İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)

    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab)
    2011-12-26, 7:22 AM
    Səfirlər
    Sual: 252. Həzrət Mehdinin (ə) ilk səfiri kim olub?
    Cavab: İmam Mehdinin (ə) ilk səfiri Əbu-Əmr Osman ibn Səid Əmri olmuşdur. Bu şəxs tanınmamaq üçün yağ satmaqla məşğul olurdu. Tarixi mənbələrdə onun doğum və ölüm tarixləri göstərilmir. Əbu-Əmr yalnız imam Hadinin (ə) xüsusi vəkili olaraq tanıtdırılır.
    Bu şəxs imam Hadinin (ə) şəhadətindən sonra imam Əsgərinin (ə) vəkili olmuşdur. İmam Əsgəri (ə) Əbu-Əmri müxtəlif münasibətlərlə tərif etmişdir. Həzrət onun haqqında buyurur: "Əbu-Əmr etibarlı şəxsdir, həm keçmişdəkilərin, həm də mənim inamımı qazanmışdır. Məndən sonra da belədir. Nə desə, məndəndir, nə çatdırsa, mənim tərəfimdəndir.”(Tusi, Əl-Ğeybət”, s. 354; "Bihar”, c. 51, s. 344.)
    Əbu-Əmr imam Əsgərinin (ə) digər 40 şiəsi ilə birlikdə onun yanında olduqda həzrət oğlu Mehdini (ə) onlara göstərmiş, övladının imamət və qeybi haqqında məlumat vermişdir. Əbu-Əmrin vəkilliyi haqqında həzrət buyurur: "Osman nə desə, qəbul edin...”(Bihar”, c. 51, s. 346.)
    Hicri 260-cı ildə imam Əsgərinin (ə) şəhadəti zamanı Osman onun qüsl ayinində iştirak etmiş, bütün işləri öz üzərinə götürmüşdür.(Tusi, Əl-Ğeybət”, s. 356.)
    İmam Əsgərinin (ə) qüsl mərasimini Osmanın icra etməsi zalım hakimlərin diqqətini yayındırmaq məqsədi daşıya bilər. Çünki imamın qüslü və kəfənlənməsi o biri imamın öhdəsinədir. Osman ibn Səid imam Əsgərinin (ə) şəhadətindən sonra onun öncədən təsdiqi və həzrət Mehdinin (ə) razılığı ilə Qumlular Samirraya daxil olarkən həzrətin birinci səfiri təyin olundu. Həmin vaxtdan öz səfirlik vəzifəsini icra etdi. Dünyasını dəyişdiyi vaxt oğlu Əbu-Cəfər Məhəmməd ibn Osman onu dəfnə hazırlayıb Bağdadın qərbində torpağa tapşırdı.(Bihar”, c. 51, s. 350.)
    Osman ibn Səidin vəfatından sonra müqəddəs nahiyə tərəfindən yazılmış məktubda imam Mehdi (ə) Osmanın vəfatı ilə bağlı oğlu Məhəmmədə başsağlığı verdi və onu öz səfiri təyin etdi.("Tusi, Əl-Ğeybət”, s. 361; "Kəmalud-din”,s.510; "Bihar”, c. 51, s. 348.)
    Sual: 253. Osman ibn Səidin səfirliyini təsdiqləyən rəvayətlərin sənədi zəifdirmi?
    Cavab: Əhməd Katib deyir: Osman ibn Səidin imam Mehdi (ə) üçün səfirliyinin imam Əsgəri (ə) tərəfindən elan olunmasını bildirən rəvayətin sənədi zəifdir. Çünki bu rəvayətlər Nəccaşi və İbn Əl-Ğəzairi tərəfindən rədd olunmuş Cəfər ibn Məhəmməd ibn Malik Fərazi tərəfindən nəql edilmişdir. Bəs həqiqətdə necədir?
    1. Cəfər ibn Məhəmməd ibn Malik Şeyx Tusi tərəfindən təsdiqlənmiş şəxsdir. Onu etibarsız sayan ibn Əl-Ğəzairinin kitabı imamiyyə alimləri tərəfindən təsdiqlənməmişdir.
    2. Şeyx Tusi "Əl-Ğeybət” kitabında Əhməd ibn İshaq Qummiyə istinadən ikinci naib və onun atasının vəkilliyini nəql etmişdir.(Tusi, Əl-Ğeybət”, s. 359, 360.)
    3. Şiə əqidəsində imamət və səfirlik məsələlərinə ciddi yanaşılır. Bir şəxsin özünü səfir hesab etməsi yetərli sayılmır. Yalançı səfirlərlə çox ciddi mübarizə aparılmışdır.
    Sual: 254. İmam Mehdinin (ə) qeyb mövzusunun Osman ibn Səid tərəfindən uydurulması düzdürmü?
    Cavab: Bəziləri deyirlər ki, qeyb mövzusu səhabələr, xüsusi ilə Osman ibn Səid tərəfindən uydurulmuşdur.
    Hansı ki, imamın qeyb mövzusuna ilkin toxunan həzrət Peyğəmbər (s) olmuşdur. Sonra həzrət Əli (ə) və digər imamlar bu mövzunu təsdiqləmişlər. Onlar qeyb hadisəsi haqqında öncədən xəbər vermiş, xalqa bu barədə xəbərdarlıq etmişlər.
