İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2053
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Katusumi
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Main » Files » Etiqat » Namazin hikmət və sirləri

    Namazin hikmət və sirləri
    2012-01-03, 9:52 AM
    ÜÇÜNCÜ FƏSİL
    NAMAZ CƏMİYYƏT FƏZASINDANAMAZIN İCTİMAİ FƏLSƏFƏSİ
    Namazın fəlsəfələrindən biri də cəmiyyət arasında nizam-intizam məsuliyyəti yaratmaqdan ibarətdir. Xüsusilə, camaat namazında nizamlı halda sıraya düzülmüş müsəlmanlar hərbi qulluqda cərgələnmiş əsgərlərə bənzəyir. Həmin əsgərlər hansısa bir məqsədə qulluq edirlər. Müsəlmanların da bu cür sıraya düzülməsi İslam dininin əzəmətini büruzə verir, bu dinin dostlarının və düşmənlərinin ruhunda dərin bir iz buraxır.
    Namazın fəlsəfə və hikmətlərindən biri də əxlaqın gözəlləşdirilməsi, insanların günahlardan və bəyənilməyən işlərdən çəkindirilməsidir. Kimsə delə deyə bilər: "İnsanların cəzalandırılması üçün polis, məhkəmə və s. kifayət edər. Daha namazın adamı pis işlərdən çəkindirməsi nəyə lazımdır?” Cavab: Qoyulmuş qanunlar camaatın xəlvətdə gördüyü əməllərə təsir göstərə bilməz. Bu qanunların yalnız cəmiyyət arasında rolu var. Lakin namaz insanı aşkarda və gizlində günahlardan çəkindirən batini bir polisə bənzəyir.( 
    Seyidin anadan olduğu yer isə Həmədanın "Əsədabad” kəndidir. "Məşahire cəhan”, səh. 39.  
    )
    ETİMAD HİSSİ
    Namazın ictimai fəlsəfələrindən biri də camaat arasında etimad hissi yaratmaqdan ibarətdir. Məlumdur ki, cəmiyyətdə bir-birinə qarşı inam və etimad hissi olmazsa, aləmin quruluşu, nizam-intizamı pozular, nəticədə hər şey süquta və məhvə uğrayar. Etimad hissini aradan qaldıran hər bir əməl (yalan, xəyanət, töhmət, qeybət və s.) şəriətdə günah və qadağandır. Əgər insanların bir-birinə etimadı olmasa, onların alış-verişi rövnəq tapmayacaq və ortada soyuq rabitələr, xoşa gəlməyən işlər baş verəcəkdir.
    Etimad hissinin hasil olması üçün ən yaxşı yol budur ki, qarşımızdakı insanın güclü iman sahibi olduğunu anlayaq. Onun Allahdan (günahlara görə) çəkindiyini, xəyanət etmədiyini, yalan danışmadığını qəlbimizdə hiss edək. Onun əməllərinin həqiqətinə diqqət yetirək. Bu nəticəyə çatmağın yolu budur ki, görək bu şəxs namazda iştirak edirmi, ya camaatla qaynayıb-qarışırmı?
    İslam dininin buyuruqları asan olmaqla yanaşı ağıl və elmlə üst-üstə düşür. Belə ki, bu dinin əhkamlarında heç bir çətinliyə yol verilməmişdir. İslamda etiqadi(Ənkəbut” surəsi, 69-cu ayə) və əməli(Bir cüz iki hizbdən ibarətdir. (Mütərcimdən)) müşküllər də yoxdur. Vacib namazları tək halda da qılmaq olar. Lakin daha yaxşıdır ki, bu namazlar camaatla qılınsın. Camaat namazının çox faydaları var. İnşaallah bəzilərinə işarə olunacaq.
    Namazın ictimai təsirlərindən biri onun imkan daxilində məsciddə, yaxud müsəlmanların cəm olduğu məkanda qılınmasıdır. Belə ki, camaat bu namazların ictimai faydalarından bəhrələnə bilsinlər. Bu mətləb hədislərdə təkidlə bildirilmişdir. Bir hədisdə belə buyurulur: Qonşuluqda məscid ola-ola tək qılınan namaz – (kamil) namaz deyil.(Quran "Ənkəbut” surəsinin 45-ci ayəsində belə buyurur: "Həqiqətən namaz (insanı) günahlardan və pis işlərdən çəkindirir”.) Başqa bir hədisdə buyurulur: "Məsciddə olan mömin suda olan balığa bənzəyir.” (Məs: Bəzi məsihilər deyirlər: Allah üçdür və eyni halda birdir.)Onu da qeyd edək ki, məscidə gedib camaatdan qıraqda tək namaz qılmağın faydası yoxdur. Məscidə daxil olan müsəlman namazını camaatla birlikdə qılmalı, onun ictimai təsirlərindən də faydalanmalıdır.
    Məscidlərin məqamının müxtəlif dərəcədə olduğu, həmçinin orada qılınan namazın savabının da müxtəlifliyi bir çox rəvayətlərdə zikr edilmişdir. Belə ki, hər bir namazın ictimai yönü güclü olarsa, həmin namazın savabı, təsiri və faydası da çox olacaqdır.
    Rəvayətlərdə insanlar həm camaat namazına rəğbətləndirilir, həm də orada iştirak etməyənlər pislənilir. Camaat namazına üzürsüz səbəbə görə gəlməyənlər "ümmətin yəhudiləri” adlandırılmışlar. Hətta onlarla rabitənin qırılması tövsiyə olunur.
