İslam-Kitabxanasıİslam-Kitabxanası

Azan vaxtları
Saytda axtar
Saytın menyusu
Kitabxana əxlaq
Zərif nöqtələr [5]
Böyük rəhbər ayətullah Xameneinin həyatından əhvalatlar [16]
Həyat dərsi [5]
İslam dünyagörüşü - Cəmiyyət və tarix [16]
İnsan və mənəviyyat [10]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [0]
Xəbərdarlıq [3]
“Miratur-rəşad” (hidayət güzgüsü) [15]
İslamda ailə 2 [16]
İslamda ailə 1 [16]
Fəsad sərçeşməsi (Şeytan tələsi) [6]
İslamda Əxlaq 2 [20]
İslamda Əxlaq 1 [26]
İmam Sadiqin (ə) bəyani ilə yaranışın sirləri [8]
Siddiqeyi-Tahirə (ə) 2 [13]
Siddiqeyi-Tahirə (ə) 1 [12]
Ailə səadətinə necə nail olaq? [18]
Kumeyl duasının şərhi 2 [13]
Kumeyl duasının şərhi 1 [12]
Minacatın əzəməti [13]
Ey ata, ey ana, biz müttəhimik [5]
Qadın - Fatimə Fatimədir [14]
Nəsihətlər [26]
İslam dünyagörüşü - Əbədi həyat [5]
Din təlimləri 2-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [30]
Din təlimləri 1-ci cild (Uşaqlar və yeniyetmələr üçün dərslik) [31]
İslam dünyagörüşü - İnsan Quranda [5]
İnsanı tanımaq [21]
Axirət azuqəsi 2-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [24]
Axirət azuqəsi 1-ci cild (Peyğəmbərin (s) Əbuzərə nəsihətləri) [19]
Ariflərdən [9]
İslam dunyagörüşü İnsan və iman [6]
Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması [19]
İslam və qərb mədəniyyəti [15]
Əbədi öyüd (ikinci cild) [22]
Əbədi öyüd (birinci cild) [23]
İlahi nəsihətlər [15]
Gəncliyin yeddi səması (zəruri dini biliklər) [9]
İslamda nümunəvi qadınlar – Fatimə (ə) [149]
Günahşünaslıq [19]
Nəfsin saflaşdırılması [24]
İslamda qəhrəman qadınlar [20]
Kəramət sahibləri [13]
Kamil insan [30]
Şəhadət yatağında Mövlanın (ə) öyüdü [17]
Rəbbin dərgahında [22]
İmam Hüseynin (ə) əxlaqi görüşləri [11]
İbrət güzgüsü [14]
İmam Zamanla görüşənlər [15]
Allaha doğru [33]
Allahın elçisi [20]
Sadiq yol axtaranlar üçün imam Sadiqin (ə) nəsihətləri [29]
Məhəbbət iksiri [26]
Hicab [14]
Kaş valideynlərim biləydi! [14]
Ayətullahül-üzma Behcətin həyatı [14]
Nəfsi saflaşdırmadan qabaq özünütanıma [4]
Övsafül-Əşraf [7]
Gənc ailələr üçün göstərişlər [6]
Əxlaq elmində 50 dərs [51]
İslamda övlad [1]
Islamda evlənmə və ailə hüququ-2 [11]
Islamda evlənmə və ailə hüququ-1 [13]
Bizim sorgumuz
Ramazan ayında oruc tutmusuzmu?
