İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2051
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 2
Qonaqlar 2
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:30 PM
    ON İKİNCİ DƏRS
    DÜZ YOLDAN ÇIXMAĞIN SƏBƏBİ
    –Müqəddimə
    –Yoldan azmağın səbəbləri
    –Psixoloji səbəblər
    –İctimai səbəblər
    –İdeoloji səbəblər
    –İnhiraf amilləri ilə mübarizə
    MÜQƏDDİMƏ
    Birinci dərsdə qeyd olundu ki, dünyagörüşü iki ümumi qismə – ilahi və materialist dünyagörüşünə bölmək olar. Onların arasında ən mühüm ixtilaf elmli və qüdrətli yaradanın olub-olmaması. İlahi dünyagörüş onu əsaslı bir prinsip kimi qəbul edir, materialist dünyagörüş isə inkar edir.
    Əvvəlki dərslərdə Allahın varlığının isbat olunması, ən mühüm səlbi, sübuti, zati və feli sifətləri bu kitabın həcminə uyğun olan bir səviyyədə araşdırdıq. İndi bu əsas prinsipə etiqadın möhkəmlənməsi üçün maddi dünyagörüşü qısa şəkildə araşdırıb tənqid edirik ki, ilahi dünyagörüşün mövqeyini möhkəmlətməkdən əlavə materialist dünyagörüşün süst və əsassız olması da birbaşa aydın olsun.
    Bu məqsədlə əvvəlcə ilahi dünyagörüşdən azıb inhirafa yuvarlanmanın, dinsizliyə yönəlmənin amil və səbəblərinə qısa işarələr edib daha sonra materialist dünyagörüşün zəif nöqtələrinin ən mühümünü izah edəcəyik.
    DÜZ YOLDAN AZMANIN SƏBƏBLƏRİ
    Bəşər tarixində dinsizlik və materializmin qədim keçmişi vardır. Arxeoloji qazıntılar və tarixi şahidlərin göstərdiyinə əsasən, bəşər tarixində yaradana olan etiqad həmişə mövcud olmuşdur. Qədim zamanlardan etibarən dinsiz və Allahı inkar edən (mülhid) şəxslər olmuşlar. Lakin dinsizlik 18-ci miladi əsrindən etibarən əvvəlcə Avropa ölkələrində güclənib, daha sonra isə yavaş-yavaş dünyanın digər məntəqələrinə yayılmağa başladı.
    Bu hadisənin kilsə üsul-idarəsinin diktatorçuluq prinsiplərinə qarşı və məsihiyyətin ziddinə olan bir əksül-əməl kimi yaranmasına baxmayaraq, onun dalğaları başqa dinləri və məzhəbləri də bürüdü. Qərb ölkələrində dinsizliyə olan meyl onların sənətkarlıq və texnologiyası ilə yanaşı, dünyanın başqa ölkələrinə də nəql olunmuşdur. Son əsrdə marksizmin ictimai-iqtisadi təfəkkürü ölkələrin çoxunda yayılmış və insaniyyət üçün böyük bir bəlaya çevrilmişdir.
