İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Hamidofh20
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • Main » Files » Etiqat » Əqidəmiz nədir? 10 dərs

    Əqidəmiz nədir? 10 dərs
    2012-02-19, 6:41 AM
    DİNİN ƏSASLARI
    1. ALLAH TƏKDİR
    2. ALLAH ADİLDİR
    3. PEYĞƏMBƏRLİK
    4. İMAMƏT
    5. QİYAMƏT
    BİRİNCİ DƏRS
    BİRİNCİ ƏSAS
    ALLAH TƏKDİR
    Bu bəhsdə məqsəd, bütün varlıq aləminin xaliqinin Allah olması və Onun tək olub şəriki olmamasıdır. Bu mövzuda iki məsələni araşdırmaqla davam etdiririk:
    Birinci məsələ: Varlıq aləminin xaliqini sübut etmək. Bu varlıq dünyası təsadüfən yaranmayıb. Bütün bu məsələlri isbat etməkdən ötrü müxtəlif dəlillər vardır. Onlardan bəzilərinə işarə edirik:
    BİRİNCİ DƏLİL:
    Varlıq aləmində olan bütün mövcudatlar məhv olub aradan getməkdədir. Butün bu hadisələri özümüz müşahidə edirik. Bunlarla da aydın olur ki, hər bir yaranmış varlıq öz varlığını başqa birisindən alır və onun vasitəsilə saxlayır. Yaranmışların heç biri zatən varlıq qabiliyyətinə malik deyillər. Çünki, əgər onların zatən varlıq aləmində qalmaq qüdrətləri olsaydı heç vaxt məhv olmazdılar. Beləliklə, əgər hər hansı varlıq və vücud məhv olmaq və aradan getməyi qəbul edirsə onun yaradanı var və bu yaradan həmən Allah-taaladır. Allah-taala Özü isə aradan getməz və əbədidir. Fikrimizi tamamlamaqdan ötrü bir nümunə gətiririk:
    Fərz olunsun ki, qarşımızda bir topa güzgü var və onlardan ətrafa nur saçılır. Bu nur şüalarna uzaqdan tamaşa etdikdə nəhayətdə, aydın olur ki, nurların hamısı güzgünün özündə yox, bəlkə də başqa yerdəndir. Ona görə ki, güzgü üzündən heç bir nur vermir. Həmin səbəbdən insan bu nurların mənşəyini güzgülərin özündə axtarmır. Nurlar güzgüdən xaricdə, günəş, ay, çıraq və ya alov kimi yerlərdə axtarılır. Çünki, güzgü belə şeylərdən nur ala bilər.
    Nurun özünün zaatına qayıtdığı və əsl kökünə müraciət etdiyi kimi insanın varlığının və vücudunun da öz kökü və qayıdış yeri vardır. İnsan da həmin kökdən mənşələnir və ordan ayrıla bilməz. İnsanın o kökdən müstəqil şəkildə olması mümkün deyil. Həmin kök və mənşə Allah-taaladır.
    İKİNCİ DƏLİL: NİZAM-İNTİZAM
    Bu dəlilin xülasəsi bundan ibarətdir: həqiqətən bu kainatın dəqiq şəkildə nizam-intizamı vardır. Kainatın bütün xırdalıqları və zərrəcikləri bir-biri ilə möhkəm bağlıdır. Bütün bunları bugünkü müasir elm də bu məsələni dəqiqliklə varlıq aləminin dəqiqlik və nizam-intizamını təsdiq edir. Belə olan halda bu varlığın xaliqi də tək, alim və hikmətli olmalıdır. Heç də ağıla batan deyildir ki, bütün bu varlığın mənşəsi təsadüfdür. Halbuki, ağıl bütün bu zahiri sadə hadisələri və ya bir-biri ilə bağlı hadisələrin dərkindən sonra qəbul etmir ki, bir-biri ilə bağlı bütün müxtəlif hərəkətlər və hadisələr təsadüf nəticəsindədir. Bəs, ağıl belə bir şeyi qəbul etmirsə, necə təsəvvür etmək olar ki, bütün bu möhkəm və əcaib nizam-intizamın və varlığın alim və hikmətli xaliqi olmasın və təsadüf nəticəsində olsun?!
