İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 2

    Əqidə üsullarının təlimi 2
    2012-01-18, 5:26 PM
    QIRX DOQQUZUNCU DƏRS
    ÖLÜMDƏN QİYAMƏTƏ QƏDƏR
    –Müqəddimə
    –Bütün insanlar öləcək
    –Canları alan
    –Canın asan və ya çətin çıxması
    –Ölüm halında iman və tövbənin qəbul olunmaması
    –Dünyaya qayıdış arzusu
    –Bərzəx aləmi
    MÜQƏDDİMƏ
    Qeyd olunduğu kimi, biz öz məhdud elmimiz vasitəsi ilə axirət aləminin və ümumiyyətlə, qeyb aləminin həqiqəti barəsində tam təsəvvürə malik ola bilmərik. Sadəcə olaraq, bir sıra əqli dəlillər və vəhy vasitəsilə əldə olunan müəyyən məlumat əldə edə bilərik. Keçən dərsdə əqli dəlillərin nəticəsi olan axirətin ümumi xüsusiyyətlərindən bəziləri qeyd olundu. İndi isə Qurandan əldə olunan bəzi xüsusiyyətləri araşdırırıq.
    Əlbəttə, axirət aləminin xüsusiyyətləri barəsində işlədilən sözlərdən bəzilərinin mütəşabeh (bənzədilən) olması, həmçinin onları eşitdikdə zehnimizdə yaranan təsəvvürlərin onun gerçək nümunələri ilə dəqiq şəkildə müvafiq olmaması da mümkündür. Bunun da səbəbi bəyanın çatışmamazlığına deyil, bizim idrak qüvvəmizdə mövcud olan çatışmazlığa əsaslanır. Çünki zehnimizin imkanlarına diqqət yetirməklə o həqiqətlər barədə bizdə təsəvvür oyada biləcək ən yaxşı sözlər məhz Quranın seçdiyi sözlərdir. Quranın bəyanları axirətin başlanğıc anlarına (ölüm anlarına) da aid olduğundan söhbətimizi insan ölümü ilə başlayırıq.
    BÜTÜN İNSANLAR ÖLƏCƏKDİR
    Qurani-kərim bütün insanların (hətta bütün canlıların) öləcəyini və heç kəsin bu aləmdə əbədi olaraq diri qalmayacağını bildirir:
    «Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur).»("Ər-rəhman” surəsi, ayə:26. )
    «Hər kəs ölüm şərbətini dadacaqdır.» ("Ali-İmran” surəsi, ayə:185, "Ənbiya” surəsi, ayə:35. )
    Peyğəmbərə (s) xitabən buyururlur:
    «Həqiqətən sən (də) öləcəksən və onlar (da) öləcəklər.»("Zümər” surəsi, ayə:30. )
    «Səndən qabaq heç bir insan üçün əbədilik qərar verməmişik. Belə isə, əgər sən ölsən, onlar əbədi olaraqmı qalacaqlar?!» ("Ənbiya” surəsi, ayə:34.)
    Deməli, ölümü istisnasız olaraq dünyanın bütün canlı varlıqları üçün ümumi bir qanun kimi qəbul etmək lazımdır.
    CANLARI ALAN
    Qurani-kərim bir tərəfdən canın alınmasını Mütəal Allaha mənsub edərək buyurur:
    «Allah canları, onlar öldüyü vaxt alır.» ("Zümər” surəsi, ayə:42. )
    Digər tərəfdən isə ölüm mələyini bu iş üçün təyin olunmuş məmur kimi təqdim edir:
    «De: Sizin üçün təyin olunan ölüm mələyi sizin canınızı alacaqdır.» (Səcdə” surəsi, ayə:11.)
    Başqa bir yerdə isə canın alınmasını Allahın göndərdiyi başqa mələklərə istinad verir:
    «...Sizlərdən hər hansı birinin ölüm vaxtı çatan zaman Bizim (göndərdiklərimiz) mələklər onun (canını) alar.» ("Ənam” surəsi, ayə:61.)
    Aydındır ki, əgər bir nəfər öz işini başqasının əli ilə görürsə həmin işin hər ikisinə aid edilməsi düzgündür. Əgər ikinci də həmin iş üçüncünün vasitəsilə həyata keçirirsə, onda bu iş üçüncüyə də aid olur. Mütəal Allah da canların alınmasını ölüm mələyinin vasitəsi ilə yerinə yetirdiyindən və o da öz fərmanı altında olan başqa mələklərdən istifadə etdiyindən hər üçünə aid edilməsi düzgündür.