Total of answers: 2045
Saytın menyusu
Şərhlər: 14
Rəsmlər: 618
Əxlaq: 1118
Müxtəlif: 481
Etiqat, Tarix, Fəlsəfə: 1448
Quran, Hədis, İslam təlimləri, Fiqh: 1131
Statistika

Burda olanlar 1
Qonaqlar 1
İstifadəçilər 0
Son qeydiyyatçılar
  • Vefa
  • Saday
  • Muhammed
  • Ferec313
  • Araz
  • Sebine
  • Sahib123
  • ali_araz
  • User
  • Aliakber313
  • Main » Files » Etiqat » Nəfs təhlükə mənbəyidir

    Nəfs təhlükə mənbəyidir
    2012-02-24, 2:02 PM
    İKİNCİ FƏSİL
    İslam məntiqinə əsasən nəfsin təhlükəsi (Nəfs pis işlərə vadar edəndir)
    Müxtəlif meylləri və şəhvani hissləri özündə ehtiva edən nəfs təbiətcə insanı daim ləzzətlərə nail olmaq və istəklərini təmin etmək məqsədilə fəsad və azğınlığa doğru sürükləyir. Yəni əgər şəhvani hisslər nəfsə hakim kəsilərsə və insanda da bu hisslərə qarşı çıxan, layiqli müqavimət göstərən iradə və əzmkarlıq qüvvəsi olmazsa, onda şəhvani hisslər onu uçuruma yuvarlamaqla onun gələcəyini, həyatının bütün sahələrini təhlükə qarşısınıda qoymuş olar.
    Buna əsasən Londonda nəşr olunan "Əl-həyat” adlı жurnalda nəfsi istəklərinə uyaraq azğınlıq və şərəfsizliyin ən son həddinə enmiş insanı əks etdirən bir məqaləni qeyd etmək olar. Жurnalın miladi təqvimlə 27 yanvar 1991-ci il və müvafiq olaraq hicri-qəməri təqvimi ilə 12 rəcəb 1411-ci il tarixində nəşr edilmiş sayında yazılır:
    Amerika Birləşmiş Ştatlarında yeni nəslin düçar olduğu ictimai və əxlaqi pozğunluğun göstəricilərindən biri də ötən həftə Çikaqo məhkəməsində işi gedən hadisədir. Belə ki, ötən həftə bu məhkəmə prosesində gecə barlarından birində aşnası ilə sərbəst görüşmək üçün öz körpə qızını avtomobilinin yük yerində qoyub getmiş Patrisa adlı gənc ananın azadlıqdan məhrum olunması haqda hökm çıxarılmışdır. İyirmi doqquz yaşlı bu qəddar ana hadisə haqqında verdiyi ifadədə demişdir ki, həmin gün onun gecə barlarından birində aşnası ilə görüşü olub və səkkiz aylıq qızı Ceyniyə dayə tapa bilmədiyindən onu da özü ilə aparmaq məcburiyyətində qalıb. Qeyd edək ki, Ceyni onun keçmiş ərindən olan qızıdır və onlar körpənin dünyaya gəlməsindən 3 ay sonra ayrılmışlar. Bu namussuz qadın özünü günahsız hesab edərək polis şöbəsində belə demişdir: "Mən başa düşmürəm ki, siz nəyə görə mənə bu şəkildə zülm edirsiniz? Mən ki, qızımı avtomobilin yük yerində xalçanın üzərinə uzatmışdım. Hətta onun yanında radio cihazı da qoymuşdum ki, o musiqi səsi eşidərək sakitlikdən və qaranlıqdan qorxmasın”.
    Ekspertlərin rəyinə əsasən Patrisa körpəsini tam üç saat ərzində orada tənha qoymuşdur. Lakin o özü hər yarım saatdan bir qızına baş çəkdiyini israr edərək deyir: Tez-tez ayaq yoluna getmək bəhanəsi ilə "dostumdan” icazə alaraq Ceyniyə baş çəkirdim. Amma bir neçə dəfədən sonra o bundan şübhələnərək mənə bir daha çıxmaq üçün icazə vermədi.
