soruşdum. Həzrət buyurdu: "Ayədə imamlar nəzərdə tutulmuşdur.”(Kafi”, c. 1, s. 414.)
    Sual: 214. "Sadiqin” təbiri imamın mövcudluğunu necə təsdiq edir?
    Cavab: Allah-tәala buyurur: "Ey möminlər! Təqva yolunu tutub daim sadiqlərlə olun.”(Tövbə”, 119.)
    Ayədə "sadiqlər” dedikdə bütün möminlər yox, onların bir qrupu nəzərdə tutulmuşdur. Bəs bu firqənin hansı xüsusiyyətləri olmalıdır?
    Ayənin özündən məlum olur ki, sadiqlər xalqı xoşbəxtlik yoluna hidayət edənlərdir. Vəhy gətirənlər, peyğəmbərin xəlifələri sadiqlər zümrəsindəndir. Allah bu zümrədən çirkinliyi uzaqlaşdırmışdır. Onlar hər bir nöqsandan pakdır. Onların birincisi Əmirəl-möminin Əli ibn Əbi-Talib (ə), sonuncusu həzrət Mehdidir (ə).
    Fəxr Razi yuxarıdakı ayədən istifadə edərək deyir: "Hər bir dövrdə məsum sadiqlər olmalıdır...”("Təfsire-Fəxr-Razi”, c.16, s. 220.)
    Kuleyni Bürəyd ibn Müaviyədən belə nəql edir: "İmam Baqirdən (ə) bu ayə haqqında soruşdum. Həzrət buyurdu:"Nəzərdə tutulan bizik.”("Kafi”, c. 1, s. 208.)
    Uyğun ayə ilə bağlı imam Sadiq (ə) buyurur: "Sadiqlər həmin imamlardır...”(Həmin mənbə.)
    Hakim Həsəkani Hənəfi Əbdüllah ibn Ömərə istinadən bildirir ki, ayədə həzrət Məhəmməd və onun Əhli-beyti (ə) nəzərdə tutulmuşdur.(Təzkirətul-xəvvas”, s. 16.)
    Sual: 215. "Ulil-Əmr” ayəsi imamın mövcudluğunu necə təsdiqləyir?
    Cavab: Allah-tәala buyurur: "Allaha, rəsula, özünüzdən olan əmr sahiblərinə itaət edin.”(Nisa”, 59.)
    "Ulil-əmr” "əmr sahibləri” deməkdir.
    Yuxarıdakı ayədən aydın olur ki, hər bir dövrdə məsum imam olmalıdır. İnsanlar Allaha itaət etdikləri kimi bu imama itaət etməlidir.
    "Ulul-əmr” dedikdə xalqın itaət etməli olduğu məsum əmr sahibləri nəzərdə tutulur. Ayədə qeyd-şərtsiz itaət qeyd olunduğundan bu təbirin məsum imamlara aid olduğu aydınlaşır. Əgər əmr sahibi məsum olmazsa, onun nöqsanları olar və belə bir şəxsə mütləq itaət əmr edilməz. Demək, "ulil-əmr” bütün dövrlərdə mövcudluğu labüd olan məsumlardır. Hazırkı dövrdə həzrət Mehdidən (ə) savay belə bir şəxs yoxdur.
    Bu həqiqəti rəvayətlər də təsdiqləyir.
    "Səqələyn” adı ilə tanınmış hədis misal göstərilə bilər. Bu hədisdə həzrət Peyğəmbər (s) məsum Əhli-beytə (ə) itaəti göstəriş verir.
    "Rəd” surəsinin 7-ci ayəsi və "12 xəlifə” hədisi də yuxarıdakı ayədən uyğun nəticəni çıxarmağa əsas verir. Sünnə əhlindən olan bəzi alimlər də yuxarıdakı ayənin əhli-beyti nəzərdə tutduğunu qəbul edir. İbn Həyyan Əndəlоsi, Nişapuri, Məhəmməd Saleh Kəşfi Termizi, Qunduzi Hənəfi, Həməvini Şafei, Hakim Həsəkani bu qəbil alimlərdəndir.
    Hakim Həsəkani Mücahidə istinadən ayənin təfsirində bildirir ki, ayədə Əmirəl-möminin nəzərdə tutulmuşdur. Həmin vaxt həzrət Peyğəmbər (s) Mədinədə Əlini özünə canişin təyin etmişdi.
    İmam Mehdi (ə) haqqında şiə rəvayətləri
    Sual: 216. Şiə rəvayətləri imam Mehdinin (ə) varlığını necə sübuta yetirir?