    CANIN ASAN VƏ YA ÇƏTİN ALINMASI
    Qurani-kərimdən məlum olur ki, Allah tərəfindən təyin olunan məmurlar insanların hamısının canını eyni səviyyədə almırlar. Onlardan bəzilərinin ruhunu rahatlıqla və ehtiramla, başqalarınınkını isə çox kobud surətdə və təhqirlə alırlar. Quranda möminlər barəsində buyurulur:
    «O kəslər ki, mələklər onların canlarını çox rahatlıqla alıb onlara salam verir (və ehtiram göstərirlər).»("Nəhl” surəsi, ayə:32, "Ənam” surəsi, ayə:93. )
    Kafirlərin barəsində isə belə buyurulur:
    «O zaman ki, mələklər kafirlərin ruhunu alarlar, onların üzlərinə və kürəklərinə vurarlar.» (Ənfal” surəsi, ayə:50, "Məhəmməd” surəsi, ayə:27. )
    Hətta demək olar ki, həm möminlərin öz aralarında iman dərəcəsinə görə, həm də kafirlərin öz aralarında küfr dərəcələrinə görə canın asan və ya çətin verilməsində müəyyən fərqlər də vardır.
    ÖLÜM HALINDA TÖVBƏ VƏ İMANIN QƏBUL OLUNMAMASI
    Günahkarlar və kafirlər əcəllərinin gəlib çatdığını gördükdə, artıq dünya həyatından ümidsiz olduqda öz keçmiş yaramaz əməllərindən tövbə etmək qərarına gəlirlər. Lakin belə tövbə heç vaxt onlardan qəbul olunmur. Qurani-kərim bu barədə buyurur:
    «Pərvərdigarının ayələrindən bəziləri onlara gəldiyi zaman əvvəllər iman gətirməyən, yaxud, iman halında yaxşı iş görməyən şəxslərin imanı onlar üçün faydalı olmaz.»("Ənam” surəsi, ayə:50, "Səba” surəsi, ayə: 51-53, "Ğafir” surəsi, ayə:85, "Səcdə” surəsi, ayə:29.)
    «Pis işlər görənlərin və hər hansı birinin (yalnız) ölüm vaxtı çatan zaman "indi tövbə etdim” deməsi ilə tövbəsi qəbul olunmaz.» (Nisa” surəsi, ayə:18. )
    Firon haqqında nəql olunur ki, qərq olma anında belə dedi:
    «Bəni-İsrailin iman gətirdiyi Allahdan başqa heç bir məbudun olmadığına iman gətirdim və mən müsəlmanlardanam!»("Yunis” surəsi, ayə:90-91)
    Onun cavabında isə belə buyurulur:
    «Əvvəllər itaətsizlik edib fəsad törətdiyin halda indimi (tövbə edib iman gətirirsən)?!»("Yunis” surəsi, ayə: 90-91. )
    DÜNYAYA QAYIDIŞ ARZUSU
    Qurani-kərim kafirlərin və pis əməl sahiblərinin dilindən onların ölüm vaxtları gəlib çatanda, yaxud onlara həlakedici bəla nazil olan zaman yenidən dünyaya qayıtmaq, iman gətirib yaxşı əməl sahibi olmaq, yaxud, keçmiş əməllərindən tövbə etməkdən ötrü Allahdan onları dünyaya qaytarmasını arzu etdiklərini nəql edir. Lakin belə arzular və istəklər heç vaxt həyata keçməz.(Qeyd olunmalıdır ki, Qurani-Kərim bir ömür küfr və üsyankarlıq edərək ölüm halından dünyaya qayıdıb öz günahlarını cübran və islah etmək fikrində olanların tövbəsini, eləcə də axirət aləmindən dünyaya qayıdışı inkar edir və bu da dünyaya hər növ qayıdışı inkar etmək mənasına deyildir. Çünki əvvəllər də qeyd olunduğu kimi ölümdən sonra yenə bu dünyaya gələn şəxslər olmuşdur. Şiələrin əqidəsinə görə həzrət Məhdi (ə) zühur edəndən sonra da müəyyən şəxslər bu dünyaya qayıdacaqlar. ) Bəzi ayələrdə əlavə olaraq qeyd edilir ki, əgər onlar yenidən bu dünyaya qaytarılsalar yenə də öz əvvəlki azğınçılıq yollarını və yaramaz əməllərini davam etdirəcəklər.("Ənam” surəsi, ayə: 27-28. ) Onlar qiyamətdə də belə arzu edəcəklər. Sözsüz ki, onların orada da cavabı qəbul edilməyəcəkdir:
