İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Namazin hikmət və sirləri

    Namazin hikmət və sirləri
    2012-01-04, 5:22 AM
    BİRİNCİ FƏSİL
    NAMAZA DOĞRU
    İBADƏTƏ MADDİ MEYARLARLA VERİLƏN QİYMƏT
    İbadətlərin, xüsusilə ən üstün və bariz ibadət nümunələrindən olan namazın hikmət və fəlsəfəsi, bu ibadətlərin maddi faydalarından daha üstündür. Alimlərin və ariflərin dili ilə desək, onlar hər bir ibadəti ərş aləminə giriş qapısı hesab edirlər. Daha dəqiq desək, ibadət insanı maddi aləmdən ayıraraq üns və məhəbbət aləminə aparır. Belə ki, həqiqi ibadət insanın ruhunu qidalandıraraq onu bəşərin ən böyük ümidi olan mənəvi yaxınlığa çatdırır və "Namaz möminin meracıdır” - ifadəsi əməldə gerçəkləşir.
    İbadət Xaliq və məxluq, məbud və qul arasında olan bir rabitə, həmçinin məhbub və həbib arasında olan bir ünsiyyət və aşiqin məşuqla vüsalıdır.
    Bəzi insanlar hiss və təcrübələrinə arxalanaraq həqiqət aləminə maddi yöndən baxıb ona qiymət vermək istəyir, lakin yanılırlar.
    İbadətin ruhi camalı, mənəviyyatın həqiqi fəlsəfəsi, iman nuru və Yaradanla olan rabitə, elmi hesablamalarla və ya fəlsəfi miqyaslarla ölçülə bilməz.
    İbadətin bir çox maddi faydalarına və təbii mənfəətlərinə, həmçinin fiziki xeyirlərinə baxmayaraq mənəviyyatın ucalığı, əxlaqın gözəlliyi və ərş aləminə yaxınlaşmaq əsl hədəf olaraq birinci yerdə durur.
    İBADƏTİN NÖVLƏRİ VƏ İNSANLARIN MÜNASİBƏTİ
    Bəşərin təbiət və fitrətində maddi təminatlara, o cümlədən, var-dövlətə, övlada və cana möhkəm əlaqəsi vardır. Yaşayış üçün lazım olan bu üç ünsür Allah-təalanın hüzurunda müəyyən həddə kimi bəyənilmiş işlərdəndir.(Var-dövlətə məhəbbət barəsində Quran "Adiyat” surəsinin 8-ci ayəsində belə buyurur: "O, (insan) dünya malını çox sevir.” Övlad barəsində isə bir çox hədis və rəvayətlər mövcuddur. Belə ki, övlada məhəbbət təkid olunaraq bildirilmişdir ki, onların təlim və tərbiyəsində etinasız olmamaqla yanaşı rahatlıq və asayişləri üçün əlimizdən gələni əsirgəməyək. Hətta övladı öpməyin belə çoxlu savabı zikr olunmuşdur. Öz canımıza olan əlaqə barəsində isə Qurani-Kərimin "Bəqərə” surəsinin 195-ci ayəsində belə buyurulur: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın.” Şəri hökmlərə əsasən insan ona zərər olan amillərdən uzaq olmalıdır. Belə ki, əgər orucun insana ziyanı varsa tutmamalı, həmçinin, əgər dəstamaz almaq zərərlidirsə, əvəzinə təyəmmüm etməli və s.)