    CAMAAT NAMAZININ FƏLSƏFƏSİ
    Hərbi xidmətdə olan əsgərlər günün müəyyən saatlarında meydana toplaşaraq komandirin əmrinə əsasən nizamlı şəkildə sıraya düzülür, əmr edilmiş hərəkətləri can-başla yerinə yetirirlər. Bu əsgərlərin bir amalı və iradəsi var. Onlar xüsusi bir əzəmət və vahid hədəflə özlərinin itaət hissini ürəkdən biruzə verirlər. Bu əməllər döyüş meydanına hazırlığı və nizam-intizamı bildirməklə yanaşı onların əzəmətini nümayiş etdirir.
    Həmçinin, camaat namazında iştirak edən möminlər yuxarıda qeyd olunduğu kimi düzülürlər. Sıraya düzülmüş möminlərin hərəkətləri əsgərlərin hərəkətindən daha əzəmətli görünür. Başqa millətlər müsəlmanların bu vəhdətini müşahidə etdikdə istər-istəməz təsirlənirlər və düşmənlərin ruhiyyəsi zəifləyir.
    Camaat namazı dinin şüarlarına təzimin nişanəsi hesab olunur. Bu təzim şəxsin itaət hissini, həmçinin məzhəbi nizam-intizamını daha da möhkəmləndirir.
    Namaza düzülmüş bu sıralar döyüş zamanı güclü bünövrəsi olan sıraları xatırladır. Məhz belə bir məqamda arzu olunan ədalət və mehribanlıq yaranar. Əgər insanlar camaat namazına ciddi surətdə əhəmiyyət versələr, həmçinin namaz əhli olub ictimai zərurətlərə riayət etsələr, elə bir cəmiyyət yaranar ki, insanlar heç vaxt bir-birindən hürkməz, qorxmazlar. Bir-birlərinə etimad və inam bəsləyənlər artıq məhkəməyə, hər hansı bir rəsmi sənədə, polisə və s. ehtiyac duymaz. Hər kəs öz dini, ictimai, şəxsi və vicdani vəzifəsini düzgün yerinə yetirərsə, mağazaları bağlamağa və s. ehtiyac qalmaz. Belə olduqda camaat bir-birindən oğurluq etməz və xəyanətə, zülmkarlığa, təcavüzə yer qalmaz. Nəticədə hamı eyni bir hədəfə qulluq edər, bir-birlərinə səmimiyyətlə yanaşar. Bu üstünlüklər möminlər arasında camaat namazında və namazın fəlsəfəsində özünü göstərir.
    Fransalı alim Renan deyir: "Kaş məni başdan ayağa cəlb edən məscidə heç vaxt ayaq basmayaydım. Başqa sözlə, kaş müsəlman olmağı heç vaxt arzulamayaydım.”(Məs: Yəhudi məzhəbində olan bəzi çətin əməllər. Onların özləri belə bu əməlləri yerinə yetirmirlər.)
    CÜMƏ NAMAZI VƏ İKİ BAYRAMIN(Kəşful-xifa”, 2-ci cild, səh. 294.) FƏLSƏFƏSİ
    İşarə olunduğu kimi namazda əsas məsələ camaatın iştirakıdır. İşlərin asanlaşdırılması üçün tək halda namaz qılınmasına icazə verilmişdir. Lakin İslam şəriətində bəzi vacib namazların camaatla qılınması zəruridir. Məsələn, həftədə bir dəfə qılınan cümə namazı, həmçinin ildə iki dəfə qılınan fitr və qurban bayramı namazları camaatla qılınmalı və iki xütbə oxunulmalıdır.
    Digər dinlərə nisbətdə İslam dininin üstünlüklərindən biri də budur ki, insanların bir yerə cəmləşməsi tez bir zamanda, heç bir xərcsiz, asanlıqla başa gəlir. Buna görə də həmin cəmiyyətdə böyük xeyirlər və müsbət nəticələr əldə edilir. İslamda ictimai namazların bəzi faydalarını yada salaq.
    1) Moizə məclislərinin təşkili, öyrənmək və öyrətmək:
    İslam ictimaiyyətinin mühüm faydalarından, həmçinin, namazın ictimai fəlsəfələrindən biri xütbə və moizə məclislərinin təşkili, öyrənmək və öyrətməkdən ibarətdir.Bilirik ki, insan ictimai bir varlıqdır. İnsan heyvanların əksəriyyəti kimi tənha yaşamağı sevmir. İnsanlar cəmiyyət şəklində yaşayıb bir-birlərinin maddi və mənəvi ehtiyacını aradan qaldırmalıdır. Bundan başqa düzgün və ağılabatan bir yol ola bilməz. Çünki hər fərdin başqasına ehtiyacı var. Məsələn, həkim pinəçiyə, nazir bənnaya, yaxud əksinə və s. ehtiyaclıdır.
    Mənəvi, əxlaqi, elmi işlərdə, həmçinin kamilliyyə doğru hərəkətdə də bəşərin bir-birinə ehtiyacı vardır. Quran bu barədə buyurur:
    ‏ وَ شَاوِرْهُمْ فىِ الْأَمْر
    ِ
    "Belə isə onlarla məşvərət et.” (Mustədrəkul-vəsail”, 3-cü cild, səh. 356, hədis 2.)
    Tənhalıqda və uzaq adalarda yaşayan insanların heyvanlardan çox da fərqli olmadığı artıq sübuta yetmişdir. Bəşərin elmi, ağılı və tərəqqisi məhz ictimai mühitdə kamilləşməyə qadirdir.
