İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Şiəlik necə yaranmışdır?

    Şiəlik necə yaranmışdır?
    2012-01-03, 7:01 AM
    ŞİƏLİK NECƏ YARANMIŞDIR?
    Şəhid Ayətullah Seyyid Məhəmmədbaqir Sədr
    BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
    ŞİƏLİK İSLAMLA EYNİ ZAMANDA YARANMIŞDIR...
    Şiəlik, başqa sözlə şiə adlı ideoloji və əqidəti bir məktəbin yaranma tarixi həm keçmişdə, həm də müasir dövrdə tədqiqatçı alimlərin diqqət mərkəzində olan məsələlərdəndir. Onlardan hər biri bu məsələ barəsində müəyyən cəhətdən araşdırmalar aparmış və müxtəlif mühakimələr yürütmüşlər. Bəlkə də elm tarixində çox az məsələ tapmaq olar ki, ona bu şəkildə qərəzçilik mövqeyindən yanaşılsın, son dərəcə əsassız fikirlər və mülahizələr söylənilməklə tədqiqatçılıq üslubuna xəyanət edilsin.
    Şiə ideologiyası heç də tarixi mə`lum olmayan, unudulmuş bir məktəb deyildir ki, onun yaranması haqda bu qədər fikir ayrılığı və ixtilaf mövcud olsun. Şiələr özləri də məchul və namə`lum bir millət deyildir ki, başqaları oturub onun üçün tarix yazsın, kökünü Əbdüllah ibni Səba kimi əfsanəvi bir şəxslə və ya Əli (əleyhissalam)-a qarşı məhəbbətdə ifrata varanlarla əlaqələndirsinlər və yaxud onu Misirdə Fatimilərin, İranda şiə məktəbini yayan Səfəvilərin hökumətindən yaranan bir şey bilsinlər.
    Şiəlik tarixini şiələrin özləri başqalarından daha yaxşı bilməlidirlər. Bu ideologiyanın tarixi və etiqadi üsulları ilə tanış olmaq üçün şiəliyin rəsmi və mö`təbər kitablarına baxmaq, bundan sonra mühakimə yürütmək lazımdır. Qərəzçi şərqşünaslara, yaxud mə`lumatsız yazıçıların əsərlərinə müraciət etməkdən uzaq olmaq lazımdır.
    Hazırkı İslam dünyasının dörddə-birini təşkil edən şiə cəmiyyəti bütün əsrlərdə elmin müxtəlif sahələrinə yüksək səviyyəli alimlər təqdim etmişdir. Bu məktəbin elm xadimləri istər islami, istərsə də qeyri-islami elmlərin hər bir sahəsində minlərlə nəfis, qiymətli kitablar yazaraq bəşəriyyətin inkişaf etdirilməsində özünəməxsus yer tutmuşlar. Onlar tarix boyu dəfələrlə hakimiyyətə gəlmiş, Həmdanilər, Alibəveyh, Fatimilər və bu kimi nəhəng dövlətlər təşkil etmişlər. Hal-hazırda da dünyanın müxtəlif yerlərində onlarla böyük elmi-tədqiqat mərkəzləri yaratmış, humanitar və əqli elmlər sahəsində dünya şöhrətli alimlər, filosoflar yetişdirmiş və İslam elmlərinin nəşr olunması yolunda çox yüksək nailiyyətlər əldə etmişlər.