    Həzrət Peyğəmbər (s) buyurur: "And olsun bizi müjdə üçün seçmiş Allaha! Mənim övladlarımın qaimi bağlanmış əhdə görə qeybə çəkilər. İnsanların çoxu deyər ki, Allahın Ali-Məhəmmədə (Məhəmməd ailəsinə) ehtiyacı qalmadı. Bəziləri də həzrətin dünyaya gəlişinə şəkk edər. Qeyb dövründə yaşayan insan dinini hifz etməlidir...”("İsbatul-Hudat”, c. 6, s. 386.)
    Əsbəğ ibn Nəbatə Əmirəl-möminindən (ə) belə nəql edir: "Agah olun ki, o cənab qeybə çəkilən vaxt nadan şəxs deyər: "Allahın Ali –Məhəmmədə ehtiyacı yoxdur.”(Həmin mənbə, s. 393.) İmam Sadiq (ə) buyurmuşdur: "İmamınızın qeybə çəkilməsi xəbərini eşitdikdə bunu inkar etməyin.”(Həmin mənbə, s. 350.)
    Həzrət Mehdinin (ə) qeyb mövzusu şiələr arasında o qədər məşhurdur ki, şairlər bu mövzuda şerlər yazmış, müəlliflər öz kitablarında bu mövzuya yer vermişlər. İmam Mehdinin (ə) mövludundan öncə onun qeybi haqqında yazan müəlliflərlə tanış olaq: Əli ibn Həsən ibn Məhəmməd Tai Tatiri (Musa ibn Cəfərin (ə) səhabəsi); Əli ibn Ömər Ərəc Kufi (Musa ibn Cəfərin (ə) səhabəsi); İbrahim ibn Saleh (Musa ibn Cəfərin (ə) səhabəsi); Həsən ibn Əli ibn Əbu-Həmzə (İmam Rizanın (ə) müasiri); Abbas ibn Hişam naşiri Əsəd (imam Rizanın (ə) səhabəsi); Əli ibn Həsən ibn Füzal (imam Hadi (ə) və imam Əsgərinin (ə) səhabəsi); Fəzl ibn Şazan Nişapuri (imam Hadi (ə) və imam Əsgərinin (ə) səhabəsi).(Həmin mənbə.)
    Sual: 255. İmam Mehdinin (ə) ikinci səfiri kim idi və bu şəxs hansı mövqeyə malik olmuşdur?
    Cavab: Əbu-Cəfər Məhəmməd ibn Osman ibn Səid Əmri atasının vəfatından sonra imam Əsgərinin (ə) göstərişi ilə səfirlik məqamına çatmışdır. Həzrət Qumdan olanlara buyurmuşdur: "Şahid olun ki, Osman ibn Səid mənim vəkilimdir. Onun övladı Məhəmməd isə övladım Mehdinin (ə) vəkilidir.”(Tusi, Əl-Ğeybət”, s. 355.)
    Bu şəxsin səfirliyi atasının imzası ilə də təsdiqlənmişdir.(Həmin mənbə, s. 359.)
    İkinci səfir öz dövrünün şiələri arasında etibarı ilə seçilmiş, əmanətdar kimi tanınmışdır. İmamiyyə əqidəsindən olanların heç biri bu həqiqətə şəkk etmir. İmam Əsgərinin (ə) bu şəxs və onun atası haqqında buyuruğu bütün şübhələri aradan qaldırır.(Həmin mənbə, s. 360; "Kafi”, c. 1, s. 329.)
    İmam Mehdi (ə) özü də bu şəxsin səfirliyini təsdiq edib buyurmuşdur: "Sən atanın həyatı dövründə daim bizim tərəfimizdən etibarlı sayılmısan...”("Bihar”, c. 51, s. 349.)
    İkinci səfir 50 il müddətində öz vəzifəsini ən üstün şəkildə yerinə yetirdi. Nəhayət, hicri 304 və ya 305-ci ilin cəmadiul-əvvəl ayında dünyasını dəyişdi.(Tusi, Əl-Ğeybət”, s. 366.)
    Məhəmməd ibn Osman uyğun vəzifənin icrasında başqa səfirlərdən daha çox xidmət göstərmişdir. O, fiqh kitabları tərtib etmiş, imam Əsgəri (ə), imam Mehdi (ə), atası Osman ibn Səid və imam Hadinin (ə) buyurduqlarını bu kitabda toplamışdır.(Həmin mənbə, s. 363.) İmam Mehdi (ə) onu öncədən öz ölümündən xəbərdar etmişdir. Bu səbəbdən də ikinci səfir özü üçün qəbir hazırlamış və ölümündən sonra atası ilə yanaşı dəfn olunmuşdur.(Həmin mənbə, s. 365.)
    Sual: 256. Həzrət Mehdinin (ə) üçüncü səfiri kim idi və o hansı mövqeyə malik idi?
    Cavab: Üçüncü səfir Şeyx Cəlil Əbül-Qasim Hüseyn ibn Ruh Növbəxti idi. O, öncə Əbu-Cəfər Məhəmməd ibn Osman Əmrinin vəkili olmuşdu və onun mülkünə nəzarət edirdi. Nəhayət, səfir seçildi və onun səfirliyinə heç bir şübhə yoxdur.(Həmin mənbə, s. 372.)
    Bir qrup şiə dörd yüz dinarlıq malı Əbu-Cəfər Əmriyə təqdim etdikdə o göstəriş verdi ki, Hüseyn ibn Ruha müraciət etsinlər. Qarşı tərəfin tərəddüddə olduğunu görən səfir növbəti dəfə həmin məbləğin Hüseyn ibn Ruha çatdırılmasını göstəriş verdi. Əslində bu, həzrət Mehdinin (ə) göstərişi idi.