    MƏSCİDLƏR QURANIN ÖYRƏNİLMƏSİ VƏ ÖYRƏDİLMƏSİ ÜÇÜN ƏN ÜSTÜN BİR MƏKANDIR
    İslamda məscidlər və məktəblər ictimai bir mərkəz, həmçinin elmin təkmil olduğu məkanlardır. Bu iki məkan biri-birini tamamlayır.
    Məscid, yəni İslami bir universitet; məscid, yəni dini təlim-tərbiyə üçün seçilmiş məkan; məscid, yəni həqiqi və imanlı əsgərlər yetişdirən İslami bir kazarma. Pişnamaz duran imam İslam ordusunun baş komandanı və sülhsevərlərin qalxanıdır. Arxasındakı camaat isə onun əmri altında tərbiyə olunan əsgərlərdən ibarətdir.
    Hərbi xidmətdə kazarma komandirləri hər gün öz əsgərlərinə "sağa dön!”, "sola dön”, "addımla marş” və s. əmrlər verməklə onları tərbiyə edir, əsgərlərin qəlbinin dərinliklərində nizam-intizam hissi oyadır və onlara əmrə tabe olmağı öyrədir. Bu ona görədir ki, döyüş meydanında düşmənlərə qələbə çalmaqla onları zəiflətsinlər
    Həmçinin, camaat namazında arxada duranlar irəlidə durmuş imama itaət edərək onun hərəkətlərini eyni ilə təkrarlayır, özlərinin dini itaətini, məzhəbi nizam-intizamını və İslam əxlaqını qəlblərinin dərinliklərində gücləndirir və tərbiyə edirlər. Fərdin və cəmiyyətin saflaşdırılması üçün ən üstün yol xütbələr oxunmasıdır. Buna görə də din alimləri İslam elmlərini, Quranı, İlahi maarifi, İslam ümmətinin məzhəbi, siyasi və iqtisadi vəzifələrini xütbə və moizə şəklinə salmışlar. Bu xütbələr möminlərin cəm olduğu məscidlərdə cümə namazından qabaq, həmçinin iki bayram namazlarından və adi günlərdə qılınan namazlardan sonra həyata keçirilir.
    Filosofların baxışı bundan ibarətdir ki, xütbə insanın təlim-tərbiyəsində böyük təsirə malikdir. Buna görə də Yunan filosoflarının əksəri camaata öz əqidə və fikirlərini xütbə formasında çatdırmışlar. Məsələn, Əflatunun, Sokratın və Ərəstunun şagirdləri öz müəllimlərinin söylədikləri xütbələri toplayıb kitab halına salmışlar. Bu alimlərin özlərindən bizim dövrümüzə heç bir kitab gəlib çatmamışdır. Onların şagirdləri tərəfindən xütbələr kitab şəklində toplanmış və öz ustadlarının adlarını həmin kitablarda qeyd etmişlər.
    Quran təlimlərinin və İslam maarifinin ən mühüm yayım vasitələrindən biri cümə ilə bayram namazlarıdır. Bunlar vasitəsilə dini, siyasi, ictimai xütbələr müsəlmanlara çatdırılır, onların mənəvi və maddi problemləri həll edilir.
    2) Nizam-intizamın təmini:
    Camaat namazlarının ictimai faydalarından biri də əvvəldə qeyd olunduğu kimi, dini və məzhəbi nizamın yaranışı və itaət hissidir.(Məktəbe Eslam”, 96-cı nömrə, səh.5.) Əgər sülh zamanında əsgərlərin təlimlərinə fikir versəniz, görərsiniz ki, yerinə yetirdikləri əməliyyatların çoxu cəm şəklindədir. Bu da onların komandirlərinin əmri ilə icra olunur. Bu əmr əsgərlərin ruhiyyəsində nizam-intizam hissi oyadır və bu hissi gücləndirir. Nəhayətdə isə döyüş zamanı müsbət nəticələr əldə edilir. Camaat namazında isə bütün müsəlmanların diqqəti yalnız və yalnız öz Yaradanına yönəlir. Müsəlmanlar könüllü olaraq qabaqda duran imama iqtida və itaət edir, onun moizə və xütbələrini ürəkdən dinləyir və özlərini dinin qanunlarına riayət etmək üçün hazırlayırlar.
    Əgər bir şəxs camaat namazının incəliklərini araşdırıb onu təhlil etsə, qaça-qaça namaza tələsən müsəlmanın bir rəkətə belə gecikmək istəmədiyini görəcəkdir. Həmin müsəlman bu hərəkəti ilə öz imamına sadiqliyini və itaətini bildirmək istəyir. Bu əməlləri təkrar etməklə yavaş-yavaş onun qəlbində və əməllərində nizam-intizam çoxalır, iradəsi möhkəmlənir. Bu hiss get-gedə cəmiyyət arasında yayılır. Nəticədə, namaz insan ruhunda dərin iz buraxır, bu hiss onun ikinci təbii xasiyyətinə çevrilir.
    3) Əhdətin yayılması:
    İslami cəmiyyətin faydalarından və camaat namazının fəlsəfələrindən biri də müxtəlif millətlər arasında birlik və vəhdətin yaranmasıdır. Təbəqələr arasındakı fərqlərə (kasıb və varlı, qara və ağ dərili, güclü və zəif, fikrin və düşüncənin müxtəlifliyi və s.) baxmayaraq, camaat namazının vasitəsilə bir yerə toplaşıb dini xütbələri eşitməklə vahid əqidə, vahid düşüncə, vahid kəlmə və vahid hədəf ətrafında birləşirlər. Bəli, böyüklərin dedikləri bir kəlam da bu həqiqəti təsdiq edir: "Dinin gücü camaatın birliyindədir.” Quran belə buyurur:
    إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ
    "Yalnız möminlər bir-birləri ilə qardaşdır.” (Qurban və fitr bayramları.)