    Pitza restoranında işləyən Con Nolandın şahid qismində verdiyi ifadəyə görə o, həmin avtomobilin yanından iki dəfə keçib, lakin uşağın ağladığını eşitsə də, onun yük yerində olması Conun heç ağlına belə gəlməyib.Çikaqo polisinə telefon vasitəsilə ifadə verən Ricina Cekson isə hadisə haqqında belə deyir:'' Öncə yük yerindən gələn bu boğunuq səsi pişik miyoltusuna bənzətdim. Sonra isə avtomobilə bir qədər də yaxınlaşaraq həmin səsi diqqətlə dinlədikdə onun uşaq çığırtısı olduğunu başa düşdüm''.Bu xəbəri eşitdikdə dərhal polis əməkdaşları özlərini hadisə yerinə çatdıraraq avtomobilin yük yerini açıb havasızlıq və ağlamaqdan boğulmaq üzrə olan körpəni oradan çıxarır və avtomobili yedəklə cərimə meydanına aparırlar. Bir neçə dəqiqədən sonra Patrisa qızına baş çəkmək üçün avtomobilin dayandığı yerə gəlir. Onu yerində görmədikdə, ''qızımı oğurladılar, avtomobilimi oğurladılar'', deyə qışqırmağa başlayır. Lakin bu fəryadı çox çəkmir. Yaxınlıqda pusquda dayanmış polislər özlərini yetirib onu yaxalayırlar. Qızının körpələr evinə aparıldığını bildikdə isə Patrisa avtomobili və qızını oğurlamaqda polisləri ittiham etməyə başlayır. Və yalnız polis kapitanının onu öz qızına qarşı etinasızlıq göstərib ölümlə üz-üzə qoyduğu üçün saxlanıldığını dedikdən sonra sakitləşir.
    Budur nəfsin insanı pis işlərə sürükləməsi…
    Bu səbəbdən dinimizin bizi mövcud təbiətə malik olan nəfslə ehtiyatlı davranmağa, həmçinin aldadıcı hisslərin qarşısında tab gətirməyimiz, şəhvani istəklərin təsiri altına düşməməyimiz üçün idrak və möhkəm iradə ilə silahlanmağa çağırır.
    1.Yusif Peyğəmbər(s) şəhvani hisslərə qarşı mətin və sarsılmaz olmaqda ən çox misal çəkilən, ən gözəl nümunə kimi göstərilən bir şəxsiyyətdir. Lakin bununla belə o da nəfsin təbiətcə pisliklərə sövq edən bir qüvvə olduğunu vurğulayır və onun nəticəsindən qurtulmağın yeganə yolunu təqvalı olmaqda görürdü. Təqva isə İlahi rəhmətin təcəssümüdür.
    Allah-təala Qurani-Kərimdə Həzrət Yusif (ə) -ın dilindən belə buyurmuşdur:
    Mən özümü təmizə çıxartmıram. Rəbimin rəhm etdiyi kimsə istisna olmaqla, nəfs (insana) pis işlər görməyi əmr edər. Həqiqətən, Rəbbim bağışlayandır, rəhm edəndir!”(Yusif surəsi, ayə 53. )
    2.İmam Əli(ə) öz nəfsinin təbiətindən, pisliklərə sövqedici olmasından xəbərsizcəsinə, kor-koranə ona inanıb müti olan şəxsin başına gələnlərə işarə edərək buyurmuşdur:
    "Həqiqətən, nəfs insana pislikləri və pozğunluqları əmr edəndir. Ona bel bağlayana xəyanət, tabe olanı həlak edər. Ondan razı qalanı isə pis nəticələrə sürükləyər”.(Mizan əl-hikmə, c.10, s.130)
    3.O Həzrət(ə) yenə də buyurmuşdur:
    "Həqiqətən də, bu nəfs (insana) pislikləri əmr edəndir. Ona biganə yanaşanı günahlara doğru sürükləyər”.(Mizan əl-hikmə, c.10, s.130)