    Belə bir böyük cəmiyyətin əqidələrinin təhqir olunması, haqqında rəva görülən qərəzçilik, əsassız mülahizələr uydurmaqla mənəvi hüquqlarının tapdalanması ən azı insafsızlıqdır. Doğrudur, keçən əsrlərdə mə`lumatsızlıq ucbatından və ya elmi mənbələrin kifayət qədər olmaması səbəbilə müsəlmanların çoxu, hətta bə`zi məktəblərin alimləri bu ideologiya barəsində lazımi mə`lumatlara yiyələnə bilməmişlər, lakin müasir dövrdə bu barədə obyektiv danışmayanların siyasi düşmənçilik və ya məzhəbi tə`əssübkeşlik mövqeyindən çıxış etməməsinə heç cür inanmaq olmur. Mən Məkkədə Maliki məzhəbindən olan alimlərin birindən eşitdiyim acı xatirəni heç vaxt unuda bilmirəm. 1376-cı qəməri ilində (44-il əvvəl) həcc ziyarətinə getmişdim. Bir məclisdə, qeyd olunan şəxs məndən qəribə bir tərzdə soruşdu: «Şiəliyin fikir və e`tiqadi əsaslarından bəhs edən bir kitab vardır? İstəyirəm bu məktəb haqqında müəyyən mə`lumat əldə edim.» Mən bu sözü eşitdikdə narahat oldum, uzun illər boyu Məkkə şəhərinin məhkəmə və qəzavət işlərini öhdəsinə alan, eyni zamanda tədrislə məşğul olan bir alimə təəssüb etdim. Mən az da olsa şiəlik tarixi, alimləri və müəllifləri, habelə şiə alimləri barədə yazılan çoxlu kitablardan ona müəyyən qədər izahatlar verdim. Sonra öz-özümə fikirləşdim ki, əgər islamın böyük bir elmi-mədəni mərkəzində fəaliyyət göstərən alimin mə`lumatı bu səviyyədədirsə və dəyərli kitablardan azacıq belə mə`lumatı yoxdursa, onda gör elmdən uzaq düşmüş savadsız və avam camaat nə vəziyyətdədir?!
    Şiəlik tarixi barəsində qısa şəkildə demək lazımdır ki, bu məktəb bir növ islamın boyuna biçilmiş bir libasdır. Başqa sözlə, şiəlik mahiyyət, məfhum və mə`na e`tibarilə islamdan başqa bir şey deyildir. Bu məktəb Rəsuli-əkrəmin (s) dövründə və vəfatından sonra O Həzrətin öz aşkar göstərişi(Rəhbərlik və xilafət məsələlərində onlara müraciət edib halal-haramı öyrənmək və bu işdə onların başqalarından üstün olması barəsində olan göstərişi nəzərdə tutulur. (M)) ilə Əhli-beytə – Peyğəmbərin ailəsinə – tabe olan yeganə məzhəbdir. Onlar sonrakı əsrlərdə də bu məktəbə, yə`ni Peyğəmbər və Əhli-beytə tabe olub İslama məhz bu nəzərdən baxan müsəlmanlardır. Şiə bu deməkdir və şiəlik də bundan qeyri bir şey deyil. Belə olan surətdə e`tiraf etmək lazımdır ki, şiəlik həmin islamdır. Onun xüsusiyyətlərindən biri də on iki İmama, Əmirəl- mö`minin Əli (əleyhissalam) və onun sair övladlarının Peyğəmbərin vəfatından bilavasitə sonrakı xilafətinə e`tiqad bəsləməkdir. Şiəliyin islamla azacıq da olsa belə fərqi yoxdur. Şiə sözündə onlarla sair müsəlmanlar arasında fərq qoyan, əsaslı bir e`tiqadı göstərən rəmz vardır. Buna əsasən şiəlik üçün heç də ayrı bir tarix axtarmaq, onların tabe olduqları məktəbin yaranması barədə qeyri-islami bir fəsil açmaq düzgün deyildir. Habelə şiəliyi islamdan, şiələri müsəlman cəmiyyətlərindən başqa yerdə axtarmaq məntiqi deyildir. Başqa sözlə desək, şiələr bütün e`tiqadi və əməli işlərdə Qur`an göstərişlərinə və Peyğəmbər sünnəsinə tabe olan Peyğəmbər yardımçılarıdır. Onlar rəhbərlik məsələsində, ilahi hökmlərin əxz olunmasında, «Yovmuddar»-da, Peyğəmbərin Təbuka getdiyi vaxtda və nəhayət vida həccindən qayıdarkən «Qədir-xum» adlı bir yerdə Peyğəmbərin özündən eşitdikləri vəsiyyətə – daha doğrusu müsəlmanlar üçün müqəddəratı və son dərəcə mühüm olan ilahi göstərişlərə – əməl edənlərdir. Onlar Peyğəmbərin vəfatından sonra heç də bə`ziləri kimi öz düzgün olmayan ictihadlarını və şəxsi rə`ylərini o həzrətin buyurduqlarından üstün sanmamış, əksinə o həzrətin səmavi göstərişlərini həyatları boyu rəhbər tutmuşlar. Be`sətin üçüncü ilində Peyğəmbərə əmr olunmuşdu ki, öz risalət vəzifəsinin aşkar icrasına başlasın və ilk növbədə öz qohum-əqrəbasını islama də`vət etsin. Buna görə də Rəsuli-əkrəm Bəni-haşimi və onların görkəmli şəxsiyyətlərini öz evinə də`vət etdi, çoxlu söhbətlərdən sonra onlara üz tutub Əli (əleyhissalam) barəsində dedi: «Həqiqətən bu mənim qardaşım, vəsim və sizin aranızdakı xəlifəmdir. Onun sözlərini eşidib əmrlərinə itaət edin.»