    Allah-taala buyurur:
    سَنُرِيهِمْ آيَاتِنَا فِي الْآفَاقِ وَفِي أَنفُسِهِمْ حَتَّى يَتَبَيَّنَ لَهُمْ أَنَّهُ الْحَقُّ أَوَلَمْ يَكْفِ بِرَبِّكَ أَنَّهُ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ
    "Tezliklə, Biz, onlara dünyada və nəfslərində Öz nişanələrimizi göstəririk ki Onun (Quranın) haqq olması onlar üçün aşkar olsun. Məgər Allahın hər şeyə şahid olması sizə kifayət deyilmi?!” (Fussilət surəsi, 53-cü ayə.  )
    İKİNCİ DƏRS
    İKİNCİ MƏSƏLƏ
    VARLIĞI YARADAN YEGANƏ ALLAHDIR VƏ ŞƏRİKİ YOXDUR
    Bu məsələnin dəlili: Əgər bu məsələdə (varlığın yaradılışında) bir neçə tanrı fərz olunub hər birisi digərindən ehtiyacsız təsəvvür olunsaydı sözsüz ki, onların məqsədləri və iradələri bəzi yerlərdə bir-birinin ziddinə olardı. Bununlada kainatın nizam-intizamı pozular, yer və göylərdə fitnə-fəsad olardı. Bu barədə Allah-taala Özü Qurani-şərifdə buyurur:
    لَوْ كَانَ فِيهِمَا آلِهَةٌ إِلَّا اللَّهُ لَفَسَدَتَا
    " Əgər (yerdə və göydə) Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) fəsada uğrayardı.”(Ənbiya surəsi, 22-ci ayə. )
    İKİNCİ ƏSAS
    ALLAH ADİLDİR
    Məna budur ki, Allahın kiməsə zülm etməsi qeyri-mümkündür. Çünki, adillik və ədalət sifəti xeyir sifətlərindəndir. Amma zülm şərr xüsusiyyətlərindəndir. Zülm işə ədaləti icra edə bilməyən zəif və şərr adamlardan başqa birisi əl atmaz. Halbuki, Allah-taala bütün xeyirlərin mənşəyi və məxluqatın hamısına feyz verən və onların hamısından ehtiyacsızdır. Allahın zülm etməyə heç bir ehtiyacı yoxdur. Necə ki bu məsələyə Quran işarə edir:
    أَيُّهَا النَّاسُ أَنتُمُ الْفُقَرَاء إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
    "Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir! (Onun bütün işləri bəyəniləndir!)” (Fatir surəsi, 15-ci ayə. )
    Başqa ayədə buyurur:
    "Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə, onu (onun savabını) ikiqat artırar və öz tərəfindən də (bu əməlin sahibinə) böyük mükafat verər!”(Nisa surəsi, 40-cı ayə.  )
    ÜÇÜNCÜ ƏSAS
    PEYĞƏMBƏRLİK
    Allah-taala insanı və kainatı əbəs yerə yerə xəlq etməmişdir. Qurani-Kərimdə də Allah-taala bu məsələyə təkid etmişdir:
    وَمَا خَلَقْنَا السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا لَاعِبِينَ (38) مَا خَلَقْنَاهُمَا إِلَّا بِالْحَقِّ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ
    "Biz göyləri, yeri və onların arasında olanları oyun-oyuncaq (əyləncə) yaratmadıq! Biz onları yalnız haqq olaraq yaratdıq, lakin onların (insanların) əksəriyyəti (bunu) bilməz!” (Duxan surəsi, 38-39-cu ayə.)
    Həqiqətən bu dünya insana axirətdən ötrü körpü qərar verilmişdir. Həmin cəhətdən insan bu dünyadakı öz hərəkət və davranışlarına görə axirət dünyasında insana mükafat və cəza vardır. O səbəbdən Allah-taala insana düzgün yolu göstərmiş və xeyir işləri ona tanıtdırmışdır. Bütün bu hidayət yolları insanlar arasında saleh və bu ağır İlahi vəzifənin ümmətlər arasında məsuliyyətini öhdələrinə ala bilən şəxslər vasitəsilə insanlara çatdırılmışdır. Belə şəxslər peyğəmbər adlanır.