    Ən üstün əlaqə və məhəbbət isə aləmlərin Pərvərdigarına olan eşq və məhəbbətdir. Həqiqi məhəbbət və bütün məhəbbətlərin sultanı məhz budur.(Allah-təala Qurani-Kərimin "Nəml” surəsinin 34-cü ayəsində belə buyurur: "Həqiqətən padşahlar bir şəhərə daxil olduqda oranı viran edərlər.” Bu cəhətdən də Allaha məhəbbətlərin sultanı deyilir. Əgər bu sultan insanın qəlbinə daxil olsa, digər məhəbbətlər viran olub aradan gedər. )
    Lakin bəzən maddiyyata olan istək və əlaqə həqiqi məhəbbəti kölgədə qoyur. Buna görə də Haqq-təala insanların qəlblərini bütlərin (maddi istəklərin) məhəbbətindən təmizləyib ona zinət vermək, həqiqi məşuquna qovuşdurmaq və batildən ayırmaq üçün bir sıra ibadətlər müəyyənləşdirmişdir. Onlar üç hissədən ibarətdir:
    Bədənə aid ibadətlər:
    Bu növ ibadətlərə namaz, oruc, Quran oxumaq, azan demək, müxtəlif zikr və dualar daxildir.
    Mal və sərvət vasitəsilə yerinə yetirilən ibadətlər:
    Məsələn, sədəqə vermək, xümsü, zəkatı ödəmək və s.
    Can vasitəsilə olan ibadətlər:
    Buraya isə Allah yolunda cihad, haqq uğrunda canıyananlıq və s. daxildir.
    Bir qrup insanlar öz bədənlərinə həddindən artıq qulluq edib, bədən vasitəsilə olunan ibadətlərə (namaz, oruc və s.) çox da əhəmiyyət vermir, bəzi vaxtlar səhlənkarlıq göstərirlər. Lakin mümkündür ki, bu qəbil şəxslər Allah yolunda öz var-dövlətlərindən heç nə əsirgəməsinlər. Nəticədə belələrinin bədənpərəstliyi allahpərəstliyindən daha çox olur.
    İkinci qrup isə əksinə, bədən vasitəsilə yerinə yetirilən ibadətlərdə heç də səhlənkarlıq etmir, "fürada” namazını (tək qılınan namaz) və camaat namazını vaxtlı-vaxtında qılmaqla yanaşı dualarda iştirak edir, günahlarına görə göz yaşı axıdıb Allahla razü-niyaza qatılır. Lakin mallarını, pullarını haqq yolda sərf etmək onlar üçün olduqca ağır gəlir və infaq etməklə razılaşa bilmirlər. Bunlar malpərəst, pulpərəst, inəkpərəst və mülkpərəstdirlər.
    Üçüncü qrup yuxarıda zikr olunan iki qrupdan fərqlənir. Belə ki, bu şəxslər həm bədən və həm də mal vasitəsilə edilən ibadətlərə böyük əhəmiyyət verir, haqq yolda hər iki əmri can-başla yerinə yetirirlər. Lakin can vasitəsilə ibadət önə gəldikdə imanlarının zəifliyi ucbatından Allah yolunda canlarını qurban verməkdən çəkinirlər.
    Dordüncü qrup o üç qrupdan tamamilə fərqlənir. Belələri Allah-təalanın razılığını əldə etmək xatirinə bədən, mal və can vasitəsilə ibadətləri ürəkdən yerinə yetirməklə yanaşı haqqa qovuşmaq üçün heç nəyi əsirgəmirlər. Məsələn, tövhid qəhrəmanı həzrət İbrahim (ələyhissalam) bir sıra imtahan və çətinliklərdənüzüağ çıxaraq öz məşuqunun yolunda əziz övladını belə qurban verməkdən çəkinmədi.
    Həmçinin İbrahim peyğəmbərin (ələyhissalam) varisi, məhəbbət vadisinin qəhrəmanı imam Hüseyn (ələyhissalam) Allaha qovuşmaq və Onun razılığını əldə etmək üçün canını, malını, ailəsini, övladlarını və əzizlərini fəda etdi.
    NAMAZ - İCTİMAİ BİR İBADƏT
    Namazın başlanğıcı
    İslam dini ibadətlər arasında namaza xüsusi əhəmiyyət verməklə yanaşı digər ibadətlərin qəbulunu ona bağlayır. Namaz dinin sütunu kimi qələmə verilir. Bu ibadət bütün hallarda (xəstəlik, sağlamlıq, səfər, qorxu, müharibə və s.) vacib hesab edilir, iman və küfr arasında sərhəd sayılır.