    Peyğəmbər (s) Təbuk səfərinin əvvəlində mə`lum səbəblərə görə Əli (əleyhissalama) buyurmuşdu: «Sən istəməzsənmi ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimi olsun? Bu fərqlə ki, məndən sonra heç bir Peyğəmbər yoxdur.»
    «Qədir-xum» hadisəsi o qədər aşkar məsələdir ki, bu barədə əlavə izaha ehtiyac yoxdur.
    Qeyd olunan hədislər və bu məzmuna malik olan digər rəvayətlər, rəhbərliyin Əli (əleyhissalama) məxsus olmasına e`tiqadlı olan, Rəsul-əkrəmin ailəsini ümmətin vacib və haramlarını bəyan etməkdə müraciət yeri kimi seçən, mühacir və ənsardan ibarət olan bir qrupun (şiələr) həqiqi məntiqidir.
    Onlar məhz bu səbəbə görə özünəməxsus yol seçmiş, Peyğəmbər vəsiyyətini kənara qoyaraq ilahi xilafəti həqiqi mehvərindən didərgin salanların ardınca getməmişlər. Buna əsasən demək lazımdır ki, İslam və şiəlik, tarixi nöqteyi-nəzərdən də eyni vaxtda başlanmışdır.
    Peyğəmbər öz nübüvvətini e`lan etdiyi zaman İmam Əli (əleyhissalam)-ın canişinlik məsələsini də camaata çatdırmışdır. O həzrət müxtəlif münasibətlərlə əlaqədar olaraq Qur`anı və öz pak Əhli-beytini bir-birindən ayırılmaz iki böyük əmanət kimi xalqa tapşırmış, bütün əsrlərdə bu iki höccətə istinad etmələrini və heç vaxt onlardan uzaqlaşmamalarını əmr etmişdir.
    ŞİƏLİK HARADAN YARANMIŞDIR?
    Qeyd olunan bu məktəbə ilk adı Peyğəmbəri-əkrəmin özü qoymuşdur. İslam təfsirçiləri nəql etmişlər ki, «Bəyyinə»(Bəyyinə” surəsi, ayə 7: "İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.” (M)) surəsinin yeddinci ayəsi nazil olduqdan sonra Həzrət Peyğəmbər (s) üzünü Əli (əlehissəlama) tutub buyurdu:
    Ey Əli, ayədəki «iman gətirib saleh əməl edənlər»-dən məqsəd sən və sənin şiələrindir ki, Qiyamət günündə Allah sizdən və siz də Allahdan razı olduğunuz halda gələcəksiniz.
    Bu hədis məzmun e`tibarilə eyni, ifadə baxımından müxtəlif ibarələrlə «Kifayətut-taliq», «Məcməuz-zəvaid» və s.. kitablarda nəql olunmuşdur ki, onların müəlliflərinin hamısı Peyğəmbəri-əkrəmin Əli (əleyhissalam)-la dost olub onu sevənləri şiə adlandırmasını təsdiq etmişlər.
    Belə olan halda demək olar ki, Peyğəmbəri-əkrəm (s) İslam dünyasında şiəliyin əsasını qoyan, bu libası islamın boynuna biçən və gətirdiyi dini bu rəmzlə tanıtdıran ilk şəxs olmuşdur.
    Şiəlik tarixi bu mətnin əsas mövzusudur ki, onun əsli iyirminci əsrin dahi mütəfəkkilərindən sayılan Seyyid Məhəmməd-baqir Sədrin vasitəsiylə ərəb dilində yazılmışdır. Ümid edirik ki, bu islam xalqları arasında mövcud olan anlaşılmazlıqları aradan qaldırmaqda, müsəlman tədqiatçıların, alim və yazıçıların şiəlik tarixi ilə tanış olmasında faydalı olsun.
    Allah-taladan islamın sədaqətli xidmətçilərindən olub fəlsəfə, iqtisadiyyat, üsul, fiqh və s. sahələrdə müxtəlif dəyərli kitablar yazan müəllifə rəhmət diləyirik.