    «Nəhayət, onlardan birinin ölümü gəlib çatdığı zaman o belə deyər: "Pərvərdigara! Məni dünyaya qaytar, bəlkə (indiyə qədər) etdiyim ömrün müqabilində yaxşı işlər görüm! Tərk etdiyim əməlləri yerinə yetirim!” Heç vaxt! Bu onun dediyi boş bir sözdür.»(Muminun” surəsi, ayə:99. )
    «(Qurana tabe olun ki, sonradan bir nəfər) əzabı gördüyü zaman "kaş bir dəfə də (dünyaya) qayıda biləydim, yaxşı işlər görənlərdən olaydım!» - deməsin.»(Zümər” surəsi, ayə:58, Şüəra” surəsi, ayə:102.)
    «Gətirilib od üstündə saxlandıqları zaman sən onların: «Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməməydik və möminlərdən olaydıq» – demələrini görəydin!»("Ənam” surəsi, ayə: 27, 28, "Əraf” surəsi, ayə:53. )
    «Kaş günahları öz Rəbblərinin hüzurunda başlarını aşağı dikib: «Ey Rəbbimiz! Gördük, eşitdik indi bizi (dünyaya) qaytar ki, yaxşı iş görək. Biz tam yəqinliklə inandıq!» - deyəndə görəydin!» (Səcdə” surəsi, "Fatir” surəsi, ayə:37. )
    Bu ayələrdən məlum olur ki, axirət aləmi yol seçimi və vəzifələrə əməl etmək yeri deyildir. Hətta ölüm zamanı, yaxud axirət aləmində hasil olan yəqinin belə insanın təkamülündə heç bir təsiri yoxdur və bu iş mükafatlandırılmağa səbəb olmur. Buna görə də kafirlər və günahkarlar dünyaya qayıdaraq ixtiyar üzündən iman gətirmək və layiqli işlər görmək arzusu edərlər.
    BƏRZƏX ALƏMİ
    Quran ayələrindən məlum olur ki, insan öldükdən sonra və qiyamət bərqərar olmamışdan əvvəl müəyyən müddət qəbir və bərzəx aləmində qalacaqdır. Burada o, müəyyən qədər şadlıq və ləzzət hissi keçirəcək, yaxud qəm-qüssə və əzab-əziyyətə düçar olacaqdır. Çoxlu rəvayətlərdə qeyd olunur ki, günahkar mömin bu müddətdə qiyamət aləminə günahsız gəlməkdən ötrü öz günahlarına münasib olan əzab-əziyyət və çətinliklərə düçar olmaqla paklanır.
    Bərzəx aləmi ilə əlaqədar ayələrin ətraflı şəkildə araşdırılıb təfsir olunmağa ehtiyacı olduğundan bu fikirdən keçir, yalnız bir ayə zikr etməklə kifayətlənirik:
    «Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə (qiyamət gününə) qədər maneə (bərzəx aləmi) vardır.» ("Muminun” surəsi, ayə:100. )
    SULLAR
    1.Quranın insanın dünyada əbədi olmaması barədə olan ayəsini izah edin.
    2.İnsanın canını kim alır? Bununla əlaqədar ayələr arasındakı ziddiyyət necə aradan qaldırılır?
    3.Canların alınmasında nə kimi fərqlər vardır?
    4.Quranın ölüm halında tövbə etmək və iman gətirməklə əlaqədar olan ayələri izah edin.
    5.Qurani-kərim dünyaya hansı növ qayıdışı inkar edir? Bu qayıdışın rəcətə etiqadla ziddiyyəti varmı? Nə üçün?
    6.Bərzəx aləmi barəsində məlumat verin.
    Category: Əqidə üsullarının təlimi 2 | Added by: Islam_Kitabxanasi
    Views: 629 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024