İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Namazin hikmət və sirləri

    Namazin hikmət və sirləri
    2012-01-04, 5:20 AM
    İKİNCİ FƏSİL
    MƏBUDUN DƏRGAHINDA NAMAZIN ŞƏRTLƏRİ VƏ HİSSƏLƏRİ
    Şəriət və fəqihlərin dilində namazın müqəddimə işləri onun şərtləri ilə adlandırılmışdır. Bunlar altı şərtdən ibarətdir:
    1-2) Hədəs(Yəni mənəvi və batini natəmizlik. Qüsl, dəstəmaz və təyəmmüm vasitəsilə bu natəmizlik aradan qalxır. (Mütərcimdən)) və xəbəs(Yəni bədənin, paltarın və əşyaların zahiri natəmizliyi. (Mütərcimdən))dən paklanma
    Kitabın birinci cildində mənəvi və cismani natəmizliklər barəsində söhbət açıb bildirdik ki, batini tanıtdıran, ona ünvan olan zahirdir. Başqa sözlə, bədən və libasın təharəti nəfsin və qəlbin günahlardan paklanmasına işarədir.
    Dəstəmazda üz və əllərin yuyulması diqqətin mənəvi əməllərə yönəlməsinə işarədir. Cənabətli bədən maddiyyatda qərq olduğu üçün tamamilə yuyulmalı, sonra maddi ləzzətlər buxovundan nicat tapmaq üçün özünü mənəviyyat sahilinə çatdırmalıdır.
    3) Qiblənin təyin edilməsi
    Namaz halında qibləyə diqqət maddi bədənimizi zahiri qibləyə (Kəbəyə) döndərdiyimiz kimi qəlbimizi və nəfsimizi maddiyyatdan çox-çox uzaq olan Kəbə Sahibinə (Allaha) yönəltməyimizə işarədir. Şair demişkən:
    Hacı üzü Kəbəyə, mən görüş həvəsində,
    O bir ev soraqlayır, mənsə evin sahibin.
    Qibləni tanımaq cəhət və istiqaməti tapmaq üçündür.(İslam fitri bir din olduğu üçün kompassız da (günəş, ulduzlar və s) təbii vasitələrlə qiblə və zaman təyin edilə bilir. Belə ki, əgər kompası hər hansı bir tərəfə döndərsək, onun əqrəbi cənub istiqamətinə doğru dayanacaqdır. Möminin də qəlbi bu cürdür. Yəni hər nə qədər insan maddiyyata qapılsa, axırda yenə də möminin qəlbi dolanıb Allaha tərəf dönəcəkdir.)
    4) Vaxtın müəyyən edilməsi və namazın vaxtında qılınması
    Vaxtın müəyyən edilməsinin fəlsəfəsi insanı dünya və axirət işlərində vaxta diqqətli etməkdən, qiymətli ömrün bihudə işlər üçün olmadığını anlatmaqdan ibarətdir.
    İmam Əli (ələyhissalam) şerlərin birində belə buyurur:
    ما فات مضي و ما سياتيك فاين
    قم فاغتنم الفرصة بين العدمين
    Yəni
    Keçmişlə gələcək arası vaxtı,
    Qənimət bilib dur, qoyma, gün axdı!
    Hər bir şəxs ömür boyu saleh əməllərini və elmini artırmalıdır. Məsum imamdan (ələyhissalam) nəql olunmuş bir hədisdə belə buyurulur:
    "Hər kəsin iki günü bərabər olsa, ziyan çəkmişdir.”("Əmali”, səh.766, hədis 4.)