    Əbu-Cəfər Əmrinin vəziyyəti pisləşdiyi vaxt Əbu-Əli ibn Həmmam, Əbu-Abdüllah ibn Məhəmməd Katib, Əbu-Abdullah Baqətani, Əbu-Səhl İsmail ibn Əli Növbəxti, Əbu-Əbdüllah ibn Vəcna kimi şiə böyükləri ondan canişini haqqında soruşdular. Əbu-Cəfər Əmri buyurdu: "Bu, Əbül-Qasim Hüseyn ibn Ruhdur. O, mənim qaimim və sizin aranızdakı səfirimdir. Hüseyn ibn Ruh vəkildir və əmin şəxsdir. İşlərinizə görə ona müraciət edin, mühüm işlərdə ona etimad göstərin. Mənə tapşırılıb ki, bu göstərişi sizə çatdırım.”(Həmin mənbə, s. 371.)
    Əbu-Cəfər ibn Əhməd Mutyəl deyir: "Məhəmməd ibn Osman Əmri vəfat etdiyi vaxt mən onun yastığı kənarında oturmuşdum. Hüseyn ibn Ruh isə onun ayaq tərəfində dayanmışdı. Mən sual verdim. Məhəmməd ibn Osman üzünü mənə tutub buyurdu: "Mənə əmr olunub ki, Əbül-Qasim ibn Ruha vəsiyyət edim.” Mən bu sözləri eşidib yerimdən qalxdım və Hüseyn ibn Əli Ruhu Məhəmməd ibn Osmanın yastığı kənarında, öz yerimdə əyləşdirdim.(Həmin mənbə, s. 370.)
    Məhəmməd ibn Osmanın təkidlərinin və Hüseyn ibn Ruha vəsiyyətinin səbəbi bu idi ki, o, imamlarla yaxın rabitədə olan adam kimi tanınmırdı. Onun səfir təyin edilməsinin səbəbi ixlas və fədakarlığı idi. Hüseyn ibn Ruh Əbu-Cəfər Əmrinin vəfatından sonra 21 il səfir oldu.
    Bu şəxs çox ciddi təqiyyə şəraitində fəaliyyət göstərirdi. O, sünnə əhlindən olmasını izhar etməklə diqqəti yayındırır və imamın səfirliyini yerinə yetirirdi. Öz fəaliyyəti dövründə bu şəxs müxtəlif azğınlıqlar və yalançı səfirlik iddiaları ilə ciddi mübarizə apardı. Hicri 326-cı ildə Hüseyn ibn Ruh dünyasını dəyişdi.
    Sual: 257. Həzrət Mehdinin (ə) dördüncü səfiri kim idi və onun hansı mövqeyi vardı?
    Cavab: Dördüncü səfir Şeyx Cəlil Əbül-Həsən Əli ibn Məhəmməd Səməri idi. Onun doğum tarixi məlum deyil. Amma bu şəxs ilkin olaraq imam Əsgərinin səhabəsi kimi tanınmışdır.(Ricale-Şeyx-Tusi”, s. 400.) Bu şəxs Bağdadda Hüseyn ibn Ruh vasitəsi ilə həzrət Mehdi (ə) tərəfindən səfirliyə təyin olunmuşdu. Onun səfirliyi haqqında konkret bir məlumat yoxdur. Yalnız bunu demək olar ki, şiələr yekdil olaraq onun səfirliyini təsdiqləmişlər. Belə bir əminlik həzrət Mehdinin (ə) Hüseyn ibn Ruha göstərişindən yaranır. Səməri Hüseyn ibn Ruhun vəfatından sonra üç il fəaliyyət göstərmişdir. Bu şəxsin səfirliyinə heç bir şübhə olmasa da, o digər üç səfir qədər geniş fəaliyyət göstərməmişdir. Onun fəaliyyətindəki məhdudluq yaşadığı dövrün sıxıntıları ilə izah oluna bilər. Həmin dövrdə mövcud olan ideoloji və ictimai sıxıntılar Səməridən sonra səfirlik fəaliyyətinin dayanmasının və böyük qeybin səbəbi ola bilər. Səməri vəfatından bir neçə gün öncə imamdan kiçik qeyb dövrünün başa çatması ilə bağlı məlumat alır. İmam Səməriyə özündən sonra səfir təyin etməsini qadağan edir.("Kəmalud-din”, s. 516; "Elamul-vəri”, s. 445.)
    Rəvayətçi deyir: Bu namədən altı gün sonra Əli ibn Məhəmmədin yanında olduq. Həyatının son anlarını yaşayan səfirdən növbəti səfir haqqında soruşduq. O, növbəti səfirin olmayacağını bildirib, dünya həyatı ilə vidalaşdı.
    Sual: 258. Həzrətin dörd səfirinin nümayəndəliyi necə sübut olunur?
    Cavab: 1. Osman ibn Səid haqqında deyirik: Onu imam Əsgəri etibarlı saymış və imam Mehdi (ə) mənsəbini təsdiqləmişdir.
    Onun övladı Məhəmməd ibn Osman haqqında deyirik: O atası tərəfindən təyin olunmuş, bundan əlavə imam Əsgəri (ə) və imam Mehdi (ə) tərəfindən etibarlı sayılmışdır.
    Hüseyn ibn Ruh da öz növbəsində Məhəmməd ibn Osman tərəfindən bu məqama təyin olunmuşdur. O isə özündən sonra üçün Əli ibn Məhəmməd Səməriyə uyğun vəzifəni tapşırmışdır.