    1974 - Payız, Qum elmiyyə hövzəsi, Cə`fər Sübhani
    MÜTƏRCİMDƏN
    Bu gün elə bir dövrdə yaşayırıq ki, e`tiqadi çarpışmalar, ideoloji bəhslər və məktəbi təzadlar hər yeri bürüyüb, anlaşılmaz və çaşqın bir hərəkat formalaşır. Say baxımından azlıq təşkil edən dinlər ciddi fəaliyyətə başlamış, müxtəlif məsləklər gün-bəgün öz e`tiqad üsullarına qol-qanad verir. Bəşər təfəkkürünü zəhərləmək yolunda gecə-gündüz heç bir şeydən çəkinmədən, yorulmadan çalışırlar. Əlbəttə, belə təsəvvür olunmasın ki, bu təzad və cəbhələşmələr ictimaiyyət tarixində təzə bir məsələdir. Yox, bu məsələ heç də müasir dövrün ərməğanı deyil və sivlizasiya tarixində çox qədim kökləri vardır. Bu «intihab» yüz illərlə öncə başlamış, öz hərəkat yolunda müxtəlif təşəkküllərə malik olmuş və bu gün də bizim cəmiyyətimizə zahirdə son dərəcə insani duyğularla, həqiqətdə isə çox məkrli misioner planı ilə hücum çəkmişdir. Biz qəflət yuxusundayıq, düşmənlər isə ayıqdır, gecə-gündüz çalışırlar. Bunun nəticəsinin nə olacağı da gün kimi aydındır.
    İslam ümməti arasında böyük bir çətinlik yaranmış, müsəlmanların və islami tərəqqinin inkişafının qarşısı alınmışdır. Daha dəqiq desək, bu problem müsəlmanların dünya ictimaiyyəti arasında yüksək şəxsiyyət qazanmasına mane olmuş, onun beynəlxalq nüfuzuna öldürücü zərbələr vurmuşdur. O bəla islam xalqları arasında yaranan daxili ixtilaf və təfriqələrdən ibarətdir. Bu qarşıdurma və təfriqələr islamın ilk əvvəllərindən yaranmışdır. Amansız düşmənlərlə ağır mübarizədə misilsiz müqavimət göstərən müsəlmanlara daxildən dost əli ilə xəyanətlər edilmişdir. Aydındır ki, bu məğlubiyyətin kökü Peyğəmbəri-əkrəmin vəfatı dövrünə qayıdır. Münasib zərbə endirmək üçün fürsət gözləyən daxili düşmənlər böyük islam rəhbərinin vəfatından sonra öz mənfur niyyətlərinin həyata keçməsi üçün münasib şərait yarandığını görüb fəaliyyətə başladı və hal-hazırdakı problemi yaratdılar. Beləliklə də islam ümməti üçün təfriqənin – iki tirəliyin başlanğıcı qoyuldu. Daxili məğlubiyyət məhz həmin yerdən başlandı. Əgər Əli (əleyhissalam)-ın ilahi dinin qorunmasında sayıqlığı, müdrikliyi olmasaydı, bu yolda lazımi fəaliyyət və canfəşanlıqlar göstrəməsəydi, hal-hazırda islamdan əsər-əlamət qalmazdı. Məkrli planlar elə tənzim olunmuşdu ki, İslam beşikdəcə boğulmalı, məhv edilməli və tarixdə təkcə onun adı qalmalıydı.
