İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Saxta hədislərin yaranmasi

    Saxta hədislərin yaranmasi
    2012-01-12, 5:33 PM
    33-cü hədis
    Sədəqə verməyin savabı haqqında uydurulmuş bir hədis
    Bu hədisi Müslüm Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir:
    "Günlərin biri səhra ilə yol gedən bir şəxs birdən buludların arasından belə bir səs eşidir: "Filan kəsin bağına tərəf hərəkət et və oranı suvar.” Buludlar özlərində olan suyun hamısını həmən bağa yağdırdı.
    Bir qədər getdikdən sonra yol kənarındakı bağda işləyən bir nəfəri görüb ona tərəf yaxınlaşdı və ondan adını soruşdu: Ey Allah bəndəsi, adın nədir? "Filan kəs” deyərək cavab verdi. (Bu, buludlar arasından eşitdiyi həmən ad idi) və o da onun adını nə üçün soruşduğunu istədi. Dedi: Bir qədər əvvəl yol ilə gedərkən buludlar arasından bu sözləri eşitdim: Filan kəsin bağına tərəf hərəkət et və oranı suvar”. Buludlar da sənin bağına tərəf hərəkət etmiş və gördüyün kimi yalnız buranı suvarmışdır. Eşitdiyim ad da sənin adın idi. İndi nə etmək fikrindəsən? Dedi: İndi ki, belədir, mən bağdan götürəcəyim məhsulun üçdə birini Sədəqə verərəm.(Səhihi-Müslüm”, 2-ci cild, səh.533 yoxsullara Sədəqə fəsli.”)
    Əbu Hüreyrənin nəql etdiyi bu cərəyan ilə nə insan fitrətinin, nə də təbii qanunların heç bir əlaqəsi yoxdur. Amma nədənsə Sədəqə verməyin savabını (əhəmiyyətini) bəyan etmək üçün qeyri-adi prosesi adi hala çevirmiş və həmişə olduğu kimi hədisə həqiqət donu geydirmək üçün onu Peyğəmbər(s)-in dilindən nəql etmişdir.
    34-cü hədis
    Əhdə vəfa haqqında nəql edilmiş başqa bir dastan
    Bu hədisi Buxari Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir:
    "Bəni İsraildən olan bir nəfər min dinar borc pul axtarırdı. Bir qədər soraqlaşdıqdan sonra bu məbləğ pulun kimdə ola biləcəyini ona xəbər verdilər. Onun yanına gedib istədiyi miqdar pulu borc alır. Pul sahibi zamin istədikdə dedi: (Allahın zamin olması yetər). Beləliklə onlar razılaşıb bir-birlərindən ayrılırlar. Borcun qaytarılma vaxtı gəlib çatdıqda dəniz kənarına gəlib, pul sahibi başqa bir məmləkətdə yaşadığından onun yanına getmək üçün gəmi axtarır. Amma həmin gün bir dənə də olsun gəmi tapa bilməyir. Çarəsiz qalıb yerdən bir taxta parçası tapır, içini ovub pulları məktubla birlikdə taxtanın içinə qoyur və ağzını möhkəm bağlayıb dənizə atır. Sonra deyir: "İlahi! O məndən zamin istədi, mən də Səni ən etibarlı zamin bilib "Allahın zamin olması yetər” dedim. İndi mən onu Sənə tapşırıram.” Bunu deyib əlindəki taxta parçasını suya atır.
    Elə həmən gün pul sahibi (öz məmləkətində) dəniz sahilinə gəlir və borc verdiyi yəhudini gözləməyə başlayır. Amma həmən gün sahilə bir dənə də olsun gəmi yaxınlaşmayır. Birdən suda bir taxta parçası görüb evinə aparır. Taxtanı yardıqda içində borc verdiyi pulları və bir məktub görür.( "Səhihi-Buxari”, 2-ci cild, səh.26, "Borc verməkdə zəmanət” fəsli.)
    Hansı şəriət və hansı əql insana icazə verə bilər ki, min dinar pulu (sahibinə çatmaq üçün) dənizə atsın?! Taxta sahilə çatmasaydı necə? Deməli, həmən şəxs ömrünün sonunadək borclu qalmalı və pul sahibinin haqqını qaytarmamış olardı. Bəni İsraildən olan bir sadəlövh şəxs belə bir iş görsəydi belə, Peyğəmbər (s) bu əhvalatı kimsəyə danışmazdı və əgər danışsaydı belə, müqabilində məntiqə əsaslanan bir dəlil gətiməli idi ki, məbada müsəlmanlar özlərini çətin vəziyyətə salıb, başqalarından asılı hala salmasınlar.