    Doğrudan da, ayədə zikr olunan bu prinsip (qardaşlıq və birlik) müsəlmanlar arasında hakim olduğu zamanlar onlar Yer kürəsinə və elm aləminə hakim idilər. Lakin çox keçmədi ki, təfriqə nəticəsində düşmənlər onlara qələbə çaldılar. Nəticədə, pis və acınacaqlı vəziyyətdə yağıların əsarəti altına düşdülər. Bu cəhətdən də pusquda durmuş düşmənlər həmişə müsəlmanlar arasında ixtilaf salır və onları biri-birilə vuruşdururdular ki, necə deyərlər, "bulanmış sudan balıq tutsunlar.” Quran isə bir daha vəhdəti yadımıza salaraq parçalanmamağımızı əmr edir və buyurur:
    وَ اعْتَصِمُواْ بحَِبْلِ اللَّهِ جَمِيعًا وَ لَا تَفَرَّقُوا
    "Hamınız Allahın ipindən (möhkəm) yapışın və (heç vaxt) ayrılmayın.”(Ali İmran” surəsi, 159-cu ayə.)
    4) Camaatın mütəşəkkilliyi:
    Camaat və bayram namazlarının faydalarından biri də cəmiyyətin mütəşəkkilliyidir. Xalqın birliyində ağılasığmaz faydalar və təsirlər mövcuddur. Məsələn, möhkəm bir ip təsəvvür etsək, onu qırmaq üçün müəyyən bir qüvvəyə ehtiyac var. Əgər iki ipi bir-birinə toxuyub qırmaq istəsək, dörd bərabər qüvvə lazım olar. Təcrübəyə əsasən, dörd qat artıq qüvvə o ipə təsir edə bilər. Əgər həmin ipi on qat toxuyub qırmaq istəsək, bu halda yüz bərabər qüvvənin olması zəruridir.
    Bu müqayisəyə əsasən camaat namazında nə qədər çox adam olarsa, din alimlərinin bu kəlamı (Dinin gücü camaatın birliyindədir) öz yerini tutub onların müqavimət qüvvəsini gücləndirəcəkdir. İş o yerə çatacaqdır ki, heç bir qüvvə onlara qalib gələ bilməyəcək. Bəli, yalnız birliyin sayəsində bütün işləri görmək mümkündür.
    İslamın əvvəllərində düzgün icma və əqidə birliyi vasitəsilə güclü qüvvə təşkil olundu və müsəlmanlar yarım əsr ərzində Fransa və İtaliya sərhədlərindən tutmuş indiki İspaniya (Əndəlos), Ərəbistan, Afrikanın bəzi hissələrinə, Misirə, Həbəşə, hətta Asiyada Çin divarına kimi yayılaraq İslam hökmlərini hakim etdilər. Belə ki, dünya mütəfəkkirləri bu heyrətedici mənzərəni seyr etdikdə müsəlmanların tərəqqisinin fəlsəfəsini müxtəlif cür təfsir və şərh etməyə başladılar. Bu alimlərdən biri belə bir sualla –"Müsəlmanların irəliləyişinin sirri və fəlsəfəsi nədən ibarətdir?” – bütün insanlara müraciət edərək xahiş edir ki, cavab yazıb filan ünvana göndərsinlər. Yüzlərlə cavab gəldikdən sonra onları araşdırıb belə bir nəticəyə gəlir: "Bunun fəlsəfəsi və sirri müsəlmanların güclü imanı və onların möhkəm birliyidir.”
    5) Dərdləşmə məkanı:
    Camaat namazının digər fəlsəfələrindən biri də insanların bir-birindən xəbər tutması, həmçinin müşküllərin həll olunub ehtiyacı olanlara yardım edilməsidir. Belə ki, hər gün kəndlərdə və şəhərlərdə bir neçə dəfə camaat namazı təşkil olunmaqla həmin məntəqənin əhalisi bir-birilə görüşüb vəziyyətlərindən xəbərdar olur, ehtiyacı olanlara kömək əli uzadırlar. Əgər camaat namazında kimsə olmasa, möminlər onu bir-birilərindən soruşurlar. Xəstədirsə, yoxlamağa gedirlər. Nəhayətdə hər nə müşkülü varsa, əl-ələ verərək onu aradan qaldırmağa çalışırlar.
    Bu dairə nə qədər geniş olarsa, ictimai faydalar da bir o qədər çoxalar. Buna görə də böyük məscidlərdə camaat, cümə və bayram namazları təşkil edilir, müxtəlif xütbələr və moizələr oxunur. İctimai-siyasi, dini və s. məsələlər açıqlanır, müsəlmanların dünyagörüşü və məlumatı artır. Nəticədə bir sıra müşküllər həll olunur, mənfəət əldə edilməsi ilə yanaşı ədalətə və kamilliyə doğru addım atılmış olur. Bu növ toplum cəhalətdən uzaqlaşma, aydın düşüncə, dost-düşməni tanıma, islahatlar, vəhdət və s. camaat namazının faydalarından sayılır.