    Düşmənlər yaxşı anlamışdılar ki, Əli əleyhissalam kimi layiqli bir rəhbərin varlığı ilə onların cəmiyyətə rəyasət iddiaları gülünc görünəcəkdir. Münafiqlər başa düşmüşdülər ki, onların puç şəxsiyyətləri həzrət Əli (əleyhissalam)-ın parlaq vücud günəşinin müqabilində əriyib suya dönəcək və aradan gedəcəkdi. Buna görə də Əli (əleyhissalam)-ın xilafətdən uzaqlaşdırılması üçün əllərindən gələni əsirgəmədilər və haqqını qəsbkarlıqla mənimsədilər. O Həzrət tanınmaz qalsın deyə, hədis söylənilməsini qadağan etdilər. Əvəzində tamahkar, riyakar və ya yalançı hədis deyənlər tapıb cəmiyyət arasına buraxdılar. İslam barəsində ibtidai anlayışı olamayanlaradan yalançı, qondarma şəxsiyyətlər düzəldərək, onları hətta Peyğəmbərdən də üstün cilvələndirdilər. Bunun nəticəsində istədiklərini etdilər, Allahın hökmlərini başardıqları qədər dəyişdirdilər. İslamın yenilməz keşikçisi olan Əli (əleyhissalam)-ın, onun mə`sum övladlarının və Əhli-beyt məktəbinə mənsub olan din alimlərinin bu vaxta qədər çəkdikləri əzab-əziyyətlərin nə qədər acınacaqlı olması, müasir dövrdə də onların öz müqədəs dini vəzifələrini yerinə yetirilməsinin nə qədər ağır olması göz qabağındadır. İyirminci əsrdə həmin fitrətlər hələ də şiəlik müqabilində cəbhələşməkdədir. Müsəlmanları istismar edən bu qüvvələr çalışırlar ki, dini və məzhəbi ixtilaflar yaratmaqla islam ümmətini daxildən parçalasınlar, həqiqi islamın (yə`ni Əhli-beyt məktəbinin) namə`lum və tanınmaz qalmasına şərait yaratsınlar. Sə`y edirlər ki, Qur`anın ürəkoxşayan gözəllikləri görünməz qalsın, nəticədə heç kəs bu e`cazkarlıqlara aşiq olmasın. Bu yolda muzdur alimlər, tə`əssübkeş cahillər əl-ələ verərək haqqı Əli (əleyhissalam)-ın evindən çıxartmaq üçün çalışdılar, həmin məqsədlə fitnəkarlıq törədib töhmətlər vurdular, fəsadlar törətdilər. Hətta Allah evinin ziyarətində, həcc mövsümündə və təhlükəsiz məhəl e`lan olunan o müqəddəs məkanda Əli, onun övladları və ardıcılları ilə elə mübarizə apardılar ki, hətta yəhudilərin arasında da belə çarpışmalar olmurdu. Bu hadisələrin özü göstərir ki, onlar müəyyən yerdən qızışdırılırdı. Əks halda, əhli-sünnətin mö`təbər mənbələrində yazılıb-yayılan kitablara əsasən haqq aydınlaşmamalı, haqq yola gəlmək istəyən hər hansı bir şəxs üçün kimsənin şəxsiyyəti heç bir mahiyyət daşımamalı idi.
    İslam ümməti mümkün qədər tez bir zamanda düşməni tanımalı, istismarçı və zalım əlləri daxildən kəsməli, düşmənin məkrlə irəliləməsinə, nurun qabağını kəsməsinə imkan verməməlidir. İslam ümməti daxildə bir-birinin əleyhinə pul xərcləmək əvəzinə, öz qüvvələrini islam düşmənlərinin qarşısında səfərbər etməli, özlərinin pərakəndə vəziyyətə düşmüş cərgələrini tənzim etməlidir ki, bəlkə bundan sonra verdikləri izzətlərini, şövkət və böyüklüklərini geri qaytarsınlar.
    Mən şiəlik barəsində böyük alimlərin yazdıqları bir çox kitabları mütaliə etmişəm. Həqiqətən bu sahədə çoxlu zəhmətlər çəkilmiş və qiymətli əsərlər yadigar qoyulmuşdur. Amma kiçik olmasına baxmayaraq, bir dünya sözü olan bu təqdirəlayiq kitabda mətləblər və həzrət Əli (əleyhissalam)-ın Peyğəmbərdən sonra xilafətini sadə yolla isbat edən mühüm məqamlar gördüm. Bu kitabda mövcud olan istidlal və isbat təzə üslubda gətirilmişdir və demək olar ki, müəllifin ixtirası, özünəməxsus metodu olmasını çatdırır. Onun oxuculara yetirmək istədiyi mətləblər heç bir çətinlik olmadan insanın