    Deməli, belə bir hadisə baş vermiş olsaydı belə Peyğəmbər (s) onu müsəlmanlar üçün geniş surətdə izah edərdi və digər tərəfdən, bu işin Peyğəmbər (s) tərəfindən yerinə yetirilməsi qeyri-mümkün və məhaldır. Amma Əbu Hüreyrə üçün belə bir dastan nəql etmək bir o qədər də çətin olmamışdır. Çünki, onu yalnız bir şey maraqlandırırdı: mümkün qədər çox müştəri yığıb bu yol ilə var-dövlət sahibi olmaq. Əbu Hüreyrə həmişə olduğu kimi bu hədisi də Peyğəmbər(s)-in dilindən nəql etmişdi, bunun da səbəbi artıq hamıya məlumdur.
    35-ci hədis
    İlahi nemətlərə edilən şükr və küfr haqqında nəql edilmiş rəvayət
    Bu hədisi Buxari("Səhihi-Buxari”, 2-ci cild, səh.170, "Məxluqatın yaradılışı” fəsli, "İsrail oğulları haqqında deyilmiş dastanlar” babı.)Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir: Bəni İsrail övladlarından olan üç nəfər dəri, tük tökmə xəstəliklərinə və korluğa düçar olur. Allah-təala onları sınaqdan keçirmək üçün mələklərdən birini dəri xəstəliyinə tutulmuş şəxsin yanına göndərir. Mələk ondan soruşur: Ən çox sevdiyin şey nədir?
    Cavab verir: Gözəl bir rəng və sağlam dəri.
    Mələk onun bədəninə sığal çəkir və həmən anda onda olan xəstəlik dəf olur və dərisi gözəl bir rəng alır. Sonra mələk ondan soruşur: Hansı heyvanı daha çox xoşlayırsan?
    Cavab verir: Dəvəni.
    Mələk ona on aylıq bir dəvə verib bərəkətli olması üçün xeyir-dua etdi. Sonra tük tökmək (keçəl) xəstəliyinə düçar olmuş şəxsin yanına gəlib soruşdu: Ən çox sevdiyin şey nədir?
    Cavab verir: İstəyirəm mənim də hamı kimi sağlam tüküm olsun və insanlar məndən uzaq gəzməsin.
    Mələk ona sağlam tük verib yenə soruşdu: Hansı heyvanı daha çox xoşlayırsan?
    Cavab verir: İnəyi.
    Mələk ona bir inək verib bərəkətli olması üçün xeyir-dua etdi. Nəhayət üçüncü (kor) şəxsin yanına gəlib soruşur: Ən çox sevdiyin şey nədir?
    Cavab verir: İki sağlam gözdən mənim üçün daha yaxşı nə ola bilər?! Allahdan gözlərimə nur verməsini istəyirəm ki, insanlar ilə ünsiyyətdə olub onlar kimi xoş həyat tərzi keçirim.
    Mələk onun gözlərinə sığal çəkdi. Sonra ondan soruşdu: Hansı heyvanı daha çox xoşlayırsan?
    Cavab verir: Qoyunu.
    Allah-təala onun bu arzusunu da yerinə yetirib ona dişi bir qoyun əta edir.
    Onlar öz heyvanlarını çoxaldıb var-dövlət sahibi olurlar.
    Günlərin biri mələk özünü dəri xəstəliyinə tutulmuş bir hala salıb, bir zamanlar bu xəstəlikdən əziyyət çəkən şəxsin yanına gəlir. Ona yardım etməsini istəyir və yoxsul olduğundan şikayətlənərək deyir: Mən yoxsul bir adamam, bütün ümid qapıları üzümə bağlanmışdır. Yolda qalmışam, indi mənim dadıma yalnız Allah və sonra da sən yetişə bilərsən. And verirəm sənə gözəl dəri əta edən Allaha! Dəvələrindən birini mənə ver ki, yolumu davam edə bilim.
    Dedi: Bəli, boynumda böyük haqq vardır.