    Bu inhirafçı nəzəriyyənin yaranıb inkişaf etmə və yayılma səbəbləri çoxdur və onların hamısının araşdırılması üçün ayrıca bir kitab yazılmalıdır.(Bu amillərin bir qismini mərhum Ustad Mütəhhəri "Materializmə yönəlmənin səbəbi” kitabında araşdırmışdır. ) Lakin ümumi halda onu üç əsas amildə xülasələndirmək olar:
    1.Psixoloji amillər. Yəni dinsizliyə meyl etmək üçün şəxslərdə yarana biləcək məqsədlər; hətta şəxsin özü bunun təsirindən agah olmaya da bilər. Onların ən mühümü rahattələblik, açıq-saçıqlığa meyl etmək və məsuliyyət hissi keçirməməkdir. Belə ki, bir tərəfdən xüsusilə maddi və hiss olunan ləzzətlərlə uyğun gəlməyən tədqiqatın zəhmətləri tənbəl, rahatlıq axtaran və himməti olmayan şəxslərin tədqiqat aparmasına mane olur, digər tərəfdən heyvanlara məxsus olan qeydsiz-şərtsiz azadlıq, açıq-saçıqlıq, məsuliyyət hissi keçirməmək və məhdudiyyətə razı olmamaq onların ilahi dünyagörüşə meyl etməsinin qarşısını alır. Çünki ilahi dünyagörüşü qəbul edib hikmətli yaradana etiqad bəsləmək bir sıra digər etiqadların da əsasını təşkil edir ki, onlar insanın bütün ixtiyari davranış və rəftarlarında məsuliyyət hissi keçirməsini tələb edir. Bu da çox hallarda öz istəklərindən keçməsini və müəyyən məhdudiyyətləri qəbul etməsini istəyir. Bu məhdudiyyətlərin qəbul edilməsi şəxsin açıq-saçıqlıq meylləri ilə uyğun gəlmədiyindən bu heyvani hiss, hətta özünün agahlığı olmayan bir şəkildə olsa belə, insanın bu məsuliyyətlərdən boyun qaçırmasına və nəticə etibarı ilə Allahın varlığını inkar etməsinə səbəb olur.
    Digər psixoloji amillər də dinsizliyə meyl etməkdə təsirlidir və başqa amillərin ardınca yaranır.
    2.İctimai səbəblər. Yəni bəzi cəmiyyətlərdə yaranan xoşagəlməz mühitlər və ictimai şəraitlər, eləcə də dini işləri öhdəsinə alan şəxslər dinsizliyin yaranmasında, yaxud yayılmasında müəyyən rol oynayır. Belə bir şəraitdə əqli təfəkkür və idrak baxımından zəif olan, mövcud məsələləri düzgün şəkildə təhlil edib araşdıra bilməyən, hadisələrin həqiqi səbəblərini dərk edə bilməyən insanlardan çoxu bu kimi uyğunsuzluq və xoşagəlməz halların baş verməsində dindarların rol oynadığını bəhanə edərək bu məsələləri ideologiya və dinin hesabına yazır və belə təsəvvür edirlər ki, bu kimi xoşagəlməz şəraitin yaranmasına məhz dini etiqad səbəb olmuşdur. Buna görə də dindən uzaqlaşırlar.
    Bu kimi amillərin nümunəsini Avropanın renesans dövründəki ictimai şəraitində mülahizə etmək olar: kilsə məmurlarının siyasi, hüquqi və dini sahələrdəki yaramaz işləri camaatın məsihiyyətdən və ümumiyyətlə, din və dindarlıqdan uzaqlaşmasının mühüm amili olmuşdur.
    Bu kimi amillərin təsirinə diqqət yetirməklə bütün din işçilərinə öz məsuliyyətlərinin əhəmiyyətini və həssas mövqeyini dərk etmələri zəruridir. Onlar bilməlidirlər ki, onlardan baş verən yaramaz hərəkətlər cəmiyyətin yoldan azıb bədbəxtliyə düçar olmasına səbəb ola bilər.
    3.İdeoloji səbəblər. Yəni şəxslərin zehninə gələn, yaxud başqalarından eşitdikləri şübhələr. Belə ki, çoxları onları dəf etməyə qadir deyil və onlardan müəyyən qədər təsirlənirlər. Heç olmazsa onların fikirlərinin təşvişə düşüb iztirablı olmasına səbəb olur. Nəticədə bu şübhələr yəqin və xatircəmliyin hasil olmasına mane olur.