qəlbinə yatır. Xüsusilə, xilafət bəhsi elə dəqiq tənzim edilmişdir ki, oxucular istər-istəməz haqqı qəbul etməli olurlar. Bu risalə əvvəldə «Tarixul-İmamiyyə və əslafihim» kitabına müqəddimə kimi yazılmışdır. Onun müəllifi Bağdad universitetinin professoru doktor Əbdüllah Fəyyaz idi. Bu müqəddimə geniş oxucu kütləsinin marağına səbəb olduğu üçün, sonradan ayrıca kitab şəklində çap olundu. Burada qısa da olsa, əsərin müəllifi barəsində mə`lumat verməyi lazım görürük. Çünki o, bizim çəmiyyətimizdə hələ də tanınmaz qalan şəxsiyyətlərdəndir. Baxmayaraq ki, onun əsərləri bə`zi dillərə tərcümə edilib və kitabları bir çox mərkəzlərdə tədris olunur. Ayətullah Seyyid Məhəmməd Baqir-Sədr, Nəcəfi-əşrəf elmiyyə hövzəsinin böyük şəxsiyyətlərindən biri idi. Üsul və fiqh elmlərində yeni metodlarla tədqiqat aparmış, zaman-şərait baxımından şəriət məsələlərinin müasir tətbiqində misilsiz məharətlər göstərmişdir. Müəllif ictimaiyyət, fəlsəfə, iqtisadiyyat və digər sahələrdə də qiymətli kitablar yazmış, islam dünyasına həyati əhəmiyyəti olan töhfələr təqdim etmişdir. Onun kitablarının əksəriyyəti həm dini mərkəzlərdə, həm də dünyəvi elmlər tədris olunan elm ocaqlarında müsbət qarşılanmış və hal-hazırda da geniş şəkildə istifadə edilməkdədir. Müəllifin əldə mövcud olan kitabları aşağıdakılardan ibarətdir:
    1-«Ğayətul-fikri fi elmil-üsul»;
    2-«Əlməalimul-cədidətu fil-üsul»; Bu kitab üsuli-fiqh elminin tam bir mərhələsini əhatə edir.
    3-«Bühusun fişərhi ürvətul-vüsqa»;
    Bu kitab da öz növbəsində bir mərhələ istidlali isbatlı fiqhdən ibarətdir ki, müəllifin xaric dərslərinin tənzim olunmuş formasıdır. İndiyə qədər onun yalnız üç cildi çap olunmuşdur.
    4-«Fəlsəfətuna»; Bu kitabda Marksist fəlsəfi, elmi kommunizm və materializm islam fəlsəfəsi nöqteyi-nəzərindən araşdırılmış, elmi cəhətdən çox yüksək şəkildə şərh və tənqid edilmişdir.
    5-«İqtisaduna»; Bu kitab iki hissədən ibarətdir: Birinci hissədə kapitalizm və sosializm ideologiyasına hakim kəsilən iqtisadiyyat elmi cəhətdən şərh və tənqid olunub, ikinci hissədə isə islam iqtisadiyyatı aydınlaşdırılıb. İndiyə qədər bu kitab da on minlərlə tirajda çap olunmuşdur.
    6-«Əl-bənkul ərbəviyyu fi islam»; Müəllif bu kitabı Küveytin vizarət vəqfliyinin xahişi ilə yazmışdır. Kitabda bank məsələləri araşdırılmış, faizsiz bank sisteminin təşkili və idarəçiliyi aydınlaşdırılmışdır.
    7-«Əl-üsəsül məntiqiyyəti lil istiqra»;
    Bu kitab əqli elmlər üzrə mütəxəssislər üçün nəzərdə tutulmuşdur və müəllifin axırıncı əsəridir. Kitabda məntiqin əsasları və təbii elmlərin metodları araşdırılmış, dəqiq və humanitar elmlərlə Allahın varlığı isbat olunmuş və həmin elmlərlə bu əqidənin bağlılıqları aydınlaşdırılmışdır. Ayətullah Sədr qeyd olunan kitablardan əlavə bir çox əsərləri, o cümlədən «Əl-insanul-müasir vəl muşkilatul iqtisadiyyə`, «Fədəkun fit-tarix» və s. kitablar yazıb yadigar qoymuşdur.
    Qeyd etmək lazımdır ki, müəllif əqli elmlərdə, xüsusilə məntiq və fəlsəfədə yüksək mütəxəssis idi. Bunlardan əlavə psixologiya, sosiologiya və bu kimi digər humanitar sahələrdə yüksək mütəxəssis idi və islamın nöqteyi-nəzərinin bu elmələrlə dəqiq şəkildə tətbiq etmişdi. O müsəlmanların sosial problemləri ilə, onların müasir vəziyyəti ilə dərindən maraqlanmış, islam xalqlarının pərakəndə və acınacaqlı vəziyyətindən dərin tə`əssüf hissi keçirmişdir.