    Mələk dedi: Sanki mən səni tanıyıram. Sən əvvəllər yoxsul olub insanların köməyindən məhrum olan şəxs deyilsənmi?
    Dedi: Xeyr! Gördüyün bu var-dövlət mənə ata-babalarımdan qalmışdır.
    Mələk dedi: Bax, sənə deyirəm! Yalan desən, Allah səni əvvəlki vəziyyətinə qaytarsın!
    Sonra özünü keçəl halına salıb bir zamanlar bu xəstəliyə düçar olmuş və sonralar şəfa tapmış şəxsin yanına gəlir, dəvə sahibinə dediyi sözləri onun yanında da təkrar edir. Mələk ondan da həmən sözləri eşidir və həmən duanı onun üçün də təkrar edir. Üçüncü dəfə özünü korluğa vurub bir zamanlar dünya nurundan məhrum olmuş və sonralar Allahın lütfü ilə gözləri açılmış şəxsin yanına gəlib deyir: Mən bütün var-dövlətimi itirmiş yoxsul bir Allah bəndəsiyəm. İndi səni, gözlərinə nur vermiş və dünya zülmətindən nicat verən Allaha and verirəm, qoyunlarından birini mənə ver ki, qarşıda olan uzaq yolu qət edə bilim.
    Dedi: Bəli! Mən kor ikən Allah mənə görən gözlər verdi və yoxsul ikən var-dövlət sahibi etdi, istədiyin qədər bu var-dövlətdən götür. Səndən Allaha xatir heç bir şey istəmirəm.
    Mələk onun bu sözlərini eşidib dedi: Bil ki, Allah səni imtahan edirdi və sən bu imtahandan üzü ağ çıxdın, digər iki nəfər isə Allahın qəzəbinə gələrək sahib olduqları bütün var-dövlətdən məhrum olacaqlar.
    Bu hədis Əbu Hüreyrənin ən sevimli və çox nəql etdiyi hədislərdən biri idi. "İlahi nemətlərə şükr etmək və küfrdən uzaq olmaq” Əbu Hüreyrənin uydurduğu hədislərin (mövzu baxımından) mühüm hissəsini təşkil edir.
    Görünür, onun müsəlmanlar üçün ürəyi çox yanırmış, odur ki, bu mövzuda hədis nəql etməyi özünə şəri vəzifə bilmişdir.
    36-cı hədis
    Zülmkarlar haqqında nəql edilmiş dastan
    Bu hədisi Müslüm və Buxari Əbu Hüreyrəyə istinad edərək Peyğəmbər(s)-dən nəql etmişlər.(Səhihi-Müslüm” və "Səhihi-Buxari”yə şərh verən nəzər sahibləri Ayişənin Əbu Hüreyrəyə tutduğu bu iradı öz kitablarında dərc etmişlər. "İrşadus-sari”, 7-ci cild, səh.86.)Hədisdə deyilir:
    "Bir qadın pişiyi kiçik həyət heyvanlarını yeməsin deyə tutub qıçlarını iplə bağlayır və bir neçə gün ac-susuz saxlayır. Bu səbəbdən də Allah-təala onu cəhənnəm odu ilə cəzalandırır.”
    Ayişə Əbu Hüreyrənin nəql etdiyi bu hədisi qəti şəkildə rədd edərək deyir: "Mömin, Allah dərgahında hörmət və ehtiram sahiblərindən olar və Allah onlara bir pişiyə görə cəhənnəm odu ilə əzab verməz. Əgər Peyğəmbər(s)-dən hədis nəql edirsənsə bax gör nə deyirsən!!”
    Bu da Əbu Hüreyrənin "zülmkarlar” haqqında uydurduğu başqa bir hədis.
    37-ci hədis
    Mehr-məhəbbət haqqında nəql edilmiş beşinci dastan
    Bu hədisi Buxari və Müslüm(Səhihi-Buxari”, 2-ci cild, səh.150) Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etmişdir. Hədisdə deyilir:
    "Zinakar və əxlaqsız bir qadın su quyusunun yanından keçərək susuzluqdan can verən bir it görür. Ayaqqabısını quyuya sallayıb, su çıxardaraq itə verir. Allah-təala da o qadının bütün günahlarını bu xeyirli əməlinə görə bağışladı.”