    Üsuliddin (əqidələr) və füruiddinin (əməli hökmlər) məcmuəsi olan namaz
    Namaz üsuliddin və füruiddinin məcmuəsidir. İlahi maarif namazda cilvələnir və qalan ibadətlər onda gözə çarpır.(Namazda, demək olar ki, üsuliddinin bütün maddələri cilvələnir. O cümlədən tövhid, nübuvvət, imamət, məad həmd surəsində və salavatda, ədl isə təsbihatda təkrar-təkrar zikr edilir. Namaz orucu da öz əhatəsində saxlayır, çünki namaz qılan şəxs müəyyən vaxtlarda oruc halında olur. O, xümsü, zəkatı ödədikdən sonra namazın mələkuti fəzasına daxil olur və başqaları üçün xeyir-dua istəməklə öz əməlini isbata yetirir. Namaz həcc kimi Beytullahın (Kəbə evinin) Sahibinə olan xüsusi bir diqqətdir. Namaz pisliklərdən çəkindirən və yaxşılıqlara dəvətdir. O, nəfs və şeytanla olan cihaddır. Namazın məkanı mehrab və döyüş meydanıdır. )
    Namaz – mələklərin ibadətinin cəm forması
    Merac barəsində nəql olunan rəvayətlərdə bildirilir ki, mələklərin də özünəməxsus ibadətləri vardır. Onlar Allahın əbədi olaraq təyin etdiyi ibadət halına qapılaraq qeyrisinə etina etməzlər. Mələklərin bəzisi qiyam və qunut, bəzisi rüku, bəzisi səcdə, bəzisi isə oturaq halda Allah-təalaya ibadətlə məşğuldurlar. Mələklər onlar üçün təyin edilmiş xüsusi ibadəti heç vaxt tərk etmirlər. Yəni rüku halında ibadət edən mələyin səcdə etməyə ixtiyarı yoxdur və s.
    Namazqılan mömin şəxs isə gah qiyam, gah qunut, gah rüku, gah səcdə, gah da oturaq halda Xaliqini zikr edir. Belə ki, o, bütün mələklərin ibadətlərini cəm şəkildə yerinə yetirir.
    Namaz – məxluqatın təkvini ibadətlərinin cəm forması
    Namaz bütün yaranmışların ibadətlərini özündə cəmləşdirir. Bu məsələni aydınlaşdırmaq üçün nəzərinizi üç nöqtəyə cəlb edirik.
    Qurani-Kərim insanın torpaqdan yaradılıb, yenidən torpağa qaytarılacağı barəsində aşkar surətdə belə buyurur:
    كَمَا بَدَأَكُمْ تَعُودُون
    "Sizi torpaqdan yaratdığı kimi, yenidən torpağa qaytarılacaqsınız.”(Əraf” surəsi, 29-cu ayə.)
    Həmçinin, başqa bir ayədə belə buyurulur:
    مِنهَْا خَلَقْنَاكُمْ وَ فِيهَا نُعِيدُكُمْ وَ مِنهَْا نخُْرِجُكُمْ تَارَةً أُخْرَى‏
    "Sizi torpaqdan yaratdıq, yenə ona qaytaracağıq və yenidən sizi bu torpaqdan xaric edəcəyik.”("Taha” surəsi, 55-ci ayə.)
    Alimlər təhqiqatlar əsasında yekdilliklə insanın həqiqətən də torpaqdan yaranması qənaətinə gəlmişlər. Torpaqdan və onun tərkibində olan bir sıra ünsürlərdən yaranan insan, mərhələ-mərhələ inkişaf edərək özünü ali insaniyyət məqamına yetirmişdir. Belə ki, hər mərhələni başa vurduqda ona bir sıra imtiyaz və üstünlüklər əlavə edilmişdir.
    Həmçinin, insanın ruhu maddi aləmdən üstün olan bir aləmdən nəşət tapmışdır. Həmin aləmə "Əmr” aləmi deyilir. Bu da bəşərin elm və ağlının fövqündə durur.("İsra” surəsinin 85-ci ayəsində belə buyurulur: "Səndən ruhun mahiyyəti barəsində soruşanlara de ki, bu Pərvərdigarımın əmrlərindəndir və cüzi məlumatdan başqa bəşər ağlı bunu dərk edə bilməz”.)