    Pərvərdigara, bizə paklıq və səfa, elm və hikmət, qüdrət və şüsaət inayət et, bizim tə`lim-tərbiyəmizdə çalışan şəxslərin mükafatını özün əta et! Vəssəlamu əla mənit-təbə`əl huda!
    Qum - Seyyid Məhdi Ayətullahi
    MÜƏLLİFİN MÜQƏDDİMƏSİ
    Son zamanlar müasir yazıçılardan bə`ziləri öz araşdırmalarında şiəliyi İslam cəmiyyətində sonradan yaranan bir məzhəb kimi təqdim edirlər. Onlar belə təsəvvür edirlər ki, bu məktəb zamanın keçməsi ilə müəyyən hadisələr nəticəsində müsəlmanlar arasında formalaşmış, müstəqil məzhəb şəklinə düşmüş və daha sonra tədrisən inkişaf edərək genişlənmişdir.
    Şiəliyi belə təhlil edən nəzər sahibləri onun yaranma səbəbləri barəsində müxtəlif dəstələrə ayrılırlar.
    Onlardan bir qrupu belə təsəvvür edirlər ki, bu məzhəbin bünövrəsini qoyanlardan biri Əbdullah ibni Səbadır.(Əbdüllah ibni Səba haqqında daha geniş və dəqiq mə`lumat almaq üçün Əllamə Seyyid Mürtəza Əsgərinin eyni adlı kitabına müraciət edə bilərəiniz. (M))
    Bu şəxs tarix boyu əfsanəvi bir şəxs kimi tanınmışdır.
    Bə`ziləri şiəliyi həzrət Əli (əleyhissalam)-ın zahiri xilafət dövrü(36-40-cı hicri illər) ilə əlaqələndirirlər. Bu fikrə əsasən o dövrdə yaranmış ictimai siyasi şərait şiəliyin meydana gəlməsinin əsas amilidir. Qeyd etmək lazımdır ki, islamın ilk çağlarında şiəlik çox geniş yayılmadığından onun üzvləri yalnız bir neçə nəfər idi. Ona görə də bə`ziləri bu məktbin köklərini sonrakı dövrlərdə axtarırlar O dövrdə şiələrin sayının az olması onlarda belə təsəvvür yaradıb ki, islam cəmiyyəti qayda üzrə qeyri-şiə olmalıdır və məhdud sayda olan bu əqidə ardıcılları da istisna xarakteri daşıyır.
    Şübhəsiz, hər hansı bir qrupun əksəriyyət təşkil etməsi onun həqiqət olmasına, həmçinin hər hansı bir dəstənin nisbi azlığı məktəbin qeri-həqiqi olmasına dəlalət etməz. Bə`zilərinin əsaslandığı bu puç məntiq və yalnış təsəvvür heç bir elmi anlayışı isbat etmir. Bu barədə əqidəvi yöndən bəhs etmək düzgün deyildir. Mə`lum olduğu kimi, adətən hər hansı bir məktəb və əqidənin ardıcılları zaman keçdikcə müxtəlif dəstələrə bölünürlər. Halbuki onlardan yalnız bir dəstəsi həqiqi məktəblə uyğun gəlir və adət üzrə bu firqənin üzvləri sair qrupların tərəfdarları ilə müqayisədə azlıq təşkil edir. Belə tədqiqatçıların öz araşdırmalarını sırf şiəlik istilahi üzərində qurmaları və bu istilahın məxsus bir dəstəyə ad qoyulmasına nəzər yetirməklə öz bəhslərini davam etdirmələri düzgün deyildir. Çünki hər hansı bir ad və ya istilahın yaranması bir məktəbin tarixi kökləri ilə uyğun gəlməyə bilər.
    Bə`zi hallarda bu terminlərin (şiə, şiəlik) böyük islam rəhbərinin dövründə, yaxud onun vəfatından sonra məşhur olmadığını görürüksə, heç bir vəchlə iddia edə bilmərik ki, o zaman bu əqidənin kökü həmin cəmiyyətdə mövcud deyilmiş. Biz şiə və şiəlik mövzusunu məhz həmin cəhətdən araşdıracağıq. Bununla da aşağıda qeyd edəcəyimiz iki sualın cavabı aydınlaşacaq.
    1-Şiəlik necə meydana gəlmişdir?
    2-Şiələr necə yaranmışdır?
    Category: Şiəlik necə yaranmışdır? | Added by: Islam_Kitabxanasi
    Views: 1136 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024