İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:27 PM
    ON DÖRDÜNCÜ DƏRS
    MATERİALİST DÜNYAGÖRÜŞÜ NƏZƏRİYYƏSİ VƏ ONUN TƏNQİDİ
    –Materialist dünyagörüşün prinsipləri
    –Birinci prinsipin araşdırılması
    –İkinci prinsipin araşdırılması
    –Üçüncü prinsipin araşdırılması
    –Dördüncü prinsipin araşdırılması
    MADDİ DÜNYAGÖRÜŞÜN PRİNSİPLƏRİ
    Materialist dünyagörüşü üçün aşağıdakı prinsipləri qeyd etmək olar:
    Birincisi: Varlıq maddə ilə, yaxud maddi şeylərlə bərabərdir(Maddənin tərifi və məfhumu ilə tanış olmaq üçün bax: "Pasdari əz səngərhayi ideolojik, Cahanbiniye maddi”, səh.292-297, "Amuzeşi fəlsəfə”, 2-ci cild, 41-ci dərs. ) və yalnız o şeyləri mövcud (var) hesab etmək olar ki, ya maddə olub həcmə və en, uzunluq və hündürlüyə malik olsun, ya da maddənin xassələrindən sayılsın və maddəyə tabe olaraq kəmiyyətə malik olub bölünə bilsin. Bu prinsipin əsasında Allahın varlığı, qeyri-maddi və təbiətin fövqündə olan bir varlıq ünvanı ilə, inkar olunur.
    İkincisi: Materiya əzəli, əbədidir, bir kəs tərəfindən yaradılmayıb, heç bir səbəbə ehtiyacı yoxdur və bizim fəlsəfi terminlə desək, materiya "vacibül-vücud”dur.
    Üçüncüsü: Materiya aləm üçün heç bir hədəf və əsli (əsasi) səbəb olduğuna inanmaq (qəbul etmək) olmaz, çünki onun şüurlu və iradəli faili yoxdur ki, hansısa hədəfi ona nisbət verə bilək.
    Dördüncüsü: Kainatın fenomenləri (nəinki maddənin əsli) maddənin zərrələrinin nəql olunması və onların bir-birinə təsir qoyması nəticəsində əmələ gəlir, buna görə də əvvəlki fenomenləri sonrakı fenomenlər üçün bir növ şərt və edadi səbəb (vasitə rolunu oynayan səbəb) hesab etmək olar, ən çoxu da maddiyyat arasında təbii failiyyət kimi qəbul etmək olar. Məsələn, ağacı meyvə üçün təbii fail hesab etmək olar, yaxud fiziki və kimyəvi fenomenləri onların amillərinə nisbət vermək olar, lakin heç bir fenomen ilahi və varlıq bağışlayan failə ehtiyaclı deyildir.
    Bu qeyd olunanlara beşinci bir müddəanı da əlavə etmək olar. Bu da mərifətşünaslıqla əlaqədardır və bir baxımdan sair prinsiplərdən ilkindir. O da bundan ibarətdir ki, yalnız o mərifətin etibarı vardır ki, təcrübi hisslərdən qaynaqlanmış olsun. Hissi təcrübələr də yalnız materiyanı və maddi varlıqları isbat etdiyindən, bundan başqa heç bir şeyin varlığı qəbul olunmur.
    Amma bu prinsipin düzgün olmaması keçən dərsdən aşkar oldu(Əlavə məlumat almaq üçün bax: "İdeolojiki tətbiqi”, 8-16-cı dərslər, "Amuzeşi fəlsəfə”, 13-18-ci dərslər. ). Onun yenidən araşdırılıb tənqid edilməsinə ehtiyac yoxdur. Buna görə də qalan prinsipləri araşdırırıq.
    BİRİNCİ PRİNSİPİN ARAŞDIRILMASI
    Materialist təfəkküründə ən əsas bir prinsip sayılan bu pirinsip dəlilsiz iddiadan başqa bir şey deyildir. Onun vasitəsi ilə təbiətin fövqündə olan varlıqların inkar olunmasına heç bir dəlil gətirmək olmaz, xüsusilə də hiss və təcrübənin ilkin olması əsasında qurulan materialist mərifətşünaslığı əsasında. Çünki, aydındır ki, heç bir hissi təcrübə özünün maddə və maddi şeylərdən ibarət olan hüdudlarından kənarda bir şeyi isbat və ya inkar edə bilməz. Hissin əsl qərar verilməsi əsasında, uzağı, bunu izhar etmək olar ki, onun əsasında təbiətin fövqündə olan şeyləri isbat etmək olmaz. Belə isə, ən azı, onun (yəni təbiətin fövqündə olan şeylərin) varlığına ehtimal vermək olar. Əvvəllər də qeyd etdik ki, insan, maddə və onun xüsusiyyətlərinə malik olmayan şeylərin çoxunu, o cümlədən, öz ruhunu özünün hüzuri elmi ilə dərk edir. Mücərrəd varlıqların mövcudluğuna dair çoxlu əqli dəlillər də gətirilmişdir ki, bu da fəlsəfə kitablarında qeyd olunmuşdur.(Nümunə olaraq bax: "Amuzeşi fəlsəfə”, 2-ci cild, səh.44 v 49 ) Mücərrəd ruhun varlığına dair ən yaxşı dəlil düzgün yuxular, murtazların (yoqların) bir çox işləri, eləcə də peyğəbərlərin (ə) və ilahi övliyaların (ə) möcüzə və kəramətlərini göstərmək olar.(Bax: "Marksizmə qısa tənqidlər”, 2-ci dərs. )Ümumiyyətlə, Mütəal Allahın varlığına və Onun cismani olmamasına dair gətirilən dəlil və bürhanlar bu prinsipin batil edilməsinə kifayətdir.(Bu kitabın 7 və 8-ci dərslərinə, eləcə də "Amuzeşi fəlsəfə” kitabının 62 və 63-cü dərslərinə baxa bilərsiniz. )
    İKİNCİ PRİNSİPİN ARAŞDIRILMASI
    Deyilən prinsipdə əvvəlcə materiyanın əzəli və əbədi olmasına təkid edilir və onun kimsə tərəfindən yaradılmaması iddia olunur.