    4.İnsanın nəfsi onu günahlar toruna salmaq üçün aldadıcı və şirnikləndirici vasitələrdən istifadə edir. Buna görə də insan son dərəcə ayıq və ehtiyyatlı olmalı, heç zaman nəfsinə aldanmamalı və öz cilovunu şəhvani istəklərin ixtiyarına verməməlidir. Bu haqda İmam Əli(ə) buyurmuşdur:
    "(Ey insan) Həqiqətən sənin nəfsin aldadıcıdır (hiyləgərdir). Əgər ona inanıb etibar etsən, şeytan səni günahlara doğru aparar”.(Həmin mənbə. )
    5.İmam(ə) Malik Əştəri Misirin valisi təyin etdikdən sonra ona yazdığı məktubda belə buyurmuşdur: "…Ona əmr edirəm ki, öz nəfsini şəhvani istəklərdən təmizləsin, onun cilovunu çəksin. Həqiqətən, Allahın rəhm etdiyi kimsə istisna olmaqla nəfs (insana) pis işlər görməyi əmr edər”.(Nəhcül-bəlağə, 53-cü məktub. )
    6.İmam Əli ibn Hüseyn Zeynul-Abidin(ə) isə tərbiyəvi və hikmətli bir üslubla, münacat və Allah-təalaya acizənə yalvarış dili ilə insana nəfsinin təbiətini tanıtdırır, və onunla ehtiyyatlı davranmağı öyrədir. O Həzrət "Şikayət edənlərin münacatı” adı ilə tanınmış məşhur münacatlarından birində buyurmuşdur:
    "İlahi, pisliklərə əmr edən, günahlara tələsən, qadağan etdiyin işlərə məftun olmuş, qəzəbinə tuş gəlmiş bir nəfsdən sənə şikayət edirəm. O məni xətərli yollara sürükləyər və Sənin yanında ən bədbəxt halda həlak olan şəxsin səviyyəsinə endirər. Nöqsanları çox, arzuları isə sonsuzdur. Ona şər üz verdikdə təşvişə düşər, xeyirlə qarşılaşdıqda isə ona mane olar. Boş və mənasız işlərə, cəlbedici əyləncələrə meylli, bütünlükdə cəhalət və xətalarla (yanlışlıqlarla) doludur. Məni günah etməyə tələsdirər, tövbə etməkdən isə yayındırmağa çalışar”.(Səhifeyi Səccadiyyə , 2-ci münacat. )
    7.Tarix boyu bir çox fərdlər və hətta cəmiyyətlər öz nəfslərinin, şirnikləndirici istəklərinin qurbanına çevrilmişlər. Nəhrəvan döyüşündə qətlə yetirilmiş dörd minə yaxın xəvarici(Siffin döyüşündə Müaviyyə ibn Əbu Süfyanın hiyləsinə aldanaraq İmam Əli (ə) -ın ordusundan ayrılanlar. )bu həqiqətə ən münasib nümunə kimi qeyd etmək olar. Əvvəllər onlar İmam Əli(ə)-ın silahdaşları olmuş, lakin bir anlıq diqqətsizlik və çaşqınlığa yol vermələri nəticəsində şeytan onlara hakim kəsildi və bununla da, onlar öz cilovlarını nəfslərinin ixtiyarına verdilər.
    İmam Əli(ə) Nəhrəvan döyüşü baş verən gün xəvariclərin cəsədlərinin yanından ötərkən onlara baxıb buyurdu:
    "Vay halınıza, sizə zərər yetirən, elə sizi şirnikləndirib yolunuzdan azdıran (şey) oldu.
    İmam(ə) -dan onları şirnikləndirib yollarından azdıran nə oldu? deyə soruşduqda o Həzrət(ə) belə cavab verdi:
    Azdırıcı (qüvvə olan) şeytan və pisliklərə sövq edən nəfs onları arzularla şirnikləndirib yollarından sapındırdı, günah etmələrinə imkan yaratdı, qələbə çalacaqlarına vəd verdi və nəticədə isə onları Cəhənnəm oduna vasil etdi”.(Nəhcül-bəlağə, Qısa və hikmətli kəlamlar bölməsi, 323-cü kəlam. )

    Category: Nəfs təhlükə mənbəyidir | Added by: Islam_Kitabxanasi
    Views: 644 | Downloads: 0 | Rating: 0.0/0
    Total comments: 0
    Only registered users can add comments.