    İslamın üstünlüklərindən sayılan bu faydalar heç bir dində və məzhəbdə yoxdur.
    6) Qardaşlıq və bərabərlik hissi yaradılması:
    Camaat namazının sirlərindən və faydalarından biri də müxtəlif insanların arasında mövcud olan qardaşlıq və bərabərlik hissidir. Bu İslam dininin mühüm prinsiplərindəndir. Quran buyurur:
    إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ
    "Yalnız möminlər bir-birləri ilə qardaşdır.” (Dünyanın məscidlərinə, xüsusilə Məkkə və Mədinədəki müqəddəs məscidlərə diqqət yetirməklə müxtəlif millətlərin, o cümlədən ağ və qara dərili, varlı və kasıb, güclü və zəif, kişi və qadın, qoca və cavan və s. təbəqələrin bir hədəfə itaət etdiklərinin, həmçinin möhkəm bir ipə sarılıb vəhdət simvolunu nümayiş etdiklərinin şahidi oluruq.)
    Başqa bir ayədə belə buyurulur:
    يَأَيهَُّا النَّاسُ إِنَّا خَلَقْنَاكمُ مِّن ذَكَرٍ وَ أُنثىَ‏ وَ جَعَلْنَاكمُ‏ْ شُعُوبًا وَ قَبَائلَ لِتَعَارَفُواْ إِنَّ أَكْرَمَكمُ‏ْ عِندَ اللَّهِ أَتْقَئكُمْ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِير
    "Ey insanlar, həqiqətən, biz sizi əvvəlcə bir ata və anadan (Adəm və Həvva) yaratdıq, sonra isə müxtəlif qrup və qəbilələrə ayırdıq ki, bir-birinizi tanıyasınız. Həqiqətən, sizlərdən Allah yanında ən üstün şəxs təqvalı olanlarınızdır.” (Hucurat” surəsi, 10-cu ayə.)
    Bu barədə Əhli-beytdən (ələyhimussalam) çoxlu rəvayətlər zikr olunmuşdur.
    Böyük şairlərdən olan Sədi Şirazi deyir:
    Adəm oğlu bir bədənin yarısı,
    Yaranışca eyni gövhər sırası.
    Bədənin bir üzvü ağrısa əgər,
    Əlbət o birilər də ağrı çəkər.
    İslamın bərqərar olmasından 14 əsr keçməsinə baxmayaraq, bu üsul əməli şəkildə təsdiqlənməkdədir. Belə ki, İslam qara və ağ dərili insanları bir-birinə qardaş bilir, var-dövləti, məqamı üstünlük saymır. Hətta dünyanın inkişaf etmiş ölkələri bu günədək millətlər arasında qardaşlığı və bərabərliyi tə`min edə bilməmişlər, təbəqə üstünlükləri aradan qaldırılmamışdır.
    Hazırda Amerikada qara dərili insanların institutları, avtobusları, restoranları və s. ağ dərili insanlarınkından ayrıdır. Qara dərililər həmişə ağ dərilərlə qaynayıb-qarışmaq və eyni cəmiyyətdə əl-ələ verib bərabərcəsinə aram həyat sürmək istəyirlər.
    Göründüyü kimi bu bərabərlik və dostluq İslamın xüsusiyyətlərindən sayılır və yalnız İslam dinində mövcuddur. Müsəlman cəmiyyətində (camaat və bayram namazlarında, xüsusilə həcc mövsümündə) bu növ qardaşlıq və bərabərlik, həmçinin bütün imtiyazların ləğv olunması aydın şəkildə gözə çarpır. Varlı, kasıb, ağ, qara, hakim, fəhlə, bir sırada dayanaraq Allah dərgahında xüzu və xüşu ilə rüku və səcdə etməklə özlərinin ehtiyaclı və zəif olduqlarını etiraf edirlər. Əslində hər kəs varlıdırsa, onun Allaha daha çox ehtiyacı var.
    7) İlahi şüarları uca tutmaq:
    Bu cəmiyyətin ictimai fəlsəfəsindən biri də İslam dininin şüarlarına hörmət göstərmək və onları uca tutmaqdır. Çünki camaatın iştirakı ilə qurulmuş bu namazların əzəməti din düşmənlərinin və münafiqlərin gözünə ox olur. Bu da İslamın şüarlarını və Onun əzəmətini kafirlərin nəzərində cilvələndirir, nəticədə başqa insanların bu dinə rəğbəti artır.
    Bu səbəbdən də bir çox insanlar İslamın əzəmətini və əhkamını başa düşmüş və onu məntiqlə qəbul etmişlər. Bu şəxslər həmin məclislərdə (camaat və bayram namazlarında, həcc mövsümündə) müsəlmanların bir-birinə qarşı sonsuz səmimiyyətini, qardaşlığını müşahidə etmiş və İslam dininin mahiyyətini anlamışlar.
    Bu məzhəbi yığıncaqlar bir daha İslam əleyhinə olan dar düşüncəli insanların nəzəriyyələrinin yalan və puç olduğunu göstərir. Bu ictimai ibadətlər sanki minlərlə müsəlmanın varlığından təşkil olunmuş imanı bildirir. Bu iman fədakar və mömin bir insan obrazı yaradır. Belə məclislər İslam düşmənlərinin və münafiqlərin qarşısında duran məğlubedilməz bir qüdrəti ifadə edir.