    Amma əvvəla, bunu qeyd etmək lazımdır ki, materiyanın əzəli və əbədi olması elmi və təcrübi dəlillər əsasında isbat oluna bilməz, çünki təcrübənin dairəsi məhduddur və heç bir təcrübə dünyanın zaman və məkan baxımından sonsuz olmasını isbat edə bilməz.
    İkincisi, materiyanın, onun əzəli olması fərz olunduqda belə, Yaradana ehtiyacsız olması lazım gəlmir, necə ki, əzəli bir mexaniki hərəkətin fərz olunması onun mühərrik qüvvəsindən ehtiyacsız olmasını deyil, sadəcə əzəli mühərrik qüvvəsinin fərz olunmasını tələb edir.
    Əlavə, madənin yaradılan olmaması onun vacibül-vücud olması deməkdir və biz, səkkizinci dərsdə maddənin vacibül-vücud olmasının qeyri-mümkünlüyünü isbat etdik.
    ÜÇÜNCÜ PRİNSİPİN ARAŞDIRILMASI
    Üçüncü prinsip dünyanın hədəfli olmasının inkar edilməsidir ki, bu da Yaradanın inkar olunmasının təbii nəticəsidir. Təbiidir ki, hikmət sahibi olan Allahın varlığının isbat olunması ilə bu prinsip də batil edilir (qüvvədən salınır). Bundan əlavə, belə bir sual yaranır ki, əql sahibi olan bir insan dünyanın heyrətamiz nizamını, onun varlıqları arasında mövcud olan sıx uyğunluğu və qırılmaz bağlılığı, bunun ardınca gələn saysız-hesabsız faydaları müşahidə edə-edə dünyanın hədəfli olmasını necə dərk edə bilməz?
    DÖRDÜNCÜ PRİNSİPİN ARAŞDIRILMASI
    Materialist dünyagörüşün dördüncü prinsipi səbəbiyyətin, fenomenlərin yalnız maddi əlaqələrdə məhdudlaşdırılmasıdır ki, bu prinsiplə əlaqədar çoxlu iradlar yaranır, onların ən mühümləri aşağıdakılardır:
    Birincisi, bu prinsipə uyğun olaraq dünyada heç vaxt yeni bir varlıq yaranmamalıdır, halbuki, xüsusilə insanlar arasında və heyvanlar aləmində yeni-yeni varlıqların yaranmasının şahidiyik ki, onların ən mühümü həyat, şüur, ülvi-insani duyğular, hislər, fikir və iradədir.
    Materialistlər belə deyirlər: «Bu kimi fenomenlər də materiyanın xassələrindən başqa bir şey deyildir!» Cavabında deməliyik ki, əvvəla, materiya və maddiyyatın ondan heç vaxt ayrıla bilməyən xüsusiyyəti imtidad (dartılma) və bölgüyə məruz qamasıdır, halbuki, bu xüsusiyyətlər yuxarıda qeyd olunan fenomenlərdə yoxdur.
    İkincisi, "Materiyanın xassələri” adlandırılan bu fenomenlər şəksiz, cansız materiyada mövcud olmamışdır. Başqa sözlə desək, nə vaxtsa materiya bu xassələrə malik olmamış və sonradan onlarda olmuşdur. Deməli, "materiyanın xassələri” adlandırılan bu fenomenlərin vücuda gəlməsi onu yaradana, vücuda gətirənə ehtiyaclıdır ki, onları materiyada yaradıb əmələ gətirsin. Bu da məhz icad edən, yaradan, varlıq bağışlayan illətdir.
    Bu nəzəriyyənin ən mühüm iradlarından biri də budur ki, onun əsasında dünyanın bütün varlıqları icbari olmalıdır, çünki, materiyanın təsir qoyması və təsirlənməsində ixtiyara və seçkiyə əsla yer qalmır. İxtiyarın inkar olunması da zərurət və bədahətin əksinə olmaqla yanaşı, hər növ məsuliyyətin, əxlaqi və mənəvi dəyərin də inkar olunmasını tələb edir. Bunların da insan həyatında nə kimi acınacaqlı hallara gətirib çıxaracağı gün kimi aydındır.
    Nəhayət, materiyanın vacibül-vücud ola bilməsinin qeyri-mümkünlüyünə diqqət yetirməklə onun varlığı üçün bir səbəbi qəbul etməliyik. Belə səbəb də təbii və idadi (vasitə yönlü) səbəb qəbilindən olmayacaqdır. Çünki bu kimi əlaqə və bağlılıqlar yalnız maddiyyatın arasında, onların bir-biri ilə əlaqəsində təsəvvür olunur. Amma maddə öz illəti ilə belə bir rabitəyə malik ola bilməz. Deməli, maddəni yaradan illət onu icad edən, təbii amillərin fövqündə olan bir varlıqdır.
    SUALLAR
    1.Maddi (materialist) dünyagörüşünün əsaslarını bəyan edin.
    2.Maddəni və maddi varlığın tərifini deyin.
    3.Birinci prinsipin iradlarını deyin.
    4.İkinci prinsipin iradlarını deyin.
    5.Üçüncü prinsipi tənqid edin.
    6.Dördüncü prinsipin iradlarını şərh edin.
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 602 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024