    Bu cəhətdən də insan "Xəlq” və "Əmr” aləminin zahiri surəti, "Mülk” və "Mələkut” aləminin bir nümunəsi və bütün məxluqatın ən şərəflisidir. Mələklər Allahın əmri ilə təzim əlaməti olaraq insana səcdə etdilər.
    Qurani-Kərimin "İsra” surəsinin 70-ci ayəsində belə buyurulur:
    وَ لَقَدْ كَرَّمْنَا بَنىِ ءَادَمَ وَ حَمَلْنَاهُمْ فىِ الْبرَِّ وَ الْبَحْرِ وَ رَزَقْنَاهُم مِّنَ الطَّيِّبَاتِ وَ فَضَّلْنَاهُمْ عَلىَ‏ كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلا
    "Biz Adəm övladlarını əziz tutub onlara kəramət bağışladıq. Onlara suda və quruda minik verdik. Pak ruzilər əta etməklə bərabər bir çox yaranmışlardan üstün qərar verdik.”
    Həmçinin "Tin” surəsinin 4-cü ayəsində belə buyurulur:
    لَقَدْ خَلَقْنَا الْانسَانَ فىِ أَحْسَنِ تَقْوِيم
    "Həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq.”
    Quran buyurur:
    وَ إِن مِّن شىَ‏ْءٍ إِلَّا يُسَبِّحُ بحَِمْدِهِ وَ لَاكِن لَّا تَفْقَهُونَ تَسْبِيحَهُمْ
    "Hər şey Allahı sitayiş edir, lakin siz onların sitayişini anlamırsınız.”("İsra” surəsi, 44-cü ayə)
    Təkvini və tədvini kəlam
    Təkvini kəlam tədvini kəlam kimi, müəyyən məna bildirir. Uşağın ağlaması onun ac olduğunu, bina isə bənnanın varlığını göstərir.
    Deməli, aləmdəki bütün yaranmışlar Yaradanın vücudundan danışır. Şair demişkən:
    Torpaqdan cücərən hər gül, hər çiçək,
    Qalxır "şəriki yox, birdir” deyərək.
    Demək, bütün mövcudat təkvini kəlamdan ibarətdir. Allah-təala Quranda həzrət İsanı (ələyhissalam) "Kəlimətullah”(Ali İmran” surəsi, 45-ci ayə. 24 "Fussilət” surəsi, 20-21-ci ayələr. Ariflərdən biri deyir: "Peyğəmbərimizin ovcunun içində çınqıl daşların təsbih deməsi təsbihin özünü başa salmaq deyil, əksinə əsl məqsəd çınqıl daşların zikr və təsbih etməsini camaata çatdırmaq idi. Belə ki, daşların Rəsuli-Əkrəmin) adlandırır:
    إِذْ قَالَتِ الْمَلَئكَةُ يَامَرْيَمُ إِنَّ اللَّهَ يُبَشِّرُكِ بِكلَِمَةٍ مِّنْهُ اسْمُهُ الْمَسِيحُ عِيسىَ ابْنُ مَرْيَمَ وَجِيهًا فىِ الدُّنْيَا وَ الاَْخِرَةِ وَ مِنَ الْمُقَرَّبِين‏
    "Mələklər dedilər: Ey Məryəm! Allah sənə öz kəlməsi ilə müjdə verir. Onun adı Məryəm oğlu Məsihdir. O, dünyada və axirətdə abırlı və Allaha yaxın olan kəslərdəndir.”
    Həmçinin, məsum imamlar (ələyhimussalam) "kamil və tam kəlmə” adlandırılmışlar. Belə ki, "Səhər” duasında oxuyuruq:
    "İlahi, ən kamil kəlmələr xatirinə Səndən istəyirəm..."