    5) Sübh çağı oyanmaq və iki tulu(Sübh azanına yaxın vaxtlarda günçıxan tərəfdən bir ağartı yuxarıya doğru hərəkət edir. Buna birinci fəcr deyilir. Bir müddətdən sonra bu ağartı üfüqün məşriq tərəfində genişlənib yayılmağa başlayır. Buna isə ikinci fəcr deyilir. İkinci fəcrlə günəşin çıxmasına qədər olan vaxta "tuluəyn” deyilir. (Mütərcimdən).) arasında yatmağın məzəmməti
    Sübh vaxtı oyanıb dəstəmaz alması və üzü qibləyə doğru dayanıb Allah-təalanın dərgahına üz tutması axirət səadətini təmin etməkdən əlavə namazqılanı dünyəvi işlərdə də çalışmağa sövq edir. Əksinə, gecəni səhərə kimi yatıb, günəş çıxandan sonra oyanan şəxs həm bu dünya və həm də axirət işlərindən geri qalıb ziyan çəkənlər sırasına daxil olur.
    Rəvayətlərin birində belə buyurulur:
    "İki tulu arasında olan vaxt behiştin vaxtlarındandır. Bu vaxt nə gecədən və nə də gündüzdən hesab olunur.”
    Buna görə də sübh tezdən oyanıb bu bərəkətli vaxtdan istifadə etməyin insanın həm cisminə, həm də ruhuna çox böyük faydaları var.
    Bəzi alimlər belə bir nəticəyə gəlmişlər ki, bu vaxtda (iki tulu arası) tənəffüs (nəfəs almaq) insan üçün çox xeyirlidir. Belə ki, bu mülayim havada gözə görünməyən "efir” maddəsi var və bu maddə insanın ömrünü uzadır. Nəticədə həmin vaxtlarda oyaq qalan insanın cismi və ruhiyyəsi fəaliyyətə tam hazır olur.
    Təcrübələr göstərmişdir ki, iki tulu arasında oyaq qalan heyvanların, o cümlədən qarğanın(İmam Sadiqdən (ələyhissalam) nəql olunmuş bir hədisdə belə buyurulur: "Qarğadan üç şeyi öyrənin! Gizlində yaxınlıq etməyi, düşməndən qorunmağı və sübh tezdən oyanıb ruzi dalınca getməyi.” "Biharul-ənvar", 64-cü cild, səh. 262.) ömrü uzun olur. Bu vaxt yatan insanların ömrü qısa olur və tez qocalırlar. İmam Zamanın (ələyhissalam) buyurduğu hədisin hikməti daha da aydın olur. O həzrət buyurur:
    "Ulduzlar gözdən itənə kimi sübh namazını qəzaya verən kəs məlundur, məlundur! Həmçinin ulduzlar zahir olana kimi məğrib namazını qəzaya verən kəs məlundur, məlundur! (Allahın rəhmətindən uzaqlaşdırılmış şəxsə məlun deyilir).”("Biharul-ənvar”, 52-ci cild, səh.15.)
    İmamın "məlun”dur kəlməsini iki dəfə təkrarlaması səbəbi insanın özünü dünya və axirət rəhmətindən məhrum etməsidir.
    6) Namaz məkanının münasib olması
    Namazqılanın məkanı qəsbi və ya namünasib olmamalıdır. Namazın belə bir məkanda qılınması onun maddi aləmin fövqündə olmasına işarədir. Buna görə də namaz meraca(Yəni mənəvi yüksəliş. (Mütərcimdən).)oxşadılmışdır. Asimana doğru səfər edən əziz Peyğəmbərimiz (salləllahu ələyhi və alihi və səlləm) Allaha daha yaxın mənəvi məqam əldə etmişdir. Namazqılanın da Allaha doğru bir yüksəlişi var. O, sanki cismani aləmdən nurani və mənəvi bir aləmə doğru qalxır. Məhz belə bir məqamda "Namaz möminin meracıdır” ifadəsi öz həqiqi mənasını tapmış olur.
    NAMAZIN RÜKNLƏRİ VƏ VACİBATI
    Namaz vacib və müstəhəb hissələrdən təşkil olunmuşdur. Məşhur alimlər namazı insana bənzədərək onun üç üzvünə işarə etmişlər:
    1- Baş və ya əsas üzvlər; Buna misal olaraq insanın həyatı üçün ən mühüm rol oynayan beyini və ürəyi göstərmək olar. Əgər onlar olmasa, insanın yaşayış və varlığından söz gedə bilməz. Bu cəhətdən də baş üzvlər insanın oyaq vaxtında, hətta yuxuda olduğu zaman avtomatik hərəkətdə olub onun həyatını təmin edir.