    38-ci hədis
    Eyni mövzuda nəql edilmiş başqa bir rəvayət
    Bu hədisi Buxari və Müslüm Əbu Hüreyrədən və o da Peyğəmbər (s)-dən nəql etmişlər. Hədisdə deyilir: "Susuzluqdan əziyyət çəkən bir şəxs yol kənarında su quyusuna rast gəlir. Su içib doyduqdan sonra yolunu davam edir. Birdən susuzluqdan torpaq yeyən və ölüm ayağında olan bir itə rast gəlir. Ayaqqabısını quyuya atıb, it üçün su çıxarır. Allah-təala da bu xeyirli işə görə onun bütün günahlarını bağışlayır.”("Səhihi-Buxari”, 4-cü cild, səh.36 "Kitabul-adab”; həmçinin 2-ci cild, səh.35, "Kitabul-Musaqat.”)
    39-cu hədis
    Həris və əmrə itaət etməyən şəxslərin bağışlanması
    Müslüm Müəmmərdən nəql etdiyi hədisdə deyir:
    Bir gün Zühərini gördüm, onunla bir qədər söhbət etdikdən sonra dedi: Gəl, sənə maraqlı bir hədis nəql edim:(Zühərinin bu hədisi maraqlı adlandırmaqda həqiqətən də haqqı vardır. Çünki bütün nəzər sahibləri bu hədisi eşitdikdən sonra heyrətə gəlmişlər.)
    Həmid ibni Əbdürrəhman Əbu Hüreyrədən və o da Həzrəti Peyğəmbər (s)-dən nəql etdiyi hədisdə deyilir: Bütün həyatı boyu günah işlər görmüş, zülm etməkdə həddini aşmış bir şəxs ölüm ayağında oğul-uşağını başına yığıb deyir:
    "Mən öldükdən sonra cəSədimi yandırın və külümü suya (dənizə və ya çaya) atın. And olsun Allaha, əgər O məni tapsa,(Diqqət yetirin! Buradan belə məlum olur ki, həmən şəxsin Allaha imanı olmamışdır. Çünki "miada” (öldükdən sonra dirilmək) etiqadı olan şəxsin bu sözləri deməsi qeyri-mümkündür.) məni kimsəni cəzalandırmadığı bir əzaba düçar edəcəkdir.”
    Həmən şəxs ölür və övladları onun vəsiyyətini yerinə yetirirlər. Allah-təala yerə əmr edir: "Sənə daxil olan hər bir şeyi geri qaytar!” Bir anın içində həmən şəxs yenidən dirilib camaat arasında oldu. Sonra Allah-təala ona belə xitab etdi: Səni bu işi görməyə vadar edən nədir?
    Dedi: Səndən olan qorxu, ey Rəbbim!
    Allah-təala onun bu sözlərinə görə bütün günahlarını bağışladı.
    Zühəri Həmid ibni Əbdürrəhmandan, o da Əbu Hüreyrədən və o da Peyğəmbər(s)-dən nəql etdiyi hədisdə deyir: "Zinakar və əxlaqsız bir qadın kiçik həyət heyvanlarını yediyi üçün pişiyin ayaqlarını iplə bağlayıb bir otağa saldı və bir neçə gün onu ac-susuz saxladı. Allah-təala onu bu zülmünə görə cəhənnəm oduna atdı.”( 
    "Səhihi-Müslüm”, 2-ci cild, səh.444, "Allahın rəhməti qəzəbindən daha çoxdur” fəsli.  
    )
    Bir pişiyi (bağlayıb) ac-susuz saxlayan qadını cəhənnəm oduna atan Allah ömrü boyu günah işlər görmüş zülmkar bir şəxsi iqrar etdiyi bir kəlməyə görə bağışlayarmı?
    Ayişə bu barədə deyir: "Allah günahsız bir qadını cəhənnəm oduna atmaz və əgər atarsa bu iş onun imansız olduğundan irəli gəlir.”
    Bu şəxs isə göründüyü kimi Allaha iman gətirməmişdi və qiyamət gününə etiqadı olmamışdır. O belə zənn etmişdir ki, yandıqdan sonra məhv olub gedəcək və Allah dərgahına bir daha qayıtmayacaqdır. Allah hər şeyə qadir, qüdrət və hakimiyyəti bütün məxluqata şamildir. Amma bununla belə o belə bir faydasız vəsiyyət edir. Deməli, o, Allah-təalanın rəhmətindən məyus olmuş və Onun izzət və cəlalını inkar edən inadkar bir kafir olmuşdur. Belə bir kafirin bağışlanması isə bütün nəzər sahiblərinin fikir və əqidəsi ilə tamamilə ziddiyyət təşkil edir.