    2. Bu dörd şəxsin səfirliyini sübuta yetirmək üçün ikinci yol onların bütün xalqı imamət məsələsi ilə tanış etməsidir. Hələ imam Əsgərinin (ə) dövründə şiələr imam Mehdinin (ə) xətti ilə tanış idilər.
    3. Bu böyük insanlardan görünən kəramətlər onların səfirliyinin sübutu üçün növbəti dəlil ola bilər. Bu kəramətlər bəzən səfirlərin özlərindən, bəzən isə həzrət Mehdidən (ə) görünürdü. Həzrətin kəramətlərini səfirlər şiələrə çatdırırdılar. Belə qəziyyələrdən məşhuru Əbu-Əli Bağdadi tərəfindən nəql olunmuşdur.(Kəmalud-din”,s.502-518.)
    Seyyid Əbdüllah Şwbbər deyir: Şiələr imamın nümayəndələrindən imama aid kəramət görməmiş onların sözünü qəbul etməzdi. Bu kəramətlər onların verdiyi göstərişlərin və nümayəndəliklərinin dəlili idi.”(Həccül-Yəqin”, s. 242.)
    Sual: 259. Dörd nümayəndə şiələrlə hansı yolla rabitə saxlayırdı?
    Cavab: Şiələr nümayəndələrlə iki yolla əlaqə saxlayırdı:
    1. Vasitəli rabitə - Vasitəli rabitə səfirlik qurumunda prinsipial məsələlərdən idi. Çünki bu qurum Abbasilərin zülmü səbəbindən aşkar fəaliyyət göstərə bilmirdi. Onlar xalqla rabitə üçün gizli yollardan istifadə etməli olurdular.
    2. Birbaşa rabitə - Dörd nümayəndənin fəaliyyəti dövründə ilk əvvəllər birbaşa rabitə yox idi. Kiçik qeyb dövründə nümayəndələrin xalqla birbaşa rabitə saxlaması çox çətin idi. Zalım hakimlərin təzyiqləri səbəbindən rabitələr gizli şəkildə qurulurdu. Şiələr zaman ötdükcə gizli şəkildə səfir və vəkilin adını və nişanələrini öyrənirdilər. Bu yolla müstəqil rabitə qurmaq mümkün olurdu. Bu iş əsasən ikinci səfirin dövründə həyata keçməyə başladı. Şeyx Tusi bu növ rabitə haqqında yazır: "Etibarlı şəxslərdən bir qrupu imam Mehdinin (ə) səfirinin yanına gedirdi. Onlar öz məktublarını və istəklərini səfirlərə çatdırmaqla onlar vasitəsi ilə müqəddəs nahiyədən cavab alırdılar.”("Əl-Ğeybət”, s. 257.)
    Sual: 260. Dörd nümayəndə hansı vəzifələri yerinə yetirmişdir?
    Cavab: Dörd nümayəndənin vəzifələri və fəaliyyətlərinin ümumi mehvəri bu şəkildədir:
    1. İmam Mehdinin (ə) varlığı ilə bağlı şəkk-şübhəni aradan qaldırmaq; nümayəndələrin, xüsusi ilə ilk səfir Osman ibn Səid Əmrinin ən mühüm vəzifəsi imam Mehdinin (ə) varlığını sübuta yetirmək olmuşdur. Onlar isbat etməli idilər ki, imam Əsgərinin (ə) övladı var, o hazırda imamdır və nümayəndəsi fəaliyyət göstərir.
    2. Həzrət Mehdinin (ə) adını və məkanını gizli saxlamaqla onun hifz olunması – İmam Mehdi (ə) bir bəyanatında Məhəmməd ibn Osman ibn Səid Əmriyə bildirirdi ki, həzrətin adı və nişanələri bilindirilməsin və bu sahədə fəaliyyət göstərilsin.(Həmin mənbə, s. 222.)Əbu-Səhl Növbəxti "nə üçün sən səfir olmadın” sualına belə cavab verir: "Mən Hüseyn ibn Ruh kimi sirr saxlamağı bacarmıram.”(Həmin mənbə, s. 240.)
    3. Vəkalət qurumunun nizama salınması və ona rəhbərlik – Şiələr öz suallarını məhz bu qurum vasitəsi ilə vəkillərə çatdırırdılar. Eləcə də, vəkalət qurumu həzrətin cavabını şiələrə ötürürdü. Şəri ödənclər vəkillərə çatdırılır və onlar vasitəsi ilə qurumun məsullarına təhvil verilirdi.
    4. Fiqh və əqidə ilə bağlı sualların cavablandırılması – Nümayəndələr xalqın fiqhi suallarını imam Mehdi (ə) çatdırır və cavab alıb xalqa bəyan edirdilər.("Elamul-vəri”, s. 452.)
    5. İmam Mehdiyə (ə) aid mülkün alınması və paylanması – İmam Mehdi (ə) atasının dəfnindən sonra Qumdan gəlmiş heyətə göstəriş verdi ki, bundan sonra ona aid olan mülkü Bağdaddakı vəkilə təhvil versinlər.("Kəmalud-din”, s.478.)
    6. Yalan səfirlik iddiası ilə mübarizə - Səfirlik dönəmində Həllac, Şələmğani və bir çox başqaları nəfsə uyaraq özünü səfir elan etmişdi. İmamın nümayəndələrinin mühüm vəzifələrindən biri bu sayaq yalan iddialarla bağlı müqəddəs nahiyə tərəfindən bəyanatlar verilirdi. Həqiqətin bu sayaq aşkarlanması imamiyyə şiələrini bir çox azğınlıqlardan qoruyur, dörd nümayəndəyə etibarı artırırdı.