    Qədim tibb alimləri insan bədəninin üç əsas hissədən ibarət olduğunu vurğulamışlar. Onlar aşağıdakılardan ibarətdir:
    Ruh, hərəkət və hissin mərkəzi olan beyin.
    Heyvani ruh mərkəzi olan ürək.
    Tənəffüs mərkəzi olan ciyər.
    Lakin müasir alimlər bədənin əsas hissələrinə üç üzv (böyrək, qara ciyər və ağ ciyər) əlavə etmişlər.
    Beyin yalnız insani ruh yox, bəlkə insaniyyətin ən böyük ruhudur ki, bütün bədənə başçılıq edir. Ürək də heyvani ruh yox, bəlkə qanı saflaşdıran və insana həyat verən bir mərkəzdir. O, ana bətnində hərəkətə gələn ilk üzv və ölüm zamanı hərəkətdən düşən son üzv hesab olunur. Ağ ciyərin fəaliyyəti qəlbin fəaliyyətindən az deyildir. Onun, oksigenlə qan tərkibindən əmələ gələn 37 dərəcəli hərarətin insanı yaşatmasında birbaşa rolu vardır.
    Böyrəklərin əhəmiyyəti təqdirə layiqdir. Çünki bədənin zəhərini insanın qanından alıb xaricə ötürür.
    2- İşçi üzvlər; Məs: göz, qulaq, əl, ayaq, dil, dodaq, dişlər və s. Bu üzvlərin hər birinə ehtiyacımız vardır. Əgər onlar olmasa, yaşamaq üçün tələb edilən ehtiyaclarımız təmin olunmaz. Lakin həyatımızın davamı bu üzvlərdən asılı deyil. Belə ki, əgər bir şəxs kar, kor və ya əlsiz-ayaqsız olsa belə illər boyu yaşaması mümkündür.
    3- Zinət üzvləri; Qaşlar, kipriklər, saç, saqqal kimi üzvlər insanın zahiri görünüşü və gözəlliyi üçün zəruridir. Amma onların yaşayış ehtiyaclarının təminində heç bir rolu yoxdur.
    Namazda da bu üç üzvə oxşar qisimlər var:
    a) Namazın rüknləri: Niyyət, qiyam, təkbirətul-ehram, rüku və səcdələr. (Bunlar insanın əvvəldə qeyd olunan baş və ya əsas üzvlərinə bərabərdir).
    b) Namazın vacib olan qeyri-rüknləri: Qiraət ("Fatihə” surəsi, başqa bir surə) və vacib zikrlər. (Bu da insanın işçi üzvlərinə işarədir).
    c) Namazın müstəhəb hissələri: Qunut, təşəhhüddə sağ ayağın üstünü sol ayağın alt hissəsinə qoymaq, müstəhəb zikrlər və s. (Bunlar isə insanın zinət üzvlərinə işarədir).
    Keçmiş zamanlarda ən qiymətli və mühüm hədiyyələrdən biri kəniz(61 Misir padşahının "Mariya Qibtiyyə”ni Peyğəmbərimizə (sallalləhu ələyhi və alihi və səlləm) hədiyyə etməsi tarixdə məşhurdur.) idi. Hədiyyə verən şəxs kənizin gözəlliyinə, qamətinə xüsusi diqqət yetirirdi.
    Namazqılanın namazı Haqq-təalaya olan ən qiymətli və mühüm hədiyyədir. O, yuxarıda zikr olunmuş üç hissəni layiqincə yerinə yetirməlidir ki, Allah-təalanın dərgahında qəbul edilib bəyənilsin.
    Təəssüflər olsun ki, hədiyyə olunan bəzi namazların ya başı, ya ayağı, ya gözü, ya da ki, başqa bir üzvü yoxdur.