    İnsan gördüyü pis işlər üçün tövbə etməli, bir an olsun belə Allahın rəhmətindən məyus və ümidsiz omamalıdır. Çünki, Qurani kərim bu haqda biz müsəlmanlara bu əmri vermişdir:
    "Allahın mərhəmətindən ümidinizi kəsməyin; Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər”(Yusif” surəsi, ayə:87.)
    Fərz edək ki, bu zülmkar və imansız şəxs belə bir vəsiyyət etmiş və övladları da onun vəsiyyətini yerinə yetirmişlər, Allah-təala da onun etiraf etdiyi işə görə bütün günahlarını bağışlamışdır. Bəs Peyğəmbər (s) necə, belə bir şəkk və anlaşılmazlıqla dolu olan hədisi müsəlmanlara izah (şərh) etmədən nəql edə bilərdimi?
    Günahkarlar necə, bu hədisə istinad edərək öz fitnə-fəsadlarını artırmazlarmı?
    40-cı hədis
    Bir şəxs tövbə etdikdən sonra yenidən günah iş görür və bu işi bir neçə dəfə təkrar edir Allah-təala ona belə xitab edir: "Ey bəndəm! İstədiyin hər bir işi gör, sən bağışlanmısan!”
    Əbu Hüreyrə deyir: "Günah iş görmüş bir Allah bəndəsi peşman olub tövbə edir və Allahdan bağışlanmasını diləyir: "İlahi! Günah iş gördüm, özün məni bağışla.” Allah-təala tərəfindən ona xitab olunur: "Günah et!” Başa düşür ki, Allah ya onun günahlarını bağışlamış, ya da onu tənbih edir. Yenidən günah iş görür və yenə Allahdan bağışlanmasını istəyir: "İlahi! Günah iş gördüm, özün keç günahımdan.” Yenə Allah tərəfindən ona xitab gəlir: "Ey bəndəm! Günah et.” Bu dəfə o artıq yəqin edir ki, onu həm bağışlayan, həm də əzab verən Allah vardır. Üçüncü dəfə günah iş görüb həmən duanı edir. Bu dəfə də Allah-təala tərəfindən ona xitab olunur. "Ey bəndəm! Günah et!” Bu dəfə o özündə yəqinlik hasil edir ki, insanı həm cəzalandıran, həm də mükafatlandıran Allah vardır. Axırda belə bir nəticəyə gəlir ki, günahı nə qədər çox olsa Allah onu yenə bağışlayacaqdır.”("Səhihi-Müslüm”, 2-ci cild, səh.445 "Kitabut-Tövb.”)
    Əbu Hüreyrə bu hədisi nəql etməklə Allahın bəndələrinə olan rəhmət və mərhəmətini isbat etməyə çalışmışdır, halbuki, buna heç bir ehtiyac yoxdur. Çünki bu məsələ islamın zühur etdiyi elə ilk günlərdən Quran, hədis, əql və nəql vasitəsi ilə bizim üçün sübut olunmuş və bu haqda yüzlərlə elmi əsər təlif edilmişdir.
    Digər tərəfdən isə hamıya məlumdur ki, "rəhmət” (Allah-təalanın bəndələrinə olan rəhməti) tək islam dininin deyil, o cümlədən digər dinlərin də əsasını təşkil edir.
    O ki, qaldı günahkar insanlara (günahdan çəkinməyənlərə), onlar Allah-təalanın rəhmət dərgahından məhrum olarlar. Belə ki, Qurani kərimin "HaqqƏ surəsində("Haqqə surəsi, 44-47-ci ayələr) bu haqda deyilir:
    "Əgər o (Peyğəmbər) özündən bəzi sözləri uydurub Bizə istinad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz.”
    Allaha hamıdan yaxın olan peyğəmbərlər və arif insanlar daim günah işlərdən həzər etdikləri bir halda, bu şəxs hansı qeyri-adi xüsusiyyətlərə malik olmuşdur ki, hər nə günah iş görmüşsə də Allah ona "Ey bəndəm, günah et” demiş və o da tövbəsini dəfələrlə sındırmaqla günahda israr etmişdir?
