İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Əqidə üsullarının təlimi 1

    Əqidə üsullarının təlimi 1
    2012-01-19, 7:12 PM
    İYİRMİ DOQQUZUNCU DƏRS
    PEYĞƏMBƏRLƏRİN XÜSUSİYYƏTLƏRİ
    –Peyğəmbərlərin çoxluğu
    –Peyğəmbərlərin sayı
    –Nübüvvət və risalət
    –Ülul-əzm peyğəmbərlər
    –Bir neçə məsələ
    PEYĞƏMBƏRLƏRİN ÇOXLUĞU
    İndiyə qədər nübüvvətin üç əsas məsələsi araşdırıldı və belə nəticə alındı ki, bəşər elmi dünya və axirət səadətində əsaslı rol oynayan məlumatların hamısını əldə etmək üçün yetərli olmadığından Allahın hikməti ehtiyac duyulan həqiqətləri insanlara öyrətsin deyə, peyğəmbər, yaxud peyğəmbərlər göndərilməsini tələb edir ki, bu həqiqətlər sağlam və təhrif olunmadan bütün insanlara yetişsin. Digər tərəfdən onları başqalarına elə təqdim etsin ki, höccət onlara tamam olsun. Onun ən ümumi yolu da möcüzə göstərməkdir.
    Biz bu mətləbləri əqli bürhanlarla isbat etdik. Lakin yuxarıdakı bürhanlar peyğəmbərlərin, asimani kitab və şəriətlərin çoxluğunun zərurət olmasına dəxalət etmir. Hətta, əgər bəşər həyatı, dünyanın axırına qədər insanların ehtiyaclarının hamısının təkcə bir peyğəmbərin bəyan edə biləcəyi şəkildə olsaydı və hər bir fərd, yaxud qrup tarix boyu öz vəzifəsini həmin peyğəmbərin göstərişləri vasitəsilə ayırd edə bilsəydi, həmin bürhanların tələbinin əksinə olmazdı.
    Amma bilirik ki, əvvəla, bütün insanların, o cümlədən, peyğəmbərlərin ömrü məhduddur və yaradılışın hikməti bir peyğəmbərin dünyanın axırına qədər diri qalaraq bütün insanları birbəbir hidayət etməsi əsasında olmamışdır.
    İkincisi, insanların müxtəlif zaman və məkanlardakı həyat şəraitləri və vəziyyətləri eyni səviyyədə deyil, fərqlidir. Bu kimi mövcud fərqlər və şəraitin dəyişilməsi, xüsusilə ictimai münasibətlərin tədricən inkişaf edib mürəkkəbləşməsi ictimai qayda-qanunların və hökmlərin kəmiyyət və keyfiyyətinə təsir göstərib, bəzi hallarda yeni şəriət qanunlarını tələb edə bilər. Əgər bu qanunlar min illər bundan qabaq göndərilmiş peyğəmbərin vasitəsilə bəyan olunsaydı, bu, əbəs, onların qorunub saxlanılması və xüsusi şəraitdə tətbiq edilməsi isə olduqca çətin bir iş olardı.
    Üçüncüsü, keçmiş zamanların çoxunda peyğəmbərlərin dəvətinin yayılması və təbliği üçün mövcud imkanlar elə bir səviyyədə deyildi ki, bir peyğəmbər öz sözlərini bütün insanlara çatdıra bilsin.
    Dördüncü, zamanın keçməsi və müxtəlif amillərin təsiri ilə bir peyğəmbərin təlimləri onu əxz edən insanların arasında təhrif olunmuş və ondan düzgün olmayan təfsirlər edilmiş, bir müddətdən sonra xurafatçı və inhirafçı ayinə çevrilmişdir. Məsələn, İsa ibni Məryəmin (ə) tövhid dini bir müddətdən sonra "üçlüyə pərəstiş”ə çevrilmişdir.("Əl-haqqə” surəsi, ayə:44-46 )
    Bu kimi məsələlərə diqqət yetirməklə peyğəmbərlərin sayının çoxluğunun, bəzi ibadət hökmləri, yaxud ictimai qanunların bir qrupunda asimani şəriətin fərqlərinin hikməti aydın olur.(Bu kimi təhriflərin nümunələrindən agah olmaq üçün Əllamə Şeyx Məhəmməd Cavad Bəlaği Nəcəfinin "Əl-Hüda ila dinil-Müstəfa” kitabına müraciət edə bilərsiniz. ) Halbuki, onların hamısı əqidə prinsiplərinə əsasən eyni, fərdi və ictimai əhkamlarda və əxlaqi normalarda da bir-biri ilə uyğun olmuşlar.(Maidə” surəsi, ayə:48, "Həcc” surəsi, ayə:67 ) Misal üçün, namaz bütün asimani dinlərdə mövcud olmuşdur. Sadəcə olaraq onun qılınma tərzi, qiblələr müxtəlif olmuşdur. Yaxud zəkat və Allah yolunda infaq bütün şəriətlərdə mövcud olmuş, sadəcə olaraq onun miqdarı və xərclənmə yerləri eyni olmamışdır.