    Hər bir insan qeyri-İslami ölkələrdə məscidlər və ya müsəlman yığıncaqlarını gördükdə onun nəzərində İslam və Quranın əzəməti daha da böyüyür. O, bir daha vəhdətin əhəmiyyətini dərk edir. Bayram namazının səsi dünyanın müxtəlif yerlərində radio, televiziya və s. vasitələrlə yayıldığı zaman hər bir imanlı qəlbə sanki güclü təkan verilir.
    Budur Allah dininin şüarlarının əzəməti! Bu əzəmət təqva və paklığı zəruri edir.("Ali İmran” surəsi, 103-cü ayə. )
    8) Duaların müstəcəb olması:
    İctimai namazların başqa bir faydası duaların qəbul olmasıdır. Çünki bu cəmiyyət arasında müxtəlif insanlar, o cümlədən qəlbisınıq, kasıb və s. vardır. Onlar razü-niyaz və dua etməklə Allah-təaladan əfv olunmalarını, günahlarının bağışlanmasını, dünya və axirət işlərinin islahını istəyirlər. Buna görə də Haqq-təala rəhmət qapısı açaraq onların dualarını qəbul edəcək və onlar İlahi əfvə nail olacaqlar.
    9) Qəflət yuxusundan oyanmaq:
    Camaat namazlarının başqa bir fəlsəfəsi insanlara xəbərdarlıq edib onları qəflət yuxusundan oyatmaqdır. Uyğun ibadəti tez-tez təkrar etməklə maddiyyat bataqlığında qərq olmuş insan mənəviyyat aləminə üz tutur. Çünki hər gün maddi problemlər içərisində olan şəxsin başı elə qarışır ki, mənəvi vəzifələr, aqibəti haqqında düşünməyə, başqalarının halını soruşmağa və s. bəyənilmiş əməllərə macal tapa bilmir. Camaat namazı dünyaya məşğul insanlara xəbərdarlıq etmək və onları mənəviyyata yönəltmək üçün böyük vasitə sayılır. Bu namazlar insanı müvəqqəti də olsa, dünyadan üz çevirərək ətrafdakılara olan diqqətə sövq edir, təkəbbürlü insanı təvazökarlığa tərəf istiqamətləndirir. Nəhayətdə isə onu ali məqsədə və böyük hədəfə doğru hərəkətə sövq edir.
    10) Qiyamətin xatırladılması: Bu namazların başqa bir fəlsəfəsi Qiyamətin və Axirət gününün əzəmətinin yada salınmasından ibarətdir. Bu barədə bir çox hədislər zikr olunmuşdur. Namazda insanların bir yerə cəm olması onların Qiyamət günü bir yerə toplaşıb İlahi ədaləti qarşısında hesab verməsinə bənzəyir.Namaz qılmaq sanki yoxlama və təftiş rolu oynayır. Belə ki, namazını bitirib öz işinin ardınca gedən şəxs sanki Qiyamət haqq-hesabını qurtarıb ona təyin olunmuş cəzanın("Hucurat”, surəsi, 10-cu ayə.) ardınca gedir. Qısa surətdə desək, namaza durmuş minlərlə insan diqqəti yekdil surətdə bir hədəfə yönəldərək Yeganə Allahı acizliklə çağırır, Ona ibadət edirlər. Böyük məscidlərdə, xüsusilə həcc mərasimində yerinə yetirilən bu namazlar Axirət aləmindəki həqiqətlərin bir nümunəsinə bənzəyir.
    Maraqlı bir hədis:
    Məşhur hədislərin birində deyilir ki, namaz vaxtı çatdıqda xüsusi mələklər möminlərə (hətta yatmış olsalar belə) namazı xatırladıb deyir:
    "Ayağa qalxın, çiyninizdə ağır yük olan və öz zərərinizə yandırdığınız günah atəşini namazın suyu ilə söndürün!” ("Hucurat”, surəsi, 13-cü ayə. ) Bu kimi rəvayətlərdən belə anlaşılır ki, atəşin üstünə tökülən su onu södürdüyü kimi namaz da insanı pak etməklə yanaşı günahları ondan uzaqlaşdırır.
    Bu şərif ayə də həmin nöqtəyə işarədir:
    وَ أَقِمِ الصَّلَوةَ طَرَفىَ‏ِ النهََّارِ وَ زُلَفًا مِّنَ الَّيْلِ إِنَّ الحَْسَنَاتِ يُذْهِبنْ‏َ السَّيَِّاتِ
    "Günün iki vaxtı və gecənin əvvəlində namaz qıl. Həqiqətən, yaxşılıqlar pislikləri aradan aparır.” (Əncoməne təbleğate Eİslami”, 5-ci nömrə)
    "Ərbəine şeyx Bəhai” kitabında belə bir rəvayət var: "Səhabələrdən biri naməhrəm qadını öpəndən sonra peşiman olub Peyğəmbərin (salləllahu ələyhi və alihi və səlləm) hüzuruna gəldi. Yuxarıdakı həmin mübarək ayə nazil oldu. Həmin səhabə soruşdu: "Bu bağışlanma mənə aiddir, yoxsa hamıya?” (Yəni, hər günahkarın günahı namaz vasitəsilə bağışlanır, yoxsa bu ayə yalnız mənə aiddir?) Həzrət buyurdu: "Sənə məxsus deyil, mənim bütün ümmətimə aiddir.” Həmin kitabın başqa bir hissəsində Peyğəmbərimizdən (salləllahu ələyhi və alihi və səlləm) belə rəvayət edilir: "Məni peyğəmbərliyə seçən Allaha and olsun ki, sizlərdən hər kəs namaz üçün ayağa qalxıb dəstəmaz almağa başlayanda onun bədən üzvlərindən(Ərəb dilində olan bu kəlmə həm mükafat və həm də əzab mənasını verir. (Mütərcimdən)) günahlar tökülər. Üzü qibləyə durub, diqqətini Allaha yönəldib iqamə deyərkən onun bütün günahları bağışlanar. O, yenicə anadan olmuş uşağa bənzəyər. Gündəlik beş dəfə qılınan namaz beş axar çaya bənzəyər. Hər gün bu beş çayda beş dəfə yuyunan insanın bədənində çirk qalmadığı kimi beş dəfə namaz qılan şəxsin əməlləri də günahlardan təmizlənər.”