    NİYYƏTİN FƏLSƏFƏSİ
    Başda namazın ruhu olmaqla bütün vacib və müstəhəb ibadətlərin hamısı niyyətə bağlıdır. Qəlbin qəsd etməsinə və yaxınlıqla ixlasın birlikdə gözlənilməsinə niyyət deyilir. Qürbət (yaxınlıq) dedikdə məkan yaxınlığı yox, mənəvi yaxınlıq nəzərdə tutulur. İxlas isə yalnız Allahın razılığını düşünüb Onun dərgahına yaxınlaşmaqdan ibarətdir.
    Başqa sözlə, bəndənin əməlləri məxluqata (insanlara) və maddi mənfəətlərə xatir olmamalıdır.
    İmam Sadiq (ələyhissalam)-
    الَّذِى خَلَقَ الْمَوْتَ وَ الحَْيَوةَ لِيَبْلُوَكُمْ أَيُّكمُ‏ْ أَحْسَنُ عَمَلا
    "Ölümü və həyatı yaradan kəs (Allah) hansınızın daha yaxşı əməl sahibi olduğunuzu imtahan etmək istəyir”(Mulk” surəsi, 2-ci ayə.)ayəsinin təfsirində belə buyurur:
    "Pərvərdigarın "daha yaxşı əməl” kəlməsində məqsədi "ən çox əməl” deyildir. Allah-təalanın məqsədi budur: "Sizi ən düzgün əməllə imtahan edər.” Ən düzgün əməl isə yalnız Allahdan (günah etməkdə) çəkinmək və sadiq (saf, xalis) niyyətdən ibarətdir.”
    Sonra həzrət əlavə edib buyurdu:
    "Xalis əməl ondan ibarətdir ki, Allahdan başqa bir kəsin səni tərifləməsinin intizarında olmayasan. Həqiqətən, niyyət əməldən üstündür.”(Ərbəine şeyx Bəhai”, hədis 37.)
    Göründüyü kimi, bu rəvayətdə xalis əməl yalnız Allaha xatir olan əməl kimi tanıtdırılmışdır. Xalis niyyətin ən yüksək dərəcəsi isə Cənnətin nemətlərinə, Cəhənnəmin qorxusuna, duaların qəbul olmasına, nemətlərin şükrünə görə olmayan niyyətdir. Bu barədə imam Əli (ələyhissalam) buyurmuşdur:
    (Pərvərdigara!) "Sənə Cəhənnəm atəşinin qorxusuna və ya Cənnətin nemətinə görə ibadət etmirəm. Səni yalnız ibadətə layiq bildiyim üçün ibadət və sitayiş edirəm.”("Biharul ənvar”, 67-ci cild, səh. 186.)
    Məşhur alimlərin nəzərində hədisdə qeyd olunan bu üç məqsəddən hər hansı biri insanda olsa, Allah dərgahında qəbuldur. Quran ayələrinin bəzisi bu mətləbə işarə edir. O cümlədən;
    وَ ادْعُوهُ خَوْفًا وَ طَمَعًا
    -"Onu (Allah) qorxu və ümidlə çağırın.”("Əraf” surəsi, 56-cı ayə.)
    إِنَّهُمْ كَانُواْ يُسَرِعُونَ فىِ الْخَيرَْاتِ وَ يَدْعُونَنَا رَغَبًا وَ رَهَبًا
    "Onlar həmişə xeyir iş görməyə can atmaqla yanaşı qorxu və ümid içində bizi (Allahı) çağırırdılar.”(Ənbiya” surəsi, 90-cı ayə)
    Ayələrdən bu əməllərin (qorxu və ümid) düzgünlüyü aydın olur.
    "Kafi” kitabının müəllifi mərhum "Kuleyni” imam Sadiqdən (ələyhissalam) belə bir rəvayət nəql edir:
    "Allahın bəndələri üç dəstədən ibarətdir. Bir dəstə Allah- təalanın onlara əzab verəcəyindən qorxaraq ibadət edir. Bu, qulların ibadətidir. Başqa bir dəstə savab qazanmaq üçün Allaha ibadət edir. Bu isə tacirlərin ibadətidir. Sonuncu dəstə isə Allaha sonsuz məhəbbət bəslədiyi üçün Ona ibadət edirlər. Bu da azad insanların ibadətidir. Ən üstün ibadət məhz budur.”