    Ümumiyyətlə, bütün peyğəmbərlərə iman gətirmək, onların nübüvvətini təsdiq etmək, aralarında fərq qoymamaq, onlara nazil olan bütün maarif və göstərişləri qəbul etmək, onların arasında ayrılıq salmamaq hər bir insana vacibdir.("Bəqərə” surəsi, ayə:131, 137, 285, "Ali-İmran” surəsi, ayə:19, 20 ) Peyğəmbərlərdən hər hansı birini təkzib etmək onların hamısını təkzib etmək sayılır. Bir ilahi hökmün inkar olunması bütün ilahi hökmlərin inkar olunmasına gətirib çıxarır.("Şura” surəsi, ayə:13, "Nisa” surəsi, ayə:136, 152, "Ali-İmran” surəsi, ayə:84, 85 ) Əlbəttə, hər bir ümmətin öz dövründəki əməli vəzifələri həmin ümmətin və həmin zamanda mövcud olan peyğəmbərin göstərişlərinə əməl etməkdir.
    Xatırladılmalıdır ki, qeyd olunan məsələlərə diqqət yetirməklə əqlin peyğəmbərlərin çoxluğu, asimani kitabların varlığı, ilahi şəriətlərin fərqlərini dərk edə bilməsinə baxmayaraq, peyğəmbərlərin və asimani şəriətlərin sayı barəsində dəqiq bir formul əldə edə bilməz ki, onun vasitəsilə hansı zamanda və hansı məkanda başqa bir peyğəmbərin məbus olmasını, yaxud yeni şəriət nazil edilməsini hökm edə bilsin. Yalnız bunu başa düşə bilər ki, hər vaxt bəşərin həyatı bir peyğəmbərin dəvətinin bütün insanlara çata biləcəyinə, onun göstərişlərinin gələcək nəsillər üçün qorunub saxlanacağına zəmanət verəcək bir şəkildə olsa, ictimai şəraitin dəyişilməsi ilə yeni əsaslı şəriət qanunlarına ehtiyac duyulmasa, mövcud şəriət hökmləri və qanunlarının dəyişikliyinə zərurət olmasa onda digər bir peyğəmbərin göndərilməsinə zərurət də olmayacaqdır.
    PEYĞƏMBƏRLƏRİN SAYI
    Qeyd olunduğu kimi, bizim əqlimiz peyğəmbərlərin və asimani kitabların sayını təyin etməyə qadir deyildir. Bu kimi mətləblərin isbat olunması nəqli dəlildən başqa yolla müyəssər ola bilməz. Qurani-kərimin Mütəal Allahın hər bir ümmətə peyğəmbər göndərməsini iddia etməsinə baxmayaraq,("Nisa” surəsi, ayə:150, "Bəqərə” surəsi, ayə:85 ) ümmətlərin və onların peyğəmbərlərin sayını müəyyən etməmiş, ilahi peyğəmbərlərdən iyirmidən bir qədər artığının adını qeyd etmiş, bəzilərinin də adını çəkmədən onların bir neçəsinin başına gələn əhvalatlara işarə etmişdir.("Fatir” surəsi, ayə:24, "Nəhl” surəsi, ayə:36 ) Lakin Əhli-beytdən (ə) nəql olunan bir neçə rəvayətdə qeyd olunur ki, Mütəal Allah 124 min peyğəmbər göndərmişdir.("Bəqərə” surəsi, ayə:246, 256 ) Peyğəmbərlər silsiləsi bəşər atası həzrət Adəmlə (ə) başlanır və həzrət Məhəmmədlə (s) sona çatır.