    Xatırlatma:
    Bu mübarək hədis bütün günahların (istər böyük günah, istərsə də kiçik) namaz vasitəsilə bağışlandığını göstərir. Bir neçə rəvayətdə isə yalnız kiçik günahların namaz vasitəsilə bağışlandığı bildirilir. Buna görə də mütləq olan birinci rəvayəti şərti olan başqa rəvayətlərdən önə keçirir. Ola bilsin, kimsə nöqsan tutub deyə bilər ki, burada kiçik günahlar nəzərdə tutulmur. Çünki əgər hər kəs böyük günahlardan çəkinərsə, "Nisa” surəsinin 31-ci ayəsinə görədir:
    إِن تجَْتَنِبُواْ كَبَائرَ مَا تُنهَْوْنَ عَنْهُ نُكَفِّرْ عَنكُمْ سَيَِّاتِكُمْ وَ نُدْخِلْكُم مُّدْخَلًا كَرِيم
    "Əgər nəhy edilmiş böyük günahlardan çəkinsəniz, kiçik günahlarınızın üstünü örtər və sizi yaxşı bir yerə daxil edərik.” Bu ayəyə əsasən günahların bağışlanmasında daha namaza ehtiyac yoxdur.Cavab: Kəbirə (böyük) günahlar olmadığı surətdə həm namaz, həm də kəbirə günahlardan çəkinmək hər biri ayrılıqda səğirə (kiçik) günahların bağışlanmasına səbəb olur. Kəbirə günahlar olduğu surətdə isə namaz səğirə günahların kəffarəsi olar. Rəvayətlərin zahiri mənası budur ki, namaz günahların kəffarəsidir. Bir halda ki, böyük günahlardan çəkinmək lazımdır.
    "Həzrət Əli (əlyhissalam) buyurur: "Beş namaz arasında olan günahların kəffarəsidir. Bir halda ki, böyük günahlara yol verilməsin.” ("Əmali”, Şeyx Səduq, səh.586. "Ərbəine şeyx Bəhai”, 3-cü cild.)
    Başqa bir nöqtə bundan ibarətdir ki, atəşi həmişə su ilə söndürmək olmur, çünki əgər şiddətlə yanan bir atəşin üstünə su töküb söndürmək istəsək, həmin su oksigen və hidrogenə parçalanacaqdır. Nəticədə parçalanmış oksigen atəş şölələrini daha da gücləndirəcək. Məsələn, əgər benzin yanırsa, onu su ilə söndürmək qeyri -mümkündür. Onu ya kimyəvi maddə, ya torpaqla söndürmək lazımdır. Buna əsasən deyə bilərik ki, günahlar da müxtəlif mərtəbələrdən ibarətdir və bəzilərinin bağışlanması üçün fərqli vasitələrə ehtiyac var. Belə günahlar namaz vasitəsilə bağışlanmaz. Məsələn, oğurluq, başqasının haqqını tapdalamaq və s. kimi günahların bağışlanması üçün əvvəlcə camaatın haqqını ödəyib onlardan halallıq almaq lazımdır. Sonra isə tövbə və namazla həmin günahlar bağışlana bilər.
    Qeyd:
    Hədis və rəvayətlərdən məlum olduğu kimi namaz keçmiş günahlara görə bağışlanma vasitəsi sayılır. Həmçinin o gələcək günahlardan qorunmaq üçün güclü bir vasitədir. Bu iddiamızın sübutu Quranın "Ənkəbut” surəsinin 45-ci ayəsidir:
    إِنَّ الصَّلَوةَ تَنهَْى‏ عَنِ الْفَحْشَاءِ وَ الْمُنكَر
    "Həqiqətən, namaz (insanı) günahlardan və pisliklərdən çəkindirir.”
    İncə bir nöqtə:
    Yuxarıda zikr olunan hədisdən belə anlaşılır ki, günahların hərəsi bir atəşə bənzəyir. Xətakar adam əslində bu atəşi öz zərərinə hazırlamışdır. Bu da ki, Bərzəx və Qiyamət aləmində onun əməllərini təcəssüm etdirəcəkdir.