    Bu hədisə əsasən hər üç dəstənin ibadətinin düzgün olması bir daha aydınlaşır.
    Lakin ibadət camaata xatir olsa, insan riya məqsədilə özünü onların gözündə böyütmək istəsə və kiminsə onu tərif etməsi intizarında olsa, bu ibadət batildir. Hətta belə əməl ibadət olmasına baxmayaraq ən böyük günahlardan biri sayılar.
    Riyasız olan digər yaxşı işlərə gəldikdə isə, məsələn, həm insanın Allahın razılığından ötrü, eyni zamanda nəfəqədən xilas olmaq üçün qul azad etməsini, yaxud həm Allaha görə, həm də sərinlik üçün dəstəmaz almasını, yaxud da həm Allahın razılığı üçün, həm də yeməkdən pəhriz saxlamaq üçün oruc tutmasını fiqhə aid olan bəhslərdə bəyan etmişəm. Əgər bu növ niyyətlər əsl məqsəd, qəsdi-qürbət (Allahın razılığı) isə ikinci dərəcəli hədəf olarsa, həmin əməl batildir. Amma əksinə olarsa, həmin əməl düzgündür. Fəqihlərin fətvası da bu prinsipə əsaslanır.
    Riyadan uzaq olan hər bir ibadət Allah dərgahında bəyənilib qəbul olunacaqdır. Bu nöqtə rəvayətlərin birində belə bəyan olunur:
    "Gizlində verilən sədəqə, aşkarda verilən sədəqədən çox-çox üstündür. Çünki gizlin verilən sədəqədə heç bir riya yoxdur.”
    Həmçinin, gizlində zikr və dua, aşkarda edilən zikr və duadan üstündür. Evdə qılınan nafilə namazları da məsciddə qılınan nafilə namazlarından fəzilətlidir.
    Hər bir ibadətdə niyyətin pak və xalis olması barədə çoxlu ayə və rəvayətlər mövcuddur. "Bəyyinə” surəsinin 5-ci ayəsində belə buyurulur:
    ‏ وَ مَا أُمِرُواْ إِلَّا لِيَعْبُدُواْ اللَّهَ مخُْلِصِينَ لَهُ الدِّين
    "Onlara – Allaha kamil ibadət etməkdən başqa bir şey əmr olunmamışdır.”
    Hədislərin birində belə buyurulur:
    "Həqiqətən, bütün əməllər niyyətə bağlıdır.”(Ərbəine şeyx Bəhai”, hədis 37.)
    Başqa bir hədisdə isə belə buyurulur:
    "Möminin niyyəti əməlindən üstündür.”(Yenə orada.)
    Niyyətdə qəlbin qəsd etməsindən əlavə iki vacib və iki müstəhəb əmr də lazımdır. İki vacib əmr "qürbət” və "ixlas”dan ibarətdir. Səhih sənədə əsasən Zürarədən(İmam Sadiqin (ələyhissalam) ən yaxın səhabələrindən biri. (Mütərcimdən) nəql olunan rəvayət bu mətləbə aşkar şəkildə işarə edir:
    İmam Məhəmməd Baqir (ələyhissalam) buyurur:
    "Hər hansı bir əməli yerinə yetirib Allahın razılığını qazanmaq və axirət sarayını əldə etmək istəyən şəxs əlavə olaraq camaatın razılığını da həmin əmələ daxil etsə, müşrik sayılar.”(Vəsailuşşiə”, 1-ci cild, səh. 67)
    İki müstəhəb əmr isə "hüzuri-qəlbin və diqqətin”, digəri də "xuzu və xuşu”nun olmasından ibarətdir. Sonuncuları aydınlaşdırmaq istərdik:
    1) Qəlbin hüzuru və diqqəti;
    Həzrət Məhəmməd (salləllahu ələyhi və alihi və səlləm) buyurmuşdur:
    "Qəlbin hüzuru və diqqəti ilə qılınmayan namaz namaz deyil.”(Ərbəine şeyx Bəhai”, hədis 37.)Qəlbin diqqəti olamadan qılınan namazın etibarı və qiyməti Allah- təalanın dərgahında aşağı düşəcəkdir. Namazda qəlbin diqqəti və hüzuru hansı səviyyədə olsa, həmin miqdarda da qəbul olunacaqdır. İmam Baqir (ələyhissalam) buyrmuşdur:
    "Namazqılan bəndənin namazı o zaman qəbul olacaqdır ki, qəlbi və diqqəti namazda olsun.”