    7. Xain vəkillərlə mübarizə - Bəzən vəkil təyin olunanlar arasında yolunu azanlar tapılırdı. Belələri qurumun məxfi fəaliyyəti üçün bir sıra problemlər yaradırdı. Onlar bəzən şəri ödəncləri quruma təhvil vermir, özbaşınalıq göstərirdi. Bu sayaq mənfi fəaliyyətlərə qarşı dörd nümayəndə mübarizə aparır, xain vəkillər işdən uzaqlaşdırılırdı.
    8. Xalqın böyük qeyb dövrünə hazırlanması – Bu istiqamətdə daha çox Əbül-Həsən Əli ibn Məhəmməd Səməri fəaliyyət göstərmişdir. Bu şəxs həzrət Mehdinin (ə) son səfiridir. Həzrət möcüzə vasitəsi ilə ona kömək etmiş, ölümündən altı gün əvvəl bu barədə ona məlumat vermişdir. Bununla da, höccət tamamlanmış, xalq qeyb dövrünə hazırlanmışdır.
    Sual: 261. Dörd nümayəndə hansı meyarlar əsasında seçilmişdir?
    Cavab: Məsum imamlar daim hikmət əsasında hərəkət etmiş, öz nümayəndələrini konkret meyarlar əsasında seçmişlər:
    1. Ən üstün səviyyədə təqiyyə və sirr saxlama – Həzrət Mehdinin (ə) birinci səfiri Osman ibn Səid özünü Abbasi rejimindən qorumaq üçün maksimum səviyyədə təqiyyə edirdi. O, bu məqsədlə heç bir məzhəbi və siyasi söhbətdə aşkar mübahisəyə girişmirdi.("Tarixe-Siyasiye-Ğeybəte-imame dəvazdəhum”, Doktor Casim Hüseyn, s. 149.)
    Hüseyn ibn Ruh da öz növbəsində təqiyyəyə əməl edir, əsl mövqeyini məxfi saxlayırdı. Hətta xidmətçilərindən biri Müaviyəni aşkar lənətlədiyi üçün onu işdən uzaqlaşdırmışdı.("Əl-Ğeybət”, s. 237.)
    2. Böyük səbr və sabitqədəmlik – Bir qrup şəxs Əbu-Səhl Növbəxtidən soruşdu: "Nə üçün sən imamın xüsusi naibi olmadın?” O belə cavab verdi: "Onlar (imamlar) daha yaxşı bilirlər ki, kim bu məqama layiqdir. Mən düşmənlərlə get-gəli olan adamam. Onlarla mübahisə edirəm. Əgər Əbül-Qasim Hüseyn ibn Ruhun Mehdi (ə) haqqında bildiyini mən bilsəm, olsun ki, mübahisələrdə mövqeyimi sübuta yetirmək üçün hansısa bir məsələni açam və nəticədə imamın yeri məlum olsun. Əbül-Qasim Hüseyn ibn Ruh isə, imam əbasının altında olsa belə, bədəni tikə-tikə doğransa, imam Mehdini (ə) göstərməz.”("Əl-Ğeybət”, s. 240.)
    3. Başqaları ilə müqayisədə daha düşüncəli olmaq – Şeyx Tusi "Əl-Ğeybət” kitabında imamın naiblərinin düşüncə baxımından üstünlüyünü qeyd etmişdir.(Həmin mənbə, s. 236.)
    4. Hökumətin həmin şəxslərə münasibətdə həssas olmaması – İmam Mehdi (ə) öz nümayəndəsini elə şəxslər arasından seçirdi ki, onlar Abbasi hökumətinin diqqətini cəlb etməmiş olsun. Çünki nümayəndəlik xeyli məxfi bir iş idi. Nümayəndələrin hər biri hansısa peşə sahibi idi və nümayəndəlik fəaliyyəti ilə tanınmırdı.
    Sual: 262. Bəzilərinin özünü əsassız olaraq imamın səfiri kimi tanıtdırmasının səbəbi nə idi?
    Cavab: Səfirlik fəaliyyətinin başlamasından çox keçməmiş yalançı səfirlər məsələsi ortaya çıxdı. Onlar haqsız olaraq səfir olduqlarını iddia edir və əlbəttə ki, hansısa məqsəd izləyirdilər. Bu məqsədlərlə tanış olaq:
    1. Bu şəxslərin imanı zəif olduğundan uyğun iddia ilə xalq və cəmiyyəti çaşdırırdılar.
    2. Onlar öz səfirlik iddiaları ilə imamın qeybdə olmasından istifadə edib var-dövlət ələ keçirmək istəyirdilər.
    3. Onlar ictimai mövqe qazanmaq istəyirdilər. İmamın səfiri kimi tanınmaq onlara şöhrət gətirirdi.
    Sual: 263. Kimlər haqsız olaraq səfirlik iddiası etmişdir?
    Cavab: Yalançı səfir iddiası ikinci səfir Məhəmməd ibn Osman Əmrinin dövrünə təsadüf edir. Çünki onun atası Osman ibn Səid çox tanınmışdı və kimsə onun dövründə yalan iddiaya cürət etmirdi.
    Yalandan səfirlik iddiası edən ilk şəxs Əbu-Məhəmməd Şərii olmuşdur.("Bihar”, c. 51, s. 367) Məhəmməd ibn Nəsir Nəmiri, Əhməd ibn Hilal Kərxi, Əbu-Tahir Məhəmməd ibn Əli ibn Bilal Bilali, Əbu-Bəkr Məhəmməd ibn Əhməd ibn Osman Bağdadi, İshaq Əhmər haqsız yerə özünü səfir kimi tanıtdırmaq istəyənlərdir.