    Peyğəmbər, ümmətlər arasında İlahi risalət və təlimləri öz öhdəsinə alan şəxsdir. Həqiqətdə Allah-taala keçmiş zamandan insanlara çoxlu peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin ən çox tanınmışlarıdan həzrət Nuh (əleyhissalam), İbrahim (əleyhissalam) və yəhudilərə Tövrat kitabı gətirmiş Musa ibni İmran, xaçpərəstlərə İncil kitabı gətirmiş İsa (əleyhissalam) və nəhayət böyük İslam dinini yaymış və bütün insanlara Quranı gətirmiş həzrət Məhəmməd ibni Əbdullah ibni Əbdul-Müttəllib (səlləllahu ələyhi və alehi və səlləm)-in adlarını çəkmək olar. Məhəmməd peyğəmbər (səlləllahu ələyhi və alehi və səlləm) sonuncu peyğəmbər olduğuna görə O həzrətdən sonra heç bir peyğəmbər gəlməyəcəkdir. O həzrət bütün İlahi elçilərin sonuncusu olduğuna görə Ondan sonra iddia olunmuş bütün hər hansı peyğəmbərlik iddiası yersiz və bu iddianı edən yalançı sayılır. Quran bu barədə buyrur:
    مَّا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِّن رِّجَالِكُمْ وَلَكِن رَّسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيماً
    "Mühəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. (Oğul odur ki, kişinin öz belindən əmələ gələ!) Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!” (Əhzab surəsi, 40-cı ayə. )
    Adlarını çəkdiyimiz beş peyğəmbər "Ulul-əzim”("Ulul-əzim” yəni böyük əzəmət və şəriət sahiblər deməkdir. (tər.) ) peyğəmbərlər adlanır.
    ÜÇÜNCÜ DƏRS
    PEYĞƏMBƏRLƏRƏ MƏXSUS SİFƏTLƏR
    Hər bir peyğəmbər, Allah tərəfindən ağır və məsuliyyətli bir vəzifəni öhdəsinə aldığına görə aşağıdakı bəzi sifətlərə malik olmalıdır:
    1 - ŞÜCAƏT: Peyğəmbər zalimlərin müqabilində heç bir qorxu və zəiflik göstərməli deyil. Müsibətlər və hədə-qorxulardan çəkinməməlidir.
    2 – DOĞRU VƏ DÜZ DANIŞAN: Ona görə ki peyğəmbər Allahın dinin və şəriətin həml edir. Belə olan halda peyğəmbərin düz və doğru danışan olması vacibdir. Başqa tərəfdən yalançının din risalətini öhdəsinə alması düzgün deyil və insanlar heç vaxt belə şəxsi təsdiqləməz.
    3 - ƏMANƏTDAR: Peyğəmbər Allahın göndərdiyi dini və hökmləri olduğu kimi dəyişmədən insanlara çatdırmalıdır. Peyğəmbər Xaliqinə xəyanət etməməlidir.
    4 – ALLAHA BƏNDƏÇİLİK VƏ İTAƏTDƏ MÖHKƏM OLMALIDIR: Bununla da insanlar ona tamamilə tabe olsunlar, onun əmr və göstərişlərinə əməl etsinlər. əgər peyğəmbər Allaha qarşı günah etmiş olsa başqaları da günaha meyl etmiş olarlar.
    Bütün bu səbəblərə görə deyirlər ki peyğəmbər məsum (günahsız) olmalıdır. Məsum, bir adətdir ki, onun sayəsində insan imanında möhkəm olur və Allaha qarşı günah etməkdən çəkinir.
    MÖCÜZƏ
    Peyğəmbərlər Allah-taalanın dinini və hökmlərini insanlar arasında yayırlar. Həmin səbəbdən peyğəmbərlik iddiası elə bir dəlillə (məs. möcizə) olmalıdır ki, o şəxsin sözünün doğruluğuna və Allah-taala ilə rabitəsinə tam şəkildə və şəkksiz dəlalət etsin.
    Möcüzə: elə bir şey və ya hadisənin baş verməsidir ki, onunla peyğəmbərin peyğəmbərliyi sübuta yetir və adi insanlar o işi görməkdə acizdirlər.
    Əgər peyğəmbərin peyğəmbərlik iddiası möcüzə ilə birgə olmasa, onda Allah-taalanın göndərdiyi həqiqi peyğəmbərlərlə, Müseyləmə və Əsvəd Ənəsi kimi özlərinə məqam qazanmaq niyyətində olan yalançılar, şöhrətpərəstlər və sairləri ayırmaq mümkün olmaz.
    Category: Əqidəmiz nədir? 10 dərs | Added by: Islam_Kitabxanasi
    Views: 876 | Downloads: 0 | Rating: 1.0/1
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313, Hamidofh20
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024