    Allahın peyğəmbərləri xüsusi ilahi mənsəb olan "nəbi” adına malik olmaqdan əlavə "nəzir”, "münzir”, "bəşir” və "mübəşşir” kimi sifətlərə də malik olmuş, salehlərdən və müxləslərdən sayılmışlar. Onlardan bəziləri risalət məqamına da nail olmuşlar. Bəzi rəvayətlərdə risalət sahibi olan rəsulların sayı 313 nəfər qeyd edilmişdir.(Səduqun "Etiqadat” risaləsinə, "Biharul-ənvar”ın (yeni çap) 11-ci cildinin 28, 30, 32, 42-ci səhifələrinə baxa bilərsiniz. )
    Bununla bağlı «nübüvvət» və «risalət»in məfhumu, «nəbi» ilə «rəsul» arasındakı fərqlə əlaqədar bir qədər izah veririk.
    NÜBÜVVƏT VƏ RİSALƏT
    "Rəsul” kəlməsi xəbərgətirən, "nəbi” kəlməsi isə, əgər "nə-bə-ə” kökündən alınıbsa mühüm xəbər sahibi, əgər "nə-bə-və” kökündən alınıbsa yüksək məqam sahibi mənasınadır.
    Bəziləri güman etmişlər ki, «nəbi» məfhumu «rəsul»dan daha ümumidir, belə ki, «nəbi» dedikdə Allah tərəfindən ona vəhy olunan şəxs nəzərdə tutulur, istər onu başqalarına çatdırmağa məmur olsun, istərsə olmasın. Lakin «rəsul» dedikdə vəhyin təbliğ olunmasına da məmur edilən şəxs nəzərdə tutmuşlar. Bu iddia düzgün deyildir. Çünki Quranın bəzi ayələrində "nəbi” sifəti "rəsul” sifətindən sonra gəlmişdir.("Biharul-ənvar”, 11-ci cild səh-32 ) Halbuki, yuxarıdakı bəyana əsasən məfhum cəhətindən ümumi olan sifət – "nəbi” xüsusi sifət olan "rəsul”dan qabaq gəlməli idi. Bundan əlavə, vəhyin təbliğ olunması məmuriyyəti təkcə rəsullara məxsus deyildir.
    Bəzi rəvayətlərdə qeyd olunur ki, nübüvvət məqamı vəhy mələyini yuxuda görüb oyaq halda yalnız onun səsini eşidir. Halbuki, risalət məqamının sahibi vəhy mələyini ayıq halda da görür.(Məryəm” surəsi, ayə:51 və 54 )
    Amma bu fərqi də sözlərin məfhumuna aid etmək olmaz. Hər bir halda bunu qəbul etmək olar ki, nəbi xarici nümunə cəhətindən (nəinki, məfhum cəhətindən) rəsuldan daha ümumidir. Yəni bütün peyğəmbərlər nübüvvət məqamına malik olmuşlar, lakin risalət məqamı onlardan yalnız bir qrupuna məxsus olmuşdur. Əvvəldə qeyd olunan rəvayətlərə əsasən, rəsulların sayı 313 nəfər olmuşdur və təbiidir ki, onların məqamı digər peyğəmbərlərin məqamından yüksək olacaqdır. Rəsulların özü də məqam və fəzilət baxımından eyni səviyyədə olmamışlar.("Üsuli-kafi”, 1-ci cild, səh-176 )Onlardan bəziləri imamət məqamına çataraq iftixar etmişlər.("Bəqərə” surəsi, ayə:253, "İsra” surəsi, ayə:55 )
    ULUL-ƏZM PEYĞƏMBƏRLƏR
    Qurani-kərimdə Allah peyğəmbərlərindən bir qrupu "ulul-əzm” kimi təqdim olunmuşdur.("Bəqərə” surəsi, ayə:124, "Ənbiya” surəsi, ayə:73, "Səcdə” surəsi, ayə:24) Lakin onların xüsusiyyətləri bəyan edilməmişdir. Əhli-beyt (ə) rəvayətlərindən aydın olur ki, ulul-əzm peyğəmbərlər beş nəfərdir: Həzrət Nuh (ə), həzrət İbrahim (ə), həzrət Musa (ə), həzrət İsa (ə), həzrət Məhəmməd (s).("Əhqaf” surəsi, ayə:35 )
    Onların Qurani-kərimdə işarə edilən səbr və müqavimət kimi məziyyətlərindən əlavə, hər birinin müstəqil şəriət və kitabı da olmuşdur. Onlarla müasir olan, yaxud sonra gələn peyğəmbərlər də növbəti ulul-əzm peyğəmbər məbus olub yeni kitab və şəriət gətirənə qədər onların şəriətinə tabe olmuşlar.