    Həqiqətdə hər bir yaranmış öz Yaradanına həmd və səna deyir. Hər şey öz təkvini dili ilə Allahı zikr edir. Quran bu barədə buyurur:
    حَتىَّ إِذَا مَا جَاءُوهَا شهَِدَ عَلَيهِْمْ سَمْعُهُمْ وَ أَبْصَارُهُمْ وَ جُلُودُهُم بِمَا كاَنُواْ يَعْمَلُون‏
    وَ قَالُواْ لِجُلُودِهِمْ لِمَ شَهِدتمُ‏ْ عَلَيْنَا قَالُواْ أَنطَقَنَا اللَّهُ الَّذِى أَنطَقَ كلُ‏َّ شىَ‏ْءٍ وَ هُوَ خَلَقَكُمْ أَوَّلَ مَرَّةٍ وَ إِلَيْهِ تُرْجَعُون‏
    "(Cəhənnəmə) gətirildikdə onların qulaqları, gözləri və dəriləri etdikləri pis əməllərə görə onların əleyhinə şəhadət verəcək. Onlar öz dərilərinə deyəcəklər: Nə üçün bizim əleyhimizə şəhadət verirsiniz? Dəriləri deyəcək: Bizi danışdıran Allahdır. O Allah ki, hər şeyi danışdırmağa qadirdir. Hər şeyi əvvəldən Yaradan Odur və Ona tərəf də qayıdacaqsınız.((salləllahu ələyhi və alihi və səlləm) mübarək əlində zikr etməsi, o həzrətə məxsus deyil. Çünki bütün dünyanın çınqıl daşları, hətta bütün mövcudat Allahı zikr və təsbih edir. Lakin şərif ayəyə (İsra, 44) əsasən, biz onların təsbihini eşitmirik. Bununla belə İslam Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) camaata möcüzə göstərmək və onları anlatmaq üçün çınqıl daşların səsini və təsbihini onlara eşitdirdi.)
    Hər bir camal sahibi tərifə layiqdir. Bütün camal sahiblərinin ən gözəli və ən üstünü Allah-təaladır. Belə ki, hər bir gözəllik və camal Ondandır və Ondan alınmışdır.
    Fransalı müvəhhid (yeganə Allaha inanan şəxs) Kamil Felamaryon "Allah təbiətdə” adlı kitabında belə yazır: "Qadir, Müdəbbir, Həkim, Müqtədir olan Allah sanki təbiətin hər bir guşəsində bizimlə söhbət edir.”
    Məxluqlardan bir hissəsi həmişə qiyam (ayaq üstə) halında Haqq-təalanı təsbih və təmcid edirlər. Ağacları misal göstərmək olar.
    Başqa bir mövcudlar isə oturaq halda (məs; bitkilər, dağlar və s.), digər hissə rüku halında (məs; dördayaqlı heyvanlar və s.), bəziləri isə səcdə halında (məs; sürünən heyvanlar və s.) daimi olaraq Allahı zikr və təsbihlə Ona həmd və səna etməklə məşğuldurlar.
    3. İnsanda bütün məxluqların kamillikləri, onların keçdiyi bütün mərhələlər ("kani”, "cəmadi”, "nəbati”və "heyvani aləmlər”), həmçinin "nəfse natiqeye qodsiyye” (müqəddəs nitq nəfsi) cəmlənmişdir.
    Buna görə də insan üçün namaz adlı ibadət qərar verilmişdir.
    Namaz bütün xeyirlərin və səadətlərin formulu, həmçinin bütün şər və fəsadların qarşısında duran maneədir.
    Namaz iman və saleh əməllə zinətlənmiş, habelə gözəl əxlaqla bəzənmiş və günahlardan uzaq olan mömini həmişə pisliklərdən qoruyur.(Qurani –Kərimin "Ənkəbut” surəsinin 45-ci ayəsində buyurulur: "Həqiqətən, namaz (insanı) pis və yaramaz əməllərdən saxlayır.”)
    Category: Namazin hikmət və sirləri | Added by: Islam_Kitabxanasi
    Views: 723 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024