    Cavab: həzrət Mehdinin (ə) varlığını, o cümlədən mövludunu müxtəlif yollarla sübuta yetirmək olar. Bu yollardan biri mütəvatir (yetərli həddə çatmış) hədislərdir. Qısa bir müqəddimə ilə həmin yolu aydınlaşdıraq:
    1-ci müqəddimə: Ərəstun məntiqinə əsasən mütəvatir xəbər dedikdə yanlışlığı mümkünsüz olan çoxsaylı cəmiyyətin xəbəri nəzərdə tutulur. Tərifdən aydın olur ki, mütəvatir xəbərin iki əsası var:
    Çoxsaylı cəmiyyətin xəbəri; cəmiyyət elə bir sayda olmalıdır ki, onların yalan danışmaq üçün bir-biri ilə razılaşması mümkünsüz olsun. İmam Mehdinin (ə) mövcudluğunu təsdiqləyən hədislərin birinci əsası hiss və vicdan prinsipləri üzərində qurulmuşdur. Nəql edən tərəfin eşitdiyi və gözü ilə gördüyü çoxsaylı xəbərlər həzrət Mehdinin (ə) vücudunu təsdiqləyir.
    İkinci əsasın "bədahət” (aşkar) olduğu bildirilir. Ərəstun məntiqinə əsasən mütəvatir xəbər altı "bədihi” (aşkar) mühakimədən biridir.
    Mərhum şəhid Sədr bu əqidədədir ki, yəqinliyi yaradan Ərəstunun dediyi kimi mütəvatirliyin bədahət olması yox, ehtimalların hesabıdır. Nəql olunan hər bir xəbər məsələnin həqiqət olması ehtimalını artırır. Nəhayət, bu xəbərlər elə bir həddə çatır ki, insanda yəqinlik yaranır.
    İkinci müqəddimə: Mütəvatir xəbərdə hər bir xəbər verənin adil olması zəruri deyil. Sadəcə, sübut olunmalıdır ki, həmin xəbərlər yalan deyil.
    3-cü müqəddimə: Təvatir xəbər üç qisimdir:
    1. Söz təvatiri: Bu təvatirdə müştərək mehvər bütün xəbərlərdə eyni ifadələrin işlədilməsidir.
    2. Məna təvatiri: Burada müştərək mehvər xəbərlərdəki məna və məhdudiyyətdir.
    3. İcmali təvatir: Burada müştərək mehvər hər hansı qəziyyədir. Məsələn, müxtəlif xəbərlərdə təkrarlandığından həzrət Əlinin (ə) şücaətinə əmin olduğumuz kimi, eyni yolla həzrət Mehdinin (ə) mövcudluğuna və mövluduna da əmin ola bilərik. Bu mövzuda rəvayətləri sənəd baxımından araşdırmağa ehtiyac yoxdur. Çünki mövzu ilə bağlı müxtəlif xəbərlərdən yəqinlik hasil olur. İmam Mehdinin (ə) varlığı və mövludu hamı tərəfindən qəbul olunan bir həqiqətdir.
    Sual: 217. Hansı hədislər imam Mehdinin (ə) varlığını təsdiqləyir?
    Cavab: Şiə hədisləri arasında imam Mehdinin (ə) mövludunu və vücudunu təsdiqləyən bir qurup hədislər var. Bunların böyük əksəriyyəti səhih sənədə əsaslanır. Qısa şəkildə bu hədislərin əsas mövzularını nəzərdən keçirək:
    Yalnız qaim imam vasitəsi ilə xalqa höccət tamamlanır; imamlar yer üzünün sütunlarıdır; hər bir dövrün öz hidayətçisi var; imamlar Allah göstərişlərinin valisidir; imam xalq üçün həyat qaynağıdır. Qeyb hədisləri, onlarla rəvayət bu həqiqəti təsdiqləyir. Onların əksəriyyəti səhih sənədə malikdir. Bu hədisləri Kuleyni və başqaları öz hədis kitablarında nəql etmişdir.
    İbn-Fars deyir: "Bir şeyin gözlərdən qeybdə olmasını təsdiqləyən əsil maddə (qeyb) səhihdir.”
    Qəyyumi deyir: "Qeyb maddəsi bir şeyin uzaqlaşması mənasındadır...”); həzrət Mehdi (ə) üçün iki qeybin olmasını təsdiqləyən hədislər; qeybin uzun müddət çəkəcəyini bildirən hədislər; qeybin səbəblərini göstərən hədislər; qeybin faydalarını bəyan edən hədislər; imamın ömrünün uzunluğunu bildirən hədislər; həzrətin daim cavan yaşda olduğunu bildirən hədislər; qeyb əsrində həzrətə imanın fəzilətini bəyan edən hədislər.
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 785 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024