    Onlardan bəziləri əvvəllər saleh insan olmuşdur.
    İkinci səfir uyğun cəhdlərlə ciddi mübarizə aparmışdır. O cümlədən, müqəddəs nahiyə tərəfindən yalan iddiaçılığa qarşı bəyanatlar verilmiş, yolunu azanlar lənətlənmişdir.
    Üçüncü səfir Hüseyn ibn Ruhun səfirliyi dövründə bu sahədə vəziyyət daha da gərginləşmişdir. Həmin dövrdə Məhəmməd ibn Əli Şələmğani Qəzafəri adlı bir şəxsin səfirlik iddiasına düşməsi cəmiyyətdə böyük çaşqınlıq yaratmışdır.("Əl-Ğeybət”, s. 300.) Şələmğani öncə mömin bir şəxs kimi Hüseyn ibn Ruhun vəkili olsa da, sonra yolunu azmışdır. Haqsız olaraq səfirlik iddiasına düşmüş son şəxs Əbu-Delf Katibdir. O, dördüncü səfir Səməri dünyasını dəyişənədək öz iddiasından əl çəkməmişdir.
    Sual: 264. İmam Mehdinin (ə) səfirlərdən başqa vəkili olmuşdurmu?
    Cavab: Tarixi mənbələri araşdırdıqda görürük ki, həzrət Mehdinin (ə) dörd tanınmış səfirindən əlavə, vəkilləri olmuşdur. Onlar müxtəlif şəhərlərdə və əyalətlərdə öz vəzifələrini yerinə yetirmişlər. Amma səfirlər və vəkillər arasında iki mühüm fərq olmuşdur:
    1. Səfirlər həzrət Mehdi (ə) ilə bilavasitə görüşmüş, şəxsən tanımışlar. Hansı ki, vəkillər həzrət Mehdi (ə) ilə səfirlər vasitəsi ilə əlaqə saxlamışlar.
    2. Səfirlər bütün şiələrə münasibətdə məsuliyyət daşıyırsa, vəkillər məhdud bir məntəqədə öz vəzifəsini yerinə yetirirdi.
    Sual: 265. Müqəddəs nahiyə vəkillərinin təyinatının hansı səbəbləri var?
    Cavab: Vəkillik məsuliyyətinin bir sıra faydalarını saymaq olar:
    1. Vəkil səfirin öhdəsinə düşən geniş məsuliyyətləri onunla bölüşür. Xüsusi ilə şiələrin həzrət Mehdi (ə) ilə bağlı fəaliyyətlərinin gizli saxlanılması istiqamətində səy göstərilir.
    2. Vəkillər səfirin ad və şəxsiyyətinin gizli saxlanılmasında mühüm rol oynayır.
    Sual: 266. Vəkalət qurumunun hansı məsuliyyətləri var?
    Cavab: Tarixi mənbələri araşdırdıqda görürük ki, vəkalət qurumu bütün fəaliyyəti dövründə aşağıdakı işləri həyata keçirmişdir: şəri ödənclərin toplanması və paylanması; şiələrin tərbiyəsi və müxaliflərlə mübarizə; vəkalət qurumunda siyasi fəaliyyət; vəkalət qurumunda rabitələrin təmini; ehtiyaclılara yardım və şiələrin problemlərinin həlli.
    Tоqiat (qeydlər, məktublar, fərmanlar)
    Sual: 267. "Tоqi” dedikdə nə nəzərdə tutulur?
    Cavab: Rəvayət dilində "tоqi” bu sözün gündəlikdə işlənən mənasını bildirir. Tоqi böyük şəxsiyyətlərin öz məktublarında qeyd etdiyi və suallara cavab olan buyuruqlarıdır. Həzrət Mehdinin (ə) tоqiatı onun məktublarda öz xətti ilə qeyd etdiyi cavablardır. Bu cavablar səfirlər vasitəsi ilə məktub sahiblərinə çatdırılırdı.
    "Tоqi” dedikdə, adətən, ünvanlanan suallara cavab nəzərdə tutulsa da, bəzən sualsız bəyan olunmuş həqiqətlər də tоqi sayılmışdır.
    Sual: 268. Həzrətin göstərişlərində səfirlər hansı rol oynamışdır?
    Cavab: Uyğun göstərişlər (tоqiat) həzrətin qeydlərindən ibarət olsa da, bu işdə səfirlərin mühüm rolu var. Hər hansı sualla ünvanlanmış məktubu imama çatdıran, qısa bir müddətdə həzrətdən cavab alıb məktub sahibinə yetirən şəxs səfirdir. Səfiri bir növ bu işdə vasitə saymaq olar. İmamın bu sayaq səfiri olmasaydı, heç vaxt uyğun məktublar məqsədə çatmazdı.
    Sual: 269. Uyğun göstərişlər hansı müddətdə həzrət tərəfindən həyata keçirilirdi?
    Cavab: Bəzi rəvayətlərdən məlum olur ki, ünvanlanmış suallara 2-3 gün ərzində cavab verilirdi. Bəzi rəvayətlərdə deyilir: "Bir neçə gündən sonra ağam dedi ki, Əbu-Cəfərin yanına gedib cavabı soruşum.”("Bihar”, c. 51, s. 321.) Digər rəvayətdə isə belə qeyd olunur: "Səfir 3 gün sonra həzrətin cavabını çatdırdı.”("Əl-Ğeybət”, s. 320.)