    Bu amillər də öz növbəsinə kiçik dəstələrə bölünə bilər, o cümlədən, hissə (təcrübəyə) meyldən yaranan şübhələr, yanlış əqidələrdən törənən şübhələr, düzgün olmayan bəyanlardan və zəif sübutlardan meydana gələn şübhələr, ilahi ədalət və hikmətin əksinə olduğu təsəvvür olunan xoşagəlməz hadisələrlə əlaqədar yaranan şübhələr, dini əqidələrin ziddinə qələmə verilən elmi fərziyyələrdən törənən şübhələr, bir sıra dini qanunlar və hökmlər, o cümlədən, hüquqi və siyasi məsələlər barəsindəki hökmlərlə bağlı yaranan şübhələr.
    Bəzən iki, yaxud daha artıq amil şəkk və tərəddüdə, inkar və dinsizliyə səbəb olur. Bəzən də müxtəlif psixoloji çatışmazlıqlar şübhələrə şərait yaradır və öz ardınca fikirdə vəsvəsə kimi ruhi xəstəlik əmələ gətirir və bu xəstəliyə tutulan şəxs heç bir dəlillə, bürhanla qane olmur. Necə ki, əməldə vasvasılığa düçar olan şəxs yerinə yetirdiyi işin düzgün olmasına heç vaxt xatircəm olmur. Misal üçün əlini on dəfələrlə suya batırır, yenə də onun paklanmasına əmin olmur, halbuki elə əvvəldən pak imiş və paklamağa da ehtiyac yoxmuş!
    İNHİRAFA SƏBƏB OLAN AMİLLƏRLƏ MÜBARİZƏ
    İnhiraf amillərinin müxtəlif olduğuna diqqət yetirməklə aydın olur ki, onlardan hər biri ilə mübarizə aparmaq üçün xüsusi üslub, yer və şərait lazımdır. Məsələn, əxlaqi və psixoloji amilləri düzgün tərbiyə etmək və onların ardınca gələn zərərləri başa salmaqla aradan qaldırmaq olar. İkinci və üçüncü dərsdə din barəsində tədqiqat aparmağın zərurəti və ona qarşı laqeyd yanaşmağın zərərlərini bəyan etdik.
    Eləcə də ictimai amillərin mənfi təsirlərinin qarşısını almaq üçün bu cür amillərin özünü büruzə verməsinin qarşısını almaqdan əlavə, gərək "dindarların əməlinin düzgün olmaması” ilə "dinin düzgün olmaması” arasında olan fərq aydınlaşdırılsın. Lakin ümumiyyətlə, ictimai və psixoloji amillərin təsirinə diqqət yetirməyin ən az faydası budur ki, şəxs özü bilmədən onların təsiri altına düşməyi çox az hallarda baş verir.
    İdeoloji amillərin mənfi təsirlərinin qarşısını almaq üçün də münasib üslublar seçmək lazımdır. O cümlədən, azdırıcı, inhirafçı əqidələri düzgün əqidələrdən ayırmaq, dini əqidəni isbat etmək üçün zəif və məntiqsiz dəlillərdən uzaq olmaq lazımdır. Həmçinin bunu aşkar etmək lazımdır ki, dəlilin zəif olması müddəanın düzgün olmamasına bir əsas deyildir.
    Bütün inhirafçı və azdırıcı amillərin araşdırılması, onların hər biri ilə mübarizə yolunun müəyyən olunması kimi məsələlərin hamısının bəyan edilməsi bu kitaba sığmadığından, dinsizliyə meyletmənin amillərindən bir neçəsini və onlarla əlaqədar şübhələrin cavabını verməklə kifayətlənəcəyik.
    SUALLAR
    1.Materialist dünyagörüşünün tənqid və təhlil edilməsinin hansı faydaları vardır?
    2.Son əsrlərdə dinsizliyə olan meyl necə yaranmışdır?
    3.Dindən inhirafa düşməyin psixolji səbəblərini bəyan edin.
    4.Bu hadisənin ictimai səbəblərini araşdırın.
    5.İdeoloji səbəblər və onun növlərini bəyan edin.
    6.Fikri cəhətdən vəsvəsələr necə yaranır?
    7.İnhiraf səbəbləri ilə mübarizənin səbəbləri hansıdır?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 648 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024