    Bəli! Əbu Hüreyrənin bu məzmunda uydurduğu hədis istənilən qədərdir. O başqa bir yerdə Peyğəmbər(s)-dən belə bir hədis nəql edir: "Mələkul-Movt (Həzrəti Əzrayıl) (can almaq üçün) ölüm ayağında olan bir şəxsin yanına gəlir. Onun heç bir xeyirli əməl sahibi olmadığını görüb qəlbini yarır, amma bir şey tapmayır. Məcbur olub ağzını aralayır və dilinin bir tərəfində "la ilahə illəllah” kəlməsini görür.
    Həmən şəxs elə bu səbəbdən də Allah-təalanın rəhmət dərgahına qovuşur.”(Tarixi-Bağdad”, 9-cu cild, səh.125 Səd ibni Həmidin şərhi-halı.)
    Əbu Hüreyrənin Peyğəmbərlər haqqında uydurduğu digər hədislər:
    1-”İqamə deyilib səflər düzüldü. Peyğəmbər (s) namaz üçün mehrabından çıxdığı zaman yadına düşür ki, cünub halındadır.("Səhihi-Buxari”, 1-ci cild, səh.41 "Cünub yadına düşmüşsə çölə çıxmalı və təyəmmümə də ehtiyacı olmamalı idi” babı.)
    Pak və məsum Peyğəmbərimiz (s) bu sözləri buyurur: "Dəstəmaz üzərindən yenidən dəstəmaz almaq nura nur verən başqa bir nurdur.”
    Bütün İlahi peyğəmbərlər Əbu Hüreyrənin uydurduğu bu iftiralardan pak və münəzzəhdirlər. Onların davamçıları olan əməli saleh möminlər və ariflər də həmçinin. Bu xüsusiyyətləri isə Əbu Hüreyrə yaxşı olardı ki, özündə və özünün timsalında olan şəxslərdə axtaraydı.
    Həzrəti Məhəmmədin bütün peyğəmbərlərdən üstünlüyünü qadağan edən uydurma hədislər:
    2-”Həzrəti Məhəmməd (s) Yunis ibni Mətadan (Yunis ibni Məta-həmin Yunis peyğəmbərdir) üstün və əfzəldir-demək yalan və iftiradır.”(Səhihi-Buxari”, 2-ci cild, səh. "xüsumat” fəsli.)
    Peyğəmbərlərin sonuncusu Həzrəti Məhəmməd(s)-in bütün peyğəmbərlərdən üstün və şərəfli olması hamıya məlumdur. İslam dininin zəruri hesab etdiyi bu məsələni sübuta yetirmək üçün əldə istənilən qədər sənəd və rəvayət vardır. Əbu Hüreyrənin nəql etdiyi bu əsassız hədisləri isə yalnız özü kimi sadəlövh və nadan insanlar qəbul edər.
    3-”Heç bir insanın dünyada gördüyü xeyirli işlər onun cənnətə daxil olmasına səbəb olmayır. Ondan soruşduqda: "Sizin əməlləri-nizdəmi?” "Bəli! Mənim əməllərim də-deyərək cavab vermişdir.”("Səhihi-Buxari”, 4-cü cild, səh.6, "Kitabul-Mərza”, "Xəstənin ölüm arzulaması” fəsli.)
    Amma Qurani kərim bu haqda bizə tam başqa bir məlumat verir:
    "Mömin olub axirəti istəyən və onun uğrunda çalışanların zəhməti (Allah dərgahında) qəbul olunur.”("İsra” surəsi, ayə:19)
    4-”Çobanlardan savayı kimsə Allah tərəfindən peyğəmbərliyə göndərilməmişdir.”
    5-”Həzrəti İbrahim yetmiş yaşında dülgər baltası ilə xətnə (sünnət) edilmişdir.”( 
    "Səhihi-Buxari”, 4-cü cild, səh.65 "İl-İsti”zan” kitabının sonu Əl-Xitan fəsli.  