    Bəzən səfirin həzrətdən gətirdiyi cavab şifahi olurdu. Hüseyn ibn Ruh Növbəxtinin gətirdiyi bəzi cavablar bu qəbildəndir.(Həmin mənbə, s. 309.)
    Bəzən isə müəyyən səbəblərdən cavab verilmirdi. Məsələn, övladı olmayan bir şəxs bununla bağlı imamdan dua istədikdə, müəyyən səbəblərdən cavab almamışdı.(Həmin mənbə, s. 320.)
    Bəzən məktuba bir neçə saatda cavab verilir, bəzən isə məktubun mürəkkəbi qurumamış cavab gəlirdi. Nadir hallarda xəyalından hansısa sual ötüşən şəxs imamdan cavab almışdır.(Bihar”, c. 53, s. 183.)
    Sual: 270. Həzrət Mehdi (ə) fərmanları öz əli iləmi yazırdı?
    Cavab: Bir sıra rəvayətlərdən məlum olur ki, bəzi göstərişlər həzrətin öz əli ilə yazılmışdır.
    İshaq ibn Yəqub deyir: "Məhəmməd ibn Osman Əmri vasitəsi ilə müqəddəs nahiyəyə ünvanladığım çətin bir suala imamın mübarək xətti ilə yazılmış cavab aldım.”(Bihar”, c. 51, s. 349.)
    Məhəmməd ibn Osman Əmri deyir: "Müqəddəs nahiyədən yaxşı tanıdığım bir xətlə yazılmış cavab gəldi.”(Həmin mənbə, c.33.)
    Şeyx Səduq buyurur: "İmam Mehdinin (ə) xətti ilə atam üçün yazılmış qeyd hazırda məndədir.”("Ənvarul-Nemaniyyə”, c. 3, s. 24.)
    Şeyx Əbu-Əmr Amili deyir: "İbn Əbu-Hakim Qəzvini bir qrup şiə ilə mübahisə edirdi. Problemi aradan qaldırmaq üçün müqəddəs nahiyəyə məktub yazıb sual verdi. İmamın mübarək xətti ilə cavab alındı.”(Bihar”, c. 53, s. 178.)
    Bu rəvayətlərdən məlum olur ki, həzrətin səhabələri onun xəttini tanıyırmışlar. Amma bəzi rəvayətlərə əsasən, imamın müəyyən göstərişləri səfirlərin xətti ilə yazılmışdır.
    Əbu-Nəsr Hibtullah deyir: "Həzrət Mehdinin (ə) göstərişləri imam Əsgərinin (ə) dövründəki xətt ilə, Osman ibn Səid və Məhəmməd ibn Osman vasitəsi ilə şiələrə çatdırılırdı.("Bihar”, c. 51, s. 346.)
    Sual: 271. Müqəddəs nahiyə tərəfindən neçə "tоqi” (göstəriş) verilmişdir?
    Cavab: Məhdəviyyətlə bağlı yetmişdən çox göstəriş mövcuddur. Onlar aşağıdakı şəxslərə ünvanlanmışdır: Əli ibn Məhəmməd Səməri, Əbu-Cəfər Əmri (atasının ölümü ilə bağlı), Səd ibn Əbdüllah Qummi, İshaq ibn Yəqub, Məhəmməd ibn Abdüllah ibn Cəfər Həmiri (məsələsi ilə bağlı), Həmiri (həzrətin ziyarəti ilə bağlı), Əhməd ibn Xızır ibn Əbu-Saleh Xocəndi, Həsən ibn Fəzl Yəmani, Əbu-Əmr və onun övladı Əbu-Cəfər Məhəmməd, Məhəmməd ibn İbrahim Məhzyari (Cəfəri Kəzzabın rəddi ilə bağlı), Əhməd ibn Həsən Madərayi (Əhməd ibn Əbu-Ruhun əhvalatı ilə bağlı), Haciz Vəşa, Məhəmməd ibn Cəfər, Məhəmməd ibn Saleh (Əbərətaninin ölümündən sonra), Səmərinin məktubuna cavab, Fanim əhlindən olan bir kişinin sualına cavab, Məhəmməd ibn Həsən Muruzi, Məhəmməd ibn Yusifin məktubuna cavab, Məhəmməd ibn Cəfər Əsədinin suallarına cavab, Məhəmməd ibn Əli ibn Hilal Kərxi, Məhəmməd ibn Şazan, Əhməd ibn Həsən Xazən, Əli ibn Məhəmməd ibn İshaq Əşəri, Übeydullah ibn Süleymanın gedişi ilə bağlı xəbər, ibn Əbu-Ğanim Qəzviniyə cavab, Məhəmməd ibn Yəzdaza cavab, Qasim ibn Əlaya cavab, Rəbəz əhlindən olan kişiyə cavab, Qumdan olan sailə cavab, Həsən ibn Əbdül-Həmid, Məhəmməd ibn Cəfər Ərəbi, Əbül-Həsən Xızır ibn Məhəmmədə cavab, Şeyx Müfid, Şeyx Müfidə ikinci göstəriş, Əli ibn Babәvеyhә cavab, Məhəmməd ibn Kəşmirə cavab, Cəfər ibn Həmədana cavab, Əli ibn Ziyada cavab, Qasim ibn Əla, Əbül-Qasim ibn Əbu-Cüləys Rəqə Bərxi, Əhməd ibn Həsən, Məhəmməd ibn Həmmam və başqaları.