    [ Registration | Login ]

    Quranda axtar
    Quran,Hədis,İslam təlimləri, Fiqh
    Quran
    İstifadəçi girişi
    Login:
    Password:
    Kitabxana əxlaq
    Etiqat, Tarix, Fəlsəfə, Dini yaradıcılıq
    Dost saytlar
  • İslamQadını
  • Günahkar-Bəndə
  • Kitablar yüklə
  • Bölmələr
    Tarix [535]
    Etiqat [869]
    Fəlsəfə [4]
    Dini yaradıcılıq [40]
    Bölmələr
    Quran [585]
    Hədis [253]
    İslam təlimləri [24]
    Fiqh [219]
    Azan vaxtları [1]
    Dua [26]
    Din [13]
    Namaz [10]
    Kateqoriyalar
    İslаmdа günаhlаr vә cәzаlаr [12]
    İslam məzhəbləri ilə tanışlıq [24]
    Dinlərlə tanışlıq [58]
    Vəhhabi fitnəsi [3]
    İmamət Haqqın dili ilə [28]
    Vilayəti-fəqih nəzəriyyəsinə bir baxış [6]
    İttihamla üz-üzə [8]
    Məad [17]
    Vəhhabi suallarına cavablarımız [8]
    Əhli-beyt (ə) (məqamı və yolu) [11]
    On dörd məsum əleyhimusəlamın həyatı barədə qısa məlumat [2]
    İslam dunyagörüşü Əbədi həyat [5]
    Əsrin İmamı Mehdi Sahibəz-zamanla (ə) tanışlıq (Məhdəviyyətlə bağli şübhələrə cavab) [28]
    Əhli-beyt (ə) [42]
    İlahi Ədalət [23]
    Mәаd hаqqındа 40 suаl-cаvаb [12]
    Əl-Muraciat [34]
    Şübhələrə cavablar [13]
    Bizim dini əqidəmiz [8]
    Əhli-Beytin (ə) məqamı [12]
    İmam Hüseyn (ə) barəsində hədislər [4]
    Təthir ayəsinin təfsiri [10]
    Şiəlik necə yaranmışdır? [4]
    Allahın varlığının isbatı [9]
    14 sual-14 cavab [2]
    Namazin hikmət və sirləri [11]
    Bəşəriyyətin nicat yolu [12]
    Əqidə üsullarının təlimi 1 [30]
    Əqidə üsullarının təlimi 2 [30]
    İntizar (Müvəffəqiyyətin sirləri” silsiləvi bəhsləri-1) [2]
    İslam şəriətində vacib və haram əməllər [10]
    İmamiyyə şiələrinin əqidə üsullari [11]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 1 [25]
    İslamda hüquq nəzəriyyəsi (İmam Səccadın (ə) - 2 [21]
    Saxta hədislərin yaranmasi [17]
    Əmirəl-möminin Əliyyibni ƏbiTalibin (ə) qəzavətləri [21]
    Qəməri bəni Haşim həzrət Əbulfəzl Abbasın (ə) nurlu çöhrəsi. [19]
    Əqidəmiz nədir? 10 dərs [5]
    Müasir İslam kəlamı (İnsan, fitrət, elm, iman, mərifət, irfan) [15]
    Məkkeyi-Mükərrəmə, Mədineyi-Münəvvərə və Həcc ziyarəti [11]
    40 mövzu 40 həqiqət [16]
    Nəfs təhlükə mənbəyidir [9]
    Həqiqət olduğu kimi... 1 [14]
    Həqiqət olduğu kimi... 2 [14]
    Vəhabi firqəsi [12]
    Gənclər üçün üsuliddin haqqinda 50 dərs [11]
    Müvəqqəti nikah (elmi araşdırma) [15]
    Vəhhabi məzhəbi [21]
    Vəhhabiləri belə gördüm [7]
    Pişəvər gecələr 4 [0]
    Bizimlә, bizdәn gizli (İmаm Mehdi (әc.) ilә tаnişliq) [3]
    Son xilaskar [8]
    Həzrət Rüqəyyə [13]
    Quran və hədis baximindan həcc və ömrə əməlləri [23]
    Axirət aləminə səyahət [6]
    Peyğəmbərin haqq canişini [8]
    Nicat günü [3]
    Tövhid və ilahi ədalət mövzusunda suallar və cavablar [11]
    Qürubdan sonra [18]
    Nübüvvət [5]
    Vəhy və Quran [11]
    Xristianlıq həqiqəti [18]
    Rəsmlərimiz
    Copyright MyCorp © 2024