    )
    6-”İsa ibni Məryəm (ə) oğrunu iş başında tutub deyir: "Oğurluq edirsənmi?” Oğru deyir: "And olsun o bir olan Allaha ki, oğurluq etmirəm!” İsa (ə) onun dediyinə inanır və özünün səhvə yol verdiyini başa düşür.”(Səhihi Buxari”, "Məryəm” surəsi, 167-ci ayəsinin şərhi)
    7-Allah insanı xəql etdiyi zaman əli ilə onun kürəyinə sığal çəkdi. O andan qiyamət gününə qədər dünyaya gələcək insanlar insanın belindəki zərrəciklərdən vücuda gələcəkdir. Sonra bütün insanların iki gözünün ortasında nur yerləşdirdi və onları Adəm(ə)-a təqdim etdi. Adəm (ə) Allah-təaladan soruşdu: İlahi, bunlar nədir?
    Ona belə bir nida gəldi: "Onlar səndən törəyəcək nəsillərdir.” öz nuru ilə hamıdan fərqlənən bir şəxs Adəm(ə)-ı heyrətə saldı və Allah-təala tərəfindən nida gəldi: "O sənin oğlun Davuddur.” Adəm (ə) soruşdu: "İlahi! O bu dünyada neçə il yaşayacaqdır?”
    Allah-təala tərəfindən nida gəldi: "Altmış il, ya Adəm!” Adəm (ə) dedi: "Ya Rəbbim! Mənim ömrümdən qırx il əksildib onun ömrünə əlavə et ki, yüz il yaşaya bilsin.” Allah-təala tərəfindən nida gəldi: "(Sənin istədiyin şey) elə indicə yazılıb və heç zaman əvəz edilməyəcəkdir. Adəm(ə)-ın ömrü sona çatdıqda Həzrəti Mələkul-Movt (Əzrail(ə)) ruhunu bədənindən ayırmağa gəlir. Adəm (ə) təəccüblə ondan soruşur: "Məgər mənim ömrümdən hələ qırx il qalmayıbmı?” Mələk cavab verir: "Sən ki, onu övladın Davud(ə)-a bəxş etdin!” (Bunu eşitdikdən sonra) Adəm (ə) və onun övladları hər şeyi inkar etdi.(Hakim, "Əl-Müstədrək”, 2-ci cild, səh.325, "Əraf” surəsi, ayə:172 "Ey Peyğəmbər! Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən gələcək nəsilləri çıxardı” ayəsinin təfsiri.)
    Başqa bir hədisdə peyğəmbərlərin Şəninə xas olmayan xüsusiyyətlər zikr etmişdir. Məsələn, Adəm (ə) və Musa(ə)-ı cəbri* və qədəri* kimi qələmə vermiş və onlar arasında baş vermiş mübahisənin Adəm(ə)-ın xeyrinə sona çatdığını isbat etməyə çalışmışdır.("Səhihi-Buxari”, 2-ci cild, səh 163 "Məxluqatın yaradılışı”, Musa əleyhissəlamın vəfatı fəsli.)
    Qeyd etdiyimiz kimi Əbu Hüreyrə tərəfindən bu məzmunda nəql edilmiş hədislər istənilən qədərdir. Lakin biz bu bölümdə yalnız onlardan ikisinə işarə edirik.
    1-(Əbu Hüreyrə deyir:) Əla ibni Həzrəmi və mən min nəfərlik bir dəstə ilə Bəhreynə gedirdik. Yolda qarşımıza kimsənin keçə bilmədiyi bir gölməçə çıxdı. Əla atın yüyənindən yapışıb, suya tərəf getdi. Onu müşahidə edən min nəfərlik qoşun da onun ardınca hərəkət etməyə başladı. And olsun Allaha! Nə bir kəsin başmağı və nə də bir atın dırnağı (su üzərindən keçərək) islanmadı.(İbni Əbi Rəndə kimi məşhur olmuş Əllamə Şeyx Əbu Bəkr ibni Məhəmməd Vəlid Fəhri Tərtuşi 502-ci ildə İskəndəriyyə (Misr) şəhərində vəfat etmişdir. özünün "Həyatul-həyəvan” adlı kitabında bu haqda "Əla”-nın həyatı haqqında dəyərli məlumatlar vermişdir. Həmçinin "Əl-İstiyab” və "Əl-İsabə-nin müəllifi onun haqqında dəqiq məlumatlar vermişdir.)