    AYAT("”Hud” surəsi, 114-cü ayə.) NAMAZININ FƏLSƏFƏSİ
    Günəş və ya ay tutulan zaman, həmçinin zəlzələ, yaxud təbii fəlakətlər baş verdiyi vaxt ayat namazının qılınması vacibdir. Bütün maddi və qeyri-maddi, həmçinin hər bir kiçik və böyük mövcudun İlahi nişanə olmasına baxmayaraq şəri hökmə əsasən ayat namazı bir neçə hadisə ilə bağlı vacib edilmişdir. Mə`sumlardan (ələyhimussalam) buyurulan hədislərdə ayat namazına səbəb olan hadisələrin hikməti belə açıqlanır ki, namazda diqqətimizi bir daha Həzrət Haqqa yönəldək və maddi aləmdən bir müddət ayrılıb mənəvi aləm haqqında düşünək. Düzdür, günəşin özü, onun parlaq nuru və şölələri, həmçinin çıxıb-batması, hərarəti, hər fəsildə istiliyinin müxtəlifliyi və tutulması – bunların hamısı ayatdır. Lakin şəri cəhətdən yalnız günəşin tutulması ayat sayılır. Belə ki, o, tutulmağa başlayarkən insanlar Məbdəyə (Allaha) qarşı diqqətlərini daha da artırırlar. Bu kimi hadisələrin təbii olmasına baxmayaraq əsl səbəbkarı Allahdır. Necə deyərlər; "Allah hadisələrin cərəyan etməsinin səbəbsiz olmasından çəkinər.” Deməli, ayat namazlarının fəlsəfəsi insanların diqqətini əzəmətli bir günə (Qiyamət gününə) yönəltməkdən ibarətdir.
    İlahi nişanələr:
    Dünya və mələkut aləmində mövcud olan hər bir şey, kiçikliyindən və ya böyüklüyündən, gözlə görünməsindən və ya görünməməsindən asılı olmayaraq Allahın nişanələridir. Müqəddəs kitab Quranı mütaliə etməklə insanın bir daha Yaradana və məada olan mərifəti artır. Həmçinin hər bir məxluq əlamət və nişanə olmaqla bərabər onun vasitəsilə Allaha doğru gedən yolu və aləmlərin Yaradıcısını rahat tapmaq mümkündür. Böyüklər demişkən: "Allaha doğru gedən yolun sayı bütün məxluqların sayı qədərdir.” Şair bu barədə belə deyir:
    Hər şeydə Allahın nişanəsi var,
    Demək, yeganədir O Pərvərdigar.
    Yaxud Sədi deyir:
    Ağılın nəzərində ağacın hər yarpağı,
    Allahı tanıtdıran kitabçanın yarpağı.(Ola bilsin ki, məqsəd dəstəmaz üzvlərinin (üz, göz, ağız, əl və ayaqların) etdikləri günahlar olsun)
    Allah-təala Quranda Özünə aid olan işləri və bir çox yaranmışı "ayət” (nişanə) adı ilə tanıtdırır. Necə ki, Quran buyurur:
    وَ مِنْ ءَايَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافُ أَلْسِنَتِكُمْ وَ أَلْوَانِكم
    "Həmçinin, asimanların və yerin yaradılışı, dillərin müxtəlifliyi Onun nişanələrindəndir.” ("Biharul-ənvar”, 82-ci cild, səh233.)
    Yaxud "Bəqərə” surəsinin 164-cü ayəsində buyurulur:
    إِنَّ فىِ خَلْقِ السَّمَاوَاتِ وَ الْأَرْضِ وَ اخْتِلَافِ الَّيْلِ وَ النَّهَارِ وَ الْفُلْكِ الَّتىِ تجَْرِى فىِ الْبَحْرِ بِمَا يَنفَعُ النَّاسَ وَ مَا أَنزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِن مَّاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتهَِا وَ بَثَّ فِيهَا مِن كُلّ‏ِ دَابَّةٍ وَ تَصْرِيفِ الرِّيَحِ وَ السَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَ الْأَرْضِ لاََيَاتٍ لِّقَوْمٍ يَعْقِلُون
    "Yerin və göylərin yaradılışında, həmçinin gecə-gündüzün dövr etməsində insanlara fayda vermək üçün dənizdə üzən gəmilərdə, Allahın yeri diriltmək və tərpənən hər canlını orada yaymaq üçün göydən yağdırdığı yağışda, küləklərin hərəkətində və göylə yer arasında ram olmuş buludlarda düşünən insanlar üçün nişanələr vardır.”
    Həqiqətən də bütün mövcudlar İlahi sifətlərin və Onun adlarının təcəllası, aləmlərin Yaradıcısının zatını, Onun hikmətini, qüdrətini, kamilliyini tanıtdırandır. Bu mövcudların hamısı Allahı təsbih edir. "İsra” surəsinin 44-cü ayəsində buyurulur:
    وَ إِن مِّن شىَ‏ْءٍ إِلَّا يُسَبِّحُ بحَِمْدِه‏
    " Hər bir mövcud Onu təsbih və həmd edir.”
    Şair demişkən;
    Aləmdə nə varsa gecə və gündüz,
    Səni yada salıb etmədə təqdis.
    Həzrət Əli (ələyhissalam) buyurur:
    "Hər nə gördümsə, ya ondan qabaq, ya ondan sonra, ya da ki, onunla birlikdə Allahı gördüm.”
    İmam Hüseyn (ələyhissalam) buyurur:
    "Səni görməyən gözlər kor olsun!” ("Ərəfə” duasından)
    Şair belə deyir:
    Yer üzündə bitən hər ot, hər çiçək,
    Yaşar "Ona şərik yox”, söyləyəcək.
    Allahı tanımağın yolları:
    Allahın varlığını isbat etmək üçün çox dəlil var. Hər kəs özünü elə bir yolla Allaha çatdıra bilər ki, başqası həmin yolla müvəffəq ola bilməsin. Buna görə də hər bir şəxs özünə münasib bir yolu seçib Allaha doğru addımlamalıdır.
    Category: Namazin hikmət və sirləri | Added by: Islam_Kitabxanasi
    Views: 651 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Bu günün ziyarətçisi
    Ferec313
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024