    Böyük qeyb (Qеybәti kübrа)
    Sual: 272. Böyük qeyb dövrünün hansı xüsusiyyətləri var?
    Cavab: Böyük qeyb dövrü kiçik qeyb dövründən sonra başlamışdır. Bu dövr imamın qeyd etdiyi hicri 329-cu ilə təsadüf edir. Həmin ildə imam Məhəmməd Səməriyə məktub yazmaqla səfirlik dövrünün başa çatdığını və böyük qeyb dövrünün başladığını xəbər verdi.
    Böyük qeyb dövrünün bir sıra səciyyələri mövcuddur:
    1. Həmin dövrdə müsəlmanlar zahirən öz rəhbərlərindən ayrı düşdülər. Onlar rəhbəri görmür, ya da görüb tanımırdılar. Bu hökm bütün şiələrə aid idi. Əlbəttə ki, bəzi səbəblərdən kimlərsə həzrətlə görüşə bilərdi.
    2. Həmin dövrdə yer üzündə zülm-sitəm genişləndi. Bu səciyyə hazırkı dövrü İslam peyğəmbərinin həyatındakı İslam hökuməti dövründən fərqləndirir.
    3. Bu dövrdə İslam ümmətinin sınağa çəkilməsi; Çünki bu dövrdə xalq bir sıra çətinliklərlə üzbəüz dayanmışdı: İslam cəmiyyətində və dünyada fitnə-fəsadın genişlənməsi; siyasi sıxıntılar və haqqın qəbulu ilə bağlı problemlər; imamın varlığı ilə bağlı bir sıra şübhələrin ortaya çıxması;
    Nəticədə görürük ki, imamlar bu mövzuya xüsusi diqqət yetirmişlər. Həzrət Musa ibn Cəfər buyurur: "Yeddinci övladdan olan beşinci övlad qeybə çəkildikdə dininizdən ehtiyatlı olun etiqadınızı əldən verməyin. Ey övladım! Qəti olaraq, Qaim üçün qeyb dövrü var. Bu qeybə etiqad sınaq olar və Allah bu çətinliklə xalqı imtahana çəkər...”("Kafi”, c. 1, s. 336.)
    Sual: 273. Həzrət Mehdinin (ə) qeybinin hansı səciyyəsi var?
    Cavab: Bu qeyblə bağlı iki nəzəriyyə mövcuddur:
    1. Bu nəzəriyyəyə əsasən, həzrətin vücudu xalqın gözündə məxfidir. Bu baxış müəyyən rəvayətlərlə əsaslandırılır. İmam Riza (ə) buyurmuşdur: "Onun misli görünməz”.("Kəmalud-din”, s.370.)İmam Sadiq (ə) buyurmuşdur: "Yeddinci övladdan olan beşinci övlad sizdən qeybə çəkiləcək”.(Bihar”, c. 51, s. 32.)
    2. İkinci baxışa əsasən, xalq onu görür, amma onun Mehdi (ə) olmasından xəbərsizdir. Bu baxışa Məhəmməd ibn Osman Əmridən nəql olunmuş rəvayət dəlil göstərilir. İmam buyurur: "And olsun Allaha! Həqiqətən, imam Qaim hər il həcc mövsümündə vardır və xalqı görür. Xalq da onu görür, amma tanımır.”(Kəmalud-din”, s.440.)
    Sual: 274. Hazırda yer üzünü zülm-sitəm bürüdüyü halda nə üçün imam zühur etmir?
    Cavab: Əksər hədislərdə bildirilir ki, həzrət zühur etdikdən sonra Allah onun vasitəsi ilə yer üzündə ədaləti bərqərar edəcək. Əslində bu o demək deyil ki, imamın zühuru üçün zülm-sitəmin yayılması şərtdir.
    Başqa sözlə, zülm-sitəm məqsəd deyil. Məqsəd hazırlıq və hədəfdir. Bəziləri elə düşünürlər ki, imamın zühuru üçün yer üzünü zülm-sitəmin bürüməsi kifayətdir. Əslində isə belə deyil. Zühur üçün insanların hazırlığı, zühura təşnəliyi mühümdür. Bu təşnəliyi və hazırlığı yaradan səbəblərdən biri kimi zülm-sitəm qeyd oluna bilər. Yalnız zülm-sitəm yayıldıqda bütün insanlar ədalətsizliyin acılığını hiss edib ədalət sorağında olur.
    Nəticədə, deməliyik ki, zühur üçün əsas şərt insanların hazırlığı və nizamsızlığın aqibətindən xəbərdarlığıdır. Bir sözlə, zülm-sitəm əsas şərt deyil.
    Sual: 275. Nə üçün həzrət Mehdi (ə) etibarlı möminlərə zahir olmur?
    Cavab: Əvvəla, həzrət bir şəxsə zahir olmaq üçün inandırıcı möcüzələr göstərməlidir. Bu halda hoqqabaz sehrbazlar xalqı öz sehrləri ilə aldadıb özünü əsrin imamı kimi təqdim edə bilər.
    İkincii, yаrаmаz insanlar bu məsələdən istifadə edib yalan iddialar irəli sürə bilər. Bütün bu azğınlıqların və çaşqınlıqların qarşısını almaq üçün uyğun görüşlərdə məhdudiyyət var. Əlbəttə ki, ali məqam sahibi olan nadir insanlar müəyyən məsələlərlə bağlı həzrətlə görüşə bilər.
    Category: Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) | Added by: Islam_Kitabxanasi
    Views: 731 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024