    Deməli, vahid zamanda iki peyğəmbərin bir yerdə olması mümkündür. Məsələn, həzrət Lut (ə) həzrət İbrahimlə (ə), həzrət Harun (ə) həzrət Musa (ə) ilə eyni zamanda peyğəmbərliyə çatmış, həmçinin həzrət Yəhya (ə) da həzrət İsanın (ə) dövründə yaşamışdır.
    BİR NEÇƏ MƏSƏLƏ
    Bu dərsin axırında nübüvvət məsələsi ilə bağlı bir neçə mətləbi qısa şəkildə qeyd edirik:
    a) Allahın peyğəmbərləri bir-birini təsdiq edir və özündən sonra peyğəmbərin gələcəyini xəbər verirdilər.("Biharul-ənvar”, 11-ci cild, səh.33-34, "Məalimun-nübüvvət”, səh.113 )Deməli, əgər bir kəs nübüvvət iddiası etsə, amma özündən əvəlki, yaxud onunla müasir olan peyğəmbəri təkzib etsə şübhəsiz yalançıdır.
    b) Allah peyğəmbərləri ilahi risalət və peyğəmbərlik vəzifəsini yerinə yetirməkdə camaatdan heç bir muzd istəmirdilər.("Ali-İmran” surəsi, ayə:81 ) Yalnız İslam Peyğəmbəri (s) özünün Əhli-beytinə (ə) məhəbbət bəsləməyi öz risalətinin əcr və muzdu kimi müəyyən etmişdir.("Ənam” surəsi, ayə:90, "Yasin” surəsi, ayə:21, "Tur” surəsi, ayə:40, "Qələm” surəsi, ayə:46, "Yunis” surəsi, ayə:72, "Hud” surəsi, ayə:29 və 51, "Furqan” surəsi, ayə:57, "Şüəra” surəsi, ayə:109, 127, 145, 164, 180, "Yusif” surəsi, ayə:104, "Sad” surəsi, ayə:84 ) Bu, bir növ, onlara (ə) tabe olmaq üçün təkid məqsədi ilə müəyyən olunmuşdur. Həqiqətdə bu işin faydaları ümmətin özünə aid olur.("Şura” surəsi, ayə:23 )
    v) Allah peyğəmbərlərinin bəzilərinin mühakimə, hakimiyyət və s. kimi digər ilahi mənsəblərə də malik olmuşlar. Peyğəmbərlər arasında nümunə olaraq həzrət Davud (ə) və həzrət Süleymanı (ə) göstərmək olar. "Nisa” surəsinin 64-cü ayəsində hər bir peyğəmbərə mütləq şəkildə itaət etməyin vacib edilməsindən aydın olur ki, bütün peyğəmbərlər belə məqama malik olmuşlar.
    q) İxtiyar sahibi və mükəlləf məxluq olan, adi halda insanlar tərəfindən görünə bilməyən cinlər bəzi peyğəmbərlərin dəvətindən agah olmuşlar. Aralarında pərhizkar və əməlisalehləri onlara iman gətirmişlər. Onların arasında həzrət Musanın və həzrət Məhəmmədin (s) adrıcılları vardır. Bəziləri də İblisə tabe olaraq Allahın peyğəmbərlərini inkar etmişlər.("Səba” surəsi, ayə:47 )
    SUALLAR
    1.Peyğəmbərlərin çoxluğunun hikmətini bəyan edin.
    2.Camaatın bütün peyğəmbərlərin dəvəti və onların göstərişləri ilə əlaqədar vəzifəsi nədir?
    3.Hansı hallarda yeni peyğəmbərin göndərilməsinə zərurət olmayacaq?
    4.Nəbilərin və rəsulların sayını bəyan edin.
    5.Nəbi ilə rəsul arasında nə kimi fərq var? Onların arasında məfhum və nümunə (növ) baxımından nə münasibət var?
    6.İlahi mənsəblər baxımından peyğəmbərlərin bir-birinə hansı üstünlükləri vardır?
    7.Ulul-əzm peyğəmbərlər kimlərdir? Onların xüsusiyyətləri nədir?
    8.Vahid zamanda bir neçə peyğəmbərin olması mümkündürmü? Əgər mümkündürsə, hansı nümunələri göstərə bilərsiniz?
    9.İlahi peyğəmbərlərin daha hansı xüsusiyyətlərini bilirsiniz?
    10.Cinlərin peyğəmbərlərə münasibətdə iman və küfr nəzərindən rəftarları necə olmuşdur?
    Category: Əqidə üsullarının təlimi 1 | Added by: Islam_Kitabxanasi
    Views: 654 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024