    Başqa bir məsum (ələyhissalam) belə buyurur:
    "Hər kəs namaz qılarkən dünyəvi işləri fikrindən çıxarıb hüzuri- qəlblə namazını tamamlasa, bütün günahları bağışlanacaq.”
    Başqa bir yerdə buyurulur:
    "Namaz möminin meracıdır. Əlbəttə ki, məqsəd möminin ruhunu asimana qaldıran namazdır.”
    Qəlbin diqqəti ilə qılınan namaz o namazdır ki, namaz vaxtı ruh maddi aləmlə əlaqəsini kəsib mənəvi aləmi seyr etsin. Namazda hüzuri-qəlbin ən üstün nümunələrini məsumlar (ələyhimussalam) bizə öyrədir. Biz namazda o həzrətlərin dərəcəsinə çata bilməsək də, çalışmalıyıq ki, namaz qılarkən heç olmasa, dünyəvi işləri zehnimizdən uzaqlaşdıraq. Əgər hər gün yavaş-yavaş bunu özümüzə aşılasaq, hüzuri-qəlb əldə edəcəyik.
    İmam Əli (ələyhissalam) namaz qılarkən dəfələrlə bihuş olurdu.
    Tarixdə o həzrətin yaralı vəziyyətdə namaz qılarkən mübarək ayağından oxun çıxarılması hadisəsi məşhurdur.
    Bir gün Əli ibn Hüseyn(İmam Səccad (ələyhissalam). (Mütərcimdən)) (ələyhissalam) namaz halında ikən övladlarından biri quyuya düşür, lakin həzrətin diqqəti namazdan yayınmır.
    Namazda diqqət və qəlbin iştirakı haqqında hədislərlə kifayətlənib mühüm bir nöqtəni nəzərinizə çatdırırıq:
    Yəqin ki, günəşin böyüdücü şüşə (linza) vasitəsilə kağızı necə yandırdığını müşahidə etmisiniz. Görəsən bu böyüdücünün fəaliyyəti nədən ibarətdir? Cavab: Həmin böyüdücü aldığı günəş şüalarını mərkəz bir nöqtədə cəmləşdirir. Həmin nöqtədə yığılmış istiliyin hərarəti böyüdücünün bütün səthinə saçılan şüaların hərarətinə bərabərdir.
    Namazqılan da fikrini cəmləşdirib hüzuri-qəlblə namaz qılsa, bu prosesi onun zehnində və qəlbində öz işini görməyə başlayacaq. Namazqılan şəxsdə bu hal yarandıqda böyüdücü şüşə günəş şüalarını bir yerə cəmləşdirdiyi kimi namazqılan da öz vücudunu Allah-təalanın feyzini dərk etmək üçün hazırlaşdıracaq. Belə ki, deyirik: Allah-təalanın rəhmətinin və feyzinin nuru hər yeri bürümüşdür. Bu nuru əldə etmək və ilahi eşq atəşinə bürümək üçün gərək özümüzdə güc toplayaq.
    Başqa bir misal: Fotoaparatın obyektivi ətrafa yayılmış işığı bir yerə toplayıb müəyyən olunmuş nöqtədə cəmləşdirir. Sonra həmin işığı fotoaparatın şüşəsinə ötürür və əksi çəkilmiş əşya orada həkk olunur.