    Əgər bu hədis mötəbər olsaydı onu min nəfərlik ordudan heç olmasa bir nəfər başqası da nəql edər və hədis mütəvatir hədislər sırasında olardı. Amma görünür, bu hadisəni tək Əbu Hüreyrə görmüş və hədisi nəql etmək təkcə ona nəsib olmuşdur.
    2-Əbu Hüreyrə "səfər xurcunu” dastanını nəql edərkən deyir: Müsəlman olduqdan sonra kimsənin qarşılaşmadığı üç böyük müsibətlə üzləşdim.
    Həzrəti Peyğəmbər(s)-in vəfatı, mən o zaman çox gənc və fəal idim və daim o həzrətin xidmətində olardım, sonra Osmanın ölümü və onun ardınca baş vermiş "Xurcun əhvalatı”. "Xurcun əhvalatı nədir?”-deyə soruşulduqda Əbu Hüreyrə bu rəvayəti nəql edərdi: Peyğəmbər(s)-in ordusunda idim, bir qədər yol getdikdən sonra Peyğəmbər (s) məni yanına çağırıb soruşdu: Ey Əbu Hüreyrə! Yeməyə bir şeyin varmı?
    Dedim: Bəli, ya Rəsuləllah! Xurcunda bir qədər xurma vardır.
    Buyurdu: Gətir onları.
    Mən də xurmaları çıxarıb ona verdim. Həzrəti Peyğəmbər (s) əlini xurmalara vurub dua etdi və sonra dedi: On nəfər çağır gəlib xurmalardan yesinlər.
    Dediyi kimi də etdim. Bu iş dəfələrlə təkrar oldu. Nəhayət bütün ordu yeməklə təmin edildi. Xurmanın qalanını isə mən yenə xurcuna qoydum. Peyğəmbər (s) buyurdu:
    Ey Əbu Hüreyrə, istədiyin zaman əlini xurcuna salıb xurma götürə bilərsən.
    Mən o xurmalardan həzrəti Peyğəmbər(s), Əbu Bəkr, Ömər və Osman sağ olduqları müddət ərzində istifadə edirdim və xurmalar əsla azalmayırdı.
    Osman vəfat etdiyi zaman həmən xurma kisəsi yoxa çıxdı. Bilmək istəyirsinizmi mən o kiSədən nə qədər xurma yedim? (Desəm, bəlkə də inanmayacaqsınız). İki yüz dəvə yükü!!!
    Peyğəmbər(s)-in az miqdar yeməklə ordunu doydurmasında heç bir şəkk və şübhə ola bilməz. Çünki, bu onun peyğəmbərlik nişanələrindən biri olmuşdur.
    Amma bu hədis Əbu Hüreyrənin Bəni Üməyyə xilafətinə yaxınlaşmaq üçün uydurduğu hədislərdən biridir. Çünki Bəni Üməyyənin fəziləti haqqında hədis nəql etmək onun xilafət qarşısında insaniyyət və bəlkə də şəri borcu olmuşdur. Əhli sünnət kitablarında Əbu Hüreyrədən nəql edilmiş digər hədisləri bu "dastan” ilə müqayisə etdikdə hədisin batil olduğu dərhal nəzərə çarpır.(Hədisin məfhumunu dərk etmək üçün Əhməd İbni Hənbəlin, Əbu Bəkr Beyhəqinin və İbni Kəsirin kitablarına müraciət et.)
    Əbu Hüreyrənin kisəsində xurma yox, başqa şeylər var idi. Bu kisə onun elm xəzinəsi idi!
    O istədiyi zaman istədiyi əşyanı onun içindən götürüb kimSədən çəkinmədən istifadə edərdi. Bu səbəbdən də ondan "Bu dediyin sözləri Peyğəmbər(s)-dən eşitdinmi?”-deyə, soruşuqda "Xeyr! Bu Əbu Hüreyrənin kisəsindəndir”-deyərək cavab verərdi.
    Bizim kisəmiz isə Əbu Hüreyrənin nəql etdiyi əsrarəngiz hədisləri bəyan etmək üçün çox kiçikdir. Elə buradaca bəyan etmək niyyətində olduğumuz mətləbə son qoyuruq və bununla kifayətlənirik. Şükr olsun Allahın birliyinə!
    Category: Saxta hədislərin yaranmasi | Added by: Islam_Kitabxanasi
    Views: 745 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024