    Əgər biz də namaz halında ilahi feyzin nurunu bir yerə toplasaq, həmin nur qəlbimizdə həkk olub ilahi rəng və rövnəq tapar.("Nəmaz və ruze”, səh. 54-56.)
    2) Xuzu və xuşu;(Sinonim olan bu iki kəlmə bir yerdə, yaxud bir cümlədə gələrsə, mənaları fərqli, ayrı-ayrı cümlələrdə gələrsə, eyni mənalarda işlənəcəkdir. Məsələn: Fəqir və miskin kimi.)
    Xuzu bəndənin qəlbən Allah-təalaya olan tam diqqəti, Onun sonsuz əzəməti qarşısında öz kiçikliyini, ehtiyacını bildirməsi ilə, ümid və qorxu içində bir haldan ibarətdir. Xuşu isə bəndənin zahirdə Allah-təalaya qarşı izhar etdiyi ədəb-ərkandan ibarətdir.
    Bu iki hal Yaradana olan inamı, vüqar və ədəbi bildirir. Allah-təala "Möminlər” surəsində buyurur:
    قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ الَّذِينَ هُمْ فىِ صَلَاتهِِمْ خَاشِعُو
    "Həqiqətən, möminlər nicat tapdılar. (Onlar) o kəslərdir ki, namazlarında müti olub boyun əyərlər.”(Ayə 1 və 2.)
    Aydınlaşdırıcı bir nöqtə:
    "Nur və elm” jurnalında gəlmiş bir məqalənin xülasəsini nəzərinizə çatdırıram:
    "Əgər hər bir şəxs öz mövqeyinin zəifliyini və acizliyini bütün aləmlərin Yaradıcısı olan Allah-təalanın əzəməti qarşısında dərk etsə, şübhəsiz həmin şəxsin vücudunda xuzu və xuşu haləti özünü biruzə verəcək. Bu iki mərhələni daha dərindən tanıyan insanda acizlik hissi (əlbəttə ki, yalnız Allah qarşısında) güclənəcək. Necə ki, Quran buyurur:
    إِنَّمَا يخَْشىَ اللَّهَ مِنْ عِبَادِهِ الْعُلَمَؤُا "Bəndələrin arasında yalnız alimlər Allahdan çəkinərlər.”
    Bu cəhətdən də din xadimləri Allahı tanımaqla yanaşı həmişə öz acizliklərini və zəifliklərini etiraf etmiş, qorxu və ümid, xuzu və xuşu halları vücudlarında yüksək səviyyədə cilvələnmişdir.
    Allahın əziz Peyğəmbəri (salləllahu ələyhi və alihi və səlləm) namazda öz məhbubuna elə məftun olurdu ki, dünya dağılsaydı belə o həzrətə heç bir təsir göstərməzdi.
    İmam Zeynəlabidin (ələyhissalam) namaz qılarkən titrəyər və mübarək gözlərindən sel kimi yaş axıdardı.
    Görəsən, nə üçün biz belə bir məqama çata bilmirik? Çünki biz hələ Allah-təalanı lazım olduğu kimi tanımamış və bəndəliyin əsl həqiqətini dərk etməmişik.
    Adi bir adam uca bir məqam sahibinin və ya vəzifədə olan bir şəxsin hüzuruna çağırılıb onun qəbuluna daxil olduqda diqqətini cəmləşdirib ədəb qanunlarına riayət etməyə çalışır. Halbuki, həmin məqam sahibi mütəal Allahın aciz və zəif bəndələrindən hesab olunur. Onlara əta olunan qüdrət, məqam, var-dövlət Allah-təala tərəfindəndir. Elə isə Allah-təalanın dərgahına üz tutan şəxs aləmlərin Yaradıcısı və bütün sultanların Sultanı qarşısında diqqətini daha da cəmləşdirməli, ədəb qanunlarını ciddi surətdə yerinə yetirməlidir.
    Category: Namazin hikmət və sirləri | Added by: Islam_Kitabxanasi
    Views: 915 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024